Məhkəmə qərarları › İş №1(008)-153/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-153/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-153/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2, bağ sahəsi 1103-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi X7 küçəsi ev 74 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M U ƏY YƏ N E T D İ : Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 7,11 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən 13 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 küçəsində yerləşən Narkoloji dispanserin yaxınlığında yol kənarında şübhəli şəxs qismində saxlanılaraq 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 7,11 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxın müddətdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olub, rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə olan heroin, tiryək, metamfetamin və marixuanadan istifadə edir. Narkotik maddələrə ehtiyacı olanda yaşadığı Maştağa qəsəbəsi və ya başqa rayonun ərazisində gəzərkən orada üzdən tanıdığı, başqa anket məlumatlarını bilmədiyi şəxsdən pul müqabilində narkotiki əldə edir və gizlin yerdə istifadə edir. Həmçinin Maştağa qəsəbəsində olan narkoloji dispenserdə qeydiyyatdadır və oraya gedib, dərman da qəbul edir. Üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən marixuana aşkar edilməsi ilə bağlı bildirirmişdir ki, təxminən 11 iyun 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisindən dəqiq xatırlamadığı, üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 60 manata alıb və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirib, həmin 1 ədəd bükülü şəffaf rəngli sellofanın içərisində idi və büküm şəklində də üzərində saxlayıb, 13 iyun 2024-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsində yerləşən Narkoloji dispanserin yaxınlığında yol kənarında olan zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin vaxt üzərində gəzdirdiyi narkotik vasitəyə görə narahat olduğu üçün həmin yerdən uzaqlaşmaq istəmiş, bundan sonra polis əməkdaşları onu saxlayaraq PŞ-nə dəvət edib, orada ona hüquqları izah olunub, müdafiəçi ilə təmin edilib, daha sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyi üçün vəkiliylə məsləhətləşib və nəticədə vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş edib. Şöbədə axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmiş, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan qurudulmuş ot kütləsini təqdim etmiş, üzərindən aşkar edilən qurudulmuş ot kütləsi olan marixuana qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Üzərinə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özünün və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq əvvəllər heroindən istifadə etdiyini, 2021-ci ildən bəri heroini tərgitdiyini, Narkoloji Dispanserdə müalicəyə başlayaraq metadon suyu qəbul etdiyini, Tariyel adlı polis əməkdaşının iyul ayının 12-13 tarixlərində saat 14:55-də onun yanına Dispanserə gəldiyini, polis əməkdaşının mülki geyimdə olduğunu, üzərində həmin an narkotik vasitə marixuananın olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün 50-60 manata Yasamaldan aldığını,ona qarşı təsir-təzyiq olmadığını, həmin gün üzərində - 070 *** ** ** mobil nömrəli android telefon olduğunu, telefonundan çıxarış edilən yazışmaların bir il öncəki yazışmalar olduğunu, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Təqsirləndiriləndirilən şəxs Təqsirləndirilən şəxs son sözündəCM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, ona irəli sürülmüş ittihamın şər-böhtan olduğunu, işin ədalətli araşdırılaraq qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən X2 xidmət edir, 2020-ci il tarixdən isə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. 13 iyun 2024-cü il tarixdə iş yoldaşı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə inzibati ərazidə Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsində yerləşən Narkoloji dispanserin yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşmışlar və özlərini təqdim edib, həmin şəxsdən şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs onlara şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmiş və yayınmağa cəhd göstərmişdir. Bundan sonra iş yoldaşı Şahid1 ilə birlikdə həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirmişlər. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Şöbəsinə gətirildikdən sonra Dadaşov X3 rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin xidməti otağında şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünün içərisindəki narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd içərisindəki narkotik vasitəyə bənzər ot kütləsini Yasamal rayonunda üzdən tanıdığı, lakin ünvanını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 60 (altmış) manat verməklə almış və istifadəsində saxlamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə qablaşdırılaraq götürülmüş və bu barədə tərəflərindən protokol tərtib olunmuşdur. Ekspertizanın tədqiqatından sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan maddə narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs saxlanılıb Polis şöbəsinə gətirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2004-cü il tarixdən X2 xidmət edir, 2020-ci il tarixdən isə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. 13 iyun 2024-cü il tarixdə iş yoldaşı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsində yerləşən Narkoloji dispanserin yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşmışlar və özlərini təqdim edib, həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs onlara şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmiş və yayınmağa cəhd göstərmişdir. Bundan sonra iş yoldaşı Tariyel ilə birlikdə həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirmişlər. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Şöbəsinə gətirildikdən sonra Dadaşov X3 rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin xidməti otağında şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünün içərisindəki narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd içərisindəki narkotik vasitəyə bənzər ot kütləsini Yasamal rayonunda üzdən tanıdığı, lakin ünvanını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 60 (altmış) manat verməklə almış və istifadəsində saxlamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə qablaşdırılaraq götürülmüş və bu barədə tərəflərindən protokol tərtib olunmuşdur. Ekspertizanın tədqiqatından sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan maddə narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs saxlanılıb Polis şöbəsinə gətirilən zaman ona qarşı zor tətbiq edilməmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra əynindəki boz cins şalvarının könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əynindəki boz cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində nrakotik vasitəyə bənzər qurudulmuş ot kütləsi olduğunu, bu narkotik vasitəni Yasamal rayonunda üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofanın içərisində olan bükülmüş 01 ədəd bükülünü açdıqda içərisində qurudulmuş ot kütləsi narkotik vasitəyə bənzər maddənin olması aşkar edilmişdir. (i.v. 23-24). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan torbacığda təmiz çəkisi-7,11 qram olan bitki mənşəli kütlə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v.30-31). "Maddi sübut kimi tanıma haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sellofan torbacığda təmiz çəkisi 7,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab olunaraq, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 7,06 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə verilməsi və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.148-151). "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-2896 nömrəli məktuba əlavə edilmiş "CD” diskdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə olan yazışmaların bir qismi göstərilmişdir;

1. 25.08.2023, ***-***-**-**—***-***-**-** Gagaş yubanir o adam hələ gəlmə mən gəlmişəm ama tema çatmiyib hələ

2. 19.11.2023, ***-***-**-**—***-***-**-** Neynirsen göra seherdeyem burdada das tapa bilmedim ala dünenden seherden das deymeyib dilime serxan(nalayiq ifadə) balas”

3. 29.11.2023.-cü il;***-***-**-**—***-***-**-** Hardarsan, ağrımasaydın başqa şey çəkərdik.

4. 02.12.2023-cü il; ***-***-**-**—***-***-**-** Gəl dayidə seni gözdiyirəm axı cekmirem seherden yekə qızsan niye b ele düşüncen yoxdu olmadı ki, bu “Ciyərim yanır axı çekmey istəyirəm ama sənsiz yok senden ferqli ola”

5. 26.05.2024-cü il; ***-***-**-**----***-***-**-** yusif (nalayiq ifade) ozvi yandrdi sizi qurupla beraber soxdurum iceri sende bax budu senin qeyretden namusdan dansdigin (nalayiq ifade)

6. 01.06.2024-cü il; ***-***-**-**---***-***-**-** bunu S enden hec gozdemezdim Leman ayib olsun bilirsen hele veziyetimi S amli patini 26 manata verdi hec orda 01 yoxdu sende Leman.

7. xx.xx.2024-cü il; ***-***-**-**---***-***-**-** Gec gelersen salamatdiqdi?nigaran qaldim neyçün bele gec oldu qaqaş, prablem yokdu böleriy tez gelde bağrim partdadi.

18 dekabr 2024-cü il "Sübutların qiymətləndiriməsi” qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsinə dair "Azerfon” MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-9198/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd "CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. (i.v. 108). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5073 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərara əsasən, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş "digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və çıxan SMS-lər, təqsirləndirlən şəxsin ona məxsus narkotik vasitəni digər şəxslərlə paylaşması ilə bağlı etirafı və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən çıxan narkotik vasitəni də öz istifadəsi üçün əldə etdiyini bildirsə də, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək üzərindən narkotik vasitə çıxmasını inkar etməmiş, ilkin ifadəsində və məhkəmə istintaqı zamanı ifadəsində həmin narkotik maddələrdən satış üçün deyil, yalnız öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxs 070 *** ** ** mobil nömrəsinin 2024-cü ilin iyul ayına kimi onun öz istifadəsində olduğunu bildirmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və çıxan SMS mətnləri səsləndirildikdə təqsirləndirilən şəxs ona SMS yazan şəxsləri və smslərin məzmununu tam xatırlamadığını bildirsə də, SMS-lərin mətnlərindən yazan şəxslərin ona adı ilə müraciət etdiklərini, onu məhz narkotik vasitə ilə təmin edən şəxs kimi tanıması və ona bu formada müraciət edilməsi açıq-aydın görünməkdədir. Bununla yanaşı, təqsirləndirilən şəxs həmin smslərlə bağlı etiraf etmişdir ki, 070 *** ** ** mobil nömrəsini istifadə edən xanıma yazdığı smsdə toyda onun şəxsən özünə hədiyyə olunmuş narkotik vasitəni həmin gün görüşləri zamanı həmin xanımla paylaşmışdır. Bundan başqa "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-2896 nömrəli məktuba əlavə edilmiş "CD” diskə baxış zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** mobil nömrədən münasibətləri olduğunu bildirdiyi 070 *** ** ** mobil nömrəsinin sahibinə yazılan “Menim 20 manatımi düzəlt ver tez kasıb aile var Qonşuluqda bazarlıq edib verəcəm onlra nəzirim var”, “Aç telefnu pislik elədim ağrıyırdın (nalayiq ifadə) pul atdim sene ay sexsiyetsiz”, “Çık gel indi evdeyem görüşek rasot olaq yada pulumu görüm menim pulumu yeyən armatur qusar”, “Beledeki ne yuxardan gedirsen mənimçün mal kakosa görə (nalayiq ifadə)” smslərin və digər smslərin məzmunundan 070 *** ** ** mobil nömrənin sahibi olan qadının narkotik vasitə qarşılığında Təqsirləndirilən şəxsla əlaqədə olduğu anlaşılır. Məhkəmə onu da qeyd edir ki, narkotik vasitələrin qanunsuz satılması narkotik vasitələrin yalnız əvəzli və ya qazanc əldə etmək məqsədi ilə deyil, digər şəxsi maraqla da yayılmasını özündə ehtiva etdiyindən Təqsirləndirilən şəxs narkotik vasitəni münasibət qarşılığında şəxsi maraqla verməsi də özü-özlüyündə narkotik vasitələrin dövriyyəsi kimi qiymətləndirilən haldır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi təzyiq olmadığını bildirmişdir. Bundan başqa, 30 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi dindirilərkən yuxarıda qeyd olunan smslərlə bağlı verilmiş suala cavab olaraq “Həmin smsləri mən yazmışam. Mən narkotik əldə etdikdə tanışımla həqiqətən də həmin narkotiki bölüb, birlikdə istifadə etmişik. Lakin mən kiməsə narkotiki pul qarşılığında satmamışam. Adı çəkilən həmin sms mətnləri də mənə təqdim edildi. Mən etiraf edirəm ki, narkotiki kiməsə verib, birlikdə qəbul etmişik. Lakin son zamanlar artıq narkotik qəbul etmirəm. Həmin smslər keçmiş zamanda olan smslərdir.” Elektron qaydada yazılmış ifadəsi və öz əlyazması ilə yazılmış “İfadəmi oxudum. Mən öz narkotikimdən yaxın bildiyim adama istifadə etməsi üçün vermişəm. Sözlərim düzdü. İmzamla təsdiq edirəm. Özümü satış – üzrə təqsirli bilmirəm” sözləri elan olunmuş və Təqsirləndirilən şəxs bir daha bu ifadələrin onun sözləri ilə yazıldığını və düzgünlüyünü təsdiqləmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 56.1.3- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə, saat 16:00-dan tutulmuş hesab edilmişdir (i.v.12). "Qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyun 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir (i.v.56-57). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Dadaşov X3 Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum edilmiş, həbsdə olduğu müddət nəzərə alınıb həbsdən azad edilmişdir (i.v. 130-131). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir (CM- 61.1.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), iş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 13 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün, 30 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixədək saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 7,11 qram olan tədqiqatdan sonra qalıq qalmış 7,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar