Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-157/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 İnzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2022-ci il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ev 4, mənzil 7-in plastik pəncərəsinin kilidini sınıdırıb qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus «LG» markalı 83 sm ölçülü 400 manat dəyərində plazma televizorunu, 100 manat dəyərində «Güvən» markalı su qızdırıcısını, 450 manat dəyərində «LG» Q6 markalı mobil telefonunu, 45 manat dəyərində sadə «Samsung» markalı üzərində 5 manat dəyərində «*** *** ** **» nömrəsi olan mobil telefonunu, iki ədəd dəridən hazırlanan 42 sm ölçülü Türkiyə istehsalı olan təzə vəziyyətdə olan biri 80 manat dəyərində olan 160 manat dəyərində iki ədəd ayaqqabıları, bir metri 4 manat olan 20 metr uzunluğunda 80 manat dəyərində mis kabelini, 10 manat dəyərində taxta kəsən mişarını, 10 manat dəyərində dəmir kəsən mişarın, 85 manat dəyərində «Marus» markalı su mühərrikini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1.345 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid3 və Tapdıqı da tanıyır. Hər ikisi Sabunçu qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs evi onun yaşadığı evə yaxındır. O, bu hadisəni yəni həmin mənzildən oğurluq törətməmişdir. Bunların hamısı yalandır. Böhtandır. Onun heç bir günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi işlə məşğuldur. 03 mart 2022-ci il tarixdə, saat 08:00 radələrində yoldaşı və oğluyla evdən çıxıb işə getmişdir. Sonra isə şəhərdə görüşüb qohumugilə Biləcəri qəsəbəsinə getmişlər. Axşam saat 23:15 radələrində evə qayıtdıqda evin plastik pəncərəsinin kilidini sındırıb evdən oğurluq olmasını, pəncərənin açıq olmasını aşkar etmişlər. Evə daxil olduqdan sonra evdən «LG» markalı 83 sm ölçülü 400 manat dəyərində plazma televizorun, 100 manat dəyərində «Güvən» firmasına məxsus su qızdırıcısının, 450 manat dəyərində «LG» Q6 markalı mobil telefonun, 45 manat dəyərində sadə «Samsung» markalı üzərində 5 manat dəyərində «*** *** ** **» nömrəsi olan mobil telefonun, iki ədəd dəridən hazırlanan 42 sm ölçülü Türkiyə istehsalı olan təzə vəziyyətdə olan biri 80 manat dəyərində olan ümumi 160 manat dəyərində iki ədəd ayaqqabıların, bir metri 4 manat olan 20 metr uzunluğunda 80 manat dəyərində mis kabelin, 10 manat dəyərində taxta kəsən mişarın, 10 manat dəyərində dəmir kəsən mişarın, 85 manat dəyərində «Marus» firmasına məxsus su mühərrikinin oğurlanmasını aşkar etmişdir. Dərhal polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona 1.345 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Zeyqəmşah oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, tanıyır. Mart ayının əvvəllərində Zülfüqar, onu məhəllədə görəndə ona məxsus olan «Güvən» firmasına məxsus su qızdırıcısını satmaq istədiyi, lakin şəxsiyyət vəsiqəsini itirdiyindən sata bilmədiyi demişdir. Ondan həmin su qızdırıcısını öz sənədi ilə aparıb satmasını xahiş etmişdir. O da etiraz etməyib su qızdırıcısını ondan götürmüşdür. Sonrakı zamanda tək olaraq aparıb Adil adlı sonradan tanıdığı şəxsin dükanına 35 manata satmış, öz sənədinin surətini oraya vermiş, pulunu isə Zülfüqara gətirib vermişdir. Zülfüqar oğurluq barədə ona heç nə deməmiş, sonradan bilmişdir ki, o, mənzilə daxil olaraq oradan televizor, su qızdırıcısı və digər əmlakı oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, fərdi olaraq bərbər kimi Sabunçu rayonu, Sabunçu qəsəbəsi 155 saylı məktəbin yanında və Q.Qarayev metrosunun yanında işləyir. Təxminən 5 ildir ki, yaşadığı Əfəndiyev küçəsinin yaxınlığında hamamın yanında yaşayan hamının «Mote» kimi tanıdığı ondan 1-3 yaş balaca və ya böyük olan əsl adı Təqsirləndirilən şəxs tanıyır. Onunla salam-sağol münasibəti var. Təxminən 2022-ci ilin mart ayının əvvəllərində 155 saylı məktəbin yanında olarkən «Moteni» görmüş o, ona «LG» markalı ona məxsus olan televizoru 50 manata satmasını, təcili ona pul lazım olmasını bildirmişdi. O da onun əlində olan həmin televizora baxmış, sonra onun televizorunu 50 manat verib götürmüş, bərbər salonuna gətirmişdir. Sonrakı günlərdə ona məlum olmuşdu ki, Zülfüqardan aldığı televizor cinayət yoluyla ələ keçirmişdir. Könüllü olaraq 05 aprel 2022-ci il tarixdə 12-ci PŞ-nə televizoru vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 6 ildir ki, Sabunçu qəsəbəsində yerləşən bazarda işləyir, işlənilmiş su qızdırıcısı və kombiləri alıb sonra baha qiymətə satır . Qeyd edir ki, bu ilin mart ayının əvvəllərində təxminən 05 və ya 06 mart tarixdə işdə olarkən adını sonradan bildiyi Şahid2 adlı şəxs dükana gələrək «Güvən» firmasına məxsus su qızdırıcısı satdığını ona bildirmiş, daha sonra əlində olan qara rəngli «Güvən» firmasına məxsus 24 litr tutumlu su qızdırıcısını ona vermişdir. O da 35 manata ala biləcəyini ona demiş, sonra həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətinin üzərinə imza edib ona vermiş və o da həmin şəxsə 35 manat pul vermişdir. Sonra o, pulu götürüb çıxıb getmişdi. Sonrakı günlərdə işdə olarkən mağazaya gələn Zərərçəkmiş şəxs adlı şəxs su qızdırıcısı tanımış, sonra o polisə könüllü olaraq sənədi və su qızdırıcısını təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4008 saylı, 29 iyun 2022-ci il tarixli tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, o cümlədən bazar qiyməti ilə ümumi dəyər təxminən 280.00 manat müəyyən edilir. O cümlədən bir ədəd 2011-ci il Çin istehsalı olan «LG» markalı, «32LK330» model, 32 düymlü, 81 kanallı televizor-200.00 manat, bir ədəd «Güven» markalı, 24 L tutumlu qara rəngli su qızdırıcı-80.0 manat. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 sentyabr 2022-cı il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli və 1(008)37/2023 saylı, 03 avqust 2023-cü il tarixli hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinib 1.000 manat cərimə cəzasına məhkum edilmişdir. 01 iyul 2016-cı ildə Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən azad edilmişdir. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 aprel 2022-ci il tarixdən hesablanmaqla, «09» ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 1(008)37/2023 saylı, 03 avqust 2023-cü il tarixli hökmlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» il, «03» ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Hazır ki, hökmlə təyin olunmuş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş «09» ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmış və Təqsirləndirilən şəxs üzərində «01» il, «09» ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş cəza qəti cəza müddətinə hesablanmış və Təqsirləndirilən şəxs üzərində «01» il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-ü maddəsi ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. X1 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan araşdırılmış digər sübutlarla təkzib olunur. Onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə X2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən X2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X1 əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə X3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X7 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi X1 təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 27 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,123). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)37/2023 saylı, 20 aprel 2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 24 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə Sabunçu RPİ-in CAŞ-in əməkdaşları tərəfindən tutularaq 23 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» may 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçin iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazır ki, hökmlə təyin olunmuş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)37/2022 saylı, 03 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxsun üzərində qati olaraq saxlanılmış «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» may 2023-cü il tarixdən hesablansın. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçin iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-157/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-157/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver