Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-154/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Bərdə şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Ləmbəran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə etdiyi toxumlardan 2023-cü ilin aprel ayında kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli 8 ədəd xeyli miqdarda çətənə bitkilərini əkib-becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 07 iyun 2023-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-in 12-ci PŞ-in inzibati binasına gətirilmiş, həmin tarixdə saat 21:00 radələrində yaşadığı həmin fərdi yaşayış evinin həyətində aparılmış axtarış zamanı həyətdən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq olunmuş 08 (səkkiz) ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 355.0 qram çətənə (kannabis) bitkiləri və evin içərisində dəhlizdə olan dolabın çəkməcəsindən 07 (yeddi) ədəd ümumi çəkisi 0.07 qram olan çətənə (kannabis) bitkisinə aid tərkibində narkotik komponent olmayan və narkotik vasitələrə aid olmayan toxumlar aşkar edilərək götürülmüşdür. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 02 ədəd patron və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 02 ədəd patron əldə edərək daşıyıb gəzdirməklə kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində saxlamış, 07 iyun 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən yaşadığı həmin fərdi yaşayış evində aparılmış axtarış zamanı dəhlizdə olan dolabın çəkməcəsindən həmin zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 02 ədəd patron və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuana çəkərək istifadə edir. Həmin marixuananı əvvəllər Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən almışdır. İstifadə etdiyi marixuananın içərisindən çətənə bitkisinin toxumlarını tapıb yığmışdır. Məqsədi həmin çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində gələcəkdə öz istifadəsi üçün əkib-becərmək olmuşdur. Bu məqsədlə 2023-cü ilin aprel ayında həmin yığdığı çətənə bitkisinin toxumlarının bir hissəsini yaşadığı evin həyətyanı sahəsinin sağ və sol tərəfində, hasarın dibində və hasarın yaxınlığında torpağa əkmiş, toxumların bir neçəsini isə evdə dolabda saxlamışdır ki, gələcəkdə istifadə edər. Lakin bu barədə ailə üzvlərinə bildirməmişdir. Bundan sonra əkdiyi həmin toxumlara qulluq edib suvarmışdır. 07 iyun 2023-cü il tarixdə, saat 19:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra narkotik vasitə istifadəçisi olduğundan onlardan yayınmaq istəmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olması barədə bildirərək onu Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etmək imkanında olmadığı üçün 12-ci Polis Şöbəsinə getməyə razılıq vermişdir. Şöbədə üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Həmin vaxtı üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirmiş, əynində olan şalvarının arxa sol cibindən özünə məxsus bir ədəd «Redmi» markalı mobil telefonunu və şalvarın qabaq sağ cibindən yaşadığı evin giriş qapısının açarını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı polis əməkdaşları ona narkotik vasitələri əkib-becərməyi ilə bağlı ona sual verdikdə, bilmişdir ki, onun narkotik vasitələri əkib-becərməyi ilə bağlı şübhələnirlər. Böyük ehtimalla yaşadığı evin həyətinə və evə baxacaqlar. Ona görə də, yaşadığı evin həyətində 08 ədəd kol narkotik vasitə əkibbecərdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra yaşadığı ünvanda axtarış keçiriləcəyi ona bildirilmiş və bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. Yaşadığı evdə axtarış keçirilməsi ilə bağlı etiraz etməmiş və bu barədə ərizə vermişdir. Onun polis əməkdaşlarının və aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsində axtarış keçirilmişdir. Axtarış zamanı həyətdə sağ və sol tərəfində hasarın dibində və hasarın yaxınlığında torpağda əkib-becərdiyi 8 ədəd çətənə kollarını polis əməkdaşlarına göstərmiş və çətənə kolları kökləri ilə birlikdə torpaqdan çıxarılaraq qablaşdırılmışdır. Axtarış zamanı dəhlizdəki şkafın çəkməcəsindən saxladığı 07 ədəd çətənə toxumu aşkar edilmişdir. Həmçini axtarış zamanı 8 ədəd patron və 1 ədəd dəstəyi olmayan bıçaq aşkar edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və Sabunçu RPİ-in 12-ci PŞ-in sahə inspektoru, polis kapitanı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 07 iyun 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanda piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Eləcə də ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, hazırlamaqda, emal etməkdə və daşımaqda şübhəli olduğunu bildirib Sabunçu RPİ-in 12-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-in 12-ci PŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, şöbəyə gətirilən zaman nəzarətdə olduğundan üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində üzərindən hər hansı maddə, əşya və predmet atmağa imkanı olmamışdır. Şöbədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd mobil telefonu və şalvarının qabaq sağ cibindən yaşadığı evin açarını çıxarıb təqdim edərək masanın üzərində qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq o 01 il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yaşadığı evin həyətində 08 ədəd çətənə kollarını əkdiyini, həmin kolların yerini təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş, lakin onun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs çətənə kollarının harada olduğunu göstərməsi təklif edilmişdir. O yaşadığı evin dəmir darvazasının qapısının kilidini özündə olan açarla açdıqdan sonra birlikdə həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs həyətdə divarın yanında yerə əkilmiş 01 ədəd çətənə kolunu göstərib yerdən çıxararaq təqdim etmişdir. Bundan sonra o, bir qədər aralıda hasarın yanında 06 ədəd çətənə kollarını çıxarıb təqdim etmişdir. Daha sonra həyətin sağ tərəfində hasarın dibində 01 ədəd çətənə kolunu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş 08 ədəd çətənə kolları qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş başqa əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə əşyaların içərisində patron olduğunu bildirmişdir. Mənzildə axtarış aparılması məqsədilə Təqsirləndirilən şəxs tərəfindən evin dəmir qapısının kilidi açıldıqdan sonra içəri daxil olmuşlar və dəhlizdə olan taxta dolabın siyirtməsini açaraq 01 ədəd dəstəyi olmayan bıçaq və qapağı şəffaf uzunsov formada olan plastmas qutunun içərisində 08 ədəd patron aşkar edilmişdir. Məhkəmə iclasında ifadəi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/822 saylı, 08 iyun 2023-ci il tarixli məhkəmə bioloji ekspertizası-narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının,güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş 08 (səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 355.0 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunub. Təqdim edilmiş 7 ədəd ümumi çəkisi 0.07 qram olan toxumlar, çətənə (kannabis) bitkisinə aiddir. Toxumların tərkibində narkotik komponent yoxdur və onlar narkotik vasitələrə aid deyil. Bitkilərin ümumi çəkisi-355.0 qram, tədqiqata sərf edildi-0.14 qram, qalıq-354.86 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/470 R saylı, 19 iyun 2023-cü il tarixli məhkəmə ballistik ekspertizaının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrli əl pulemyotlardan RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən ibtidai-hərbi hazırlıq dərslərində, təlim və məşq üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilmir, istifadə və atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan ibtidai-hərbi hazırlıq dərslərində, təlimməşq üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilmir, istifadə və atəş üçün yararsızdır.Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7.62x54R mm-lik, tikintidə istifadə olunan SMP-1 və SMP-3M modelli montaj tapançalarının montaj patronudur və döyüş sursatı hesab edilmir. Patronun bütövlüyünün pozulmamasına, alışdırıcı kapsulunun tam şəkildə olmasına və bütün lazımi komponentləri yerində olmasına görə həmin patron təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 6.8x11 mm-lik, tikintidə istifadə olunan PÇ-08 və PÇ-84 modelli montaj tapançalarının montaj patronudur və döyüş sursatı hesab edilmir. Patronun bütövlüyünün pozulmamasına, alışdırıcı kapsulunun tam şəkildə olmasına və bütün lazımi komponentləri yerində olmasına görə həmin patron təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasa və Pataloji Anatomiya Birliyi X6 277-2023/MTKŞ saylı, 03 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış kəsici, ucu deşici xassəyə malik süngü bıçağın hissəsidir-tiyəsidir, istifadəyə yararsızdır, soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 X3 Tibbi Yoxlamanın 5540 saylı, 29 avqust 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə olunan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən doldurulmuş 19 iyun 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 07 iyun 2023-cü il tarixli «mənzildə axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, mənzildə axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək çətənə kollarının harada olduğunu göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin dəmir darvazasının qapısının kilidini özündə olan açarla açaraq həyətə daxil olmuşlar. Həyətdə divarın yanında yerə əkilmiş 01 ədəd çətənə kolunu göstərib yerdən çıxararaq təqdim etdikdən sonra, bir qədər aralıda hasarın yanında 06 ədəd çətənə kollarını çıxarıb təqdim emiş, daha sonra həyətin sağ tərəfində hasarın dibində 01 ədəd çətənə kolunu çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sual verilərək saxlanılması və gəzdirilməsi qadağan edilmiş əşyaların olub-olmadığı soruşulan zaman yaşadığı evdə əşyaların içərisində patron olduğunu bildirmişdir. Mənzildə iştirakçılarla bilikdə axtarış aparılması məqsədilə Təqsirləndirilən şəxs tərəfindən evin dəmir qapısının kilidi açılaraq içəri daxil olarkən dəhlizdə olan taxta dolabın siyirtməsi açılaraq baxış keçirildikdə 01 ədəd dəstəyi olmayan bıçaq və qapağı şəffaf uzunsov formada olan plastmas qutunun içərisində 08 ədəd patron aşkar edilmişdir. Videogörüntüyə baxış keçirilən zaman müəyyən oldu ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında aparılır, evin giriş qapısının qarşısında ümumilikdə Sabunçu RPİ-in 12ci PŞ-in təhqiqatçısı, polis mayoru H.Q.Nağıyev, Sabunçu RPİ-in 12-ci PŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Sabunçu RPİ-in 12-ci PŞ-in sahə inspektoru, polis kapitanı Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu görünür. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Z.T. Məmmədova vəkilin iştirakı olmadan həyətyanı sahədə axtarış keçirilməsinə etirazı olub-olmaması bildirilir və üzərinə şəxsi axtarış və götürmə aparılan zaman bildirdiyi yaşadığı evin həyətində çətənə kollarının yerləşdiyi yeri göstərməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə vəkilin iştirakı olmadan axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. Bundan sonra o yaşadığı ünvadakı həyətin dəmir darvazasını özündə olan açarla açır və həyətə daxil olunur. Təqsirləndirilən şəxs həyətdə divarın yanında yerə əkilmiş 01 ədəd çətənə kolunu göstərib yerdən çıxararaq təqdim edir. Bundan sonra o bir qədər aralıda hasarın yanında 06 ədəd çətənə kollarını çıxarıb təqdim edir, daha sonra həyətin digər tərəfində hasarın dibində 01 ədəd çətənə kolunu çıxarıb təqdim edir. Axtarış zamanı iştirak edən mütəxəssis aşkar edilmiş bitkilərin çətənə kolları olduğunu, aqrotexniki qaydada quluq olunaraq yetişdirildiyini bildirir. Bundan sonra götürülüş 08 ədəd çətənə kolları yaşıl rəngli sellofan torbaya qoyularaq qablaşdırılır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs mənzildə qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması barədə sual verdikdə, o mənzildə əşyaların içərisində patron olduğunu və yaşadığı mənzildə vəkilin iştirakı olmadan axtarış keçirilməsinə etirazı olmadığını bildirir. Mənzildə axtarış aparılması məqsədilə Təqsirləndirilən şəxs tərəfindən evin dəmir qapısının kilidi açıldıqdan sonra içəri daxil olunur və dəhlizdə olan taxta dolabın siyirtməsi açılaraq baxış keçirildikdə 01 ədəd dəstəyi olmayan bıçaq və qapağı şəffaf uzunsov formada olan plastmas qutunun içərisində 04 ədəd kiçik, 04 ədədi böyük olmaqla ümumilikdə 08 ədəd patron aşkar edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 237.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə)görə-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə-bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 02 saylı silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və sair hərəkətlər başa düşülür. Cinayət işinin materiallarında olan 07 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 19:00 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,17). Cinayət işinin materiallarında olan 09 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,66). Dindirmə protokolu 09 iyun 2023-cü il tarixdə saat 10:20-də başlanmış, saat 11:35-də qurtarmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,84). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 09 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,87). Cinayət işinin materiallarında olan 28 avqust 2023-cü il tarixli axtarışda olan şəxsin könüllü olaraq gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (səh.,122). Cinayət işinin materiallarında olan 01 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin könüllü olaraq gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (səh.,149). Cinayət işinin materiallarında olan 01 dekabr 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 237.1ci maddəsindən, həmin Məcəllənin 228.1 və 237.1-ci maddələrinə tövsif edilmişdir (səh.,152). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 Ambulator X1 5540 saylı, 29 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə olunan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayətlər törətməsini, alternatik cəza ilə islah yoluna qədəm qoymamasının mümkünlüyü, ona alternativ cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən, 09 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 354.86 qram çətənə (kannabis) bitkisi, 07 ədəd ümumi təmiz çəkisi 0.07 qram olan çətənə (kannabis) bitkisinə aid, tərkibində narkotik komponenti olmayan və narkotik vasitələrə aid olmayan toxumalar, süngü bıçağının hissəsi məhv edilməli, 01 ədəd 5.45x39 mm kalibrli patron, 01 ədəd 9x18 mm kalibrli patron, 01 ədəd 7.62x39 mm kalibrli təlimməşq üçün nəzərdə tutulmuş patron, 01 ədəd 7.62x54 mm kalibrli təlim-məşq üçün nəzərdə tutulmuş patron, 01 ədəd 7.62x54R mm kalibrli montaj patronu və 01 ədəd 6.8x11 mm kalibrli montaj patronu Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilməli, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 237.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə, Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixə kimi «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «08» (səkkiz) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 354.86 qram çətənə (kannabis) bitkisi, 07 ədəd ümumi təmiz çəkisi 0.07 qram olan çətənə (kannabis) bitkisinə aid, tərkibində narkotik komponenti olmayan və narkotik vasitələrə aid olmayan toxumalar, süngü bıçağının hissəsi məhv edilsin, 01 ədəd 5.45x39 mm kalibrli patron, 01 ədəd 9x18 mm kalibrli patron, 01 ədəd 7.62x39 mm kalibrli təlimməşq üçün nəzərdə tutulmuş patron, 01 ədəd 7.62x54 mm kalibrli təlim-məşq üçün nəzərdə tutulmuş patron, 01 ədəd 7.62x54R mm kalibrli montaj patronu və 01 ədəd 6.8x11 mm kalibrli montaj patronu Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilsin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-154/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-154/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver