Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-157/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel iqbal qızının sədrliyi, Səbinə Şair qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxsin müdafiəçisi – Leqal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 8 iyul 1999-cu ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şabran rayonu, Qəndob kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saat 23:00 radələrində ictimai yer hesab edilən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən «İ əməliyyatı» adlı kafedə özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla sifariş verdiyi musiqinin qısa ifa edilməsi kimi əsassız səbəbdən əyləşdiyi masaya yaxınlaşaraq irad bildirən müştəri X4 ünvanına nalayiq ifadələr işlətməklə qəsdən masanın üzərində olan fincanla sonuncunun sifət nahiyəsindən qəsdən bir dəfə vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı və burun nahiyəsinin əzilmiş yaradan sonra yaranmış çapıq toxuması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ay müddətdir ki, Sabunçu qəsəbəsində yerləşən “İ əməliyyatı” restoranında musiqiçi işləyir. Onun iş saatı hər gün axşam saat 18-də başlayır və gecə saatlarına qədər davam edir. xx.xx.2024-cü il tarixdə musiqiçi kimi fəaliyyət göstərdiyi kafedə olarkən, müştəri qismində əyləşmiş şəxslərdən biri yaxınlaşaraq, mahnı sifariş etmişdir. Sifariş etdiyi musiqinin səsləndirilməsinə icazə verilmədiyinə görə o musiqini ifa etməmişdir. Həmin şəxs «onu tanımadığımı, Sabunçu rayonunda hər kəsin içində sözü keçdiyini onun sifariş etdiyi mahnının anında oxunmalı olduğunu» söyləyərək üz nahiyəsinə güclü şillə zərbəsi endirmişdir. O, zərbənin təsirindən çətinliklə ayağa qalxmaq istədiyi zaman həmin şəxs şüşə bakal ilə onun baş nahiyəsinə zərbə endirmişdir. Bunun ardınca kənarda olan şəxslər həmin şəxsi ondan uzaqlaşdırmışlar. Onu isə yaxınlıqda olan xəstəxanaya aparmışlar. Hadisə zamanı orada onu vuraraq xəsarət yetirmiş şəxs, sonuncunun dostları, çalışdığı restoranın müdiri və digər müştərilər olmuşlar. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. X4 və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr həqiqətə uyğundur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs, o an baş verənlər çox ani olduğundan hadisəni tam olaraq xatırlamadığını, özünü müdafiə üçün fincanı sonuncuya tərəf atmış ola biləcəyini, amma bütün bunların X4 onu vurduqdan sonra baş verdiyini və onu söymədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs vurduğu üçün çox peşmandır, təqsirləndirilən şəxsin heç bir təqsiri yoxdur, o özü içkili olduğu üçün xanımı vurmuşdur, indi də Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, videoda burnunun qanadığı görünsə də özü qaşıyaraq qanatmışdır. İstintaqda verdiyi yox, məhkəmə iclasında verdiyi ifadənin nəzərə alınmasını xahiş edir. Bütün təqsir onun özündə olmuşdur, buna görə də barəsində hökm çıxarılmışdır, hazırda da cəzasını çəkir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, Natiq musiqi sifaris vermişdir. O həmin an çölə çıxmış, qayıtdıqda isə hadisə artıq baş verib bitmişdir. Nə Natiqin nə də Ülviyyənin bir-birini vurmasını gösməmişdir. Amma sonradan mübahisənin musiqiyə görə baş verdiyini və Ülviyyənin xəsarət aldığını eşitdiyini bildirmişdir. Şahid3 verilmiş suallara cavab olaraq göstərmişdir ki, o latın əlifbası ilə yazıb oxuya bilmir. İstintaqda verdiyi yox, məhkəmə iclasında verdiyi ifadəsinin qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, kafedə olduqları zaman Natiq musiqi sifariş etmiş, Ülviyyə musiqini ifa etmədiyinə görə Natiq ona yaxınlaşmış və Ülviyyəni üzündən şillə ilə vurmuşdur. Bundan sonra o əsəbləşmiş və Elşənlə birlikdə kafeni tərk etmişdir. X7 bakal atdığını eşitmişdir. Şahid2 verilmiş suallara cavab olaraq Ülviyyənin Natiqi söyməsini eşitmədiyini, söymüş olsa belə o musiqinin səsindən söyüşün eşidilməsinin mümkün olmamasını bildirmişdir. O kafedə olduğu müddətdə Ülviyyənin Natiqi vurmasını görməmişdir. İstintaqda verdiyi ifadənin məhkəmədə verdiyi ifadədən fərqli olmasının səbəbi soruşulduqda latın əlifbası ilə yazıb oxuya bilmədiyini bildirmişdir. Buna görə də məhkəmə iclasında verdiyi ifadənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Şahid1 Məhkəmə iclasında iştirak etmədiyindən onun istintaq zamanı verdiyi elan olunmuş ifadəsində bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində Natiq, sonuncunun qardaşı X9, qonşusu Elməddin, Elnur və Elşənlə birlikdə Sabunçu qəsəbəsində yerləşən “İ Əməliyyatı” adlı kafeyə pivə içmək üçün gəlmiş, bundan əvvəl isə onun yaşadığı mənzildə sipirtli içki qəbul etmişlər. Kafedə olan zaman bir masa arxasında əyləşmiş, sentezator ifaçısı masaya yaxınlaşmış və Natiq 2 manat pul verərək musiqi sifariş vermiş, bundan sonrada qonşu Elməddin də 2 manat pul vermişdir. Bundan sonra sifariş verdikləri musiqi qısa olduğundan musiqi ifa edən Ülviyyə xanıma Natiq sifariş verdiyi musiqinin qısa olduğunu dedikdə sonuncu Natiqə kafedə o nə desə onun dediyi olur deyib masadan ayrılmışdır. Bundan sonra Natiq masadan durub Ülviyyə xanımın masasına yaxınlaşmışdır. Bir neçə dəqiqə sonra Ülviyyə Natiqin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Ətrafda tanımadığım şəxslər olmuşlar. Bu zaman Natiq Ülviyyənin üz nahiyyəsinə sillə ilə vuraraq sakitləşməsini demişdir. Ülviyyə isə sonuncunu itələyib üzərinə qəndqabı atmışdır. Ülviyyənin atmış olduğu qəndqabı Natiqin burununun üzərinə dəymişdir. Natiqin burnunun üzəri yarılmış və qan axmağa başlamışdır. Ətrafda olan şəxslər və onlar sonuncuları yaxınlaşaraq onları aralamışlar. Ülviyyə sakitləşməyərək Natiqin valideynlərinin ünvanında ifadələrlə söyüş söyürmüş. Natiq pivə bakalını masanın üzərindən götürüb Ülviyyəyə tərəf zərbə ilə atmış, bokal Ülviyyənin baş nahiyəsində dəymişdir. Xanım isə yerə yıxılmışdır. Bundan sonra isə onlar kafedən çıxıb uzaqlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından X1 yüngül zərərvurmaya aid bədən xəsarəti yetirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən «İ əməliyyat» kafesi olmuşdur.(i.v. 13-15) “Video görüntüyə baxış keçirilməsi haqqında» 08 mart 2024-cü il tarixli protokoldan görünür ki, CD diskə yazılmış videogörüntüyə baxış keçirilən zaman faylda olan videogörüntüdə xx.xx.2024-cü il tarixdə Sabunçu qəsəbəsində yerləşən «İ Əməliyyatı» adlı kafedə Natiq Əsgərovun kafedə musiqi ifaçısı olan Ülviyyə Qurbanovanın masasına yaxınlaşaraq üz nahiyyəsinə sillə ilə vurduğu, daha sonra isə pivə bakalını xanımın üzərinə atdığı, yerə yıxıldığı əks olunmuşdur.” (i.v. 28) 17 mart 2024-cü il tarixli Protokoldan görünür ki, X8 DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə verdiyi müraciətə əsasən onun aldığı xəsarətlərin müəyyən edilməsi məqsədilə əlaqə saxlanılmış, lakin o zənglərə cavab verməmiş, növbəti zənglərdə isə mte-dən keçməkdən imtina edərək ehtiyac olmadığını bildirmişdir. (i.v 29) Məhkəmə-tibb ekspertizasının 09 mart 2024-cü il tarixli 526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən sınığı və nahiyəsinin qançırı, sağ yanaq-qulaqönü və sağ said nahiyələrinin kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlərdən burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən sınığı və burun nahiyəsinin əzilmiş yarası, üst dodağın selikli qişa səthinin əzilmiş yarası sağ dirsək oynağı nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən; sağ yanaq-qulaqönü və sağ said nahiyələrinin kəsilmiş yaraları isə kəsici əşya (əşyalar) təsirindən törənmişdir, müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasna səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özünə yetirilməsi inkar olunur. (i.v 30-32) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 14 avqust 2024-cü il tarixli 06/1128 nömrəli rəyindən görünür ki, X5 burun sümüyünün yerdəyişməyən sınığı və burun nahiyəsinin əzilmiş yaradan sonra yaranmış çapıq toxuması müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti şəxsin xx.xx.2024-cü il tarixli rentgjen müayinəsindən 5 ay əvvələ uyğun gəlməklə xx.xx.2024-cü il tarixdə və şəxsin qeyd etdiyi şəraitdə yetirilməsi inkar edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v 62-64) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v 83) Sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, baş vermis hadisəni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü 2 azyaşlı övladı var. Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Beşdam kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş 09 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, şəxs müsbət xarakterizə olunur. (i.v 124) Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla X6 qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X4 məhkəməyə təqdim etdiyi 01 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs tərəfindən 04 aprel 2024-cü il tarixdə Məhkəməyə təqdim olunmuş Ərizədən görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkən şəxslə barışmışlar, buna görə də əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilərək barəsində olan cinayət işi üzrə icraata bərətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 07 mart 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, baş vermiş mübahisə X4 Təqsirləndirilən şəxs şillə ilə vurmasından sonra başlamışdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs fincanı X6 ataraq sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 07 mart 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində X1 yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə X4 ona şillə vurmasına qarşı olan cavab hərəkəti kimi təzahür etmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda Təqsirləndirilən şəxs X4 ünvanına nalayiq ifadələr işlətməsi qeyd olunsa da, nə zərərçəkən şəxs, nə də şahid ifadələri bu halı təsdiq etməmişlər. Əksinə musiqinin səsindən başqa bir səs eşidilməsinin mümkün olmadığını bildirmişlər. Belə olan halda mübahisə Təqsirləndirilən şəxs hərəkətləri ilə yox, X4 ona şillə vurması ilə başlamışdır. Hətta eyni hadisə ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla X6 qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İttiham aktında Təqsirləndirilən şəxs “…sifariş verdiyi musiqinin qısa ifa edilməsi kimi əsassız səbəbdən əyləşdiyi masaya yaxınlaşaraq irad bildirən müştəri X4 ünvanına nalayiq ifadələr işlətməklə qəsdən masanın üzərində olan fincanla sonuncunun sifət nahiyəsindən zərbə vuraraq …” göstərilsə də, əslində hadisənin X4 Təqsirləndirilən şəxs şillə vurması ilə başlanılması nəzərə alınmamış, baş vermis hadisə mexanizmi dəyişdirilmişdir. Hadisənin baş verməsi mexanizminin dəyişdirilməsini cinayət işi materialında cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ilkin izahatları ilə sonrakı şahid kimi verdikləri ifadələr arasında fərqə baxdıqda da açıq-aydın görmək mümkündür. Belə ki, ilkin izahatlarda hər 3 şahid ilk olaraq X4 Təqsirləndirilən şəxs vurduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs X6 qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı heç bir məlumat olmamışdır. Nədənsə sonradan hadisənin mexanizmi dəyişdirilmiş mübahisənin Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsi ilə başlanılması kimi təsvir edilmişdir. Bundan başqa, Məhkəmə iclasına dəvət edilmiş şahidlər şahid andını üzündən oxuya bilməmişlər. Bu isə onların özlərinin də bildirdiyi kimi latın qrafikası ilə yazıb oxuya bilmədiklərinin və önlərinə qoyulan ifadələrlə tanış olmadan imzaladıqlarını bir daha təsdiq edir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə X6 istiqamətlənən ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətər zəminində başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı formada ağırlaşdıran hal kimi qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 731.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 7 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN ********** köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-157/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-157/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver