Məhkəmə qərarları › İş №1(008)-151/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-151/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-151/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə Yardımlı rayonu,Yardımılı qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-in RETSİ İstismar şöbəsinin baş mühəndisi işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, 03 aprel 2020-ci il tarixdən "xxxx" ASC-in Sabunçu RETSİ-in İŞ-nin baş mühəndisi işlədiyi dövrdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tərtib olunmuş «y/st 22 Tr№3» cari təmirinin aparılması ilə əlaqədar 24 aprel 2023-cü il tarixli, 82 №li naryad-buraxılışa əsasən 24 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən "xxxx" ASC-in Sabunçu RETSİ-in 22 saylı yarımstansiyasında cari təmir işləri aparılarkən həmin işin görülməsinə iş rəhbəri və iş icraçısı təyin edilməsinə və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»ın tələblərinə əsasən briqada üzvlərinin işlərinin təhlükəsiz aparılmasına, naryadda göstərilən iş yerlərinin hazırlanması üzrə bütün tədbirlərin yerinə yetirilməsinə və tam həcmdə olmasına, onun tərəfindən təyin edilmiş işlərin icra şəraitinə görə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə, zəruri mühafizə vasitələri, alət, inventar və cihazların mövcudluğuna, sazlığına və düzgün istifadə edilməsinə, iş yerində, şəxsləri mümkün təhlükələrdən xəbərdar etmək üçün, müəyyən davranışların qadağan edilməsinə və ya bu barədə xəbərdarlıq edilməsinə, həmçinin istifadəsinə məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli və (və ya) ziyanlı istehsalat amillərinə, torpaqlanma qurğusunun, bağlayıcı qurğuların təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan çəpərlənmə, təhlükəsizlik plakatlarının (nişanlarının) qorunmasına, onun özünün və briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə və briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə cavabdeh şəxs olmasına baxmayaraq «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»ın 1.3.13 bəndinin tələblərini pozaraq transformatorda təmir işlərinin təhlükəsiz aparılması üçün iş görüləcək məkanın yaxınlığında yerləşən 3 fazalı yağ açarı olan «Şaya 35kv» yuvasının qapısının qıfıl ilə bağlanılmasını təmin etmədiyinə görə, cari təmir zamanı xidmətdə olan 06 oktyabr 2020-ci il tarixdən "xxxx" ASC-in Sabunçu RETSİ-in İŞ-in HX üzrə elektirk montyoru işləyən Zərərçəkmiş şəxs, həmin yuvanın qapısının açıq olduğunu görüb oraya girdikdən sonra işini görmək üçün ilkin olaraq 3 fazalı yağ açarının soldan birinci açarına əl atmaq istəyərkən məsafədən, yəni açarla kontakt olmadan cərəyanın vurması nəticəsində, yüksək gərginlikli elektrik cərəyanının təsirindən törənmiş sifət, boyun, gövdə və hər iki yuxarı ətra nahiyələrinin ( ümumi bədən səthinin 50 %-ni əhatə edən) İİİ-İV dərəcəli elektrik cərəyanı yanıqları, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailəsi ilə birgə yaşayır. Evlidir və iki oğlan övladı var. Hazırda "xxxx" ASC-in Sabunçu RETSİ İstismar şöbəsinin baş mühəndisi işləyir. O şəbəkənin baş mühəndisi olduğundan şəbəkənin texniki məsələlərinə özü cavabdehdir və işi şəbəkənin cari təmir işləri, profilaktik təmir işləri, həmçinin baş vermiş qəzaların aradan qaldırılması istiqamətində təmir işləri və s. ibarətdir. Zərərçəkmiş şəxs isə onun işçisidir və onların şöbəsində hava xətti üzrə elektrik montyoru işləyir və qeyd etdiyi təmir işlərində ona köməklik göstərir. Şəbəkənin 14 yarımstansiyası var və bunun 12-si 35/6 kv, 2-si isə 110/35/10 kv yarımstansiyalardır. Onların işi növbəli şəkildə həmin yarımstansiyalarda cari təmir işlərini görməkdir. 24 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində RETSİ-in rəsinin imzası ilə təsdiqlənmiş «Naryad və səncamla aparılan işlərin uçotu» jurnalındakı 82 nömrəli naryada əsasən 22 saylı 35/6 kv yarımstansiyada 5.6 mva gücündə olan 3 nömrəli transformartorunda elektrik montyoru Zərərçəkmiş şəxs, elektrik çilingəri Nofəl Həsənəliyev və elektrik qaz qaynaqçısı Ramin Musayevin iştirakı ilə cari təmir aparılmalı idi. Bu səbəbdən o və işçiləri 22 saylı Y/S-na yollanmışlar. Həmin vaxt Raminlə Nofəl darvazanın yanında olmuşlar. Rövşən isə onun yanında olmuş və bir qədər sonra gərginliyin partlayış səsini eşitmişdir. Həmin vaxt səs 3 fazalı yağ açarı olan Şaya 35kv yuvasından gəlmiş və ora getdikdə Rövşəni yerdə uzanıqlı vəziyyətdə, üzərindəki paltarın isə yanmasının, həmçinin yuvada isə tüstünün olmasının şahidi olmuşdur. Bu zaman o dərhal Rövşənin üzərində oian paltarı cırıb çıxartmış və Rövşənin qışqıraraq kömək istəməsini gördüyündən onun özündə olduğunun şahidi olmuşdur. Bundan sonra onu yuvadan çıxardaraq əməkdaşlarının köməkliyi ilə tibbi yardım göstərilməsi üçün idarənin avtomobilinə əyləşdirib 5 nömrəli xəstəxanaya yola salıb hadisə yerinə qayıtmışdır. Hadisə yerində Rövşənin naryadda göstərilən cari təmir əvəzinə, yəni yarımstansiyada 5.6 mva gücündə olan 3 nömrəli transformartorunda olan cari təmir əvəzinə Şaya 35kv yuvasına daxil olduğunu müşahidə etmiş və təlimata əsasən yağ açarına 60 sm məsafədən çox yaxınlaşdığından hadisənin baş verdiyini güman edir. Bundan başqa bildirmişdir ki, təhlükəsizlik baxımdan onların geyim forması yalnız xidməti geyim olduğundan yalnız batinka məcburidir. Cari təmirdən öncə isə o və növbətçi tərəfindən işçilər işə buraxılmamışdan təlimatlandırılır. Həmin vaxt isə növbətçi Şahid1 olmuşdur. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Hazırda "xxxx" ASC-in Sabunçu RETSİ İstismar şöbəsinin hava xətti üzrə elektrik montyoru vəzifəsində işləyir. İşi şəbəkənin cari təmir işləri, profilaktik təmir işləri, həmçinin baş vermiş qəzaların aradan qaldırılması istiqamətində təmir işləri və s. ibarətdir. Təqsirləndirilən şəxs isə şöbənin baş mühəndisidir və qeyd etdiyi təmir işlərində ona tapşırıqlar verir. Şəbəkənin 14 yarımstansiyası var və bunun 12-si 35/6 kv, 2-si isə 110/35/10 kv yarımstansiyalardır. Onların işləri növbəli şəkildə həmin yarımstansiyalarda cari təmir işlərini görməkdir. 24 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində RETSİ-in rəsinin imzası ilə təsdiqlənmiş «Naryad və sərəncamla aparılan işlərin uçotu» jurnalındakı 82 nömrəli naryada əsasən 22 saylı 35/6 kv yarımstansiyada 5.6 mva gücündə olan 3 nömrəli transformartorunda şöbənin baş mühəndisi Təqsirləndirilən şəxs, elektrik çilingəri Nofəl Həsənəliyev və elektrik qaz qaynaqçısı Ramin Musayevin iştirakı ilə cari təmir aparılmalı olduğundan, onlar 22 saylı Y/S-na yollanmışlar. Əraziyə ilkin olaraq o daxil olduğundan və 3 fazalı yağ açarı olan Şaya 35kv yuvasının qapısının açıq olduğunu gördüyü üçün səhv edərək oraya girmişdir. Həmin vaxt orada heç kim olmamışdır. O, yuvaya girdikdən sonra işini görmək üçün ilkin olaraq 3 fazalı yağ açarının soldan birinci açara əl atmaq istəyərkən məsafədən, yəni açarla kontakt olmadan cərəyan onu vurmuş və gərginliyin partlayış səsini eşitmişdir. Ondan sonrasını isə xatırlamır. O özünə gəldikdə artıq 5 nömrəli xəstəxananın yanıq şöbəsində olmuşdur. O, naryadda göstərilən cari təmir əvəzinə, yəni yarımstansiyada 5.6 mva gücündə olan 3 nömrəli transformartorunda olan cari təmir əvəzinə Şaya 35kv yuvasına daxil olmuş və təlimata əsasən yağ açarına 60sm məsafədən çox yaxınlaşdığı üçün hadisə baş vermişdir. Həmçinin Cəlalın özü İ operativ personal şəxs kimi 5.6 mva gücündə olan 3 nömrəli transformartorunda təmir işləri görülməsi üçün buraxılış verməmiş və o açara yaxınlaşmamışdan öncə açarlarda gərginliyin tam olaraq kəsildiyini zənn etmişdir. Təhlükəzilik baxımdan onların geyim forması yalnız xidməti geyim olduğundan yalnız batinka məcburidir. Cari təmirdən öncə isə növbətçi tərəfindən işçilər işə buraxılmamışdan təlimatlandırılır. Həmin vaxt isə növbətçi Şahid1 olmuş və idarədə olarkən o və Ağasəməd tərəfindən təlimatlandırılmışlar. Heç bir şikayət və tələbim yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" ASC-in RETSİ İstismar şöbəsinin operativ personal şəxsi işləyir. O şəbəkədə olanda işi ərazisində baş vermiş hadisələri operativ şəkildə aradan qaldırmaq, təmirə çıxarılmış avadanlıqları açmaq, briqadalara buraxılış vermə və sair ibarətdir. Zərərçəkmiş şəxs RETSİ-in işçisidir və hava xətti üzrə elektrik montyoru işləyir. Şəbəkədə olan təmir baş mühəndis Təqsirləndirilən şəxs köməklik göstərir. Şəbəkənin 14 stansiyası var və bunun 12-si 35/6 kv, 2-si isə 110/35/10 kv yarımstansiyalardır. 24 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində RETSİ-in rəsinin imzası ilə təsdiqlənmiş və səncamla aparılan işlərin uçotu jurnaldakı 82 nömrəli naryada əsasən 22 saylı yarımstansiyada 5.6 mva gücündə olan 3 nömrəli transformartorunda baş mühəndis Təqsirləndirilən şəxs, elektrik montyoru Zərərçəkmiş şəxs, elektrik çilingəri Nofəl və elektrik qaz qaynaqçısı Raminin iştirakı ilə cari təmir aparılmalı idi. İşçilər 22 saylı Y/S-na yollanmışlar. Həmin vaxt Raminən Nofəl darvazada idilər. Onlar 6kv xəttin yuvasında xətti tam açmaq üçün işləyirdilər. Bir qədər sonra partlayış səsini eşitmişdir. Həmin vaxt səs 3 fazalı yağ açarı olan Şaya 35kv yuvasına daxil olmuşlar. Ora gedəedə Ağasəmədin köməkliyi ilə Rövşənin yuvadan çıxarmasını, yuvanın da tüstülü olmasını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-in Sabunçu RETSİ İstismar şöbəsinin rəisi vəzifəsində işləyir. Onun şəbəkədə işi Texniki Təhlükəsizlik və X2 əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq və sair ibarətdir. Zərərçəkmiş şəxs RETSİ-in işçisidir və hava xətti üzrə elektrik montyoru işləyir. Şəbəkədə olan təmir işlərində baş mühəndis Təqsirləndirilən şəxs köməklik göstərir. Şəbəkənin 16 yarımstansiyası var və bunun 13-si 35/6 kv, 3-ü isə 110/35/10 kv yarımstansiyalardır. Onların işi növbəli şəkildə həmin yarımstansiyalarda cari təmir işlərini görməkdir. 24 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində «Naryad və səncamla aparılan işlərin uçotu» jurnalındakı 82 nömrəli naryada əsasən 22 saylı 35/6 kv yarımstansiyada 5.6 mva gücündə olan 3 nömrəli transformartorunda baş mühəndis Təqsirləndirilən şəxs, elektrik montyoru Zərərçəkmiş şəxs, elektrik çilingəri Nofəl Həsənəliyev və elektrik qaz qaynaqçısı Ramin Musayevin iştirakı ilə cari təmir aparılmalı idi. Bu səbəbdən işçiləri 22 saylı Y/S-na yollanmışlar və həmin vaxt şöbənin rəisi kimi cari təmirlərdə iştirak etmədiyindən idarədə xidməti otağında olmuşdur. Buna baxmayaraq, 11:00 radələrində Ağasəməd ona telefonla zəng edərək hadisə barəsində məlumat vermiş və o dərhal hadisə yerinə yollanmıdır. Həmin cari təmirlə bağlı tərəfindən sifariş(sərəncam) verildikdən sonra «Naryad və səncamla aparılan işlərin uçotu» jurnalında qeyd olunsa da, baş vermiş hadisə zamanı İ personal şəxs və dispetçer tərəfindən naryada buraxılaşa icazə verilməmişdir. Bundan başqa bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təhlükəsizlik baxımından geyim forması yalnız xidməti geyim olmuşdur. Ağasəməd tərəfindən işçilər işə buraxılmamışdan öncə təlimatlandırılır. O, şöbə rəisi kimi hər iş günündə saat 08:00-da xidmətə başlamamışdan öncə baş mühəndisləri, aparıcı mühəndisləri və mühəndisləri naryada uyğun olaraq görüləcək işlər bağlı məlumat verdikdən sonra baş mühəndislər mühəndisləri və montyorları təlimatlandırırlar. İş materiallarında olan və məhkəmə baxış elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 2321 saylı, 18 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sifət, boyun, gövdə və hər iki yuxarı ətraf nahiyələrinin (ümumi bədən səthinin 50 %-ni əhatə edən) lll-İV dərəcəli elektrik cərəyanı yanıqları müəyyən edildi. Xəsarətlər yüksək gərginlikli elektrik cərəyanının təsirindən törənmişdir, müddəti qərarda göstərilən 24 iyul 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/7405 saylı, 11 oktyabr 2023-cü il tarixli əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»ın 1.3.13 bəndinin tələbləri pozulmuşdur. Transformatorda təmir işlərinin təhlükəsiz aparılması üçün iş görüləcək məkanın yaxınlığında yerləşən yuvanın qapısının qıfıl ilə bağlanılmasını təmin etmədiyinə görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»ın 1.3.13 bəndinin tələbləri 82 №li, 24 iyul 2023-cü il tarixli naryadburaxılışa əsasən həmin işin görülməsinə iş rəhbəri və iş icraçısı təyin edilmiş Sabunçu RETSİ İsitsmar şöbəsinin baş mühəndisi Təqsirləndirilən şəxs tərərfindən pozulmuşdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 noyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum ounmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən-texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 162.1-ci madəssinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa-iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə ərizə), onun müsbət xarkterizə olunmasını, əməlin ehtiyatsızlıqdan törənməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət işinin materiallarında olan 02 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,126). Cinayət işinin materiallarında olan 02 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 145). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, onun müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, əməlin ehtiyatsızlıqdan törənməsini və işdə olan digər halları nəzərə alaraq, ona «islah işləri» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən islah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Cəzaların Məcəlləsinin 40-ci maddəsinə əsasən islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. Həmin Məcəlllənin 41.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən islah işləri növündə cəza çəkən məhkumların islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata keçirilir. Cəzanın çəkildiyi yer üzrə işəgötürən məhkumun davranışına nəzarət edir və onunla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. 44.2. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir. 44.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası qaydalarını pozduqda, icra məmuru məhkuma xəbərdarlıq və ya töhmət növündə tənbeh verə bilər. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla, «01»(bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar