Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-152/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 13, ev 13-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunusz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,265 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il saat 17:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən “Real” marketin qarşısında barəsində açılmış 51673 nömrəli axtarış işi ilə əlaqədar Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb bölməyə gətirilmiş və bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,265 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəldən şüşə kimi tanıdığı psixotrop maddədən çəkmək yolu istifadə etməyə başlamış, sonradan psixotrop maddələrdən istifadə etdiyi üçün müalicə almağa başlamış və müalicə aldığı gündən psixotrop maddələrdən istifadə etmir. Psixotrop maddələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə təxminən dörd ay bundan əvvəl Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 (on) manata pul ödəyərək öz şəxsi istifadəsi üçün siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə şüşə kimi tanıdığı psixotrop maddə alıb əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibində gizlətmişdir. Növbəti gün aldığı psixotrop maddənin bir qismini istifadə etmiş, qalıq hissəsini isə sonra istifadə etmək üçün yenidən həmin bükümdə saxlayaraq şalvarının sağ yan kiçik cibində saxlamışdır. Bundan sonra, müalicəyə başladığı üçün cibində saxladığı psixotrop maddədən istifadə etməmişdir. xx.xx.2020-ci il saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən "Real" marketin qarşısında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra, polis əməkdaşları barəsində Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən axtarış verildiyini, həm bu səbəbdən, həm də, narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirərək bölməyə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gəlmişdir. Bölmədə barəsində şəxsi axtarış keçirilməsi barədə qərar tərtib edilmiş, qərarla tanış edildikdən sonra Polis əməkdaşlarının özləri şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual vermişlər. O, da üzərində qanunsuz əşya olmadığını bildirmişdir. daha sonra polis əməkdaşları özləri onun üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş şüşə kimi tanıdığı psixotrop maddə aşkar edilmişdir. Polis əməkdaşları bükülünün içərisinə baxış keçirərək içərisindəki maddənin nə olduğunu soruşmuş, o, polis əməkdaşlarına bildirmişdir ki, bükülünün içərisində olan maddənin şüşə kimi tanıdığı psixotrop maddə olduğunu, öz istifadəsi üçün təqribən dörd ay əvvəl Bakı şəhəri, Yasamal rayonundə yerləşən “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən almışdır. Bundan sonra, aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Tutduğu əməldən səmimi peşmandır və ona yüngül jəza təyin etməyi məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyat müvəkkili vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il saat 17:20-də barəsində 51673 nömrəli axtarış işi açılaraq axtarışa verilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən “Real” marketin qarşısında olması barədə məlumat daxil olmuşdur. Şahid1 ilə birlikdə qeyd edilən ünvana getmişlər. Saat 17:30-da qeyd edilən yerə çatmış və bu zaman Təqsirləndirilən şəxs qeyd edilən yerdə dayandığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getməyi təklif etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmiş, sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ kristal maddə aşkar edilmişdir. Onlar bükülünün içərisinə baxış keçirərək Təqsirləndirilən şəxs içərisindəki maddənin nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs bükülünün içərisində olan maddənin şüşə kimi tanıdığı psixotrop maddə olduğunu, öz istifadəsi üçün təqribən dörd ay əvvəl Bakı şəhəri, Yasamal rayonundə yerləşən “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən aldığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş psixotrop maddə götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onlar tərəfindən imzalanmışdır. Cinayət işinin 14-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 33-34-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, S.İmaronovun, Şahid2 və Müdafiəçi iştirakı ilə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara şalvarın sağ yan kiçik cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2559 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi sübut» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,265 qr olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0,215 qramdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, azadlığa buraxılmışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,215 qram metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 100-104-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan AZ İİİ 676655 seriyalı doğu haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işinin 87-89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Namazov X2 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Sabunçu Rayon Məhkəməsinin 7(008)-590/2020 saylı qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 2500 manat məbləğində cərimə cəzası 400 saat ictimai işlər cəzası ilə əvəz olunmuşdur. Bakı şəhəri Probasiya İdarəsinin xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Namazov X2 Rayon Məhkəməsinin 7(008)-590/2020 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş cəzasından xx.xx.2021-ci il tarixə 264 saatını icra etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışında verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqla daşıması əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat məbləğində cərimə (Sabunçu Rayon Məhkəməsinin 7(008)-590/2020 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 400 saat içtimai işlərlə əvəz edilmiş) cəzasının çəkilməmiş 136 saatı hazırki azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs oğluna qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən ictimai işlərin dörd saatı bərabər tutulur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0,215 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş (2500 manat məbləğində cərimə - Sabunçu Rayon Məhkəməsinin 7(008)-590/2020 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 400 saat içtimai işlərlə əvəz edilmiş) cəzanın çəkilməmiş 136 saatı yəni, azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər 34 (otuz dörd) gün azadlığın məhdudlaşdırılması cəzası kimi nəzərə alınmaqla, hazırki azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,215 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-152/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-152/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver