Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-162/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Zəngilan rayonunun Ördəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Zəngilan rayonu, Ördəkli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 11 büküm, hər bükümdə təmiz çəkiləri 0,345 qram, 0,302 qram, 0,284 qram, 0,281 qram, 0,326 qram, 0,275 qram, 0,490 qram, 0,285 qram, 0,354 qram, 0,491 qram və 0,275 qram, ümumi təmiz çəkisi 3,708 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 büküm, hər bükümdə təmiz çəkiləri 0,265 qram və 0,380 qram, ümumi təmiz çəkisi 0,645 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi nömrəsiz fərdi evin qarşısınadək daşımış, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 2i Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı pul qabısının içərisindən qeyd olunan 11 büküm ümumi təmiz çəkisi 3,708 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 büküm, ümumi təmiz çəkisi 0,645 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən etibarən narkotik vasitələrdən istifadə edir. Son dövrlər narkotik vasitəyə olan tələbatını maddi cəhətdən ödəyə bilmədiyi üçün narkotik vasitələrin satışı ilə məşğul olmağı qərara almışdır. Narkotik vasitə marixuananın satışından daha çox gəlir əldə etmək mümkün olduğundan 2022-ci ilin may ayından etibarən marixuana satışı ilə məşğul olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində “Sadiq” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********89 telefon nömrəsini ona verərək həmin şəxsdən ucuz qiyməti narkotik vasitə ala biləcəyini bildirişdir. O, həmin şəxslə əlaqə saxlayaraq narkotik vasitə marixuana almaq istədiyini bildirmiş, qiymətdə razılığa gəldikdən sonra bir neçə dəfə onlayn qaydada Sadiqin bank kartına ödəniş etmiş, müqabilində Sadiqin ona telefon vasitəsi ilə bildiridiyi məkana gedərək narkotik vasitə əldə etmişdir. O, sonuncu dəfə, 26 iyul 2022-ci il tarixdə Sadiqlə əlaqə saxlayaraq narkotik vasitə marixuana almaq istədiyini bildirmiş, 15 büküm narkotik vasitə marixuana müqabilində Sadiq ondan 200 manat istəmiş, o, Sadiqə verəcəyi 200 manat pulun müqabilində 15 bükümdən əlavə olaraq 3 büküm heroin verməsini xahiş etmiş, Sadiq onunla razılaşdıqdan sonra Sadiqin bank kartına onlayn qaydada ödəniş etmişdir. 28 iyul 2022-ci il tarixdə Sadiq telefon vasitəsi ilə bükümləri qoyduğu yeri bildirmiş, o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gedərək Sadiqin bildirdiyi yerdən içərisində narkotik vasitə olan bağlamanı götürərək açmış, bağlamada 15 ədəd bükümdə narkotik vasitə marixuana, 3 ədəd heroin olduğunu gördükdən sonra bükümləri götürərək özünə məxsus pul qabına qoymuşdur. O, aldığı narkotik vasitə heroinlərdən bir bükümünü istifadə etmiş, marixuanalardan 3 bükümünü ümumulikdə 120 manata satmışdır. 28 iyul 2022-ci il tarixdə, saat 21 radələrində tanışı Şahid3la birgə Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsində olduğu iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onlara şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslər, etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə getmiş, polis şöbəsinə gəldikdən sonra narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və dövriyyəsində şübhəli olduğu ona bildirilməklə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra videoçekilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, sağ əlində saxladığı pul qabını təqdim etmiş, təhqiqatçı tərəfindən pul qabıya keçirilmiş baxış zamanı, pulqabının əsas cibindən gümüşü rəngli elektron tərəzi, qara rəngli mobil telefon, pulqabının digər cibindən siqaretin 2 ədəd göy, 4 ədəd gümüşü və 4 ədəd qızılı kağızlarına, 2 ədəd şəffaf sellofana bükülmüş ot kütlələri, pulqabının digər cibindən isə 2 ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı, aşkar edilmiş bükümlərdə olan ot kütlələrinin narkotik vasitə marixuana, digər iki bükümdə olan maddənin isə narkotik vasitə heroin olduğunu, 26 iyul 2022-ci il tarixdə X4 Respublikası vətəndaşının bank hesabına onlayn qaydada ödəniş etməklə ümumilikdə 200 manat müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən bükümlərə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunan bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. 28 iyul 2022-ci il tarixdə, saat 21 radələrində Sabunçu RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsində xidmət apararkən iki nəfər şəxsin onları görərək özlərini şübhəli aparıb oradan iti addımlarla uzaqlaşdığını görərərk, həmin şəxslərə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib həmin şəxslərdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxslər sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxslərin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs və Şahid3 olduğu müəyyən edilmişdir. Bundan sonra. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs sağ əlində saxladığı pul qabını təqdim etmiş, təhqiqatçı tərəfindən pul qabıya keçirilmiş baxış zamanı, pulqabının əsas cibindən gümüşü rəngli elektron tərəzi, qara rəngli mobil telefon, pulqabının digər cibindən siqaretin 2 ədəd göy, 4 ədəd gümüşü və 4 ədəd qızılı kağızlarına, 2 ədəd şəffaf sellofana bükülmüş ot kütlələri, pulqabının digər cibindən isə 2 ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdə olan ot kütlələrinin narkotik vasitə marixuana, digər iki bükümdə olan maddənin isə narkotik vasitə heroin olduğunu, 26 iyul 2022-ci il tarixdə X4 Respublikası vətəndaşının bank hesabına onlayn qaydada ödəniş etməklə ümumilikdə 200 manat müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən bükümlərə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla ilə eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. 28 iyul 2022-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs ilə rastlamış, onlar birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində gəzişməyə başlamışlar. Həmin gün, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsində olarkən iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu və tanışı Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12ci Polis Şöbəsinə dəvət etmişlər. Onlar, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə getmiş, polis şöbəsinə gedərkən üzərində olan narkotik vasitə marixuananı tullamaq istəsə də, lakin, polis əməkdaşları tərəfindən buna şərait yaradılmamışdır. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan bir neçə büküm narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb. Cinayət işinin 4-cü vərəqəsində olan 28 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqəsində olan 28 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli pulqabıdan elektron tərəzi, siqaretin 2 ədəd göy, 4 ədəd gümüşü və 4 ədəd qızılı kağızlarına, 2 ədəd isə şəffaf sellofana bükülmüş ot kütlələri, pul qabının digər cibindən isə 2 ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 35-36-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli, 6/4086 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N159” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..” sözləri və imzalar olan 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,265 qram və 0,380 qram, ümumi təmiz çəkisi 0,645 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.545 qramdır. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 40-41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli, 7/842 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd şəffaf sellofana bükülmüş, dörd ədəd siqaretin gümüşü kağızına bükülmüş, dörd ədəd siqaretin qızılı kağızına və 2 ədəd siqaretin göy kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 0,302 qram, 0,284 qram, 0,281 qram, 0,326 qram, 0,275 qram, 0,490 qram, 0,285 qram, 0,354 qram, 0,491 qram və 0,275 qram, cəmi 3,708 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd sellofan bükülüdə təmiz çəkisi 5,015 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik komponent yoxdur və o, narkotik maddələrə aid deyil. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzi bitki mənşəli narkotik maddələrin izləri (qalıqları) yoxdur. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə marixuana qalıq çəkisi 3.488 qramdır. Cinayət işinin 70-72-ci vərəqələrində olan 30 iyul 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Seymur Həsənovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan 30 iyul 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 23 avqust 2022-ci il tarixli, 4677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-105-ci vərəqəsində olan 14 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.545 qram olan narkotik vasitə heroin və 3.488 qram narkotik vasitə marixuana, 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 97-98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 fevral 2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 162/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 15 may 2023-cü il tarixli, 3-16-17/38/2-3318/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 12 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi cəzasının yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 11 may 2023-cü tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 28 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.545 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 3.488 qram olan narkotik vasitə marixuana, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 127 (yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.545 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 3.488 qram olan narkotik vasitə marixuana, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 127 (yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-162/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-162/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver