Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-158/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 2005-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, İmişli şəhəri, Ağamalıoğlu küçəsi, ev 9-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci ii tarixdə, saat 17 radələrində ünvan 2 ünvanda yerləşən “Köhnə Məkan” kafesinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «VAZ 21074» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının üzərində olmasından istifadə edərək avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanında yerləşən “Köhnə Məkan” kafesinin qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı Zərərçəkmiş şəxs1 məxsus «VAZ 21074» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd ümumilikdə 50 manat dəyərində markası bilinməyən gödəkcələri, 01 ədəd 40 manat dəyərində poverbank aparatını, 01 ədəd 15 manat dəyərində «Samsung» markalı adapter və naqilini, 01 ədəd 20 manat dəyərində mobil telefon aksesuarı olan qulaqcığı, 01 ədəd 5 manat dəyərində breloku, 01 ədəd 15 manat dəyərində qara rəngli pul qabını və həmin pul qabının içərisində olan 300 manat nağd pulu, 01 ədəd göy rəngli üzərində mobil nömrə olmayan sadə modelli 25 manat dəyərində «KgTel» markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 470 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanda yerləşən “Köhnə Məkan” kafesinin qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd ümumilikdə 50 manat dəyərində markası bilinməyən gödəkcələri, 01 ədəd 40 manat dəyərində poverbank aparatını, 01 ədəd 15 manat dəyərində “Samsung” markalı adaptor və şunurunu, 01 ədəd 20 manat dəyərində mobil telefon aksesuarı olan qulaqcığı, 01 ədəd 5 manat dəyərində breloku, 01 ədəd 15 manat dəyərində qara rəngli pul qabını və həmin pul qabının içərisində olan 300 manat nağd pulu, 01 ədəd göy rəngli üzərində mobil nömrə olmayan sadə modelli 25 manat dəyərində “KgTel” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 470 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində qohumu Zərərçəkmiş şəxs2 məxsus Saatlı rayonu Naharlı kəndində fərdi yaşayış evində qonaq olarkən evin yataq otağında saxlanc yeri olan dolaba qanunsuz daxil olmaqla orada saxlanılan pul qabının içərisindən 1000 manata nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 yanvar 2023-cü il tarixdə, saat 06:15-də Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanda yerləşən saxlanc yeri olan “Laçın” marketin giriş qapısının kilidini sındırmaqla marketə qanunsuz daxil olaraq dolabın siyirməsindən ümumilikdə 300 manat qəpik pulları və 01 ədəd 700 manat dəyərində “Samsung A51” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, 25 yanvar 2023-cü il tarixdə saat 02 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs14 məxsus “VAZ 2106” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının avtomobilin salonunda olmasından istifadə edərək avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan təkrar ələ keçirib qaçırmışdır. Bundan başqa, o, 31 yanvar 2023-cü il tarixdə saat 01 radələrində ünvan 7 ünvanda yerləşən marketin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “Toyota Camry” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və mühərrikinin işlək vəziyyətdə olmasından istifadə edərək avtomobilə əyləşib qanunsuz olaraq avtomobili talama məqsədi olmadan təkrar ələ keçirib qaçırmışdır. Bundan başqa, o, 01 fevral 2023-cü il tarixdə saat 03 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılmış Qazaxıstan Respublikası vətəndaşı Sadygov Elnur (Zərərçəkmiş şəxs5) məxsus “BMW 320” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan təkrar ələ keçirib qaçırmışdır. Bundan başqa, o, 07 mart 2023-cü il tarixdə saat 06 radələrində ünvan 10 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus “Mercedes E220” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının üzərində olmasından istifadə edərək avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan təkrar ələ keçirib qaçırmışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 may 2023-cü il tarixdə, saat 03:40-da Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi ünvan 11 ünvanda yerləşən saxlanc yeri olan “Nemo” məktəb ləvazimatları və ərzaq məhsullarının satıldığı mağazanın pəncərəsini üzərində olan vintaçanla açaraq mağazaya qanunsuz daxil olub kassa aparatından 210 manat nağd pulu və piştaxtanın üzərindən ümumilikdə 39 manat dəyərində 10 qutu “Kent 4” markalı tütün məmulatlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 249 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 may 2023-cü il tarixdə saat 02:40-da Zərərçəkmiş şəxs9 məxsus ünvan 12 ünvanda yerləşən saxlanc yeri olan kioskun giriş qapısını üzərində olan vintaçanla açaraq kioska qanunsuz daxil olub masanın siyirməsindən 900 manat nağd pulu, masanın üzərindən 01 ədəd 1100 manat dəyərində “Sony” markalı noutbuku, piştaxtanın üzərində olan ümumilikdə 120 manat dəyərində 30 qutu “Kent 4” markalı, ümumilikdə 132 manat dəyərində 33 qutu “Sobranie Caster” markalı tütün məmulatlarını və ümumilikdə 120 manat dəyərində avtomobil kondisioner filtrlərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 ümumilikdə 2372 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 may 2023-cü il tarixdə, saat 01:36-da Zərərçəkmiş şəxs8 məxsus ünvan 13 ünvanda yerləşən saxlanc yeri olan “Zəngəzur” kafesinin giriş qapısını üzərində olan vintaçanla açaraq kafenin içərisinə qanunsuz daxil olub dolabdan 650 manat nağd pulu, ümumilikdə 45 manat 60 qəpik dəyərində 12 qutu “Kent 4” markalı tütün məmulatlarını, 01 ədəd 50 manat dəyərində “Samsung” markalı mobil telefonu və həmin mobil telefonun üzərində olan 5 manat dəyərində ***-***-**-** Azercell GSM mobil nömrəni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs8 ümumilikdə 750 manat 60 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 may 2023-cü il tarixdə, saat 03:44-də Zərərçəkmiş şəxs12 icarə əsasında işlətdiyi ünvan 14 ünvanda yerləşən saxlanc yeri olan “Meyvə-tərəvəz” adlı marketin giriş qapısını üzərində olan vintaçanla açaraq mağazaya qanunsuz daxil olub dolabın siyirməsindən 50 manat qəpik pulları, ümumilikdə 200 manat dəyərində 50 qutu “Kent 4” markalı, ümumilikdə 40 manat dəyərində 10 qutu “Sobranie” markalı tütün məmulatlarını və 01 ədəd 20 manat dəyərində Zərərçəkmiş şəxs12 məxsus “Mercedes E-Class” **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs12 ümumilikdə 310 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 27 may 2023-cü il tarixdə saat 03:56-da Zərərçəkmiş şəxs12 icarə əsasında işlətdiyi ünvan 14 ünvanda yerləşən saxlanc yeri olan “Meyvə-tərəvəz” adlı marketə qanunsuz daxil olub gizli olaraq ələ keçirdiyi açardan istifadə etməklə Zərərçəkmiş şəxs12 məxsus həmin mağazanın qarşısında saxlanılmış “Mercedes E-Class” **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan təkrar ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 may 2023-cü il tarixdə saat 05 radələrində ünvan 15 ünvanda olarkən həmin gün saat 03:56-da ünvan 14 ünvanda yerləşən “Meyvə-tərəvəz” adlı marketin qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı Zərərçəkmiş şəxs12 məxsus “Mercedes E-Class” **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan ümumilikdə 150 manat dəyərində 50 kilo banan, ümumilikdə 150 manat dəyərində 50 kilo armud, ümumilikdə 50 manat dəyərində 25 kilo pomidor meyvə-tərəvəz məhsullarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs12 ümumilikdə 350 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 iyun 2023-cü il tarixdə 06 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi ünvan 16 ünvanda yerləşən saxlanc yeri olan “X10”-in plastikdən olan qapısını üzərində olan vintaçan ilə açaraq estetik mərkəzin salonuna qanunsuz daxil olub oradan 01 ədəd 1500 manat dəyərində “HP” markalı noutbuku, 01 ədəd 700 manat dəyərində elektron “Apple” qol saatı, 01 ədəd 1500 manat dəyərində markasını bilinməyən kiçik ölçülü kosmetoloji cihazı, 01 ədəd 200 manat dəyərində üzərində mobil nömrə olmayan “Samsung A05” markalı mobil telefonu, 01 ədəd 340 manat dəyərində adi qaşlı 585 əyarlı qadın qızıl üzüyünü, 01 ədəd 130 manat dəyərində estetik mərkəzin müşahidə kamerasını, 01 ədəd 40 manat dəyərində səs gücləndirici aparatı, 01 ədəd 340 manat dəyərində “CCİT” markalı “A103W” modelli planşeti və həmin planşetin üzərində olan 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrəni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs13 ümumilikdə 4760 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 iyun 2023-cü il tarixdə 04 radələrində Zərərçəkmiş şəxs10 icarə əsasında işlətdiyi ünvan 17 ünvanda yerləşən saxlanc yeri olan “Ayan Studio” gözəllik salonunun qapısını üzərində olan vintaçan ilə açaraq gözəllik salonuna qanunsuz daxil olub dolabın siyirməsindən 500 manat nağd pulu və 01 ədəd 400 manat dəyərində 585 əyarlı şir şəkilli qadın qızıl üzüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs10 ümumilikdə 900 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 iyun 2023-cü ii tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 18 ünvanda yerləşən saxlanc yeri olan “1001 Xırdavat” mağazasının qapısını üzərində olan vintaçanla açaraq mağazaya qanunsuz daxil olub kassa aparatından 200 manat nağd pulu və 01 ədəd 200 manat dəyərində Çin istehsalı olan “Redmi” markalı, “M2101K7AG” modelli, 128 GB yaddaşlı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs11 ümumilikdə 400 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, İmişli şəhəri, Ağamalıoğlu küçəsi, ev 9-da yaşamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanılmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, işsiz olduğu üçün pul əldə etmək məqsədi ilə bir neçə dəfə yaşayış sahəsinə və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, talama məqsədi olmadan qanunsuz olaraq bir neçə avtomobil qaçırmışdır. O, ilk dəfə 06 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Saatlı şəhəri ərazisində yerləşən “Köhnə Məkan” çay evinin qarşısında dayanaraq dostlarını gözlədiyi zaman çay evinin giriş qapısı hissəsində dayanmış “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olduğunu, açarının üzərində olduğunu görmüşdür. O, avtomobili idarə etməyi sevdiyi üçün həmin avtomobili talama məqsədi olmadan qaçırıb Saatlı rayonu ərazisində idarə etmək istəmiş, bu məqsədlə, avtomobilin sol qabaq qapısını açıb sürücü hissəsində əyləşib avtomobilin mühərrikini işə salaraq oradan uzaqlaşmış, avtomobili YPX əməkdaşlarının saxlamaması üçün Saatlı rayonu, Qazanbatan kəndi istiqamətində idarə etmişdir. o, Qazanbatan kəndində dostu X2 yanına gedib onunla görüşüb idarə etdiyi avtomobilin özünə məxsus olduğunu və ona bir qədər onunla gəzməyi təklif etmiş, X4 etiraz etməmişdir. O, X4 ilə birlikdə kənd içi yollarda bir qədər avtomobili idarə edib daha sonra Qazanbatan kəndində X3 düşürüb “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili qaranlıq yerə aparıb içində yatıb gecələmişdir. 07 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin görməsi üçün Saatlı rayonu, Qazanbatan kəndi ərazisində su kanalı ilə kolluq arasında olan hissədə saxlamışdır. O, avtomobili saxlayarkən avtomobilin içərisində olan 02 ədəd gödəkcəni, 01 ədəd markasını bilmədiyi poverbank aparatını, 01 ədəd şunuru ilə birlikdə olan adaptoru, 01 ədəd markasını bilmədiyi qulaqcığı, 01 ədəd breloku, 01 ədəd qara rəngli pul qabını və içərisində 300 manat nağd pulu, 01 ədəd qara rəngli sənəd qabını və 01 ədəd göy rəngli “KgTel” markalı mobil telefonu özü ilə götürmüşdür. Götürdüyü sənəd qabının içərisində müxtəlif kartlar, sənədlər olduğunu görüb elə həmin yerdə bir qədər kənara həmin sənəd qabını atmışdır ki, kimsə görüb tapdıqdan sonra sənədləri avtomobilin sahibinə qaytarsın. Çünki həmin sənədlər ona lazım olmamış, həmin sənədlərin heç birindən istifadə etməmişdir. Bundan sonra oğurladığı əşyaları Saatlı şəhərində bazar deyilən ərazidə tanımadığı şəxslərə 02 ədəd gödəkcəni, 01 ədəd markasını bilmədiyi poverbank aparatını, 01 ədəd naqili ilə birlikdə olan adaptoru, 01 ədəd markasını bilmədiyi qulaqcığı, 01 ədəd breloku, 01 ədəd göy rəngli “KgTel” markalı mobil telefonu və 01 ədəd qara rəngli pul qabının özünə məxsus olduğunu bildirib ümumilikdə 70 manata satmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin avtomobildən oğurladığı 300 manat nağd puluda şəxsi ehtiyaclarına xərcləmişdir. O, 19 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində qohumu Zərərçəkmiş şəxs2 məxsus Saatlı rayonu Naharlı kəndində fərdi yaşayış evində qonaq olarkən evin yataq otağında saxlanc yeri olan dolaba qanunsuz daxil olmaqla orada saxlanılan pul qabının içərisindən 1000 manata nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, 23 yanvar 2023-cü il tarixdə, saat 06:15-də Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanda yerləşən saxlanc yeri olan “Laçın” marketin giriş qapısının kilidini sındırmaqla marketə qanunsuz daxil olaraq dolabın siyirməsindən qəpik pulları və 01 ədəd “Samsung A51” markalı mobil telefonu gizli olaraq oğurlamışdır. Bundan başqa, o, 25 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs14 məxsus “VAZ 2106” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının avtomobilin salonunda olmasından istifadə edərək avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan təkrar ələ keçirib qaçırmışdır. Bundan başqa, o, 31 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində ünvan 7 ünvanda yerləşən marketin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “Toyota Camry” markalı **-VV- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və mühərrikinin işlək vəziyyətdə olmasından istifadə edərək avtomobilə əyləşib qanunsuz olaraq avtomobili talama məqsədi olmadan qaçırmışdır. Bundan başqa, o, 01 fevral 2023-cü il tarixdə, saat 03 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılmış Qazaxıstan Respublikası vətəndaşı Sadygov Elnur (Zərərçəkmiş şəxs5) məxsus “BMW 320” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Bundan başqa, o, 07 mart 2023-cü il tarixdə, saat 06 radələrində ünvan 10 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus “Mercedes E220” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının üzərində olmasından istifadə edərək avtomobilə əyləşib mühərriki işə salaraq qanusuz olaraq avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Bundan başqa, o, 06 may 2023cü il tarixdə, saat 03:40-da Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi ünvan 11 ünvanda yerləşən saxlanc yeri olan “Nemo” məktəb ləvazimatları və ərzaq məhsullarının satıldığı mağazanın pəncərəsini üzərində olan vintaçanla açaraq mağazaya qanunsuz daxil olub kassa aparatından nağd pulu və piştaxtanın üzərindən 10 qutu “Kent 4” markalı tütün məmulatlarını gizli olaraq talamışdır. Bundan başqa, o, talama məqsədilə 07 may 2023-cü il tarixdə, saat 02:40-da Zərərçəkmiş şəxs9 məxsus ünvan 12 ünvanda yerləşən saxlanc yeri olan kioskun giriş qapısını üzərində olan vintaçanla açaraq kioska qanunsuz daxil olub masanın siyirməsindən 900 manat nağd pulu, masanın üzərindən 01 ədəd “Sony” markalı noutbuku, piştaxtanın üzərində olan 30 qutu “Kent 4” markalı, 33 qutu “Sobranie Caster” markalı tütün məmulatlarını və avtomobil kondisioner filtirlərini gizli olaraq talamışdır. Bundan başqa, o, 12 may 2023-cü il tarixdə, saat 01:36-da Zərərçəkmiş şəxs8 məxsus ünvan 13 ünvanda yerləşən saxlanc yeri olan “Zəngəzur” kafesinin giriş qapısını üzərində olan vintaçanla açaraq kafenin içərisinə qanunsuz daxil olub dolabdan 650 manat nağd pulu, 12 qutu “Kent 4” markalı tütün məmulatlarını, 01 ədəd “Samsung” markalı mobil telefonu və həmin mobil telefonun üzərində olan GSM mobil nömrəni gizli olaraq talamışdır. Bundan başqa, o, 27 may 2023-cü il tarixdə, saat 03:44-də Zərərçəkmiş şəxs12 icarə əsasında işlətdiyi ünvan 14 ünvanda yerləşən saxlanc yeri olan “Meyvə-tərəvəz” adlı marketin giriş qapısını üzərində olan vintaçanla açaraq mağazaya qanunsuz daxil olub dolabın siyirməsindən 50 manat qəpik pulları, 50 qutu “Kent 4” markalı, 10 qutu “Sobranie” markalı tütün məmulatlarını və 01 ədəd Zərərçəkmiş şəxs12 məxsus “Mercedes E-Class” **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını gizli olaraq talamışdır. Bundan başqa o, 27 may 2023-cü il tarixdə, saat 03:56-da Zərərçəkmiş şəxs12 icarə əsasında işlətdiyi ünvan 14 ünvanda yerləşən saxlanc yeri olan “Meyvə-tərəvəz” adlı marketə qanunsuz daxil olub gizli olaraq ələ keçirdiyi açardan istifadə etməklə Zərərçəkmiş şəxs12 məxsus həmin mağazanın qarşısında saxlanılmış “Mercedes E-Class” **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilə əyləşib mühərriki işə salaraq qanunsuz olaraq avtomobili talama məqsədi olmadan təkrar ələ keçirib qaçırmışdır. Bundan başqa, o, 27 may 2023-cü il tarixdə, saat 05 radələrində ünvan 15 ünvanda olarkən həmin gün saat 03:56-da ünvan 14 ünvanda yerləşən “Meyvə-tərəvəz” adlı marketin qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı Zərərçəkmiş şəxs12 məxsus “Mercedes E-Class” **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 50 kilo banan, 50 kilo armud, 25 kilo pomidor meyvə-tərəvəz məhsullarını gizli olaraq talamışdır. Bundan başqa, o, 01 iyun 2023-cü il tarixdə, 06 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi ünvan 16 ünvanda yerləşən saxlanc yeri olan “X10”-in plastikdən olan qapısını üzərində olan vintaçan ilə açaraq estetik mərkəzin salonuna qanunsuz daxil olub oradan 01 ədəd “HP” markalı noutbuku, 01 ədəd elektron “Apple” qol saatı, 01 ədəd kiçik ölçülü kosmetoloji cihazı, 01 ədəd üzərində mobil nömrə olmayan “Samsung A05” markalı mobil telefonu, 01 ədəd qadın qızıl üzüyünü, 01 ədəd estetik mərkəzin müşahidə kamerasını, 01 ədəd səs gücləndirici aparatı, 01 ədəd “CCİT” markalı “A103W” modelli planşeti və həmin planşetin üzərində olan mobil nömrəni gizli olaraq talamışdır. Bundan başqa, o, 05 iyun 2023-cü il tarixdə 04 radələrində Zərərçəkmiş şəxs10 icarə əsasında işlətdiyi ünvan 17 ünvanda yerləşən saxlanc yeri olan “Ayan Studio” gözəllik salonunun qapısını üzərində olan vintaçan ilə açaraq gözəllik salonuna qanunsuz daxil olub dolabın siyirməsindən 500 manat nağd pulu və 01 ədəd qadın qızıl üzüyünü gizli olaraq talamışdır. Bundan başqa, o, 08 iyun 2023-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 18 ünvanda yerləşən saxlanc yeri olan “1001 Xırdavat” mağazasının qapısını üzərində olan vintaçanla açaraq mağazaya qanunsuz daxil olub kassa aparatından 200 manat nağd pulu və 01 ədəd “Redmi” markalı, mobil telefonu gizli olaraq talamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığınıbildirərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 50D ünvanında yerləşə kioskun sahibidir və özü işlədir. İşlətdiyi kiosku səhər saat 08:00-da açır və axşam saat 21:00-da bağlayır. Həmin kioskun təyinatı müxtəlif növ siqaret məhsulları, sular, müxtəlif azuqə məhsulları, avtomobil kondisionerlərinin filtirlərinin satılmasından ibarətdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ona məxsus kioska gələrək açdıqda kioskun qapısının kənar əşya ilə açıldığını, həmçinin kioskun içərisindəki solda yerləşən masanın siyirməsində ona məxsus 900 manat nağd pulun, həmin masanın üzərindəki 1100 manat dəyərində "Sony” markalı notebookun, kioskun girişində sol tərəfdə yerləşən vitrindəki 30 ədəd hər birinin qiyməti 4 manat olmaqla ümumi dəyəri 120 manat olan “Kent” markalı siqaret qutularının və 33 ədəd hər birinin qiyməti 4 manat olmaqla ümumi dəyəri 132 manat olan “Sobranie” markalı siqaret qutuluranın, kioskun girişindən sol küncündə yerdə böyük sellofan torbaya qoyulmuş içərisində 12 ədəd hər biri 10 manat olmaqla ümumi dəyəri 120 manat olan avtomobil kondisionerinin filterlərinin oğurlanmasını aşkar etmişdir. Kioskun içərisində quraşdırılmış videomüşahidə kamerları vasitəsi ilə baxdıqda ona məxsus kioskun içərisində qeyd olunan əşyaların naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Ardınca aidiyyatı üzrə DİN-in 102 zəng xidmətinə və ərazinin polis orqanı olan 37-ci Polis Şöbəsinə baş vermiş cinayət barədə məlumat vermişdir. Ona baş vermiş oğurluq hadisəsi nəticəsində 2372 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanda yerləşən qeyri-yaşayış binası ona məxsusdur. Həmin obyekti o, kafe kimi işlədir. Kafe “Zəngəzur” adlanır. Kafedə ondan başqa üç nəfər işləyir - bir aşbaz, bir ofisiant və bir qabyuyan. Kafe bir qayda olaraq saat 09:00 dəqiqədən saat 23:00 dəqiqəyə kimi işləyir. Kafenin gündəlik dövriyyəsi 150-200 manatdır. Kafeyə lazım olan ərzaqlar da bir başa kafeyə gətirilir. Ona görə də o, ərzaqların alınması üçün lazım olan pul vəsaitlərini və kafeyə dair sənədləri kafedə xüsusi bir yerdə iş masasının yanında quraşdırılmış dolabda saxlayır. Dolab iki hisssəlidir, yuxarı hissəsinin qapısı açıq olur, aşağı hissəsinin qapısı isə daimi olaraq bağlı qalır, açarı da onda olur. Aşağı dolabda pul vəsaitləri və sənədlər saxlanılır, yuxarı dolabda da, pul vəsaitləri, şokolad, tütün məmulatları və sair xırda əşyalar saxlanılır. xx.xx.2023-cü ildə axşam saat 23 radələrində kafeni bağlayıb evə getmişdir. Növbəti gün, yəni xx.xx.2023-cü ildə səhər saat 09 radələrində oğlu Elvinlə birlikdə kafeyə gələndə kafenin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olandan sonra ətrafı gözdən keçirtmiş, sonra isə iş masasına yaxınlaşmışdır. İş masasının yanında quraşdırılmış dolabın qapıları aralanmış vəziyyətdə olmuşdur. Başa düşmüşdür ki, kimsə kafenin plastikdən olan qapısını aralayaraq içəri daxil olmuş və oradan oğurluq etmişdir. Sabiq polis əməkdaşı olduğu üçün o, və oğlu heç bir əşyaya toxunmamışlar ki, qala biləcək əl-barmaq izləri silinməsin. Dolabın içərisinə baxdıqda müəyyən etmişdir ki, yuxaı dolabdan 150 manat, aşağı dolabdan isə xırda əskinaslarla olan 500 manat pul götürülmüşdür. O, oğlu Elvinə demişdir ki, hadisə ilə bağlı DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat versin. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və hadisə yerinin müayinəsini aparmışlar. O, hadisə ilə bağlı ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Onu da qeyd etmişdir ki, ərizəsində o, kafedə yalnız 650 manat pulun oğurlandığını qeyd etmişdir. Polis əməkdaşları gələndən sonra isə məlum olmuşdur ki, aşağı dolabdan qiyməti 38 manat olan 01 blok “Kent 4” markalı siqaret, yuxarı dolabdan isə ümumi qiyməti 7 manat 60 qəpik olan 02 qutu “Kent 4” markalı siqaret, iş masasının üzərindən isə qiyməti 50 manat olan “Samsung” markalı mobil telefon götürülmüşdür. Həmin mobil telefonda 050-671- 77- 79 mobil nömrəsi vardır. Həmin mobil nömrənin qiyməti 5 manatdır. Balansında pul olmamışdır. Hazırda həmin mobil nömrənin dublikatını çıxarmışdır. Hadisə nəticəsində ona təxminən 750 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, ünvan 17 ünvanda yerləşən “Ayan Studio” gözəllik salonunu icarə əsasında işlədir. İşlətdiyi müddət ərzində bir dəfədə olsun salondan oğurluq olmamışdır. Gözəllik salonunda iki nəfər işçi və bir köməkçi vardır. Gündəlik olaraq saat 10 radələrində salonun giriş qapısı işçilər tərəfindən açılır, saat 19 radələrində isə bağlanılır. 04 iyun 2023-cü il tarixdə saat 20 radələrində salonun plastikdən olan giriş qapısını bağlayaraq getmişlər. 05 iyun 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı binanın eyvanından baxarkən salonun giriş qapısının açıq olduğunu görmüşdür. İlk öncə hansısa işçinin tez gəldiyini güman etmişdir. Lakin işçilər ilə əlaqə saxladıqda onlar salonda olmadığını bildirmişlər. Bundan sonra təcili olaraq salona gəldikdə salonun daxilində olan kamera görüntülərinə baxarkən oğurluq hadisəsinin baş verdiyini aşkar etmiş, dərhal DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə kamera görüntülərinə baxan zaman maəyyən olunmuşdur ki, bir nəfər təxminən 18 yaşlı naməlum şəxs plastik qapını özü ilə gətirdiyi hər hansı bir açarla açaraq içəri daxil olur və vintaçan ilə siyirmənin kilidini sındıraraq oradan ona məxsus olan 500 manat nəğd pulu və 400 manat olan 1 ədəd 585 əyarlı qadın şir şəkilli üzüyünü oğurlayaraq salonu tərk edir. Həmin şəxs salondau tərk etdikdə başqa dəyarlı əşya oğurlamamışdır. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, həmin pullar işçilərin gündəlik olaraq qazandıqları və aylıq nəvacibləri olmuşdur. Üzük isə gündəlik olaraq taxdığı üzük olmuş, həmin günü yadından çıxaraq salonda qalmışdır. O, salona ətraflı baxdıqda 500 manat nəğd pulunun və üzüyünün oğurlandığını aşkar etmişdir. Həmin vaxtı həyəcanlı olduğundan ola bilsin ki, ərizəsində və polisə məlumat verərkən düzgün qeyd etmədiyini bildirmişdir. Salondan oğurluq edən şəxsi ilk dəfə idi ki, kamera görüntüsündən görmüşdür. Ona dəymiş maddi ziyan ödənilmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci il buraxılışlı, ağ rəngli “Toyota” markalı “Camry” modelli Az **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 məxsus olsa da, lakin həmin avtomobili zərurət olduğu halda o, da idarə edir. 31 yanvar 2023-cü il tarixdə saat 01 radələrində “Toyota” markalı “Camry” modelli Az **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektindən üzü Zığ şossesi istiqamətinə doğru hərəkətdə olarkən su istədiyi üçün Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 25 ünvanında avtomobil yolun kənarında mühərriki işlək və qapıları açıq vəziyyətdə saxlayaraq marketə daxil olmuşdur. Marketdən su alıb qayıdarkən avtomobilin yolun kənarında olmadığını görmüşdür. Bundan sonra yaxınlıqda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılarkən avtomobilinin ünvan 19 ünvanın qarşısında saxlanıldığı müəyyən olundu. Polis əməkdaşları ilə birlikdə avtomobilin olduğu yerə getmişlər. Avtomobilə polis əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilərək ona təhvil verilərkən avtomobilindən hər hansı əşya oğurlamadığı və avtomobilin üzərində deformasiya, detal dəyişikliyi, zərər və maddi ziyan aşkar edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobili qaçıran şəxs yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. O, həmin şəxsi tanımır və ilk dəfədir ki, həmin şəxsin adını eşidir. Əlavə olaraq bildirmişdir ki, o, avtomobildə tək olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, fərdi işlərlə məşğul olduğundan demək olar ki, Biləsuvar rayonunda müvəqqəti yaşayır. xx.xx.2022-ci il tarixdə özünə məxsus olan Vaz 2107 markalı **-BH-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə daimi yaşadığı Saatlı rayonuna gəlmişdir. Bir qədər evdə ailəsi ilə vaxt keçirdikdən sonra sinif yoldaşı Saatlı şəhər Molday kəndində yaşayan X6 ilə görüşmüş, idarə etdiyi avtomobil ilə Saatlı şəhər ərazisində yerləşən Mədəniyyət evinin yaxınlığında “Köhnə Məkan” adı ilə tanınan kafeyə gəlmişlər. Həmin vaxt saat təxminən 16:00 radələri olmuşdur. İdarə etdiyi avtomobili kafenin arxa girişində avtomobillərin dayanması üçün nəzərdə tutulmuş yerdə saxlayıb kafeyə girmişdir. Təxminən 2 saat həmin kafedə vaxt keçirdikdən sonra saat təxminən 18:00 radələrində kafedən çıxan zaman dostu Fərhad bildirmişdir ki, avtomobili saxladığı yerdə yoxdur. Həmin vaxt ona məlum olmuşdur ki, özünə məxsus olan yuxarıda qeyd etdiyi avtomobil naməlum şəraitdə, naməlum şəxslər tərəfindən qaçırılmışdır. Buna tam əmin olduqdan sonra Azərbaycan Respublikası DlN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra bu barədə Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, avtomobili kim tərəfindən qaçırılmasında şübhələndiyi kimsə yoxdur. Qeyd etmişdir ki, avtomobili texniki və zahiri görünüş cəhətdən saz vəziyyətdə olmuş, qapıları elektron uzaqdan idarə etmə qaydaasında kilidlə təmin olunmuşdur. Avtomobili qaçırılarkən xarici görkəmində başqa rəng boyama halları olmamış, işə saxla açarı üstündə olmuşdur. Avtomobili qaçırılarkən salonunda şəxsi əşyaları kimi 02 ədəd gödəkçə, 01 ədəd poverbank, 01 ədəd adaptor və şunuru, 01 ədəd qulaqcıq, 01 ədəd brelok, 01 ədəd qara rəngli cüzdan və zamoklu cibində 03 ədəd 100 manatlıq pul, 01 ədəd qara rəngli sənəd qabı və içərisində 02 ədəd “KapitalBank” plastik kartı, YAP vəsiqəsi, şəxsiyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, nəqliyyat kartı və göy rəngli KgTel markalı mobil telefon olmuşdur. Qeyd etdiklərindən başqa avtomobildə “Pioner” markalı maqnitafon, üzərində USB yaddaş kartı və 01 ədəd AUX şunur olmuşdur. Qeyd etdiklərindən başqa avtomobilində dəyərli hər hansı əşya olmamışdır. Həmin əşyalar avtomobilin salon hissəsində açıq yerdə olmuşdur. Avtomobili Saatlı rayonu Qazanbatan kəndi ərazisində aşkar edildikdən sonra yük saxlanc və mühərrik hissəsindən nələrsə götürülmədiyi, salonda isə “Pioner” markalı maqnitafon, üzərində USB yaddaş kartı və 01 ədəd AUX şunurdan başqa qeyd etdiklərini aşkar etməmişdir. Qeyd etdikləri ilə bağlı neçə manat maddi ziyan dəyməsi ilə bağlı nəsə deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Naharlı kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə orada yaşayır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumatı oğlu Xəqani Həsənov versə də, Saatlı RPŞ-nə ərizə ilə müraciəti özün etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Vəzirin nəvəsidir. Səidin valideynləri vəfat etdiyi qohum evlərində yaşayır. Səid təxminən 1 ay müddətdir ki, onun evində yaşamışdır. Yaşadığı evin özünə məxsus olan otağında, paltar dolbaında rəngli pul kisəsində yığılmış 1000 manat pulu olmuşdur. Həmin pul kisəsinin yerini ondan başqa heç kim bilməmişdir. Onun otağna isə Səiddən başqa girib çıxan olmamışdır. xx.xx.2023cü il tarixdə Səid onlardan çıxıb rayonda yaşayan dayısının evinə gedəcəyini demişdir. O, bir söz deməmiş və Səid isə yığışıb getmişdir. xx.xx.2023- cü il tarixdə isə otağındakı pul kisəsini götürmək istəyərkən isə pul kisəsinin yerində olmadığını bilmişdir. Həmin vaxt bilmişdir ki, pullarını Səid oğurlamışdır. Dəfələrlə Səidin mobil telefonuna zəng etsə də, cavab verməmişdir. Daha sonra bu barədə oğlu Xəqaniyə demiş, Xəqani də, baş verənlərlə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, qohumu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub dindirilərkən etiraf edərək ona məxsus pulu oğurladığını demişdir. Oğurlanmış pullar 20 manatlıq əskinaslardan olmaqla 1000 manat olmuşdur. Səidin oğurluq edən zaman evdə hər hansı əşyaya ziyan yetirmədiyini demişdir. Təqsirləndirilən şəxs valideynlərini itirdiyinə görə aylıq təqaüd aldığını, özünə məxsus olan təqaüd kartını ona vermişdir ki, 1000 manat olana kimi həmin kartdan pulu o, alsın. Hal-hazırda ona dəymiş ziyan tam olaraq deyil, hissə-hissə ödənildiyindən oğurluqla bağlı Səiddən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən “Laçın” market ona məxsusdur. Gündəlik olaraq market saat 07 radələrində saat 21 radələrinədək işləyir. 22.01.023-cü il tarixdə saat 21 radələrində mağazanı bağlayarkən gündəlik olaraq alış veriş etdiyi 300 manat qəpik pulları kassanın siyirməsinə qoyaraq mağazanın giriş qapısını bağlayıb evinə getmiş, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində mağazaya gələrkən giriş qapısının üzərində olan kilidin naməlum şəxs tərəfindən sındırılaraq qanunsuz olaraq mağazaya daxil olub kassa aparatının saxlanc yeri hesab olunan siyirtməsində ona məxsus 300 manat nağd qəpik pullar və özünə məxsus yeni aldığı lakin ekranı qırıldığına görə üzərində mobil nömrə olmayan 1 ədəd qiyməti 700 manat olan “Samsung A51” markalı mağazada saxladığı mobil telefonuni gizli olara talamış, ona ümumilikdə 1000 manat manad maddi ziyan vurmaqla oğurluq etmişdir. O, mağazadan oğurluq olduğuna əmin olduqdan sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. O, həmin şəxsi tanımır və ilk dəfədir həmin şəxsin adını eşidir. O, qeyd etdiyi ona məxsus 300 manat nağd qəpik pulları və “Samsung A51” markalı mobil telefonu oğurlanmışdır. O, dəymiş maddi ziyan tam şəkildə ona ödənilmədiyi şikayətçi olduğunu və Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, ünvan 21 ünvanda yaşayır. 24 yanvar 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvana yaxınlaşmışdır. Belə ki, həmin zaman idarə etdiyi “VAZ 2106” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ə.Hacıyev küçəsi 20 saylı ünvanın qarşısında saxlamışdır. Həmin vaxt avtomobilinin arxa sağ qapısı örtülü olmağına baxmayaraq bağlanmamış, odur ki, o, mənzildə olduğu zaman ara-sıra avtomobilin yerində olub-olmadığını müşahidə etmişdir. Bu məqsədlə saat 01 radələrinədək avtomobilin yerində olub-olmamasını müşahidə etmiş, həmin saatdan sonra yatdığından avtomobilin orada olub-olmaması barədə dəqiq fikir söyləyə bilməmiş, həmçinin qeyd etmişdir ki, avtomobilin kül qabısının içində əlavə açarı saxlamış ki, digər açarı itirdiyi halda onunla avtomobilin mühərrəkini hərəkətə gətirə bilsin. Səhər saat 06 radələrində yuxudan durmuş, avtomobili saxladığı yerə baxdıqda avtomobilin yerində olmadığını gördüm və bu barədə oğlu Şahid7 xahiş etməklə DİN-nin 102 xidmətinə məlumat verməsini bildirmişdir. Oğlu bu barədə məlumat verdikdən sonra 25-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə yaxınlaşmaqla baxış keçirmişlər və o, baş verənlər barədə ərizə ilə müraciət etmişdir. 26 yanvar 2023-cü il tarixdə avtomobili Zabrat qəsəbəsində polis əməkdaşları tərəfindən aşkar edildiyindən o, həmin əraziyə dəvət edilmiş, orada avtomobilə baxış keçirilərkən 100 manat dəyərində akumlyatorun oğurlandığını aşkar edilmişdir. Avtomobildən başqa hər hansı bir detal oğurlanmamış, avtomobildən başqa hər hansı bir detal oğurlanmamış, avtomobili idarə edilərkən hər hansı bir hissəsi əzilməklə ona maddi zərər vurulmamışdır. Avtomobilin qaçırılması nəticəsində yalnız 100 manatlıq akumlyatoru oğurlanmışdır. Həmin ünvanda qəbz imzalanmaqla avtomobili ona təhvil verilmişdir. Onun avtomobilinə 100 manat dəyərində akumlyatorlarının ələ keçirilməsindən başqa hər hansı bir miqdarda maddi zərər dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Sadygov Elnur (Zərərçəkmiş şəxs5) məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, Qazaxıstan Respublikasının vətəndaşı olsa da, orta təhsilini Bakı şəhəri, 12 saylı tam orta məktəbdə almış, Azərbacayn dilində sərbəst yazıb oxumağı bacarır. Bildirmişdir ki, 01 fevral 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı ünvana yaxınlaşmışdır. Belə ki, həmin zaman idarə etdiyi “BMW 320” markaı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilini A.Manafov küçəsi 2 saylı ünvanın qarşısında saxlamışdır. Həmin vaxt avtomobilinin qabaq sol qapısı örtülü olmağına baxmayaraq bağlanmamış, o, da mənzildə olduğu zaman ara-sıra avtomobilin yerində olub-olmadığını müşahidə etmşdir. Bu məqsədlə saat 02:30 radələrinədək avtomobilin yerində olduğunu müşahidə etmiş, həmin saatdan sonra yatdığından avtomobilin orada olub-olmaması barədə dəqiq fikir söyləyə bilməyəcəyini bilməmiş, həmçinin avtomobilinin mühərrəiki star-stop düyməsi ilə hərəkətə gətirildiyini bildirmişdir. Səhər saat 09 radələrində yuxudan durub avtomobili saxladığı yerə baxdıqda avtomobilinin yerində olmadığını görmüş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bu barədə məlumat verdikdən sonra 25-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə yaxınlaşmaqla baxış keçirmişlər və o, baş verənlər barədə ərizə ilə müraciət etmişdir. 01 fevral 2023-cü il tarixdə avtomobilin ünvan 22 ünvanın qarşısında polis əməkdaşları tərəfindən aşkar edildiyindən o, həmin əraziyə dəvət edilmiş, orada avtomobilə baxış keçirilərkən avtomobildən hər hansı bir detal oğurlanmamış, avtomobili idarə edilərkən hər hansı bir hissəsi əzilməklə ona maddi zərər vurulmaması müəyəyn edilmişdir. Avtomobilin qaçırılması nəticəsində ona maddi zərər dəyməmişdir Həmin ünvanda avtomobili ona təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə Aşağı Güzdək ərazisində öz evlərini tikmək məqsədilə gəlmiş və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 19 küçəsində yerləşən ünvanda əmisioğlu ilə birlikdə müvəqqəti yaşamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işə getmək məqəsədi ilə ona məxsus olan Mercedes E220 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman avtomobilin yerində olmadığını görmüşdür. Bu səbəblə oğurlandığını düşünüb 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə ona polis əməkdaşları həmin hadisəni Təqsirləndirilən şəxs adlı şəxsin törətdiyini bildirmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və hər hansı bir ədavəti olmadığını bildirmişdir. Avtomobilinin açarı daim üzərində olmuş, o, avtomobili pultla bağlamışdır. O, həmin avtomobilin 1995-ci il buraxılışlı olmasını, təxmini bazar qiyməti isə 8000-8500 manat təşkil etdiyini, avtomobildə yalnız sənədlər olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, hazırda ünvan 24 ünvanında qeydiyyatdadır, lakin ünvan 25da yaşayır. ünvan 26emo” məktəbli ləvazimatları-marketini icarə əsasında götürüb işlədir. İş rejimi saat 08 radələrindən 20 radələrinədək davam edir və hər gün də həmin qaydada iş qrafiki davam edir. Bildirmişdir ki, 05 may 2023-cü il tarixdə saat təxminən 20 radələrində qeyd etdiyi ünvanda yerləşən məktəbli ləvazimatları-marketini açarla kilidləyib yaşadığı ünvana getmişdir. 06 may 2023-cü il tarixdə saat 07:00 radələrində işlədiyi yerə gəldiyi vaxt marketin pəncərəsinin açıq olduğunu görüb oğurluqq hadisəsinin baş verdiyini bilmiş və telefonu vasitəsilə DİN-nin 102 zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə açarla qapının kilidini açıb içəriyə daxil olduqda kassada olan 210 manat pulun və kassanın yanında yerləşdirdiyi hər birinin qiyməti 30 manat 90 qəpik olan 10 ədəd “Kent 4” markalı siqaretlərinin oğurladığını görmüşdür. Daha sonra həmin ünvana polis əməkdaşları yaxınlaşaraq müvafiq protokol tərtib etmiş və o, oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları marketin yaxınlığında quraşdırılmış videokameraların görüntülərini və marketdən əl-barmaq izləri götürülmüşdür. Oğurluq cinayəti nəticəsində ona 249 manat maddi ziyan dəymişdir. Marketin pəncərəsinin mexaniki təsir nəticəsində açılmasını bildirsə də, ona hər hansı bir miqdarda maddi ziyan dəymədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, təxminən 15 il olar ki, ünvan 27 ünvanında yaşayır və 9 ay müddətdir ki, ünvan 28şən “Market meyvə-tərəvəz” adlı mağazanı icarəyə götürüb işlədir. Özünə məxsus 1999-cu il buraxılışlı “Mercedes E Class” markalı **-KU-*** dövlət nömrə nişanlı avtomobili vardır. O, həmin avtomobilin içərisində meyvə-tərəvəz saxladığı üçün onun açarını daima mağazada saxlayır. xx.xx.2023cü il tarixdə saat 01:00 radələrində mağazanı bağlayaraq evə getmişdir. Səhər saat 05:30 radələrində mağazaya yaxınlaşan zaman onun giriş hissəsinin sol tərəfində olan yelçəkənin açıq olduğunu aşkar etmişdir. Dərhal mağazaya daxil olduqda kassa və siqaretləri qoyduğu rəfin dağınıq halda olduğunu görmüşdür. Bir qədər olan hadisə barəsində düşünmüş və hesabladıqdan sonra 300 manat dəyərində müxtəlif markalı siqaretlərin və kassada olan 50 manat xırda pulun oğurlanmasını aşkar etmişdir. Mağazanın qarşısına çıxdıqda özünə məxsus avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Mağazaya daxil olaraq avtomobilin açarını qoyduğu rəfə baxmış, lakin açarın orada olmadığını görmüşdür. Bundan sonra mağazadan oğurluq edən naməlum şəxsin(lərin) açarıda götürərək avtomobil ilə oradan uzaqlaşdığını düşünərək Nəsimi RPİ- nin 19-cü PŞ-nə yaxınlaşmış və hadisə ilə bağlı məlumat vermişdir. Hadisə zamanı mağazadan 300 manat dəyərində tütün məmulatları və 50 manat xırda pul oğurlandığını, onun avtomobilinin içində 350 manat dəyərində meyvə tərəvəz, şəxsi əşyaları və avtomobilə və ona məxsus sənədlər olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, özü kosmetoloqa bu səbəbdən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 8 nömrəli ünvanda “X9” adlanan obyekti icarə əsasında işlədir. İşlətdiyi obyektdə iki nəfər qadın işçiları vardır. Sözügedən obyekt hər gün səhər 09:30-da açılır, saat 20 radələrində isə bağlanır. Obyektin açarı həm onun özündə, həm də işçilərində vardır. O, icarə əsasında işlətdiyi obyektdə adətən özünə məxsus əşyaları saxlayır. Yəni mobil telefonunu, qızıl-zinyət əşyalarını ara sıra bir hallarda obyektdə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində işçisi Minurə onun mobil telefonuna zəng vurub obyekti açmaq istəyərkən qapının açıq vəziyyətdə və içəri daxil olub əşyaların dağınıq vəziyyətdə olduğunu, obyektdən oğurluq olmasını bildirmişdir. O, dərhal bu barədə DİN-nin 102 Xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra icarə əsasında işlətdiyi “X9” adlanan obyektə gəlmişdir. Həmin vaxt artıq Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları da obyektə gəlmişlər. Polis əməkdaşları obyektə baxış keçirib çıxıb getmişlər. Obyektdə olarkən o, oğurlanmış əşyalara nəzər keçirmiş və müəyyən etmişdir ki, oğurluq hadisəsi zamanı 1 ədəd 1500 manat dəyərində HP markalı noutbuku, 1 ədəd 340 manat dəyərində planşeti, 1 ədəd 700 manat dəyərində elektron “Apple” qol saatı, 1 ədəd 1500 manat dəyərində kosmetoloji cihazı, 1 ədəd işlək vəziyyətdə olmayan və qiymətləndirə bilmədiyi Samsung markalı telefon aparatı, 1 ədəd 340 manat dəyərində adi qaşlı 585 əyarl qadın qızıl üzüyü, 1 ədəd 130 manat dəyərində obyektin müşahidə kamerası və 1 ədəd 40 manat dəyərində səs gücləndirici oğurlanmışdır. Bundan əlavə bildirmişdir ki, ona məxsus 1 ədəd planşetin üzərində ***-***-**-** saylı möbil nömrə olmuşdur. Həmin mobil nömrənin qiymətinin 10 manat dəyərində təşkil etdiyini, cinayət hadisəsi nəticəsində ona ümumilikdə 4560 manat maddi ziyan dəydiyini bildirmişdir. Bildirmişdir ki, o, ilk dəfə konkret olaraq hansı əşyaların oğurlanmasını bilmədiyi üçün bu səbəbdən ona dəymiş ziyanı 6800 manat kimi göstərmişdir. Hazırda ifadəsində göstərdiyi qiymətlərin tam doğru olduğunu və ona dəymiş ziyanın ümumilikdə 4560 manat təşkil etdiyini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında 12 kv metr sahədə 1001 xırdavat mağazası ona məxsusdur. Həmin mağazada tikinti materialları satır. 07 iyun 2023-cü tarixdə saat 21 radələrində mağazanın giriş qapısınını kilidini açarla bağlayaraq yaşadığı ünvana getmişdir. 08 iyun 2023-cü il tarixdə saat 08 radələrində mağazaya gələrək giriş qapısını açmaq istədikdə qapının açıq olduğunu görmüşdür. Mağazaya daxil olarkən iş masasının üzərində olan kassa aparatının açıq olduğunu və ona məxsus olan Redmi markalı 8605 1005 2134 886 və 8605 1005 2134 894 İMEİ kodlu mobil telefonunun və kassa aparatında olan 200 manat gündəlik alış- veriş etdikdən sonra yığılan pulların oğurlandığını aşkar etmişdir. Bundan sonra o, mağazada olan video müşahidə kamerasının görüntülərinə baxarkən bir nəfər cavan tanımadığı şəxsin marketin giriş qapısına yaxınlaşaraq əlində vint açan ilə kilidi sındıraraq içəri daxil olduğunu görmüşdür. Bundan sonra o, oğurlanan pulun 200 manat olduğunu bildiyi üçün bu barədə polisə şikayət etməmişdir. Lakin sonradan Xətai rayon polis idarəsinin əməkdaşları onunla əlaqə saxladıqda o, onlarla mobil telefonunun və 200 manat nəğd pulunun oğurlandığını bildirmişdir. O, həmin şəxsi tapılıb məsuliyyətə cəlb olunduğunu və ona məxsus olan mobil telefonunun onda olmasını bildiyi üçün şikayət ərizəsi ilə müraciət etməmişdir. O, mağazada olan oğurluq hadisəsini özündə əks etdirən video müşahid kameralarını 01 ədəd diski cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Ona təqdim olunan Redmi markalı 8605 1005 2134 886 və 8605 1005 2134 894 İMEİ kodlu mobil telefona baxdıqdan sona həqiqətəndə həmin telefonun ona məxsus olduğunu görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əsasında işlətdiyi mağazanın yanında Orxan adlı tanışı telefon alqı-satqısı mağazasını icarə əsasında işlədir. 31 may 2023-cü il tarixdə tanışı Orxan bildirmişdir ki, sabah Naxçıvana gedəcəkdir, 1 günlük mağazasına nəzarət etsin. O, da Orxanla yaxın tanışlıq münasibətində olduğu üçün onunla razılaşmışdır. Bildirmişdir ki, 01 iyun 2023-cü il tarixdə saat 12 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs tanışı Orxanın icarə əsasında işlətdiyi telefon alqı-satqısı mağazasına gəlmişdir. Təqsirləndirilən şəxs əlində tutduğu 1 ədəd planşet modelli aparatı satdığını bildirmişdir. Planşeti nəzərdən keçirdikdən enerji köçürülən yerin işləmədiyini görmüşdür. Bundan sonra tanışı Orxana zəng vurub məlumat vermişdir. Orxan da bildirmişdir ki, həmin planşeti bu vəziyyətdə 20 manata ala bilər. Orxanın sözünü Təqsirləndirilən şəxs demiş, o, da onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini götürmüş, həmin vəsiqənin arxa hissəsində Səid öz əl yazısı ilə yazaraq bildirmişdir ki, gətirdiyi telefon yəni Planşet oğurluq və girov deyil, daha sonra imza etmişdir. Planşetin imei kodu isə **********68846 nömrəli olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs həmin planşet aparatına görə 20 manat pul ödəmişdir. Səhəri gün tanışı Orxan mağazaya gəlmiş, həmin aparatı 50 manata satmışdır. Bu gün, yəni 09 iyun 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları ona yaxınlaşmış, Təqsirləndirilən şəxs planşet aldığını soruşduqda o, polis əməkdaşlarına səmimi olaraq etiraf etmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd planşeti 20 manata ona satmış, həmin planşeti şəxsiyyət vəsiqəsi ilə qəbul etmiş, eləcə də, Təqsirləndirilən şəxs öz xətti ilə vəsiqəsinin surətinin arxa hissəsinə telefonun, yəni planşetin oğurluq və girov olmaması barədə yazmışdır. Polis əməkdaşları planşetin harada olmasını soruşduqda planşetin artıq satıldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona planşeti satan zaman planşetin özünə məxsus olduğunu bildirmişdir. Fləmçinin Təqsirləndirilən şəxs hərəkətlərində şübhə hiss etməmiş, Təqsirləndirilən şəxs vəsiqəsinin surətini istintaqa təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan yerdə “Park-20” ticarət mərkəzində “Vertu” telefon mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs ondan noutbuk almamışdan 10-15 gün əvvəldən tanıyır. Belə ki, bir-iki dəfə Səid onun işlədiyi mağazaya satmaq üçün sadə, Çin istehsalı telefon gətirmişdir. Lakin o, onun təklif etdiyi telefonları almamışdır. 01 iyun 2023-cü il tarixdə saat 11-12 radələri arasında o, mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya “HP” markalı noutbuk gətirilərək xalası qızının ona verdiyi hədiyyə olmasını, evdə qaldığından istifadə etmədiyini və satmaq istədiyini bildirmişdir. O, ümumiyyətlə noutbuk və ya kompyuter alqı-satqısı ilə məşğul olmadığına görə qiymətləri bilmədiyinə görə Səiddən satdığı “HP” markalı noutbukun qiymətini soruşmuş, Səid ona demişdir ki, 150 manata satır. Sonra o, Səidin satdığı noutbukun işləyib-işləmədiyini bilmək üçün onu elektrik cərəyanına qoşmuşdur. Görmüşdür ki, noutbukun batareyası yoxdur, videokartı da işləmir. Noutbuku Səidlə 100 manata razılaşmışdır. Sonra Səid vəsiqəsinin ksero surətini başqa bir mağazada çıxararaq gətirmiş, vərəqin arxasında öz xətti ilə satdığı noutbukun oğurluq və ya girov olmadığını yazmışdır. Bundan sonra isə o, 100 manat pul verərək Səiddən həmin noutbuku almışdır. Noutbuku Səiddən aldığı üçün “Top.az” saytında satmaq üçün elan qoymuş və adını bilmədiyi və hazırda telefon nömrəsini xatırlamadığı bir nəfər onun ***-***-**- ** nömrəsinə zəng vuraraq danışmış və o, mağazasında həmin noutbuku həmin şəxsə 180 manata satmışdır. Təqsirləndirilən şəxs “HP” markalı noutbukun oğurluq olması barədə ona heçnə bildirməmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində şübhə hiss etmədiyini, Səid Təqsirləndirilən şəxs vəsiqəsəninin surətini istintaqa təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Saatlı şəhəri, A.Abuzərov küçəsi ev 19-da ailə üzvləri ilə birlikdə yaşayır. X7 dayısı Raqiflə münasibəti olduğundan təxminən 6-7 aydır ki tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. “BMW” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olsa da etibarnamə əsasında idarə edir, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, həmçinin etibarnamənin müddəti də bitmişdir. O, Saatlı rayonu Mollavaizli kəndində yerləşən avtoyuma məntəqəsində işləyir, hər gün saat 9 radələrindən 22 radələrinədək işdə olur. Səid əvvəllər dayısı Raqiflə onun yanına gələrkən tanış olmuş və münasibətləri yaranmışdır. Təxminən 2022-ci ilin avqust ayında Səid o, işlədiyi avtoyuma məntəqəsinin yanına gələrkən avtomobilini istəyərək sürmək istədiyini demiş və o, avtomobilini idarə etməsi üçün Səidə vermişdir. Səid onun avtomobilini sürüb getdikdən sonra axşam saatlarında gətirib ona qaytarmışdır. Bundan sonra dəfələrlə Səid ondan həmin avtomobili idarə etmək istədiyini desə də, o, avtomobilimlə hadisə törədəcəyindən ehtiyyat edərək ona açarları verməmiş. 24 dekabr 2022-ci il tarixdə saat 16 radələrində işlədiyi avtomobil yuma məntəqəsində işləyərkən Səid ora gəlmişdir. Onunla görüşdükdən sonra ona 40 manat borclu olduğunu demiş, 35 manat pul çıxarıb ona vermişdir. Yerdə qalan 5 manat pul borcunu sonra qaytaracağını demişdir. Onunla bir qədər söhbətləşərkən Saatlı şəhəri mərkəzi bazarın qarşısında işi olduğunu, avtomobil ilə ora gedib işini gördükdən sonra geri qayıdacağını demişdir. O, da Səidə heç bir problem olmadığını, açarların avtomobilin üzərinə qoyduğunu və işlərini gördükdən sonra avtomobili gətirib ona qaytarmasını demişdir. Səid bundan sonra ona məxsus “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşərək Saatlı şəhəri istiqamətində sürüb getmişdir. O, avtomobil yuma məntəqəsində olarkən Səidin ona məxsus avtomobili gətirib təhvil vermədiyindən və həmin avtomobillə hər hansı yol nəqliyyat hadisəsi törətməsindən ehtiyyat qorxmuşdur. Sonradan ona polis əməkdaşları zəng edərək Səidə idarə etməsi üçün verdiyi avtomobillə bağlı Saatlı RPŞ- nə dəvət etmişlər. Saatlı RPŞ-də polis əməkdaşları ona Səid Fərəcovun ona məxsus avtomobili idarə etdiyini, buna görə saxlanılaraq avtomobillə birlikdə Saatlı RPŞ-yə gətirdildiyini demişlər. O, polis əməkdaşlarına avtomobili Səidə idarə etməsi üçün özünün könüllü olaraq verdiyini, Səidin həmin avtomobili idarə etməsindən şikayəti, tələbi və iddiasının olmadığını bildirib bu barədə ərizə təqdim etmişdir. Qeyd etmişdir ki, o, özünə məxsus “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Səidə idarə etməsi üçün könüllü olaraq vermiş, buna görə onun Səid Fərəcovdan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Qazanbatan kəndində qeydiyyatdadır və orada yaşayır. O, Təqsirləndirilən şəxs tanıyır. Səid yeznəsi Rahid Fərəclinin qohumudur, münasibəti də həmin vaxtdan yaranmışdır. Səidin valideynləri öldüyündən kimsəsizlər evində böyümüş, bu səbəbdən onun Səidə yazığı gəlmiş, bu səbəbdən onunla münasibət qurmuşdur. xx.xx.2022-ci il tarixdə o, Saatlı rayonu Qazanbatan kəndində əmisi Bəhruzun evində işləyərkən saat təxminən 17 radələrində Səid həmin ünvana gəlib onu çağırmışdır. Həmin vaxt Səid tək olmuşdur. Səidlə küçədə söhbət edən zaman bilmişdir ki, Səid onun yanına avtomobil idarə edərək gəlmişdir. Avtomobilin kimin olduğunu soruşan zaman dostuna məxsus olduğunu və onunla görüşüb Bakı şəhərinə gedəcəyini bildirmişdir. Daha sonra gəldiyi VAZ 2107 markalı göy rəngli 49 ilə seriya nömrəsi olan arxa alın şüşəsində “Z_Cavid” yazılan avtomobilin qeydiyyat nömrələrini sökməyə başlamışdır. Səbəbini soruşan zaman YPX əməkdaşlarından yayınmaq üçün olduğunu demiş və birlikdə həmin avtomobildə bir qədər gəzmiş yenidən geri qayıdaraq onu düşürmüş, onun ilə görüşüb Bakı şəhərinə gedəcəyini demişvə avtomobil ilə çıxıb getmişdir. Polis əməkdaşları tərəfindən Saatlı RPŞ-nə dəvət edilən zaman bilmişdir ki, Səid yaşadığı kəndə gəldiyi avtomobili qaçırmışdır. Həmin avtomobili qaçırması ilə bağlı ona heç bir söz deməmiş, bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 19-cu PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Nəsimi rayon Polis İdarəsinin inzibati ərazisindəb bir neçə cinayət hadisələri baş vermişdir ki, həmin cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs şübhəli olmuşdur. Bununla bağlı onlar tərəfindən keçirilmiş əməliyyat- axtarış tərdbirləri nəticəsində Nəsimi rayonu ərazisində 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən tutularaq Nəsimi RPİ-nin 19-cu PB-nə gətirilmişdir. X11 Fərəczadə ilə söhbət zamanı üzərindən aşkar olunmuş Redmi markalı mobil telefonun kimə məxsus olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs müxtəlif yalanlar danışaraq onları aldatmağa çalışırdı. Lakin o, Təqsirləndirilən şəxs yalan danışdığını hiss etdiyi üçün üzərindən aşkar edilmiş Redmi markalı hiss etmişdir ki, 8605 1005 2134 886 İMEİ kodlu mobil telefonu ona geri qaytarmamış, aidiyyəti operatorlara sorğular göndərmişdir. Bundan sonra Xətai RPİ-nin əməkdaşları onunla əlaqə saxlayaraq həmin telefonun Sabunçu rayonu ərazisində edildiyini dedikdə onlara təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanda yerləşən “Zəngəzur” kafesi atası Təmkinə məxsusdur. Həmin kafeni atası işlədir. 12 may 2023-cü il tarixdə səhər saat 09 radələrində atası Təkmin ilə birlikdə gələn zaman giriş qapısının açıq vəziyyətdə olmasını və kafedən oğurluq hadisənin baş verdiyini onlara məlum olmuşdur. O, bundan sonra DİN-nin 102 zəng xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, kafedə olan bütün əşyalar və kassada olan pulların hamısı atası Təmkinə məxsusdur. Bildirmişdir ki, kafedən saxlanc yeri kimi istifadə edilən dolabdan atası Təmkinə məxsus 650 manat nağd pul, hər bir qutunun qiyməti 3 manat 80 qəpik təşkil edən 12 qutu ümumilikdə 45 manat 60 qəpik dəyərində “Kent 4” markalı tütün məmulatları, kafenin içərisində iş masasının üzərindən 01 ədəd 50 manat dəyərində sadə modelli “Samsung” markalı mobil telefon və həmin mobil telefonun üzərində atası Təmkinin 5 manata aldığı 050- 671- 77-79 Azercell GSM mobil nömrəsi oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. O, baş vermişdir oğurluq hadisəsi nəticəsində atası Təkminə ümumilikdə 750 manat 60 qəpik dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 20, mənzil 18-də yaşayır. 25 yanvar 2023-cü il tarixdə saat 06 radələrində evdə olarkən atası Səfər özünə məxsus “VAZ 2106” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yerində olmadığını və qaçırıldığını bildirmişdir. O, həmin vaxt evdə olmuş və atası Səfər ona DİN-nin 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat verməyini bildirmişdir. O, da istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə DİN- nin 102 zəng xidmətinə məlumat vermişdir. İstintaq zamanı sonradan ona məlum olmuşdur ki, həmin cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Daha sonra polis əməkdaşları atası Səfərə zəng edərək ona məxsus “VAZ 2106” markalı **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Müşviq küçəsində tapıldığını bildirmişlər, atası həmin ünvana gedərək avtomobili təhvil almışdır. Sonradan atası Səfər ona bildirmişdir ki, avtomobildən 100 manat dəyərində akumlyator oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı Vəzirin nəvəsidir. Təqsirləndirilən şəxs valideynlərinin hər ikisi rəhmətə getdiyindən Lənkəran şəhərində 2 saylı ailə tipli kiçik qrup evində yəni, uşaq evində yaşamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında yaşadığı uşaq evindən qaçıb dayısı Vəzirin evinə gəlmiş və dayısı Vəzir onu qəyyumluğa götürməsini xahiş etmişdir. Həmin vaxtdan dayısı Vəzir onu qəyyumluğa götürmüş və Saatlı rayonu, Məzrəli kəndində dayısının evində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında isə anası Zərərçəkmiş şəxs2 məxsus Saatlı rayonu, Naharlı kəndində olan fərdi yaşayış evində qalmaq üçün onun yanına gəlmiş və anası Elmira da ona icazə verərək onun evində qalmışdır. Səid Fərəcadə 19 yanvar 2023-cü il tarixdə saat 18 radələrində anası Elmiraya məxsus yataq otağındakı paltar dolabında olan ağ rəngli pul qabın içərisindən anasına məxsus 1000 manat pulu oğurlamış və anası Elmiraya ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Anam Elmira ona bu barədə bildirdikdən sonra o, DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs bu hadisədən sonra özünə məxsus təqaüd kartını anası Elmiraya vermişdir ki, ona dəymiş maddi ziyanı həmin kartdan çıxarsın. Bildirmişdir ki, Təqsirləndirilən şəxs anası Elmiraya dəymiş 1000 manat pulu tam olaraq ona ödəmişdir. Cinayət işinin 1-ci cildinin 143-153-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar Bürosunun 23/587R nömrəli, 26 iyul 2023-cü il tarixli rəyindən görünür ki, 05 iyun 2023-cü il tarixdə ünvan 31 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 məxsus “Ayan studio” gözəllik salonunda baş vermiş oğurluq fakti ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd kağız parçasının üzərinə yapışdırılmış 09 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 02 ədəd əl-barmaq və 04 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izləri DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən, Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 154 (yüz əlli dörd) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 158-163-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1116 nömrəli, 07 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə və eksperimental nümunələrdə əks olunmuş şəxsin xarici görünüşünün bir neçə element və əlamətləri bir-biri ilə uyğunluq təşkil edir. Lakin bu element və əlamətlər kifayət qədər məcmu təşkil etmədiyindən qəti nəticəyə gəlməyə imkan vermir. Tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş eksperimental fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. Cinayət işinin 1-ci cildinin 190-193-cü vərəqəsində olan 01 sentyabr 2023cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov küçəsində “1001 Xırdavat” mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 14-cü vərəqəsində olan 10 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 4-cü cildinin 158-162-ci vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-305/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 71-ci vərəqəsində olan 08 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 94-95-ci vərəqələrində olan 10 mart 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Orxan Vəlixanlının vəsatətinin müdafiə edilməsindən Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 96-97-ci vərəqəsində olan 10 mart 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-11/2-3586/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-dən xx.xx.2023-cü il tarixli, 3-13-51/2-7545/2023 nömrəli məktub vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 32 ünvanının qarşısında Zərərçəkmiş şəxs6 məxsus “Mercedes” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilin qaçırılması faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Nəsimi MSY-dən, Xətai RPİ-nin MSY-dən, Saatlı RPŞ-dən və Lənkəran ŞRPŞ-nin KTQ-dən daxil olan) xx.xx.2005-ci il tarixdə İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin orta barmağı ilə eynilik təşkil etmişdir. Digər eyniliklər aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 192-ci vərəqəsində olan 12 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 203-206-cı vərəqəsində olan 12 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 25 yanvar 2023-cü il tarixdə saat 02 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs14 məxsus “VAZ 2106” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz olaraq talanması ilə hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 231-235-ci vərəqəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-78/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 236-cı vərəqəsində olan 14 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 81-ci vərəqəsində olan 10 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 111-ci vərəqəsində olan 12 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 107-110-cu vərəqəsində olan 12 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 23 yanvar 2023-cü il tarixdə, saat 06:15-də Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanda yerləşən marketdən edilmiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 3-cü cildinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 02 fevral 2023-cü il tarixli, 3-13-11/2-1591/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-55/2- 3703/23 nömrəli məktub vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 33 ünvanın qarşısında Zərərçəkmiş şəxs4 məxsus “Toyota Camry” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomaşının aşkarlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan 01 (ADİN-in məlumat bankına Lənkəran ŞRPŞ və Saatlı RPŞ-dən daxil olmuş) xx.xx.2005-cü ildə İmişli şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilmədi. Cinayət işinin 3-cü cildinin 165-166-cı vərəqəsində olan 15 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 215-216-cı vərəqəsində olan 17 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 192-196-cı vərəqəsində olan 16 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 08 iyun 2023-cü ii tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 18 ünvanda yerləşən saxlanc yeri olan “1001 Xırdavat” mağazasından edilmiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 4-cü cildinin 75-79-cu vərəqəsində olan 05 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 06 noyabr 2022-ci ii tarixdə, saat 17 radələrində ünvan 2 ünvanda yerləşən “Köhnə Məkan” kafesinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «VAZ 21074» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 5-ci cildinin 4-8-ci vərəqəsində olan 12 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 01 iyun 2023-cü il tarixdə, 06 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi ünvan 16 ünvanda yerləşən saxlanc yeri olan “Bekirli Estetik” Mərkəzin baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 5-ci cildinin 9-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023cü il tarixli, 3-13-11/2-7175/2023 nömrəli məktubdan görünür ki, Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-51 /2-16532/23 nömrəli məktub vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 34 ünvanında yerləşən vət.Zərərçəkmiş şəxs12 işlədiyi “Market”-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-də daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədəd (ADİS-in məlumat bankında Xətai RPİ, Nizami RPİ, Lənkəran ŞRPŞ, Saatlı RPŞ-dən daxil olan) xx.xx.2005-ci ildə İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin çeçelə (Ns01, pəncərənin bayır hissəsi üzərindən götürülüb), sol əlin orta (N°02, pəncərənin bayır hissəsi üzərindən götürülüb), 04 ədədi isə xx.xx.1986-cı ildə Ağcabədi rayonunda anadan olmuş Zərərçəkmiş şəxs12 sağ əlinin adsız (02 dəfə, NQ02, pəncərənin bayır hissəsi üzərindən götürülüb), orta (01 dəfə, NQ02 pəncərənin bayır hissəsi üzərindən götürülüb) barmaqlarının əksləri ilə və sağ əlinin ovuc əksi (01 dəfə, NQ02, pəncərənin bayır hissəsi üzərindən götürülüb) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinin 5-ci cildinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023cü il tarixli 3-13-11/2-6070/2023 saylı məktubdan görünür ki, Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-52/2-18125/23 nömrəli məktub vasitəsi ilə xx.xx.2023cü il tarixdə, ünvan 35 ünvanında yerləşən, Zərərçəkmiş şəxs7 Ziyəddin qızının işlətdiyi mini marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin mayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədəd əl izi (ADİS- in məlumat bankında Xətai MSY və Nəsimi RPİ-dən daxil olan) xx.xx.2005-ci ildə İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) və çeçələ barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinin 5-ci cildinin 98-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 5-ci cildinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5078 nömrəli, 26 iyul 2023cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 02 adda malların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 104,00 manat müəyyən olunur. Digər qərarda qeyd edilən 6 adda mallar (istehsal yeri, markası, modeli, materialı, çəkisi və s. digər texniki göstəricilər) barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza rəyində malların adları, ədədi ümumi dəyəri belə göstərilmişdir: 01 ədəd 4 manat dəyərində “**********” GSM nömrə kartı, 01 ədəd 100 manat dəyərində “CCİT” markalı “A103W” model planşet orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq (fotoşəkillərə əsasən). Cinayət işinin 5-ci cildinin 228-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 5-ci cildinin 229-230-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1115 nömrəli, 25 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdəki şəxsin xarici görünüşünün anatomik elementləri (sifət cizgiləri, alnı, qaşları, gözlərin, göz qapaqları, qulaq seyvanı, sifətin ümumi konfuqurasiyası, dodaqları, ağzı, burnu, burun-dodaq süzəci, çənəsi, burun sonluğu, burun əsası, burunüstü hissəsi, yanaqları) tam aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Cinayət işinin 5-ci cildinin 237-240-cı vərəqəsində olan 01 sentyabr 2023cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 12 may 2023-cü il tarixdə, saat 01:36-da Zərərçəkmiş şəxs8 məxsus ünvan 13 ünvanda yerləşən saxlanc yeri olan “Zəngəzur” kafesində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 6-cı cildinin 42-46-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 2191 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. S.A.Fərəzadədə xasiyyətin isterik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idral proseslərinin, dünyagörüşü səviyyəsinin, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədilən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, inadkarlıq, hirslik, nümayişkəranə davranışlara meyillilik, hirslilik, başqalarının diqqətini cəlb etməyə çalışmaq, qıcığa qarşı həssaslıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İş materiallarında Təqsirləndirilən şəxs qarşı hər hansı qanunazidd hərəkətlər edilməsi faktı müəyyən edilmədiyindən, göstərilən sualı cavablandırmaq mümkün deyildir. Lakin qeyd edilməlidir ki, o, törətdiyi əməl zamanı öz hərəkətlərinin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Törətdiyi cinayət əməl(lər)i zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Cinayət işinin 6-cı cildinin 72-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 02 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın ödədiyindən onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 6-cı cildinin 130-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 6-cı cildinin 131-132-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6869 nömrəli, 28 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd Çin istehsalı, “Redmi” markalı, “M2101K7AG” model, 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin iyun ayına olan tarixə orta bazar qiyməti təxminən 200,00 manat müəyyən olunur. Cinayət işinin 6-cı cildinin 133-139-cu vərəqəsində olan 10 noyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-cı cildinin 202-242-ci vərəqəsində olan 09 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Vaz 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı, “BMW 320” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E220” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E-Class” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillər, 01 ədəd “Redmi” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq “Vaz 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, “Vaz 2106” markalı 90-TB- 224 dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs14, “Toyota Camry” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4, “BMW 320” markalı **-FD- *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs Sadygov Elnur (Zərərçəkmiş şəxs5), “Mercedes E220” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs6, “Mercedes E-Class” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs12, 01 ədəd 200 manat dəyərində “Redmi” markalı mobil telefon Zərərçəkmiş şəxs11 geri qaytarılmışdır. Cinayət işinin 1-ci cildinin 154-155-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanılmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-158/2024 saylı, 12 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi əməli səmimi olaraq etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin bəzilərinin şikayətinin olmamasını, cinayətlərin yetkinlik yaşına çatmayan dövrdə törədilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 10 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək, 12 fevral 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixədək, 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək, 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək, 10 iyun 2023cü il tarixdən 10 noyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı şübhəli şəxs qimsində tutulduğu və həbsdə olduğu 05 (beş) ay 08 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının 05 (beş) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “Vaz 2106” markalı, 90-TB- 224 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs14, “Toyota Camry” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4, “BMW 320” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs Sadygov Elnur (Zərərçəkmiş şəxs5), “Mercedes E220” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs6, “Mercedes E-Class” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs12, 01 ədəd 200 manat dəyərində “Redmi” markalı mobil telefon Zərərçəkmiş şəxs11 geri qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 318 (üç yüz on səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 05 (beş) ay 08 (səkkiz) gün müddəti azadlıqdan məhrumetmə cəzasının 05 (beş) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 05 (beş) ay 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-219/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut “Vaz 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “Vaz 2106” markalı, 90-TB- 224 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs14, “Toyota Camry” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4, “BMW 320” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs Sadygov Elnur (Zərərçəkmiş şəxs5), “Mercedes E220” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs6, “Mercedes E-Class” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs12, 01 ədəd 200 manat dəyərində “Redmi” markalı mobil telefon Zərərçəkmiş şəxs11 geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 318 (üç yüz on səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-158/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-158/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver