Məhkəmə qərarları › İş №1(008)-156/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-156/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-156/2020 24.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbayjan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokurorları x3 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, dalan 1, ev 2-də pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.01.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində şəxsiyyəti istintaqla müəyyən edilməyən “Məhəməd” adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd göy rəngli siqaretin kağızına bükülmüş təmiz çəkisi 0,340 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlayaraq yaşadığı ünvan 1 ünvanına daşımış, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17.01.2020-ci il saat 19 radələrində yaşadığı evin qarşısında saxlanılaraq, Sabunçu RPİ-nin 14-cü PB-nə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd göy rəngli siqaretin kağızına bükülmüş içərisində qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 0,350 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir-neçə aydır narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir və tək qəbul edir. 17 yanvar 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində təsadüfən yolda tanış olduğu Məhəmməd adlı şəxsdən 10 manata bir ədəd göy rəngli siqaretin gümüşü kağızında narkotik vasitə heroin alaraq cibinə qoymuşdur. Onun bir hissəsini istifadə etmək üçün şprisə dolduraraq hazır saxlamış, istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoymuşdur. Şprisə heroinin yaxşı həll olunması üçün limon duzu qatmış, qalan limon duzunu isə üzərində saxlamışdır. Həmin günü saat 19 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, dalan 1, ev 2 ünvanının qarşısında olarkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmiş və polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmişdir. PB-də xidməti iş otaqlarının birində videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Baxış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi və saxlanılması qadağan edilmiş əşya, predmetlərin olub-olmaması və olduğu halda, təqdim olunmasını təklif edilmiş və o, əynində olan qara rəngligödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli siqaretin kağızına bükülmüş bükülünü, içərisində qara rəngli maye olan 1 ədəd 1 qramlıq tibbi iynə və politelin selofana qoyulmuş, ağ rəngli kristal halında maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin bükülüdə nə olduğunu soruşarkən o, həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu, digər bükülüdə isə limon duzu olduğunu, şprisdə də, heroin oluğunu, özü üçün hazırlayıb saxladığını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan və hansı məqsəd ilə əldə etdiyi soruşulduğu zaman o, həmin narkotik vasitəni Sabunçu rayonu, Maştağa qəsəbəsində “Məmməd” adlı şəxsdən özü istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Polis əməkdaşları həmin bükülüləri, şprisi qablaşdıraraq götürmüş, üzərindən narkotik vasitənin aşkar edilməsi ilə əlaqədar protokol tərtib olunmuş, ucadan oxuduqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini «Səyyad» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə bölməyə əməliyyat məlumatı daxil olmuş və həmin şəxsin müəyyən edilib bölməyə gətirilməsi üçün əməliyyat axtarış tədbiri keçirilmişdir. Həmin günü bölmənin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 birlikdə əməliyyat qrupu təşkil edilmiş, sonra Samirlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, dalan 1 ünvanına tərəf getmiş, orada 2 saylı evin qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsi görüb ona yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onlar da, özlərini təqdim etmiş və ona Sabunçu RPİ-nin 14-cü PB-nə aparılıb üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonuncu buna etiraz etməmiş və bölməyə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində o, bölmənin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt şəxsi axtarış video çəkilişlə həyata keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təyin olunmuş, həmin vaxt Səyyad vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə, saxlama, daşıma və gəzdirmə şübhəli bilinməsi ilə əlaqədar üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, ondan üstündə qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmadığını soruşularkən o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli siqaretin kağızına bükülmüş bükülü, içərisində maye olan 1 ədəd 1 qramlıq tibbi iynə və politelin selofana qoyulmuş, tünd qəhvəyi rəngli kristal halında maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Səyyaddan həmin bükülüdə nə olduğunu soruşulduqda o bildirmişdir ki, siqaretin kağızına bükülmüş bükülüdə narkotik vasitə olan heroin, şprisdə özünün hazırladığı heroin məhlulu, politelen bükülüdə isə limon duzudur. Bükülülərə baxılarkən bükülüdə açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olması, polietilen bükülüdə isə tünd qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Səyyaddan narkotik vasitəyə bənzər kütləni haradan əldə etdiyi soruşularkən o, həmin kütləni Sabunçu rayonu, Maştağa qəsəbəsində Məmməd adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd bükülü və bir ədəd şpris götürülərək zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra Səyyad və onlar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin14-cü PB-nin əməliyyat müvəkkiliŞahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 26-27-ci vərəqəsində olan şəxsi axtarış keçirilməsi barədə 17 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd göy rəngli siqaretin kağızına bükülmüş açıq qəhvəyi rəngli, spesefik iyə malik, narkotik maddə olan heroinə bənzər maddə, içərisində qara rəngli maye olan 1 ədəd 1 qramlıq tibbi iynə və politelin selofana qoyulmuş, ağ rəngli kristal halında maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 37-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 38-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2020-ci il tarixli, 1276 nömrəli ekspert rəyindən görünür ki, ‘‘Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...” sözlər və imzalar olan zərfi açdıqda, bir ədəd bükümdə təmiz çəkisi - 0,340 qr olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi -0,387 qam olan ağ rəngli maddə limon duzudur. Limon duzu narkotik və psixotrop maddələrə aid deyildir. 01 ədəd 1 ml-lik şprisin içərisində həcmi 0,7 ml-lik maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin təmiz çəkisi - 0,01 qramdır. Ümumilikdə heroinin təmiz çəkisi 0,350 qramdır. Tədqiqata sərf edildikdən sonra qalıq çəki 0,300 qramdır. Tədqiqata təqdim edilmiş şprisdəki məhlullar heroindən hazırlanan zaman tərkib göstəriciləri dəyişdiyindən təqdim olunan bir ədəd bükümdəki heroin ilə müqayisəsini (tərkiblərinə görə eyni olubolmamalarını) vermək mümkün deyildir. Cinayət işinin 71-73-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 24/2020 saylı, 18 yanvar 2020-ci il tarixli qərarının surtindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 17 yanvar 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan 19 yanvar 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,350 qram olan narkotik vasitə heroin və 1 ədəd DVD disk maddi sübut hesab olunmuş, tədqiqata 0,05 qram sərf olunması nəzərə alınmaqla 0,300 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 102-104-cü vərəqəsində olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-psixatrik ekspertizasının 25.02.2020-ci il tarixli, 372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik müəyyən edilmir. Onda Yüngül kəmağıllılıq aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinələrin nəticələri (anamnestik məlumatlara görə təhsilində çətinlik çəkdiyi üçün altı sinif oxuması, əsəbiliyi ilə əlaqədar 19.03.2004-cü il tarixdən 08.06.2004-cü il tarixə kimi "Kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya, psixopatabənzər davranışla" diaqnozu ilə AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasiol müalicədə olması, həmçinin hərbi çağırış zamanı psixiatrik müayinədən keçdikdən sonra hərbi xidmətdən azad edilməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hazırki müayinə zamanı intellektual imkanların nisbətən zəifliyi, təfəkkürün konkretliyi, mülahizələrinin səthiliyi, maraq dairəsinin nisbətən enməsi və s.) təsdiq edir. Bununla birlikdə qeyd edilməlidir ki, yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 ekspert komissiyasının 05.02.2020cu il tarixli, 278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və x2 tərəfindən 06 fevral 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Dövlət x6 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 138413 seriyalı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ji qrup əlildir. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının stasionar xəstənin xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya psixopata bənzər davranışlar” diaqnozu ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Jinayət işinin 84-jü vərəqəsində olan AZ-İV № 246382 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşıması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, xəstəliyini və İİ qrup əlil olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 yanvar 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 06 (altı) ay 07 (yeddi) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,300 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 06 (altı) ay 07 (yeddi) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 14 (on dörd) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,300 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar