Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-150/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərəkəmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxx 1994-cü il tarixdə Balakən rayonu, Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, H.Ağayev küçəsi 15 saylı binada daimi yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçlmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 sentyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus marketin arxasında yerləşən kiçik ölçülü pəncərənin nəfəsliyini üzərində olan vintaçanla açaraq markatə qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə edilən seyfin içərisindən ümumilikdə 45 manat nağd pulu, piştaxtanın üzərindən ümumi dəyəri 104 manat təşkil edən 26 qutu «Sobranie» markalı, ümumi dəyəri 40 manat təşkil edən 10 qutu nazik «Kent 4» markalı, ümumi dəyəri 40 manat təşkil edən 10 qutu qalın «Kent 4» markalı, ümumi dəyəri 91 manat 20 qəpik təşkil edən 24 qutu «Winston» kompakt markalı, 01 qutu 3 manat 80 qəpik dəyərində nazik «Winston» markalı tütün məmulatlarını və ümumi dəyəri 1 manat təşkil edən 02 ədəd «Natura» markalı meyvə şirələrini gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 325 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 sentyabr 2023cü il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən «Market 24/7» nömrəli marketin kiçik ölçülü pəncərəsinin nəfəsliyində olan dəmir barmaqlığını əli ilə təkanlayıb açaraq marketə qanunsuz daxil olaraq kassa aparatından ümumilikdə 6 manat qəpik pulları, piştaxtanın üzərindən ümumi dəyəri 240 manat təşkil edən 60 qutu «Sobranie» markalı, ümumi dəyəri 280 manat təşkil edən 70 qutu nazik «Kent 4»markalı, ümumi dəyəri 200 manat təşkil edən 50 qutu qalın «Kent 8» markalı, ümumi dəyəri 190 manat təşkil edən 50 qutu «Winston» kompakt markalı tütün məmulatlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 916 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 sentyabr 2023cü il tarixdə, saat 05:00 radələrində Rusiya Federasiyası vətəndaşı Mansurov Rafık (Zərərçəkmiş şəxs2) məxsus ünvan 3 ünvanda yerləşən «57» nömrəli marketin damına nərdivan vasitəsi ilə çıxaraq havalandırma sisteminin lambirinlərini əli ilə çıxardıb marketə qanunsuz daxil olaraq oradan saxlanc yeri kimi istifadə edilən kassa aparatının içərisindən 500 manat nağd pulu, 129 manat dəyərində 30 qutu ağ rəngli qalın «Sobranie» markalı, ümumilikdə 129 dəyərində 30 qutu nazik «Sobranie» markalı, ümumi dəyəri 120 manat təşkil edən 30 qutu nazik «Kent 4» markalı, ümumi dəyəri 120 manat təşkil edən 30 qutu nazik «Kent 1» markalı, ümumi dəyəri 72 manat təşkil edən 18 qutu qalın «Kent 4» markalı, ümumi dəyəri 72 manat təşkil edən 18 qutu qalın «Kent 8» markalı, ümumi dəyəri 68 manat 40 qəpik təşkil edən 18 qutu «Winston» kompakt markalı, ümumi dəyəri 128 manat təşkil edən 40 qutu nazik «LD» markalı tütün məmulatlarını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Rusiya Federasiyası vətəndaşı Mansyrov Rafık (Zərərçəkmiş şəxs2) ümumilikdə 1.338 manat 40 qəpik dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 sentyabr 2023-cü tarixdə, saat təxminən 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Arzu» şadlıq sarayının yaxınlığında yerləşən "xxxx"-in qarşısına gəlmişdir. Marketin içərisində kiminsə olmadığını gördükdən sonra marketin arxasında yerləşən kiçik ölçülü pəncərəni üzərində olan vintaçanla açaraq marketin içərisinə daxil olmuşdur. Marketdə yerləşən açıq vəziyyətdə olan seyfindən ümumilikdə 10 manata yaxın qəpik və kağız pul əskinazlarını, seyfin yaxınlığında olan piştaxtadan 26 ədəd «Sobranie» markalı siqaret qutularını, 10 ədəd nazik «Kent 4» markalı, 10 ədəd qalın «Kent 4» markalı siqaret qutularını, 24 ədəd «Winston kompakt» markalı və 01 ədəd nazik «Winston» markalı siqaret qutularını üzərində olan selofan paketə yığmışdır. Bundan sonra isə marketin içərisində 02 ədəd çöplü meyvə şirələrini götürərək elə marketin içərisində içmişdir. Bundan sonra marketə daxil olduğu yerdən çıxaraq oradan uzaqlaşmışdır. Həmin siqaretləri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında, həmçinin Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında pərakəndə şəklində tanımadığı şəxslərə təxminən ümumilikdə 250 manata satmışdır. Bundan sonra o, yenidən oğurluq etmək qərarına gəlmişdir. O, 16 sentyabr 2023-cü il tarixdə, saat təxminən 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Kristal» şadlıq sarayının yaxınlığında yerləşən «Market 24/7» saylı marketin qarşısına gəlmişdir. Marketin içərisində kiminsə olmadığını gördükdən sonra marketin arxasında yerləşən kiçik ölçülü pəncərənin dəmir barmaqlığını olduğunu görmüşdür. Həmin dəmir barmaqlığını əli ilə təkanladıqda dəmir barmaqlıq yerindən çıxmışdır. Bundan sonra o, həmin marketin içərisinə daxil olmuşdur. Marketin içərisində kassa aparatının olduğunu görmüş və açmaq istəyən zaman kassa bağlı olmuşdur. Üzərində olan vintaçanla həmin kassanı açmışdır. Bundan sonra kassadan ümumilikdə 6 manata yaxın qəpik pulları, kassanın yaxınlığında yerləşən piştaxtadan 12 ədəd «Sobranie» markalı siqaret qutularını, 10 ədəd nazik «Kent 4» markalı, 10 ədəd qalın «Kent 8» markalı siqaret qutularını, 24 ədəd «Winston kompakt» markalı siqaret qutularını üzərində olan selofan paketə yığmışdır. Bundan sonra marketə daxil olduğu yerdən çıxaraq oradan uzaqlaşmışdır. O, oğurladığı siqaretləri həmin günün səhəri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında, həmçinin Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında pərakəndə şəklində tanımadığı şəxslərə ümumilikdə 200 manata satmışdır. Sonuncu dəfə o, 19 sentyabr 2023-cü il tarixdə səhər saat təxminən 05:00 radələrində ünvan 4 ünvanda Faxralı kafesinin yanında yerləşən «57» nömrəli marketin qarşısına gəlmişdir. Həmin marketin içərisində kiminsə olmadığını gördükdən sonra marketin yaxınlığında nərdivan olduğunu görmüşdür. O, nərdivanı marketin damına çıxmaq üçün yerləşdirmiş və marketin damına çıxmışdır. Marketin damına çıxdıqda orada marketin havalandırma sisteminin lambirin ilə bağlandığını gördükdə lambirini əli ilə açmış və marketin içərisinə daxil olmuşdur. Marketin içərisində olan kassa aparatından 02 ədəd 5 manatlıq, 02 ədəd 01 manatlıq və 01 ədəd 50 qəpik olmaqla ümumilikdə 12 manat 50 qəpik pulu, 10 ədəd ağ rəngli qalın «Sobranie» markalı, 10 ədəd ağ nazik «Sobranie» markalı, 10 ədəd nazik «Kent 4» markalı, 10 ədəd nazik «Kent 1» markalı, 06 ədəd qalın «Kent 4» markalı, 06 ədəd «Winston kompakt» markalı, 06 ədəd qalın «Kent 8» markalı, 13 ədəa nazik «LD» markalı siqaret qutularını üzərində gətirdiyi selofan paketə yığmışdır. Daha sonra marketə daxil olduğu yerdən çıxaraq oradan uzaqlaşmışdır. O, oğurladığı siqaretləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi 15 saylı binanın damında özü üçün yatmağa yer düzəltdiyi yerə apararaq orada saxlamışdır. O, oğurladığı siqaretlərdən 01 ədəd «Winston» kompakt markalı, 01 ədəd nazik «Sobranie» markalı, 01 ədəd nazik «Kent 4» markalı, 01 ədəd qalın «Kent 4» markalı və 02 ədəd qalın «Kent 8» markalı siqaretləri götürərək saxlamışdır ki, özü istifadə etsin. Qalan siqaretləri özü ilə həmin günü səhəri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında, həmçinin Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında pərakəndə şəklində tanımadığı şəxslərə ümumilikdə 200 manata satmışdır. O, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. O, Üzərində olan vintaçanı isə tanımadığı ərazidə zibilliyə tulladığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasında doğulsa da, hazırda Rusiya Federasiyası vətəndaşıdır. Təxminən 2 il olar ki, ünvan 3 ünvanda yerləşən «57» nömrəli market ona məxsusdur və marketi özü işlədir. Marketdə müxtəlif ərzaq məhsulları, tütün məmulatlarının satışını həyata keçirir. 18 sentyabr 2023-cü il tarixdə, axşam saat təxminən 23:00 radələrində o, marketi bağlayıb evə getmişdir. 19 sentyabr 2023-cü il tarixdə, səhər saat 08:30 radələrində marketə gələn zaman marketin giriş qapısını açarla açıb içəri daxil olmuşdur. Marketə daxil olan zaman marketin içərisində əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bu vaxt ona məlum olmuşdur ki, marketdən oğurluq hadisəsi baş vermişdir. O, marketə baxış keçirən zaman kassa aparatından 500 manat nağd pulun, tütün məhsullarının yığıldığı piştaxtadan tütün məhsullarının yerində olmadığını müəyyən etmişdir. Bundan sonra o, dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, marketin içərisində olan bir qutunun qiyməti 4 manat 30 qəpik olan ümumilikdə 30 qutu olmaqla ümumi dəyəri 129 manat olan təşkil edən ağ rəngli qalın «Sobranie» markalı, bir qutunun qiyməti 4 manat 30 qəpik olan ümumilikdə 30 qutu olmaqla ümumi dəyəri 129 manat təşkil edən nazik «Sobranie» markalı, bir qutunun qiyməti 4 manat olan ümumilikdə 30 qutu olmaqla ümumi dəyəri 120 manat təşkil edən nazik «Kent 42 markalı, bir qutunun qiyməti 4 manat olan ümumilikdə 30 qutu olmaqla ümumi dəyəri 120 manat təşkil edən nazik «Kent 1» markalı, bir qutunun qiyməti 4 manat olan ümumilikdə 18 qutu olmaqla ümumi dəyəri 72 manat təşkil edən qalın «Kent 4» markalı, bir qutunun qiyməti 4 manat olan ümumilikdə 18 qutu olmaqla ümumi dəyəri 72 manat təşkil edən qalın «Kent 8» markalı, bir qutunun qiyməti 3 manat 80 qəpik olan ümumilikdə 18 qutu olmaqla ümumi dəyəri 68 manat 40 qəpik təşkil edən «Winston Kompakt» markalı, bir qutunun qiyməti 3 manat 20 qəpik olan ümumilikdə 40 qutu olmaqla ümumi dəyəri 128 manat təşkil edən nazik «LD» markalı tütün məmulatları oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1338 manat, 40 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən özünə məxsus olan ünvan 5 ünvanda yerləşən «Market 24/7» nömrəli marketi işlədir və həmin marketdə olan bütün əşyalar onun özünə məxsusdur. 15 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində mağazanı bağlayıb evə getmiş, 16 sentyabr 2023-cü il tarixdə, saat 08:00 radələrində marketə gəlib qapını açaraq içəri daxil olduqda kassa aparanın ətrafında dağınıq olduğunu görmüş və marketdən oğurluq hadisəsinin baş verdiyini başa düşmüşdür. Bundan sonra ətrafa baxarkər marketin sanitar qovşağı tərəfdən nəfəsliyindən keçərək marketə daxil olmasını müəyyən etmişdir. Marketə baxış keçirərkən 1.000 manat dəyərində tütün məmulatlarının oğurlanmasını aşkar etmişdir. Həmçinin 180 manata aldığı kassa aparatının sındırılması aşkar etmişdir. Bundan sonra o, dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda bölgələr üzrə market filialı yerləşir. Marketdə olan məhsullar "xxxx" MMC şəbəkələrinə məxsusdur. 06 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrindən 07 sentyabr 2023-cü il saat 08:00 radələrinədək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən "xxxx"-dən oğurluq hadisəsi baş vermişdir. Oğurluq hadisəsi barədə həmin marketdə müdir işləyən V.M. Vəlizadə hadisə barədə məlumat vermiş və marketin saxlanc yeri olan seyfindən 45 manat nağd pulun, ümumilikdə 175 manat dəyərində ərzaq məhsulları və tütün məmulatlarının, 380 manat dəyərində DVR kamera qurğusunun oğurlanmasını bildirmişdir. O, baş vermiş oğurluq hadisəsindən sonra marketə bir daha baxış keçirildiyini, DVR qurğusunun marketin içərisindən tapıldığını, oğurlanmadığını bildirmişdir. Həmçinin marketin saxlanc yeri hesab edilən seyfindən 45 manat nağd pul, marketin piştaxtasından bir qutunun qiyməti 4 manat olan 26 qutu ümumilikdə 104 manat dəyərində «Sobranie» markalı, bir qutunun qiyməti 4 manat olan 10 qutu ümumilikdə 40 manat dəyərində nazik «Kent 4» markalı, bir qutunun qiyməti 4 manat olan 10 qutu ümumilikdə 40 manat dəyərində «Kent 4» markalı, bir qutunun qiyməti 3 manat 80 qəpik olan 24 qutu ümumilikdə 91 manat 20 qəpik dəyərində «Winston» kompakt markalı, 01 qutu 3 manat 80 qəpik olan nazik «Winston» markalı tütün məmulatları və bir ədədinin qiyməti 50 qəpik təşkil edən 02 ədəd ümumilikdə 1 manat dəyərində “Natura” markalı meyvə şirələri oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 325 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus "xxxx"-də müdir vəzifəsində çalışır. Həmin market hər səhər saat 08:00 radələrində fəaliyyətə başlayır, axşam isə saat 22, bəzəndə 23 radələrində bağlanır. 06 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində bütün işçilər marketdən çıxdqdan sonra o, marketin qapılarını bağlayıb evə getmişdir. 07 sentabr 2023-cü il tarixdə, saat 08:00 radələrində marketin qapısını açıb içəri daxil olduqda piştaxtada olan bəzi məhsulların yerində olmadığını, bəzilərinin isə dağınıq vəziyyətdə olmasını müəyyən etmişdir. Bundan sonra o, marketə baxış keçirmiş, marketin arxasında yerləşən kiçik ölçülü pəncərənin yəni, nəfəsliyin açıq olduğunu müəyyən etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, marketdən oğurluq hadisəsi baş vermişdir. O, dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 oktyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3, 177.2.4, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 yanvar 2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 azaldılmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, cinayət işinin materiallarında olan iş üçün əhəmiyyətli sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz təkrar daxil olmaqla ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 26 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,72). Cinayət işinin materiallarında olan 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,92). Cinayət işinin materiallarında olan 4(008)742/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 115). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmasını, onun əməlində cinayətin residivinin olmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, törədilmiş əməldə təqsirinin olmasını, alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «26» sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar bir qutu «Winston» kompakt markalı, bir qutu nazik«Sobranie» markalı, bir qutu nazik «Kent 4» markalı, bir qutu qalın «Kent 4» markalı və 02 qutu qalın «Kent 8» markalı tütün məlumatlarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən «03» (üç) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «26» sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübatlar bir qutu «Winston» kompakt markalı, bir qutu nazik«Sobranie» markalı, bir qutu nazik «Kent 4» markalı, bir qutu qalın «Kent 4» markalı və 02 qutu qalın «Kent 8» markalı tütün məlumatlarının zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-150/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-150/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver