Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-157/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk 237, ev 1, mənzil 23-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə, şəxs üzərində zor tətbiq edərək xx.xx.2019-cu il saat 23 radələrində heç bir səbəb olmadan Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi ilə yaşadığı evə piyada gedən Zərərçəkmiş şəxs başından yumruqla vurub ona sol ənsə-təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində qeydiyyatda olsa da 2007-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində kirayə yaşayır və ev təmiri ilə məşğuldur. xx xxxxxx 2019-cu il saat təxminən 17 radələrində iş yerində tək 250 qram araq içdikdən sonra Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsinə yaşadığı evə yollanmışdır. Yolda qərara gəlmişdir ki, qonşuluqda yaşayan qohumu Muradgilə getsin. Saat təxminən 23 radələrində avtobusdan düşüb qohumu Muradgilə piyada yollanmış, Muradgilin evini tapa bilməmiş və geriyə qayıtmışdır. O, yol ilə hərəkətdə olarkən dövlət nömrə nişanını xatırlmadığı avtomobil dayanmış, həmin zaman avtomobildə 1 qız, 1 oğlan və bir orta yaşlı qadın olmuşdur. Avtomobildə olan qız yanındakılara bildirmişdir ki, «budur məni vuran», o isə, onlara heç kimi vurmadığını demiş, ətrafa insanların toplaşdığını və orada olanların ona təzyiq göstərmək istədiklərini görüdüyü üçün onlara məsələsini aydınlaşdırmaq üçün polis bölməsinə getməyi təklif etmişdir. Daha sonra, avtomobilə əyləşərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində aydın olmuşdur ki, həmin qız Zərərçəkmiş şəxsdır. Polis bölməsində həmin qızı, yəni sonradan adını bildiyi Turanəni birinci dəfə gördüyünü və onu ümumiyyətlə vurmadığını bildirmişdir. Zərərçəkmiş şəxs o vurmamış, onun kimin tərəfindən vurulduğunu görməmişdir. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, işi ilə əlaqədar hər gün Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ilə axşam saatlarında işdən çıxıb yol ilə evə gedir. xx.xx.2019-cu il gecə saat 23:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ilə tək evə gedən zaman tanımadığı bir nəfər şəxs arxasınca gəldiyini hiss etmiş, yolun sağ tərəfinə keçib evə doğru getdiyi zaman heç bir səbəb olmadan və ona heç nə demədən həmin şəxs arxadan ona yaxınlaşaraq daş və yaxud başqa predmetlə başının arxasına bir dəfə çox güclü zərbə vurmuşdur. O, həmin zərbənin təsirindən yerə yıxılmış, başından qan açıldığına görə düşünmüşdür ki, həmin şəxs başına daşla vurdu. Yerə yıxıldığı zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs aydın görmüşdür. O qışqırmağa başlamış və ona yüksək səslə «məni niyə vurursan?» demişdir. Həmin şəxs isə ona demişdir ki, «mənə nəsə deyirsən?». Sonra həmin şəxsin üstünə qışqırdığı üçün yoluna davam edib çıxıb getmişdir. O, durub yerində oturmuş və anasına zəng vurub onu tanımadığı şəxsin vurduğunu bildirmişdir. Taksi ilə işdən evə gələn qonşu Tural onu yol kənarında görüb avtomobili saxlamış və onu əyləşdirmişdir. Tural vəziyyətini görüb nə baş verdiyini soruşmuş, o, hadisəni Turala danışmışdır. Sonra taksi ilə ev istiqamətində gedərkən həmin onu vuran şəxsin yol ilə geri qayıtdığını görmüş, Turala demişdir ki, onu vuran bu şəxsdir. Avtomobili həmin şəxsin yanında saxlamışlar və həmin şəxsə yaxınlaşaraq onu niyə vurduğunu soruşmuş, həmin şəxs onu vurmadığını bildirmişdir. Bu zaman anası Sevda hadisə yerinə qohumu Seymurun avtomobili ilə gəlmiş, anası məsələni bildiyindən DİN-in 102 xidmətinə zəng vurmuş və sonra onu vuran şəxs onların tələbi ilə könüllü olaraq onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə getmişdir. PB-də baş vermiş hadisə ilə bağlı ərizə yazmış, daha polis əməkdaşları TTY avtomobili çağırmışlar.Təqsirləndirilən şəxs onu hansı səbəbdən vurduğunu indiyədək bilmir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Zərərçəkmiş şəxs işi ilə əlaqədar hər gün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ilə axşam saatlarında işdən çıxıb qaranlıq yol ilə evə gedir. xx.xx.2019-cu il gecə saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi evlərində olarkən qızı Turanə onun mobil telefonuna zəng vuraraq tanımadığı şəxsin onu vurduğunu bildirmiş və evə yaxın yerdə olduğunu demişdir. Həmin vaxt qohumu Seymur onlarda olmuş, o, dərhal Seymurun idarə etdiyi avtomobil ilə həmin yerə getmişdir. Yolda olarkən Turanənin taksidən düşüb tanımadığı şəxslə söhbət etdiyini görüb avtomobildən düşmüş, Turanə həmin kişini göstərib onun vurduğunu bildirmişdir. Həmin şəxs onlara Turanəni vurmadığını bildirmişdir. O, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və sonra həmin şəxs onların tələbi ilə onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə getmişdir. Polis bölməsində məlum olmuşdur ki, Turanəni vuran şəxs Təqsirləndirilən şəxsdur. Hadisə ilə bağlı ərizə və izahat verdikdən sonra polis əməkdaşları TTY avtomobili çağırmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert rəyini də sübut növü kimi qəbul edir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X1 rayon şöbəsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1744 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ənsə-təpə nahiyyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasma görə, xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 11-12) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 4 hissəsi, 220-2 və 38-ci maddələri ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən əməli Gəncə şəhəri Kəpəz Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1993-cü il tarixli hökmü ilə təyin edilmiş 05 şərti cəza ilə birləşdirilərək ona qəti 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v. 58-59) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını deməsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ənsə-təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmiş, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Bununla yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs də, xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirərək təqsirləndirilən şəxsin verdiyi ifadənin özünü müdafiəyə yönəlmiş olduğunu və həqiqəti əks etdirmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsnın əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-157/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-157/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver