Məhkəmə qərarları › İş №1(008)-160/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-160/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-160/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs16, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.S.Zeynalov küçəsi, ev 5-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəlində gecə saatlarında Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, «Bağlar Massivi»ndə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan anbardan 350 manat dəyərində müxtəlif növ dəmir alətləri, 300 manat dəyərində 01 ədəd kondisioneri, 30 metr olmaqla bir metri 3 manat olan 90 manat dəyərində rezin borunu, 400 manat dəyərində armaturları, 20 metr olmaqla bir metri 2 manat olan 40 manat dəyərində elektrik naqillərini və 70 manat dəyərində sobanı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs14 1.250 (bir min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, PirZərərçəkmiş şəxs34 küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, evdə olan 60 manat dəyərində 30 metr uzunluğunda 4 mm-lik elektrik naqilini, 280 manat dəyərində 800 metr uzunluğunda 4 mm-lik elektrik naqilini, 150 manat dəyərində 03 ədəd havalandırma pəncərəsini, 224 manat dəyərində 800 metr uzunluğunda 2,5 mm-lik elektrik naqilini, 5 manat dəyərində 01 ədəd kəlbətini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs13 ümumilikdə 719 (yeddi yüz on doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,586 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X11 Kərpic Zavod yolu yaxınlığına daşımış və 20 yanvar 2022-ci il tarixdə saat 14:38-də həmin ünvanda Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq 15-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,586 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Təqsirləndirilən şəxs təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olraq oradan 800 manat dəyərində divara bərkidilmiş elektrik naqilini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs15 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında X2 məxsus Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, YYM-də yerləşən fərdi yaşayış evinə qonaq otağının plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq, yataq otağındakı şkafın içində olan paltarın cibindən ümumi dəyəri 1.000 manat olan qızıl-zinət əşyalarını və mətbəxdə olan mebelin içərisindəki şəkər ölçən aparatın içərisində saxlanılan 3.000 manat nağd pulu gizli olaraq talayaraq, zərərçəkmiş şəxs Firudin Məmmədova ümumilikdə 4.000 manat (dörd min) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən nömrəsiz bağ evinə qapının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, mənzildən 01 ədəd 800 manat dəyərində «ECA» markalı kombi aparatını, 01 ədəd 200 manat dəyərində «Sony Bravia» markalı plazma televizoru və 01 ədəd 150 manat dəyərində «Steels» markalı velosipedi gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs26 ümumilikdə 1.150 manat (bir min yüz əlli) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin mart ayının əvvəlində gecə saatlarında Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz bağ evinə pəncərə üzərində olan dəmir barmaqlığı sındırmaqla qanunsuz daxil olaraq, mənzildən 01 ədəd 200 manat dəyərində samovarı, 01 ədəd 100 manat dəyərində su mühərrikini və 01 ədəd 200 manat dəyərində tozsoranı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs10 ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 mart 2022-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz bağ evinə mətbəxin pəncərəsini sındırmaqla qanunsuz daxil olaraq, mənimdən 01 ədəd «Novella» markalı su qızdırıcını (kombi aparatını) gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs12 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin mart ayının ortalarında gecə saat 02 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən fərdi yaşayış evinə pəncərə üzərində olan dəmir barmaqlığı sındırmaqla qanunsuz daxil olaraq, qonaq otağında olan 01 ədəd 1.500 manat dəyərində «Sony» markalı, 01 ədəd 1.000 manat dəyərində «Samsung» markalı, 01 ədəd 500 manat dəyərində plazma televizorları və ümumi dəyəri 1.000 manat olan müxtəlif qab-qacaqları gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs11 ümumilikdə 4.000 manat (dörd min) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, YYM, nömrəsiz fərdi yaşayış evinə qonaq otağının plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq, yataq otağında olan əl çantasının içərisindən 01 ədəd 1.200 manat dəyərində 583 əyarlı, 18 qram çəkidə qızıl boyunbağını, ümumi dəyəri 500 manat olan, 583 əyarlı, hər birinin çəkisi 3 qram olan, 02 ədəd «Alyans» modelli qadın üzüyünü, ümumi dəyəri 300 manat olan, 583 əyarlı, hər birinin çəkisi 3 qram olan, 02 ədəd qızıl dişi, 60 manat nağd pulu və yataq otağında olan dolabın üzərindəki örtüyün altında olan 500 manat nağd pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 2.560 manat (iki min beş yüz altmış) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 mart 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs5 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə qonaq otağının zirzəmisindən qanunsuz daxil olaraq, mətbəxdə olan 1.300 manat dəyərində 01 ədəd «LG» markalı televizoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 aprel 2022-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM-də yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı şkafın içindən 01 ədəd 250 manat dəyərində smartfon tipli qol saatını, 01 ədəd 900 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 100 manat dəyərində qızıl klonu, 01 ədəd 50 manat dəyərində «Nokia» markalı mobil telefonu, ümumi dəyəri 200 manat olan müxtəlif çeşidli gümüş bujiteriayanı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs6 ümumilikdə 1.500 manat (bir min beş yüz) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin aprel ayının əvvəlində gecə saatlarında Zərərçəkmiş şəxs19 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivi 45-ci dalanda yerləşən bağ evinin dəmir darvazasını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs19 1.200 (bir min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin aprel ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Bayramov küçəsində yerləşən nömrəsiz bağ evinə qonaq otağının pəncərəsindən qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabında saxlanılan qırmızı rəngli qızıl qabının içərisindən 02 ədəd brilyant qaşlı qadın üzüyünü, 01 ədəd qızıl boyunbağını, 01 cüt yarpaq formasında brilyant qaşlı sırğanı və 01 ədəd qızıl qolbağı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs21 ümumilikdə 4.000 (dörd min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs33 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları, 42-ci dalan, nömrəsiz bağ evinə qanunsuz daxil olaraq, oradan 550 manat dəyərində 01 ədəd “LG” markalı paltaryuyanı, 600 manat dəyərində 01 ədəd “Çinar” markalı soyuducunu və 100 manat dəyərində 50 metr uzunluğunda mis materialdan olan elektrik kabelini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs33 ümumilikdə 1.250 (bir min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs29 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, X8 yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, mənzildən 1.700 manat dəyərində 01 ədəd su qızdırıcı aparatı (kombi), 300 manat dəyərində 50 litr həcmli 01 ədəd elektrik su qızdırıcını, ümumi dəyəri 500 manat olan istifadə olunmamış nahar və çay dəstini, 150 manat dəyərində 01 ədəd tozsoranı, 250 manat dəyərində 01 ədəd ət çəkən maşını və 100 manat dəyərində 01 ədəd elektrik çaydanı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs29 ümumilikdə 3.000 (üç min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 may 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs27 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, yataq otağında olan dolabın üzərindəki çantanın içərisindən 350 manat dəyərində 01 ədəd 04 qram çəkidə qızıl qadın üzüyünü, 300 manat dəyərində 01 ədəd nişan üzüyünü, 350 manat dəyərində 01 ədəd sadə qaşlı qızıl qadın üzüyünü, 550 manat dəyərində 01 ədəd 07 qram çəkidə qızıl boyunbağını, 450 manat dəyərində 06 qram çəkidə 01 cüt qızıl sırğam, 350 manat dəyərində 4,5 qram çəkidə qızıl qolbağı, ümumi dəyəri 600 manat olan 02 ədəd qızıl qolbağı və 50 manat dəyərində gümüş qolbağı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs27 ümumilikdə 3.000 (üç min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 may 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM-də yerləşən fərdi yaşayış evinə yataq otağının pəncərəsindən qanunsuz daxil olaraq, oradan hər biri 150 manat olan 02 ədəd qol saatını və 800 manat dəyərində bir cüt qızıl sırğanı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs30 ümumilikdə 1.100 manat (bir min yüz) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 may 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic Bağlar massivində yerləşən bağ evinə pəncərədən qanunsuz daxil olaraq, mənzildən 850 manat dəyərində «Aiwa» markalı 01 ədəd musiqi mərkəzini, 35 manat dəyərində 01 ədəd nərdtaxtanı, 40 manat dəyərində «Marcos» markalı 01 ədəd su nasosunu, ümumi dəyəri 100 manat olan 04 ədəd su vintillərini, ümumi dəyəri 10 manat olan 02 ədəd «Arco» tipli vintilləri, ümumi dəyəri 120 manat olan 08 ədəd plastik pəncərənin qoruyucu torlarının çərçivələrini, ümumi dəyəri 15 manat olan 06 ədəd «Mətanət A» firmasına məxsus yapışqanları, ümumi dəyəri 75 manat olan 15 ədəd elektrik qapayıcılarını, ümumi dəyəri 30 manat olan 10 ədəd plastik boru başlıqlarını və 35 manat dəyərində 01 ədəd elektrik çaydanının alt hissəsini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs8 ümumilikdə 1.310 manat (bir min üç yüz on) dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, YYM-də yerləşən daş sexinə qapını sındırmaqla qanunsuz daxil olaraq, oradan 04 ədəd daş kəsimi üçün nəzərdə tutulmuş dəzgahların mühərrikini və dəzgahlara birləşdirlmiş elektrik naqilini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 3.000 manat (üç min) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs1 yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyində yerləşən bağ evinə pəncərədən qanunsuz daxil olaraq, mənzildən 1.500 manat dəyərində 01 ədəd qızıl boyunbağını, 200 manat dəyərində 01 ədəd uşaq boyunbağısını, 50 manat dəyərində 01 ədəd klonu, 800 manat dəyərində 01 ədəd nişan üzüyünü, ümumi dəyəri 300 manat olan 02 ədəd qızıl üzüyü və bankanın içində saxlanılan 120 manat nağd pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 2.970 manat (iki min doqquz yüz yetmiş) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs34 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən 22 saylı evin həyətinə qanunsuz daxil olaraq, həyətdə olan hamamın üstündə quraşdırılmış 150 manat dəyərində 01 ədəd bir tonluq dəmir su çənini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs34 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs35 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM, nömərsiz fərdi yaşayış evinə yataq otağının plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq, otaqdakı dolabın içərisində olan 1.450 manat nağd pulu və yataq otağındakı şkafın içində olan 600 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl qolbağını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs35 ümumilikdə 2.050 (iki min əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyun 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs36 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağ massivi, 34-cü dalanda yerləşən 982 nömrəli bağ evinə qanunsuz daxil olaraq, həyətdə olan 01 ədəd 1.000 manat dəyərində, üç tonluq «Şimşek» markalı plastik su çənini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs36 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyun 2022-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs22 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinə qanunsuz daxil olaraq, həyətdə olan 500 manat dəyərində 01 ədəd «Stels» markalı velosipedi gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs22 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəlində gecə saatlarında Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic Bağları massivində yerləşən nömrəsiz bağ evinə pəncərə üzərində olan dəmir barmaqlığı sındırmaqla qanunsuz daxil olaraq, mənzildən 1.000 manat dəyərində 01 ədəd samovarı, 2.50 manat dəyərində 01 ədəd 52 sm diaqonallı, «Samsung» markalı televizoru və 1.250 manat dəyərində 01 ədəd səsgücləndiricini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs18 ümumilikdə 2.500 manat (iki min beş yüz ) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəlində gecə saatlarında Zərərçəkmiş şəxs25 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı bağlar massivində yerləşən fərdi yaşayış evinə plastik giriş qapısını açmaqla qanunsuz daxil olaraq, oradan 01 ədəd «Samsung» markalı, 102 sm diaqonallı televizoru, müxtəlif qab-qacaq dəstini, geyinilmiş kişi və qadın paltarlarını, 06 dəst təmir-tikinti alətlərini, hamam aksesuarlarını, elektrik naqilini həyətdə olan yardımçı tikilidəki 01 ədəd kombi aparatını və su mühərrikini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs25 ümumilikdə 3.000 manat (üç min) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəlində Zərərçəkmiş şəxs20 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz bağ evinə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 200 manat olan 13 ədəd dəmir turbanı, futbol oynamaq üçün quraşdırılmış ümumi dəyəri 100 manat olan 02 ədəd dəmir qapını, 80 manat dəyərində 01 ədəd dəmir manqalı, ümumi dəyəri 100 manat olan 5x15 ölçüdə 07 ədəd 6 metr uzunluğunda taxtanı, ümumi dəyəri 200 manat olan armaturları və həyətdə olan yarımtikilidəki 20Q manat dəyərində dəmiri, çuqun vannanı və dəmir çəlləyi gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs20 ümumilikdə 880 (səkkiz yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyun 2022-ci il tarixdə saat 20-21 radələrində Zərərçəkmiş şəxs32 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 aprel küçəsi, nömrəsiz evin həyətinə qanunsuz daxil olaraq, həyətdə olan 300 manat dəyərində 01 ədəd velosipedi gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs32 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyun 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs37 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, YYM-də yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə olan 300 manat dəyərində 01 ədəd samovarı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs37 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs38 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq, mənzildən ümumi dəyəri 600 manat olan 01 ədəd «LG» markalı televizoru, 02 ədəd kreslonu, yorğan döşək dəstini, müxtəlif qab-qacaqları, stol-stulları və elektrik naqilini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs38 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs39 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz bağ evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq, mənzildən ümumi dəyəri 5.000 manat təşkil edən 01 ədəd 1807-ci il istehsallı antik samovarı, müxtəlif qabqacaq dəstini, divardan asılmış meşə və çay mənzərəli 01 ədəd foto-tablonu və mənzilin elektrik naqillərini kəsib gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs39 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında gecə saatlarında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs28 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağları massivi, H.Əliyev küçəsi, 2183 nömrəli bağ evinə qanunsuz daxil olaraq, mənzildən 10 manat dəyərində 20 metr elektrik naqilini, 110 manat dəyərində 01 ədəd su mühərrikini, 150 manat dəyərində 01 ədəd su qızdırıcı sobanı, 180 manat dəyərində 01 ədəd paltaryuyanı, 200 manat dəyərində 01 ədəd samovarı, 45 manat dəyərində 01 ədəd dəmi sacı, 100 manat dəyərində 01 ədəd qaz sobasını, 380 manat dəyərində 01 ədəd ət çəkən maşını, 70 manat dəyərində 01 ədəd kofe dəmləyən aparatı, 500 manat dəyərində müxtəlif çeşidli qab-qacaq dəstini və hər biri 20 manat olmaqla 40 manat dəyərində 02 ədəd oturacağı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs28 ümumilikdə 1.785 manat (bir min yeddi yüz səksən beş) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Axund Qasım küçəsində yerləşən fərdi yaşayış evinə qonaq otağının pəncərəsini açmaqla qanunsuz daxil olaraq, mənzildən sandığın içərisində olan 01 ədəd qızıl boyunbağını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs7 1.000 manat (bir min) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran şossesi 15-ci km sahə 8-də yerləşən bağ evinə hasardan aşmaqla birinci mərtəbədə olan pəncərə üzərindəki dəmir barmaqlığı sındırmaqla mənzilə daxil olaraq, oradan 400 manat dəyərində 01 ədəd işıq generatorunu, 70 manat dəyərində 01 ədəd laqondanı, 70 manat dəyərində 01 ədəd dreli, 250 manat dəyərində 01 ədəd samovarı, ümumi dəyəri 150 manat olan müxtəlif növ tikinti alətlərini və 250 manat dəyərində 01 ədəd qaynaq aparatını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs24 ümumilikdə 1.190 (bir min yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 iyun 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evinə hasardan aşmaqla qanunsuz daxil olaraq, giriş qapısının qıfılını sındırıb evdən 40 manat dəyərində 01 ədəd laqondanı, 30 manat dəyərində 01 ədəd dreli, 50 manat dəyərində 01 ədəd perferatoru, 50 manat dəyərində açar dəstini, 80 manat dəyərində 01 ədəd qazan dəstini, 150 manat dəyərində 01 ədəd samovarı və 400 manat dəyərində müxtəlif geyim paltarlarını gizli' olaraq talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 800 manat (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 iyun 2022-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs17 məxsus ünvan 3 ünvanında yerləşən bağ evinə hasardan aşmaqla, birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlığı sındıraraq mənzilə qanunsuz daxil olmuş və ikinci mərtəbədə yerləşən yataq otağındakı tumbada olan 700 ABŞ dolları, milli pul vahidi ilə 1.190 manat nağd pulu, birinci mərtəbədə olan giriş qapısının yanındakı 3.060 manat dəyərində 01 ədəd bürünc materialdan olan qız heykəlini, dəhlizdə olan 120 manat dəyərində 01 ədəd suvenir piyaləni və mətbəxdə olan ümumi dəyəri 70 manat olan 02 ədəd gümüş mərcməyini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs17 ümumilikdə 4.440 (dörd min dörd yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evinə hasardan aşmaqla, pəncərə üzərində olan dəmir barmaqlığı sındıraraq mənzilə qanunsuz daxil olmuş və evdən ümumi dəyəri 300 manat olan 02 ədəd plastik qapını və 300 manat dəyərində açar dəstini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs9 ümumilikdə 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs23 məxsus ünvan 4 ünvanında yerləşən nömrəsiz bağ evinə mətbəxin pəncərəsindən qanunsuz daxil olaraq, mənzildən 600 manat dəyərində 01 ədəd «Samsung» markalı televizoru və həyətdə olan 200 manat dəyərində dəmir çarpayının 02 ədəd başlıqlarını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs23 ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs31 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X11, nömrəsiz fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan 50 manat dəyərində 01 ədəd kömürlə işləyən samovarı, 20 manat dəyərində 01 ədəd dəm çaydanını, daha sonra evin birinci mərtəbəsinin plastik pəncərəsini açmaqla mənzilə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində 01 ədəd 105 sm diaqonallı «Samsung» markalı və 130 manat dəyərində 01 ədəd 45 sm diaqonallı «Nikai» markalı rəqəmsal televizorları gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs31 ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyul ayının əvvəllərində gecə saatlarında Zərərçəkmiş şəxs40 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tinglik yaşayış massivində yerləşən nömrəsiz evə yataq otağının plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq, oradan termonun içərisindəki 400 manat dəyərində 01 ədəd brilyant qaşlı üzüyü gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs40 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 iyul 2022-ci il tarixdə saat 19 radələrindən 20 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dənizkənarı çimərlikdə saxlanılmış Zərərçəkmiş şəxs41 məxsus “Kia-Sportage” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan şalvarın cibindəki pul kisəsindən 450 manat nağd pulu və avtomobilin salonunda olan eynək qabından ümumi dəyəri 800 manat olan 01 cüt qızıl sırğanı və 01 ədəd qızıl boyunbağını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs41 ümumilikdə 1.250 (bir min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü məhkəmənin əvvəlki iclaslarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü tam təqsirli bilsə də, məhkəmənin sonrakı iclaslarında oğurluq cinayətlərinin bəzilərinin və narkotik vasitənin əldə edilməsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində bir büküm «şüşə» kimi tanıdığı, psixotrop maddə metamfetamin alaraq istifadə etmək üçün şalvarının arxa cibinə qoymaqla üzərində daşımışdır. 20 yanvar 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X11, Kərpic Zavod yolu yaxınlığında olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bndan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində psixotrop maddəmetamfetamin olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunan psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Oğurluq hadisələrinin üzərindən çox vaxt keçdiyi üçün həmin cinayətlər barədə ətraflı məlumat verə bilmir. Lakin oğurluqları törədərkən tək olmuş, oğurluq etdiyi evlərin sahiblərini tanımamış, həmin evlərin yerini ona heç kim göstərməmiş, özü oğurluq etmək məqsədilə piyada gəzib münasib ev axtarmış, yəni sahibləri evdə olmayan evləri işıqlarının yanmadığından dəqiqləşdirmiş, əldə etdiyi pulları şəxsi tələbatlarına xərcləmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi, YYM, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 26 may 2022-ci il tarixdə qaynatası rəhmətə getdiyi üçün ailəsi ilə birlikdə yaşadığı ünvandan çıxıb ünvan 5iş, həmin vaxt evdən tələsik çıxdığına görə həyat yoldaşına məxsus qızıl əşyaları evdə qalmış, 07 iyun 2022-ci il tarixdə, saat 03:30-da Naxçıvandan qayıdıb, qapını açıb mənzilə daxil olduqda hər tərəfin dağınıq vəziyyətdə olmasını görmüş və ailə üzvləri ilə birlikdə evdə olmadığı müddətdə mənzilinin qarət olunmasını başa düşmüş, cəld qızıl əşyaları saxlanılan yerə baxmış, bu zaman 1.500 manat dəyərində 01 ədəd qızıl boyunbağının, 200 manat dəyərində 01 ədəd uşaq boyunbağısının, 50 manat dəyərində 01 ədəd klonun, 800 manat dəyərində 01 ədəd nişan üzüyünün, ümumi dəyəri 300 manat olan 02 ədəd qızıl üzüyün və bankanın içində saxlanılan 120 manat nağd pulun oğurlanmasını aşkr etmiş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gedərək ərizə yazmışdır. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2.970 (iki min doqquz yüz yetmiş) manat maddi ziyan dəymiş, qeyd etdiyi məbləğdə puldan və qızıl əşyalarından başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır, təqaüdçüdür. Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən torpaq sahəsindəki daş sexi açaraq Ramin və Kamil adlı şəxslərə icarəyə vermişdir. 17 yanvar 2022-ci il tarixdə Ramin və Kamil adlı şəxslər sexi təhvil verib getmiş, həmin vaxtdan 21 may 2022-ci il tarixədək olan müddətdə sexin fəaliyyətini dayandırmış, orada olan dəzgahlar oğurlanmasın deyə, mütəmadi olaraq sexə baş çəkmiş, sonuncu dəfə, 21 may 2022-ci il tarixdə sexə baş çəkməyə gedərkən hər şeyin qaydasında olmasını görmüş, həmin vaxt sexin giriş qapısını açarla bağlayaraq işimin dalınca getmiş, 28 may 2022-ci il tarixdə, saat 13:30-da yenidən sexə baş çəkməyə gedərkən sexin giriş qapısının qıfılının naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmasını, lakin, sexin qapısının örtülü olmasını görmüş, sexdə oğurluq hadisəsinin baş verməsindən şübhələnərək içəri daxil olmuş, bu zaman 04 ədəd dəzgahın üzərindən motorunun sökülməsini və 100 metrlik işıq kabelinin oğurlandığını aşkar etmişdir. O, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, bu barədə məlumat vermiş, 04 ədəd motorlardan biri 8 KV-luq, digəri 4,5 və 02 ədədi isə 2,5 KV-luq olmuş, motorların ümumi dəyəri 1.200 (bir min iki yüz) manat olmuş, 100 metrlik işıq kabelinin ümumi dəyəri isə 1.800 (bir min səkkiz yüz) manat təşkil etmiş, həmi kabellərdən keçən elektrik cərəyanı vasitəsilə motorlar işə salınmış, hadisə zamanı ona ümumilikdə 3.000 (üç min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs40 ifadəsində göstərmişdir ki, Naxçıvan MR-nın, Culfa rayonunda qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tinglik yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. O, 26 iyun 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar yaşadığı ünvandan çıxıb Naxçıvan MR-nın, Culfa rayonuna getmiş və işlərini yekunlaşdırıb 03 iyul 2022-ci il tarixdə saat 18:20-də yaşadığı ünvana qayıtmış, həmin vaxt darvazadan içəri daxil olduqda yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş və evinə oğru girməsini düşünərək mənzilə daxil olub otaqları axtarmış, bu zaman hər yerin dağınıq vəziyyətdə olmasını və yataq otağındakı termonun içərisində olan həyat yoldaşına hədiyyə olaraq aldığı 400 manat dəyərində 01 ədəd brilyant qaşlı üzüyün yerində olmadığını akşar etmiş, ona görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra o, göstərmişdir ki, evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi qızıl üzükdən başqa mənzilindən pul və ya başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 381də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 06 iyul 2022-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı X5 ilə birlikdə istirahət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dənizkənarı çimərliyə getmiş, həmin vaxt həyat yoldaşı ilə birlikdə əyinlərini dəyişərək paltarlarını idarə etdiyi “Kia-Sportage” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş, bu zaman şalvarımın cibindəki pul kisəsində 450 manat nağd pul olmuş, həmin pul da şalvarının cibində yük yerində qalmış, həyat yoldaşı isə üzərində olan 800 manat dəyərində bir cüt qızıl sırğasını və qızıl boyunbağısını çıxararaq avtomobilin salonunda olan eynək qabına qoymuş, sonra avtomobilinin qapılarını bağlayaraq açarını avtomobilin təkərinin üst hissəsinə qoymuş, təxminən yarım saat sonra geri qayıdıb maşının açarını təkərin üstündən götürmüş və yük yerindən şalvarını çıxarıb geyindikdə cibində olan pul kisəsindəki 450 manat pulunun yerində olmadığını aşkar etmiş, cəld avtomobilin salonundakı eynək qabına baxmış və həyat yoldaşının da qızıl əşyalarının yerində olmadığını aşkar etmiş, ona görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.250 (bir min iki yüz əlli) manat maddi ziyan dəymiş, qeyd etdiyi məbləğdə puldan və qızıl əşyalarından başqa avtomobilimdən başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında anası ilə birlikdə yaşayır, hazırda heç bir yerdə işləmir. 31 mart 2022-ci il tarixdə, saat 08 radələrində anası işə getmiş, həmin gün, saat 12 radələrində evin və həyətin qapılarını bağlayaraq getmişdir. O, saat 21:30 radələrində anası ilə birlikdə yaşadığı evə qayıtmış, mətbəxə daxil olarkən mətbəxin divarında quraşdırılmış “LG” markalı televizorun yerində olmadığını, yəni oğurlanmasını və mətbəxdən zala keçən qapının açıq olmasını görmüş, evin zalının döşəməsi hələ təmir olunmadığından oğurluq edən şəxsin oradan otaqlara keçməsini fikirləşmiş, çünki, evin giriş qapısı zədələnməmiş və sındırılmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1.500 (bir min beş yüz) manat maddi ziyan dəymiş, evindən başqa əşya oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Axund Qasım küçəsində fərdi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olub fəhləlik edir. 17 iyun 2022-ci il tarixdə, səhər saatlarında ad günü olduğundan ailə üzvləri, yəni arvadı Şahnaz Aslanova ilə birlikdə yaşadığı evdən çıxıb bacısıgilin Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki evinə qonaq getmiş və həmin günü gecə saat 01 radələrində yaşadığı evə qayıtmış və yorğun olduğu üçün yatmış, 18 iyun 2022-ci il tarixdə təxminən saat 11 radələrində evdə olan zaman evin yataq otağında olan sandığı açdıqda orada olan bir ədəd dəyəri 1.000 (bir min) manat təşkil edən qızıl boyunbağının yerində olmadığını aşkar etmiş, dərhal baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və Sabunçu RPİ-nin 15-ci PB-yə gedərək şikayət ərizəsi yazmış, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən mənzilinə baxış keçirilmiş, qeyd etdiyi qızıl boyunbağıdan başqa mənzilindən pul və ya digər qiymətli əşya oğurlanmamış, hadisə nəticəsində ona cəmi 1.000 (bir min) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş Bağlar massivində torpaq alaraq fərdi bağ evi tikdirmiş, bağ evində daimi yaşamamış, hazırda orada təmir işləri aparmış, həmin bağ evi iki mərtəbəli daş tikili olmuş və həyət daş hasarla əhatə olunmuş, həyətə və evin girişinə dəmir qapılar, evin birinci mərtəbəsindəki pəncərələrin üzərində qoruyucu dəmir barmaqlı olmuşdur. Həmçinin o, göstərmişdir ki, sonuncu dəfə 28 may 2022-ci il tarixdə saat təxminən 16 radələrində həmin evdə olmuş, bu zaman əşyaları salamat vəziyyətdə yerində olmuş, gedərkən qapı və pəncərəni bağlamış, 29 may 2022-ci il tarixdə səhər saatlarında qonşuluqda yaşayan İlqar adlı şəxs ona zəng vuraraq evin ikinci mərtəbəsindəki qapı və pəncərələrin açıq vəziyyətdə olmasını bildirmiş, qonşunun zəngindən sonra evinə baxmağa getdikdə naməlum şəxs və ya şəxslərin hasardan aşmaqla evin həyətinə, oradan isə ikinci mərtəbəyə çıxaraq plastik pəncərəni açıb evin içərisinə daxil olmasını, evdə saxlanılan, təxminən beş il əvvəl 850 manata aldığı «Aiwa» markalı maqnitolanın, dəyəri 35 manat olan nərdtaxtanın, dəyəri 40 manat olan «Marcos» markalı su nasosunun, ümumi dəyəri 100 manat olan dörd ədəd su kranlarının, ümumi dəyəri 10 manat olan iki ədəd «arco» tipli su kranlarının, ümumi dəyəri 120 manat olan səkkiz ədəd qoruyucu pəncərə torlarının çərçivələrinin, ümumi dəyəri 15 manat olan altı ədəd «Mətanət A» yapışqanlarının, ümumi dəyəri 75 manat olan 15 ədəd elektrik qapayıcılarının, ümumi dəyəri 30 manat olan on ədəd plastik boru başlıqlarının, dəyəri 35 manat olan elektrik çaydanın alt hissəsinin oğurlanmasını aşkar etmiş, bundan sonra hadisə ilə bağlı ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət etmişdir. Daha sonra o, göstərmişdir ki, evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.310 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar Massivində yerləşən fərdi tikilmiş bağ evi ona məxsus olmuş, həmin evdə adətən yay aylarında gedib qalmış, lakin tez-tez gedib bağa baş çəkmişdir. Bundan başqa o, göstərmişdir ki, sonuncu dəfə həmin bağ evində 10 yanvar 2022-ci il tarixdə olmuş, həmin vaxt hər şey qaydasında olmuş və oğurluq hadisəsi baş verməmiş, 27 fevral 2022-ci il tarixdə bağa gedərkən oradan oğurluq olmasını aşkar etmiş, sonradan isə mənzilə nəzər saldıqda baş vermiş oğurluq zamanı evinin həyətindən 350 manat dəyərində dəmir alətlərin, 300 manat dəyərində kondisionerin, 30 metr olmaqla bir metri 3 manat olan 90 manat dəyərində rezin borunun, 400 manat dəyərində dəmir armaturların, 20 metr olmaqla bir metri 2 manat olan 40 manat dəyərində elektrik naqillərinin, 70 manat dəyərində sobanın oğurlanmasını aşkar etmişdir. Daha sonra o, göstərmişdir ki, bağ evindən baş vermiş oğurluq zamanı ona ümumilikdə 1.250 (bir min iki yüz əlli) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, yeni tikili, nömrəsiz evdə yaşayır. 22 fevral 2022-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar yaşadığı ünvandan çıxıb getmiş, həmin vaxt həyat yoldaşı Tərlan Kərimova evdə olmuş, ondan sonra həyat yoldaşı saat 13 radələrində evdən çıxıb Neftçilər metrosunun yaxınlığında yerləşən tibb bacısı işlədiyi 18 nömrəli poliklinikaya getmiş, həmin günü saat 18:00-a qayıdıb evə gəlmiş və evdə olmadıqları müddətdə mənzilindən oğurluq olmasını görmüş, belə ki, Məmmədli qəsəbəsi YYM-də yerləşən fərdi yaşayış evimin qonaq otağının plastik pəncərəsi açıq vəziyyətdə olmuş, mənzilə daxil olub evə baxış keçirdikdə yataq otağındakı şkafın içində olan paltarların birinin cibindəki ümumi dəyəri 1.000 manat olan 01 ədəd qızıl qolbağın, 02 ədəd qızıl üzüyün və mətbəxdə olan mebelin içərisindəki şəkər aparatının içərisində saxladığı 3.000 manat nağd pulunun oğurlanmasını müəyyən etmiş, dərhal Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gedərək ərizə yazmışdır. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4.000 (dörd min) manat maddi ziyan dəymiş, qeyd etdiyi məbləğdə puldan və qızıl əşyalardan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Bayramov küçəsi, YYM-də yaşayır. Bundan başqa o, göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə saat 17.30-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Bayramov küçəsində yerləşən nömrəsiz evə qayıdan zaman qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, şübhələnərək evin otaqlarına nəzər saldıqda, evdə olmadığı müddətdə mənzilinə oğru girməsini və yataq otağındakı paltar dolabında saxladığı qırmızı rəngli qızıl qabının içərisindən iki ədəd brilyant qaşlı üzüyün, bir ədəd qızıl boyunbağının, bir cüt yarpaq formasında brilyant qaşlı sırğanın və bir ədəd qızıl qolbağın oğurlanmasını müəyyən etmiş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-yə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra o, göstərmişdir ki, bağ evindən baş vermiş oğurluq zamanı ona ümumilikdə 4.000 (dörd min) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa mənzilindən pul və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, yeni məhəllədə həyat yoldaşı, iki uşağı və anası ilə birlikdə yaşamış, uşaqlarının 6 və 7 yaşları olmuş, 26 may 2022-ci il tarixdə saat təxminən 07 radələrində işləmək üçün evdən çıxmış, yoldaşı hər gün oğlunu səhər saat 08 radələrində məktəbə aparmış və saat 12 radələrində məktəbdən gətirmiş, anası isə qızı ilə birlikdə həmin gün qardaşının evinə qonaq getmiş, xx.xx.2022-ci il tarixdə anası qardaşıgildə olduğundan yoldaşı evdən çıxan zaman evin açarını hasarın yanında olan daşın altına qoymuş və məktəbə getmiş, həmin günü saat 13 radələrində yoldaşı evə gələn zaman evin qapısının açıq olduğunu görmüş, içəri daxil olduqda evin dağınıq olduğunu görmüş, bununla əlaqədar dərhal ona zəng etmiş, evə gəldikdə oğurluq olduğunu başa düşmüş və polisə məlumat vermişdir. O, sonradan evi axtaran zaman evin yataq otağında olan dolabın üzərində yerləşdirdiyi çantanın içərisində olan 01 ədəd 350 manat dəyərində 4 qram qızıl qadın üzüyünün, 01 ədəd 300 manat dəyərində qadın nişan üzüyünün, 350 manat dəyərində sadə qaşlı qadın üzüyünün, 01 ədəd 550 manat dəyərində 7 qram boyunbağının, 01 cüt 450 manat dəyərində 6 qram çəkidə sırğanın, 350 manat dəyərində 4.5 qram çəkidə 02 ədəd hər biri 300 manat olan qızıl qolbağın və 50 manat dəyərində gümüş qolbağın oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3.000 (üç min) manat maddi ziyan dəymiş, həmin oğurluqla bağlı şübhələndiyi şəxslər olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 ifadəsində göstərmişdir ki, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olsa da təxminən bir ildir ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM, nömrəsiz fərdi yaşayış evində yaşayır. O, 28 may 2022-ci il tarixdə Şabran rayonu, Şahnəzərli kəndində yerləşən həyətyanı sahəsini abadlaşdırmaq üçün getmiş, üç gün sonra yəni, 31 may 2022-ci il tarixdə günorta saatlarında qonşusu Adil Məmmədov ona zəng vuraraq pəncərənin açıq vəziyyətdə olmasını bildirmiş, bu xəbəri aldıqdan sonra 01 iyun 2022- ci il tarixdə rayondan çıxmış, həmin günü saat 12 radələrində Bakı şəhərində yaşadığı ünvana çatmış, bu zaman həqiqətən mətbəxin plastik pəncərəsinin açıq olmasını görmüş, evə daxil olduqda hər yerin dağınıq vəziyyətdə olmasının şahidi olmuş və Dəvəçi rayonunda olduğu müddət ərzində evinin qarət olunmasını başa düşmüş, sonra dolabdakı çantanın içərisinə baxdıqda orada saxladığı 1.450 manat pulunun və yataq otağındakı şkafın içində olan 600 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl qolbağının yerində olmadığını, yəni oğurlanmasını aşkar etmiş, ona görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2.050 (iki min əlli) manat maddi ziyan dəymiş, qeyd etdiyi məbləğdə puldan başqa mənzilindən başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 62, mənzil 9da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, onun Bakı şəhəri. Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic Bağları massivində bağ evi olmuş, yay aylarında tez-tez həmin bağa gedib orada gecələmişdir. O, sonuncu dəfə 09 iyun 2022-ci il tarixdə bağa getmiş, 12 iyun 2022-ci il tarixdə axşam saatlarında bağa baş çəkməyə gedərkən evin pəncərəsi üzərində olan dəmir barmaqlığın sındırılmasını görmüş, sonra mənzilinə baxdıqda 01 ədəd 250 manat dəyərində samovarın, 01 ədəd 1.000 manat dəyərində 52 sm diaqonallı, «Samsung» markalı televizorun və 01 ədəd 1.250 manat dəyərində səsgücləndiricinin yerində olmadığını, yəni naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2.500 manat (iki min beş yüz) maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa mənzilindən başqa qiymətli əşya, pul və ya qızıl əşyası oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 nümayəndəsi X7 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Məmmədli qəsəbəsi X8 0,06 ha torpaq sahəsi alaraq orada iki mərtəbəli, kürsülü fərdi yaşayış evi inşa etdirmişdir. Həyətə girişdə dəmir darvaza, evin daxilində qapılar və pəncərələr quraşdırılmış, torpaq sahəsi mişar daşı ilə hasara alınmış, lakin, evin pəncərələri önünə dəmir barmaqlıqlar quraşdırılmamışdır. Evdə təmir işləri tam sona çatmadığı üçün orada daim yaşayış olmamış, o, ara-sıra yaşadığı Şəmkir şəhərindən gələrək evinə nəzarət etmişdir. O, sonuncu dəfə 08 may 2022-ci il tarixdə bağına gedib nəzarət etmiş, həmin tarixdə evdən hər hansı bir əşyanın oğurlanmasını, səliqə-sahmanın pozulmasını aşkar etməmiş, 15 may 2022-ci il tarixdə saat 18 radələrində isə bağa gedib nəzarət edərkən küçə istiqamətində quraşdırılmış plastik pəncərənin açıq vəziyyətdə olduğunu görərək evə daxil olmuş, evin 2-ci mərtəbəsinə qalxan zaman pilləkənin yanında divara bərkidilmiş adını bilmədiyi 1.700 manat'dəyərində kombi aparatının və onun əlavə avadanlıqlarının, 01 ədəd 300 manat dəyərində 50 litr həcmli markasını bilmədiyi elektrik su qızdırıcısının, qızma cehizlik aldığı istifadə olunmamış hər birinin ayrı-ayrılıqda dəyərini unutduğu, ümumi dəyəri 500 manat olan nahar, çay dəstlərinin, müxtəlif şüşə qabların, 01 ədəd markasını xatırlamadığı 150 manat dəyərində tozsoranın, 01 ədəd markasını xatılamadığı 250 manat dəyərində ətçəkən maşının, 01 ədəd markasını xatırlamadığı 100 manat dəyərində elektrik çaydanın oğurlundığını aşkar etmişdir. Bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3.000 (üç min) manat maddi ziyan dəmiş, hadisə ilə bağlı şühələndiyi şəxslər olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 14 ünvanda yaşamış, lakin, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları massivində özünə məxsus bağ evi olmuşdur. Orada daimi yaşamsa da, mütəmadi olaraq bağ evinə gedərək nəzarət etmiş, yay aylarında isə anası ilə birlikdə həmin evdə yaşamışdır. O, sonuncu dəfə 29 iyun 2022-ci il tarixdə bağda olmuş, 30 iyun 2022-ci il tarixdə səhər saatlarında işi ilə əlaqədar getmiş, həmin günü axşam saatlarında bağa qayıtdıqda bağ evinin dəmir qapısının kilidinin sındırıldığını görərək içəri daxil olduğu zaman bağ evindən oğurluq edildiyini aşkar etmişdir. O, evin otaqlarına baxış keçirdiyi zaman 01 ədəd 40 manat dəyərində laqondanın, 01 ədəd 30 manat dəyərində drelin, 01 ədəd 50 manat dəyərində perfaratorun, 01 ədəd 50 manat dəyərində açar dəstinin, 01 ədəd 80 manat dəyərində qazan dəstinin, 01 ədəd 150 manat dəyərində samovarın və 400 manat dəyərində özünə məxsus müxtəlif geyim paltarlarının oğurlanmasını müəyyən etmiş, bundan sonra Azərbaycan Respublikası DlN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra Sabunçu RPİ-nin 15-ci PB-yə gedib şikayət ərizəsi yazmışdır. Bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa bağ evindən pul, qızıl əşyası və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni massivində ona məxsus nömrəsiz fərdi yaşayış evi var. 03 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni massivində yaşadığı nömrəsiz fərdi evi tərk edib, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan qızıgilə qonaq getmiş, səhəri günü, yəni, 04 aprel 2022-ci il tarixdə, saat 18:50-də geri qayıtmışdır. O, evin giriş qapısını açıb içəri daxil olduqda qonaq otağının işığının yanlı olduğunu, qapısının isə bir hissəsinin sınıq vəziyyətdə olduğunu görmüş, evindən oğurluq olmasından şübhələnərək yataq otağına keçib əşyalarının yerində olub-olmadığını yoxlamış, həmin vaxt yataq otağındakı paltar dolabından 01 ədəd dəyəri 250 manat olan elektron smart qol saatının, 01 ədəd çəkisi 9- 10 qram, 583 əyyarlı qızıl boyunbağının, 01 ədəd dəyəri 100 manat olan, 585 əyyarlı 2,5 qram qızıl klonun, 01 ədəd dəyəri 50 manat olan “NOKİA” markalı mobil telefonun, ümumi dəyəri 200 manat olan 03 ədəd gümüş qolbaq bijuteriyanm yerində olmadığını aşkar etmiş, lakin sadaladığı əşyalardan başqa heç nəyə toxunulmamışdır. Daha sonra o, göstərmişdir ki, evindən baş vermiş oğurluq zamanı ona ümumilikdə 1.500 (bir min beş yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, nömrəsiz fərdi evdə yaşayır. 20 mart 2022-ci il tarixdə ,saat 18:10-da valideynləri ilə birlikdə yaşadığı evdən çıxıb, Abşeron rayonu, Masazır qəsəbəsinə getmiş və həmin günü saat təxminən 21:30-da evinə qayıtmış, bu zaman üzərində olan açarla qapını açıb içəri daxil olduqda anasına və atasına məxsus çantaların dəhlizdə dağınıq vəziyyətə olduğunu görərək evindən oğurluq olmasından şübhələnmiş, buna görə evin otaqlarını gəzmiş və qonaq otağının plastik materialdan hazırlanmış yan pəncərəsinin açıq olduğunu, naməlum şəxs və ya şəxslərin evdə olmadığı müddətdə həmin pəncərədən keçmələrini müəyyən etmiş, sonra dəhlizdəki qadın çantasına baxmış, bu zaman həmin çantanın içərisindəki dəyəri 1.200 (bir min iki yüz) manat olan 583 əyyarlı, 18 qram çəkidə boyunbağının, hər birinin çəkisi 3 qram, dəyəri 250 manat olmaqla, ümumi dəyəri 500 (beş yüz) manat olan 02 ədəd 583 əyyarlı alyans qadın üzüyünün, hər birinin çəkisi 3 qram olan 02 ədəd ümumi dəyəri 300 manat olan qızıl dişin, yataq otağında olan dolabın üzərindəki süfrənin altında olan 500 manat nağd pulun, atasına məxsus çantanın içərisindən isə 60 manat nağd pulun oğurlanmasını aşkar etmişdir. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq amanı ona ümumilikdə 2.560 (iki min beş yüz altmış) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 116, mənzil 45-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 397, mənzil 8-də yaşayır, lakin, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivində bağ evi vardır. Həmin bağ evində yaşayış olmasa da, mütəmadi olaraq bağa gedib baş çəkmişdir. O, sonuncu dəfə 23 iyun 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evinə gedib baş çəkmiş, həmin vaxt bağda hər şey qaydasında olmuş, 03 iyul 2022-ci il tarixdə saat 16:15-də bağa gedən zaman həyətə daxil olduqda pəncərənin dəmir barmaqlığının sındırılmasını və pəncərənin açıq olmasını aşkar etmiş, sonra evə baxış keçirdikdə ümumi dəyəri 300 manat olan 02 ədəd plastik qapının və 300 manat dəyərində açar dəstinin oğurlanmasını aşkar etmiş, bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 600 (altı yüz) manat maddi ziyan dəymiş, göstərdiyi əşyalardan başqa bağ evindən pul, qızıl əşyası və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, nömrəsiz ünvanda yerləşən bağ evi ona məxsus olmuşdur. O, ailəsi ilə birlikdə ünvan 17 ünvanında yaşasa da yay aylarında və həftə sonları istirahət etmək üçün bağ evinə getmişdir. 14 mart 2022ci il tarixdə saat 13:30-da bağ evinə gedən zaman mənzilin qonaq otağının pəncərəsinin dəmir barmaqlığının çıxarılaraq kənara qoyulduğunu və pəncərənin açıq vəziyyətdə olmasını aşkar etmiş, evə daxil olan zaman dəhlizdən 01 ədəd 200 manat dəyərində samovarın, 01 ədəd 100 manat dəyərində mühərrikin və yataq otağındakı dolabın içərisində olan 01 ədəd 200 manat dəyərində tozsoranın oğurlanmasını aşkar etmişdir. Daha sonra o, göstərmişdir ki, sonuncu dəfə bağ evində 06 mart 2022-ci il tarixdə olmuş, oğurluq nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymiş, baş vermiş oğurluqla bağlı şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Abşeron rayonu, Goradil qəsəbəsi, X8 torpaq sahəsi alaraq özünə bağ evi tikdirmiş, orada daimi yaşamasa da yay aylarında və həftədə bir dəfə gedib bağ evində qalmışdır. O, sonuncu dəfə 08 mart 2022-ci il tarixdə bağa gedib baş çəkmiş, həmin vaxt bağda hər şey qaydasında olmuş, lakin 19 mart 2022-ci il tarixdə təxminən saat 13 radələrində bağ evinə gedərkən evin giriş qapısını açaraq içəri daxil olduqda mənzilin dağınıq vəziyyətdə olmasını görmüş, daha sonra çölə çıxmış, bu zaman evin sol tərəfindəki pəcərənin üzərində olan dəmir barmaqlığının sındırıldığını və həmin pəncərənin açıq olduğunu görmüş, bu zaman evindən oğurluq olmasını başa düşərək evə keçib otaqları gəzmiş, əvvəlcə qonaq otağında divara bərkidilmiş 1.500 (bir min beş) manat dəyərində 80 sm diaqonallı 01 ədəd «Samsung» markalı, ümumi dəyərləri 500 (beş yüz) manat, 01 ədəd 70 sm diaqonallı «Samsung» markalı və 01 ədəd «LG» markalı televizorların, masanın üzərində olan 01 ədəd qutusundan çıxarılmış «Panasonic» markalı ütünün və şkafın qarşısından ümumi dəyəri 1.000 (bir min) manat qab-qacağın Çexiya Respublikasının istehsalı olan 01 ədəd yemək dəstinin, 03 ədəd saxsı gül qabının, Türkiyə Respublikasının istehsalı olan 01 ədəd qaşıq-çəngəl dəstinin oğurlanmasını aşkar etmişdir. Daha sonra o, göstərmişdir ki, hadisə zamanı evindən sadaladığı əşyalardan başqa heç nə oğurlanmamış, mənzilindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3.500-4.000 manat aralığında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, ev 5 V, mənzil 35-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi, bağlar massivində ona məxsus evi olmuş, yalnız, istirahət etmək üçün ay ərzində bir neçə dəfə ailəsi ilə birlikdə qeyd olunan bağ evinə getmişdir. O, sonuncu dəfə 12 mart 2022-ci il tarixdə axşam saatlarında bağ evinə gedib baş çəkmiş, bir neçə saat bağda olmuş, həmin günü saat 22 radələrində qapını bağlayıb yaşadığı ünvana qayıtmışdır. O, 14 mart 2022-ci il tarixdə, saat 19 radələrində yenidən bağ evinə getdikdə həyət qapısının açıq vəziyyətdə olmasını görmüş, qapının açıq olması onda şübhə yaratdığından ilk olaraq həyətdə olan əşyalara nəzər salmış, sonra isə qapıdan içəri daxil olduqda mətbəxin plastik pəncərəsinin sındırılmasını və açıq vəziyyətdə olmasını görmüş, daha sonra əl damma nəzər saldıqda orada olan 01 ədəd «Novella» markalı su qızdırıcısının (kombi aparatı) yerində olmadığını aşkar etmiş, bağ evinə naməlum şəxslərin qanunsuz daxil olaraq kombi aparatını oğurlamasını başa düşərək dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-yə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra o, göstərmişdir ki, bağ evindən «Novella» markalı su qızdırıcısının (kombi aparatı) oğurlanması nəticəsində ona 900 (doqquz yüz) manat maddi ziyan dəymiş, kombidən başqa mənzilindən pul, qızıl və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Naxçıvan MR-nın Culfa rayonu, Yayçı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, PirZərərçəkmiş şəxs34 küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. O, sonradan həmin yaşayış kompleksində əlavə olaraq ikinci ev almış və oranı təmir etdirməyə başlamış, həmin evin təmirini tanışı X3 həvalə etmişdir. 16 yanvar 2022-ci il tarixdə usta Natiq Lələyev ona zəng vuraraq təmir gedən evə gəlməsini, həmin evdən oğurluq olmasını bildirmiş, ustanın zəngindən sonra təmir etdirdiyi evə getmiş və evin pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, sonradan isə mənzilindən 60 manat dəyərində 30 metr uzunluğunda 4 mm-lik elektrik naqili, 280 manat dəyərində 800 metr uzunluğunda 4 mmlik elektrik naqili, 150 manat dəyərində 03 ədəd havalandırma pəncərəsi, 224 manat dəyərində 800 metr uzunluğunda 2,5 mm-lik elektrik naqili və 5 manat dəyərində bir ədəd kəlbətinin oğurlanmasını aşkar etmiş, bundan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-yə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra o, göstərmişdir ki, evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 800 (səkkiz yüz) manat və əlavə olaraq ustaya vermiş olduğu 800 manat dəyərində maddi ziyan dəymiş, çünki divarın içinə bərkidilmiş elektrik naqili sökülmüş və yenidən həmin yeri təmir etdirmiş, qeyd etdiyi əşyalardan başqa evindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində özünə məxsus torpaq sahəsində üç yataq otağından, bir qonaq otağından və bir hamam otağından ibarət ev tikdirmiş, həmin evin pəncərələrini və qapılarını qoydurmuş, ətrafına daş hasar çəkdirmiş və darvazasını qoydurmuş, həmçinin evin bütün otaqlarının işıq sistemini çəkdirmişdir. Bundan başqa o, göstərmişdir ki, bağ evinin işıq sistemini çəkdirərkən 4 top, yəni təxminən 400 metr uzunluğunda Türkiyə istehsalı olan naqil çəkdirmiş, bunun üçün 700 manat pul xərcləmiş, tez-tez bağ evinə gedərək baş çəkmişdir. Daha sonra o, göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 18 radələrində bağ evinə gedib baş çəkmiş və darvazasını bağlayaraq getmiş, 25 yanvar 2022-ci il tarixdə saat 18 radələrində yenidən evinə baş çəkərkən evin dəhlizində və bütün otaqlarında olan elektrik naqillərinin yerindən sökülməsini görmüş, dərhal bu barədə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymiş, evindən kimin oğurluq etməsini bilməmiş, çünki şübhələndiyi şəxs yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ Alatava, ev 1 A-da qeydiyyatda olsa da valideynləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.V.Vidadi küçəsi ev 1-də yaşayır, subaydır, hazırda «Space» TV-də aparıcı-müxbir işləyir. Bundan başqa o, göstərmişdir ki, valideynləri ilə birlikdə daimi olaraq Bakı şəhəri, Yasamal rayonu, İ Alatava, ev 1 A-da yaşayır, lakin, yay aylarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.V.Vidadi küçəsində yerləşən bağ evinə köçərək yayı bağda qalmış, sentyabr ayında isə şəhərdəki evinə qayıtmışdır. O, yaşadığı bağ evi 4 sot torpaq sahəsində yerləşmiş və daş hasara alınmış, həyətin dəmir darvazası olmaqla evin giriş qapısı dəmir seyf qapı, pəncərələri plastikdən olmuş, pəncərə üzərində dəmir barmaqlıq olmamışdır. Həmçinin o, göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə saat 19.00-da valideynləri ilə birlikdə bağdan çıxıb Yasamal rayonundakı evinə getmiş, 30 iyun 2022-ci il tarixdə saat 15;00-da isə bağa qayıtmış, həmin vaxt birinci mərtəbənin plastik pəncərəsinin açıq olmasını, üzərindəki dəmir barmaqlığın sındırılmasını görmüş, sonra evə daxil olub mənzilinə baxdıqda bağda olmadığı müddət ərzində evinə oğru girməsini müəyyən etmiş, daha sonra evə ətraflı baxış keçirdikdə ikinci mərtəbədəki yataq otağında olan tumbanın gözlüyündə saxladığı özünə məxsus 700 ABŞ dolları, milli pul vahidi ilə 1.190 (bir min yüz doxsan) manat nağd pulunun yerində olmadığını aşkar etmiş, sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq bağ evindən oğurluq olması barədə məlumat vermiş, daha sonra 15-ci PB-nə gedib şikayət ərizəsi ilə müraciət edib izahat vermiş, sonradan evi axtardıqda birinci mərtəbədəki giriş qapısının qarşısında olan bir ədəd 3.060 manat dəyərində bürünc materialdan qız heykəlinin, onun yanında dəhlizdə olan 01 ədəd 120 manat dəyərində suvenir piyalənin, mətbəxdə olan 02 ədəd ümumi dəyəri 70 manat olan gümüş məcməyinin oğurlanmasını müəyyən etmişdir. Daha sonra o, göstərmişdir ki, hadisə zamanı birinci mərtəbədə olan saxlanc yerindəki 01 ədəd 200 manat dəyərində kompyuter monitoru sındırılmış, baş vermiş oğurluq zamanı ona ümumilikdə 4.440 manat (dörd min dörd yüz qırx) manat maddi ziyan dəymiş, kompyuter monitoru sındırıldığından ona əlavə olaraq 200 manat maddi ziyan dəymiş, Sabunçu RPİnin 15-ci PB-dən ona zəng olunaraq bölməyə dəvət olunduqda bağ evindən oğurluq etmiş şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olmasını bilmiş, hətta bölmədə evindən oğurlanmış bürünc heykəli və suvenir piyaləni görüb tanımışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı rayonu, Səfəvilər küçəsi, ev 19-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Babasından ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları massivi, 45-ci dalanda yerləşən bağ evi olmuş, hər il yay ayında ora köçmüş və orada yaşamış, digər fəsillərdə isə vaxtaşırı gedib bağa baş çəkmişdir. O, 2022-ci ilin yanvar ayından 28 aprel 2022-ci il tarixədək mütəmadi olaraq gedib bağa baş çəkib gəlmiş, 28 aprel 2022-ci il tarixdə isə bağ mövsümü ilə əlaqədar ora köçmüş, həmin günü saat 17 radələrində bağa gəldikdə həyətinin giriş darvazasının yerində olmadığını, yəni oğurlandığını aşkar etmiş, həmin vaxt şəxsi işləri ilə əlaqədar vaxtı olmadığına görə polisə gedib oğurluqla bağlı şikayət edə bilməmiş, eyni zamanda özü oğurlanmış darvazanı və oğrunu axtarmağa başlamış, heç bir nəticə əldə etmədikdə isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, oğurlanmış dəmir darvazanın qiyməti 1.200 (bir min iki yüz) manat olmuş, hadisə zamanı dəmir darvazadan başqa bağ evindən pul, qızıl əşyası və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 2-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, lakin onun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar Massivində bağ evi vardır, həmin bağda daimi yaşamamış, ancaq yay aylarında istirahətə getmiş, buna baxmayaraq vaxtaşırı bağa gedib baş çəkmişdir. O, sonuncu dəfə 27 avqust 2021-ci il tarixdə bağa gedərək baş çəkmiş və ağacları sulayaraq qayıtmış, həmin vaxt orada hər şey qaydasında olmuş və heç bir oğurluq olmamış, 10 iyun 2022-ci il tarixdə saat 13:30-da növbəti dəfə bağa gedərkən darvaza qapısının sındırıldığını, həyətyanı sahəyə qoyduğu dəyəri 200 manat olan 13 ədəd dəmir borunun, uşaqların futbol oynaması üçün quraşdırdığım 100 manat dəyərində 02 ədəd dəmir qapının, 80 manat dəyərində 01 ədəd dəmir manqalın, 100 manat dəyərində 5x15 ölçüdə 07 ədəd 6 metr uzunluğunda taxtanın, 200 manat dəyərində armaturların və həyətdə olan yarımtikilidəki 200 manat dəyərində dəmir, çuqun vanna və dəmir çəlləyin oğurlanmasını aşkar etmiş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PByə gedərək ərizə yazmışdır. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 880 (səkkiz yüz səksən) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Montin küçəsi, ev 1A-da yaşayır, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə qonağı olmuş və saat 22 radələrində qonağı getmiş, həmin vaxt qonağını yola salaraq evin çöl qapısını örtmüş, amma bağlamağı unutmuş, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən oğlu Yunis velosipedin həyətdə olmadığını bildirmiş, həyətə çıxıb baxmış və həyətdə divara söykədiyi, bir neçə ay öncə «Sədərək TM»-dən 540 manata aldığı «Stels» markalı velosipedin yaşadığı evin həyətindən oğurlamasını aşkar etmiş, həmin velosipedi öz mülkiyyətində olan pulla alınmış, həmin gün ev telefonundan DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra o, göstərmişdir ki, hadisə nəticəsində ona 500 manat maddi ziayan dəymiş, oğurluq xx.xx.2022-ci il tarixdə saat 22 radələrindən xx.xx.2022-ci il tarixdə saat 21 radələrinə qədər olan müddət ərzində baş vermiş və həmin oğurluqla bağlı konkret olaraq şübhələndiyi şəxs olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi, ev 33, mənzil 350-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mk/rn, M.Cəlal küçəsi, ev 127 E, mənzil 73-də yaşamış, lakin onun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən bağ evi olmuş, həmin bağda daimi yaşamasa da həftəsonları və yay aylarında istirahət etmək üçün getmiş, buna baxmayaraq vaxtaşırı bağa gedib baş çəkib gəlmişdir. O, sonuncu dəfə 29 iyun 2022-ci il tarixdə saat 08 radələrində ünvan 4 ünvanında yerləşən bağ evimə baş çəkmək üçün gedərkən mətbəxin pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, şübhələnərək evə baxış keçirən zaman mətbəxdə olan 600 manat dəyərində 01 ədəd «Samsung» markalı televizorum və həyətdə olan 200 manat dəyərində dəmir çarpayının başlıqlarının oğurlanmasını aşkar etmiş, bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-yə gedərək ərizə yazmışdır. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa mənzilindən pul və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Mincivan kəndində qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mk/rn, M.Cəlal küçəsi, ev 23-də yaşayır, lakin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran şossesi, 14-cı km, sahə 8 P ünvanında bağ evi vardır, həmin bağ yarımtikili olmuş, tikintisi hələ tam başa çatmadığından orada yaşayış olmamış, lakin vaxtaşırı həmin bağ evinə gedib baş çəkmişdir. O, sonuncu dəfə 25 iyun 2022-ci il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran şossesi, 14-cı km, sahə 8 P ünvanında yerləşən bağ evinə gedib baş çəkmiş, həmin vaxt bağda hər şey qaydasında olmuş, 26 iyun 2022ci il tarixdə saat 15 radələrində bağa baş çəkmək üçün gedərkən isə birinci mərtəbədə olan pəncərə üzərindəki dəmir barmaqlıq sındırılmasının və mənzildə olan 01 ədəd 400 manat dəyərində işıq generatorunun, 01 ədəd 70 manat dəyərində laqondanın, 01 ədəd 70 manat dəyərində drelin, 01 ədəd 250 manat dəyərində samovarın, ümumi dəyəri 150 manat olan müxtəlif növ tikinti alətlərinin və 01 ədəd 250 manat dəyərində qaynaq aparatının oğurlanmasını şahidi olmuş, bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və Sabunçu RPİ-nin 15-ci PB-yə gedib şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.190 (bir min yüz doxsan) manat maddi ziyan dəymiş, göstərdiyi əşyalardan başqa bağ evindən pul, qızıl əşyası və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.ünvan 20 ünvanda yaşamış, lakin həftəsonları və yay mövsümündə ailəsi ilə birlikdə istirahət etmək üçün özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı bağlar massivində yerləşən nömrəsiz bağ evinə getmiş, həmin bağ evi bir otaq və bir mətbəxdən ibarət olmaqla kürsülü və bir mərtəbəli olmuş, pəncərələr plastikdən olsa da üzərində dəmir barmaqlıq olmamışdır. O, sonuncu dəfə 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı bağlar massivində yerləşən nömrəsiz bağ evinə gedib baş çəkmiş, həmin vaxt hər şey qaydasında olmuş və bağdan heç bir oğurluq olmamış, 22 iyun 2022-ci il tarixdə bağ evinə baş çəkmək üçün getdikdə oğurluq hadisəsi baş verdiyini aşkar etmiş, belə ki, naməlum şəxs daş hasardan aşaraq həyətə daxil olub evin plastikdən olan giriş qapısını açmaqla içəri girmiş, otaqdan və mətbəxdən 01 ədəd «Samsung» markalı, 102 sm diaqonallı televizoru, müxtəlif qab-qacaq dəstini, geyinilmiş kişi və qadın paltarlarım, 06 dəst təmir-tikinti alətlərini, hamam aksessuarlarını, elektrik naqilini, həyətdə olan yardımçı tikilidəki 01 ədəd kombi aparatını və su mühərrikini oğurlamış, bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PB-n gedib şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3.000 (üç min) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa bağ evindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 57, mənzil 1-də qeydiyyatda olsa da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, ev 8, mənzil 775də yaşayır, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı bağlar massivində bağ evi vardır, həmin evdə daimi yaşayış olmasa da yay aylarında və həftəsonları ailəsi ilə birlikdə dincəlmək üçün getmiş, vaxtaşırı isə bağ evinə gedərək baş çəkmişdir. O, sonuncu dəfə 22 fevral 2022-cil tarixdə bağa gedib baş çəkmiş, həmin vaxt heç bir hadisə baş verməmiş və hər şey qaydasında olmuş, 06 mart 2022-ci il tarixdə saat 21:30-da bağa gedərkən evin giriş və mətbəx qapılarının üzərində olan qıfılların sındırılmasını aşkar etmiş, içəri daxil olduqda 01 ədəd 800 manat dəyərində «ECA» markalı kombi aparatının, 01 ədəd 200 manat dəyərində «Sony Bravia» markalı plazma televizorun və həyətdə olan 01 ədəd 150 manat dəyərində «Steels» markalı velosipedin oğurlanmasını aşkar etmiş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gedərək ərizə yazmışdır. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.150 manat (bir min yüz əlli) maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa bağ evindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, o, ünvan 21 ünvanında qeydiyyatda olmaqla övladları ilə birlikdə həmin ünvanda yaşayır. O, ünvan 22 ünvanda bağ evi var. Həmin evdə daimi yaşamasa da, həftəsonları orada qalmış, lakin, tez-tez gedib bağa baş çəkmişdir. O, 12 iyun 2022-ci il tarixdə bağ evində olmuş, həmin vaxt hər şey qaydasında olmuş, sonra yaşadığı ünvana qayıtmış, 27 iyun 2022-ci il tarixdə saat 01 radələrində bağa getdikdə darvazanını yanında olan 10 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilinin, 110 manat dəyərində 01 ədəd su matorunun, həyətdə olan hamamdan 150 manat dəyərində 01 ədəd su qızdırıcı sobanın, Rusiya istehsallı, 180 manat dəyərində 01 ədəd paltaryuyanın, mətbəxdə olan 200 manat dəyərində 01 ədəd mis materialdan samovarın, 45 manat dəyərində 01 ədəd dəmir sacın (ayaqları ilə birlikdə), 100 manat dəyərində 01 ədəd qaz sobasının, 380 manat dəyərində 01 ədəd ət çəkən maşının, 70 manat dəyərində 01 ədəd kofe üyüdən və dəmləyən aparatın, 500 manat dəyərində müxtəlif çeşidli qab-qacaq və qzan dəstinin və hər biri 20 manat olmaqla 40 manat dəyərində 02 ədəd oturacağın (stul) oğurlanmasını aşkar etmiş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gedib ərizə yazmışdır. Bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.785 (bir min yeddi yüz səksən beş) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM-də yaşayır. Onun yaşadığı ev iki otaqdan ibarət olmaqla kürsülü və bir mərtəbəli olmuş, pəncərələr plastikdən olsa da üzərində dəmir barmaqlıq olmamışdır. O, sonuncu dəfə 25 may 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan anasına baş çəkmək üçün getmiş və üç gün orada qalaraq 28 may 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı ünvana qayıtmış, həmin vaxt həyətə daxil olduqda yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş və pəncərədən boylanıb otağa baxdıqda hər yanın dağınıq vəziyyətdə olmasını görmüş və evdə olmadığı müddətdə mənzilinə oğru girməsini başa düşmüş, ona görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və sonra Sabunçu RPİ-nin 15-ci PB-n gedib şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, evi yığışdıran zaman baş vermiş oğurluq zamanı yataq otağından hər biri 150 manat olan 02 ədəd qol saatının və 800 manat dəyərində bir cüt qzıl sırğanın oğurlanmasını aşkar etmiş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.100 manat (bir min yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, F.Məlikov küçəsi, ev 29A, mənzil 59-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, lakin, həftəsonları ailəsi ilə birlikdə istirahət etmək üçün özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni tikili olan nömrəsiz bağ evinə getmiş, iki gün bağda qalıb şəhərə qayıtmış, bağ evi üç sotda olmaqla daş hasara alınmış, kürsülü bir mərtəbəli, mansarlı evi üç otaqdan ibarət olmuş, həyətin dəmir darvazası, giriş qapısı dəmir seyf qapı olmaqla iki ədəd daxili qıfılı olmuş, pəncərələri plastikdən olmaqla üzərində dəmir barmaqlıq olmamışdır. O, sonuncu dəfə 02 iyul 2022-ci il tarixdə ailəsi ilə birlikdə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki bağ evinə getmiş, gecəni orada qalaraq 03 iyul 2022-ci il tarixdə axşam saatlarında daimi yaşadığı ünvana qayıtmış, 07 iyul 2022-ci il tarixdə, axşam saat 18 radələrində növbəti dəfə bağa getdikdə birinci mərtəbədə olan otaqların iki plastik pəncərəsinin və mansartda olan qonaq otağının plstik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, ancaq şüşəsi sındırılmamış, səliqəli şəkildə açılmış, həmin vaxt həyətə nəzər saldıqda kömürlə işləyən samovarın üstündəki dəm çayniki ilə birlikdə yerində olmadığını, mənzilə daxil olduqda 01 ədəd 105 sm dioqnallı «Samsung» markalı və 01 ədəd 45 sm dioqnallı «Nikai» markalı rəqəmsal televizorların yerində olmadığını aşkar etmiş, evinin qarət olunmasını başa düşərək Sabunçu RPİ-nin 15-ci PB-nə getmiş və ərizə yazmışdır.Daha sonra o, göstərmişdir ki, oğurlanmış kömür samovarının qiyməti 50 manat, çaynikin qiyməti 20 manat, 105 sm dioqnallı «Samsung» markalı televizorun qiyməti 300 manat, 45 sm dioqnallı «Nikai» markalı rəqəmsal televizorun qiyməti 130 manat olmaqla ona hadisə nəticəsində ümumilikdə 500 (beş yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa mənzilindən pul, qızıl əşyası və ya başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonunda qeydiyyatda olmaqla 2012-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, 2 aprel küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. O, 2021-ci ilin iyun ayında metronun Neftçilər stansiyasının yaxınlığında yerləşən mağazalardan birindən 600 manat verərək 2009-cu il təvəllüdlü oğlu Fikrətə və 2011-ci il təvəllüdlü oğlu Hikmətə 02 ədəd velosiped almış, belə ki, velosipedin bir ədədi 300 manat olmuş, 07 iyun 2022-ci il tarixədək uşaqları həmin velosipedləri sürmüş və həmişə də yaşadığı evin həyətində saxlamış, 07 iyun 2022-c il tarixdə saat 20-21 radələrində həyətdə olan velosipedlərdən birinin yerində olmadığını aşkar etmiş, sonra həyətə çıxıb ətrafı bir qədər axtarmış və uşaqlardan soruşmuş, lakin tapa bilməmiş, həmin vaxt həyət qapısı açıq vəziyyətdə olduğundan velosipedin oğurlanmasını başa düşərək dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, bağ evindən baş vermiş oğurluq nəticəsində ona 300 (üç yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi velosipeddən başqa evindən və həyətindən başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, o, Şirvan şəhəri, inzibati binada qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 13 M, mənzil 240-da yaşayır, təxminən 4 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları, 42-ci dalanda özünə 6 sot torpaq sahəsi almış və orada özünə ev tikdirmiş, lakin maddi vəziyyəti ilə əlaqədar təmir işlərini başa çatdıra bilməmiş, uzun müddət Nərimanov rayonunda kirayə yaşamış və oradan çıxarkən əşyalırını gətirib bağ evinə yığmış, mütəmadi olaraq bağa gedib baş çəkmiş, ancaq bağın açarını nəzarət etməsi üçün qonşu Şəhla adlı qadına vermiş, bağ evi daş hasara alınmış, kürsülü bir mərtəbəli olmaqla üç otaqdan ibarət olmuş, həyətin dəmir darvazası, giriş qapısı dəmir seyf qapı olmuş, pəncərələri plastikdən olmaqla üzərində dəmir barmaqlıq olmamışdır. O, 25 aprel 2022-ci il tarixdə qonşusu Şəhla xanım ona zəng vuraraq evinin qapısının açıq vəziyyətdə olmasını gördüyünü, şübhələnərək gedib mənzilə baxdığını və otaqlara nəzər saldıqda paltaryuyanın və soyuducunun yerində olmadığını aşkar etdiyini bildirmiş, bu xəbəri eşitdikdən sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub evindən oğurluq barədə məlumat vermiş, daha sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. O, şəxsi işləri ilə əlaqədar qonşusu Şəhla xanımın zəngindən sonra bağa gedə bilməsə də 27 aprel 2022-ci il tarixdə saat 11 radələrində imkan edib bağa baş çəkməyə getmiş, həmin vaxt həqiqətən mətbəxə qoyduğu 550 manat dəyərində 01 ədəd «LG» markalı paltaryuyanın və 600 manat dəyərində 01 ədəd «Çinar» markalı soyuducunun, işıq çəkmək məqsədilə aldığı və otağa qoyduğu 100 manat dəyərində 50 metr uzunluğunda mis materialdan olan elektrik naqilinin yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Daha sonra o, göstərmişdir ki, bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.250 (bir min iki yüz əlli) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 24 ünvanda yaşayır, lakin, bir neçə aydır tək yaşadığına görə müvəqqəti olaraq Yasamal rayonunda yaşayan qohumugildə qalmış, buna baxmayaraq tez-tez Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinə baş çəkmək üçün getmişdir. O, sonuncu dəfə 28 may 2022-ci il tarixdə yaşadığı evə baş çəkmək üçün getmiş, həmin vaxt hər şey qaydasında olmuş və heç bir oğurluq hadisəsi baş verməmiş, 29 may 2022-ci il tarixdə saat 18:30-da növbəti dəfə evinə gedərkən həyətdə olan hamamın üstündə quraşdırdığı bir tonluq dəmir su çəninin yerində olmadığını, yəni oğurlanmasını aşkar etmiş, ona görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 150 (bir yüz əlli) manat maddi ziyan dəymiş, qeyd etdiyi dəmir su çənindən başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs36 ifadəsində göstərmişdir ki, ünvan 26 ünvanda yaşayır, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivi, 34-cü dalanda yerləşən 982 saylı bağ sahəsi onlara məxsusdur, həmin bağ evi babasından miras qalmış, hazırda anası Elnarə Dadaşovanın adınadır, orada köhnə bağ evi vardır, lakin bağın sol tərəfindəki boş sahədə yeni bağ evi tikdirməyə başlamış, hazırda tikinti işləri davam etmiş, orada ustaların işləməsi üçün «Şimşek» LTD markalı üç tonluq plastik su çəni alaraq qoymuş, 02 iyun 2022-ci il tarixdə saat 15:30-dək ustalar bağda olub işləmiş və su çəni orada olmuş, 03 iyun 2022-ci il tarixdə saat 08:00-da bağa baş çəkmək üçün getdikdə həmin su çəninin yerində olmadığını aşkar etmiş, yəni oğurlanmasını başa düşərək dərhal Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Bağ evində baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.000 (bir min) manat maddi ziyan dəymiş, qeyd etdiyi su çənindən başqa bağ evindən başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqlaAbşeron rayonu, Məmmədli qəsəbəsində yaşayır. 12 iyun 2022-ci il tarixdə axşamüstü həyətində samovar qaynadıb çay içmiş və gecəni samovar həyətdə qalmış, 13 iyun 2022-ci il tarixdə saat 11 radələrində şəxsi işi ilə bağlı evdən çıxıb gedərkən samovarın həyətdə qoyduğu yerdə olmasını görmüş, həmin günü saat 21:15-də evə qayıdan zaman isə samovarın həyətdə qoyduğu yerdə olmadığını aşkar etmiş, ətrafı bir qədər axtarmış, ancaq tapa bilmədikdə evdə olmadığı müddət ərzində samovarının oğurlanmasını başa düşərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Ona məxsus samovarının oğurlanması nəticəsində ona 300 (üç yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi samovardan başqa bağ evindən başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, dalan 2, ev 4 C-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, lakin, onun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar Massivində bağ evi olmuş, orada daimi yaşayan olmasa da yay mövsümündə və həftəsonları gedib orada qalmış, buna baxmayaraq mütəmadi olaraq gedib bağ evinə baş çəkmişdir. O, sonuncu dəfə 18 iyun 2022-ci il tarixdə bağda olmuş, evinə və həyətinə baş çəkmiş, həmin vaxt hər şey qaydasında olmuş və bağ evindən heç bir oğurluq olmamış, 25 iyun 2022-ci il tarixdə saat 13:00-da isə bağa gedərkən evin plastik pəncərəsinin açıq olmasını görmüş və evinin qarət olunmasını başa düşmüş, sonra mənzilə daxil olaraq otaqları gözdən keçirtdikdə hər yerin dağınıq vəziyyətdə olmasını, otaqda olan 01 ədəd «LG» markalı televizorun, 02 ədəd kreslonun, yorğan döşək dəstinin, müxtəlif qab-qacaqların, stol-stulların və elektrik naqilinin oğurlanmasını aşkar etmiş, ona görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib şikayət ərizəsi yazmışdır. Bağ evindən oğurluq olması nəticəsində ona ümumilikdə 600 (altı yüz) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa bağ evindən başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmədbəyov 11 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar Massivi, nömrəsiz fərdi tikilidə kirayə yaşayır. Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağlar massivində özünə ev tikdirmiş, lakin, maddi sıxıntısı olduğuna görə evinin təmirini başa çatdıra bilməmiş və bu səbəbdən həmin evə köçməmiş, ancaq özünə məxsus bəzi məişət əşyalarını aparıb həmin evə yığmışdır. 16 iyun 2022-ci il tarixdə evinə gedib baş çəkmiş, həmin vaxt hər şey qaydasında olmuş və evindən oğurluq hadisəsi olmamış, 21 iyun 2022-ci il tarixdə günorta saatlarında bağa gedərkən evin plastik pəncərəsinin açıq olduğunu görmüş, sonra mənzilə daxil olduqda hər yerin dağınıq vəziyyətdə olmasını, otaqda olan 01 ədəd 1807-ci il istehsallı antik samovarın, müxtəlif qab-qacaq dəstinin, divardan asılmış 01 ədəd meşə və çay mənzərəli foto-tablonun, səsgücləndiricinin və mənzilin divarlarında bərkidilmiş elektrik naqillərinin kəsilib oğurlanmasını aşkar etmiş, bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gedib evindən oğurluq olması barədə məlumat vermiş və şikayət ərizəsi yazmışdır. Bağ evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5.000 (beş min) manat maddi ziyan dəymiş, qeyd etdiyi əşyalardan başqa bağ evindən başqa bir qiymətli əşya oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 30-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır, təxminən 3-4 ildir yaşadığı ünvan 30 ünvanın həyətyanı sahəsində qara və əlvan metalların alqı-satqısı ilə məşğul olmuş, belə ki, müxtəlif şəxslərin satmaq üçün gətirdikləri qara və əlvan metalları almış, üzərinə az məbləğdə pul əlavə edərək Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən zavoda satmaqla qazanc əldə etmişdir. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, aralarında heç bir narazılıq, düşmənçilik, və ya ədavət olmamış, onunla qohumluq münasibətləri də yoxdur. Eləcə də o, göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman Zaur yaşadığı evin həyətində əlvan və qara metal alqı-satqısı ilə məşğul olduğu yerə gəlmiş, söhbət zamanı Zaur özünə məxsus təxminən 3 kq əridilmiş kabeldən qalan mis və 3 ədəd plastik nəfəslik pəncərəsini satmaq istədiyini bildirmiş, Zauru tanıdığına görə onun sözlərinə inanmış və öz aralarında razılaşdıqdan sonra həmin əşyalara görə Zaura cəmi 22 manat pul vermiş və Zaur yaşadığı evin həyətindən çıxıb getmiş, 25 fevral 2022-ci il tarixdə polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə dəvət etdikdə orada Təqsirləndirilən şəxs ona satmış olduğu əşyaların oğurluq yolu ilə əldə edilməsmini bilmişdir. Daha sonra o, göstərmişdir ki, bölmədə olan Təqsirləndirilən şəxs aldığı 3 ədəd plastik nəfəslik pəncərələri tanımadığım şəxsə satsa da təxminən 3 kq əridilmiş kabeldən qalan misi isə polis əməkdaşlarına təqdim etmiş, yalnız bir dəfə, yəni 16 yanvar 2022-ci il tarixdə günorta saatlarında Zaur ona 3 kq əridilmiş kabeldən qalan mis və 3 ədəd plastik nəfəslik pəncərələri 22 manata satmış, bundan başqa Zaurdan heç bir əşya almamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 31-da yaşayır, təxminən 8 ildir yaşadığı ünvan 31 ünvanın həyətyanı sahəsində qara və əlvan metalların alqı-satqısı ilə məşğul olur, belə ki, müxtəlif şəxslərin satmaq üçün gətirdikləri qara və əlvan metalları alaraq üzərinə az bir məbləğdə pul əlavə edib Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən zavoda satmış və qazandığı pulla ailəsinin dolanışığını təmin etmişdir. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış və onunla normal münasibətləri olmuş, Zaur müxtəlif tarixlərdə 3 dəfə ona mis məftil satmış və həmin mis məftilə görə ona yadında qalmayan məbləğdə pul vermiş, Zaurla əvvəllər aralarında narazılıq və ya düşmənçilik olmamışdır. Eləcə də o, göstərmişdir ki, 23 yanvar 2022-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanın həyətində əlvan və qara metal alqı-satqısı ilə məşğul olduğu zaman Zaur həmin yerə gəlmiş və əridilmiş kabeldən qalan mis materialı ona göstərib zibilliklərdən topladığını və satmaq istədiyini bildirmiş, həmin vaxt Zaurun gətirdiyi mis məftili tərəzidə çəkdikdən sonra 6 kiloqramdan çox olduğunu görərək ona bir kiloqramına 5 manatdan olmaqla cəmi 30 manat pul vermiş, Zaur da ona razılığını bildirərək 30 manatı götürüb getmişdir. Daha sonra o, göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə Təqsirləndirilən şəxs ona satmış olduğu mis məftillərin oğurluq yolu ilə əldə etməsini bilmiş, sonra Təqsirləndirilən şəxs aldığı 6 kiloqram mis məftili polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, təxminən altı ildir ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İ.Nəzərov küçəsi, YYM, nömrəsiz fərdi yaşayış evində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin təxminən bir ildir Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodun yaxınlığında yerləşən mağazanı icarəyə götürmüş və orada işlənmiş məişət əşyalarının satışı və təmiri ilə məşğul olur. Bundan başqa o, göstərmişdir ki, 2022-ci ilin əvvəlində dəqiq tarixi yadında deyildir, saat 14-15 radələrində mağazada olan zaman əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs gələrək 01 ədəd böyük ölçülü laqunda, 01 ədəd orta ölçülü drel və çoxlu saydı boru başlıqları satmaq istədiyini bildirmiş, həmin əşyaların özünə məxsus olmasını və evini təmir etdirdikdən sonra lazımsız əşya kimi evində qalmasını bildirərək ucuz qiymətə satdığını demiş, həmin əşyalara baxdıqda boru başlıqlarının təzə olmasını görsə də drel və laqunda işlənmiş olmaqla istifadəyə yararlı olmuş, sonra həmin şəxsə inanaraq əşyaları almağa razılaşmış və bütün əşyalara görə onunla dəyərini 50 manata danışıb razılaşiış, sonra ondan şəxsiyyətini təsdiq edən sənədini soruşduqda üstündə olmadığını, evdə qalmasını bildirmiş, həmin şəxs orta yaşlı adam olduğundan ona inanmış və 50 manat verərək ondan bir ədəd laqondanı, bir ədəd dreli və boru başlıqlarını almış, hətta həmin şəxs ondan bazarlıq edərək yaşadığı evə 04 ədəd spot işıqlar alıb getmiş, bundan bir neçə ay sonra, daha dəqiq xx.xx.2022-ci il tarixdə mağazada olan zaman Təqsirləndirilən şəxs Sabunçu RPl-nin 15-ci PB-nin əməkdaşları ilə mağazaya gəldikdə ona Zaurun satdığı drelin, laqondanın və boru başlıqlarının oğurluq yolu ilə əldə etməsi və onu aldadaraq özünə inandırıb həmin əşyaların özünə məxsus olmasını bildirməsi məlum olmuş, ona görə həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ondan əvvəllər hər hansı bir məişət əşyası almamış, ilk dəfə olaraq Təqsirləndirilən şəxs mal almış, sadəcə Təqsirləndirilən şəxs inanmış, Təqsirləndirilən şəxs qeyd etdiyi məişət əşyalarını satan zaman oğuruluq olmasını bildirməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİnin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15- ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X11 Kərpic Zavod yolu yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan 20 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild 5, səhifə 97). Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. (c.i, cild 5, səhifə 119- 120). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. (c.i, cild 5, səhifə 131). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2022-ci il tarixli, 6/386 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş götürülmüş» yazısı və imzalar olan kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,586 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 1.486 qramdır. (c.i, cild 5, səhifə 132-134). Cinayət işi materiallarında olan 22 yanvar 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Yusif Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild 5, səhifə 61-62). Cinayət işi materiallarında olan 22 yanvar 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild 5, səhifə 165-166). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 24 yanvar 2022-ci il tarixli, 575 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c.i, cild 5, səhifə 169- 170). Cinayət işi materiallarında olan 25 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild 5, səhifə 218). Cinayət işi materiallarında olan 27 fevral 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Fərid Soltanlının vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild 5, səhifə 265-266). Cinayət işi materiallarında olan 28 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild 5, səhifə 36). Cinayət işi materiallarında olan 02 mart 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild 5, səhifə 83-85). Cinayət işi materiallarında olan 13 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild 1, səhifə 33-34.) Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 597/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 iyul 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (c.i, cild 1, səhifə 66-67.) Cinayət işi materiallarında olan 14 sentyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerlərində yoxlanılmışdır. (c.i, cild 9, səhifə 172-268.) Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild 10, səhifə 29). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 9/6351 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intesivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1353,50 manat müəyyən olunur . (c.i, cild 10, səhifə 30-31). Cinayət işi materiallarında olan 23 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumi qalıq çəkisi ümumilikdə 1.486 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. «Aiwa» markalı musiqi mərkəzi, nərd taxta (daşları və zəri ilə birlikdə), 01 ədəd Rusiya istehsallı su motoru, 01 ədəd «Markus» markalı su motoru, 01 ədəd «Markus» markalı hidrofor, 01 ədəd göy rəngli drel, 01 ədəd «Colt» markalı, qara rəngli drel, 01 ədəd Dawer» markalı sarı rəngli drel, 01 ədəd boz rəngli, kiçik ölçülü drel, 01 ədəd «Bort» markalı yaşıl rəngli drel, 01 ədəd «Obanq» markalı, qırmızı rəngli drel, 01 ədəd «İnterskal» markalı boz rəngli drel, 01 ədəd «Bosch» markalı laqonda, 01 ədəd «Viktor» markalı, yaşıl rəngli laqonda, 01 ədəd iri ölçülü perferator, 01 ədəd iri ölçülü laqonda, 01 ədəd kiçik ölçülü dini lövhə, 01 ədəd təbiət mənzərəsi olan lövhə, 01 ədəd orta ölçülü «Samsunq» markalı televizor, 01 ədəd böyük ölçülü «Samsunq» markalı televizor, 02 ədəd masa örtüyü, 01 ədəd suvenir saxsı çaxır qabı, 01 ədəd sarı metaldan olan suvenir heykəl, tikinti alətləri dəsti (kəsici, pereferator başlığı, kiçik çəkic, metrə, yiv açan və dəmir qayçısı), 01 ədəd baş hissəsi olmayan samovar, 01 ədəd boz metal rəngli samovar, 02 ədəd qazan, 01 ədəd iran istehsallı qaz piltəsi, 01 ədəd «Feichiang» markalı saç qırxan, 01 ədəd saç ütüsü, 01 ədəd qırmızı rəngli əl feni, 01 ədəd «Niosat» markalı krosna antena qəbuledicisi, 01 ədəd «Euromax» markalı krosna antena qəbuledicisi, 03 ədəd qapı dəstəyi, 01 ədəd metal təyyarə maketi, 07 ədəd kran vinti, 30 metr qırmızı rəngli, 30 metr göy rəngli və 20 metr sarı rəngli 2,5 mm elektrik naqili, 01 bağlama 30 metr uzunluğunda tros formalı paltar asan ip və 01 ədəd «Star Trck» markalı qəbuledici sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, 01 ədəd «Samsung» markalı televizor Zərərçəkmiş şəxs23, 01 ədəd bürünc materialdan olan qız heykəli, 01 ədəd suvenir piyalə Zərərçəkmiş şəxs17, 01 ədəd laqonda, 01 ədəd drel Zərərçəkmiş şəxs24, 01 ədəd foto-tablo Zərərçəkmiş şəxs39, 01 ədəd «Samsung» markalı Zərərçəkmiş şəxs25 qaytarılmış, qalanları isə Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (c.i, cild 10, səhifə 37-117). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 10 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 07 avqust 2019 cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. (c.i, cild 10, səhifə 18-21.) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs özünü oğurluq cinayətlərində qismən təqsirli hesab etməsi isə məhkəmə tərəfindən özünü müdafiə kimi qiymətləndirilər. Belə ki, Təqsirləndirilən şəxs ona ittiham elan edilmiş bütün oğurluq əməllərində təqsirli olması onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də, ifadəlrin yerində yoxlanması protokolları, məhkəmədəki ilkin ifadələri, aşkar edilmiş maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 iyul 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək, 25 fevral 2022-ci il tarixdən 27 fevral 2022-ci il tarixədək, 28 fevral 2022-ci il tarixdən 02 mart 2022-ci il tarixdək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 06 (altı) gün azadlıqdan məhrum etmə cəzasının 06 (altı) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu Rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1.486 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd «Samsung» markalı televizorun Zərərçəkmiş şəxs23, 01 ədəd bürünc materialdan olan qız heykəli, 01 ədəd suvenir piyalənin Zərərçəkmiş şəxs17, 01 ədəd laqondanın, 01 ədəd drelin Zərərçəkmiş şəxs24, 01 ədəd foto-tablonun Zərərçəkmiş şəxs39, 01 ədəd «Samsung» markalı televizorun Zərərçəkmiş şəxs25 qaytarılması nəzərə alınmalı, «Aiwa» markalı musiqi mərkəzi, nərd taxta (daşları və zəri ilə birlikdə), 01 ədəd Rusiya istehsallı su motoru, 01 ədəd «Markus» markalı su motoru, 01 ədəd «Markus» markalı hidrofor, 01 ədəd göy rəngli drel, 01 ədəd «Colt» markalı, qara rəngli drel, 01 ədəd Dawer» markalı sarı rəngli drel, 01 ədəd boz rəngli, kiçik ölçülü drel, 01 ədəd «Bort» markalı yaşıl rəngli drel, 01 ədəd «Obanq» markalı, qırmızı rəngli drel, 01 ədəd «İnterskal» markalı boz rəngli drel, 01 ədəd «Bosch» markalı, laqunda, 01 ədəd «Viktor» markalı, yaşıl rəngli laqunda, 01 ədəd iri ölçülü pereferator, 01 ədəd iri ölçülü laqunda,01 ədəd kiçik ölçülü dini lövhə, 01 ədəd təbiət mənzərəsi olan löhvə, 01 ədəd orta ölçülü «Samsunq» markalı televizor, 01 ədəd böyük ölçülü «Samsunq» markalı televizor, 02 ədəd masa örtüyü, 01 ədəd suvenir saxsı çaxır qabı, 01 ədəd sarı metaldan olan suvenir heykəl, tikinti alətləri dəsti (kəsici, pereferator bağlşlığı, kiçik çəkic, metrə, yiv açan və dəmir qayçısı), 01 ədəd baş hissəsi olmayan samovar, 01 ədəd boz metal rəngli samovar, 02 ədəd qazan, 01 ədəd iran istehsallı qaz piltəsi, 01 ədəd «Feichiang» markalı saç qırxan, 01 ədəd saç ütüsü, 01 ədəd qırmızı rəngli əl feni, 01 ədəd «Niosat» markalı krosna antena qəbuledicisi, 01 ədəd «Euromax» markalı peyk antena qəbuledicisi, 03 ədəd qapı dəstəyi, 01 ədəd metal təyyarə maketi, 07 ədəd kran vinti, 30 metr qırmızı rəngli, 30 metr göy rəngli və 20 metr sarı rəngli 2,5 mm elektrik naqili, 01 bağlama 30 metr uzunluğunda tros formalı paltar asan ip və 01 ədəd «Star Trck» markalı qəbuledici zərərçəkmiş şəxslərə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 06 (altı) gün müddət azadlıqdan məhrumetmə cəzasının 06 (altı) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 1.486 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut, 01 ədəd «Samsung» markalı televizorun Zərərçəkmiş şəxs23, 01 ədəd bürünc materialdan olan qız heykəli, 01 ədəd suvenir piyalənin Zərərçəkmiş şəxs17, 01 ədəd laqondanın, 01 ədəd drelin Zərərçəkmiş şəxs24, 01 ədəd foto-tablonun Zərərçəkmiş şəxs39, 01 ədəd «Samsung» markalı televizorun Zərərçəkmiş şəxs25 qaytarılması nəzərə alınsın, «Aiwa» markalı musiqi mərkəzi, nərd taxta (daşları və zəri ilə birlikdə), 01 ədəd Rusiya istehsallı su motoru, 01 ədəd «Markus» markalı su motoru, 01 ədəd «Markus» markalı hidrofor, 01 ədəd göy rəngli drel, 01 ədəd «Colt» markalı, qara rəngli drel, 01 ədəd Dawer» markalı sarı rəngli drel, 01 ədəd boz rəngli, kiçik ölçülü drel, 01 ədəd «Bort» markalı yaşıl rəngli drel, 01 ədəd «Obanq» markalı, qırmızı rəngli drel, 01 ədəd «İnterskal» markalı boz rəngli drel, 01 ədəd «Bosch» markalı, laqunda, 01 ədəd «Viktor» markalı, yaşıl rəngli laqunda, 01 ədəd iri ölçülü pereferator, 01 ədəd iri ölçülü laqunda,01 ədəd kiçik ölçülü dini lövhə, 01 ədəd təbiət mənzərəsi olan löhvə, 01 ədəd orta ölçülü «Samsunq» markalı televizor, 01 ədəd böyük ölçülü «Samsunq» markalı televizor, 02 ədəd masa örtüyü, 01 ədəd suvenir saxsı çaxır qabı, 01 ədəd sarı metaldan olan suvenir heykəl, tikinti alətləri dəsti (kəsici, pereferator bağlşlığı, kiçik çəkic, metrə, yiv açan və dəmir qayçısı), 01 ədəd baş hissəsi olmayan samovar, 01 ədəd boz metal rəngli samovar, 02 ədəd qazan, 01 ədəd iran istehsallı qaz piltəsi, 01 ədəd «Feichiang» markalı saç qırxan, 01 ədəd saç ütüsü, 01 ədəd qırmızı rəngli əl feni, 01 ədəd «Niosat» markalı krosna antena qəbuledicisi, 01 ədəd «Euromax» markalı peyk antena qəbuledicisi, 03 ədəd qapı dəstəyi, 01 ədəd metal təyyarə maketi, 07 ədəd kran vinti, 30 metr qırmızı rəngli, 30 metr göy rəngli və 20 metr sarı rəngli 2,5 mm elektrik naqili, 01 bağlama 30 metr uzunluğunda tros formalı paltar asan ip və 01 ədəd «Star Trck» markalı qəbuledici zərərçəkmiş şəxslərə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar