Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-159/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu Hişkədərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu aldadıb, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 3 otaqlı evi ilkin ödəniş 8.400 manat, ayda 350 manat ödəmək şərti ilə, ümumi 32.000 manata satacağını vəd edib, 07 oktyabr 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Asan 4» xidmətində 8400 manat pulunu alıb ələ keçirərək, vermiş olduğu vədi əməl etməyib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Masallı rayonu Hişkədərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. 2018-ci ildə ərinin təklifi ilə onu həbsdən azad edilməsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən üç otaqlı həyət evinin satışına dair sosial şəbəkələrdə elan yerləşdirmişdir. 07 oktyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən üç otaqlı həyət evinin satışı ilə bağlı əlaqə saxladığını demiş, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 3 otaqlı evi ilkin ödəniş 8.400 manat, ayda 350 manat ödəmək şərti ilə, ümumi 32.000 manata satacağını bildirmişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşdıqdan sonra onunla ünvan 2 ünvanında yerləşən «Asan 4» xidmətdə görüşmüş, evin çıxarışı olmadığı üçün o, Zərərçəkmiş şəxs 8400 manat ilkin ödəniş alaraq 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunda Zərərçəkmiş şəxs etibarnamə vermişdir. Lakin daha sonra əri evi satmaqdan imtina etdikdə Zərərçəkmiş şəxs etiraz edərək ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Zərərçəkmiş şəxs aldığı pulu şəxsi ehtiyaclarına sərf etdiyi üçün müxtəlif bəhanələr gətirməklə vaxt qazanmağa çalışmış, lakin, aldığı pulu geri qaytara bilməmiş, Zərərçəkmiş şəxs verdiyi vədə əməl etməmişdir. Zərərçəkmiş şəxs onun hərəkətləri barədə polisə müraciət etmiş, həbs edilməkdən qorxduğu üçün Zərərçəkmiş şəxs aldığı pulu geri ödəmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı şikayət və tələb yoxdur. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs “Tap.az” sosial şəbəkisindən yerləşdirilmiş elan vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən üç otaqlı həyət evinin satışına dair sosial şəbəkədə elan yerləşdirmiş, o, elanda olan mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən üç otaqlı həyət evinin satışı ilə bağlı əlaqə saxladığını demiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 3 otaqlı evi ilkin ödəniş 8.400 manat, ayda 350 manat ödəmək şərti ilə, ümumi 32.000 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşdıqdan sonra onunla ünvan 2 ünvanında yerləşən «Asan 4» xidmətdə görüşmüş, evin çıxarışı olmadığı üçün o, Təqsirləndirilən şəxs 8400 manat ilkin ödəniş etmiş, Təqsirləndirilən şəxs 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunda ona etibarnamə vermişdir. Bir müddət sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən üç otaqlı həyət evinə baxmağa getmiş, lakin, həyət evinin başqa şəxsə satıldığını müəyyən etmişdir. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq etdiyi hərəkətin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün evi başqa şəxsə satdığını, ondan aldığı pulu hissə-hissə geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq ona 900 manat ödəmiş, lakin, sonradan geri qalan 7500 manatı ödəməkdən imtina etmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu Sidqi Həbibbəyli tərəfindən təsdiq olunaraq 7E42705 nömrəsi ilə reyestrdə qeyd edilmiş, 50 il müddətinə etibarlıq müddəti olan 07 oktyabr 2018-ci il tarixli ƏN-İ 705413 nömrəli etibarnamənin kserosurətindən görünür ki, Masallı rayonu Hişkədərə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi, icazə verilmiş bütün əqdlərin bağlanması və bununla bağlı digər səlahiyyətlər ünvan 4 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinin 64-cü vərəqəsində olan 13 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSYnə təhvil verilmişdir. Cinayət işinin 97-99-cu vərəqələrində olan 14 noyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 100-101-ci vərəqələrində olan 14 noyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-41-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə onun sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətlənidirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 noyabr 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, ona təyin olunacaq cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün nəzərə alınaraq, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-159/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-159/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver