Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-158/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, satış məsqədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa naməlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0.945 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 sentyabr 2024-cü ıl tarixdə saat 00:30 radələrində Sabunçu RPİ-nin 13-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri. Sabunçu RPİ-nin 13cü PŞ-nə gətirilmiş, PŞ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan üzəri ag damalı göy rəngli şortun sağ yan cibindən 01 ədəd ag kağıza bükülmüş xeyli miqdarda təmiz çəkisi 0, 945 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0, 032 qram və 0, 169 qram olan ümumi təmiz çəkisi 0, 201 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 04 oktyabr 2024-cü il tarixdə saat 02:20-də Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb. Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əlində saxladığı ıkı ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0, 032 qram və 0, 169 qram olan xeyli miqdarda ümumi təmiz çəkisi 0, 201 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı yazılı vəsatət təqdim edərək cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, iş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/2024 nömrəli məhkəməkimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Dərdar oğlunun üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Lakin iş üzrə tərtib edilmiş sənədlərdə - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 sentyabr 2024-cü il tarixli qərarda Təqsirləndirilən şəxs istintaqa naməlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,945 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması, 06 sentyabr 2024-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-də şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,945 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi göstərilmişdir. Bundan başqa, iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı 0,945 qram kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 223.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Eləcə də, CPM-in 289.3.6-cı maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. Lakin müstəntiq tərəfindən CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal olduğunu qeyd etsə də, cinayətlərin residivinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal olduğunu isə göstərməmişdir. Belə ki, işdə olan məhkumluğa dair tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci ıl tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs birinci epizod üzrə cinayət əməlini 06 sentyabr 2024-cü il tarixdə törətdiyindən onun Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad ediliyi vaxtdan (CM-in 234.1-ci maddəsinin az ağır cinayətlər kateqoriyasına aid və məhkumluğun ödənilmə müddətinin 02 il olduğu nəzərə alınmaqla) qanunla müəyyən edilən müddət keçmədiyini nəzərə alaraq, onun məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarı 0,305 qram olduğu halda, müstəntiq qəbul etdiyi təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarında və tərtib etdiyi ittiham aktında təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını 0,945 qram kimi göstərmişdir. Bununla da, müstəntiq tərəfindən qanunverciliyin tələbinə əməl edilməyərək prosessual pozuntuya yol verilmişdir ki, tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular olduğundan aradan qaldırılması mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı iş üzrə CPM-in 303.3.6-cı maddəsinə əsasən ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntularına yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Eləcə də, CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatəti nəzərə alaraq, verilmiş vəsatətin təmin edilməsinə etiraz etməyən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli ağ damalı şortikin sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü və «Samsung» markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı digər qanunsuz əşyalar müəyyən edilməmişdir. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, özü tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümdəkilərin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün 20 manata Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən almasını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4476 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «...Vət.Təqsirləndirilən şəxs üzərindən ...» sözləri olan zərfdəki bır ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Lakin cinayət işi istintaq aidiyyəti üzrə müstəntiqə göndərildikdən sonrakı bütün sənədlərdə (“Cinayət işinin icraata qəbul edilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli qərar, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 senyabr 2024-cü il tarixli qərar, “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında” 06 dekabr 2024-cü il tarixli qərar, “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 06 dekabr 2024-cü il tarixli qərar və 27 dekabr 2024-cü il tarixdə təsdiqlənmiş ittiham aktı) şəxsin təqsirli bilindiyi birinci epizod üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı 0,945 qram olaraq göstərilmişdir ki, bu da şəxsə elan edilmiş ittihamda, o cümlədən, ittiham aktında göstərilən narkotik vasitənin miqdarının iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 3-16- 16/2-6/4476 saylı rəyi ilə ziddiyyət təşkil etməsinə, şəxsə düzgün ittiham elan edilməməsinə və ittiham aktının işin həqiqi hallarına uyğun olmamasına dəlalət edir. Azərbaycan Respublikası CPM-in 223.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Göstərilən bu hallar məhkəməyə təqdim edilmiş ittiham aktının tərtib edilmiş Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması qənaətinə gəlməyə imkan verir. Bununla yanaşı, cinayət işinin materiallarında olan (i.v.155) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq qərarın təsviri hissəsində şəxsə sentyabr ayında verilmiş ittiham olaraq ona oktyabr ayında elan olunacaq ittihamı təsvir etmişdir ki, bu da müvafiq sənədin müstəntiq tərəfindən sentyabr ayında deyil, oktyabr ayında aşkar edilmiş cinayətlə bağlı müvafiq materiallar ona daxil olduqdan və sentyabr ayında törədilmiş cinayətlə bağlı istintaqı aparılan cinayət işinə birləşdirildikdən sonra tərtib edilməsinin və bununla da müvafiq sənədin formal olaraq tərtib edilərək guya sentyabr ayında təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim edilməsinin göstəricisidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəməyədək icraat zamanı AR CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-158/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-158/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver