Məhkəmə qərarları › İş №1(008)-164/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-164/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-164/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gömür kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Xocavənd rayonu, Xətai kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il saat 22 radələrində yaşadıqları ünvan 1 ünvanında qohumları Şahid onlar ilə birgə yaşaması səbəbindən ailə məişət zəminində yaranmış mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs sillə zərbəsi ilə sifətindən vurub ona sol göz almasının ağlı qişasına qansızma, hər iki gözyuvası ətrafı və sol yanaq nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən evdə bacısı Zərərçəkmiş şəxs və onun övladı Həmzə ilə birlikdə yaşayır. Bir müddətdir ki, dayısı qızı Nərgiz övladları ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar onlarla birgə yaşamışdır. Lakin, son vaxtlar bacısı Tiyarə Nərgizin onlarla birgə yaşamasına narazılıq etmiş və onun getməsini istəmiş, o, isə buna etiraz etmişdir. xx.xx.2020-ci il saat 22 radələrində bu səbəbdən bacısı Tiyarə ilə aralarında mübahisə düşmüş, mübahisə zamanı Tiyarə yaşadıqları evdən onu da çıxarmağa çalışmış, o, buna görə əsəbləşərək Tiyarənin sifət nahiyyəsinə bir-neçə dəfə sillə zərbəsi vurmuşdur. Lakin, həmin mübahisə zamanı Tiyarənin oğlu Həmzəni vurmamışdır. Həmin mübahisə vaxtı bacısı Tiyarə ona heç bir xəsarət yetirməmişdir. Aralarında baş verən mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə övladı və qardaşı Təqsirləndirilən şəxs ilə birgə yaşayır. xx.xx.2020-ci il saat 22 radələrində yaşadıqları evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamış, bunun səbəbi onlarda qonaq kimi qalan Nərgiz adlı qohumları olmuşdur. Mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs onun sifət nahiyyəsinə sillə zərbəsi vurmuş, bu zaman oğlu Həmzə onları ayırmaq istədikdə Bəhruz onuda vurmuş, lakin, Həmzə heç bir xəsarət almamışdır. Aralarında aş verən mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada ikisindən başqa oğlu Həmzə və qohumu Nərgiz olmuşdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıdığını göstərərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 1854 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma, hər iki gözyuvasıətrafı və sol yanaq nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (i.v. 22- 23) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə hesab edir ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar