Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-161/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi - X2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs -Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1952-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il saat 12:17 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı avtomobil yolunun 0,5-ci kilometrliyində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus "VAZ-2106" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən öz hərəkət zolağı ilə düzünə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Taksi 4 London” markalı **-TA-*** avtomobilə yol verməli olduğu halda, bunu etməyərək, yol hərəkəti qaydalarını pozub yolayrıcında avtomobilini sola döndərərək “Taksi 4 London” markalı avtomobilin hərəkəti üçün təhlükə yaradaraq ehtiyatsızlıqdan onunla toqquşmuş və həmin yol nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs4 baş beyin maddəsinə və yumşaq qişalarına qansızma,döş sümüyünün cisminin, sağ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-cu qabırğalarının, hər iki saiddə said sümüklərinin və sağ bud sümüyünün yerinin dəyişən qapalı, qəlpəli sınıqları, ağciyərin və qaraciyərin əzilmiş-cırılmış yaraları, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna qan və havanın yığılması), döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, qançır və sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə, eləcə də, Zərərçəkmiş şəxs2 sağlamlığına dərəcəsi təyin edilməyən döş qəfəsinin və qarının sıyrıqları xəsarətləri yetirmiş və “Taksi 4 London” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs1 4269 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana deyilən ərazidə yaşayan qızıgilə getmək üçün xx.xx.2019-cu il tarixdə yoldaşı Zərərçəkmiş şəxs4 ilə birlikdə özünə məxsus “VAZ- 2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yola düşmüş, həmin gün təxminən saat 12-13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə çatmışdır. Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətindən Kürdəxanı qəsəbəsinə doğru gedən yolun sağ kənarında yerləşən, maşın təmiri sexlərində işləyən nəvəsi ilə görüşmək üçün dayanmış, bir-neçə dəqiqə söhbət etdikdən sonra maşına oturub Kürdəxanı qəsəbəsi istiqamətinə hərəkətə başlamışdır. Təxminən 20-30 metr sonra yolayrıcında dönmə əməliyyatı aparmaqla idarə etdiyi avtomobili sola döndərmiş və hərəkətə davam etmişdir. Həmin vaxt qarşıdan hər hansı avtomobilin gəldiyinə fikir vermədən «Əlillər Evi» istiqamətinə keçmək istədikdə sonradan markasını bildiyi «Taksi London» markalı avtomobil ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı huşunu itirmiş, ayıldığı zaman 3 saylı xəstəxanada olduğunu görmüşdür. Baş vermiş hadisəsi nəticəsində avtomobilində sərnişin qismində olmuş yoldaşı Zərərçəkmiş şəxs4 aldığı xəsarətlərdən hadisə yerində ölməsini sonradan öyrənmişdir. Yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuş və avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə zamanı o təhlükə anını hiss etməmiş, yolayrıcını tez dönə biləcəyini zənn etmiş və qarşı tərəfdən düzünə gələn avtomobil olubolmamasına fikir verməmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs4 onun bacısıdır. Bacısı Zərərçəkmiş şəxs4 təxminən 7-8 il əvvəl Təqsirləndirilən şəxs ilə ailə qurmuş, lakin, rəsmi nikaha daxil olmamışdır. X8 Kərimov ilə Sabirabad rayonu, Yolçubəyli kəndində yaşamışdır. xx.xx.2019-cu il tarixdə Oqtayın oğlu Süleyman ona zəng vuraraq atasının idarə etdiyi avtomobil ilə başqa avtomobilin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində toqquşduğunu və bacısı Gülxarın hadisə yerində vəfat etdiyini, Oqtayın isə xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Bacısı Zərərçəkmiş şəxs4 həmin gün Sabiribad rayonuna apararaq dəfn etmişlər. Hadisənin təfərrüatları barədə məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il saat 12-13 radələrində «X10» MMC-yə məxsus minik avtomobili yol vərəqəsi əsasında idarə etdiyi «Taksi 4 London» markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətindən üzü Zabrat qəsəbəsi istiqamətində, öz hərəkət zolağı ilə yolun sol tərəfi ilə təxminən 70 km/saat sürətlə hərəkətdə olarkən «Əlillər yaşayış masivinə» dönən yol ayrıcına çatdıqda qarşı yolda dayanmış VAZ-2106 markalı avtomobilin sürücüsü ona çatmağına 3-4 metr qalmış qəflətən onun hərəkət istiqamətinə çıxmış və o əyləci sıxsa da, artıq gec olmuş və həmin maşının qabaq sağ qanad hissəsindən dəyməklə toqquşma baş vermişdir. Bundan sonra, hadisə yerinə polis və təcili yardım gəlmiş, sürücünün yanında olan qadın hadisə yerində ölmüş, sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi sürücünü isə xəstəxanaya aparmışlar. Daha sonra, o da, döş qəfəsində ağrılar olduğu üçün xəstəxanaya gedib həkimlərə müraciət etmiş, ona tibbi yardım göstərilmişdir. Həmin yol nəqliyyat hadisəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətindən üzü Zabrat qəsəbəsi istiqamətinə, «Əlillər yaşayış masivinə» dönən yol ayrıcında onun hərəkət istiqamətində, yolda baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, «X10» MMC-də mühasib vəzifəsində işləyir, şirkətin səlahiyyətli nümayəndəsi kimi təmsil olunur. «Taksi 4 London» markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomaşın Zərərçəkmiş şəxs1 mülkiyyətindədir. Lakin, həmin avtomaşın X3, o isə xx.xx.2018-ci il tarixdə «X10» MMC-yə etibarnamə ilə icarəyə vermişdir. Sözügedən avtomobil şirkət tərəfindən xx.xx.2019-cu il tarixdə «Minik avtomobilinin yol vərəqəsi» ilə Zərərçəkmiş şəxs2 xx xxxxxx 2020-ci il tarixədək verilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə bağlı Zərərçəkmiş şəxs1 maddi ziyan dəymişdir, çünki, «X10» MMC-yə həmin avtomobil etibarnamə ilə verilmiş və həmin avtomobilə dəymiş zərər şirkətin servisi tərəfindən yoxlanılmış, belə ki, «Taksi 4 London» markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 4269 manat ziyan dəymişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, «Taksi 4 London» markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, o, həmin avtomobili etibarnamə əsasında X3, o isə xx.xx.2018-ci il tarixdə «X10» MMC-yə etibarnamə ilə icarəyə vermişdir. Sözü gedən avtomobil şirkət tərəfindən müxtəlif şəxslərə taksi fəaliyyəti ilə məşğul olunması üçün müvafiq yol vərəqəsi əsasında verilir. O, avtomobili taksi fəaliyyəti üçün istifadə edən şəxsləri, həmçinin yol-nəqliyyat hadisəsi zamanı istifadə edən Zərərçəkmiş şəxs2 tanımır. Avtomobil onun mülkiyyətində olduğu üçün baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə bağlı ona cəmi 4269 manat dəyərində maddi ziyan dəymişdir, lakin, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus «Taksi 4 London» markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı onun şirkətdən və sürücüdən şikayəti, mülki iddiası yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 92-96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X5-təcrübi və X6 Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 205 saylı ekspert rəyindən görünür ki, mərhum Mərhum Zərərçəkmiş şəxs4 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Döş sümüyünün cisminin, sağ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-cu qabırğalarının, hər iki saiddə said sümüklərinin və sağ bud sümüyünün yerinin dəyişən qapalı, qəlpəli sınıqları. Ağciyərin və qaraciyərin əzilmiş-cırılmış yaraları, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna qan və havanın yığılması). Döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma. Başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, qançır və sıyrıqları. Xəsarətlər həyatı olub, Zərərçəkmiş şəxs4 ölümündən az əvvəl bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə baş vermiş yol- nəqliyyat hadisəsi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar orqanların zədələnməsi nəticəsində baş vermiş çoxlu daxili qanitirmə olmuşdur. Cinayət işinin 123-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2892 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 139-cu vərəqəsində olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AC 810548 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 54-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 180-cı vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-161/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-161/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver