Məhkəmə qərarları › İş №1(008)-16/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-16/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-16/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Qulamlı oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə tanışı X3 ilə təcridxana rəhbərliyinin icazəsi ilə görüşəndən sonra təcridxananın əməkdaşları tərəfindən üstünə və bədəninə baxış keçirilərkən X3 tərəfindən ona ötürülən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi və ağız boşluğunda gizlədib saxladığı 1 ədəd xırda bağlamada narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış 0,175 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi cinayətə görə Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçildiyindən Bakı İstintaq təcridxanasında saxlanılmışdır. xx.xx.2019-cu ildə onunla İstintaq təcridxanasında görüşdən sonra kameraya aparılarkən üstünə və bədəninə baxış veçirilmiş, ağız boşluğunda narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni azadlıqda olarkən təsadüfən tanış oduğu Həsən adlı şəxs göndərmişdir. Azadlıqda olarkən Həsənlə birlikdə bir dəfə narkotik vasitə qəbul etmişdir. Həbs olunması barədə Həsən bildikdən sonra ona vermək üçün Rənaya konfet gətirmiş və həmin konfetin içərisinə narkotik vasitə qoymuşdur. Həsənin Rəna ilə əvvəlcədən heç bir tanışlığı olmamışdır. Həsənin onun həbs olunana qədər Sabunçu qəsəbəsində kirayədə yaşaması barədə məlumatı olmuşdur. Şahmurad həbs olunandan sonra soraqlaşaraq həmin evi tapmış və Rənaya istintaq təcridxanasına Şahmurada ötürmək üçün konfet gətirmiş, narkotiki də həmin konfetlərin birinin içərisinə qoymuşdur. Bu barədə ona Rəna Məmmədova bildirmişdir. Görüş zamanı Rəna ilə çay içərkən o əl çantasından 1 neçə ədəd uzunsov formalı, yaşıl kağızda konfetlər çıxarmışdır. Həmin konfetlərdən birini götürüb açarkən içərisində narkotik vasitə və limon duzunu ayrı-ayrı sellofanlara bükülməsini bilmiş və ağzında gizlətmişdir. O, həmin konfetləri gətirdiyi sovqatın içərisindəki digər konfetlərin arasından götürmüş, ağız boşluğunda istifadə etmək üçün gizlətmiş, lakin görüşdən sonra saxlandığı kameraya aparılarkən üstünə və bədəninə baxış keçirilən zaman narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il saat 11:15 radələrində Bakı istintaq təcridxanasının 7 saylı recim korpusunun 62-ci kamerasında saxlanılan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yanına görüşə gəlmiş, Bərdə şəhəri, R.Rza küçəsi, ev-56 ünvanda qeydiyyatda olan vətəndaş X3 ilə görüş otağında görüşdükdən sonra, həmin tarixdə saat 13:30 radələrində görüş otağından saxlandığı kameraya aparılarkən özünü şübhəli apardığına görə nəzarət buraxılış məntəqəsində hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman ağzından 2 (iki) ədəd sellofan bükülüdə, 1-ci sellofan bükülünün içərisində tünd-qəhvəyi rəngli, 2-ci sellofan bükülünün içərisində isə ağ rəngli xüsusi iyə malik narkotik maddəyə oxşar maddə aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının əməkdaşları Şahid5 oğlu və Şahid4 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 29-cu vərəqəsində olan xx xxxxx 2019-cu il tarixli protokodan görünür ki, Şahid1,Şahid2, Şahid4, Şahid3, Şahid7, Şahid6 və Ə.Omarovun iştirakı ilə Bakı İstintaq Təcridxanasının nəzarət buraxılış məntəqəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı ağzından 02 ədəd sellofan bükülüdə, 1ci sellofan bükülünün içərisində tünd qəhvəyi rəngli, 2-ci sellofan bükülünün içərisində isə ağ rəngli xüsusi iyə malik narkotik maddəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 15-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 93 (doxsan üç) manat 40 (qırx) qəpik müəyyən edilmişdir. Cinayət işinin 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 11227 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, içərisində bir büküm qəhvəyi rəngli toz şəkilli təmiz çəkisi 0,175 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Çəkisi 0,036 qram olan ağ rəngli kristal formada olan maddə isə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrə aid olmayan limon duzudur. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,155 qramdır. Cinayət işinin 84-85 vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2029-cu il tarixli, 2386 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 142-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 141-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/203 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti 63№-li” ştamp əksi olan paketə qablaşdırılmış, bir ədəd üzərində “Təqsirləndirilən şəxs gəlmiş bacısı vət. Məmmədova Rəna..... üzərinə baxış keçirilən zaman aşkar olunmuş.....” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,155 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan ağ rəngli kristal formada olan maddə isə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrə aid olmayan limon duzudur. İlkin tədqiqat zamanı heroinin təmiz çəkisi 0,175 qram olmuşdur. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,105 qramdır. Cinayət işinin 145-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 0,155 qram olan heroin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,105 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmişdir. Cinayət işinin 147-182-ci vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-177/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 (altı) gün şübhəli şəxs kimi həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasında çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəzaya Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası tamamilə birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)- 160/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdən həbs qətimkan tədbiri seçildiyi təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-177/2019 saylı hökmü ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0,105 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 207 (iki yüz yeddi) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-177/2019 saylı hökmü ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə tam toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 500 (beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,105 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 207 (iki yüz yeddi) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar