Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-154/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və “Kredo” Vəkil Bürosunn vəkili X5, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1999-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, Xaçmaz şəhəri Natəvan küçəsi, ev 52-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə, xx.xx.1995-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Quba şəhəri, Vladimirovka dairəsi, Mirzəməmmədkənd kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 08 dekabr 2021-ci il tarixdə saat 18:20 radələrində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi «Kia Optima» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov-Yalama yolu ilə Gəndov kəndi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini «3.24 maksimum surətin məhdudlaşdırılması» yol nişanı ilə sürət həddi 90 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat surətlə idarə edib, həmin Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin ötmə əməliyyatı etmək üçün sol zolağa çıxmazdan əvvəl həmin zolağın ötməni təhlükəsiz başa çatdıra bilməsi üçün kifayət qədər məsafədə boş olmasına əmin olmalı, əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq sürücü onun hərəkətlərinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlama kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib yük avtomobillərini ötmə məqsədi ilə idarə etdiyi avtomobillə yolun əks istiqamətinə çıxaraq avtomobilin ön hissəsi ilə qarşıda əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 tərəfindən idarə edilən «VAZ 2101» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşub nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sol bud sümüyünün orta-aşağı 1/3 birinin qapalı yerdəyişmiş sınığı və sol diz qapağının açıq qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bundan başqa, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə 09 may 2022-ci il tarixdə, saat 01 radələrində Sabunçu rayon Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz evə gələrək, evin həyətinə hasardan aşıb yaşayış sahəsi hesab olunan həmin evin həyətinə qanunsuz daxil olandan sonra evin həyətində Təqsirləndirilən şəxs1 həmin evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsini üçün sonuncuya şərait yaradaraq tutulma təhlükəsi ehtimal olan anda evin içərisində olan Təqsirləndirilən şəxs1 hər hansı bir siqnal (məlumat) verilməsi üçün pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə evin plastik pəncərəsini açıb evin içərisinə qanunsuz daxil olaraq orada vətəndaş Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 50 manat dəyərində olan 4 ədəd açıq qəhvəyi rəngdə, üzəri naxışlı, 1,5x1,8 metr ölçüdə xalçaları ümumi 200 manat dəyərində, 1 ədəd 60 manat dəyərində qəhvəyi rəngli, üzəri naxışlı, 1x3 m ölçüdə olan xalçanı, 1 ədəd 50 manat dəyərində qara rəngli üzərində naxışlar olan, oval formalı 1 x 0,8 metr ölçüdə olan xalçanı, bir ədəd 20 manat dəyərində olan TP-link markalı internet modemi, 1 ədəd 350 manat dəyərində olan LG markalı paltaryuyan maşını, 1 ədəd 250 manat dəyərində olan Samsung markalı tozsoranı, 7 metr uzunluğunda olan 9 mm ölçülü hər bir metri 40 manat olan cəmi 280 manat dəyərində split kondisionerə məxsus olan mis kabelini, 1 ədəd 50 manat dəyərində olan «Jowissa» markalı meyvəşirəsi çəkən maşını, 1 ədəd 30 manat dəyərində olan «Asel» markalı elektrik sobanı, 1 ədəd üzərində «Flora Gardines» yazısı olan, bordo rəngli 40 manat dəyərində olan çarpayı dəstini, 1 ədəd 30 manat dəyərində olan uzunluğu 280 santimetr eni isə 3 metr təşkil edən pərdəni ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 1360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İİ Qarabağ müharibəsində iştirak etmiş, döyüşlər zamanı xəsarət almışdır. Ölkə rəhbəri tərəfindən cəsur döyüşçü medalı ilə təltif edilmişdir. O, 07 dekabr 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhərində olduğu zaman narkotik vasitə marixuana qəbul etmiş, daha sonra tanışı Samirlə görüşmüşdür. Samirlə görüşdüyü zaman onun evinin qarşısında dayanmış «Kia Optima» markalı **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin kimə məxsus olmasını soruşmuş, Samir ona həmin avtomobili tanışları X6 adına icarəyə götürdüyünü bildirmişdir. O, Samirdən həmin avtomobili Xaçmaz rayonunda getməsi üçün bir günlük verməsini xahiş etmiş, Samir etiraz etməyərək «Kia Optima» markalı **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını ona vermişdir. O, avtomobil idarə etməyi bacarsa da, lakin, sürücülük vəsiqəsi olmamışdır. 08 dekabr 2021-ci il tarixdə, saat 18:20 radələrində Xaçmaz rayonundan Bakı şəhərinə qayıdarkən Gəndov-Yalama yolunun Şabran rayonu ərazisində avtomobili 120-130 km/saat sürətlə idarə etmiş, qarşında onunla eyni istiqamətində iki yük avtomobili hərəkət olmuş, o, həmin avtomobilləri ötmək üçün idarə etdiyi avtomobili ilə yolun əks istiqamətinə çıxaraq sürəti artırmış, həmin vaxt «Vaz 2101» markalı avtomobilin yoluna çıxdığını üçün, digər avtomobilin sürücüsü avtomobili sağa doğru istiqşamətləndirərək yolun işlək hissəsindən çıxmışdır. O, həyəcanlanaraq avtomobilini sola istiqamətləndirmiş, yoldan çıxaraq idarə etdiyi avtomobilin qabağ hissəsi ilə Zərərçəkmiş şəxs2 avtomobilin qabağ hissəsi ilə toqquşmuşdur. O, avtomobildən enərək Vaz 2101» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış, həmin vaxt, avtomobilin sürücüsünün xəsarət aldığını görərək onu avtomobildən çıxarmış, yoldan keçən avtomobili saxladaraq xəsarət almış sürücünü Şabran rayon xəstəxanasına aparmışdır. Daha sonra hadisə yerinə qayıtmış, orada olan polis əməkdaşlarını görərək avtomobili idarə etməyə etibarnamə və sürücülük vəsiqəsi olmadığı üçün polis əməkdaşlarına «Kia Optima» markalı avtomobildə sərnişin qismində əyləşdiyini, avtomobili X7 idarə etdiyini bildirmişdir. Lakin, sonradan polis idarəsində olduğu zaman yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədildiyini bildirmişdir. Zərərçəkmiş şəxsə müalicə məqsədilə 700 manat məbləğində pul ödəmişdir. O, 2022-ci ilin may ayının əvvəllərində səhətində yaranmış problem ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş, qalmağa yeri olmadığı üçün tanışı X2 ilə əlaqə saxlayaraq ondan kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən mənzildə müvəqqəti qalmasına icazə verməsini xahiş etmiş, Mehman müvəqqəti olaraq onlarla yaşamasına razılıq vermişdir. Mehmanla birgə yaşadığı müddət ərzində Mehman maddi problemlərlə əlaqədar qeyri-rəsmi nikahda yaşadığı Aytən ilə mübahisə etmiş, ondan köməklik etməsini xahiş etmişdir. O, Mehmandan ona hansı şəkildə köməklik edə biləcəyini soruşmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evlərdən birindən oğurluq edərək pul əldə etməyi ona təklif etmiş, o, Mehmanın təklifi ilə razılaşmışdır. O, Mehmanla birlikdə 09 may 2022-ci il tarixdə, saat 01 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz evə gələrək, evin həyətinə hasardan aşıb yaşayış sahəsi hesab olunan həmin evin həyətinə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs1 həmin evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsini üçün sonuncuya şərait yaradaraq tutulma təhlükəsi ehtimal olan anda evin içərisində olan Təqsirləndirilən şəxs1 hər hansı bir siqnal (məlumat) verilməsi üçün evin həyətində pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə evin plastik pəncərəsini açıb evin içərisinə qanunsuz daxil olmuşdur. Daha sonra evin pəncərəsindən 6 ədəd xalçanı, 01 ədəd TP-link markalı internet modemini, 01 ədəd LG markalı paltaryuyan maşını, 01 ədəd Samsung markalı tozsoranı, split kondisionerə məxsus olan mis kabeli, 01 ədəd meyvəşirəsi çəkən maşını, 01 ədəd «Asel» markalı elektrik sobanı, 01 ədəd çarpayı dəstini, 01 ədəd pərdəni ona vermiş, o, həmin əşyaları evin həyətinə yığmışdır. Daha sonra həmin əşyaları hissə-hissə Mehmanın kirayə yaşadığı mənzilə aparmışlar. Aytən onlardan həmin əşyaları hara gətirdikləri soruşduğu zaman Mehman ona usta olaraq işlədiyi evin sahibinin əmək haqqı əvəzində həmin əşyaları ona verdiyini bildirmişdir. 09 may 2022-ci il tarixdə, günorta saatlarında oğurladıqları kondisionerin mis borusunu əlvan metal qəbulu məntəsinə 37 manat müqabilində, “Samsung” markalı tozsoranı Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında 80 manat müqabilində tanımadıqları şəxsə sataraq əldə etdikləri pulu bölmüşlər. Həmin gün, saat 19 radələrində «LG» markalı paltaryuyan maşını taksi ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığına apararaq özlərinə məxsus olduğunu bildirərək Mehmanın əvvəlcədən tapdığı müştəriyə 130 manata sataraq əldə etdikləri pulun bir hissəsinə evə bazarlıq etmiş, geri qalan hissəsini isə Mehman özünə götürmüşdür. Oğurladığları xalçaları, şirəçəkən maşını və digər əşyaları sata bilmədikləri üçün Mehmanın evində saxlamış, 12 may 2022-ci il tarixdə Mehman Quba rayonuna getmişdir. Oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Quba şəhəri, Vladimirovka dairəsi, Mirzəməmmədkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində kirayə yaşamışdır. 2022-ci ilin may ayının əvvəllərində Xaçmaz rayonunda yaşayan tanışı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq 44 günlük Vətən Müharibəsi zamanı döyüşlərdə bədən xəsarətini aldığını, səhhəti ilə bağlı olaraq sənədləşmə işləri aparmaq üçün Bakı şəhərinə gələcəyini bildirərək Bakı şəhərində qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq kirayə yaşadığı mənzildə yaşamaq üçün ona icazə verməsini xahiş etmişdir. O, Tərlanın müvəqqəti olaraq onlarla birlikdə yaşamalarına etiraz etməmişdir. Həmin müddətdə, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 hamilə olduğu üçün uşağı aldırmaq istəmiş, lakin, bunun üçün maddi imkanları olmamış, bu səbəbdən, aralarında dəfələrlə mübahisə yaranmışdır. O, uşağı aldırmaq üçün lazım olan məbləği əldə etmək üçün oğurluq etməyi qərara almış, oğurluq etməkdə ona köməklik göstərməsini Tərlana təklif etmişdir. O, Tərlan ilə birlikdə 09 may 2022-ci il tarixdə, saat 01 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz evə gələrək, evin həyətinə hasardan aşıb yaşayış sahəsi hesab olunan həmin evin həyətinə qanunsuz daxil olmuş, onun həmin evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsi üçün şərait yaradaraq tutulma təhlükəsi ehtimal olan anda ona hər hansı bir siqnal (məlumat) verilməsi məqsədilə Tərlan evin həyətində pusquda dayanmış, o isə özü ilə gətirdiyi vintaçanla evin plastik pəncərəsini açıb evin içərisinə qanunsuz daxil olmuşdur. Daha sonra evin pəncərəsindən 6 ədəd xalçanı, 01 ədəd TP-link markalı internet modemini, 01 ədəd LG markalı paltaryuyan maşını, 01 ədəd Samsung markalı tozsoranı, split kondisionerə məxsus olan mis kabeli, 01 ədəd meyvəşirəsi çəkən maşını, 01 ədəd «Asel» markalı elektrik sobanı, 01 ədəd çarpayı dəstini, 01 ədəd pərdəni Tərlana vermiş, Tərlan həmin əşyaları evin həyətinə yığmışdır. Daha sonra həmin əşyaları hissə-hissə onun kirayə yaşadığı mənzilə aparmışlar. Aytən onlardan həmin əşyaları hardan gətirdiklərini soruşduğu zaman o, Aytənə usta olaraq işlədiyi evin sahibinin əmək haqqı əvəzində həmin əşyaları ona verdiyini bildirmişdir. 09 may 2022-ci il tarixdə, günorta saatlarında Tərlan oğurladıqları kondisionerin mis borusunu əlvan metal qəbulu məntəsinə 37 manat müqabilində satmışdır. O, Tərlan ilə birlikdə “Samsung” markalı tozsoranı Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığına apararaq 80 manat müqabilində tanımadıqları şəxsə satmış, əldə etdikləri pulu bölmüşlər. Həmin gün, saat 19 radələrində «LG» markalı paltaryuyan maşını taksi ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığına apararaq özlərinə məxsus olduğunu bildirərək onun əvvəlcədən tapdığı müştəriyə 130 manata sataraq əldə etdikləri pulun bir hissəsinə evə bazarlıq etmiş, geri qalan hissəsini isə özünə götürmüşdür. Oğurladığları xalçaları, şirəçəkən maşını və digər əşyaları sata bilmədikləri üçün evdə saxlamış, 12 may 2022-ci il tarixdə o, Quba rayonuna getmişdir. Oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 iş ifadəsində göstərmişdir ki, o, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında özünə məxsus olan “Vaz 2101” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 08 dekabr 2021-ci il tarixdə, saat 18:20 radələrində idarə etdiyi “Vaz 2101” markalı avtomobili ilə Gəndov -Yalama yolunun Şabran rayonun Söhbətli kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayonu istiqamətində 55-60 km/saat sürətlə hərəkət edən zaman, əks istiqamətdə qeydiyyat nişanı və markasını xatırlamadığı yük avtomobilinin arxasından “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil anidən həmin yük avtomobilini ötmək məqsədi ilə yüksək sürətlə yolun əks istiqamətinə çıxaraq onun hərəkət yoluna daxil olmuş, o, həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi “Vaz 2101” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilini sağa istiqamətləndirib yoldan çıxıb ehtiyyat hissədə saxlamış, lakin, “Kia Optima” markalı avtomobil qarşısına çıxaraq avtomobilin qabağ hissəsi onun avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, bədən xəsarəti almış, “Kia Optima” markalı avtomobilin sürücüsü ona yaxınlaşaraq özünü Tərlan kimi təqdim edib onu yoldan keçən avtomobilə əyləşdirərək Şabran rayon xəstəxanasına aparmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş ziyandan cəmi 700 manat ödəniş edilmişdir. Ziyan tam ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 iş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 2-ci sahədə yerləşən nömrəsiz ev onun qaynatası X4 məxsusdur. X12 Respublikasında yaşadığı üçün həmin evdə yaşayış olmamış, o, özünə məxsus istifadə olunmayan ev əşyalarını ora yığmışdır. Sumqayıt şəhərində hərbi hissədə çalışdığı və orada yaşadığı üçün tez-tez həmin evə nəzarət edə bilməmiş, nəzarət etməsi üçün evin açarını qonşuluqda yaşayan Yaqub adlı şəxsə vermişdir. 09 may 2022-ci il tarixdə, axşam saat 19 radələrində Yaqub ona zəng vuraraq evin plastik pəncərəsinin açıq olduğunu və evdən oğurluq edildiyini bildirmiş, o, dərhal Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 2-ci sahədə yerləşən nömrəsiz evə gəlmişdir. Evə daxil olaraq ətrafa nəzər yetirmiş, hər biri 50 manat dəyərində olan 4 ədəd açıq qəhvəyi rəngdə, üzəri naxışlı, 1,5x1,8 metr ölçüdə xalçaları ümumi 200 manat dəyərində, 1 ədəd 60 manat dəyərində qəhvəyi rəngli, üzəri naxışlı, 1x3 m ölçüdə olan xalçanı, 1 ədəd 50 manat dəyərində qara rəngli üzərində naxışlar olan, oval formalı 1 x 0,8 metr ölçüdə olan xalçanı, bir ədəd 20 manat dəyərində olan TP-link markalı internet modemi, 1 ədəd 350 manat dəyərində olan LG markalı paltaryuyan maşını, 1 ədəd 250 manat dəyərində olan Samsung markalı tozsoranı, 7 metr uzunluğunda olan 9 mm ölçülü hər bir metri 40 manat olan cəmi 280 manat dəyərində split kondisionerə məxsus olan mis kabeli, 1 ədəd 50 manat dəyərində olan «Jowissa» markalı meyvəşirəsi çəkən maşını, 1 ədəd 30 manat dəyərində olan «Asel» markalı elektrik sobanı, 1 ədəd üzərində «Flora Gardines» yazısı olan, bordo rəngli 40 manat dəyərində olan çarpayı dəstini, 1 ədəd 30 manat dəyərində olan uzunluğu 280 santimetr eni isə 3 metr təşkil edən pərdənin oğurlandığını müəyyən etmişdir. Daha sonra hadisə ilə DİN-nin 102 xidmətinə vuraraq məlumat vermiş, bir müddət sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1380 manat məbləğinda maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəmə ərizə müraciət edərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. O, hamilə olduğunu öyrəndikdən sonra uşağı aldırmaq istədiyini Mehmana bildirmiş, lakin, Mehman ona bunun üçün lazım olan məbləğdə pulunun olmadığını bildirmişdir. 2022-ci ilin may ayının əvvəllərində Mehmanın Xaçmaz rayonunda yaşayan tanışı Təqsirləndirilən şəxs2 Mehmana zəng vuraraq 44 günlük Vətən Müharibəsi zamanı döyüşlərdə bədən xəsarətini aldığını, səhhəti ilə bağlı olaraq sənədləşmə işləri aparmaq üçün Bakı şəhərinə gələcəyini bildirərək Bakı şəhərində qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq kirayə yaşadığı mənzildə yaşamaq üçün ona icazə verməsini xahiş etmişdir. Mehman etiraz etməyərək Tərlanın müvəqqəti olaraq onlarla birlikdə yaşamalarına razılıq vermişdir. 09 may 2022-ci il tarixdə, saat 01 radələrində Mehman tanışı Tərlan ilə birlikdə evdən çıxmış, lakin, hara gedəcəkləri barədə ona məlumat verməmişdir. Həmin gün, səhər saat 10 radələrində yuxudan oyandığı zaman Tərlangilin yatdığını, evin dəhlizində müxtəlif elektronik və məişət əşyalarının olduğunu görmüşdür. Mehman yuxudan oyandıqdan sonra o, həmin əşyaları haradan gətirdiklərini soruşmuş, Mehman fəhlə olaraq işlədiyi evin sahibinin əmək haqqı müqabilində həmin əşyaları ona verdiyini bildirmişdir. Bir müddət sonra Mehman taksi sifariş verərək evdə qutuda olan “Samsung” markalı tozsoranı, Tərlan isə dəmir parçalarını götürərək getmiş, daha sonra evə qayıtdıqları zaman tozsoranı 80 manata satdıqlarını bildirmişlər. Həmin gün, saat 19 radələrində «LG» markalı paltaryuyan maşını taksi ilə Mehmangil Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığına aparmış, o, evdə tək darıxmaması üçün onlarla birlikdə getmişdir. Mehman tanışı Tərlan ilə birlikdə taksidən düşərək “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən məişət əşyalarının alqısatqısı ilə məşğul olan mağzaya daxil olmuş, bir müddət sonra taksinin yük yerində olan paltar yuyan maşını düşürərək həmin mağazaya apararaq satmışlar. O, Mehmangil avtomobilə əyləşdiyi zaman paltaryuyan maşını hansı məbləğə satdıqlarını soruşmuş, Mehman satışdan 130 manat əldə etdiklərini ona bildirmişdir. 11 may 2022-ci il tarixdə, səhər saatlarında Mehman birgə yaşadıqları evdən getmiş, bir daha onunla əlaqə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən məişət avadanlıqlarının təmiri və alqı-satqısı məntəqəsini icarəyə götürüb işlədr. Özü paltaryuayn maşınların ustasıdır. 09 may 2022-ci il tarixdə işlədiyi yerdə olduğu zaman iki nəfər cavan oğlan gəlib paltaryuyan satmaq istədiklərini bildirdilər. Sonradan adını Mehman olduğunu bildiyi şəxs ona evə yeni paltaryuyan maşın aldıqların və bununla əlaqədar köhnəsini satmaq istədiyini bildirdi. O, paltaryuyan maşına baxıb cəmi 130 manat verə biləcəyini qeyd etmişdir. Onlar razılaşdqları üçün o, Mehmanın şəxsiyyət vəsiqəsinin surətini götürüb paltaryuyan maşını 130 manat almışdır. Həmin paltaryuyan maşının oğurluq olmasını bilməmişdir. Cinayət işinin 1-ci cildinin 31-cı vərəqəsində olan 16 may 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 16 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 58-59-cu vərəqəsində olan 17 may 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsini düzgünlüyü və dəqiqliyi yoxlanılmaq məqsədi ilə ifadəsi onun iştirakı ilə hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 76-77-ci vərəqələrində olan 18 may 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 78-ci vərəqələrində olan 18 may 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 101-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 10 (on) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 102-103-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 9/605 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 adda (11 ədəd) malların istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 480,00 manat müəyyə edilir. Digər göstərilən 03 adda mallar haqqında kifayət qədər məlumat (modeli, istismar müddəti, istehsal ölkəsi, texniki göstəriciləri, kabelin çəkisi və s.) olmadığı üçün qiymətləndirmə aparılmamışdır. Cinayət işinin 1-ci cildinin 106-cı vərəqəsində olan 08 avqust 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və X2 tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus olan alaraq 6 ədəd müxtəlif rəngli xalçalar, bir ədəd TP-link markalı internet modem, 1 ədəd «Jowissa» markalı meyvəşirəsi çəkən maşın, 1 ədəd «Asel» markalı elektrik soba, 1 ədəd «Flora» markalı çarpayı dəsti, 1 ədəd uzunluğu 280 santimetr eni isə 3 metr təşkil edən pərdə iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin 1-ci cildinin 129-cu vərəqəsində olan 09 dekabr 2021-ci il tarixli, 11084 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 08 dekabr 2021-ci il tarixdə, saat 18:20 radələrində avtomobili idarə edib yol nəqliyyat hadisəsini törədən zamanı narkotik vasitələrin təsiri altında olmuşdur. Cinayət işinin 1-ci cildinin 138-ci vərəqəsində olan İ-3136 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Cinayət işinin 1-ci cildinin 170-171-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 18 mart 2022-ci il tarixli, 12 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol bud sümüyünün orta aşağı üçdəbirinin qapalı yerdəyişmiş sınığı və sol qapağının açıq qəlpəli sınığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmiş qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 08 dekabr 2021-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin 1-ci cildinin 201-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin 01 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Zərərçəkmiş şəxs2 04 iyun 2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AF 331107 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüquququn məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 1-ci cildinin 203-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 204-205-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 8/1405 nömrəli ekspert rəyindən görünür ki, “Kia Optima” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsini tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobili narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsininin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saatda qədər məhdudlaşdırılmış yolda, 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşının alınması ilə əlaqədar hərəkətlərinin tətqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 1-ci cildinin 250-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 26 avqust 2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-yə yerləşdirilmişdir. Cinayət işinin 2-ci cildinin 32-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyanın ödənilmiş, şikayət və tələbi yoxdur. Cinayət işinin 2-ci cildinin 33-35-ci vərəqələrində olan 27 avqust 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 36-37-ci vərəqələrində olan 27 avqust 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 200-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş AZ İV seriyalı, 80394 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 06 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyanın ödənilmiş, şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti Başçısının Vladimirovka Kənd İƏD üzrə nümayəndəsinin 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Ağbil kəndində qeydiyyatda olmaqla yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti Başçısının Vladimirovka Kənd İƏD üzrə nümayəndəsinin tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)-142/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin maüavini, hərbi hissənin qərargah rəisi Davud Məhərrəmov tərəfindən verilmiş travma haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 14 oktyabr 2020-ci il tarixdə, saat təxminən 10 radələrində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin yanına düşməsi nəticəsində “hər iki dizin ön səthinin qəlpə yaralanmasında sonrakı vəziyyət” diaqnozu ilə xəsarət almışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 14 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-142/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli hökmü icraata qəbul edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, İİ Qarabağ döyüşlərində iştirak etməsini, döyüşlərdə yaralanmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini və vurulmuş zərəri qismən ödəməsini, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublilası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza, Azərbaycan Respublilası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə cəza, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublilası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin 1-1(093)-142/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törədildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Həmin Məcəllənin 67.1-ci maddəsində isə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə tərəfindən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin tamamilə və ya qismən birləşdirilməsi nəzərdə tutulmuşdur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlığının ibtidai istintaq dövründə 02 (iki) gün müddətinə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onların cəzasından 04 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş " başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza xərci və maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X2 tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus olan alaraq 6 ədəd müxtəlif rəngli xalçalar, bir ədəd TP-link markalı internet modem, 1 ədəd «Jowissa» markalı meyvəşirəsi çəkən maşın, 1 ədəd «Asel» markalı elektrik soba, 1 ədəd «Flora» markalı çarpayı dəsti, 1 ədəd uzunluğu 280 santimetr eni isə 3 metr təşkil edən pərdə iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 10 (on) manat Təqsirləndirilən şəxs2 və X1 müştərək qaydada, 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7000 (yeddi min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tamamilə toplanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7000 (yeddi min) manat məbləğində cərimə cəzasına və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin 1-1(093)-142/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 7000 (yeddi min) manat məbləğində cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 7000 (yeddi min) manat məbləğində cərimə cəzası saxlanılsın. Cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz rayon Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Quba rayon Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Quba şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X2 tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus olan alaraq 6 ədəd müxtəlif rəngli xalçalar, bir ədəd TP-link markalı internet modem, 1 ədəd «Jowissa» markalı meyvəşirəsi çəkən maşın, 1 ədəd «Asel» markalı elektrik soba, 1 ədəd «Flora» markalı çarpayı dəsti, 1 ədəd uzunluğu 280 santimetr eni isə 3 metr təşkil edən pərdə iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 10 (on) manat Təqsirləndirilən şəxs2 və X1 müştərək qaydada, 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-154/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-154/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver