Məhkəmə qərarları › İş №1(008)-161/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-161/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-161/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, “Baku Pro” şirkətində sürücü işləyən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi, ev 58-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,008 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edərək üzərində daşıyıb, əynində olan qəhvəyi rəngli qolsuz gödəkcənin sol iç cibindəki qara dəridən olan açar üçün nəzərdə tutulmuş kisənin içərisində, şəffaf sellofanda saxlamış və 01 noyabr 2020-ci il saat 03 radələrində Sabunçu RPİ-nin PPX-nin və 13-cü PB-nin əməkdaşlarının xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Stimul” hospitalın qarşısında komendant rejimini pozduğu və özünü şübhəli apardığı üçün saxlanılaraq 13-cü PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,008 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əynində olan qəhvəyi rəngli qolsuz gödəkcənin sol iç cibindəki qara dəridən olan açar üçün nəzərdə tutulmuş kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Baku Pro” şirkətində sürücü işləyir və təqribən üç ay olarki narkotik vasitələrdən və psixotrop maddələrdən çəkmək yolu ilə istifadə edir. Ehtiyacı olan narkotik vasitə və psixotrop maddəni üzdən tanıdığı, lakin adlarını və yaşadıqları ünvanı bilmədiyi şəxslərdən alır. 28.10.2020-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yaxınlığından, üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün narkotik vasitə tiryək almışdır. Həmin narkotik vasitə tiryəki özünə məxsus olan qara rəngli, dəri materialında olan açar qabının içərisinə qoymuş, lakin ehtiyacı olmadığı üçün istifadə etməmişdir. 01.11.2020-ci il saat 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Stimul” Hospitalın qarşısındakı stasionar postda komendant saatı ilə əlaqədar polis əməkdaşları onu saxlamış, özlərini təqdim edərək komendant saatı ilə əlaqədar çölə çıxmaq üçün icazəsinin olub-olmamasını soruşaraq müvafiq yoxlama aparmışlar. Yoxlama nəticəsində komendant saatı ilə bağlı icazəsinin olmadığı müəyyən edilmişdir. Polis əməkdaşları icazəsinin olmadığı halda nə üçün çölə çıxdığını soruşduqları zaman o, üzərində olan narkotik vasitə tiryəkə görə həyəcanlanmış və onlardan üzrlü hesab etmələrini xahiş edərək oradan getmək istəmişdir. Lakin, polis əməkdaşları ona komendant saatının tələbini pozduğu üçün onlarla birlikdə bölməyə getməli olduğunu bildirmişlər. O, üzərində narkotik vasitə tiryək olması səbəbindən onlarla birlikdə bölməyə getmək istəməyərək onlardan yayınmağa çalışmışdır. Onun etdiyi hərəkətlərə görə polis əməkdaşları ondan şübhələnmiş və qəti şəkildə bölməyə getməli olduqlarını bildirmişlər. Bundan sonra o, məcbur olub polis əməkdaşları ilə birlikdə 13-cü PB-nə getmişdir. Bölmədə polis əməkdaşları onun üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, maddə və ya predmet olması ilə bağlı şübhələr olduğunu qeyd edilmişdir. Daha sonra, polis əməkdaşları ona barəsində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirərək etirazının olub-olmamasını soruşmuş, o, etirazı olmadığını bildirdikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ondan üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmasını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişlər. O, bundan sonra əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən bir ədəd “Redmi Note 6 Pro” markalı mobil telefonu, həmin şalvarın sol ön cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan qəhvəyi rəngli qolsuz gödəkçənin sol iç cibindən 01 ədəd qara dəridən olan açar üçün nəzərdə tutulmuş kisənin içərisindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Şəffaf sellofana bükümə baxış keçirilən zaman narkotik vasitə tiryək olduğu müəyyən edilmişdir. Polis əməkdaşları üzərindən aşkar edilən narkotik vasitə tiryəki haradan aldığını, nə üçün üzərində gəzdirdiyini soruşmuşlar. Üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryək qablaşdırılmış və çəkisinin, eyni zamanda tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmiş, mobil telefonu və şəxsiyyət vəsiqəsi isə özünə qaytarılaraq buna dair protokol tərtib edilmişdir. Tutduğu əməldən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 01.11.2020-ci il saat 03:30 radələrində Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Stimul” Hospitalın qarşısında quraşdırılmış stasionar postda xidmət etdikləri zaman bir nəfər şəxs postda yaxınlaşmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və ondan komendant saatı ilə əlaqədar çölə çıxmaq üçün icazəsinin olub-olmamasını yoxlamaq üçün sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədini təqdim etmiş və onun Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Təqsirləndirilən şəxs komendant saatı ilə bağlı icazəsinin olub-olmamasını yoxlanılmış və bu zaman onun müvafiq icazəsinin olmadığını müəyyən edilmişdir. Təqsirləndirilən şəxs icazəsinin olmadığı halda nə üçün çölə çıxdığını soruşduqları zaman onun özünü şübhəli aparmış, onlardan yayınmağa çalışmış və onlara dağınıq cavablar vermişdir. Həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələndikləri üçün onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Saxladıqları şəxs Təqsirləndirilən şəxs ilk əvvəl onlardan yayınaraq getmək istəsə də, onların qərarlı olduqlarını görüb razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmiş, raport yazaraq bölməyə təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, bununla bağlı etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən bir ədəd “Redmi Note 6 Pro” markalı mobil telefonu, həmin şalvarın sol ön cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan qəhvəyi rəngli qolsuz gödəkçənin sol iç cibindən 01 ədəd qara dəridən olan açar üçün nəzərdə tutulmuş kisənin içərisindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Şəffaf sellofan bükümə baxış keçirilən zaman qəhvəyi rəngli qətranabənzər maddə aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Cinayət işinin 7-ci vərəqəsində olan 01 noyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan 01 noyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qolsuz gödəkçənin sol iç cibindən 1 ədəd qara rəngli dəridən olan açar üçün nəzərdə tutulmuş kisənin içərisində şəffaf selofana bükülmüş 01 ədəd içərisində narkotik vasitə olan maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin tiryək olduğunu bildirmişdir. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2020-ci il tarixli, 6/2359 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə oxşar maddə...» və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,008 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata sərf edildikdən sonra tiryəkin qalıq çəkisi 0,908 qramdır. Cinayət işinin 63-65-ci vərəqələrində olan 02 noyabr 2020-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Elxan Hacıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, azadlığa buraxılmışdır. Cinayət işinin 67-68-ci vərəqələrində olan 02 noyabr 2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 noyabr 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan 16 dekabr 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,908 qram tiryək maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 25 noyabr 2020-ci il tarixli, 3301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13.11.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışında verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik maddə olan tiryək əldə edib saxlamaqla daşıması əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 01.11.2020-ci il tarixdən 02.11.2020-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0,908 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,908 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar