Məhkəmə qərarları › İş №1(008)-156/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-156/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-156/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi –Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs. oğlunun iştirakları ilə, xx xxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək olan dövr ərzində ünvan 2 ünvanın giriş qapısının kilidini sındırma yolu ilə mənzilə qanunsuz daxil olub, mənzildən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 80 manat dəyərində tumbanı; 85 manat dəyərində «Tom» markalı cehiz qənd qabı dəstini; 400 manat dəyərində mətbəx qablarını; 01 ədəd 1.250 manat dəyərində uzunqol qadın şubasını; 01 ədəd 950 manat dəyərində qolu açıq qadın şubasını; 01 ədəd 2.800 manat dəyərində qadın şubasını; 02 ədəd hər birinin dəyəri 40 manat cəmi 80 manat dəyərində qadın gödəkçəsini; 02 ədəd hər birinin dəyəri 100 manat olan cəmi 200 manat dəyərində qadın gödəkçəsini; 02 ədəd hər birinin dəyəri 70 manat olan cəmi 140 manat dəyərində qadın gödəkçəsini; 05 ədəd bir ədədin dəyəri 100 manat olan cəmi 500 manat dəyərində qadın donunu; 01 ədəd 150 manat dəyərində qadın donunu; 04 ədəd hər birinin dəyəri 30 manat olan cəmi 120 manat dəyərində qadın şalvarını; 02 ədəd hər birinin dəyəri 40 manat olan cəmi 80 manat dəyərində qadın koftalarını; 04 ədəd bir ədədin dəyəri 70 manat olan cəmi 280 manat dəyərində uşaq kuklasını(oyuncaq); 01 ədəd 120 manat dəyərində suvenir süni gül dəstini; 01 ədəd 350 manat dəyərində «Versaci» markalı qadın ətrini; 01 ədəd 180 manat dəyərində «Arçelik» markalı su qızdırıcı aparatını; 01 ədəd 1.200 manat dəyərində «Praystation» markalı kombi qızdırıcı aparatını; 01 ədəd 120 manat dəyərində «Heybə» markalı bal dəstini; 01 ədəd 450 manat dəyərində pokrıval dəstini; 07 ədəd hər birinin dəyəri 50 manat olan cəmi 350 manat dəyərində yataq dəstini; 04 ədəd bir ədədin dəyəri 100 manat, bir ədədin dəyəri 50 manat, bir ədədin dəyəri 150 manat olan cəmi 300 manat dəyərində masa üçün süfrələri; 350 manat dyərində cehizlik qaşıq dəstini; 01 ədəd 150 manat dəyərində baqema meyvə qabını; 01 ədəd 60 manat dəyərində baqema çərəz qabını; 03 ədəd bir ədədin dəyəri 150 manat, bir ədədin dəyəri 80 manat, bir ədədin dəyəri 120 manat olan cəmi 350 manat dəyərində qazan dəstlərini; 01 ədəd 180 manat dəyərində «Beko» markalı paltar ütüsünü; 01 ədəd 60 manat dəyərində «Sonifer» markalı paltar ütüsünü; 01 ədəd «Sonifer» markalı 240 manat dəyərində mikrodalğalı sobanı; 01 ədəd «Kumtel» markalı 80 manat dəyərində elektrik sobanı; 01 ədəd «Sonifer» markalı 160 manat dəyərində tozsoranı; 01 ədəd «Sonifer» markalı 120 manat dəyərində tozsoranı; 01 ədəd «Sonifer» markalı 50 manat dəyərində saç fenini; 01 ədəd «Sonifer» markalı 60 manat dəyərində saç fenini; 120 manat dəyərində 24-lük «Tom» markalı xrustal stəkan dəstini; 100 manat dəyərində 12-lik xrustal bakal(bardak) dəstini; 140 manat dəyərində 48-lik su bakal(bardak) dəstini; 01 ədəd 180 manat dəyərində «Vitek» markalı ət çəkən maşını; 80 manat dəyərində qaşıq-çəngəl dəstini; 120 manat dəyərində 3-lük padnos dəstini; 03 ədəd hər birinin dəyəri 60 manat olan cəmi 180 manat dəyərində kişi ayaqqabılarını; 04 ədəd hər birinin dəyəri 100 manat olan cəmi 400 manat dəyərində qadın çəkməsini; 170 manat dəyərində qadın kosmetika dəstini; 150 manat dəyərində məxmər döşək üzlük, ipək yorğan, ipək yastıq dəstini; 200 manat dəyərində məxmər döşək üzlük, ipək yorğan, ipək yastıq dəstini; 01 ədədinin qiyməti 35 manat olmaqla 04 ədəd ümumi dəyəri 140 manat olan dəmir radiator-qızdırıcını; 01 ədədinin qiyməti 5 manat 90 qəpik olmaqla 06 ədəd yeni 30x50 sm ölçüdə ümumi dəyəri 35 manat 40 qəpik olan əlüz dəsmalı dəstini; 01 ədədinin qiyməti 3 manat olmaqla 06 ədəd yeni ümumi dəyəri 18 manat olan qab dəsmalı dəstini; 01 ədəd 200x230 sm 38 manat dəyərində yeni odeyalı və 5.000 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 19.116 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, verilmiş suallara cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, Asiflə birlikdə həmin mənzildə arada bir narkotik vasitə qəbul etdiklərini, oğurluğu zərərçəkmiş şəxsin oğlu Asifin ona verdiyi açar vasitəsi ilə mənzilə daxil olmaqla etdiyini, qapının kilidini sındırmadığını, həmin mənzildən sadəcə əl-üz və qab dəsmalı dəstlərini, 01 ədəd odeyal və 04 ədəd dəmir qızdırıcı radiatorları götürdüyünü, həmin əşyaları internetdə yerləşdirməklə satdığını, digər əşyaları götürmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildə ünvan 2 məcburi köçkün kimi dövlət tərəfindən əri Akif Həsənova verilmiş, onun adına qeydə alınmışdır. 2024-cü ilin iyul ayının 18-dək o, qızı Nüşabə, oğlu Asif və əri Akiflə birlikdə həmin ünvanda yaşamışdırlar. 18 iyul 2024-cü il tarixdə oğlu, qızı və o ünvan 3 ünvanında yaşayan fərdi yaşayış evinə köçmüşdürlər. Əri Akif isə mənzilə yeni kombi aparatı quraşdırıldığı üçün ünvan 2 ünvanında qalmışdır. 24 iyul 2024-cü il tarixdə əri Akif insult keçirdiyi üçün onu xəstəxanaya aparmışdır. Bundan sonra həmin ünvanda heç kim qalmamışdır. 2024-cü ilin 03 avqust 2024-cü il tarixdə oğlu Asif televizor, divan, döşəkləri götürüb yaşadıqları ünvan 3 ünvanında yaşayan fərdi yaşayış evinə gətirmək üçün ünvan 2 ünvanına getmişdir. Qeyd etdikləri əşyaları götürüb yaşadıqları evə aparmışdır. Evin giriş qapısının yalnız bir ədəd açarı olmuş o, da əri Akifdə olmuş, Akif xəstələndikdən sonra açarı oğlu Asifə vermişdir. Evin giriş qapısının açarları başqa şəxsdə olmamışdır. 03 avqust 2024-cü il tarixdən 26 avqust 2024cü il tarixədək ünvan 2 ünvanında olmamışdırlar. 26 avqust 2024-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanına getdikdə görmüşdür ki, evin giriş qapısının kilidi öz kilidi deyil, qapının öz kilidi yerindən çıxarılmış, başqa evdə olan kilid qoyularaq qapı açıq vəziyyətdədir. Evə daxil olduqda evdə səliqə-səhmanın pozulduğunun, qapının öz kildi sınmış yerdə tulanmış vəziyyətdə görmüşdür. Mənzildə olan əşyalara nəzər yetirdikdə görmüşdür ki, aşağıda qeyd olunan əşyalar yerində yoxdur, başa düşmüşdür ki, 03 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək olan müddətdə naməlum şəxs evin giriş qapısının kilidini sındırmaqla evə qanunsuz daxil olub evdən 80 manat dəyərində 01 ədəd tumbanı; - 85 manat dəyərində «Tom» markalı cehiz qənd qabı dəstini; - 400 manat dəyərində mətbəx qabları; -1.250 manat dəyərində 01 ədəd uzunqol qadın şubasmı; - 01 ədəd 950 manat dəyərində qolu açıq qadm şubasını; - 01 ədəd 2.800 manat dəyərində qadın şubasını; - 02 ədəd hər birinin dəyəri 40 manat cəmi 80 manat dəyərində qadın gödəkçəsini; - 02 ədəd hər birinin dəyəri 100 manat olan cəmi 200 manat dəyərində qadın gödəkçəsini; - 02 ədəd hər birinin dəyəri 70 manat olan cəmi 140 manat dəyərində qadın gödəkçəsini; - 05 ədəd bir ədədin dəyəri 100 manat olan cəmi 500 manat dəyərində qadm donunu; - 01 ədəd 150 manat dəyərində qadın donunu; - 04 ədəd hər birinin dəyəri 30 manat olan cəmi 120 manat dəyərində qadın şalvarını; - 2 ədəd hər birinin 40 manat dəyərində cəmi 80 manat dəyərində qadın koftalarını; - 04 ədəd bir ədədin dəyəri 70 manat olan cəmi 280 manat dəyərində uşaq kuklasını (oyuncaq); - 01 ədəd 120 manat dəyərində suvenir süni gül dəstini; - 01 ədəd 350 manat dəyərində «Versaci» markalı qadm ətrini; - 01 ədəd 180 manat dəyərində «Arçelik» markalı su qızdırısını; - 01 ədəd 1.200 manat dəyərində «Praystation» markalı kombi qızdırıcı aparatını; - 01 ədəd 120 manat dəyərində «Heybə» markalı bal dəstini, 01 ədəd 450 manat dəyərində pokrıval dəstini; -2 nəfərlik 100 manat dəyərində pleti (odeyal); 07 ədəd hər birinin dəyəri 50 manat olan cəmi 350 manat dəyərində yataq dəstini; - 04 ədəd bir ədədin dəyəri 100 manat, bir ədədin dəyəri 50 manat, bir ədədin dəyəri 150 manat olan cəmi 300 manat dəyərində masa üçün süfrəni; - 350 manat dyərində cehizlik qaşıq dəstini; - 200 manat dəyərində içərisində 06 ədəd çay üçün nəzərdə tutulmuş 24-lük dəst dəsmalları; - 200 manat dəyərində bədən üçün nəzərdə tutulmuş 24-lük dəst dəsmalları; - 01 ədəd 150 manat dəyərində baqema meyvə qabını; - 01 ədəd 60 manat dəyərində baqema çərəz qabını 03 ədəd bir ədədin eləyəri 150 manat, bir ədədin dəyəri 80 manat, bir ədədin dəyəri 120 manat cəmi 350 manat dəyərində qazan dəstini; - 01 ədəd 180 manat dəyərində «Beko» markalı paltar ütüsünü; - 01 ədəd 60 manat dəyərində «Sonifer» markalı paltar ütüsünü; - 01 ədəd «Sonifer» markalı 240 manat dəyərində mikrodalğalı sobanı; - 01 ədəd «Kumtel» markalı 80 manat dəyərində elektrik sobanı; - 01 ədəd «Sonifer» markalı 160 manat dəyərində tozsoranı 01 ədəd «Sonifer» markalı 120 manat dəyərində tozsoranı; - 01 ədəd «Sonifer» markalı 50 manat dəyərində saç fenini; - 01 ədəd «Sonifer» markalı 60 manat dəyərində saç fenini; -120 manat dəyərində 24-lük «Tom» markalı xrustal stəkan dəstini; - 100 manat dəyərində 12-lik xrustal bakal(bardak) dəstini; -140 manat dəyərində 48-lik su bakal(bardak) dəstini; - 01 ədəd 180 manat dəyərində «Vitek» markalı ət çəkən maşını; - 80 manat dəyərində qaşıq-çəngəl dəstini; -120 manat dəyərində 3-lük padnos dəstini; - 03 ədəd hər birinin dəyəri 60 manat olan cəmi 180 manat dəyərində kişi ayaqqabılarını; - 04 ədəd hər birinin dəyəri 100 manat olan cəmi 400 manat dəyərində qadın çəkməsini; - 170 manat dəyərində qadın kosmetika dəstini; - 150 manat dəyərində məxmər döşək üzlük, ipək yorğan, ipək yastıq dəstini; - 200 manat dəyərində məxmər döşək üzlük, ipək yorğan, ipək yastıq dəstini; - 01 ədədin dəyəri 50 manat olan 04 ədəd cəmi 200 manat dəyərində dəmir qızdırıcıları (radatorlar); - 5.000 manat nağd pulu oğurlamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yalan danışdığını, onların evlərinin cəmi bir açarının olmasını, həmin açarın kopyasının oğlu Asifdə belə olmadığını, həyat yoldaşı xəstəxanada olduğundan Asifə açar lazım olan açarı ona taksi ilə göndərdiyini, sonradan Asifin açarı ona qaytardığını, həyat yoldaşının vəziyyəti pis olduğundan oğlu ilə birlikdə 10 gün xəstəxanada qaldıqlarını, evə qayıdan zaman qapının kilidinin sındırılmış vəziyyətdə olmasını, mənzildə olan əşyaların isə oğurlandığını aşkar etmişlər. Şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən mənzildir (i.v. 7-11). “Təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzilin qonaq otağından 01 qutuda olan 06 ədəd əl-üz, 01 qutuda olan 06 ədəd qab dəsmalı dəstləri, 01 ədəd odeyal maddi sübut kimi götürülmüşdür (i.v.19-20). “Konüllü təqdim etmə haqqında” 08 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən 04 ədəd dəmir qızdırıcı radiatorlar könüllü təqdim edilmiş, o, radiatorları Vüsal adlı şəxsdən aldığını bildirmişdir (i.v.65). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 01 qutuda olan 06 ədəd əl-üz, 01 qutuda olan 06 ədəd qab dəsmalı dəstləri, 01 ədəd odeyal və 04 ədəd dəmir qızdırıcı radiatorlar Zərərçəkmiş şəxs təqdim edilmiş, o, həmin əşyaları tanıyaraq özünə məxsus olduğunu bildirmişdir (i.v.120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 3-13-44/2-13863/24 saylı məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 28 avqust 2024-cü il tarixdə Bakı şəhəri BPİ-nin KTŞ-yə daxil olmuşdur. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin X2 əlinin sol ovucu 01 dəfə (qonaq otağındakı televizor altlığından götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər aşkar edilməmişdir (i.v.168). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli, 24/1771 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri müqayisəli tədqiqat üçün yararlıdır. 26 avqust 2024- cü il tarixdə ünvan 2 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədədi xx xxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc, 01 ədədi 24 sentyabr 1995-ci ildə Bakı şəhərində anadan olmuş X1 əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir (i.v.217-224). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 dekabr 2024-cü il tarixli 9/10248 nömrəli rəyindən görünür ki, 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə bir ədədinin qiyməti 35 manat olmaqla 04 ədəd dəmir radiator-qızdırıcının ümumi qiyməti 140 manat, bir ədədinin qiyməti 5 manat 90 qəpik olmaqla 06 ədəd yeni 30x50 əl-üz dəsmalı dəstinin ümumi qiyməti 35 manat 40 qəpik, bir ədədinin qiyməti 3 manat olmaqla 06 ədəd yeni qab dəsmalı dəstinin ümumi qiyməti 18 manat, 01 ədəd 200x230 sm yeni odeyalın qiyməti 38 manat, 04 adda malların ümumi dəyəri 231 manat 40 qəpik müəyyən edilir (i.v.226-230). “Sübutların qiymətləndirilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, iş üzrə maddi sübutlar 01 qutuda olan 06 ədəd əl-üz, 01 qutuda olan 06 ədəd qab dəsmalı dəstləri, 01 ədəd odeyal və 04 ədəd dəmir qızdırıcı radiatorların qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (i.v.236-247). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, müvafiq ekspert rəyləri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən mənzilə ona zərərçəkmiş şəxsin oğlu Asif tərəfindən verilmiş açardan istifadə etməklə girdiyini, qapının kilidini sındırmadığını, həmin mənzildən sadəcə əl-üz və qab dəsmalı dəstlərini, 01 ədəd odeyal və 04 ədəd dəmir qızdırıcı radiatorları götürdüyünü, ittihamda sadalanan digər əmlakları götürmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində həmin xüsusatları özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan dəlillər kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs oğurluq etdiyi mənzilə ona zərərçəkmiş şəxsin oğlu Asif tərəfindən verilmiş açar vasitəsi ilə qapını açmaq yolu ilə daxil olduğunu, qapının kilidini sındırmadığını iddia etsə də, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs yalan söylədiyini, Təqsirləndirilən şəxs heç vaxt yaşadıqları mənzilin açarını vermədiyini, o, evə gələn zaman qapının kilidinin sındırılmış vəziyyətdə olmasını və evdən əmlakların oğurlanmasını aşkar etdiyini bildirmiş, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs onların evinin qapısının cəmi bir açarının olduğunu, həmin ərəfələrdə həyat yoldaşı xəstəxanada qaldığından və həmin açar oğlu Asifə lazım olduğundan açarı oğluna taksi vasitəsi ilə göndərdiyini, açarın ikinci nüsxəsinin olmadığını, təqsirləndirilən şəxsin yalan ifadə verdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatın zərərçəkmiş şəxsin və oğurluq törədilmiş mənzildə yaşayan şahidin ifadələri ilə təkzib edildiyini, şəxsin sadəcə tanışı olan insana evinin açarının kopyasını verməsinin real olmadığını, açarı olan şəxsin evdən oğurluq etdiyi halda mənzilin qapısının kilidinin sındırılmış olmasının məntiqsiz olduğunu nəzərə alaraq təqsirləndirilən şəxsin sadəcə məsuliyyətinin yüngülləşdirilməsi üçün göstərilən dəlilə isinad etməsi qənaətinə gəlir. Məhkəmə iclasında təqsirləndirilən şəxs sözügedən mənzildən sadəcə əl-üz və qab dəsmalı dəstlərini, 01 ədəd odeyal və 04 ədəd dəmir qızdırıcı radiatorları götürdüyünü, digər əmlakların onun tərəfindən oğurlanmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin əl-barmaq izlərinin hadisə yerindən aşkar olunmasını, onun özünün də ittihamda göstərilən müddət ərzində zərərçəkmiş şəxsin evindən oğurluq etdiyini və maddi sübut kimi aşkar olunmuş əşyaları həqiqətən də həmin mənzildən oğurlayaraq satdığını təsdiq etməsini nəzərə alaraq təqsirləndirilən şəxsin gələcəkdə daha yüngül cəzaya məruz qalmaq naminə oğurlanmış digər əşyaların aşkar olunmamasından çıxış edərək özünü sadəcə oğurlamasını inkar edə bilməyəcəyi, aşkar edilmiş maddi sübutlara münasibətdə təqsirli bilməsinə və ifadələrində səmimi olmamasına dəlalət edir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Tutma haqqında” 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v.52). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 4(008)- 551/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.132-136). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri təqsirli bilinərək AR CM-nin 66.5ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 avqust 2023-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 07 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 08 aprel 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır (i.v.143-145). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 1(007)-137/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v.156-167). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 4(008)- 719/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 07 yanvar 2025-ci il tarixədək uzadılmışdır (i.v.182-186). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 4(008)- 773/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 07 fevral 2025-ci il tarixədək uzadılmışdır (i.v.203-209). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), dəymiş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübutlar-01 qutuda olan 06 ədəd əl-üz, 01 qutuda olan 06 ədəd qab dəsmalı dəstləri, 01 ədəd odeyal və 04 ədəd dəmir qızdırıcı radiatorlar qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – 01 qutuda olan 06 ədəd əl-üz, 01 qutuda olan 06 ədəd qab dəsmalı dəstləri, 01 ədəd odeyal və 04 ədəd dəmir qızdırıcı radiatorlar qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar