Məhkəmə qərarları › İş №1(008)-159/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-159/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-159/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X38 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi ilə, Xüsusi ittihamçı İsmayılov Aslan Ziyəddin oğlunun nümayəndəsi “Aslan İsmayılov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs X7 və müdafiəçisi “AS Leqal” vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, 09 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayılov Aslan Ziyəddin oğlu xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 09 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək ona qanunamüvafiq cəza təyin edilməsini və videoların “Youtube” sosial şəbəkəsindən silinməsi öhdəliyinin X7 üzərinə qoyulmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X12 “YouTube” sosial şəbəkəsində özünə məxsus “Prime TV Azerbaijan” kanalında _ xx.xx.2021-ci il tarixdə yayımladığı “Çıraqov (İsmayılov) Allahverdi (Aslan)" və _ xx.xx.2022-ci il tarixdə yayımladığı “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videolarda aşağıda qeyd olunan təhqir və böhtan xarakterli məlumatları yaymaqla şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Çıraqov (İsmayılov) Allahverdi (Aslan) videosunun mətni: Haqqında söz açdığımız şəxsin əsl kimliyini aydınlaşdırmaq heç də asan olmadı. Kimdir o? Aslan yoxsa Allahverdi? Çıraqov yoxsa İsmayılov? Uydurduğu əfsanəyə görə atasının əmisinin adı Asdan olub. Aslan yox haa Asdan. O da 18 yaşına çatanda həmin adamı xatırlayaraq onun adından özünə ad düzəldib. X13 transformasiya olunub. Yəni izi itirmək üçün qurulan bir əfsanə. Yaxşı.. Adı anladıq, bəs Çıraqov necə İsmayılov olub? Soyad kimin şərəfinə qəbul edilib? Azərbaycanda çoxları onun üzünü 1993-cü il 4 iyun qiyamından sonra Milli Məclisdəki çıxışında görüb. Heç kimin tanımadığı bu adamın birdənbirə Milli Məclis kürsüsü kimi mötəbər tribunada görünməsi çoxları üçün gözlənilməz idi. Sanki hansısa bilinməz bir əl onu götürüb bütün qaranlıq hadisələrin tam mərkəzinə atmışdı. Milli Məclisdə çıxış etmək vəzifəsinə o zaman o Prezident Administrasiyasında məsləhətçi işləyirdi. Nə siyasi statusuna qətiyyən uyğun gəlmirdi. Lap Sumqayıt siyasi prosesində gözlənilmədən prokuror olaraq ortaya çıxdığı kimi. Ona qədər heç vaxt prokuror işləməmiş, Azərbaycana cəmi iki ay öncə gəlmiş adam gözlənilmədən Sumqayıt hadisələri kimi ölkə əhəmiyyətli bir istintaq prosesinə necə prokuror təyin oluna bilərdi? Həyatı boyu onu müdafiə edən gözə görünməz əl onu hardansa uzaqdan götürüb Bakıya, Bakıdan da Sumqayıt prosesinin əsl ittihamçısına çevirmişdi. Azərbaycan tarixində ən gərgin siyasi proseslərin getdiyi dönəmdə o, Milli Məclisin tribunasına bax belə çıxmışdı. Hüquq şöbəsinin rəhbərliyi, prokurorluq, adlı-sanlı hakimlər olduğu halda bu adamı tribunaya gətirən nə idi? X41 kim təqdim etmişdi? Elə bu bilinməzliklərə, cavabı bizə bəlli olmayan suallara görə Heydər Əliyev onu qısa zamanda administrasiyadan qovdu. Onun 1994-cü ildə administrasiyadan qovulmasının özü də maraqlı bir hekayədir. Həmin il əsrin müqaviləsi imzalanacaqdı. Moskva, daha doğrusu Rusiyanın güc strukturları bunun qarşısını almaq üçün Azərbaycana basqıları birə-beş artırmışdılar. X22 adamları Bakıda yürüşlər təşkil edir, yeni dövlət çevrilişinə hazırlıq görürdülər. Belə bir məqamda qəfil çatdırılır. Yarım saat sonra, artıq onu işdən azad olunması əmri imzalanmışdı. Amma komanda təslim olmaq istəmir. Bilirsiz Aslanı geriyə qaytarmaq üçün kim çalışır? X23. Ancaq onun cəhdləri nəticə vermir. Az sonra Ənvəroviç Aslanı Nazirlər Kabinetində isə düzəltməyə çalışır. Maraqlıdır, nəyə görə? Aslan Ənvəroviç üçün niyə bu qədər önəmli idi? Axı rəsmi komandaları belə fərqli idi. Ramiz Mehdiyev hələ o zaman administrasiyanın rəhbəri deyildi. Bəs onda Aslan üçün bu qədər çalışmağa onu nə vadar edirdi? Bu suallar, bu gün də açıqdır. Qayıdaq Milli Məclisin həmən iclasına, tavandan düşmüş hüquqşünas mərhum X15 söz alıb, X16 toxunulmazlığını ləğv etməyə çağırır. Heydər Əliyev onu Prezident administrasiyasının hüquqşünası kimi təqdim edir. Özü isə deyir ki, buna qədər 5 il, dəqiq desək 1988-93-cü illərdə Respublika Prokurorluğunda işləyib. Özünü Azərbaycana Aslan İsmayılov kimi təqdim edən, bu kimsənin keçmişinin araşdırılmasına elə buradan başlayaq. Wikipediyada yerləşdirdiyi öz keçmişinə görə 1958-ci ildə Gürcüstan Respublikasının Qardaban rayonunda doğulub. Demək, Milli Məclisdəki çıxışı zamanı onun cəmi 35 yaşı olub. 1988-93-cü illərdə Respublika Prokurorluğunda işləyib. Demək, 30 yaşından. Dediyinə inansaq, onun öncəki 8 ili, yəni, 80-88 arasını X14 vilayətində yaşayıb. Maraqlıdır, 88-ci ildə Azərbaycana gələn Aslan İsmayılov 30 yaşma qədər 4 il hakim, 4 il məhkəmə sədri işləməyi hansı xüsusi istedadı sayəsində başarıb? Yox burada nəsə qarışıqlıq var. Öz keçmişində 1975-77-ci illərdə Krasnodar şəhərinin Kompressor zavodunda tomaçı işlədiyi, Kuban Dövlət Universitetinin hüquq fakültəsini isə 1983-cü ildə qırmızı diplomla bitirdiyini yazıb. X28 təhsilin 5 il olduğunu nəzərə alsaq,o, universitetə 1978-ci ildə qəbul olunmalı idi. 78-də qəbul olunubsa, demək 80-ci ildə 2-ci kursda oxuyub. Belə çıxır o, 1993-cü ildə Heydər Əliyevə və Parlamentə, 4 il Prokurorluqda, ondan öncəki 8 il Stavropolda hakim və məhkəmə sədri işlədiyini deyərkən, yalan danışır. Tomasını yenicə tornalara qoşan fəhlə 5ci kursa çatanda keçmiş SSRİ Nazirlər Sovetinin dönəm sədri Nikolay Tixonov da onu hakim təyin edə bilməzdi. Ancaq, 1967-82-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Yuri Andropov haqqında bu sözləri demək çətindir. 17 yaşlı X3 getməsi özü də bir müəmmadır. Gürcüstanda fəhlə işləməyə yer qəhət idi? Ali Məktəbi də orda bitirməyib ki, deyək oxumağa gedib. Ümumiyyətlə, o dövrdə Azərbaycandan Rusiyaya işləməyə gedənlər bir qayda olaraq Moskva, Moskva ətrafı, Tümen və başqa sivil şəhərlərinə gedirdilər. Bu sırada Krasnodar heç zaman populyar olmayıb. Lap unutmuşduq. SSRİ-də tələbələrin hərbi xidmətdən möhlət hüququ olmurdu. 18 yaşına çatanda ucsuz-bucaqsız Sovetlər Birliyinin hansısa küncündə yerləşən hərbi hissədə mütləq əsgərliyini çəkməli idi. 1958-ci ildə doğulubsa Allahverdi özü bilər ki, o, əsgərliyə 1976-cı ildə getməli idi. Yaxşı, o , 76-cı ildə əsgər getməli idisə, 75-77-də necə zavodda işləyib? Sovetlər Birliyi belə şeytan yuvası idi. Keçmişi qaranlıq, suallar və müəmmalarla dolu insanlar, Dövlət Təhlükəsizlik Komitəsinin xətti ilə kiçik yaşlarından ailələrindən ayrı qalır, onlara saxta ad, kimlik düzəldilir, komunist ideyası ilə yetişdirilir, sonra mina kimi Moskvanın qarışıqlıq yaratmaq istədiyi torpaqlara buraxırılırdı. Partlayaraq ətrafa fitnə, fəsad dağıdıb, bütün ömürlərini Kremlə xidmətdə keçirmələri üçün. Biz bu şəxsin kimliyini bilmək istəyiriksə, onu Qardabandan yeniyetmə çağında Krasnodara köçürdən səbəbi tapmalıyıq. Acəba sonradan Sumqayıtda erməni məsələsini araşdıran Aslan, ermənilərin Sovet Rusiyasında ən kompakt yaşadıqları Krasnodara necə gedib çıxmışdı? Rəsmi statistikaya görə,1980-ci illərin ortalarında Krasnodarda təxminən 180 min erməni yaşayırdı. Bütün Rusiya ərazisində yaşayan ermənilərin təxminən 35 %-i qədər. 17 yaşlı Allahverdini bizə bilinməyən bir rüzgar, Krasnodarın erməni məhəllələrinə gətirib. Gün gələr, bunun da səbəbini öyrənərik. İndi ermənilər orada daha çoxalıblar. Ötən ilin yayında Krasnodar erməni respublikası elan edib, muxtariyyət istəmələrini yəqin siz də eşidibsiniz. Havasından, suyundandırmı ayağı dəyənin başına hava gəlir. Damarlarında millətimizin qanı axan hər kəsə bəllidir ki, yeni tariximizə Sumqayıt hadisələri kimi düşən qara səhifənin əsl müəllifi Kremldir. Məqsəd, Azərbaycanda baş qaldıran erməni separatizminə qarşı böyük etiraz dalğasını zorakılıqla boğmaq. Sovetlər Birliyini süquta aparan prosesi əngəlləmək idi. Sözsüz ki, Kreml bu işi ən sevdiklərinə, ən güvəndiklərinə tapşıracaqdır. Olayın üzdə görünən icraçısı Eduard Qriqorian boru prokat zavodunda fəhlə işləyirdi. Anası rus, atası erməni olan Qriqorianı DTX cənginə çoxdan keçirmişdi. Araşdırmalardan aydın olur ki, qarət, zorlama, qatillərə KKB, Qarbaçovun ətrafı və erməni mafyası birlikdə təşkil edib. İcraçılar sırasında isə Qriqorian da olub. O zaman Moskvadan göndərilən istintaq qrupu Azərbaycanı və azərbaycanlıları ittiham etmək üçün saxta istintaq materialları hazırlayır. O zaman Sumqayıtın prokuroru olan İsmət Qayıbov bu saxta ittihamı məhkəməyə təqdim etməkdən imtina edir.Sonra iş başqa bir prokurora verilir. İşlə tanış olduqdan sonra o da eyni hərəkəti edir. İttihama qarşı çıxır. Onların hər birinə aydın idi ki, hüquqi don geyindirilən bu ittihamın siyasi məqsədləri var. Kreml Azərbaycanda provakasiyalar yaradır, Qarabağı Azərbaycandan qoparmaq istəyir. Ona görə də heç kim bu işin altına imzasını qoymurdu. Bax belə bir məqamda Aslan İsmayılov xüsusi tapşırıqla Bakıya göndərilir. Məhkəmədə azərbaycanlılara qarşı saxta ittiham irəli sürmək misvasını o, üzərinə götürür. Ona qədər Aslanın Azərbaycanla hər hansı bağlılığı olmayıb. Gürcüstanda doğulub, 17 yaşında Krasnodara köçüb, 30 yaşma qədər orada yaşayıb. Dediyinə inansaq, məhkəmə sədri olub. Birdən-birə hansısa əl onun öz dediyinə inansaq Rusiyada məhkəmə sədirliyindən alır, Azərbaycan Respublikası Prokurorluğunda Sovetlər Birliyi üçün son dərəcədə önəmli bir məsələnin arasdırlması, yox, qarışdırlması üçün yaradılan qrupun Prokuroruna çevirir. İstintaqı aparmış rusiyalılara saxta ittihamı irəli sürmək üçün bir satqın azərbaycanlı lazım idi. Aslan İsmayılov bu rolu sevə-sevə üzərinə götürür. Aslan İsmayılov Kremldən aldığı tapşırığı canla-basla yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. O, Eduard Qriqorianla bir verdə azərbaycanlı Vaqif Hüseynova da ölüm cəzası kəsir. Digər azərbaycanlıları da qarət və qətllərin əsas təşkilatçısı kimi göstərərək , onlara ağır cəzalar istəyir. Sumqayıt işinin hakimi Mənsur İbayev, müsahibələrinin birində deyir: Sitat Aslan İsmayılov bütün hallarda ermənilərin öldürülməsini, azərbaycanlılar, Vaqif Hüseynov, Nadir Nəcəfov, Nizami Səfərov, Əfsər İsayevin üzərinə qoymaq üçün onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2, 6, 7-ci bəndləri ilə təqsirli bilib, ittiham etdi. Məhkəmə isə bu ittihamları əlavə ibtidai istintaqa qaytardı. Məhz, Mənsur İbayevin sayəsində Kremlin Aslan İsmayılov adı qovduğu bu şəxsin vasitəsi ilə Azərbaycanı cəzalandırmaq, Azərbaycanlıları qorxutmaq planı iflas etdi. Sumqayıt prosesinə dair sənədlərin arasından, yalnız bir sənəd itib. X11 çıxışı. Maraqlıdır, bu çıxış təkcə qovluqdan itməyib. Aslan İsmayılov faktları saxtalaşdırdığı kitabında yazır ki, o, yekun çıxışa gələndə birdən görüb ki, çıxışın birinci hissəsi yoxdur. Təsəvvür edirsiniz mi? Sumqayıt prosesi kimi əsrin prosesində yekun çıxışı edəcək Prokurorun, yekun çıxışı itir və guya o, yaddaşına əsasən çıxış edir. Sizcə bu, inandırıcıdır? Qəribədir həmin çıxışın stenoqramı da yoxdur. Arxivdəki qovluqdan həmin stenoqramı kimsə götürüb. Yəni, çıxışı əvvəl Aslan itirib, sonra arxivdən itib, nəhayət Aslanın dediyi kimi dostunun evindən itib. Eyni sənədin, məhz eyni siyasi məqamları olduğu şübhə doğurmayan bir sənədin hansı səbəbdən üç müxtəlif zamanda, üç müxtəlif yerdə itməsi inandırıcı olmalıdır? Bu məsələdə başqa bir sualda var. Belə bir rəsmi sənədin özünün və stenoqramının prokurorluğun arxivindən, Aslanın özündən və dostunun evindən, 3 dəfə itməsinə görə cinayət işi açılıbmı? Axı, itən sənəddir, rəsmi sənəd. İkinci sual. Sumqayıt prosesində Azərbaycan xalqına qarşı hazırlanmış, saxta istintaq materiallarını və bu materiallar üzrə ittihamı şüurlu səkildə müdafiə edən, saxta materiallara əsasən ittiham irəli sürən, sonradan siyasi nəticələrinə görə separatizmə hüquqi yol açan Prokuror, yəni. Aslan İsmayılov cinayət məsuliyyəti dasıyırmı? İndi üzərindən 33 il keçəndən sonra Rusiya prezidenti Vladimir Putin məhz Aslan İsmayılovun apardığı saxta istintaq işinə istinadən Azərbaycanda erməni məsələsinin Sumqayıt hadisələrindən başlandığını deyir. Aslan İsmayılov isə, özünü süddən çıxmış ag qasıq kimi demokratiya və azadlıq carçısı obrazında ictimai fikirə, xüsusən Azərbaycanda yeni düzən qurmaq üçün qollarını cırmamış yeni iqtidar komandasına sırayır. Paradoksa baxın. 35 il müddətində Azərbaycan tarixində elə bir qaranlıq hadisə, dolaşıqlıq yoxdur ki. Aslan İsmayılov həmən olayların mərkəzində peyda olmasın. Xronologiyaya bir də baxaq. Adam müəmmalı səkildə adını və familvasmı dəyişir. Universitetə daxil olduğu və bitirdiyi illəri saxtalaşdırır. Müəmmalı şəkildə, heç bir dəxli olmadan Krasnodardan gəlir, Sumqayıtda istintaq prosesində Prokuror olur. Müəmmalı şəkildə vəzifəsinə, statusuna uyğun olmadan, 1993-cü ilin qaranlıq hadisələrində, Milli Məclisin tribunasında görülür. Əsrin müqaviləsinə qarşı təşkil olunan dövlət çevrilişinin qarşısının alınması kontekstində anti-azərbaycan qüvvələrlə is birliyində ifşa olunaraq, isdən qovulur. Axı nədən bir insanın həyatında bu qədər qaranlıq hadisə olar? İsmayılov sanki pozucu katalizatordur. Bir proses başlayır, irəliləyir , bu adam hec verdə görünmür və Kreml o prosesi pozmaq istəyərkən, qəfildən, cox müəmmalı səkildə olayların tam mərkəzində peyda olur. Orada suları Kremlin xeyrinə duruldandan sonra, sahibləri onu başqa gölməçəyə atır. Daha bir müəmma. Aslan İsmayılov xüsusi xidmət orqanlarından olan Anonim adama tez-tez istinad edir. Onların ikisi haqqında. Məsələn o, Ramiz Mehdiyev haqqında danışarkən deyir və yazır. Xüsusi xidmətdəki yüksək vəzifəli bir nəfər mənə dedi ki, kimi tənqid edirsən et, hətta Prezidenti də tənqid edə bilərsən amma Ramiz Mehdiyevlə ehtiyatlı ol. Sonralar adım gizlətdiyi anonim xüsusi xidmət zabiti, naməlum yas mərasimində peyda olur. Aslan yazır. Yas mərasimində yanımda oturmuş tanımadığım bir şəxs ayağa qalxanda mənə dedi: Aslan müəllim. Mən xüsusi xidmət zabitiyəm. Bizim Sizə və Cəmil Həsənliyə böyük hörmətimiz var. Yenə naməlum xüsusi xidmət zabiti. Onun ziddiyyətli çıxışları arasında bu zabitin kölgəsi görünür və yox olur. Bu bəlkə də onun xəstə təxəyyülünün məhsuludur. Amma bu xəstəlik mütləq bir travmadan yaranıb. Sumqayıt isini varıtmadıqdan sonra, hüquq sistemində ona xüsusi görəv verilmir. Dağılmış sovetlər birliyinin xarabalıqlarında qurdalanan İsmayılov, nə qədər vuruşsa da dövlət rəhbərlərinin gözünə girə, arzu etdiyi bövük kürsülərdə əyləsə bilmir. X44, nə Prezident Elçibəy, nə də X29 yaxın buraxmır. Bu gün İlham Əliyev də yaxın buraxmır. Prokurorluq qapılarında vəzifə dilənçiliyindən bir şey çıxmayanda, o. özünü vəkillikdə sınamaq qərarına gəlmişdir. Müstəqilliyin ilk illəri, yeni vəkillik insitutu hələ formalaşmayıb,suveren dövlətin hüquq sisteminin ayardılması siyasi, iqtisadi həyatı yeni-yeni şəkilləndirməyə başlayıb. Belə bir çağda təbii ki, ölkədə çoxlarının hüquq yardımına ehtiyacı yaranıb. Aslan İsmayılov fürsəti əldən vermir. Viza hüquq firmasını yaradır. Ancaq bu qurum Azərbaycanda hüquq və azadlıqların qorunması imajını qazana bilmir. Rəhbərinin qaranlıq keçmişi və pula hərisliyi Vizanı o zaman yaranan hüquq sirkətkərinin içərisində ən etibarsız, müvəkkillərinin hüquqlarını qarsı tərəfə satan şirkət kimi tanıdır. Aslan İsmayılovun öz vəkilliyi haqqında dediyi yüksək fikirlərə qətiyyən aldanmayın. Vizanın adı yarandığı gündən insan və azadlıqlarının qorunması üzrə bir sağlam prosesdə də keçməyib. Yoxdur belə proses. Olmayıb. Sadəcə bahalı, tanınan vəkil obrazını yaratmaq üçün, beynəlxalq birliyin diqqətində olan, istintaq məhkəmə proseslərinə qoşulub, hamısını da yarımçıq qovub. Çünki, ona niyyətini həyata keçirmək üçün hüquqi dövlət yox, hüquqi nihinizm gərəkdir. Bu gün də demokratiya belələri üçün ilbizin üzərinə səpilən duz kimidir. Elə bu səbəbdən Azərbaycanın sayılan-seçilən vəkillərindən heç biri onunla yaxşı münasibət saxlamırdı. Azərbaycanın vəkillik inistutunun yaranmasında bövük xidmətləri olan insanların çoxu ona heç salam da vermirdi. İpi qırıqlığı, darda, məhbəsdə olan insanların maraqlarını kağız parçasına dəyişdiyi üçün. Onun işi daha çox kökündə pul, mal bölgüsü olan proseslərə sızmaq, bir müddət özünü imam övladı kimi göstərib, etibar qazanmaq, daha sonra ona etibar edənlarin maraqlarını qarşı tərəfə satmaqdan ibarət olub. İsmayılov bu saxtakarlıqları ilə əlinə yalnız böyük pullar deyil, həm də uzun müddət dövriyyədə olacaq kompramatlar keçirib. Dövlətin özəlləşdirmə proqramında hansı nazir hansı müəssisəyə çöküb, hansı məmur hansı məmurla biznes ortaqlığı yaradıb, kim hansı sahəni ələ keçirmək üçün, hansı məmuru yolundan necə çəkib. Bu informasiyalara çıxış əldə etməsi Aslan İsmayılova uzun illər kompromatlarla manipulvasiya etmək, onları şantaj alətinə çevirmək şansı yaradıb. Şansı öz aləmində pis qiymətləndirməyib. Azərbaycanda korrupsiyanın çiçəkləndiyi dövrdə o da nəhəng, haram pullar qazanıb. Özünə haqlarında bar-bar bağırdığı məmurlardan heç də aşağı həyat qurmayıb. Dindirsən, bahalı villalarını, evlərini, avtomobillərini vəkillik fəaliyyətinə bağlayar. Hanı o vəkillik fəaliyyəti? Kimin problemlərində haqqını haqqa verməyib ki, belə zənginlik içində yaşayacaq qədər mükafatlandırılıb. Çıxsın, çox demirik bir adamın adını çəksin. Saxtakarlıqlarına görə cəlb olunduğu məhkəmələrdə haqqını, hüququnu müdafiə etdiyi şəxslərin biri gəlsin, onu müdafiə etsin. Gücü çatmayanda, yanında dayansın. Elə burdan səslənirik. Əgər kimisə Aslan İsmayılovdan təmənnalıtəmənnasız keyfiyyətli hüquqi yardım alıbsa, buyursun gəlsin. Bir saat efir ona qurbandı. Yoxdur belə adam. Olsaydı cavabdeh kimi cəlb olunduğu məhkəmə proseslərində iki nəfər yanında dayanardı. Məhkəmələrə tək getməmək üçün imdadı onun kimliyini bilməyən, pafosuna inanan Facebook dostlarından istəməzdi. Bu adamın bütün keçmişi dələduzluq faktları ilə doludur. Azərbaycana göndərilən ilk gündən, silahı saxtakarlıq, böhtan, etibardan sui-istifadə ilə ələ keçirdiyi kompramatlarla şantajdır. Dəniz kənarındakı bu villanın qiyməti sizcə, neçəyə olar? Hər halda bir neçə bir neçə milyon dollar. Məmurlardan gəlir dekorasiyası tələb edən Aslan İsmayılov bir desin. Bu villanı hansı pula alıb? Çıxışlarında Azərbaycanda hüquq sistemini bərbad adlandıran Ədliyyə Naziri Fikrət Məmmədovdan Vəkillər Kollegiyasının X40 qədər hər kəs haqqında deyinən Aslan İsmayılov bir çıxsın, açıqlama versin. Vəkillik etmirsə onu ölkədə sıxışdırıb haqqında 3 cinayət işi açıb, şərti cəza kəsiblərsə, o hansı fəaliyyəti nəticəsində nəhəng sərvətin sahibi olub? Oğlu Vaqifin sürdüyü, sonra satdığı Gelenvewagen hansı qazancla alınıb? Qarajındakı maseratinin qaynağı haradandır? Hər halda onu yeyilmiş konfetin kağızma satmırlar. Ümumiyyətlə bu adam neçə illərdir hansı qazancla yaşayır? Saxladığı sürücüyə maaşı necə verir? Bunu bu dələduzdan soruşan yoxdur. Hələlik o ittiham edir. O özünü korrupsiya ilə mübarizədə ən dönməz mücahit kimi göstərir. Diqqət etmisizsə Aslan İsmayılov çıxışlarının heç birində Socarın adını da çəkmir. Çox sadə səbəbdən. O, illərdir ki, Socardan aylıq haqq alır. Bir neçə il öncə, o adı, Socarla bağlı maliyyə fırıldaqlarında ölkədən külli miqdarda pul çıxarılmasında hallanan Sərraf Məmmədzadənin vəkili olub. Məmmədzadə Aslan İsmayılov üçün təkcə pul dağarcığı deyil, onu böyük pullara çıxaran informasiya bankıdır. Bəlkə də onun bahalı villasının, mərkəzdəki mənzillərinin, bahalı avtomobillərinin maliyyə qaynağı Socar şefi, bunun bir zamanlar günü bir manata kabab çəkib, indi milyonlara nəzarət edən bacanağıdır? Yaxın zamanlarda biz, X30 İsmayılovu dəfələrlə qırsa da, hələlik sona qədər qopmayan qanadlarının altına alacağını ehtimal edə bilərik. Nə də olmasa köhnə bozkordinal. indi Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, sadiq xidmətçisi isə fəlsəfə üzrə fəlsəfə doktorudur. Lap dilim dolaşdı. Yəni, Aslan İsmayılov elmdə də Mehdiyevin yolunu gedir. Bütün ömrünü saxtakarlıqla keçirən Aslan İsmayılov, dırnaq arası elmi fəaliyyətində də bu şakərindən əl çəkməyib. Dahi hüquqşünas müdafiə etdiyi elmi işi, 2009-cu ildə əldə edib. Adı belədir. İnsan haqları ideyasının həyata keçirilməsinin sosial fəlsəfi problemləri.Maraqlıdır, ondan qabaq 2004-cü ildə həmin mətni X17 Pedaqoji Universitetində Derqaçov Vladimiroviç adlı bir alim insan haqları və azadlıqları problemərinin fəlsəfi aspektləri adı ilə müdafiə edib, elmi dərəcə alıb. Aslanın mətni, Derqaçovun mətnindən cəmi bir sözlə fərqlənir. Adında sosial kəliməsi yoxdur. Ancaq burada bir versiya var. Ola bilər, yer üzündə Aslan İsmayılovdan daha fərasətli saxtakarlar var və onlar elmi işi İsmayılova təzə adı ilə sırıyıblar. Ədalət naminə hər halda biz, bu versiyanı da səsləndirməli idik. Yeri gəlmişkən, elmi əsərlərin plagiat olduğunu yoxlamaq, artıq o qədər də çətin deyil. Antiplagius proqramı, mətnin var olan surətləri varsa, onların harada, neçənci ildə müdafiə edildiyini saniyələr içərisində çıxarıb ortaya qoya bilir. Gün gələcək, Aslan İsmayılovun həyat yaradıcılığını araşdıran komissiya, onun haqqında Vəkillər Kollegiyasına, Prokurorluğa, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilən şikayətləri də araşdıracaq. Sonucda, bu adamın əsl siması ortaya çıxacaq. O zaman, Aslan İsmayılovun zamanında böyük pullar almaq üçün, şantaj etdiyi nazirlərin, komitə sədrlərinin, icra başçılarının, prokurorların, hakimlərin, is adamlarının böyük bir siması ortaya çıxacaq. Heç kimin buna şübhəsi olmasın. Amma, bunun üçün bir zaman Aslan İsmayılovu Azərbaycana göndərən və bu gün də burada himayə edən, başında Prezident Adminstrasiyasının keçmiş, AMEA-nm indiki rəhbəri Ramiz Mehdiyev dayanan, Kreml bandasını ifşa edib neytrallaşdırmaq gərəkdir. İsmayılovun Azərbaycanda Demokratik düzən qurulmasında maraqlı olduğunu deməsi qədər. Ramiz Mehdiyevi söyməsi də saxtadır. Ona görə ki, Aslanı yetişdirən, bəsləyən, şantaj və hədələrlə nəhəng sərvətə sahib olmasını təmin edən, hüquqi dövlət yox, məhz anti-demokratik düzəndir. O düzən ki, uzun illərdir Azərbaycanda onun keçmişi elə Aslan İsmayılov qədər qaranlıq, Ramiz Ənvəroviç qurub, yaradıb və hələ də onu qorumağa çalışır. Qaranlıq İsmayılov əbədi bozkordinalı Ramiz Ənvəroviçə bir biləsiz nə mədhiyyələr yazıb. Pul, para, mənsəb üçün bir insan nə qədər alçalarmış. 2014-cü ildə yazdığı, mənəviyyat manifesti məqaləsindən Sitat... Ramiz müəllim, Siz həqiqətən də elm sahəsində çalışmış, həqiqi alimsiniz və elmin, millətin, dövlətin inkişafında rolunu mənim kimilərdən qat-qat yaxşı bilirsiniz. Yaltaq mənəviyyatın batsın. Əlüzyuyana yaxın oturun, davam edirik. Sitat- Sizin fəaliyyətiniz mənim üçün çox maraqlı olub. Sizin hələ gənc yaşlarınızdan Azərbaycan Respublikası X18 Komitəsində təminatçı işləyərkən, keçirilən şahmat birinciliyində rəqibinizin olmadığından, qələbələrin çox asan başa gəldiyindən, turniri başa çatdırmadan tərk etdiyinizi eşitmişəm. Sizin qloballaşan dünya, yeni texnologiyalarla, givlərlə bağlı yazılarınızdan yaşıdlarınızdan fəqli olaraq, daima mütaliə etdiyinizi, dünyada gedən prosesləri mütamadi və diqqətlə izlədiyinizi görməmək mümkün deyil. Belə bir cümləni vazmaqdansa, ölüb verə girmək yaxşıdır! Hələ harasıdır, namədən daha bir sitat.. Şəxsiyyətlərdən söhbət düşmüşkən, yenə təkrar edim. Sizin kimi bir insanın şəxsiyyətin tarixində yolunu, xüsusi ilə islam dünyasında bilməməsi mümkün deyil. İmakmınız olanda hakimiyyətin ən yüksək, ən yüksək səviyyəsində təmsil olanların şəxsi keyfyyətlərini nəzərə alsaz yaxşı olar. Nə demək istəyirsən Aslan İsmayılov? Ən yüksək dedikdə kimi qəsd edirsən? Ən yüksək çoxmənalı deyil axı. Birmənalıdır. Növbəti abzaslardan birində, niyyət lap açığ ifadə olunur. Aslan yazır. Həqiqətən ölkədə köklü dəyişikliklər etmək istəyirsizsə, istefa verin və nüfuzunuzdan, təcrübənizdən istifadə edib, hakimiyyəti daha sərt və mütəmadi tənqid etməklə müxalifətə başçılıq edin ki, bizi inqilablar hədəfə almasın. Bu açıqaydın qiyam çağırışı deyilmi? Hakimiyyətə qarsı müxalifətə keçin, mən sizə yenə beyət edəcəni demək deyilsə, bəs nədir? Öz ağıllarınca iqtidarlarım qoruyurlar. Məxfi planlar qurub, Azərbaycan Dövlətinin möhkəmlənməsinin, müstəqilliyinin təminat altına almasının qarşısını almağa çalışırlar. 2014-cü ilin yazında yayılan bu məqalə, əslində mənəviyyat manifesti yox, əsl qiyam planıdır. Azərbaycanı korrupsiya bataqlığında cabaladan Ramiz Ənvəroviçə siz başlayın, arxanızca gəlirik çağırışıdır. Bunları yazan birisi, indi səsinin cır yerinə salıb, sosial şəbəkələr üzərindən topluma plan üzrə zəhər ötürməkdədir. Ramiz Ənvərovicdən aldığı təlimatlar əsasında harada milli düşüncəli, Azərbaycan Dövlətinin təməllərini sağlam görmək istəyən bir şəxs varsa, ley kimi üzərinə şığıyır, qara yaxır, gözdən salır, haqqında hərzə-hədyan danışır. Keçməz, bitdi, dəmir yumruq təkcə 44 günlük savaşda ermənilər üçün deyildi. O, ölkə içərisində də, dövlətə, millətə xəyanət yolu tutan çox kobra sifət, çox ilan xislətlinin basına enib və enməkdə davam edəcək. Aslan da daxil Ənvəroviçin komandasının heç bir üzvü dərk etmir ki, məxfi hesab etdikləri xain planları əslində gün kimi ortadadır. Konturları o qədər gözə görünən, addımları o qədər farşdır ki, mübarizə metodlarının primitivliyi kimi. Nə qədər olar axı? Sağlam qüvvələrə şəbədə qoşmaq, böhtanla gözdən salmağa çalışmaq. Qocalmış kafanız NKVD metodlarından çıxmır ki, çıxmır. İndi ötən əsrlərin 90-cı illəri deyil ki, millət kimin kim olduğunu bilməsin. Aradan keçən 30 il hər kəsin kimliyini, şəxsiyyətini, mənəviyyatının ölçülərini ortaya qoyub. Kor millət deyil, sizsiniz. Nə özünüz, nə sizi himayə edən qüvvələr lap aparıb sizi Prezident Adminstrasiyasının tən ortasında ziyalı kimi millətə sırımağa çalışsa da, maskanız cırılıb. 5ci Kolonun sadiq nökərlərinə vurulan möhür, ortadadır. Azərbaycan artıq yeni dönəmdədir. Millət dövlətinə sarılıb, Azərbaycanı köhnə düzənin cəngində saxlamaq istəyənlərə qarşı ölüm-dirim savaşına hazırdır. Bu meydan, bu da şeytan... xx.xx.2021-ci il tarixdə yayımlanan “Çıraqov (İsmayılov) Allahverdi (Aslan) başlıqlı videoda (bundan sonra - Birinci video adlandırılacaq) videoda deyilənləri yazılı qaydada, olduğu kimi təqdim edilir: 1) Videonun 1-ci dəqiqəsinin 59-cu saniyəsi (bundan sonra müvafiq yazılışlar 01:59): “Sanki hansısa bilinməz bir əl onu götürüb bütün qaranlıq hadisələrin tam mərkəzinə atmışdı' (Böhtan xarakterli) 2) 02:34-cü dəqiqə: “Həyatı boyu onu müdafiə edən gözə sörünməz əl onu haradansa uzaqdan şötürüb Bakıya, Bakıdan da Sumqayıt prosesinin əsl ittihamçısına çevirmişdi” (Böhtan xarakterli) 3) 03:05-ci dəqiqə: “Elə bu bilinməzliklərə, cavabı bizə bəlli olmayan suallara görə Heydər Əliyev onu qısa zamanda administrasiyadan qovdu ’’ (Böhtan xarakterli) 4) 04:00-cı dəqiqə: “Az sonra Ənvəroviç Aslanı Nazirlər Kabinetində isə düzəltməyə çalışır'' (Böhtan xarakterli) 5) 04:26-cə dəqiqə: “tavandan düşmüş hüquqşünas ” (Təhqir xarakterli) 6) 06:27-ci dəqiqə: “Belə çıxır o, 1993-cü ildə Heydər Əliyevə və Parlamentə, 4 il Prokurorluqda, ondan öncəki 8 il Stavropolda hakim və məhkəmə sədri işlədiyini deyərkən, yalan danışır ” (Böhtan xarakterli) 7) 9:17-ci dəqiqə: “17 yaşlı Allahverdini bizə bilinməyən bir rüzgar, Krasnodarın erməni məhəllələrinə gətirib” (Təhqir xarakterli) 8) 11:09-cu dəqiqə: “Kreml Azərbaycanda provokasiyalar yaradır, Qarabağı Azərbaycandan qoparmaq istəyir. Ona görə də heç kim bu işin altına imzasını qoymurdu. Bax belə bir məqamda Aslan İsmayılov xüsusi tapşırıqla Bakıya göndərilir. Məhkəmədə azərbaycanlılara qarsı saxta ittiham irəli sürmək missiyasını o, üzərinə götürür". (Böhtan xarakterli) 9) 11:49-cu dəqiqə: “Azərbaycan Respublikası Prokurorluğunda Sovetlər Birliyi üçün son dərəcədə önəmli bir məsələnin araşdırılması, yox, qarışdırılması üçün yaradılan qrupun Prokuroruna çevirir İstintaqı aparmış rusiyalılara saxta ittihamı irəli sürmək üçün bir satqın azərbaycanlı lazım idi. Aslan İsmayılov bu rolu sevə-sevə üzərinə götürür. Aslan İsmayılov Kremldən aldığı tapşırığı canla- başla yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. O, Eduard Qriqoriyanla bir yerdə azərbaycanlı Vaqif Hüseynova da ölüm cəzası kəsir. Digər azərbaycanlıları da qarət və qətllərin əsas təşkilatçısı kimi göstərərək, onlara ağır cəzalar istəyir". (Təhqir və böhtan xarakterli) 10) 13:00-cı dəqiqə: “Kremlin Aslan İsmayılov adı qoyduğu bu şəxsin vasitəsi ilə Azərbaycanı cəzalandırmaq, azərbaycanlıları qorxutmaq planı iflas etdi. " (Böhtan xarakterli) 11) 13:19-cu dəqiqə: “faktları saxtalaşdırdığı kitabında” (Böhtan.xarakterli) 12) 14:28-ci dəqiqə: “Sumqayıt prosesində Azərbaycan xalqına qarşı hazırlanmış, saxta istintaq materialları və bu materiallar üzrə ittihamı şüurlu şəkildə müdafiə edən, saxta materiallara əsasən ittiham irəli sürən, sonradan siyasi nəticələrinə görə separatizmə hüquqi yol açan Prokuror, yəni. Aslan İsmayılov cinayət məsuliyyəti daşıyırmı? ” (Böhtan xarakterli) 13) 15:06-cı dəqiqə: “Aslan İsmayılov isə, özünü süddən çıxmış ağ qaşıq kimi demokratiya və azadlıq carçısı obrazında ictimai fikrə, xüsusən Azərbaycanda yeni düzən qurmaq üçün qollarını çırmamış yeni iqtidar komandasına sırayır. Paradoksa baxın. 35 il müddətində Azərbaycan tarixində elə bir qaranlıq hadisə, dolaşıqlıq yoxdur ki. Aslan İsmayılov həmən olayların mərkəzində peyda olmasın. Paradoksa baxın. 35 il müddətində Azərbaycan tarixində elə bir qaranlıq hadisə, dolaşıqlıq yoxdur ki. Aslan İsmayılov həmən olayların mərkəzində peyda olmasın. (Böhtan xarakterli) 14) 15:36-cı dəqiqə: “Adam müəmmalı şəkildə adını və familiyasını dəyişir. Universitetə daxil olduğu və bitirdiyi illəri saxtalaşdırır. " (Böhtan xarakterli) 15) 15:50-ci dəqiqə: “Müəmmalı şəkildə vəzifəsinə, statusuna uyğun olmadan, 1993-cü ilin qaranlıq hadisələrində, Milli Məclisin tribunasında görülür. Əsrin müqaviləsinə qarşı təşkil olunan dövlət çevrilişinin qarşısının alınması kontekstində anti-azərbaycan qüvvələrlə iş birliyində ifşa olunaraq, işdən qovulur. Axı nədən bir insanın həyatında bu qədər qaranlıq hadisə olar? İsmayılov sanki pozucu katalizatordur. Bir proses başlayır, irəliləyir , bu adam heç yerdə görünmür. Və Kreml o prosesi pozmaq istəyərkən , qəfildən, çox müəmmalı şəkildə olayların tam mərkəzində peyda olur. Orada suları Kremlin xeyrinə duruldandan sonra, sahibləri onu başqa gölməçəyə atır”. (Təhqir və böhtan xarakterli) 16) 17:26-cı dəqiqə: “Bu bəlkə də onun xəstə təxəyyülünün məhsuludur. Amma bu xəstəlik mütləq bir travmadan yaranıb. Sumqayıt isini varıtmadıqdan sonra, hüquq sistemində ona xüsusi görəv verilmir. Dağılmış sovetlər birliyinin xarabalıqlarında qurdalanan İsmayılov, nə qədər vuruşsa da dövlət rəhbərlərinin gözünə girə, arzu etdiyi böyük kürsülərdə əyləsə bilmir. ” (Təhqir xarakterli) 17) 18:28-ci dəqiqə: “Viza” Hüquq firmasını yaradır. Ancaq bu qurum Azərbaycanda hüquq və azadlıqların qorunması imajını qazana bilmir. Rəhbərinin qaranlıq keçmişi və pula hərisliyi Vizanı o zaman yaranan hüquq şirkətlərinin içərisində ən etibarsız, müvəkkillərinin hüquqlarını qarşı tərəfə satan şirkət kimi tanıdır. Aslan İsmayılovun öz vəkilliyi haqqında dediyi yüksək fikirlərə qətiyyən aldanmayın. Vizanın adı yarandığı gündən insan hüquq və azadlıqlarının qorunması üzrə bir sağlam prosesdə də keçməyib. Yoxdur belə proses. Olmayıb. Sadəcə bahalı, tanınan vəkil obrazını yaratmaq üçün, beynəlxalq birliyin diqqətində olan, istintaq məhkəmə proseslərinə qoşulub, hamısını da yarımçıq qovub Çünki, ona niyyətini həyata keçirmək üçün hüauai dövlət yox, hüquqi nihinizm sərəkdir. Bu gün də demokratiya belələri üçün ilbizin üzərinə səpilən duz kimidir. Elə bu səbəbdən Azərbaycanın sayılan-seçilən vəkillərindən heç biri onunla yaxşı münasibət saxlamırdı. Azərbaycanın vəkillik institutunun yaranmasında böyük xidmətləri olan insanların çoxu ona heç salam da vermirdi. İpi qırıq lığı, darda, məhbəsdə olan insanların maraqlarını kağız parçasına dəyişdiyi üçün. (Təhqir və böhtan xarakterli) 18) 19:44-cü dəqiqə: “Onun işi daha çox kökündə pul, mal bölgüsü olan proseslərə sızmaq, bir müddət özünü imam övladı kimi göstərib , etibar qazanmaq , daha sonra ona etibar edənlərin maraqlarını qarsı tərəfə satmaqdan ibarət olub. İsmayılov bu saxtakarlıqları ilə əlinə yalnız böyük pullar deyil, həm də uzun müddət dövriyyədə olacaq kompromatlar keçirib. Dövlətin özəlləşdirmə proqramında hansı nazir hansı müəssisəyə çöküb, hansı məmur hansı məmurla biznes ortaqlığı yaradıb, kim hansı sahəni ələ keçirmək üçün, hansı məmuru yolundan necə çəkib. Bu informasiyalara çıxış əldə etməsi Aslan İsmayılova uzun illər kompromatlarla manipulvasiya etmək, onları şantaj alətinə çevirmək şansı yaradıb. Şansı öz aləmində pis qiymətləndirməyib. Azərbaycanda korrupsiyanın çiçəkləndiyi dövrdə o da nəhəm, haram pullar qazanıb. ” (Təhqir və böhtan xarakterli) 19) 21:02-ci dəqiqə: “Saxtakarlıqlarına görə cəlb olunduğu məhkəmələrdə haqqını, hüququnu müdafiə etdiyi şəxslərin biri gəlsin, onu müdafiə etsin”. (Böhtan xarakterli)) 20) 21:39-cu dəqiqə: “Bu adamın bütün keçmişi dələduzluq faktları ilə doludur. Azərbaycana göndərilən ilk gündən, silahı saxtakarlıq, böhtan, etibardan sui-istifadə ilə ələ keçirdiyi kompromatlarla şantajdır ” (Böhtan xarakterli) 21) 22:56-ci dəqiqə: “Ümumiyyətlə bu adam neçə illərdir hansı qazancla yaşayır? Saxladığı sürücüyə maaşı necə verir? Bunu bu dələduzdan soruşan yoxdur.... O, illərdir ki, Socardan aylıq haqq alır... Məmmədzadə Aslan İsmayılov üçün təkcə pul dağarcığı deyil, onu böyük pullara çıxaran informasiya bankıdır. Bəlkə də onun bahalı villasının, mərkəzdəki mənzillərinin, bahalı avtomobillərinin maliyyə qaynağı Socar şefi, bunun bir zamanlar günü bir manata kabab çəkib, indi milyonlara nəzarət edən bacanağıdır? Yaxın zamanlarda biz. X30 İsmayıloyu dəfələrlə qırsa da, hələlik sona qədər qopmayan qanadlarının altına alacağını ehtimal edə bilərik " (Böhtan xarakterli) 22) 24:39-cu dəqiqə: “Bütün ömrünü saxtakarlıqla keçirən Aslan İsmayılov, dırnaq arası elmi fəaliyyətində də bu şakərindən əl çəkməyib ” (Böhtan xarakterli) 23) 25:22-ci dəqiqə: “Ola bilər, ver üzündə Aslan İsmayılovdan daha fərasətli saxtakarlar var və onlar elmi işi İsmayılova təzə adı ilə sırıyıblar” (Böhtan xarakterli) 24) 26:04-cü dəqiqə: “Sonucda, bu adamın əsl siması ortaya çıxacaq. O zaman, Aslan İsmayılovun zamanında böyük pullar almaq üçün, şantaj etdiyi nazirlərin, komitə sədrlərinin, icra başçılarının, prokurorların, hakimlərin, iş adamlarının böyük bir siması ortaya çıxacaq.... Aslan İsmayılovu Azərbaycana göndərən və bu gün də burada himayə edən.... ” (Böhtan xarakterli) 25) 26:24-ci dəqiqə: “İsmayılovun Azərbaycanda Demokratik düzən qurulmasında maraqlı olduğunu deməsi qədər, Ramiz Mehdiyevi söyməsi də saxtadır . Ona görə ki, Aslanı yetişdirən, bəsləyən, şantaj və hədələrlə nəhəng sərvətə sahib olmasını təmin edən, hüquqi dövlət yox, məhz anti- demokratik düzəndir. O düzən ki, uzun illərdir Azərbaycanda onun keçmişi elə Aslan İsmayılov qədər qaranlıq, 26) 27:19-cu dəqiqə: “Pul, para, mənsəb üçün bir insan nə qədər alçalarmış ’’ (Təhqir xarakterli) 27) 27:29-cu dəqiqə: “Ramiz müəllim, Siz həqiqətən də elm sahəsində çalışmış, həqiqi alimsiniz 'və elmin, millətin, dövlətin inkişafında rolunu mənim kimilərdən qat-qat yaxşı bilirsiniz. Yaltaq mənəviyyatın batsın ” (Təhqir xarakterli) 28) 28:23-cü dəqiqə: “Belə bir cümləni vazmaqdansa, ölüb verə sirmək yaxşıdır” (Təhqir xarakterli) 29) 29:24-ci dəqiqə: “Bu açıq-aydın qiyam çağırışı deyilmi? Hakimiyyətə qarşı müxalifətə keçin, mən sizə yenə beyət edəcəm demək deyilsə, bəs nədir? Öz ağıllarınca iqtidarlarını qoruyurlar. Məxfi planlar qurub, Azərbaycan Dövlətinin möhkəmlənməsinin, müstəqilliyinin təminat altına almasının qarşısını almağa çalışırlar. 2014-cü ilin yazında yayılan bu məqalə, əslində mənəviyyat manifestiyox, əsl qiyam planıdır ’’(Böhtan xarakterli) 30) 29:52-cu dəqiqə: “Ənvəroviçə siz başlayın, arxanızca gəlirik çağırışıdır. Bunları yazan birisi, indi səsinin cır yerinə salıb, sosial şəbəkələr üzərindən topluma plan üzrə zəhər ötürməkdədir. Ramiz Ənvəroviçdən aldığı təlimatlar əsasında harada milli düşüncəli, Azərbaycan Dövlətinin təməllərini sağlam görmək istəyən bir şəxs varsa, lev kimi üzərinə şığıyır, qara yaxır, sözdən salır, haqqında hərzə-hədyan danışır ” (Böhtan xarakterli) 31) 30:41-ci dəqiqə: “Aslan da daxil Ənvəroviçin komandasının heç bir üzvü dərk etmir ki, məxfi hesab etdikləri xain planları əslində gün kimi ortadadır" (Böhtan xarakterli) “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” videosunun mətni: Düz 29 il öncə bu binada Kremlin qurduğu plan üzrə Sumqayıt hadisələrinin məhkəməsi keçirildi. Başqa sözlə Azərbaycanda səslənən müstəqilliyi bərpa etmək çağırışlarına qarşı, X20 Partiyasının Mərkəzi Komitəsi məkirli planına hüquqi don geyindirdi. Məqsəd Müstəqillik çağırışlarını qanda boğmaq idi. Moskva çalışırdı ki, etnik separatizmi gücləndirərək Azərbaycanı torpaq itkisi ilə üz-üzə qoysun. Beləcə bölünmək təhlükəsi ilə qarşı-qarşıya qalan ölkə . yenidən 200 illik cəlladına, Rusiyaya, o zamanki dillə desək SSRİə sığınsın. Perestroyka başlayandan az sonra Moskva anlamışdı ki, çörək iqtisadiyyatını cüzi azadlıqlarla kompensasiya etmək mümkün olmayacaq. Ac qarınlara verilən azadlıq, ölkədə ideoloji böhran yaradacaq, zamanla 20-ci illərdə əraziləri işğal edilən xalqlar, milli dövlət ideyasına yenidən dönəcəklər. Bu, yaşı 70-ə çatmış xalqlar həbsxanasının dağılması demək idi. Basqı yolunu seçməkdən başqa çarə qalmamışdı. Elə onda Kreml məhz illər üçün hazırladığı milli kadrları işə salmağa başladı. Hər iki tərəfdən olan Kreml, uşaqları xüsusi görəvlə olay yerinə yerləşdirdilər. Sumqayıtda ixtişaşlar başlayandan 1 həftə öncə, Moskva Azərbaycana böyük bir nümayəndə heyyəti göndərmişdir. Ermənilər bir müddət idi, X24 Komitəsinin binası önünə yığışıb, aksiya keçirirdilər. Zamana şahidlik edənlər deyirlər ki, Ağdamdan Xankəndiyə dönəndə meydanların partiya, Lelin, Qarbaçov hayqırtıları eşidilirmiş. X18 Komitəsi həmin ərəfədə Dağlıq Qarabağın durumunun yaxşılaşdırılmasına yönəlik qərar qəbul etmişdir. Əslində bu, Kremlin Azərbaycana basqınlarında baş rolu ifa etməyi üzərinə götürən, ermənilərə jesti idi. SSRİ X42 Heyyəti Sədrinin birinci müavini Pyotr Demiçev qərarı Qarabağ ermənilərinə şəxsən çatdırmaq üçün görəvləndiriləcək, Bakıya göndərilmişdir. Fevralın 15-də Demiçevlə bərabər Bakıya SSRİ X18 Komitəsinin katibi Georgi Rozmovska da gəlmişdi. X21 X34 belə yüksək rütbəli məmurları Azərbaycana göndərməklə, bir neçə gün sonra isə düşəcək planla bağlı son drumu dəqiqləşdiridi. Xankəndi ilə paralel, Ağdamda da böyük etirazlar başlamışdı. Xankəndidəki 4-5 min erməniyə qarşı, Ağdamda 10 minlər toplanırdı. Bir neçə Respublikanın rəhbər şəxsləri ilə Xankəndidə olanda xəbər gəlir ki, Ağdam tərəfdən böyük bir kütlə, şəhərə doğru yola çıxıb. Şübhə yox idi ki, onlar meydana çatsalar, böyük gərginlik yarana bilərdi. Ona görə də, qərara alınır ki. o zamanki Nazirlər Kabinetinin Sədri Həsən Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin X39 İmranov. X35 X36 Xankəndidən Ağdama keçərək, gələnləri geri qaytarsınlar. İnsanlar Əsgəran yoluna çıxanda heyyət özünü yetirir. X37 Məmmədovun cəhdlərinə baxmayaraq onları geri qaytarmaq mümkün olmur. Buradan başlanan qarışıqlıqda Əli və Bəxtiyar adlı iki azərbaycanlı öldürülür. Bu gün onların adı 1998-ci ildə başlanan işğalın ilk şəhidləri kimi tarixə düşüb. Bütün şəhidlərimizin ruhu şad olsun. X10 gözləri ilə daha yaxşı anlamağa başlamışdı ki, belə miqyaslı etirazların tək yolu planetin ən böyük ərazisinə sahib ölkənin bu başından o başına qədər, böyük əks səda yaradacaq qırğın törətməkdir. Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovun əlahiddə vecsizliyi, onun yerinə keçmək istəyən digər yerli məmurların Moskvanın gözünə xoş görünmək üçün, onun planlarına sözsüz əməl etməsi nəticəsində Sumqayıtda azərbaycanlılara qarşı qanlı bir fitnə planının düyməsinə basıldı. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün, Sumqayıtda biri-birilərini öldürməyə, zorlamağa, əmlaklarını talan etməyə başladılar. Sovet İttifaqının xəbər proqramlarının Azərbaycana və azərbaycanlılara qarşı apardığı təbliğata qədər bir tərəfli, o qədər iyrənc idi ki, Kreml ərazisini işğal etdiyi torpaqlarımızda ermənistan adlı Qondarma Respublika yaratdığı neftini, bitməz-tükənməz sərvətlərini sömürdüyü, deportasiyalarla yurdlarını viran qoyduğu millətə ən böyük pisliklərindən etmək üçün səfərbər olmuşdur. Komunistlərin təbliğat maşını rəsmi bəyanatlarla cinayətkarların dərhal tapılıb, cəzalandırılacağını bildirir, heç bir araşdırma aparmadan bütün günahı azərbaycanlıların üzərinə qoyurdu. Moskva böyük mənada məqsədinə çatmışdı. Araya səpilən nifaq toxumları azərbaycanlılarla ermənilərin birgə yaşayışını mümkünsüz etmişdir. Komunistlərin planlarına uyğun Ermənistan ərazisində olan ulu türk yurdlarından böyük köç başlayırdı. Qarabağda separatizm dalğası güclənir, qanlı toqquşmalar amansız savaşa çevrilirdi. Milli oyanışın miqyasını hesablaya bilməyən Moskva hələ də düşünürdü ki, sovetlər birliyindən çıxmaq təşəbbüsünü anla boğa biləcək. Tökülən qanın qanuniləşdirməyin yolu ilə, Moskvanın düşüncəsinə görə məhkəmələrdən keçirdi. Sumqayıt hadisələri də, istisna olmadı. Ancaq prosesi Respublika Prokurorluğunun nəzarətinə keçirmək planları poza bilərdi. Hadisələrin özü kimi, məhkəməsi də. Kremlin tam nəzarətində olmalı idi. Buna görə də qərara alınır ki, SSRİ Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətində olan istintaq qrupu yaradılıb, Bakıya göndərilsin. Həmin beynəlmiləl qrupun tərkibində Aslan İsmayılov da vardı. Azərbaycan Respublikası Prokurorluğundan heç kim Sumqayıt işində Kremlin azərbaycanlılara qarşı sifarişini verinə yetirmək istəməmişdi. Sonradan Qarakənd əməliyyatında şəhid olan İsmət Qayıbov və daha bir prokurora təkid edilsə də onlar bu məsələdə, bu xəyanətdə əllərinin olmasını istəmişdilər. Ona qədər Azərbaycanla heç bir bagı olmayan Aslan İsmayılov isə bu isi həvəslə üzərinə götürdü. Onun Kremlin gözünə girmək həvəsi o qədər yüksək idi ki, Moskvanın tapşırıqlarını sözsüz verinə yetirəcək, prosesin sonunda 4 azərbaycanlı gəncə ölüm hökmü istəmişdir. İş üzrə hakim Mənsur İbayev mühsahibələrindən birində deyir: Aslan İsmayılov bütün suçu Vaqif Hüseynov, Nadir Nəcəfov, Nizami Cəfərov və Əfsər İsayevin üzərinə qoymaq istəyirdi. O, hər vasitə ilə çalışırdı ki, onların Sumqayıt hadisələrinin təşkil etdiyini, ermənilərin isə qurban olduğunu məhkəmə qərarı ilə təsdiqləsin. Aslan İsmayılov Sumqayıt boru pronortisiya zavodunda çalışsa da, Dövlət Təhlükəsizlik Xidmətinin ilgəhindən çoxdan keçib etnik zəmində separatizmin yaradılması üçün əsas rolu üzərinə götürən Eduard Qriqorianı təmizə çıxarmağın yollarını axtarırdn Ancaq nə səslənən şahid ifadələri, nə Respublika Prokurorluğunun mövqeyi, nə də hakim Mənsur İbayevin davranışları buna imkan verirdi. Sumqayıt hadisələri ilə bağlı ən ilginç fakt, ittiham aktının yoxa çıxmasıdır. Təsəvvür edirsinizmi? O qədər məhkəmə sənədlərinin içərisindən bir tək Aslan İsmayılovun adı qoyulan Prokurorun səsləndirdiyi ittiham aktı yoxa çıxıb. Özü də tək özünün yazdığı versiya yox, həm də sinoqram. Sizcə bu təsadüf ola bilərmi? Burada yalnız bir versiya mümkündür. Kreml öz əlaltısının qaranlıq keçmişini Azərbaycandakı başqa əlaltıları vasitəsi ilə təmizləyib. Əgər belə deyilsə, ittiham aktı hələ də Baş Prokurorluqdadırsa. buyursunlar. Bu haqda araşdırma aparan jurnalistlərin, hüquqşünasların illərdir axtardığı sənədi açıqlasınlar. Rusiya Prezidentini ermənilərin Sumqayıtda məhz azərbaycanlılar tərəfdən qətlə yetirildiyini əmin edən həmin ittiham aktı ilə bütün Azərbaycan tanış olsun. Diqqət verdinizsə Sumqayıt işinin Prokuroru haqqında danışarkən Aslan İsmayılovun adı qoyulan ifadəsini işlətdik. Çünki, bu gün də ictimaiyyətə Aslan İsmayılov kimi tanıdılan şəxs dövriyyəyə indiyə qədər bir necə adla buraxılıb. Adı gah Allahverdi olub, gah Aslan, gah soyadı İsmayılov olub. Hətta ilkin sənədlərdəki adı da başqadır. Nə bilmək olar? Bəlkə Kreml bunu təhlükə yaranacağı anda onu Azərbaycan sərhədlərindən alternativ pasportla çıxarmaq üçün edib? Bu haqda təkcə sənədlər deyil, şərti adı Aslan İsmayılov olan şəxsin özü də danışır. Gah soyadını bəyənməyib babasının adından özünə soyad götürdüyünü, gah Allahverdi adını bəyənməyib Asdan adlı əmisindən özünə ad düzəltdiyini deyir._ Yəni bir neçə dəfə ad dəyişdirdiyini özü də inkar etmir. Etsə nə fayda? Əldə nə qədər sənəd, sübut var. Ancaq, sübhə yoxdur ki, bu təşəbbüslər onun deyil, onu Azərbaycana xüsusi islər üzrə casus kimi göndərənlərin ideyasıdır, insafən onu yetişdirmək üçün az iş görməyiblər. Gürcüstanda doğulan bu şəxsi, 17 yaşında Krosnadorda tornaçı kimi işə götürüblər. Daha sonra onu başqa bir şəhərdə, hüquq fakültəsində oxumağa göndəriblər. Oradan bir neçə kolxozun birləşməsindən yaranan kiçik əyalətə hakim təyin ediblər. Araşdırmalar göstərir ki, onun hakim kimi çıxdığı ən qatı cinayət, qaz oğurluğu ilə bağlı olub. Sovet hökuməti böyük baş heyvanlardan ibarət fərdi təsərrüfatların yaradılmasına imkan vermədiyi üçün, əhali həyətyanı sahəsində əsasən, quş saxlaya bilirdi. Oğrular da, qazın yeməli vaxtında hinləri hədəf seçər, ələ keçənlər Aslan İsmayılovun mühakiməsinə verilərmişlər. Və belə bir şəxs günlərin birində, Sumqayıt hadisəsi kimi, SSRİ miqyaslı işə Prokuror təyin edilir. Bunun təsadüfi olduğuna kim inanar? Aslan İsmayılovun 1993-cü ildə Milli Məclisdəki çıxışında X25 söylədiyi yalanlar da çoxlarının yadındadır. Guya Stavropolda 8 il hakim. 4 il məhkəmə sədri işləyib. İndi işlətdiyi pasport bilgilərini götürsək o sözləri deyərkən Aslan İsmayılovun 35 yaşı olub. Belə çıxır ki o, 27 yaşında məhkəmə sədri işləyib? Lap ördək-qaz oğurluğu kimi cinayətləri araşdırsa belə SSRİ-də belə gənc yaşda heç kimi məhkəmə sədri qoymurdular. Axı o zamana qədər həmin diyarda işləyən hakimləri tülkü yemişdi ki, 27 yaşlı gənc məhkəmə sədri təyin edilirdi? Olmaya onun adı, ata adı.soyadı kimi doğum tarixi də saxtalaşdırılıb? Bu da istisna deyil. X4 çıxışına, daha doğrusu yalanlarına sərt reaksiyası da yaddaşlardan silinməyib. X26 Əliyev o çıxışında kod adı Asdan olan bu şəxsi çözmüşdü ki, qısa zamanda onu birdəfəlik vəzifədən uzaqlaşıdırdı. Və bundan sonra Aslan İsmayılov bir də Azərbaycanda heç bir rəsmi vəzifə tutmadı. Amma bir zamanlar onu, xüsusi tapşırıq üzrə Bakıya yerləşdirənlər bu şəxsi bir şəkildə qara günləri üçün bəsləməli idilər. Bu dəfə o, bəxtini vəkillikdə sınamalı oldu. Daha doğrusu sahibləri onu millətə vəkil kimi sıramağa çalışdılar. Amma bu da alınmayıb. Bu gün Facebook səhifəsində azadlığa qarşı etiraz maskası taxıb, hakimiyyətə qarşı saysız-hesabsız çıxışlar edən Aslan İsmayılovun adı bu dəfə də adlı-sanlı vəkillər hakimiyyətin qəzəbinə tuş gəlib, həbs edilən şəxslərin müdafiəçisi sırasından çəkilməyib. Çox sadə səbəbdən o, faktiki olaraq bütün islərini yarımçıq qoyub. Müvəkkillərinin sirlərini qarşı tərəfə satmağı ilə ad çıxarıb. Elə ona görə də, bir zamanlar onun pafos və özündən deməyinə inanıb vəkil kimi dar ayaqda hüquqlarının müdafiəsini tapşıranların çoxu indi Aslan İsmayılova salam da vermirlər. Bir şəxs o zaman professionallığı ilə öyünə bilər ki, peşəkar çevrədə sayılan seçilən Aslan İsmayılov vəkil çevrəsində ən hörmətsiz adamlardan biridir. Və bunu heçbir vəkil inkar etməz. Monoloq söyləyib, onu tanımayanlar arasında xal qazanmağına baxmayın. Nə savadı, nə əxlaqı gerçək bir hüquq müdafiəçisi vəkil olmasına imkan vermir. O, sahiblərini siyasətə transfer məsələsində də məyyus etmiş birisidir. Bəlkə də, 1993-cü ildə parlament kürsüsünə çıxarılanda Aslan İsmayılova stavka edənlər Sumqayıt hadisələrində olduğu kimi onları yarıdacaqlarını düşünürdülər. Amma olmadı. Yeri gələndə ona dəstək olanları şantaj etməsi, eyni zamanda pul hərisliyi onun siyasi kariyerasını başlamamış bitirdi. Beləcə baş tutmamış vəkil, baş tutmamış siyasətçi obrazı ilə ortada qaldı. Şərti adı Aslan İsmayılov olan bu şəxs uzun illərdir bağlı olduğu mərkəzin Azərbaycana göndərdiyi və Azərbaycanda dəstəklədiyi şəxslər təbii ki, çox yaxşı tanınır. Onu qısqandıran bu komandanın bəzi üzvlərinə imkanlar yaradılması, hakimiyyət və korrupsiya maşınının önəmli rıçaqlarının onlara tapşırılmasıdır. Xasiyyəti dayanıqlı olmadığına görə, (15:50) ona belə etimad göstərilmir.İndiyənə qədər onu təsir agenti kimi işlədir. Ehtiyac olmayanda isə unudurlar. İsmayılov isə unudulmağını qəbullanmır.Unutqanlara qarşı istifadə etdiyi əsaslar isə şantaja bürünmək, elnən sürünməkdir. Özünü xalqın adamı, məzlumların müdafiəçisi kimi göstərən İsmayılovun şantajları yaxşı işləyir. Elə bunun sayəsində hədəf seçdiyi korrupsionerlər qədər cah-cəlal içərisində vasavır. (16:02) Dəniz mənzərəli üç mərtəbəli villa mərkəzdəki yeni tikililərdə 4-5 bahalı mənzillər, avtomobillər, hələ övladlarının həyatı. Aslan İsmayılovun Azərbaycanda pullu işlərin eyni klana aid olduğunu iddia edirsə, bir desin, övladlarını o vəzifədə necə otuzdurub? Facebook çıxışlarında, statuslarında uzun illərdir vəkillikdən uzaqlaşdırıldığı, işsiz qaldığı, həbs edildiyi üçün 7 yaylıqla ağlayan Aslan İsmayılov bu qədər sərvəti nə ilə topladığını deyə bilərmi? Deməz. Dəniz sahilindəki 3 mərtəbəli villaya gəlincə. Bayıl yamacının mənzərəli səmtində yerləşən bu villa əslində dövlət torpağında tikilib, ərazi Həmkarlar İttifaqı Konfederasiyasının balansında olan sanatoriyanın bir hissəsidir. Hüquqdan dəm vuran bu şəxs, komandasının Azərbaycandakı rəhbəri Ramiz Ənvəroviçə o qədər arxayın olub ki, könlü düşən verdə torpaq zəbt edib, 3 mərtəbəli ev ucaldıb. Amma Bavıl yamacının Azneft Meydanına çatan hissəsində bag salıb, sonra bir şantaj həmləsi ilə səhərin ən bahalı torpaqlarından iri pay qoparmaq onun boğazında qaldı. Bağ salmaq adı ilə soxulduğu ərazidən Aslan İsmayılovun əkdiyi ağacların budağı ilə qovdular. Bu psixoloji tipin əsas özəlliyindən biri də ölülərdən sitat gətirməsidir. Hansı olaydan danışsa, orada bir ölü kəlamı mütləq olmalıdır. Və nə sidr-xudadadırsa bu ölü çox ünlü ölü olur. Və Aslan İsmayılovun şovalye obrazının çatışmayan cəhətlərini yamayır. Azərbaycan idmanının tanınan isimlərindən Süleyman Məmmədli yaxınlarda haqqın rəhmətinə qovuşdu. Tanıyanlar bilir ki, o çox ağır başlı, sayğm bir şəxs idi. İdman ictimaiyyətinin ağsaqqallarından sayılırdı. Aslan İsmayılov isə deyir ki, guya Milli Məclisə seçimlərdə o namizəd olan zaman, yaxın namizədi onun qərargahına qoçu dəstəsi göndərmiş, Süleyman Məmmədli isə hadisədən yarım saat sonra qərargaha gəlib, ona deyib: Nə qədər mən varam sənə heç kim sənə heç nə edə bilməz. Sanki idman ictimaiyyətinin ağsaqqalı Süleyman Məmmədli bir qoçu dəstəsinə cavab verən, başqa bir qoçu dəstəsinin rəhbəri olub. Belə sərsəmlər onu sosial şəbəkə yaradıcılığında olanlardır. Dediklərindən belə çıxır ki. Bəxtiyar Vabahzadənin “Gülüş” poemasını ondan İlham alaraq yazıb, Qara Qarayevin “İldırımlı Yollar” baletini, Fikrət Əmirovun “X45”, İsa Mugannanın “İdealı” onun həyat yaradıcılığına ithaf edib. Tam bir sizofren. İs budur ki, bu gün də bu idealı sizofrenin üzərindən oyunlar oynanılır. Aslan İsmayılovun protestini yaradanlar onu yenidən Azərbaycanda qurmaq istədikləri planların icaraçılarından birinə çevrilmək üçün dəridən-qabıqdan çıxırlar. Bir müddət öncə, onun Vəkillər Kollegiyasına bərpa edilməsi məsələsi gündəmə gətirildi. Hətta ən qısa zamanda onun vəkil kimi qanuni fəaliyyətinə icazə veriləcək xəbərləri yayıldı. Əcəba niyə görə? Niyə ölkədə uzun müddətdir cəmiyyətin açılmasını gözlədiyi Tərtər işinin istintaqı ərəfəsində heç kim əsir deyilki. Azərbaycan ordusuna qarsı böyük bir xəyanət planı bu adı bilinməz şəxsdən Aslan İsmayılov obrazını yaradıb. Azərbaycana göndərən mərkəz tərəfindən hazırlanıb və həyata keçirilib. Görünür indi də, ortaya çıxa biləcək iddiaları zamanında zərərsizləşdirmək üçün İsmayılovu istintaqda adı keçən önəmli bir şəxsin vanına, vəkil obrazında yerləşdirmək istəyiblər. Onun vasitəsi ilə gərəkli bilgiləri öyrənib, önləm almaq üçün Rusiya son dönəmlər açıq aydın buradakı ölü hüceyrələrini canlandımaga başlayıb. Diri hüceyrələr onsuzda çalışırdı. Ramiz Ənvəroviçin akademiyasından, ordu içərisindən, Milli Məclisdən, telekanallardan, Sosial Şəbəkələrdən bu dağıdıcı gücün işartıları görünür və yenə də görünür. Ramiz Mehdiyev 5-ci kolonun siyasi rəhbərliyindən vurulub salınsa da bir zamanlar onun əli ilə su, bəlkə də neft içənlər hələ də yerindədir. Dillərində Azərbaycan, ürəklərində Kreml sinsi-sinsi çalışırlar. Türkiyə ilə birlik modellərinə qarşı təbliğatda da baş rolda onlardır. Ordu içərisində təxribat cəhdlərində də hakimiyyətin milli maraqlarına uyğun olduğu bütün addımların gözdən salınmasına yönəlik hərəkətlərdə də, milliyyətçi qüvvələrə qarşı kompaniyalarda da bu şəxslər meydan sallayır. Əmr olan kimi, tozanaq qoparırlar. Çox çalışırlar amma zaman da çalışır, onların ziyanına Azərbaycanın uğuru. xx.xx.2022-ci il tarixdə yayımlanan “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videoda (bundan sonra - ikinci video adlandırılacaq) videoda deyilənləri yazılı qaydada, olduğu kimi təqdim edilir: 1) 6:34-cü dəqiqə: “Azərbaycan Respublikası Prokurorluğundan heç kim Sumqayıt işində Kremlin azərbaycanlılara qarşı sifarişini yerinə yetirmək istəməmişdi. Sonradan Qarakənd əməliyyatında şəhid olan İsmət Qayıbov və daha bir prokurora təkid edilsə də, onlar bu məsələdə, bu xəyanətdə əllərinin olmasını istəməmişdilər. Ona qədər Azərbaycanla heç bir bağı olmayan Aslan İsmayılov isə bu isi həvəslə üzərinə sötürdü. Onun Kremlin sözünə sirmək həvəsi o qədər yüksək idi ki, Moskvanın tapşırıqlarını sözsüz yerinə yetirərək, prosesin sonunda 4 azərbaycanlı səncə ölüm hökmü istəmişdir ” (Böhtan xarakterli) 2) 08:44-cü dəqiqə: “Kreml öz əlaltısının qaranlıq keçmişini Azərbaycandakı başqa əlaltıları vasitəsi ilə təmizləyib ” (Böhtan xarakterli) 3) 09:23-cü dəqiqə: “Çünki, bu gün də ictimaiyyətdə Aslan İsmayılov kimi tanıdılan şəxs dövriyyəyə indiyə qədər bir necə adla buraxılıb. Adı gah Allahverdi olub, gah Aslan, gah soyadı İsmayılov olub. Hətta ilkin sənədlərdəki adı da başqadır. Nə bilmək olar? Bəlkə Kreml bunu təhlükə yaranacağı anda onu Azərbaycan sərhədlərindən alternativ pasportla çıxarmaq üçün edib? Bu haqda təkcə sənədlər deyil, şərti adı Aslan İsmayılov olan şəxsin özü də danışır. Gah soyadını bəyənməyib babasının adından özünə soyad götürdüyünü, gah Allahverdi adını bəyənməyib Asdan adlı əmisindən özünə ad düzəltdiyini deyir. Ancaq, şübhə yoxdur ki, bu təşəbbüslər onun deyil, onu Azərbaycana xüsusi işlər üzrə casus kimi göndərənlərin ideyasıdır ” (Böhtan xarakterli) 4) 11:53-cü dəqiqə: “Aslan İsmayılovun 1993-cü ildə Milli Məclisdəki çıxışında X25 söylədiyi yalanlar da çoxlarının yadındadır. Guya Stavropolda 8 il hakim, 4 il məhkəmə sədri işləyib. İndi işlətdiyi pasport bilgilərini götürsək, o sözləri deyərkən Aslan İsmayılovun 35 yaşı olub. Belə çıxır ki o, 27 yaşında məhkəmə sədri işləyib? Lap ördək-qaz oğurluğu kimi cinayətləri araşdırsa belə SSRİ-də belə gənc yaşda heç kimi məhkəmə sədri qoymurdular. Axı o zamana qədər həmin diyarda işləyən hakimləri tülkü yemişdi ki, 27 yaşlı gənc məhkəmə sədri təyin edilirdi? Olmaya onun adı, ata adı, sovadı kimi doğum tarixi də saxtalaşdırılıb? Bu da istisna deyil” (Böhtan xarakterli) 5) 13:05-ci dəqiqə: “Amma bir zamanlar onu, xüsusi tapşırıq üzrə Bakıya yerləsdirənlər bu şəxsi bir şəkildə qara günləri üçün bəsləməli idilər. Bu dəfə o, bəxtini vəkillikdə sınamalı oldu. Daha doğrusu sahibləri onu millətə vəkil kimi sırımağa çalışdılar. Amma bu da alınmayıb. Bu gün Facebook səhifəsində azadlığa qarşı etiraz maskası taxıb, hakimiyyətə qarşı saysız-hesabsız çıxışlar edən Aslan İsmayılovun adı bu dəfə də adlı-sanlı vəkillər hakimiyyətin qəzəbinə tuş səlib, həbs edilən şəxslərin müdafiəçisi sırasından çəkilməyib ” (Təhqir və böhtan xarakterli) 6) 13:41-ci dəqiqə: “O, faktiki olaraq bütün islərini yarımçıq qoyub. Müvəkkillərinin sirlərini qarşı tərəfə satması ilə ad çıxarıb. Elə ona görə də, bir zamanlar onun pafos və özündən deməyinə inanıb vəkil kimi dar ayaqda hüquqlarının müdafiəsini tapşıranların çoxu indi Aslan İsmayılova da salam vermirlər. Bir şəxs o zaman professionallığı ilə öyünə bilər ki, peşəkar çevrədə sayılan seçilən Aslan İsmayılov vəkil çevrəsində ən hörmətsiz adamlardan biridir. Və bunu heç bir vəkil inkar etməz. Monoloq söyləyib, onu tanımayanlar arasında xal qazanmağına baxmayın. Nə savadı, nə əxlaqı serçək bir hüquq müdafiəçisi vəkil olmasına imkan vermir. O, sahiblərini siyasətə transfer məsələsində də məyus etmiş birisidir ” (Böhtan və təhqir xarakterli) 7) 14:29-cu dəqiqə: “O, sahiblərini siyasətə transfer məsələsində də məyus etmiş birisidir. Bəlkə də, 1993-cü ildə parlament kürsüsünə çıxarılanda Aslan İsmayılova stavka edənlər Sumqayıt hadisələrində olduğu kimi onları yarıdacaqlarını düşünürdülər. Amma olmadı. Yeri gələndə ona dəstək olanları şantaj etməsi, eyni zamanda pul hərisliyi onun siyasi karyerasını başlamamış bitirdi ” (Böhtan xarakterli) 8) 15:50-ci dəqiqə: “Xasiyyəti dayanıqlı olmadığına sörə, ona belə etimad göstərilmir. İndiyənə qədər onu təsir agenti kimi işlədir. Ehtiyac olmayanda isə unudurlar. İsmayılov isə unudulmağını qəbullanmır. Unutqanlara qarşı istifadə etdiyi əsaslar isə şantaja bürünmək, ellə sürünməkdir. Özünü xalqın adamı, məzlumların müdafiəçisi kimi göstərən İsmayılovun şantajları vaxsı işləyir. Elə bunun sayəsində hədəf seçdiyi korrupsionerlər qədər cah-calal içərisində yaşayır” (Təhqir və böhtan xarakterli) 9) 17:25-ci dəqiqə: “7 yaylıqla ağlayan Aslan İsmayılov bu qədər sərvəti nə ilə topladığını deyə bilərmi? ” (Təhqir xarakterli) 10) 17:47-ci dəqiqə: “Hüquqdan dəm vuran bu şəxs, komandasının Azərbaycandakı rəhbəri Ramiz Ənvəroviçə o qədər arxayın olub ki, könlü düşən yerdə torpaq zəbt edib, 3 mərtəbəli ev ucaldıb. Amma Bayıl yamacının Azneft Meydanına çatan hissəsində bağ salıb, sonra bir şantaj həmləsi ilə şəhərin ən bahalı torpaqlarından iri pav qoparmaq onun boğazında qaldı. Bağ salmaq adı ilə soxulduğu ərazidən Aslan İsmayılovun əkdiyi ağacların budağı ilə qovdular ” (Böhtan xarakterli) 11) 19:21 -ci dəqiqə: “Belə sərsəmlər onu sosial şəbəkə yaradıcılığında olanlardır. Dediklərindən belə çıxır ki, Bəxtiyar Vahabzadənin “Gülüş ” poemasını ondan İlham alaraq yazıb. Qara Qarayevin “İldırımlı Yollar” baletini, Fikrət Əmirovun “X45”, İsa Muğannanın “İdealı” onun həyat yaradıcılığına ithaf edib. Tam bir şizofren. İş budur ki, bu gün də bu idealı sizofrenin üzərindən oyunlar oynanılır. Aslan İsmayılovun projestini yaradanlar onu yenidən Azərbaycanda qurmaq istədikləri planların icaracılarından birinə çevrilmək üçün dəridənqabıqdan çıxırlar ” (Təhqir və böhtan xarakterli) 12) 19:58-ci dəqiqə: “Bir müddət öncə, onun Vəkillər Kollegiyasına bərpa edilməsi məsələsi gündəmə gətirildi. Hətta ən qısa zamanda onun vəkil kimi qanuni fəaliyyətinə icazə veriləcək xəbərləri yayıldı. Əcəba niyə görə? Niyə ölkədə uzun müddətdir cəmiyyətin açılmasını gözlədiyi Tərtər işinin istintaqı ərəfəsində heç kim əsir deyil ki. Azərbaycan ordusuna qarsı böyük bir xəyanət planı bu adı bilinməz şəxsdən Aslan İsmayılov obrazını yaradıb Azərbaycana göndərən mərkəz tərəfindən hazırlanıb və həyata keçirilib. Görünür indi də, ortaya çıxa biləcək iddiaları zamanında zərərsizləşdirmək üçün İsmayılovu istintaqda adı keçən önəmli bir şəxsin vanına, vəkil obrazında yerləşdirmək istəyiblər. Onun vasitəsi ilə gərəkli bilgiləri öyrənib, önləm almaq üçün Rusiya son dönəmlər açıq aydın buradakı ölü hüceyrələrini canlandımağa başlayıb ” (Böhtan xarakterli). Məhkəmə iclasında xüsusi ittihamçı İsmayılov Aslan Ziyəddin oğlunun nümayəndəsi “Aslan İsmayılov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin təmin edilməsini və X7 AR CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Aslan İsmayılovun xüsusi ittiham qaydasında şikayətində adını çəkdiyi filmlərdən birinci film artıq “Prime TV” kanalında yoxdur. O, film çox qısa müddət yayımlanmışdır. O, film yayımlandıqdan yarım saat sonra o, Dövlət Təhlükəsizlik Xidmətinə çağırlaraq uzun söhbətdən sonra həmin filmin silinməsi ondan xahiş olunmuşdur. Bundan sonra o, həmin həmin filmi silmişdir. İkinci film isə hazırda da kanalda var. Həmin film Sumqayıt hadisələri ilə bağlı çəkilmişdir. Həmin filmdə Sumqayıt hadisələrində dövlət ittihamçısı olan Aslan İsmayılova suallar ünvanlamışam ki, o necə dövlətin torpağını zəbt edərək orada villa tikdirib? əgər dediyi kimi işləmirsə necə həmin villanı tikdirib?. Bununla yanaşı, onun əsl adı Allaverdi Çırqaov olmuş, o, sonradan adını dəyişmişdir. Bu bir həqiqətdir. Onun bu filmi Elçin Qənbərov tərəfindən yazılmış kitab əsasında çəkilmişdir və o, filmdə həmin kitabda olan fikirləri səsləndirmişdir. Məlumdur ki, jurnalistin işi sual verməkdən ibarətdir. O da həmin filmdə Sumqayıt hadisələri ilə bağlı həmin işdə dövlət ittihamçısı kimi iştirak etmiş Aslan İsmayılova suallar ünvanlamışdır. Sual vermək onun peşə fəaliyyətindən irəli gələn haldır. Onun Aslan İsmayılovu təhqir etmək və ya ona böhtan atmaq fikri olmamışdır. O, sadəcə suallarına cavab verilməsini istəmişdir. O, həmin filmdə Sumqayıt hadisələrini işıqlandırmış və həmin hadisələrlə bağlı olan işdə Kremli müdafiə edən və azərbaycanlılara ölüm hökmü istəyən dövlət ittihamçısı Aslan İsmayılova suallar ünvanlamışdır. O vaxt Sumqayıt hadisələrinin istintaqı SSRİ istintaq qrupu tərəfindən aparılarkən Aslan İsmayılov da həmin qrupun üzvü olmuşdur. Bu səbəbdən filmdə ona görünməz əlin onu hardansa uzaqdan götürüb Bakıya, Bakıdan da Sumqayıt prosesinin əsl ittihamçısına çevirdiyini bildirmişdir. O, jurnalist olduğundan yazılarının oxunaqlı olması üçün sözləri bəzəyə bilər və təşbihlərdən istifadə edə bilər. Lakin bu təhqir və böhtan kimi qiymətləndirilməməlidir. Məhkəməyə təqdim edilmiş ekspert rəyi obyektiv olmamış, onun filmdə işlətdiyi sözlərə ümumi kontekstdə deyil, ayrə-ayrı sözlər mətndən çıxarılaraq qiymət verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş filmlərdən görünür ki, filmlərdə həqiqətən də xüsusi ittihamçının şikayət ərizəsində göstərdiyi söz və ifadələrdən istifadə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun mütəxəssisi cəlb edilməklə verilmiş 03 may 2023-cü il tarixli, 4/113 saylı rəydən görünür ki, “PrimeTV Azerbaijan” xəbər portalında 01 fevral 2021-ci il tarixdə yayımlanmış “Çıraqov (İsmayılov) Allahverdi (Aslan)” və 01 may 2022-ci il tarixdə yayımlanmış “Aslan İsmayıplov kimin imamıdır” başlıqlı video materiallarda Aygün Muradxnova tərəfindən işlədilmiş ifadələrdə linqvistik baxımdan yanaşdıqda İsmayılov Aslan Ziyəddin oğlunun şərəf və ləyaqəini ləkələməyə, şəxsiyyətini mənfi qiymətləndirməyə, ətrafdakıların yanında nüfuzdan salmağa xidmət edən məlumatlar vardır. Həmin məlumatlar “satqın”, “anti-Azərbaycan qüvvələrlə iş birliyində ifşa olunaraq”, “pozucu katalizatordur”, “onun xəstə təxəyyülünün məhsuludur", “qaranlıq keçmişi və pula hərisliyi”, “etibarsız, müvəkkillərinin hüquqlarını qarşı tərəfə satan şirkət kimi tanıdır”, “ipi qırıqlığı, darda, məhbəsdə olan insanların maraqlarını kağız parçasına dəyişdiyi üçün”, “kompromatlarla manipulyasiya etmək, onları şantaj alətinə çevirmək”, “haram pullar qazanıb”, “nə savadı, nə əxlaqı gerçək bir hüquq müdafiəçisi vəkil olmasına imkan vermir”, “tam bir şizofren”, “xasiyyəti dayanıqlı olmadığına görə”, “pul, para, mənsəb üçün bir insan nə qədər alçalarmış”, “yaltaq mənəviyyatın batsın”, “Belə bir cümləni yazmaqdansa, ölüb yerə girmək yaxşıdır”, “sahibləri onu başqa gölməçəyə atır”, “onu təsir agenti kimi işlədir” kimi söz və ifadələrdə öz əksini tapmışdır. Təqdim olunan video materiallarda mənfi məzmun kəsb edən bəzi ifadələrin semantikasında heydiyyata toxunan və sarsıdan məqamlar olduğundan (“nə savadı, nə də əxlaqı gerçək bir hüquq müdafiəçisi vəkil olmasına imkan vermir”, “pul, para, mənsəb üçün bir insan nə qədər alçalarmış”, “satqın”, “yaltaq mənəviyyatın batsın”) həmin məlumatlar təhqir xarakterli ifadələr kimi qiymətləndirilə bilər. Azərbaycan Respblikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, X7 məhkumluğu olmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi öz təsdiqini tapmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir : məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması ; həmin məlumatın doğru olmaması ; belə məlumatların yayılması ; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Bununla yanaşı, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Xüsusi ittihamçı tərəfindən irəli sürülmüş ittihama diqqət etdikdə Aslan X1 “YouTube” sosial şəbəkəsində sonuncuya məxsus “Prime TV Azerbaijan” kanalında ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi videolarda təhqir və böhtan xarakterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini alçaltmasında, işgüzar nüfuzunu ləkələməsində israr edir. Bu səbəbdən məhkəmə həm yayımlanmış hər bir video ilə bağlı ayrılıqda, həm də təqsirləndirilən şəxsin təqsirli bilindiyi hər bir maddə ilə bağlı gəldiyi qənaətin əsasında dayanan söz və ifadələrin ayrıayrılıqda göstərilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin yaranmasına səbəb olan təqsirləndirilən şəxsin istifadə etdiyi söz və ifadələr aşağıdakılardır: xx.xx.2021-ci il tarixdə yayımlanan “Çıraqov (İsmayılov) Allahverdi (Aslan) başlıqlı videoda: 03:05-ci dəqiqə: “Elə bu bilinməzliklərə, cavabı bizə bəlli olmayan suallara görə Heydər Əliyev onu qısa zamanda administrasiyadan qovdu’’, 11:09-cu dəqiqə: “Kreml Azərbaycanda provokasiyalar yaradır, Qarabağı Azərbaycandan qoparmaq istəyir. Ona görə də heç kim bu işin altına imzasını qoymurdu. Bax belə bir məqamda Aslan İsmayılov xüsusi tapşırıqla Bakıya göndərilir. Məhkəmədə azərbaycanlılara qarsı saxta ittiham irəli sürmək missiyasını o, üzərinə götürür”, 11:49-cu dəqiqə: “Azərbaycan Respublikası Prokurorluğunda Sovetlər Birliyi üçün son dərəcədə önəmli bir məsələnin araşdırılması, yox, qarışdırılması üçün yaradılan qrupun Prokuroruna çevirir İstintaqı aparmış rusiyalılara saxta ittihamı irəli sürmək üçün bir satqın azərbaycanlı lazım idi. Aslan İsmayılov bu rolu sevə-sevə üzərinə götürür. Aslan İsmayılov Kremldən aldığı tapşırığı canla- başla yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. O, Eduard Qriqoriyanla bir yerdə azərbaycanlı Vaqif Hüseynova da ölüm cəzası kəsir. Digər azərbaycanlıları da qarət və qətllərin əsas təşkilatçısı kimi göstərərək, onlara ağır cəzalar istəyir", 13:00-cı dəqiqə: “Kremlin Aslan İsmayılov adı qoyduğu bu şəxsin vasitəsi ilə Azərbaycanı cəzalandırmaq, azərbaycanlıları qorxutmaq planı iflas etdi”, 13:19-cu dəqiqə: “faktları saxtalaşdırdığı kitabında”, 14:28-ci dəqiqə: “Sumqayıt prosesində Azərbaycan xalqına qarşı hazırlanmış, saxta istintaq materialları və bu materiallar üzrə ittihamı şüurlu şəkildə müdafiə edən, saxta materiallara əsasən ittiham irəli sürən, sonradan siyasi nəticələrinə görə separatizmə hüquqi yol açan Prokuror, yəni. Aslan İsmayılov cinayət məsuliyyəti daşıyırmı?, 15:06-cı dəqiqə: “Aslan İsmayılov isə, özünü süddən çıxmış ağ qaşıq kimi demokratiya və azadlıq carçısı obrazında ictimai fikrə, xüsusən Azərbaycanda yeni düzən qurmaq üçün qollarını çırmamış yeni iqtidar komandasına sırayır. Paradoksa baxın. 35 il müddətində Azərbaycan tarixində elə bir qaranlıq hadisə, dolaşıqlıq yoxdur ki. Aslan İsmayılov həmən olayların mərkəzində peyda olmasın”, 15:36-cı dəqiqə: “Adam müəmmalı şəkildə adını və familiyasını dəyişir. Universitetə daxil olduğu və bitirdiyi illəri saxtalaşdırır”, 15:50-ci dəqiqə: “Müəmmalı şəkildə vəzifəsinə, statusuna uyğun olmadan, 1993-cü ilin qaranlıq hadisələrində, Milli Məclisin tribunasında görülür. Əsrin müqaviləsinə qarşı təşkil olunan dövlət çevrilişinin qarşısının alınması kontekstində anti-azərbaycan qüvvələrlə iş birliyində ifşa olunaraq, işdən qovulur. Axı nədən bir insanın həyatında bu qədər qaranlıq hadisə olar? İsmayılov sanki pozucu katalizatordur”, 18:28-ci dəqiqə: “Viza” Hüquq firmasını yaradır. Ancaq bu qurum Azərbaycanda hüquq və azadlıqların qorunması imajını qazana bilmir. Rəhbərinin qaranlıq keçmişi və pula hərisliyi Vizanı o zaman yaranan hüquq şirkətlərinin içərisində ən etibarsız, müvəkkillərinin hüquqlarını qarşı tərəfə satan şirkət kimi tanıdır. Azərbaycanın vəkillik institutunun yaranmasında böyük xidmətləri olan insanların çoxu ona heç salam da vermirdi. İpi qırıq lığı, darda, məhbəsdə olan insanların maraqlarını kağız parçasına dəyişdiyi üçün”, 19:44-cü dəqiqə: “Onun işi daha çox kökündə pul, mal bölgüsü olan proseslərə sızmaq, bir müddət özünü imam övladı kimi göstərib , etibar qazanmaq , daha sonra ona etibar edənlərin maraqlarını qarsı tərəfə satmaqdan ibarət olub. İsmayılov bu saxtakarlıqları ilə əlinə yalnız böyük pullar deyil, həm də uzun müddət dövriyyədə olacaq kompromatlar keçirib. Dövlətin özəlləşdirmə proqramında hansı nazir hansı müəssisəyə çöküb, hansı məmur hansı məmurla biznes ortaqlığı yaradıb, kim hansı sahəni ələ keçirmək üçün, hansı məmuru yolundan necə çəkib. Bu informasiyalara çıxış əldə etməsi Aslan İsmayılova uzun illər kompromatlarla manipulvasiya etmək, onları şantaj alətinə çevirmək şansı yaradıb. Şansı öz aləmində pis qiymətləndirməyib. Azərbaycanda korrupsiyanın çiçəkləndiyi dövrdə o da nəhəm, haram pullar qazanıb”, 21:02-ci dəqiqə: “Saxtakarlıqlarına görə cəlb olunduğu məhkəmələrdə haqqını, hüququnu müdafiə etdiyi şəxslərin biri gəlsin, onu müdafiə etsin”, 21:39-cu dəqiqə: “Bu adamın bütün keçmişi dələduzluq faktları ilə doludur. Azərbaycana göndərilən ilk gündən, silahı saxtakarlıq, böhtan, etibardan sui-istifadə ilə ələ keçirdiyi kompromatlarla şantajdır”, 22:56-ci dəqiqə: “Ümumiyyətlə bu adam neçə illərdir hansı qazancla yaşayır? Saxladığı sürücüyə maaşı necə verir? Bunu bu dələduzdan soruşan yoxdur.... O, illərdir ki, Socardan aylıq haqq alır... Məmmədzadə Aslan İsmayılov üçün təkcə pul dağarcığı deyil, onu böyük pullara çıxaran informasiya bankıdır. Bəlkə də onun bahalı villasının, mərkəzdəki mənzillərinin, bahalı avtomobillərinin maliyyə qaynağı Socar şefi, bunun bir zamanlar günü bir manata kabab çəkib, indi milyonlara nəzarət edən bacanağıdır? Yaxın zamanlarda biz. X30 İsmayıloyu dəfələrlə qırsa da, hələlik sona qədər qopmayan qanadlarının altına alacağını ehtimal edə bilərik ", 24:39-cu dəqiqə: “Bütün ömrünü saxtakarlıqla keçirən Aslan İsmayılov, dırnaq arası elmi fəaliyyətində də bu şakərindən əl çəkməyib”, 26:04-cü dəqiqə: “Sonucda, bu adamın əsl siması ortaya çıxacaq. O zaman, Aslan İsmayılovun zamanında böyük pullar almaq üçün, şantaj etdiyi nazirlərin, komitə sədrlərinin, icra başçılarının, prokurorların, hakimlərin, iş adamlarının böyük bir siması ortaya çıxacaq.... Aslan İsmayılovu Azərbaycana göndərən və bu gün də burada himayə edən.... ” , 29:52-cu dəqiqə: “Ənvəroviçə siz başlayın, arxanızca gəlirik çağırışıdır. Bunları yazan birisi, indi səsinin cır yerinə salıb, sosial şəbəkələr üzərindən topluma plan üzrə zəhər ötürməkdədir. Ramiz Ənvəroviçdən aldığı təlimatlar əsasında harada milli düşüncəli, Azərbaycan Dövlətinin təməllərini sağlam görmək istəyən bir şəxs varsa, ley kimi üzərinə şığıyır, qara yaxır, sözdən salır, haqqında hərzə-hədyan danışır ”. xx.xx.2022-ci il tarixdə yayımlanan “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videoda:06:34-cü dəqiqə: “Azərbaycan Respublikası Prokurorluğundan heç kim Sumqayıt işində Kremlin azərbaycanlılara qarşı sifarişini yerinə yetirmək istəməmişdi. Sonradan Qarakənd əməliyyatında şəhid olan İsmət Qayıbov və daha bir prokurora təkid edilsə də, onlar bu məsələdə, bu xəyanətdə əllərinin olmasını istəməmişdilər. Ona qədər Azərbaycanla heç bir bağı olmayan Aslan İsmayılov isə bu isi həvəslə üzərinə götürdü. Onun Kremlin gözünə girmək həvəsi o qədər yüksək idi ki, Moskvanın tapşırıqlarını sözsüz yerinə yetirərək, prosesin sonunda 4 azərbaycanlı səncə ölüm hökmü istəmişdir ”, 11:53-cü dəqiqə: “Aslan İsmayılovun 1993-cü ildə Milli Məclisdəki çıxışında X25 söylədiyi yalanlar da çoxlarının yadındadır. Guya Stavropolda 8 il hakim, 4 il məhkəmə sədri işləyib. İndi işlətdiyi pasport bilgilərini götürsək, o sözləri deyərkən Aslan İsmayılovun 35 yaşı olub. Belə çıxır ki o, 27 yaşında məhkəmə sədri işləyib? Lap ördək-qaz oğurluğu kimi cinayətləri araşdırsa belə SSRİ-də belə gənc yaşda heç kimi məhkəmə sədri qoymurdular. Axı o zamana qədər həmin diyarda işləyən hakimləri tülkü yemişdi ki, 27 yaşlı gənc məhkəmə sədri təyin edilirdi? Olmaya onun adı, ata adı, savadı kimi doğum tarixi də saxtalaşdırılıb? Bu da istisna deyil”, 13:05-ci dəqiqə: “Amma bir zamanlar onu, xüsusi tapşırıq üzrə Bakıya yerləşdirənlər bu şəxsi bir şəkildə qara günləri üçün bəsləməli idilər. Bu dəfə o, bəxtini vəkillikdə sınamalı oldu. Daha doğrusu sahibləri onu millətə vəkil kimi sırımağa çalışdılar. Amma bu da alınmayıb. Bu gün Facebook səhifəsində azadlığa qarşı etiraz maskası taxıb, hakimiyyətə qarşı saysız-hesabsız çıxışlar edən Aslan İsmayılovun adı bu dəfə də adlı-sanlı vəkillər hakimiyyətin qəzəbinə tuş səlib, həbs edilən şəxslərin müdafiəçisi sırasından çəkilməyib”, 13:41-ci dəqiqə: “O, faktiki olaraq bütün islərini yarımçıq qoyub. Müvəkkillərinin sirlərini qarşı tərəfə satması ilə ad çıxarıb. O, sahiblərini siyasətə transfer məsələsində də məyus etmiş birisidir”, 14:29-cu dəqiqə: “O, sahiblərini siyasətə transfer məsələsində də məyus etmiş birisidir. Bəlkə də, 1993-cü ildə parlament kürsüsünə çıxarılanda Aslan İsmayılova stavka edənlər Sumqayıt hadisələrində olduğu kimi onları yarıdacaqlarını düşünürdülər. Amma olmadı. Yeri gələndə ona dəstək olanları şantaj etməsi, eyni zamanda pul hərisliyi onun siyasi karyerasını başlamamış bitirdi”, 15:50-ci dəqiqə: “Xasiyyəti dayanıqlı olmadığına sörə, ona belə etimad göstərilmir. İndiyənə qədər onu təsir asenti kimi işlədir. Ehtiyac olmayanda isə unudurlar. İsmayılov isə unudulmağını qəbullanmır. Unutqanlara qarşı istifadə etdiyi əsaslar isə şantaja bürünmək, ellə sürünməkdir. Özünü xalqın adamı, məzlumların müdafiəçisi kimi göstərən İsmayılovun şantajları vaxsı işləyir. Elə bunun sayəsində hədəf seçdiyi korrupsionerlər qədər cah-calal içərisində yaşayır”, 17:47-ci dəqiqə: “Hüquqdan dəm vuran bu şəxs, komandasının Azərbaycandakı rəhbəri Ramiz Ənvəroviçə o qədər arxayın olub ki, könlü düşən yerdə torpaq zəbt edib, 3 mərtəbəli ev ucaldıb. Amma Bayıl yamacının Azneft Meydanına çatan hissəsində bağ salıb, sonra bir şantaj həmləsi ilə şəhərin ən bahalı torpaqlarından iri pav qoparmaq onun boğazında qaldı. Bağ salmaq adı ilə soxulduğu ərazidən Aslan İsmayılovun əkdiyi ağacların budağı ilə qovdular ”. Göstərilən bu ifadələrlə təqsirləndirilən şəxs X5 İsmayılovu nüfuzdan salan məlumatları həmin məlumatların həqiqiliyini sübut etmədən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin yaranmasına səbəb olan təqsirləndirilən şəxsin istifadə etdiyi ifadələr aşağıdakılardır: xx.xx.2021-ci il tarixdə yayımlanan “Çıraqov (İsmayılov) Allahverdi (Aslan) başlıqlı videoda:29:24-cü dəqiqə: “Bu açıq-aydın qiyam çağırışı deyilmi? Hakimiyyətə qarşı müxalifətə keçin, mən sizə yenə beyət edəcəm demək deyilsə, bəs nədir? Öz ağıllarınca iqtidarlarını qoruyurlar. Məxfi planlar qurub, Azərbaycan Dövlətinin möhkəmlənməsinin, müstəqilliyinin təminat altına almasının qarşısını almağa çalışırlar. 2014-cü ilin yazında yayılan bu məqalə, əslində mənəviyyat manifesti yox, əsl qiyam planıdır ’’. Yuxarıda sadalanmış ifadələrin Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında göstərilmiş hallarla qarşılıqlı təhlilindən müəyyən olunur ki, X32 İsmayılovu xarici qüvvələrin təsiri ilə dövlət əleyhinə açıq çağırışlar etməkdə ittiham edir və göstərilən ifadələrin öz təsdiqi tapması ilə bağlı təqsirləndirilən şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə həmin ifadələri X19 İsmayılova AR CM-nin 281.3-cü maddəsi ilə (ağır cinayət) böhtan atması kimi qiymətləndirir. Belə ki, AR CM-nin 281.3-cü maddəsinə əsasən bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. xx.xx.2022-ci il tarixdə yayımlanan “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videoda: 09:23-cü dəqiqə: “Çünki, bu gün də ictimaiyyətdə Aslan İsmayılov kimi tanıdılan şəxs dövriyyəyə indiyə qədər bir necə adla buraxılıb. Adı gah Allahverdi olub, gah Aslan, gah soyadı İsmayılov olub. Hətta ilkin sənədlərdəki adı da başqadır. Nə bilmək olar? Bəlkə Kreml bunu təhlükə yaranacağı anda onu Azərbaycan sərhədlərindən alternativ pasportla çıxarmaq üçün edib? Bu haqda təkcə sənədlər deyil, şərti adı Aslan İsmayılov olan şəxsin özü də danışır. Gah soyadını bəyənməyib babasının adından özünə soyad götürdüyünü, gah Allahverdi adını bəyənməyib Asdan adlı əmisindən özünə ad düzəltdiyini deyir Ancaq, şübhə yoxdur ki, bu təşəbbüslər onun deyil, onu Azərbaycana xüsusi işlər üzrə casus kimi göndərənlərin ideyasıdır”, 19:58-ci dəqiqə: “Bir müddət öncə, onun Vəkillər Kollegiyasına bərpa edilməsi məsələsi gündəmə gətirildi. Hətta ən qısa zamanda onun vəkil kimi qanuni fəaliyyətinə icazə veriləcək xəbərləri yayıldı. Əcəba niyə görə? Niyə ölkədə uzun müddətdir cəmiyyətin açılmasını gözlədiyi Tərtər işinin istintaqı ərəfəsində heç kim əsir deyil ki. Azərbaycan ordusuna qarsı böyük bir xəyanət planı bu adı bilinməz şəxsdən Aslan İsmayılov obrazını yaradıb Azərbaycana göndərən mərkəz tərəfindən hazırlanıb və həyata keçirilib. Görünür indi də, ortaya çıxa biləcək iddiaları zamanında zərərsizləşdirmək üçün İsmayılovu istintaqda adı keçən önəmli bir şəxsin yanına, vəkil obrazında yerləşdirmək istəyiblər. Onun vasitəsi ilə gərəkli bilgiləri öyrənib, önləm almaq üçün Rusiya son dönəmlər açıq aydın buradakı ölü hüceyrələrini canlandımağa başlayıb”. Göstərilən bu ifadələr isə X19 İsmayılovu casusluq edərək dövlətə xəyanətdə ittiham etməklə ona AR CM-nin 274-cü maddəsi ilə (xüsusilə ağır cinayət) böhtan atmasının göstəricisidir. AR CM-nin 274-cü maddəsinə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin yaranmasına səbəb olan təqsirləndirilən şəxsin istifadə etdiyi ifadə aşağıdakılardır (məhkəmə-linqvistik ekspertizasının rəyi nəzərə alınmaqla): xx.xx.2021-ci il tarixdə yayımlanan “Çıraqov (İsmayılov) Allahverdi (Aslan) başlıqlı videoda: 11:49-cu dəqiqə: “Azərbaycan Respublikası Prokurorluğunda Sovetlər Birliyi üçün son dərəcədə önəmli bir məsələnin araşdırılması, yox, qarışdırılması üçün yaradılan qrupun Prokuroruna çevirir İstintaqı aparmış rusiyalılara saxta ittihamı irəli sürmək üçün bir satqın azərbaycanlı lazım idi. Aslan İsmayılov bu rolu sevə-sevə üzərinə götürür”, 15:50-ci dəqiqə: “İsmayılov sanki pozucu katalizatordur”, Bir proses başlayır, irəliləyir , bu adam heç yerdə görünmür. Və Kreml o prosesi pozmaq istəyərkən , qəfildən, çox müəmmalı şəkildə olayların tam mərkəzində peyda olur. Orada suları Kremlin xeyrinə duruldandan sonra, sahibləri onu başqa gölməçəyə atır”. 17:26-cı dəqiqə: “Bu bəlkə də onun xəstə təxəyyülünün məhsuludur”, 18:28-ci dəqiqə: Rəhbərinin qaranlıq keçmişi və pula hərisliyi Vizanı o zaman yaranan hüquq şirkətlərinin içərisində ən etibarsız, müvəkkillərinin hüquqlarını qarşı tərəfə satan şirkət kimi tanıdır”, 18:28-ci dəqiqə: “İpi qırıqlığı, darda, məhbəsdə olan insanların maraqlarını kağız parçasına dəyişdiyi üçün”, 19:44-cü dəqiqə: “Onun işi daha çox kökündə pul, mal bölgüsü olan proseslərə sızmaq, bir müddət özünü imam övladı kimi göstərib , etibar qazanmaq , daha sonra ona etibar edənlərin maraqlarını qarsı tərəfə satmaqdan ibarət olub. İsmayılov bu saxtakarlıqları ilə əlinə yalnız böyük pullar deyil, həm də uzun müddət dövriyyədə olacaq kompromatlar keçirib. Dövlətin özəlləşdirmə proqramında hansı nazir hansı müəssisəyə çöküb, hansı məmur hansı məmurla biznes ortaqlığı yaradıb, kim hansı sahəni ələ keçirmək üçün, hansı məmuru yolundan necə çəkib. Bu informasiyalara çıxış əldə etməsi Aslan İsmayılova uzun illər kompromatlarla manipulvasiya etmək, onları şantaj alətinə çevirmək şansı yaradıb”, 27:19-cu dəqiqə: “Pul, para, mənsəb üçün bir insan nə qədər alçalarmış’’, 27:29-cu dəqiqə: “Yaltaq mənəviyyatın batsın”. xx.xx.2022-ci il tarixdə yayımlanan “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videoda: 13:41-ci dəqiqə: “Nə savadı, nə əxlaqı serçək bir hüquq müdafiəçisi vəkil olmasına imkan vermir”, 19:21-ci dəqiqə: “Belə sərsəmlər onu sosial şəbəkə yaradıcılığında olanlardır. Dediklərindən belə çıxır ki, Bəxtiyar Vahabzadənin “Gülüş ” poemasını ondan İlham alaraq yazıb. Qara Qarayevin “İldırımlı Yollar” baletini, Fikrət Əmirovun “X45”, İsa Muğannanın “İdealı” onun həyat yaradıcılığına ithaf edib. Tam bir şizofren”, 15:50-ci dəqiqə: “Xasiyyəti dayanıqlı olmadığına görə, ona belə etimad göstərilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun mütəxəssisi cəlb edilməklə verilmiş 03 may 2023-cü il tarixli, 4/113 saylı rəyinin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim olunan mətndə ümumi məzmun və üslüb xüsusiyyətləri ilə səsləşən mənfi səciyyəli ifadələrin bir qismi daxili keyfiyyət və münasibətlərin təsviri üçün işlədilmişdir. Mətndə işlədilmiş bu tipli ifadələr mənfi mənəvi dəyərlərə malik olan şəxsə şamil oluna biləcəyindən aid edildiyi insan haqqında mənfi rəyin formalaşmasına xidmət edir və kontekstdə mənfi məzmunun formalaşması üçün alət kimi işləndiyi müşahidə olunur. Məlumdur ki, şərəf və ləyaqətin alçaldılması iki şəkildə ifadə oluna bilər: 1. Dolayı yolla şərəf və ləyaqətin alçaldılmasına yönəlmiş ifadə tərzi; 2. Birbaşa qeyri-etik və vulqar formada. Bir çox hallarda təhqir və ləyaqətin alçaldılmasına yönəlmiş faktlar kütləvi şəkildə yayıldığı halda məlumat kimi doğru və ya yanlış olması belə əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə ekspert rəyinin əsaslandırıcı hissəsində ekspertin və cəlb edilmiş dilşünas mütəxəssisin hər bir söz və ifadə ilə bağlı gəldikləri qənaəti ətraflı və tam təfərrüatı ilə əsaslandırdıqlarını nəzərə alaraq müvafiq ekspert rəyi ilə razılaşır və yuxarıda qeyd olunan söz və ifadələri təhqir kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək İsmayılov Aslan Ziyəddin oğlunu təhqir etmək və ya ona böhtan atmaq niyyətinin olmadığını bildirərək jurnalist olaraq araşdırma aparmasına və Aslan İsmayılova suallar ünvanlanmasına, jurnalist kimi ifadə azadlığının olmasına və onun təşbihlərdən istifadə etməsinin qəbuledilən olmasına istinad etsə də, məhkəmə qeyd edir ki, ifadə azadlığının olması özü-özlüyündə həmin azadlığın həyata keçirilməsi zamanı başqa şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Belə ki, hər kəsin fikir, söz və ifadə azadlığı olduğu kimi şərəf və ləyaqətinin müdafiəsi hüququ da var. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Əsas insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Kovensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Məhkəməsinin mövqeyinə əsasən ifadə azadlığının həyata keçirilməsi öhdəlik və vəzifələrlə müşayiət olunur və 10-cu maddənin jurnalistlərə verdiyi təminat belə bir şərtə bağlıdır ki, onlar jurnalistika etikasına uyğun olaraq düzgün və mötəbər informasiyanı təmin etmək üçün vicdanla hərəkət etməlidirlər (digər qərarlarla yanaşı bax: “Radio France” və başqaları Fransaya qarşı, ərizə № 53984/00, 37-ci bənd, AİHM 2004-İİ; və Kolombani və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 65-ci bənd). Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsi ilə bağlı qəbul etdiyi qərarlarında ardıcıl olaraq belə qənaətə gəlmişdir ki, mətbuatın rolunun ictimaiyyəti dərhal məlumatlandırmaq olması ilə yanaşı, adlarını və vəzifələrini qeyd etməklə xüsusi şəxsləri birbaşa ittiham etmə faktı ərizəçiləri öhdəlik altında qoyur ki, öz bəyanatları üçün kifayətedici faktiki əsası təmin etsinlər (bax, yuxarıdakı Kumpana və Mazare, § 101 və Lesnik Slovakiyaya qarşı, № 35640/97, § 57, İHAM 2003-İV). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 22-ci bəndinə əsasən fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırki halda X2 nümayiş etdirilən internet informasiya ehtiyatından yaydığı məlumatları təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi nəticə olaraq - Aslan İsmayılovun şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Belə olan halda məhkəmənin A.Muradxanovanın təhqir və böhtan cinayətlərində təqsirli bilməsi heç də onun ifadə azadlığının pozulması ilə deyil, əksinə onun ifadə azadlığının qanunla müəyyən edilmiş hədlərindən kənara çıxmasını və nəticədə digər şəxsin şərəf və ləyaqətinin alçaldılmasını şərtləndirən xususat kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının nümayəndəsinin ifadələrinin, ekspert rəyinin, iş materiallarına əlavə edilmiş videodiskin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 törətdiyi əməllər AR Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixdə yayımlanan “Çıraqov (İsmayılov) Allahverdi (Aslan) başlıqlı videonun kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayımlamdığı tarixdən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs X7 özünü ümumiyyətlə ona irəli sürülmüş ittihamda təqsirli bilmədiyini və bəraətverici əsas hesab edilməyən əsasla, yəni AR CPM-nin 39.1.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsinə razılığının olmamasını nəzərə alaraq həmin epizod üzrə onun təqsirli olması qənaətinə gələrək cəza təyini zamanı həmin videodakı söz və ifadələrin nəzərə alınmaması və təqsirləndirilən şəxsə yalnız xx.xx.2022-ci il tarixli “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videoda işlədilmiş təhqir və böhtan xarakterli söz və ifadələrə görə cəza təyin edilməsi qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə yayımlanan “Çıraqov (İsmayılov) Allahverdi (Aslan) başlıqlı videonun kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayımlamdığı tarixdən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi cinayətin təkrar törədilməsinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmasını da istisna edir. Məhkəmə təqsirləndirilən şəxs X7 qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hüquqi dövlət quruculuğunda jurnalist kimi onun da mühüm rol oynamasını, jurnalist olaraq vətəndaşların hakimiyyət strukturları üzərində nəzarətini həyata keçirən və demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirən şəxslərdən biri olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X7 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X9 AR CM-nin 147.2-ci maddəsi ilə cəza təyin edilərkən onun barəsində müəyyən edilmiş yüngülləşdirici halların məcmusu müstəsna hal kimi qiymətləndirilməklə həmin maddəyə AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi AR CM-nin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül olan cərimə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Xüsusi ittiham qaydasında şikayət ərizəsində xüsusi ittihamçı “YouTube” sosial şəbəkəsində “Prime TV Azerbaijan” kanalında yayımlanmış xx.xx.2021 -ci il tarixdə yayımladığı “Çıraqov (İsmayılov) Allahverdi (Aslan)" və xx.xx.2022-ci il tarixli “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videoların silinməsi öhdəliyinin X7 üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2021 -ci il tarixdə yayımladığı “Çıraqov (İsmayılov) Allahverdi (Aslan)" başlıqlı videonun artıq “YouTube” sosial şəbəkəsində olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin öhdəliyin X7 üzərinə qoyulması zərurəti aradan qalxmışdır. xx.xx.2022-ci il tarixli “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videoya gəlincə isə məhkəmə aparılmış məhkəmə istintaqı nəticəsində həmin videoda İsmayılov Aslan Ziyəddin oğlunun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan söz və ifadələrin olmasının müəyyən edildiyini və öz təsdiqini tapdığını nəzərə alaraq YouTube” sosial şəbəkəsində “Prime TV Azerbaijan” kanalında yayımlanmış xx.xx.2022-ci il tarixli “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videonun sosial şəbəkədən silinməsini zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına, AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzasına, AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə ona qəti cəza təyin edilməli, ekspertiza tədqiqatının dəyəri 250 manat X6 tutularaq dövlət nəfinə ödənilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, “YouTube” sosial şəbəkəsində “Prime TV Azerbaijan” kanalında yayımlanmış xx.xx.2022-ci il tarixli “ASLAN İSMAYİLOV KİMİN İMAMİDİR” başlıqlı videonun silinməsi öhdəliyi X7 üzərinə qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına, AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1200 manat məbləğində cərimə cəzasına, AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə X9 AR CM-nin 147.1 və 148-ci maddələri təyin edilmiş cərimə cəzaları ona AR CMnin 147.2-ci maddəsi ilə təyin edilmiş 1200 manat cərimə cəzası əhatə olunsun və ona qəti olaraq 1200 manat məbləğində cərimə cəzası təyin olunsun. Ekspertiza tədqiqatının dəyəri 250 manat X6 tutularaq dövlət nəfinə ödənilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar