Məhkəmə qərarları › İş №1(008)-163/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-163/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-163/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 02 mart 1985-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş, evli, Gürcüstan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvəllər məhkum olunmamış, Gürcüstan Respublikasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ev 35, mənzil 93-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.260 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən «Ağ Çiçəyim» gül dükanının qarşısınadək daşımış, həmin ərazidə özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 05 sentyabr 2023-cü il tarixdə, saat 20:20 radələrində saxlanılaraq gətirildiyi 13-cü Polis Şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş halda təmiz çəkisi 0.745 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin təhqiqatçısı İlqar Əsədovun 05 sentyabr 2023-cü il tarixli protokolu əsasında tutulub təhvil verildiyi Sabunçu RPİ-in MSY-in istintaq otağında 07 sentyabr 2023-cü il tarixdə, saat 11:55 radələrində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa etiketinin altından içərisində təmiz çəkisi 0.515 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə günorta saatlarında əvvəllər də bir neçə dəfə psixotrop maddə aldığı, özünü ona Rəsul kimi təqdim etmiş şəxs telefon vasitəsi ilə zəng vuraraq psixotrop maddə təklif etmişdir. Həmin şəxsdən özü üçün bir qram çəkidə pisxotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs razılıq vermiş və metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışının yanındakı aptekin kənarına gedib orada daşın altında gizlətdiyi iki büküm psixotrop maddəni götürüb əvəzində həmin yerə 50 manat məbləğində pul qoymağı tapşırmışdır. O, belə də etmiş, deyilən yerə gedib oradan həmin bükümləri götürüb, əvəzində həmin yerə 50 manat məbləğində pul qoymuş və oradan uzaqlaşaraq yaşadığı Bakıxanov qəsəbəsi ərazisinə qayıtmışdır. Əldə etdiyi həmin bükümlərdən bir ədədini əynində olan cins şalvarın sağ yan piston cibinə qoymuş, digər bükümü isə şalvarının arxa tərəfindən kəmər hissəsində olan rezin emblemin içində gizlətmişdir. Axşam saatlarında iş yoldaşı Vahidlə yaşadığı evin yaxınlığında görüşərək «Ağ Çiçəyim» gül salonunun yanındakı bərbərxanaya getmişdir ki, saçını və üzünü qırxdırsın. Lakin bərərxanada növbə olduğu üçün məcbur qalıb küçədə gözləmişdir ki, növbəsi çatdıqda içəri daxil olsun. Həmin vaxt saat təxminən 20:00 radələrində onlara Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək onları sorğu-sual etməyə başlamışlar. Üzərində psixotrop maddə olduğu üçün bir qədər həyəcanlanmışdır. Polis əməkdaşları da bunu hiss edib ondan şübhələnmişlər və onları yaxınlıqdakı 13-cü Polis Şöbəsinə aparmışlar. Oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisində pisxotrop maddə «metamfetamin» olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin «patı və şüşə» adlanan psixotrop maddə «metamfetamin» olmasını təsdiq etmişdir. Sonradan artıq Sabunçu rayon Polis İdarəsinin X10 gətirildikdə, onunla birlikdə saxlanılan dostu Şahid5də orada olduğunu görmüşdür. Lakin deməsinə görə üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. X10 qəbul edilərkən məruz qaldığı şəxsi axtarış zamanı şalvarının bel hissəsindəki emblemin içərsində gizlətdiyi, içərsində pisxotrop maddə olan ikinci büküm də polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə, saat 20:20 radələrində Mehmandarov küçəsində yerləşən «Ağ Çiçəyim» gül dükanın yaxınlığında diqqətlərini əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran iki nəfər şəxs cəlb etmişlər. Həmin şəxslərdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etməklə orada nə etmələri, harada yaşamaları, kim olmaları, əvəllər məhkum olub-olmadıqları barədə suallar verməyə başlamışlar. Polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamışlar. Verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırmışlar. Ad və soyadlarını belə zorla deyirmişlər. Sorğu-sual zamanı həmin şəxslərdən birinin danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsləri ərazi aidiyyəti üzrə Sabunçu RPİ-in 13-cü Polis Şöbəsinə aparıb üzərlərində şəxsi axtarış aparsınlar. Həmin şəxsləri Polis Şöbəsinə dəvət etmişlər, etiraz etmədikdə birlikdə xidməti avtomobilə əyləşərək Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə işlərinə başlamışdır. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) və Şahid5 hər birinin ayrı-ayrılıqda üzərlərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) əynində olan cins şalvarının sağ yan balaca cibindən içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş halda, ağ rəngli xırda kristallar toplusu şəklində maddə olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Ondan üzərindən aşkar olunmuş bükümdəki kütlənin «patı» və «şüşə» adlanan psixotrop maddə olmasını, həmin maddəni tərəflərindən saxlanılan gün «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata əldə etdiyini bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Əliyev X11 Bəhlul Binyami oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2023-ü il tarixdə xidmətdə olarkən saat 11:55 radələrində Sabunçu RPl-in 13-cü PŞ-in əməkdaşları təhqiqatçı İlqar Əsədovun şübhəli şəxsin tutulması haqqında protokolları əsasında saxlanılmış Şahid5 və Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) adlı iki nəfər şəxsi gətirib MSY-nə təhvil vermişlər. Həmin şəxsləri MSY-nə qəbul etdikdən sonra təlimata müvafiq qaydada MSY-in postaçısı E.F.Şahmuradovla birlikdə onların əşyalarına, paltarlarına və üzərlərinə ətraflı baxış keçirərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindəki etiketinin altından içərsində ağ rəngli xırda kristallar toplusu şəklində kütlə olan bir ədəd sellofan büküm aşkar etmişlər. Həmin bükümün içərisində olan kütlənin nə olması barədə şəxsin özündən soruşduqda bildirmişdir ki, «şüşə» və «patı» adlanan narkotik vasitədir, özünə məxsusdur, öz istifadəsi üçün tutulduğu gün iki bükümdə əldə etmişdir, Bükümün biri 05 sentyabr 2023-cü il tarixdə Sabunçu RPİ-in 13-cü Polis Şöbəsində tutularkən orada üzərindən aşkar edilmişdir, ikinci büküm isə gizlin yerdə olduğundan Polis Şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Cavanşir Vahid oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə axşam saat təxminən 20:00 radələrində «Ağ Çiçəyim» gül salonunun yanında olan bərbərxananın qarşısında dostu Elchin ilə dayanıb söhbət edərkən onlara Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşmışlar. Özlərini təqdim edərək onları sorğu-sual etməyə başlamışlar. Onlardan şübhələnmiş və onları yaxınlıqdakı 13-cü Polis Şöbəsinə aparmışlar. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Lakin onunla birlikdə saxlanılan dostu Elchinin üzərindən pisxotrop maddə aşkar olunduğu üçün onu da Elchin ilə birlikdə psixotrop maddənin alınmasında əlbir olmaqda şübhəli bilərək tutmuşlar. Sonradan artıq Sabunçu rayon Polis İdarəsinin X10 gətirildikdə görmüş ki, onunla birlikdə saxlanılan dostu Elçində oradadır. Elchin bildirmişdir ki, həqiqətən də 13-cü Polis Şöbəsindəki şəxsi axtarış zamanı üzərindən bir büküm psixotrop maddə aşkar edilmişdir. Hətta X10 qəbul edilərkən məruz qaldığı şəxsi axtarış zamanı Elchinin şalvarının bel hissəsindəki emblemin içərsindən əlavə olaraq bir büküm də pisxotrop maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 6/4723 saylı, 06 sentyabr 2023-cü il tarixli narkotik vasitələrin, psixtorop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ədəd bükümdə təmiz çəkisi 0.745 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin»-dir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metameftminin ümumi təmiz çəkisi-0.745 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.695 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 6/4758 saylı, 08 sentyabr 2023-cü il tarixli narkotik vasitələrin, psixtorop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0.515 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin»-dir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metameftminin ümumi təmiz çəkisi-0.515 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.465 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X17 Ambulator X2 6576 saylı, 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan «asılılıq sindromu» narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 noyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin icraatına 01 avqust 2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 40.3 və Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 05 sentyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 05 sentyabr 2023-cü il tarixdə, saat 20:20 radələrində Sabunçu RPİ-in PPXB-in əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində fəaliyyət göstərən «Ağ çiçəyim» gül evinin yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılaraq Sabunçu RPİ-in 13-cü Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 sentyabr 2023-cü il tarixli qərara əsasən Sabunçu RPİ-in 13-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmışdır. E.F. Hacımuradov əynində olan göy rəngli cins şalvarının sol cibindən bir ədəd «Samsung J3» markalı mobil telefonu, sağ cibindən bir ədəd «Fly» markalı mobil telefonu, sağ kiçik cibindən isə bir ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal formalı maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş, içərisində kristal formalı maddənin psixotrop maddənin şüşə (patı) olduğunu 05 sentyabr 2023-cü il tarixdə Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yanında heç bir anket məlumatlarını bilmədiyi, adını «Rəsul» kimi bildiyi şəxsdən 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, E.F.Haçımuradov saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-in 13-cü PŞ-in inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl özünü təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulur, olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində əynində olan açıq göy rəngli cins şalvarının sol və sağ yan ciblərindən əvvəlcə iki ədəd mobil telefon cihazlarını çıxarıb qarşısındakı masanın üzərinə, daha sonra isə şalvarının sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb qarşısındakı masanın üzərinə qoyur. 07 sentyabr 2023-cü il tarixli «götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə MSY-in əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa etiketinin altından bir ədəd ağ rəngli sellofana bükülmüş, ağ rəngli, krsitalşəkilli maddə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən götürmə aparılması barədə bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, xidmətdə olan zaman Sabunçu RPİ-nin əməkdaşları tərəfindən MSY-nə gətirilərək təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə təlimata müvafiq qaydada keçirilmiş ətraflı baxış zamanı onun əynində olan şalvarın arxa etiketinn alt hissəsindən içərisində ağ rəngli maddə olan bir ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasənsatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) əməlində cinayət tərkibinin cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Gürcüstan Respublikasının vətəndaşı olduğundan ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsi və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair» 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 52.1-ci maddəsi Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviriəsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Azərbaycan Respublikasının vətəndaşı X5 ilə nikaha daxil olmuş. Bu AZE-1№278963 saylı nikah şəhadətnamə ilə təsdiq olunmuşdur. E.Ə.Hacımuradın şəxsiyyət vəsiqəsinin nömrəsi AA 5049684-dür. Onların birgə nikahından Azərbaycan Respublikasının vətəndaşı yetkinlik yaşına çatmayan 19 oktyabr 2006-cı il təvəllədlü X7 şəxsiyyət vəsiqəsinin nömrəsi AA 4090398, Azərbaycan Respublikasının vətəndaşı yetkinlik yaşına çatmayan 12 aprel 2008-ci il təvəllədlü X8 şəxsiyyət vəsiqəsinin nömrəsi AZE 10745298-dir. Qanunun bu normalarına əsasən Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) şamil edilmir. Cinayət işinin materiallarında olan 05 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) 05 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 20:20 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,13). Cinayət işinin materiallarında olan 07 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) 07 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,80). Təqsirləndirilən şəxsin dindirilməsi 07 sentyabr 2023-cü il tarixdə saat 16:35-də başlanmış, saat 17:15-də qurtarmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,102). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 07 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,104). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 08 sentyabr 2023-cü il tarixli yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (səh., 146). Cinayət işinin materiallarında olan 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) könüllü olaraq istintaq orqanına gəlmişdir (səh., 197). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X17 Ambulator X2 6576 saylı, 16 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan «asılılıq sindromu» narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun xarici dövlətin vətəndaşı olması səbəbində qanunla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasının qeyrimümkünlüyünü, onun islah olunub cəmiyyətə layiqli vətəndaşı kimi qayıtmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) oğlu Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) cəza çəkmə müddətinin başlanğıcı «01» mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) 05 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.695 qram və 0.465 qram metamfetamin məhv edilməli, üç ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. 169 manat ekspertiza xərci Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) 05 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixə kimi «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) oğlunun üzərində «05» (beş) ay, «28» (iyirmi səkkizı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) cəza çəkmə müddətinin başlanğıcı «01» mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.695 qram və 0.465 qram metamfetamin məhv edilsin, üç ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. 169 manat ekspertiza xərci Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs (Gadjimurad Elchin) barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar