Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-154/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, X8 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı X3, müdafiəçi – Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:45 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X4 məxsus “Honda İnsight (Hibrid)” markalı ** DA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə “Komsomol’’ dairəsi istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyatsızlıqdan idarəetməni itirməklə avtomobili yoldan çıxararaq yolun sağ kənarında olan dəmir məhəccərə vurmuş, nəticədə həmin avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs baş beyin əzilməsi və alın payına qansızma, sol təpə nahiyəsinin əzilmiş yarası və sol bazu sümüyünün yerini dəyişən, qapalı sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib zərərçəkmış şəxsin sağlamlığına Ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Elnur adlı şəxsə məxsus olan “Honda İnsight (Hibrid)” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci ıl tarixdə təxminən saat 20 radələrində idarə etdiyi “Honda İnsight (Hibrid)” markalı avtomobildə sərnişin kimi qabaq sağ oturacaqda dostu Qubadzadə Kamal əyləşmiş və o, avtomobillə Sabunçu rayonu, H.Əliyev prospekti istiqamətində təxminən 90-100 km/saat sürətlə 3 zolaqlı yolun 3-cü zolağı ilə hərəkətdə olan zaman gözləmədiyi anda avtomobilinin sol təkərində nasazlıq hiss etmiş və avtomobili yolun sağ kənarında saxlamaq istəyərkən idarəetməni itirmiş və yolun sağ kənarında olan məhəccərə avtomobil çevrilib qabaq hissəsi ilə çırpılıb dayanmışdır. Hadisə nəticəsində sərnişin olan dostu Kamal zərbənin təsirindən qabaq alın şüşəsinə çırpıldıqdan sonra sol əli sınmışdır. Hadisə yerinə gələn YPX əməkdaşına o, özünü təqdim etmiş, avtomobilin sığortasına məlumat vermiş, avtomobil duracağa aparılmış, sonra isə TTY avtomobili gəldikdən sonra dostu Kamalı xəstəxanaya aparmışdır. O, isə hadisə yerində polis əməkdaşlarının gəlməsini gözlədikdən sonra onunla birlikdə sərxoşluğun müayinəsindən keçmiş və sonradan izahatını vermişdir. Bildirmişdir ki, hadisə zamanı ayıq vəziyyətdə olmuş, avtomobildə yük olmamışdır. Avtomobili o, idarə etməzdən əvvəl təkərləri tam işlək vəziyyətdə imiş, lakin yolda hərəkətdə olarkən avtomobilin qabaq sol təkəri deşilərək cırıldığı üçün istəmədən bu qəza baş vermişdir. Sonda Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2022-ci il tarixində dostu Kamilə məxsus olan “Honda İnsight (Hibrid)” markalı avtomobili idarə edirmiş və onlar birlikdə Bakı şəhərində işlərini gördükdən sonra saat təqribən 19 radələrində o, sərnişin kimi qabaq sağ oturacaqda əyləşmiş, Kamil həmin avtomobili Sabunçu rayonu, H.Əliyev prospekti istiqamətində təxminən 90-100 km/saat sürətlə 3 zolaqlı yolun 3-cü zolağı ilə idarə edərkən orta zolağa keçmək istəyərkən idarəetməni itirmiş və avtomobil sağa çevrilib qabaq hissəsi ilə dəmir arakəsməyə çırpılıb dayanmışdır. Hadisə zamanı zərbənin təsirindən o, bir müddət huşunu itirmiş və ayıldıqda TTY avtomobilində xəstəxanaya aparılırmış, alnını şüşə kəsmiş, sol qolu isə sınmışdır. O, 1 saylı X12 xəstəxanasında sol qolundan əməliyyat olunmuş və polis idarəsinin tədqiqatçısına hadisə barədə izahat vermiş və ekspertiza müayinəsindən keçirilmişdir. Bildirmişdir ki, həmin yolnəqliyyat hadisəsi istəmədən tələsdikləri üçün baş vermişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından tanışının Yasamal rayonu ərazisindəki “Samovar” çay evində qəlyançı işləyən vaxtdan tanımış və ona “Honda İnsight (Hibrid)” markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobili gündəlik 20 manata icarə şərti ilə sürücülük barədə etibarnamə əsasında vermiş və Kamil qəlyan işi və şəxsi işləri ilə bağlı həmin avtomobili özü idarə etmişdir. Həmin avtomobilə 2022-ci ilin aprel ayında 6 aylıq Təqsirləndirilən şəxs etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixində Kamil idarə etdiyi “Honda İnsight (Hibrid)” markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobillə ehtiyyatsızlıqdan Sabunçu rayonu, H.Əliyev prospektində yol nəqliyyat hadisəsi törədərək yol kənarında olan dəmir məhəccərə dəyib avtomobilin qabaq hissəsi və bir çox detallarını əzərək yararsız vəziyyətə salmışdır. Həmçinin həmin avtomobildə olan sərnişin də xəsarət aldığı üçün onun barəsində cinayət işi başlanaraq istintaqı aparılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra Kamildən onun avtomobilini təmir etməsini istməsindən sonra Kamil bununla bağlı söz versə də sonradan maddi imkanı olmadığını bildirib avtomobili təmir etdirə bilməyəcəyini demişdir. Bu səbəbdən o, avtomobili “İzmir-Ş” avtotəmir servisındə yoxlatdıraraq təmir qüsur aktını almış və həmin aktı tədqım etmişdir. Qeyd etmişdir ki, onun “Honda İnsight (Hibrid)” markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobilinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təmir və ehtiyyat hissələrinin xərcləri nəzərə alınmaqla 7825 (yeddi min səkkiz yüz iyirmi beş) manat dəyərində maddi ziyan dəymişdir. O, ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Cinayət işinin 7-12 vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Sabunçu rayonu, Heydər Əliyev prospekti, Komsomol dairəsində baş vermişdir. Cinayət işinin 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 2/20865 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 22-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Sabunçu Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 1474 nömrəli rəyindən görünür ki, vətəndaş X5 baş beyin əzilməsi və alın payına qansızma; sol təpə nahiyəsinin əzilmiş yarası və sol bazu sümüyünün yerini dəyişən, qapalı sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işinin 36-cı vərəqində olan AD 219375 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyası ilə nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. Cinayət işinin 49-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/316 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Honda İnsight” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 78-ci vərəqində olan olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin rəisi Tural Hacıyevin adına yazılaraq imzalanmış X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Musa Məmmədov tərəfindən istintaq edilən ********** saylı cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınaraq cinayət prosesində iştirakının təmin edilməsini xahiş etmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, X6 ərizə ilə ibtidai istintaq orqanına müraciət etsə də, lakin həmin ərizə nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, ərizə bir səhvədən ibarət olmaqla, xahiş etdim hissəsində mülki iddia ilə bağlı hər hansı tələb qoyulmamış, buna dair konkret iddia xahiş edilməmiş, X1 olaraq mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. 184-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, X6 tərəfindən özünün dediyi kimi verilmiş iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir və bu səbəbdən də həmin ərizə iddia ərizəsi kimi qəbul edilə bilməz və geri qaytarılmalıdır. Mülki iddiaçı qismində tanınmış X4, onun Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna göndərilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. İbtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmış X6 tərəfindən verilmiş iddia ərizəsi ona geri qaytarılsın. Mülki iddiaçı qismində tanınmış X4, onun Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-154/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-154/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver