Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-155/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-135/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,512 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,512 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 3 ildir ki, narkotik vasitə olan heroin və “patı” deyilən psixotrop maddədən çəkməklə istifadə edir. xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu Nardaran qəsəbəsi N.Əsgərov küçəsi ilə hərəkət edən zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini xahiş etmişlər. Üzərində psixotrop maddə olması səbəbindən həyəcanlanmış, polis əməkdaşları ondan şübhə etməyə başlamışlar, ona görə də onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 42-ci PB-nə gəlmişdir. Bölmədə inzibati otaqların birində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi elan edildikdə o, müdafiəçisinin iştirakından imtina etmişdir. Buna səbəb isə üzərindən psixotrop maddənin aşkar edilməsinə vəkilinin şahid olmaması və gələcəkdə onu daha yaxşı müdafiə etməsi olmuşdur. Şəxsi axtarışdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansı qanunsuz maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus içərisində “patı” adlanan psixotrop maddə olan 1 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən isə özünə məxsus Honor markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Üzərindən aşkar edilən büküm təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları üzərində əlavə olaraq axtarış keçirmişlər və əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz hər hansı maddə və ya predmet aşkar edilməmişdir. Yekun olaraq, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserin yaxınlığında tanımadığı şəxsdən 40 manata almış, onu almaqda və üzərində saxlamaqda məqsəd istifadə etmək olmuşdur. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə təhkim olunduqları ərazi üzrə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Ələsgərov küçəsi, nömrəsiz fərdi evin qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etdikdə həmin şəxsin suallara qeyri-adekvat cavab verməsini və nədənsə narahat olaraq yayınmaq istəməsini görüb, həmçinin onun narkotik istifadəçisi olmasında şübhələri yaranması səbəbindən bu şübhələrin yoxlanılması məqsədi ilə onu saxlayaraq Sabunçu RPİ-nin 42-ci PB-nə müşayiət altında gətirib raportla təhvil vermişlər və şəxsiyyəti yoxlanılarkən məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması PB-nin təhqiqatçısına tapşırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi qismində təyin edilərək hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılınaqla şəxsi axtarış keçiriləcəyi elan edildikdə o, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əvvəlcə təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni və şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu çıxardaraq təqdim etmişdir. Sorğusual zamanı o, həmin “patı” adlanan psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserin yaxınlığında tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş mobil telefon da ayrıca qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilərkən əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar edilmiş, başqa heç bir qanunsuz maddə, əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və 42-ci PB-də olarkən ona qarşı tərəflərindən heç bir qanunsuz hərəkət edilməmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.94-96); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd Honor markalı mobil telefonu və əynindəki şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. 01 ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxış zamanı içərisində ağ rəngli kristal halında psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulan zaman o, həmin maddənin el arasında “Patı” olduğunu, dünən tanımadığı şəxsdən Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserin qarşısında 40 manat qarşılığında aldığını, 3 ildir ki, narkotik vasitə istifadəçisi olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd göy rəngli siqaret qutusu aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən digər maddə, əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüş və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənmişdir (i.v.25-26); məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2024-cü il tarixli 3-16-16/2-6/830 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №241” dairəvi möhür əksləri olan, “...2) Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd selofan bükümdə təmiz çəkisi - 1,512 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psıxotrop maddə - metamfematindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitlər-in siyahısında (Siyahı İ) daxildir (i.v.37-40); DVD diskinə baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xidməti otaqda Sabunçu RPİ-nin 42-ci PB-nin baş təhqiqatçısı, polis baş leytenantı Orxan Seydumov özünü təqdim edir. Bundan sonra otaqda olan şəxslər Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin PPXB-nin polis nəfərləri Şahid1 və Elvin Rzaqulıyev, saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim edirlər. X2 42-ci PBnə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi səbəbindən gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini elan edir və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni və şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin “patı” adlanan psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən narkolojı dispanserin yaxınlığında tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş büküm və mobil telefon zərfə qoyularaq qablaşdırılır, üzən möhürlənir, iştirakçılar tərəfindən imzalarla zərfin üzəri təsdiq edilir. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd göy rəngli siqaret qutusu aşkar edilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş və ya iş üçün sübut əhəmiyyətli digər hər hansı əşya və ya maddə aşkar edilmir (i.v.57); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.81-83); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.84-85); Maddi sübut kimi tanıma haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,512 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 1,462 qram metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.88-89); Mobil telefona baxış keçirilməsi haqqında 25 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, həmin mobil telefon “Honor” markalı sensorlu qara rəngli mobil telefondur. Üzərində ***-***-**-** saylı “Azerfon” abonent nömrəsi vardır. Mobil telefon açıldıqda “Whatsapp” ani mesajlaşma tətbiqində, mesaj qovluğunda və ya yaddaş kartında narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı mesaj mətinləri, səs yazılar, foto və ya video materiallar aşkar edilmədi (i.v.95); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.100-101); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1733 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPOİODLƏRİN və psıxostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.104-105); Sübutların qiymətləndirilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən Sabunçu RPİ-nin 42-ci PB-də qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD diski iş üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v.107-112); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-135/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CMnin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v.124-130); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)- 135/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 16 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 02 il 04 ay 10 gün təşkil edir. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il və xx.xx.2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 12 fevral 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,512 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 tarixli 1(001)-135/2024 saylı hökmünün hazırki cinayət əməlinin törədilməsindən sonra qanuni qüvvəyə minməsini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 tarixli 1(001)-135/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, psixotrop maddənin miqdarı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 tarixli 1(001)-135/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-66.5), 12 fevral 2024-cü il tarixdən 13 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində qismində tutulduğu 02(iki) gün müddət, 07 (yeddi) ay 17(on yeddi) gün çəkilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 03(üç) ay 24(iyirmi dörd) gün müddət, ümumlikdə 03(üç) ay 26(iyirmi altı) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-135/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 07(yeddi) ay 17(on yeddi) gün çəkilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 03(üç) ay 24(iyirmi dörd) gün müddət, ümumlikdə 03(üç) ay 26(iyirmi altı) gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində 01 (bir) il 04(dörd) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,512 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,462 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-155/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-155/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver