Məhkəmə qərarları › İş №1(008)-154/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-154/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-154/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəbrayıl şəhəri, Cəmşid Əhmədov küçəsi, ev 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 46, mənzil 7-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə “qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Mü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 02 saylı ünvanda yerləşən “21 Şərab Evi” oyun zalı və spirtli içki satılan mağazaya müştəri qismində daxil olaraq satıcının başının qarışıq olmasından istifadə edib giriş qapının sol tərəfində içərisində spirtli içkilər yığılan qutuların yanına gəlib Zərərçəkmiş şəxs məxsus bir ədədi 7.10 (yeddi manat on qəpik) manat təşkil edən ümumilikdə 319.60 manat dəyərində 45 ədəd “Belıy volk 0,5 litr 40 %” markalı şüşə butulkada olan arağı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna ümumilikdə 319.60 (üç yüz on doqquz manat atmış qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 02 saylı ünvanda yerləşən “21 Şərab Evi” oyun zalı və spirtli içki satılan mağazaya müştəri qismində daxil olaraq satıcının başının qarışıq olmasından istifadə edib giriş qapının sol tərəfində içərisində spirtli içkilər yığılan qutuların yanına gəlib Zərərçəkmiş şəxs məxsus bir ədəd 20 (iyirmi) manat təşkil edən ümumilikdə 360 manat dəyərində 18 ədəd “Tundra 1 litr 40 %” markalı şüşə butulkada olan arağı və bir ədəd 7.80 (yeddi manat səksən qəpik) manat təşkil edən ümumilikdə 93.60 manat dəyərində 12 ədəd “Tundra 0,5 litr 40 %” markalı şüşə butulkada olan arağı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna ümumilikdə 453.60 (dörd yüz əlli üç manat atmış qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 02 saylı ünvanda yerləşən “21 Şərab Evi” oyun zalı və spirtli içki satılan mağazaya müştəri qismində daxil olaraq satıcının başının qarışıq olmasından istifadə edib giriş qapının sol tərəfində içərisində spirtli içkilər yığılan qutuların yanına gəlib Zərərçəkmiş şəxs məxsus bir ədəd 9.20 (doqquz manat iyirmi qəpik) manat təşkil edən ümumilikdə 220.80 manat dəyərində 24 ədəd “White bear 0,7 litr 40 %” markalı şüşə butulkada olan arağı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna ümumilikdə 220.80 (iki yüz iyirmi manat səksən qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il saat 00:34-də Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 02 saylı ünvanda yerləşən “21 Şərab Evi” oyun zalı və spirtli içki satılan mağazaya müştəri qismində daxil olaraq satıcının başının qarışıq olmasından istifadə edib giriş qapının sol tərəfində içərisində spirtli içkilər yığılan qutuların yanına gəlib Zərərçəkmiş şəxs məxsus bir ədəd 9.20 (doqquz manat 20 qəpik) manat təşkil edən ümumilikdə 110.40 manat dəyərində 12 ədəd “White bear 0,7 litr 40 %” markalı şüşə butulkada olan arağı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna ümumilikdə 110.40 (yüz on manat qırx qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi çətinliyi olduğu üçün oğurluq etmək qarərına gəlmişdir. Buna görə də, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində oğurluq etmək üçün yer axtarmış və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gedib-gəldiyi “21 Şərab Evi” mağazasından oğurluq etməyə qərar vermişdir. Həmin mağaza həm də, oyun zalı yəni, “playstation club” kimi, digər hissəsi isə şərab evi kimi fəaliyyət göstərir. O, həmin ünvana tez-tez oyun oynamaq üçün gedirmiş. xx xxxxxx 2019-cu il saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, 25 saylı ünvanda yerləşən “21 Şərab Evi” mağazasına getmiş və mağazaya daxil olan kimi sol tərəfdə spirtli içki qutularını görmüşdür. Mağazanın satıcısının başı qarışıq olduğunu görüb həmin bir ədəd içərisində spirtli içkilər olan qutunu götürərək oradan uzaqlaşmışdır. O, oğurladığı spirtli içkiləri tanışı Anarın alacağını düşünüb onun mağazasına getmiş və spirtli içki qutusunun içərisində 15 ədəd “Belıy volk” markalı arağı ona 50 manata satmışdır. Həmin pulu şəxsi məsrəflərinə xərcləmişdir. Bundan sonra, yenidən oğurluq etmək qərarına gəlmiş və xx xxxxxx 2019-cu ildə “21 Şərab Evi” mağazasına getmişdir. Həmin günü saat 16:00 radələrində satıcının məşğul olduğunu görüb yenə oradan bir ədəd spirtli içki qutusunu götürüb mağazadan uzaqlaşmışdır. O, oğurladığı qutunun içərisinə baxdıqda orada 12 ədəd “Tundra” markalı 0,5 lirt araq olduğunu görmüş və həmin araqları Anara 50 manata satmışdır. O, həmin pulu yenidən öz ehtiyacına xərcləmiş və yenə pula ehtiyacı olduğu üçün həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il 00:10 radələrində həmin mağazaya getmiş və satıcının ona baxmadığını görüb içərisində spiritli içki olan br ədəd qutunu götürərək mağazadan uzaqlaşmışdır. Oğurladığı spirtli içki qutusuna baxan zaman görmüşdür ki, oğurladığı qutunun içərisində 15 ədəd “White bear” markalı 0,7 litrlik araq var imiş. Həmin spirtli içkini Anara 45 manata satmışdır. Anar ondan spirtli içkiləri haradan aldığını soruşduqda, o, Anara həmin içkilərin ona əmək haqqısının əvəzinə verildiyini bildirmişdir. O, “21 Şərab Evi” mağazasından üç dəfə oğurluq etmiş, oğurluğu maddi ehtiyacı olduğu üçün etmiş və əldə etdiyi pulları ehtiyacına xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu ildə ona məxsus şərab evindən 45 ədəd “Belıy volk 0,5 litr 40 %” markalı spirtli içkinin oğurlanmasını bildirsə də, qeyd olunan oğurluq hadisəsi onun tərəfindən törədilməmişdir. Əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində “Dəniz içki aləmi” mağazasını icarə əsasında işlədir. xx xxxxxx 2019-cu ildə günorta saatlarında o, mağazada olan zaman Təqsirləndirilən şəxs mağazaya gəlmiş və ondan “Belıy volk 0,5 litr 40 %” arağın qiymətini soruşmuş və o, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin arağın satışı 4 manat 70 qəpik, özü isə topdan 4 manat 10 qəpiyə alır. Həmin vaxtı Təqsirləndirilən şəxs içərisində 15 ədəd “Belıy volk 0,5 litr 40 %” araq şüşəsi olan karton qutunu göstərərək həmin araqların ona maaş əvəzi verildiyini və satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin araqları 50 manata ala biləcəyini bildirmiş, Fərid onun təklifi ilə razılaşaraq ondan 50 manat alaraq getmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı 15 ədəd araq şüşəsini olan “Belıy volk 0,5 litr 40 %” olan karton qutunu açıb araq şüşələrini satmaq üçün vitirinə qoymuşdur. xx xxxxxx 2019-cu ildə axşam saatlarında o, mağazada olan zaman Təqsirləndirilən şəxs yenidən mağazaya gəlmiş və ondan “Tundra 0,5 litr 40 %” arağın qiymətini soruşmuş və o, Təqsirləndirilən şəxs demişdir ki, həmin arağın satışı 7 manat 60 qəpik, özü isə topdan 7 manat 10 qəpiyə alır. Həmin vaxtı Təqsirləndirilən şəxs 12 ədəd “Tundra 0,5 litr 40 %” araqları satmaq istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs həmin spirtli içkiləri alaraq əvəzində ona 50 manat vermişdir.xx xxxxxx 2019-cu ildə 09:00-09:30 radələrində Təqsirləndirilən şəxs mağazaya gəlmiş və yenədə ona demişdir ki, 12 ədəd “White bear 0,7 litr 40 %” markalı araqları satmaq istəyir. O, Təqsirləndirilən şəxs 12 ədəd araq şüşəsini 50 manata ala biləcəyini bildirmiş, fərid onun təklifi ilə razılaşmışdır. O, pulu verən zaman Təqsirləndirilən şəxs demişdir ki, ona bir ədəd “Kent 4” siqareti versin. O, da Təqsirləndirilən şəxs bir ədəd “Kent 4” siqareti və 45 manat pul vermiş və Təqsirləndirilən şəxs pulu və bir ədəd siqareti alıb getmişdir. xx xxxxxx 2019-cu ildə mağazanın satıcısı Şahid2 ona zəng vuraraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin polis işçilərinin Təqsirləndirilən şəxs ilə birlikdə mağazaya gəldiyini, Təqsirləndirilən şəxs ona satdığı araqların oğurluq olduğunu bildirmişdir. Bundan sonra, o, mağazaya getmiş və mağazada olduğu zaman polis işçiləri ona Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda aldığı 3 qutu spirtli içkinin oğurluq olduğunu bildirmişlər. O, Təqsirləndirilən şəxs aldığı araqları polis işçilərinə təqdim etmiş və polis işçiləri həmin araqlara dair protokol tərtib edib götürmüşlər və daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə polis bölməsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Səmədbəy Mehmandarov küçəsində yerləşən “21 Şərab Evi” mağazasını işlədən Zərərçəkmiş şəxs 13-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir ki, xx xxxxxx 2019-cu il saat 00:34-də mağazadan bir nəfər cavan oğlan içərisində spirtli içki olan karton qutunu oğurlayıb və həmin şəxs mağazada olan müşahidə kamerasında qeydə alınıb. Həmin müşahidə kamerasının qeydə aldığı video görüntüyə baxdıqdan sonra əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Fərid evdə olmadığı üçün onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu 13-cü Polis Bölməsinə dəvət etmişdir. xx xxxxxx 2019-cu ildə Təqsirləndirilən şəxs 13-cü Polis Bölməsinə gəlmiş və ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən “21 Şərab Evi” mağazasından oğurluq etməsi soruşulmuş və Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, “21 Şərab Evi” mağazasına 2019-cu ilin dekabr ayının əvvəllərindən xx xxxxxx 2019-cu il tarixə kimi 3 dəfə ayrı-ayrı vaxtlarada oğurluq etmiş və mağazadan oğurladığı spirtli içkiləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən “Dəniz içki aləmi” mağazasında işləyən Anar adlı şəxsə satmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ilə birlikdə “Dəniz içki aləmi” mağazasına gedilərək Təqsirləndirilən şəxs satdığı araqlar götürülmüş və Təqsirləndirilən şəxs barəsində toplanmış material Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, 2018-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 mənzil 2 saylı ünvanda olan 61,5 kvadrat metr sahəni icarəyə götürmüş, obyektin 55,5 kvadrat metr sahəsindən “Playstation” oyun klubu kimi istifadə edilmiş, 6 kvadrat metr sahədə isə spirtli içkilər satılmışdır. xx xxxxxx 2019-cu il saat 21:00 radələrində o, “21 Şərab Evi” oyun zalı və spirtli içki satılan mağazanın giriş qapının sol tərəfində yığılmış spritli içki qutularının azaldığını görmüş, xx xxxxxx 2019-cu il saat 08:30 radələrində oğlu Turalla birlikdə mağazanın içərisində olan müşahidə kameralarının video görüntüsünə baxsalarda spirtli içki qutularını oğurlayan şəxs müşahidə kamerasına düşməmişdir. Bundan sonra, o, oğlu Turalla birlikdə mağazada olan malların qeydiyyat dəftəri ilə yoxlamış və müəyyən etmişlər ki, mağazada giriş qapının sol tərəfində olan bir ədədi 7 manat 10 qəpik olan hər birinin içərisində 15 ədəd araq şüşəsi olan “Belıy volk 0,5 litr 40 %” üç ədəd qutu yəni, ümumilikdı 45 ədəd “Belıy volk 0,5 litr 40 %” araq şüşəsi yoxdur. xx xxxxxx 2019-cu il saat 21:00 radələrində o, ona məxsus mağazanın giriş qapının sol tərəfində yığılmış spritli içki qutularının azaldığını müşahidə etmiş, xx xxxxxx 2019cu ildə oğlu Turalla birlikdə mağazanın içərisində olan müşahidə kameralarnın video görüntüsünə baxsalarda spirtli içki qutularını oğurlayan şəxs müşahidə kamerasına düşməmişdir. O, təkrarən mağazada olan malları qeydiyyat dəftəri ilə yoxlamış və müəyyən etmişdir ki, mağazadan bir ədədi 20 manat olan hər birinin içərisində 6 ədəd araq şüşəsi olan “Tundra 1 litr 40 %” üç ədəd qutu yəni, ümumilikdə 18 ədəd “Tundra 1 litr 40 %” araq şüşəsi; bir ədədi 7 manat 80 qəpik təşkil edən içərisində 12 ədəd araq şüşəsi olan “Tundra 0,5 litr 40 %” bir ədəd qutu yoxdur. xx xxxxxx 2019-cu ildə təkrarən spritli içki qutularının azaldığını görmüş, o, oğlu Turalla birlikdə mağazada olan malların qeydiyyat dəftəri ilə yoxlamış və müəyyən etmişlər ki, mağazadan bir ədədi 9 manat 20 qəpik olan hər birinin içərisində 12 ədəd araq şüşəsi olan “White bear 0,7 litr 40 %” iki ədəd qutu yəni, ümumilikdə 24 ədəd “White bear 0,7 litr 40 %” araq şüşəsi yoxdur. İlk əvvəl araq gətirən şirkətlər araq qutularını tam miqdarda vermədiklərini düşünsə də, bununla bağlı Tural araq gətirən şirkətlərə müraciət etmiş, şirkətlərin nümayəndələri onlara verilən spirtli içkilərin dəqiq miqdarını müəyyən etmək üçün müşahidə kameralarına baxmalarını məsləhət görmüşlər. Tural müşahidə kamerasının video görüntüsən baxandan sonra müəyyən etmişdir ki, araq gətirən şirkətlərin nümayəndələri araq qutularını əskik verməyiblər. Daha sonra, Tural mağazada olan müşahidə kamerasının birinin istiqamətini dəyişib giriş qapının sol tərəfinə yönəltmiş, xx xxxxxx 2019-cu il tarixdə oğlu Tural mağazanın müşahidə kamerasının video görüntüsünə baxdıqdan sonra ona zəng vuraraq bir nəfər cavan oğlanın “White bear 0,7 litr 40 %” bir ədəd spirtli içki qutusunu oğurlayan zaman kamera görüntüsünə düşdüyünü bildirmişdir. Bundan sonra, o, mağazaya gəlib kamera görüntüsünə baxmış və bir nəfər cavan oğlanın xx xxxxxx 2019-cu il saat 00:34-də oyun oynadıqdan sonra giriş qapısının sol tərəfində olan spiritli içki olan qutuların yanında dayanmış, ətrafa diqqət yetirdikdən sonra içərisində 12 ədəd araq şüşəsi olan “White bear 0,7 litr 40 %” markalı bir ədəd qutunu götürüb mağazadan çıxdığını görmüşdür. Bundan sonra, o, Sabunçu Rayon Polis İdarəsinn 13-cü Polis bölməsinə ona məxsus mağazadan oğurluq edilməsi barədə ərizə ilə müraciət etmişdir. 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, onun mağazasından oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onun mağazasından oğurladığı araqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəəbəsində spirtli içki satışı ilə məşğul olan “Anar” adlı şəxsə satmış, polis əməkdaşları Fərdi Həsənzadənin “Anar” adlı şəxsə satdığı içərisində 12 ədəd araq şüşəsi olan “White bear 0,7 litr 40 %” markalı bir ədəd karton qutu, içərisində 12 ədəd araq şüşəsi olan “Belıy volk 0,5 litr 40 %” markalı bir ədəd karton qutu və 3 ədəd “Tundra 0,5 litr 40 %” araq şüşələri protokol tərtib edib götürmüş və ekspertiza keçirildikdən sonra götürülmüş araq şüşələri ona qaytarılmışdır. Zərərçəkmiş şəxs teleqram ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirini seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, Sabunçu RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. (i.v. 56) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 75 (yetmiş beş) manat müəyyən edilmişdir. (i.v. 83) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 542 nömrəli ekspert rəyindən görünür ki,bir ədəd üzərində “Tundra, Vodka, 1 lirt, 40% alk.” markalanması olan şüşə butulkada araq 20 manat; bir ədəd üzərində “Belıy volk, Vodka 0,5 lirt, 40% alk.” markalanması olan şüşə butulkada araq 7,10 manat; bir ədəd üzərində “White bear, Vodka, 0,7 lirt, 40% alk.” markalanması olan şüşə butulkada araq 9,20 manat; bir ədəd üzərində “Tundra, Vodka, 0,5 lirt, 40% alk.” markalanması olan şüşə butulkada araq 7,xx xxxxx 2019-cu ilin dekabr ayına respublikadaxili orta bazar satışı müəyyən edilir. Ekspertizaya təqdim edilmiş alkoqollu içkilərin, 2019-cu ilin dekabr ayına, respublikadaxili orta bazar satış ümumi qiyməti 44 manat 10 qəpik müəyyən edilir. (i.v. 84-86) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzin surətindən görünür ki, 12 ədəd araq şüşəsi olan “Belıy volk 0,5 litr 40 %”, 12 ədəd “White bear 0,7 litr 40 %”, 3 ədəd “Tundra 0,5 litr 40 %” markalı spirtli içkini təhvil almışdır. (i.v. 78) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, “Dəniz içki aləmi” mağazasına baxış keçirilərək götürülmüş Təqsirləndirilən şəxs “21 Şərab Evi” mağazasından oğurlayaraq satdığı spirtli içkilərdən 12 ədəd “Belıy volk 0,5 litr 40 %” markalı şüşə butulkada olan araq, 12 ədəd “White bear 0,7 litr 40 %” markalı şüşə butulkada olan araq və 3 ədəd “Tundra 0,5 litr 40 %” markalı şüşə butulkada olan araq cinayət işi üzrə maddi sübut hesab edilmiş, Zərərçəkmiş şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs “21 Şərab Evi” mağazasından oğurluq etdiyi video görüntülərini əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v. 134-149) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v.77) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə bi-ləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun barəsində məhkəmə hökmünün icraya yönəldiyi tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşadığı şəhərin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Jinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sabunçu RPİ-nin MYS-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəseçilmiş“polisin nəzarəti altına vermə” qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış - iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış “Dəniz içki aləmi” mağazasına baxış keçirilərək götürülmüş Təqsirləndirilən şəxs “21 Şərab Evi” mağazasından oğurlayaraq satdığı spirtli içkilərdən 12 ədəd “Belıy volk 0,5 litr 40 %” markalı şüşə butulkada olan araq, 12 ədəd “White bear 0,7 litr 40 %” markalı şüşə butulkada olan araq və 3 ədəd “Tundra 0,5 litr 40 %” markalı şüşə butulkada olan arağın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Dəniz içki aləmi” mağazasına baxış keçirilərək götürülmüş Təqsirləndirilən şəxs “21 Şərab Evi” mağazasından oğurlayaraq satdığı spirtli içkilərdən 12 ədəd “Belıy volk 0,5 litr 40 %” markalı şüşə butulkada olan araq, 12 ədəd “White bear 0,7 litr 40 %” markalı şüşə butulkada olan araq və 3 ədəd “Tundra 0,5 litr 40 %” markalı şüşə butulkada olan arağın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs “21 Şərab Evi” mağazasından oğurluq etdiyi video görüntülərini əks etdirən maddi sübut - 01 ədəd CD disk cinayət işi materialında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar