Məhkəmə qərarları › İş №1(008)-161/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-161/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-161/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayjş massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində əvvəlcədən aralarında olan ailə problemlərindən yaranmış ədavətdən dolayı hadisə günü Zərərçəkmiş şəxs onun hərəkətdə olan avtomobilə yol verməyərək nalayiq ifadələr işlətməsi səbəbindən Bakı şəhəri Sabunçu rayonu Sovxoz Ramana qəsəbəsində yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmaqla sonuncunu yerə yıxıb ona baş beyin silkələnməsi, sağ gözün koyktivası və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmalığa yüngül zərərvurmaya aid, ənsə, hər iki dirsək oynağı, sağ bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən bədən xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında təxminən 3 il müddətdir ki, ədavət vardır. Belə ki, Ruslan təxminən üç il öncə anası Şəhla Şıxəliyevanın istifadəsində olan mobil nömrəyə tanışlıq məqsədi ilə mesaj yazmışdır. Bu səbəbdən atası və anası arasında mübahisə yaranmış və nikahları pozulmuşdur. Bır müddət sonra anasının günahsız olması, Ruslanın mesaj yazması öz təstiqini tapdığından atası və anası barışmışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində qohumluq əlaqələri olan Zamin adlı şəxsə məxsus Niva markalı avtomobil ilə yaşadığı evə doğru hərəkətdə olan zaman qarşıdan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs gəldiyini görmüşdür. Ruslan əlində yüklərlə onun hərəkət yolunun qarşısına çıxmış və o. avtomobili dayandıraraq sonuncuya nə qədər yolundan çəkilməsini söyləsə də, çəkilməmişdir. Bir neçə dəfə siqnal vermiş olmağıma baxmayaraq, Ruslan buna məhəl qoymamış, əksinə ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, avtomobildən enərək, Ruslanın nə üçün hərəkət yolunun qarşısını kəsdiyini, nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuş, Ruslan isə üzərinə hücum çəkməyə cəhd edərək əlində yükləri ona tərəf hərəkət etdirmişdir. O, Ruslanın onu vurmasının qarşısını almaq məqsədilə sonuncunun sinə nahiyəsindən arxaya doğru itələmişdir. Bunun nəticəsində Ruslan tarazlığını saxlaya bilməyib yerə yıxılmışdır. Kənardan onların mübahisələrini görən şəxslər yanlarına gələrək, onları bir- birindən aralaşdırmışlar. Bunun ardınca isə mübahisə barədə xəbər tutan əmisi Akif yanına gələrək ondan nə olduğunu soruşmuşdur. O, əmisinə hadisəni danışmış. Əmisi onunla birlikdə avtomobilə əyləşmiş və onlar birlikdə evə getmişlər. O, mübahisə zamanı tək olmuş, əmisi mübahisə bitdikdən sonra yanlarına gəlmiş və əlində heç bir vasitə olmamış, sadəcə olaraq Ruslanı özündən uzaqlaşması üçün itələmişdir. Onlar bir-birindən uzaqlaşdıqdan sonra Ruslanın mobil telefonunun yerə düşdüyünü gördüyü üçün sonuncunun mobil telefonunu başqası tərəfindən oğurlanmaması üçün təhvil vermək məqsədi ilə özü ilə götürmüşdür. Mübahisə Sabunçu rayonu. Ramana qəsəbəsi, Südçülük Sovxozu ünvanında hərəkət yolundan təxminən 3-5 dəqiqə müddətində baş vermişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən məlumatsızdır. Həmin xəsarətlərin kim tərəfindən yetirilməsini bilmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisə edən zaman tək olduğunu, əmisinin həmin vaxt yanında olmadığını, zərərçəkmiş şəxsi vurmadığını, sadəcə itələdiyini, zərərçəkmiş şəxsin arxası üstə yerə yıxıldığını, üzündəki xəsarətlərin necə yaranmasından məkumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, Şahid1 və X1 ilə aralarında mübahisəli məsələlər vardır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxaraq yaxın qohumu xəstə olduğu üçün sonuncunun yanına gedirmiş. Bu zaman yaşadığı evin yaxınlığında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, Ə.Vahid küçəsində zaman Şahid1 və X1 avtomobil ilə yanına gəlmiş və idarə etdikləri avtomobili onun üzərimə sürmüşlər. Avtomobili Akif idarə edirmiş, Sonra hər ikisi avtomobildən düşmüşlər. Bu zaman Nihad adlı şəxsin əlində qara rəngli “beşbarmağa”oxşar bıçaq və Akif adlı şəxsin əlində isə dəmir və daş parçası olmuşdur. O, bunları gördükdən sonra qaçaraq oradan uzaqlaşmaq istəmişdir. Lakin buna nail ola bilməmişdir. Akif ayaqlarından tutaraq onu arxası üstə yerə yıxmışdır. Sonra Akif və Nihad onun bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmağa başlamışlar. Bu zaman vurulan zərbələrin təsirindən huşunu itirmiş və özündə olmamışdır. Bir neçə dəqiqə sonra özünə gəldikdən sonra Nihad adlı şəxsin onu mobil telefonla videolentə qeydə aldığını görmüşdür. Ayağa qalxdıqdan sonra yaxınlıqda olan tanımadığı şəxslər ona 'köməklik göstərmişlər. Akif və Nihad adlı şəxslər gəldikləri avtomobilə minərək oradan uzaqlaşıb getmişlər. Bundan sonra o, mobil telefonumu axtarmış, lakin tapa bilməmişdir. Orada olan şəxslər ona mobil telefonunun Akif və Nihad adlı şəxslərin götürərək özləri ilə apardıqlarını demişlər. Daha sonra DİN-in 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə əlaqədar olaraq məlumat vermişdir. Hadisə baş verən zaman ətrafda tanımadığı şəxlər olmuşdur. ,Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında təxminən 3 il müddətdir ki, ədavət vardır. Beləki, Ruslan təxminən üç il bundan öncə qardaşı Rafiqin həyat yoldaşı Şəhla Şıxəliyevanın istifadəsində olan mobil nömrəyə tanışlıq məqsədi ilə mesaj yazmışdır. Bu səbəbdən qardaşı və həyat yoldaşı arasında mübahisə yaranmış və nikahları pozulmuşdur. Bir müddət sonra qardaşının həyat yoldaşının günahsız olması, Ruslanın mesaj yazması öz təstiqini tapdığından sonuncular barışmışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində o, yaşadığı məhəllədə olan zaman xatırlamadığı şəxslər bildirmişlər ki, bir qədər aralıda qardaşı Rafiqin oğlu Nihat mübahisə edir. O, həmin deyilən yerə getmişdir. Orada Nihatın tək olmasını və mübahisə etmədiyini görmüşdür. O, hadisə yerinə gedərkən artıq mübahisə başa çatmışdı. O, Nihatdan nə baş verdiyini də soruşmamışdır. Sonradan Nihat bildirmişdir ki, Zamin adlı şəxsə məxsus Niva markalı avtomobil ilə yaşadığı evə doğru hərəkətdə olan zaman qarşıdan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs gəldiyini görmüş və Ruslan əlində yüklərlə onun hərəkət yolunun qarşısına çıxmış və sonuncu avtomobili dayandıraraq ona nə qədər yolundan çəkilməsini söyləsə də, çəkilməmiş və bu səbəbdən Ruslanla arasında mübahisə olmuşdur. Mübahisə zamanı Nihat Ruslanı itələyib yerə yıxmışdır. Kənarda olan şəxslər isə onları ayırmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Nihatın mübahisə zamanı tək olduğunu, mübahisə bitdikdən sonra həmin yerə getdiyini, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən məlumatsız olduğunu, Ruslanın düzgün ifadə vermədiyini, hadisə günü ümumiyyətlə Ruslanı görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında təxminən 3 il müddətdir ki. ədavət vardır. Belə ki, Ruslan təxminən üç il bundan öncə oğlu Rafiqin həyat yoldaşı Şəhla Şıxəliyevanın istifadəsində olan mobil nömrəyə tanışlıq məqsədi ilə mesaj yazmışdır. Bu səbəbdən oğlu və həyat yoldaşı arasında mübahisə yaranmış və nikahları pozulmuşdur. Bir müddət sonra gəlininin günahsız olması, Ruslanın mesaj yazması öz təstiqini tapdığından onlar barışmışlar. O, oğlu Akif ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 18 radələrində yaşadığı mənzilin həyət qapısının qarşısında dayanıb tütün məmulatından istifadə edirmiş. Həmin vaxt oğlu Akifdə məhəllədə olmuşdur. Küçədən keçən xatırlamadığı lakin onları tanıyan şəxslər bildirmişlər ki, bir qədər aralıda nəvəsi Nihat mübahisə edir. Akif iti addımlarla həmin istiqamətdə gedərkən o, da onun arxası ilə bir neçə addım atmışdır. Həmin şəxslər bildirmişlər ki, “ağsaqqal sən getmə mübahisə qutarıb”. O, düşünmüşdür ki, oğlu gedib nəvəsini götürüb gələcək. Təxminən 5 dəqiqə sonra oğlu və nəvəsi yaşadığı evə gəlmişlər. O, nə baş verdiyini soruşmuş, həmin vaxt nəvəsi Nihat bildirmişdir kı, Ruslan onun önünü kəsmiş və onlar mübahisə etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsidir (i.v.8-10). Məhkəmə-tibb ekspertizasının 29 iyun 2024-cü il tarixli, 1447 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ gözün konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvası ətrafı nahiyənin dərialtı hematoması, ənsə, hər iki dirsək oynağı, sağ bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən baş beyin silkələnməsi, sağ gözün konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, ənsə, hər iki dirsək oynağı, sağ bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid ollduqlarından dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlər yıxılma nəticəsində törənməyə, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməyə xarakterik deyildir (i.v.23-24). Əlavə məhkəmə-tibb ekspertizasının 04 sentyabr 2024-cü il tarixli, 07/1447 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ gözün konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, ənsə, hər iki dirsək oynağı, sağ bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü ıl tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən baş beyin silkələnməsi, sağ gözün konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, ənsə, hər iki dirsək oynağı, sağ bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid ollduqlarından dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlər yıxılma nəticəsində törənməyə, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməyə xarakterik deyildir. «Adi dəmir və daş parçası» bərk küt təsir mexanizminə malik olduğundan yuxarıda qeyd olunan xəsarətlərin həmin əşyalarla törənməsi inkar olunmur. Lakin Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdə zədə yetirən əşyanın (alət) təsiredici səthinin xarakterim əks etdirən hər hansı bır əlamət aşkar edilmədiyindən, eləcə də «beşbarmaq» ekspertizaya maddi sübut kimi təqdim edilmədiyindən həmin xəsarətlərin «beşbarmaqla» törənib törənməməsi barəldə konkret fikir söyləmək mümkün deyildir (i.v.80-82). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, zərərçəkmiş şəxsi sadəcə itələdiyini bildirsə də, məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin sinəsindən geriyə itələdiyini, zərərçəkmiş şəxsin arxası üstə yerə yıxıldığını göstərmişdir ki, bu hal özü zərərçəkmiş şəxsin onda aşkar edilmiş xəsarətləri sadəcə yıxılması nəticəsində almasını istisna edir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, hətta məhkəmə iclasında zərərçəkmiş şəxsin ekspert rəylərində göstərilən xəsarətləri Təqsirləndirilən şəxs onu itələməsi və bununla əlaqədar zərərçəkmiş şəxsin yerə yıxılması nəticəsində alması müəyyən olunmuş olsa idi belə, bu zərərçəkmiş şəxsin aldığı xəsarətlərlə təqsirləndirilən şəxsin onu itələməsi arasında səbəbli əlaqənin olmasına, bununla da Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət etmiş olacaqdı. Məhkəmə zərərçəkmiş şəxsin hadisə günü AR DİN 102 Xidmətinə zəng edərək verdiyi məumatı, o cümlədən, onun ifadələrində göstərdiyi xüsusatları, iş materiallarına əlavə edilmiş müvafiq ekspert rəylərini nəzərə alaraq təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması və cinayət məsuliyyətindən kənarda qalmaq naminə özünü təqsirli bilməməsi qənaətinə gəlir. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən tərəf zərərçəkmiş şəxslə barışmağa hazır olduğunu bildirsə də, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmayacağını qəti şəkildə ifadə etmişdir. Göstərilən bu hal özü də təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin onun hər vəchlə cəzalanmaqdan boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə olmasının göstəricisidir. Belə ki, şəxsin etmədiyi əmələ münasibətdə zərərçəkmişi onunla barışığa dəvət etməsi özü-özlüyündə məntiqsizdir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin ifadələrinin işin həqiqi halları ilə uzlaşmamaqla həmin xüsusatların iş materiallarında olan sübutlarla təkzib edilməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs əslində onun yalnız Təqsirləndirilən şəxs deyil, həm də onun əmisi Şahid1 tərəfindən döyüldüyünü, ibtidai istintaqın düzgün aparılmadığını, bu halları təsdiq edə biləcək şahidlərin olduğunu bildirmiş, məhkəmə tərəfindən ona həmin şahidlərin iştiraklarının təmin edilməsi üçün şərait yaradılaraq kifayət qədər vaxt verilməsinə baxmayaraq zərərçəkmiş tərəf həmin şahidlərin məhkəmə iclasında iştiraklarını təmin edə bilmədiklərini göstərmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi həmin xüsusatı öz ifadəsindən başqa təsdiq edə biləcək hər hansı sübutun iş materiallarına əlavə edilmədiyini, məhkəmə istintaqı zamanı da bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilmədiyini nəzərə alaraq zərərçəkmiş şəxsin iddialarının əsasının olmaması və həmin halların öz təsdiqini tapmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.79). “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.125-126). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla o, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar