Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-164/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 Bakir oğlunun və Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991 -ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsində yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində vət. Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən tikinti materialları istehsal edilən sexə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, sexdən 200 manat dəyərində bir ədəd “Total” markalı frez aparatı, 260 manat dəyərində bir ədəd “Ken” markalı dairəvi mişar aparatı, 95 manat dəyərində bir ədəd “Almaz” markalı taxtakəsən aparatı (lobzik), 70 manat dəyərində bir ədəd üzərində “NİVA” 230V 50QS 6300ob/min yazıları olan laqonda, 155 manat dəyərində bir ədəd “Total” markalı vibrator aparatı, 170 manat dəyərində bir ədəd “Total” markalı elektrik rəndə, hər biri 5,20 manat olmaqla cəmi 125 manat dəyərində olan 24 ədəd elektrik qidalandırıcısı yuvaları, hər biri 60 manat olamqla cəmi 420 manat dəyərində olan 7 ədəd dəzgah mişarı, cəmi 300 manat dəyərində olan müxtəlif ölçülü şurup və sverlo, divara yerləşdirilmiş halda olan bir metri 5 manat olmaqla cəmi 200 manat dəyərində olan 40 metr uzunluğunda 6x2.1 ölçüsündə elektrik naqili və bir metri 0,75 manat olmaqla cəmi 120 manat dəyərində olan 160 metr uzunluğunda ümumi diametri 4,1 mm qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, həmin sexin yerləşdiyi həyətdə olan fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evdən ona məxsus olan 600 manat dəyərində müxtəlif paltar və 1.900 manat dəyərində müxtəlif qab-qacaq və qazan dəstlərini gizli olaraq talamış və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 4615 (dörd min altı yüz on beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əlakını gizli olaraq talama niyyəti ilə 23 dekabr 2020-ci il tarixdə saat 01 radələrində vət. Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin dəmir barmaqlıqlarını sındıraraq pəncərədən qanunsuz daxil olaraq 1.980 manat dəyərində divar kağızı, 200 manat dəyərində elektrik naqili, 530 manat dəyərində taxta, 73 manat dəyərində çilçıraq, 45 manat dəyərində elektrik avtomat, 27 manat dəyərində 2 ədəd elektrik yuvasını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 2.855 (iki min səkkiz yüz əlli beş) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 04 fevral 2021-ci il tarixdə saat 01 radələrində vət.Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsində yerləşən saxlanc yerim qapını sındrıb qanunsuz daxil olaraq 600 manat dəyərində generator, 120 manat dəyərində samovar, 400 manat dəyərində elektrik naqilləri və elekrik avadanlıqlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna ümumilikdə 1.120 (min yüz iyirmi) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan sonra o, təkrar özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 02 iyun 2021-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq 700 manat dəyərində elektrik naqillərini, 35 manat dəyərində “GE E PAS” markalı “GMG761” model 50/60Hz 2000W ətçəkən maşını və 200 manat dəyərində kafel-metlaxları gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 935 (doqquzyüz otuz beş) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan sonra o, təkrar özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 04 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinə pəncərədən qanunsuz daxil olaraq 50 manat dəyərində üzərində “Türksan Kablo” H05W-F yazıları olan 100 metr 1*5 mm ölçülü naqili, hər biri 15 manat olmaqla cəmi 45 manat dəyərində 03 ədəd üzərində “SAFNUR 24W 3000K” yazıları olan led spot lampa, 15 manat dəyərində 01 ədəd üzərində “SAFNUR 24W 6500K” yazıları olan led spot lampa, 15 manat dəyərində 01 ədəd üzərində “DZZ 24W 3000K” yazıları olan, Çin istehsalı olan led spot lampa, hər biri 40 manat olmaqla cəmi 240 manat dəyərində 06 ədəd su kranı, 100 manat dəyərində su motoru, 100 manat dəyərində su gidrofonu, hər biri 10 manat olmaqla cəmi 20 manat dəyərində 02 ədəd vint açan, 20 manat dəyərindı 01 ədəd qaz açarı və 40 manat dəyərində 01 ədəd balaca drel aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümuilikdə 645 (altı yüz qırx beş ) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan sonra o, təkrar özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 08 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs2 məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinin həyətinə qanunsuz olaraq daxil olub 60 manat dəyərində 01 ədəd laqondanı, 88 manat dəyərində 01 ədəd otbonu dreli, 01 ədəd 150 manat dəyərində istifadə olunmuş sarı-qara rəngli perforatoru və 250 manat dəyərində xırda təmir ləvazimatlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 548 (beş yüz qırx səkkiz ) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan sonra o, təkrar özgənin əmlakını gizli olaraq talama niyyəti ilə xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində vət. Zərərçəkmiş şəxs8 məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən yarımtikili evininin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq 2000 manat dəyərində 60 ədəd dəmir dirəkləri və metal konstruksiyanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2000 (iki min) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,836 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əmliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda fərdi tikilmiş nömrəsiz evin qarşısında saxlanılaraq Suraxanı RPİnin 30-cu PŞ-nin inzibati binasına aparılmış, polis şöbəsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,836 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində vət. Zərərçəkmiş şəxs9 Bakir oğluna məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ərzaq mağazasına qapının qıfılını sındırmaqla qanunsuz olaraq daxil olub kassadan 200 manat pul, onun yanında olan qutudan 200 manat dəyərində 20 ədəd 10 manatlıq ödəmə kartları, bir ədədi 3 manat 90 qəpik olan 156 manat dəyərində 40 qutu “Sobranie Blue”, 117 manat dəyərində 30 qutu “Sobranie White”, 117 manat dəyərində 30 qutu “Sobranie Black”, 156 manat dəyərində 40 qutu “Sobranie Caster”, 117 manat dəyərində 30 qutu “X4”, 78 manat dəyərində 20 qutu “X2” siqaretləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 cəmi 1141 (bir min yüz qırx bir) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə, saat təxminən 05 radələrində vət. Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi tikilmiş evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq 70 manat dəyərində 01 ədəd üzərində HFH «LEPSE» MŞU-2-230 6600 ob/min 280x3, 2x22mm yazıları olan laqonda, 30 manat dəyərində 01 ədəd üzərində Euromax 710 W yazıları olan göy rəngli drel, 25 manat dəyərində 01 ədəd üzərində İnterskol DU-13/780GR yazıları olan drel, 20 manat dəyərində 01 ədəd üzərində markalanma yazıları olmayan göy rəngli kiçik ölçülü drel, 45 manat dəyərində 01 ədəd elektriklə işləyən samovar, 300 manat dəyərində 4 top elektrik naqillərini, 60 manat dəyərində 02 ədəd aliminium qabı, 45 manat dəyərində elektrik ötürücüsünü, 30 manat dəyərində kəlbətin və qaz açaram gizli talayarq zərərçəkmiş şəxsə ümumilikdə 625 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq olan - 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,025 qram olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsi nömrəsiz fərdi evin qarşıdında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparılmış, polis şöbəsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd qara plastik qab və içərisində 01 ədəd sellofana bükülmüş ümumi təmiz çəkisi 1,025 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, AR CM-nin 177-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə qismən təqsirli bilərək göstərmişdir ki, o, ittihamda göstərilən oğurluq cinayətlərindən üçünü- Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi tikilmiş evin həyətindən, Zərərçəkmiş şəxs2 məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinin həyətindən və Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evindən oğurluq etmişdir. Digər epizodlar üzrə göstərilən oğurluqları o, törətməmişdir. Sadəcə istintaq orqanı həmin epizodlar üzrə nəzərdə tutulmuş cinayət əməllərini törədən şəxsləri müəyyən edə bilmədiklərindən həmin cinayətləri onun törətməsini göstərmişlər. O, əslində 5 epizod üzrə oğurluq cinayəti törətmişdir, lakin onlardan iki zərərçəkmiş şəxs şikayətçi olmadıqlarından və şikayətlərini geri götürdüklərindən polis bölməsində həmin iki epizodun əvəzinə törətmədiyi oğurluqlar üzrə epizodların da onun tərəfindən törədilməsinə dair sənədləşmə aparılmışdır. AR CM-nin 234.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs hər iki epizod üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Onu bölməyə gətirərək ona fiziki zor tətbiq etmişlər və hətta AR CM-nin 234.4.3-cü maddəsi ilə sənədləşmə aparmaq istəmişlər. Lakin onun etirazları nəticəsində sənədləşmə AR CM-nin 234.1-ci maddəsi ilə aparılmışdır.Bölmədə onun üzərinə narkotik vasitə qoyulduqdan sonra video görüntü ilə üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmiş, o, ona qarşı daha ağır ittiham irəli sürülməsindən qorxduğundan və fiziki zor tətbiqi nəticəsində videçəkiliş zamanı narkotik vasitəni könüllü təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Hazırda məhkəməyə həqiqətləri söyləyir və özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ona polis bölməsində fiziki zor tətbiq edildiyini, bununla bağlı prokurorluqda araşdırma aparıldığını, fiziki zor tətbiqi nəticəsində ilk öncə ifadələri imzaladığını, ifadənin yerində yoxlanılması zamanı müstəntiqin onlarla getmədiyini, onun əməliyyatçılar tərəfindən hadisə yerinə aparılaraq sadəcə çöldən, hadisənin baş verdiyi yerlərə daxil olmadan “Dur, əlini uzat, şəklini çəkək” deyərək onun buna məcbur edildiyini və hadisə yerlərindən olan fotoşəkillərin bu formada çəkildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl o, ev almışdır. Həmin ev qəzalı vəziyyətdə olduğundan onu sökmək qərarına gəlmişdir. Həmin evi sökdükdən sonra orada özünə məxsus təmir alətlərini saxlamaq üçün tikili saxlamışdır. O, orada özünə məxsus təmir alətlərini saxlayırmış. xx.xx.2022-ci il tarixdə saat təxminən 06 radəiərində o, həyətə gəlmiş həyətdə olan tikiliyə baxmışdır. Həmin tikilinin qapısı açıq vəziyyətdə olmuşdur. Naməlum şəxs həmin tikiliyə qanunsuz daxil olaraq orada ona məxsus olan 60 manat dəyərində Türkiyyə istehsalı olan dreli, 65 manat dəyərində 02 ədəd rusiya istehsalı olan drelləri, 85 manat dəyərində laqondanı, 300 manat dəyərindən 4 top elektrik naqilini, 45 manat dəyərində elektrik ötürücüsünü, 50 manat dəyərində bir ədəd elektrik samovarını, 60 manat dəyərində 02 ədəd aliminium qabı, 30 manat dəyərində kəlbətin və qaz açarını gizli talayıb oğurlamışdılar. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 695 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs əvvəllər heç vaxt görməmiş və ilk dəfə hazırda məhkəmədə görür. Polis idarəsində ona demişlər ki, onun evinə 7 dəfə oğurluğa giriblər. Lakin onun özünün bundan xəbəri olmayıb. Belə ki, həmin evdə yaşayış olmamışdır. Evdən aparılan əşyalar içərisində 6 metrlik taxtalar da olmuşdur. Həmin taxtaların bir nəfər tərəfindən aparılması mümkün deyil. O, oğurluğun Rahid tərəfindən törədilib-törədilməməsini bilmir. Lakin əmindir ki, cinayət bir nəfər şəxs tərəfindən törədilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs7 ifadənin yoxlanılması zamanı müstəntiq tərəfindən onun dəvət edilmədiyini, müstəntiqdən bunun səbəbi soruşulduqda müstəntiqin “Düşündüm gəlib əsəbləşirsiz, ona görə çağlrmadım” deyə cavab verdiyini, ona dəymiş ziyanın 12000 təşkil etməsinə baxmayaraq müstəntiqin qanunsuz olaraq zərərin məbləğini 2855 manat göstərdiyini, müstəntiqin onu aldadaraq oğurluq edən şəxsin anasının ona ziyanı ödəyəcəyini bildirərək sənədlərə imza etdirdiyini, ona iş materialları ilə tanış olmağa imkan verilmədiyini, o, iş materialları ilə tanış olmaq istəyərkən müstəntiqin ona “Vaxt bitdi, sən imzala, sənə dəymiş ziyan ödəniləcək” kimi cavab verdiyini, iş materialları tanış olmadan sənədləri imzaladığını, hadisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə dəvət olunaraq ona naqillər göstərilərək naqillərin ona məxsus olub-olmaması soruşulduqda onun naqillərin ona aid olmadığını bildirdiyini, bu zaman onun həmin naqillərin ona məxsus olduğunu deməyə məcbur edildiyini və ordakı əməkdaşlardan birinin onun köynəyindən tutduğunu, bu zaman o, naqillərin ona məxsus olmadığını bildirərək köynəyinin düyməsini açaraq onların əlindən yarı çılpaq vəziyyətdə qaçdığını, ona istintaq zamanı hər hansı naqilin və ya digər əşyanın qaytarılmadığını, istintaqın düzgün aparılmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Şahhüseyn oğlu ifadəsində bildirmişdir ki, o, oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmır. Belə ki, onun evindən olan oğurluqla bağlı nə maddi sübut, nə başqa bir sübut yoxdur. İstintaq zamanı bir dəfə də olsun ona təqsirləndirilən şəxsi görməyə, ona oğurlanmış əmlaklarla bağlı suallar verilməsinə, həqiqətən də həmin əşyaların Rahid tərəfindən götürülübgötürülməməsini dəqiqləşdirməyə şərait yaradılmamış, əksinə bunun üçün maneələr yaradılmışdır. Tək təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ona ittiham elan edilməsi qanuni hesab edilə bilməz. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması üçün onun evinə gətirilməmişdir. Ona müstəntiq tərəfindən iş materialları tanış olmağa şərait yaradılmamış və bu səbəbdən də o, iş materialları ilə tanış edilməsinə dair sənədləri imzalamamışdır. Hazırki cinayət işi düzgün araşdırılmayıb və onun evindən oğurluq edən şəxs hələ də müəyyən edilməmiş qalmışdır. Xahiş edir ki, həmin hissədə cinayət işinin materialları istintaqa qaytarılsın. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər heç vaxt görməmiş, ilk dəfə hazırda məhkəmə iclasında görür. Polis bölməsində ona maddi sübut kimi dəmirlər göstərilsə də, həmin dəmirlər yararsız vəziyyətdə olmuşdur. Ona məxsus olan oğurlanmış dirəklər minimum 2 metr olmuş, disklərin sayı isə təxminən 15-16 ədəd olmuşdur. Həmin əşyalar üç qazeldə gətirilmişdi. Onların tək bir insan tərəfindən aparılması ümumiyyətlə mümkün deyil. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs8 istntaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilmədiyini, polis bölməsində ona təqsirləndirilən şəxsi hadisə yerinə gətirəcəkləri və onun hansı əşyanı hardan götürdüyünü göstərəcəyini bildirsələr də, onu hadisə yerinə çağırmadıqlarını və əgər keçirilbsə belə onun həmin istintaq hərəkətində iştirak etmədiyini və xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, fərdi evlərdə təmir işləri ilə məşğul olurmuş. O, cümlədən Binə Südçülük sovxozunda Rauf adlı şəxsin evində təmir işləri ilə məşğul olmuşdur. 2021-ci il oktyabr ayının 7-də şəxsi işiylə əlaqədar Şabran rayonuna getmişdir. 8 oktyabar 2021-ci ildə axşam saatlarında yaşadığı evə qayıtmış və səhərisi gün işlərini davam etdirmək üçün qaynı Rüfətlə birlikdə işlədiyi Raufun evinə getmişdir. Evin həyət qapısı açılmamış və hasardan həyətə keçdikdə məlum olmuşdur ki, qapını arxadan bağlayıblar. Bundan sonra evə daxil olduqda görmüşdür ki, ona məxsus bir neçə ləvazimat yoxdur, yəni oğurlanmışdır. Oğurlanmış əşyalar, bir ədəd 60 manat dəyərində laqonda, 1 ədəd 88 manat dəyərində otbonu drel, 1 ədəd 500 manat dəyərində perferator və təxminən 250 manat dəyərində xırda ləvazimatlar oğurlanmışdı. Odur ki, bu barədə xx.xx.2021-ci ildə ərizə ilə 30-cu Polis Şöbəsinə müraciət etmiş, polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun evinin yaxınlığında qardaşına məxsus ev vardır. Qardaşı Rusiya Federasiyasında yaşadığından o, həmin evə nəzarət edir və həmin evdə müəyyən tikinti işləri aparırmış. Həmin tikinti alətlərini o, öz puluyla alırmış. xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində o, həmin evə gələn zaman müəyyən etmişdir ki, evdə oğurluq olmuşdur. Belə ki evin plastik pəncərəsi açılmış vəziyyətdə olmuşdur. O, evə daxil olan zaman orada elektrik naqilləri və kafel metlax oğurlandığını aşkar etmişdir. O, bununla əlaqədar polisə məlumat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı həmin istintaq hərəkətində iştirak etmədiyini, onun evindən naqil və kafel-metlax oğurlandığını, ətçəkən maşının oğurlanmadığını, ittihamda niyə ətçəkən maşın göstərildiyini bilmədiyini, iş materialları ilə tanış olmadan müstəntiq tərəfindən verilmiş sənədləri imzaladığını, ona hər hansı ətçəkən maşın qaytarılmadığını, həmin əşyanın qaytarılmasına dair qəbzi bilmədən imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 04.2022-ci il tarixdə, səhər saatlarında mağazaya gələn zaman dəmir barmaqlıqlarının qırılmış vəziyyətdə olduğunu və qapını açan zaman isə oranı dağımış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal bunula əlaqədar DİN-nin 102 xidmətin məlumat vermişdir. Baş vermiş oğurluq zamanı kassadan 200 manat pul, onun yanında olan qutudan 20 ədəd 10 manatlıq danışıq konturları, bir ədədi 3 manat 90 qəpik olan 156 manat dəyərində 40 qutu “Sobranie Blue”, 117 manat dəyərində 30 qutu “Sobranie White”, 117 manat dəyərində 30 qutu “Sobranie Black”, 156 manat dəyərində 40 qutu “Sobranie Caster”, 117 manat dəyərində 30 qutu “X4”, 78 manat dəyərində 20 qutu “X2” siqaretləri oğurlanmışdır. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 1141 manat maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, baş vermiş hadisədən sonra o, quraşdırılmış video müşahidə kamerasından izləmiş və orada o, müəyyən etmişdir ki, həmin hadisəni yaxınlıqda yaşayan Rahid adlı şəxsdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisənin videogörüntülərinə polis orqanlarında müstəntiqlə birlikdə baxdığını, videodakı şəxsin Təqsirləndirilən şəxs həm üzdən, həm də fiziki baxımdan oxşadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsində həmin şöbənin sahə inspektoru polis leytenantı Şahid2 ilə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlrərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını, xx.xx.1991- ci il təvəllüdlü, Sabunçu rayonu, Sabunçu qəsəbəs, Natavan küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs onlardan yayınmaq istədiyinə onlarda şübhə doğurmuş və narkotik maddələrin qəbulunda şübhə doğurduğundan həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ- nin 12-ci polis şöbəsinə gəlmişdir. Şöbədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1991-ci il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs şöbədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli plastik qab çıxararaq masanın üzərinə qoymuşdur. Həmin qab açıldıqda onun içərisində bir ədəd sellofana bükülmüş büküm olması müəyyən edilmişdir. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin büküm içərisində nə olduğunu soruşduqda o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Xəzər rayonu, Binə qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manat aldığını bildirmişdir. Sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə onun üzərindən aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanın qarşısında üzərində narkotik vasitə daşımaqda şübhəli bilinərək Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ cibindən şəffaf rəngli sellofanda 01 ədəd bükümdə toz şəklində olan narkotik maddəyə bənzər maddəni təqdim edərək onu tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında oğurluğun baş verdiyi yer ünvan 7 ünvanıdır (cild 01, i.v.7- 10). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki boz rəngli rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli plastik qab və içərisində bir ədəd sellofana bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim etmiş və həmin maddənin narkotik vasitə “kakos” olduğunu, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldğını bildirmişdir (cild 01, i.v.91-93). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi təərfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli, 6/2855 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №159" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,025 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, i.v.99-103). “Maddi sübut kimi tanıma haqqında” 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,025 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,975 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v.143). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi ev olması müəyyən edilmişdir (cild 01, i.v.165-167). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş perforator Zərərçəkmiş şəxs2 təqdim edildikdə o, perforatorun ona məxsus olduğunu bildirərək naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir (cild 01, i.v.203). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, Binə-Südçülük Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evi olması müəyyən edilmişdir (cild 01, i.v.214-216). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş 01 ədəd bir top naqil, 05 ədəd spot lampa, 02 ədəd naqil Zərərçəkmiş şəxs3 təqdim edildikdə o, həmin əşyaların ona məxsus olduğunu və həmin əşyaları rənginə, markasına, ölçüsünə görə tanıdığını bildirmişdir (cild 01, i.v.239-240). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanda 01 ədəd bükümdə boz rəngli toz şəklində narkotik maddəyə bənzər vasitə aşkar edilərək götürülmüşdür cild 02, i.v.36- 37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi təərfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 6/4644 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №194" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,836 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 02, i.v.43-47). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, Südçülük Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evi olması müəyyən edilmişdir (cild 02, i.v.92-93). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən tikinti materialları istehsal edilən sex olması müəyyən edilmişdir (cild 02, i.v.92-93). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donusçuluq sovxozunda torpaq sahəsində yarımtikili və daş hasarı olan dəmir darvazası olmayan evin həyətyanı sahəsi olması müəyyən edilmişdir (cild 02, i.v.226-228). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ona təqdim edilmiş dəmir konstruksiyanın ona məxsus olduğunu bildirmişdir (cild 03, i.v.1-2). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim edilmiş ət çəkən maşının ona məxsus olduğunu bildirmişdir (cild 03, i.v.3-4). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ona təqdim edilmiş əşyaların ona məxsus olduğunu bildirmişdir (cild 03, i.v.1-2). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 ona təqdim edilmiş əşyaların ona məxsus olduğunu bildirmişdir (cild 03, i.v.1-2). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 Bakir oğlunun müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Zərərçəkmiş şəxs9 Bakir oğluna məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ərzaq mağazasının olması müəyyən edilmişdir (cild 03, i.v.12-16). “Diksə baxış keçirilməsi barədə” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 mağazasından baş vermiş oğurluq hadisəsini göstərən müşahidə kamerasından götürülmüş video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs qaz açarı ilə dəmir barmaqlılarını qıraraq içəridaxil olması müşahidə olunur (cild 03, i.v.32-33). Məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 4833 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 03, i.v.38-39). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5247 saylı rəyindən görünür ki, fotoşəkillər təqdim edilmiş 5 adda malların istifadə olması nəzərə alaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 190,00 manat müəyyən olunur (cild 03, i.v.60-62). Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4475 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hazırki tarixə, yəni 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -Zərərçəkmiş şəxs3 məxsus təqdim edilmiş mallar - 143,82 manat; -X1 məxsus təqdim edilmiş mallar - 35,00 manat; -Zərərçəkmiş şəxs7 məxsus təqdim edilmiş mallar - 7,20 manat; -Zərərçəkmiş şəxs6 məxsus təqdim ediimiş mallar - 80,40 manat. Zərərçəkmiş şəxs8 məxsus metal konstruksiya haqqında kifayət qədər məlumat (istehsal yeri, istismar müddəti, çəkisi, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı - Fotoşəkilə əsasən Zərərçəkmiş şəxs2 məxsus istifadə olunmuş perforator nəzəri qaydada - 150,00 manat (cild 03, i.v.63-66). “Maddi sübut kimi tanıma haqqında” 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,836 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,786 qram heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 03, i.v.120). “Əşyaların maddi sübut kimi tanınması haqqında” 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd Türksan Kablo” H05W-F yazılarıdan 100 metr, 1*2,5mm ölçülü naqil, 03 ədəd üzərində “SAFNUR 24W 3000K” yazıları olan led spot lampa, 01 ədəd üzərində “SAFNUR 24W 6500K” yazıları olan led spot lampa, 01 ədəd üzərində “DZZ 24W 3000K” yazıları olan, Çin istehsalı olan led spot lampa, 4,30 m üzərində “Unal kablo ağ 417- 2010 2x6mm2 2018” yazıları olan ağ rəngli, diametri 12 mm olan mis əsaslı ərintidən hazırlanmış naqil, 1.80 m üzərində markalanma göstəriciləri olmayan, ümumi diametri 5 mm, qara rəngli izolyasiyalı, 2 jilalı, hər jilası təxminən 2,5mm ölçüdə elektrik naqili, 01 ədəd “GEEPAS” markalı, “GMG761” model, 50/60Hz 2000W ətçəkən maşın (uzun müddət istifadədə olub), 4,80 metr üzərində markalanma yazıları olmayan göy rəngli izolyasiyalı, ümumi diametri 4,1 mm, mis əsaslı ərintidən hazırlanmış naqil, 4,80 m üzərində markalanma yazıları olmayan qırmızı rəngli izolyasiyalı, ümumi diametri 4,1 mm, mis əsaslı ərintidən hazırlanmış naqil, 01 ədəd üzərində “NİVA” 230V 50QÜ 6300ob/min yazıları olan laqondanın üzərində istismar xarakterli qüsurlar (cızıqlar.boya qopuqları və s.) var, 1,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, göy rəngli izolyasiyalı mis əsaslı ərintidən hazırlanmış naqil, 1,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, göy rəngli izolyasiyalı mis əsaslı ərintidən hazırlanmış naqil, 3,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 4,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 5 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 4,1 mm, göy rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 1,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 2 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 2 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 01 ədəd metal konstruksiya, 01 ədəd istifadədə olmuş, sarı-qara rəngli perforator (fotoşəkilə əsasən), 01 ədəd üzərində HFH «LEPSE» MŞU-2-230 6600 ob/min 280x3,2x22мм yazıları olan laqonda, 01 ədəd üzərində Euromax 710 W yazıları olan göy rəngli drel, 01 ədəd üzərində İnterskol DU-13/780GR yazıları olan drel, 01 ədəd üzərində markalanma yazıları olmayan göy rəngli kiçik ölçülü drel, 01 ədəd elektriklə işləyən samovar sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 03, i.v.122-123). İş materiallarında olan qəbzlərdən görünür ki, 01 ədəd laqonda, 03 ədəd drel və 01 ədəd elektron su samovarı Zərərçəkmiş şəxs1, 03 ədəd elektrik naqili və 05 ədəd spod işıqları Zərərçəkmiş şəxs3, 01 ədəd ət çəkən maşın Zərərçəkmiş şəxs4, 02 ədəd elektrik naqili Zərərçəkmiş şəxs7, 01 ədəd laqonda, 07 ədəd elektrik naqili Zərərçəkmiş şəxs6, 01 ədəd metal konstruksiyası Zərərçəkmiş şəxs8, 01 ədəd perforator Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır (cild 03, i.v.124-130). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, 03 ədəd “DVD” diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 03, i.v.156-174). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən epizodlardan “20 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində vət. Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən tikinti materialları istehsal edilən sexə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 4615 manat maddi ziyan vurmaqla, Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin dəmir barmaqlıqlarını sındıraraq pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 2.855 manat maddi ziyan vurmaqla, 04 fevral 2021-ci il tarixdə,saat 01 radələrində vət.Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsində yerləşən saxlanc yerinin qapısını sındrıb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna ümumilikdə 1.120 manat maddi ziyan vurmaqla, 02 iyun 2021-ci il tarixdə,saat 03 radələrində vət. Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 935 manat maddi ziyan vurmaqla, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində vət. Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən yarımtikili evininin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs8 2000 manat maddi ziyan vurmaqla” oğurluq etməsi öz təsdiqini tapmadığından həmin epizodlar ittihamdan xaric edilməli, onun “04 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinə pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 645 manat maddi ziyan vurmaqla, 08 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinin həyətinə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs2 548 manat maddi zyan vurmaqla, xx.xx.2022-ci il tarixdə, saat təxminən 05 radələrində ünvan 4 ünvanında yerləşən fərdi tikilmiş evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 625 manat maddi ziyan vurmaqla, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində vət. Zərərçəkmiş şəxs9 Bakir oğluna məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ərzaq mağazasına qapının qıfılını sındırmaqla qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs9 Bakir oğluna 1141 manat maddi ziyan vurmaqla” təkrar oğurluq etməsi üç epizoda münasibətdə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sübutlar, Zərərçəkmiş şəxs9 Bakir oğluna maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizoda münasibətdə isə zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, diskdə olan hadisənin videogörüntüsü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs elan ittihamda göstərilən hər bir epizod üzrə gəldiyi qənaəti ayrıca əsaslandırmağı zəruri hesab edir. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində vət. Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən tikinti materialları istehsal edilən sexə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 4615 manat maddi ziyan vurmaqla, Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin dəmir barmaqlıqlarını sındıraraq pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 2.855 manat maddi ziyan vurmaqla, 04 fevral 2021-ci il tarixdə,saat 01 radələrində vət.Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsində yerləşən saxlanc yerim qapını sındrıb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna ümumilikdə 1.120 manat maddi ziyan vurmaqla, 02 iyun 2021-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 935 manat maddi ziyan vurmaqla, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində vət. Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən yarımtikili evininin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs8 2000 manat maddi ziyan vurmaqla oğurluq etməsi göstərilsə də, həmin cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübut kimi sadəcə təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış etirafedici ifadələrinə (hansı ki, onların da bir çoxunu təqsirləndirilə şəxs imzalamaqdan imtina etmişdir), zərərçəkmiş tərəfin əmlaklarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərən ifadələrinə və “Hadisə yerinə baxış” protokollarına, qanunvericiliyin tələblərinə tamamilə zidd tərtib edilmiş “Əşyanın tanınması protokolları”na istinad edilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin epizodlar üzrə özünü təqsirli bilməmiş, göstərilən ərazi və ünvanlardan oğurluq etmədiyini, polis bölməsində ona fiziki zor tətbiq edildiyini, döyülməsi səbəbindən etirafedici ifadələri imzaladığını, ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan imzalandığını, bir müddət sonra isə ümumiyyətlə ifadələrini imzalamadığını, həmin ifadələrin onun sözlərindən yazılmadığını, hadisə yerində olan foto şəkillərinin polis əməkdaşı tərəfindən göstərilən yerlərə əlini uzadaraq çəkildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusat, yəni hadisə yerinə aparılan zaman zərərçəkmiş şəxslərin həmin istintaq hərəkətində iştirak etməmələri zərərçəkmiş şəxslər tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. Məhkəmə ilk növbədə iş materiallarında olan “təqsirləndirilən şəxsin sözlərindən” yazıldığı qeyd olunan, lakin təqsirləndirilən şəxsin imzalamaqdan imtina etdiyi ifadələrə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış ifadələrini imzalamaqdan imtina etməsi onun həmin ifadələrlə razılaşmamasının göstəricisidir ki, belə olan halda onun adından cinayətin törətməsini etiraf edən ifadələrin iş materiallarına əlavə edilməklə həmin ifadələrə ittihamı təsdiq edən sübut kimi istinad olunması məntiqsizdir. Bununla bağlı məhkəmənin diqqətini çəkən bir hal ondan ibarətdir ki, ittiham aktında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsi göstərilsə də, onun adından etirafedici ifadələr yazılaraq cinayəti törətməsinin “təfərrüatları” ətarflı şəkildə göstərilmişdir ki, bu da müstəntiqin kortəbii şəkildə materialları toplayaraq məhkəməyə təqdim etməsinin göstəricisidir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ilkin ifadələrinə fiziki zor tətbiq edilməsi nəticəsində imza etdiyini bildirsə də, sonrakı ifadələrində özünü təqsirli bilmədiyindən və həmin ifadələr onun sözlərindən yazılmadığından imza etmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi məqsədi ilə Bakı İstintaq Təcridxanasından onun tibb kitabçasını əldə etmişdir. Təqsirləndirilən şəxs 5171/2022 saylı tibb kitabçasından görünür ki, o, Bakı İstintaq Təcridxanasına daxil olarkən onun yuxarı və aşağı ətraflarda trafiki yaralar aşkar olunmuş və o, 20 may 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, 24 may 2022-ci il tarixdə Müalicə müəssisəsinə göndərilərək 10 sentyabr 2022-ci il tarixədək orada qalmışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 avqust 2022-ci il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs anası oğlunun tutulan zaman Sabunçu RPİ-nin əməkdaşları tərəfindən döyüldüyünü göstərərk bu faktın araşdırılmasını xahiş etmiş, prokurorluğunun qeyd olunan tarixdə qəbul edilmiş qərarı ilə material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin istintaqın gedişatında etirafedici məzmunda yazılmış ifadələri imzalamamasını, iş materiallarında onun özünü təqsirli bilmədiyi epizodlar üzrə (Zərərçəkmiş şəxs9la bağlı olan epizod istisna olmaqla) bir dənə də olsun mötəbər sübutun olmadığını, zərərçəkmiş şəxslərin özlərinin də cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin real olmaması ilə irəli sürdükləri dəlilləri nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş ifadələrini daha mötəbər və doğru verilmiş ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrin həqiqi olması (Zərərçəkmiş şəxs9 Bakir oğluna dair epizod istisna olmaqla) qənaətinə gələrkən yalnız onun özünün ifadəsində göstərdiyi xüsusatları deyil, o cümlədən, zərərçəkmiş şəxslərin də ifadələrində vurğuladıqları mühüm halları nəzərə alır. Belə ki, göstərilən epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər bir şəxsin ifadəsindən görünür ki, onlar ifadələrində əmlaklarının oğurlanması faktını göstərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri və həmin cinayətin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslərin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Hazırki halda istintaq orqanının istinad etdiyi sübut növlərindən biri olan təqsirləndirilən şəxsin ifadələri məhkəmə digər sübutlarla əlaqəli şəkildə tədqiq etməklə həmin ifadələri təqsirləndirilən şəxs tərəfindən sadəcə məzmununu oxunmadan imzalanmış ifadələr kimi qəbul edilir. Məhkəmə ittihamdan xaric edilməsinin qanunamüvafiq olması qənaətinə gəldiyi hər bir epizod üzrə gəldiyi qənaəti ayrı-ayrılıqda əsaslandırmağı zəruri hesab edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdakı birinci epizoda görə o, 20 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən tikinti materialları istehsal edilən sexə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, sexdən oğurluq edərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 4615 (dörd min altı yüz on beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin epizodla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadəsi-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, ilkin olaraq Təqsirləndirilən şəxs həmin ifadələri imzalasa da, sonradan heç bir sənədi imza etməmiş, məhkəmə istintaqı zamanı isə göstərilən ünvandan oğurluq etmədiyini bildirmişdir. Məlumdur ki, hətta təqsirləndirilən şəxs özünü cinayətdə təqsirli bilsə belə, onun həmin etirafedici ifadəsi mütləq qaydada digər mötəbər sübutlarla təsdiq olunmalıdır ki, hazırda göstərilən epizod üzrə təqsirləndirilən şəxsin ilkin olaraq imzaladığı ifadəsində göstərilən xüsusatları təsdiq edən hər hansı sübuta iş materiallarında rast gəlmək mümkün olmamışdır.
2. Zərərçəkmiş şəxs6 ifadəsi-Məhkəmə qanunla müəyyən edilmiş tədbirləri görməsinə baxmayraq Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmasa da, məhkəmə istintaqı zamanı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük savxozu, nömrəsiz ünvanda yerləşən torpaq sahəsini alıb orada ev tikmiş, lakin arada bir həmin evdə qalrmış. Həmin evin yerləşdiyi həyətdə özünə tikinti materialları istehsal edən sex açmış və dostuyla birlikdə həmin sexdə işləyirmiş. Hər gün səhər saat 10 radələrində sexi açır və günorta təxminən saat 16 radələrində sexi bağlayırmış. 19 yanvar 2020-ci il tarixdə, təxminən saat 11 radələrində o, işdə olan zaman gedib həmin evinə baş çəkmiş və həmin vaxt hər şey qaydasında imiş. Bundan sonra iş çox, olduğu üçün evə gedib başçəkə bilməmişdir. 29 yanvar 2020-ci il tarixdə bazar günü olduğu üçün işə günorta təxminən saat 14 radələrində dostu Həzi ilə birlikdə sexə gəlmişdir. Onlar sexə yaxınlaşdıqda sexin iki plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Onlar tez qapını açıb sexə daxil olmuş və bu zaman sexdə olan əşyaların dağınıq halda olmasını görüb sexdə oğurluq olmasını başa düşmüşdür. Onlar tez sexi axtarmağa başlamış və bu zaman sexdən ona məxsus olan 200 manat dəyərində bir ədəd “Total” markalı frez aparatı, 260 manat dəyərində bir ədəd “Ken” markalı dairəvi mjşar aparatı, 95 manat dəyərində bir ədəd “Almaz” markalı taxta kəsən aparatı (lobzik), 270 manat dəyərində bır ədəd “Total” markalı laqonda aparatı, 155 manat dəyərində bir ədəd "Total” markalı vibrator aparatı, 170 manat dəyərində bir ədəd “Total” markalı elektrik rəndə, hər biri 5,20 manat olmaqla cəmi 125 manat dəyərində olan 24 ədəd elektrik qidalandırıcısı yuvaları ilə birlikdə, hər biri 60 manat olamqla cəmi 420 manat dəyərində olan 7 ədəd dəzgah mişarı, cəmi 300 manat dəyərində olan müxtəlif ölçülü şurup və sverlonun, eləcə də, divara yerləşdirilmiş halda olan bir metri 5 manat olmaqla cəmi 200 manat dəyərində olan 40 metr uzunluğunda 6x2.1 ölçüsündə elektrik naqili və bir metri 0,70 manat olmaqla cəmi 112 manat dəyərində olan 160 metr uzunluğunda 4x2.1 ölçüsündə elektrik naqilinin divardan sökülərək oğurlanmasını müəyyən etmişdir. Bu vaxt o, tez evinə gedib başçəkmiş və bu zaman evindəki əşyaların da dağınıq halda olmasını və ona məxsus olan 600 manat dəyərində müxtəlif pal-paltarın və 1900 manat dəyərində müxtəlif qab-qacaq və qazan dəstlərinin oğurlanmasının şahidi etmişdir. Bundan sonra dostu Həzi DİN- nin 102 xidmətinə zəng edərək hadisə yerinə məlumat verdi. Birazdan polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirdilər. Sonra isə o, hadisə barədə ərizə yazdı. Baş vermiş hadisə zamanı ona 4807 manat maddi ziyan dəymişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin həmin ifadəsi ayrılıqda oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsini deyil, sadəcə ona məxsus olan əmlakların oğurlanması faktını təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
3. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokol-Həmin protokolda göstərilmişdir: “Zərərçəkmiş şəxs6 ona təqdim edilmiş əşyaların ona məxsus olduğunu bildirmişdir". Həmin protokola münasibətdə məhkəmə qeyd edir ki, həmin protokol ümumiyyətlə AR CPMnin tələblərinə uyğun olmadığlndan və tamamilə qanunun normalarına zidd tərtib edildiyindən sübutedici qüvvəsi olmayan sənəd kimi qiymətləndirilməlidir. Belə ki, 01 vərəqdən ibarət protokoldan zərərçəkmiş şəxsə təqdim edilmiş əşyaların nədən ibarət olması naməlum qalmaqla əşyaları tanımalı olan şəxs bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirilməmiş, həmin naməlum əşyalar eyni növdən olan əşyalar arasında tanıyan şəxsə təqdim edilməmiş, həmin əşyaların fotoşəkilləri protokola əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 240.1-ci maddəsinə əsasən hər hansı əşyanı tanınma üçün təqdim etmək zəruri olduqda müstəntiq tanıyan şəxsi bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirir və bu barədə protokol tərtib edilir. 240.5-ci maddəsinə əsasən tanınmalı olan əşya eyni növdən olan əşyalar arasında tanıyan şəxsə təqdim edilir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunur. 241.1.6-cı maddəsinə əsasən tanınma aparıldıqdan sonra müstəntiq müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən tanınma üçün təqdim edilmiş əşyaların təsviri və tanınmanın aparıldığı əlamətlərin təsviri əks olunan protokol tərtib edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokolun tamamilə qanunverciliyə zidd və bununla da sübutedici qüvvəsi olmayan sənəd kimi qiymətləndirilməsi qənaətinə gəlir.
4. 01 ədəd laqonda, 07 ədəd elektrik naqilin Zərərçəkmiş şəxs6 qaytarılmasını təsdiq edən qəbz-həmin qəbzə münasibətdə isə məhkəmə iş materiallarından əşyanın tanınmaya təqdim edilməsi zamanı Zərərçəkmiş şəxs6 hansı əşyaların təqdim edilməsini müəyyən etmək mümkün olmadığından, iş materiallarına həmin əşyaların fotoşəkilləri əlavə edilmədiyindən, digər-məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin həmin qəbzdə göstərilənlərin doğru olmamasını göstərdiklərindən məhkəmə həmin qəbzi də şəxsi müvafiq cinayətdə ittiham etmək üçün yetərli sübut hesab etmir. Təqsirləndirilən şəxs elan edilmiş ikinci epizoda görə o, 23 dekabr 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin dəmir barmaqlıqlarını sındıraraq pəncərədən qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ümumilikdə 2.855 (iki min səkkiz yüz əlli beş) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmin epizodla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadəsi-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, ilkin olaraq Təqsirləndirilən şəxs həmin ifadələri imzalasa da, sonradan heç bir sənədi imza etməmiş, məhkəmə istintaqı zamanı isə göstərilən ünvandan oğurluq etmədiyini bildirmişdir. 2.Zərərçəkmiş şəxs7 ifadəsi-hansı ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 tam başqa məzmunda ifadə verərək istintaq zamanı ifadələrini oxumadan, cinayət işi materialları ilə tanış olmadan müvafiq sənədləri imzaladığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq ifadənin yoxlanılması zamanı müstəntiq tərəfindən onun dəvət edilmədiyini, müstəntiqdən bunun səbəbi soruşulduqda müstəntiqin “Düşündüm gəlib əsəbləşirsiz, ona görə çağırmadım” deyə cavab verdiyini, ona dəymiş ziyanın 12000 təşkil etməsinə baxmayaraq müstəntiqin qanunsuz olaraq zərərin məbləğini 2855 manat göstərdiyini, müstəntiqin onu aldadaraq Rahidin anasının ona ziyanı ödəyəcəyini bildirərək sənədlərə imza etdirdiyini, ona iş materialları ilə tanış olmağa imkan verilmədiyini, o, iş materialları ilə tanış olmaq istəyərkən müstəntiqin ona “Vaxt bitdi, sən imzala, sənə dəymiş ziyan ödəniləcək” kimi cavab verdiyini, iş materialları tanış olmadan sənədləri imzaladığını, hadisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə dəvət olunaraq ona naqillər göstərilərək naqillərin ona məxsus olub-olmaması soruşulduqda o, naqillərin ona aid olmadığını bildirdiyini, bu zaman onun həmin naqillərin ona məxsus olduğunu deməyə məcbur edildiyini və ordakı əməkdaşlardan birinin onun köynəyindən tutduğunu, bu zaman o, naqillərin ona məxsus olmadığını bildirərək köynəyinin düyməsini açaraq onların əlindən yarı çılpaq vəziyyətdə qaçdığını, evindən aparılan əşyalar içərisində 6 metrlik taxtaların da olduğunu, həmin taxtaların bir nəfər tərəfindən aparılmasının mümkün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi bu xüsusatlar (naqillərin ona aid olmadığını bildirdikdə bu zaman onun həmin naqillərin ona məxsus olduğunu deməyə məcbur edilməsi və ordakı əməkdaşlardan birinin onun köynəyindən tutması, bu zaman onun naqillərin ona məxsus olmadığını bildirərək köynəyinin düyməsini açaraq onların əlindən yarı çılpaq vəziyyətdə qaçması) bir daha məhkəmədə Təqsirləndirilən şəxs istintaq zamanı qanunsuz təsirlərə məruz qalmasına dair irəli sürdüyü dəlillərin əsaslı olmasına inam yaratmaqla istintaqın qanunvericiliyin tələblərinin kobud pozulması ilə aparılmasını təsdiq edir.
3. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 13 yanvar 2022-ci il tarixli protokol- həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 ona təqdim edilmiş əşyaların ona məxsus olduğunu bildirmişdir. Həmin protokolun qanunvericiliyin tələblərinə uyğun olmamasına Zərərçəkmiş şəxs6 ilə bağlı epizodla bağlı əsaslandırma zamanı kifayət qədər ətraflı münasibət bildirilmişdir. Çox maraqlı məqam ondan ibarətdir ki, zərərçəkmiş şəxs ifadəsində Suraxanı Rayon Polis İdarəsinə dəvət olunaraq ona naqillər göstərilərək naqillərin ona məxsus olub-olmaması soruşulduqda o, naqillərin ona aid olmadığını bildirdiyini, bu zaman onun həmin naqillərin ona məxsus olduğunu deməyə məcbur edildiyini və ordakı əməkdaşlardan birinin onun köynəyindən tutduğunu, bu zaman o, naqillərin ona məxsus olmadığını bildirərək köynəyinin düyməsini açaraq onların əlindən yarı çılpaq vəziyyətdə qaçdığını bildirməsinə baxmayaraq müstəntiq onun verilmiş sənədləri oxumasına imkan verməmiş və onun oxumadan müvafiq sənədləri imzalamasından istifadə edərək ittihamın təsdiq edilməsində istifadə oluna biləcək bütün sənədləri imzalatdırmışdır.
4. 02 ədəd elektrik naqili Zərərçəkmiş şəxs7 qaytarılmasına dair qəbz-hansı ki, həmin naqillər Zərərçəkmiş şəxs7 tərəfindən ümumiyyətlə tanınmamış və o, həmin naqillərin ona məxsus olmadığını və ona hər hansı əşyanın və ya naqilin qaytarılmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 onun hər hansı tanıyaraq ona məxsus olmasını bildirməsi və ya həmin əşyaları təhvil almasına dair sual verildikdə o, ona təqdim edilmiş əşyaların ona məxsus olmadığını istintaq zamanı da bildirildiyini və ona hər hansı əşyanın təhvil verilmədiyini göstərmişdir ki, bu da müstəntiqin nəinki, zərərçəkmiş şəxslərə yanlış məlumat verməklə müvafiq sənədləri formal olaraq imzalatdırmasının, həm də məhkəməni yanıltmağa çalışmasının bariz nümunəsidir. Təqsirləndirilən şəxs verilmiş üçüncü ittihama əsasən o, 04 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsində yerləşən saxlanc yerim qapını sındrıb qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ümumilikdə 1.120 (min yüz iyirmi) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmin epizodla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadəsi-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, ilkin olaraq Təqsirləndirilən şəxs həmin ifadələri imzalasa da, sonradan heç bir sənədi imza etməmiş, məhkəmə istintaqı zamanı isə göstərilən ünvandan oğurluq etmədiyini bildirmişdir. 2.Zərərçəkmiş şəxs5 Şahhüseyn oğlunun ifadəsi-hansı ki, iş materiallarında olan ifadəsi sadəcə oğurluq faktını təsdiq edən ifadə olmuş və həmin epizodla bağlı istintaq orqanı başqa heç bir sübuta istinad edə bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs bildirmişdir ki, o, oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmır. Belə ki, onun evindən olan oğurluqla bağlı nə maddi sübut, nə başqa bir sübut yoxdur. İstintaq zamanı bir dəfə də olsun ona təqsirləndirilən şəxsi görməyə, ona oğurlanmış əmlaklarla bağlı suallar verilməsinə, həqiqətən də həmin əşyaların Rahid tərəfindən götürülüb-götürülməməsini dəqiqləşdirməyə şərait yaradılmamış, əksinə bunun üçün maneələr yaradılmışdır. Tək təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ona ittiham elan edilməsi qanuni hesab edilə bilməz. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması üçün onun evinə gətirilməmişdir. Ona müstəntiq tərəfindən iş materialları tanış olmağa şərait yaradılmamış və bu səbəbdən də o, iş materialları ilə tanış edilməsinə dair sənədləri imzalamamışdır. Hazırki cinayət işi düzgün araşdırılmayıb və onun evindən oğurluq edən şəxs hələ də müəyyən edilməmiş qalmışdır. Həqiqətən cinayət işinin materiallarından (cild 03, i.v.216) görünür ki, Zərərçəkmiş şəxs5 Şahhüseyn oğlu iş materialları ilə tanış edilməsinə dair protokolu imzalamaqdan imtina etmişdir ki, bu da tək Zərərçəkmiş şəxs5 Şahhüseyn oğlunun deyil, digər zərərçəkmiş şəxslərin də müstəntiqin onlara iş materialları ilə tanış olmağa imkan verməməsinə və şərait yaratmamasına, sənədləri formal olaraq imzalatmasına dair göstərdiyin xüsusatların biri digərinə uyğun olan ifadələrlə təsdiq edilməsinə dəlalət edir. Təqsirləndirilən şəxs verilmiş dördüncü epizoda əsasən o, 02 iyun 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 935 (doqquzyüz otuz beş) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmin epizodla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadəsi-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, ilkin olaraq Təqsirləndirilən şəxs həmin ifadələri imzalasa da, sonradan heç bir sənədi imza etməmiş, məhkəmə istintaqı zamanı isə göstərilən ünvandan oğurluq etmədiyini bildirmişdir. 2.Zərərçəkmiş şəxs4 ifadəsi-hansı ki, iş materiallarında olan ifadəsi sadəcə oğurluq faktını təsdiq edən ifadə olmuş və həmin epizodla bağlı istintaq orqanı başqa heç bir sübuta istinad edə bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı həmin istintaq hərəkətində iştirak etmədiyini, onun evindən naqil və kafel-metlax oğurlandığını, ətçəkən maşının oğurlanmadığını, ittihamda niyə ətçəkən maşın göstərildiyini bilmədiyini, iş materialları ilə tanış olmadan müstəntiq tərəfindən verilmiş sənədləri imzaladığını bildirmişdir.
3. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 11 yanvar 2022-ci il tarixli protokol-hansı ki, həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim edilmiş ət çəkən maşının ona məxsus olduğunu bildirmişdir. Həmin protokolun qanunvericiliyin tələblərinə uyğun olmamasına Zərərçəkmiş şəxs6 ilə bağlı epizodla bağlı əsaslandırma zamanı kifayət qədər ətraflı münaisbət bildirilmişdir. Məhkəmə həmin sübuta münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxs məhkəmə iclasında həm ifadəsində, həm də verilmiş suallara cavabında onun evində ət çəkən maşın oğurlanmadığını, müstəntiqin nəyə əsasən oğurlanmış əşya kimi ət çəkən maşını da göstərməsini bilmədiyini, iş materialları tanış olmadan sənədlərin ona imzalatdırıldığını bildirmişdir ki, bu hal artıq müstəntiqin öz mülahizələri əsasında şəxsə ittiham verməsinin, açıq-aşkar işin hallarını təhrif etməsinin göstəricisidir.
4. 01 ədəd ət çəkən maşın Zərərçəkmiş şəxs4 qaytarılmasına dair tarixi olmayan qəbz-hansı ki, zərərçəkmiş şəxs onun evindən ümumiyyətlə ət çəkən maşının oğurlanmadığını, ona hər hansı bir əşyanın qaytarılmadığını bildirmişdir ki, belə olan halda oğurlanmamış əşyanın zərərçəkmiş şəxsə qaytarılmasının real olmaması həmin sübutun müstəntiq tərəfindən formal olaraq iş materiallarına əlavə edilməsinə dəlalət edir. Təqsirləndirilən şəxs verilmiş digər epizoda əsasən o, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs8 məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən yarımtikili evininin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2000 (iki min) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmin epizodla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadəsi-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, ilkin olaraq Təqsirləndirilən şəxs həmin ifadələri imzalasa da, sonradan heç bir sənədi imza etməmiş, məhkəmə istintaqı zamanı isə göstərilən ünvandan oğurluq etmədiyini bildirmişdir. 2.Zərərçəkmiş şəxs8 ifadəsi-hansı ki, iş materiallarında olan ifadəsi sadəcə oğurluq faktını təsdiq edən ifadə olmuş və həmin epizodla bağlı istintaq orqanı başqa heç bir sübuta istinad edə bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər heç vaxt görməmiş, ilk dəfə hazırda məhkəmə iclasında görür. Polis bölməsində ona maddi sübut kimi dəmirlər göstərilsə də, həmin dəmirlər yararsız vəziyyətdə olmuş, o, həmin dəmirlərin özünə məxsus olub-olmamasını ayırd edə bilməmiş və həmin dəmirləri götürməmişdir. Ona məxsus olan oğurlanmış dirəklər minimum 2 metr olmuş, disklərin sayı isə təxminən 15-16 ədəd olmuşdur. Həmin əşyalar üç qazeldə gətirilmişdi. Onların tək bir insan tərəfindən aparılması ümumiyyətlə mümkün deyil. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs8 istntaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilmədiyini, polis bölməsində ona təqsirləndirilən şəxsi hadisə yerinə gətirəcəkləri və onun hansı əşyanı hardan götürdüyünü göstərəcəyini bildirsələr də, onu hadisə yerinə çağırmadıqlarını və əgər keçirilbsə belə, onun həmin istintaq hərəkətində iştirak etmədiyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs özü də oğurluğun tək insan tərəfindən törədilməsinin real olmamasını göstərməklə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək hər hansı xüsusat göstərə bilməmişdir.
3. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokol-həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ona təqdim edilmiş dəmir konstruksiyanın ona məxsus olduğunu bildirmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 həmin dəmirlər əzik vəziyyətdə olduğundan onların özünə məxsus dəmirlər olub-olmamasını ayırd edə bilmədiyini göstərmişdir ki, bu da digər protokollar kimi bu protokolun da formal xarakter daşımasının təzahürüdür.
4. “01 ədəd metal konstruksiyası Zərərçəkmiş şəxs8 qaytarılması”na dair tarixi olmayan qəbzhalbuki, zərərçəkmiş şəxs məhkəmə iclasında həmin dəmirlərin əzik olduğunu və onları götürmədiyini bildirmişdir ki, bu da müstəntiqin sadəcə sübutsuz epizolarla bağlı özünün şəxsi səyləri ilə “sübut” toplamağa çalışmasına və məhkəməni cinayətin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inandırmaq üçün səy göstərməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, istintaq orqanın istinad etdiyi bu sübut növləri məhkəmə istintaqı zamanı aparılan araşdırma nəticəsində təkzib edildiyindən həmin sübutlar şəxsə ittiham elan edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməməli və məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar işin həqiqi halları kimi dəyərləndirilməlidir. Göründüyü kimi, istintaq orqanı sadəcə formal sənədlər tərtib etmiş, müvafiq olaraq cinayət prosesi iştirakçılarının öz hüquqlarını lazımi səviyyədə bilməməsindən istifadə edərək onlar tərəfindən imzalanmasını təmin etməklə və müvafiq sənədləri məhkəməyə göndərməklə kifayətlənmiş və həmin sənədlər əsasında şəxsə ittiham elan edilməsini məqbul hesab etmişdir. Nəzərə alınsa ki, sadalanan epizodlar üzrə zərərçəkmiş şəxslər özləri yuxarıda göstərilən hallara əsaslanaraq oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadıqlarını və iş materialları ilə cinayətin məhz onun tərəfindən törədilməsinin sübuta yetirilmədiyini göstərmişlər, təqsirləndirilən şəxs istintaq zamanı təsir və təzyiqlər altında ifadələri oxumadan imzaladığını, hadisə yerində polis əməkdaşlarının göstərdiyi yerlərə əlini uzadaraq fotoşəkillərinin çəkildiyini, həmin istintaq hərəkətində müstəntiqin və müdafiəçinin iştirak etmədiyini göstərmişdir, iş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi protokolları qanunvericiliyin tələbləri kobud pozulmaqla tərtib edilmiş və orada göstərilənlər həm təqsirləndirilən, həm də müvafiq olaraq zərərçəkmiş şəxslərin ifadələri təkzib edilmişdir, iş materiallarında isə bunlardan savayı bir dənə də olsun mötəbər sübut yoxdur (təqsirləndirilən əl-barmaq izləri, hadisə günü təqsirləndirilən şəxsin həmin ünvanda olmasını təsdiq edə biləcək bir şahid ifadəsi, zərərçəkmiş tərəfin iştirakı ilə ifadənin yerində yoxlanması protokolu və ya anten məlumatları), məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan və məhkənin ayrı-ayrılıqda tədqiq etdiyi epizodlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri (təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri, əşyanın tanınmaya təqdim edilməsi protokolları, əşyaların qaytarılmasına dair qəbzlər) məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs “20 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində vət. Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən tikinti materialları istehsal edilən sexə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 4615 manat maddi ziyan vurmaqla, Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin dəmir barmaqlıqlarını sındıraraq pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 2.855 manat maddi ziyan vurmaqla, 04 fevral 2021-ci il tarixdə,saat 01 radələrində vət.Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsində yerləşən saxlanc yerim qapını sındrıb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna ümumilikdə 1.120 manat maddi ziyan vurmaqla, 02 iyun 2021-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 935 manat maddi ziyan vurmaqla, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində vət. Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən yarımtikili evininin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs8 2000 manat maddi ziyan vurmaqla” oğurluq etməsinə dair epizodlar öz təsdiqini tapmadığından həmin epizodlar ona verilmiş ittihamdan xaric olunmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs “04 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinə pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 645 manat maddi ziyan vurmaqla, 08 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinin həyətinə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs2 548 manat maddi zyan vurmaqla, xx.xx.2022-ci il tarixdə, saat təxminən 05 radələrində ünvan 4 ünvanında yerləşən fərdi tikilmiş evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 625 manat maddi ziyan vurmaqla, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində vət. Zərərçəkmiş şəxs9 Bakir oğluna məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ərzaq mağazasına qapının qıfılını sındırmaqla qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs9 Bakir oğluna 1141 manat maddi ziyan vurmaqla” təkrar oğurluq etməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs göstərilən epizodlardan- “04 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinə pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 645 manat maddi ziyan vurmaqla, 08 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmış evinin həyətinə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs2 548 manat maddi zyan vurmaqla, xx.xx.2022-ci il tarixdə, saat təxminən 05 radələrində ünvan 4 ünvanında yerləşən fərdi tikilmiş evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 625 manat maddi ziyan vurmaqla” oğurluq etməkdə özünü təqsirli bilərək cinayətin törədilmə yeri, üsulu, mexanizmi barədə tam təfərrüatlı ifadələr vermiş və onun ifadəsində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmışdır. Bununla yanaşı, həmin epizodlar üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həqiqətən də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi əmlakların oğurlandığını təsdiq etmişlər. Bununla yanaşı həmin epizodlar üzrə aşkar edilmiş əmlaklar maddi sübut kimi tanınmaqla zərərçəkmiş şəxslər tərəfindən qəbul edilmiş və məhkəmə istintaqı zamanı da bu fakt öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs “xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində vət. Zərərçəkmiş şəxs9 Bakir oğluna məxsus Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ərzaq mağazasına qapının qıfılını sındırmaqla qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs9 Bakir oğluna 1141 manat maddi ziyan vurmaqla” oğurluq etməsinə dair epizod üzrə özünü təqsirli bilməsə də, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs9 oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən diskə baxış keçirilərkən iştirak etdiyini, videodakı şəxsin Təqsirləndirilən şəxs həm üzdən, həm də fizioloji baxımdan oxşadığını bildirmişdir. İş materialallarında olan “Diksə baxış keçirilməsi barədə” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 mağazasından baş vermiş oğurluq hadisəsini göstərən müşahidə kamerasından götürülmüş video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs qaz açarı ilə dəmir barmaqlılarını qıraraq içəri daxil olması müşahidə olunur. Məhkəmə istintaqı zamanı iş materiallarında əlavə edilmiş həmin diskə baxış keçirilən zaman həqiqətən də qaz açarı ilə dəmir barmaqlılarını qıraraq içəri daxil olan şəxsin məhz Təqsirləndirilən şəxs olması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 məxsus mağazadan oğurluq etmədiyini bildirsə də, onun həmin ifadəsi zərərçəkmiş şəxsin ifadəsi və ən önəmlisi hadisənin görüntülərini özündə əks etdirən diskdəki görüntülərlə tamamilə təkzib edilmişdir ki, belə olan halda məhkəmə həmin hissədə təqsirləndirilən şəxsin ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. AR CM-nin 234.1-ci maddəsinə maddəsinə münasibətdə isə məhkəmə iclasında Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, hər dəfə müxtəlif şəxslərdən narkotik vasitələri əldə etməsini təsdiq etmiş, lakin hadisə günü hər iki epizod üzrə saxlanılan zaman üzərində narkotik vasitə olmadığını bildirsə də, məhkəmə onun özünün müdafiəsi üçün irəli sürdüyü dəlillərin iş materiallarında olan sübutlarla təkzib edildiyi qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü ona AR CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş hər iki epizod üzrə təqsirli bilərək şəxsi axtarış və götürmə zamanı şahidlərin iştirakı ilə könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim edərək həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərildikdə onun qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə heroin olması müəyyən edilmiş və iş üzrə dindirilmiş şahid ifadələri ilə onun üzərində saxlanılan zaman narkotik vasitənin olması öz təsdiqini tapmışdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndində göstərilən müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, AR CM-nin 234.1-ci maddəsinə münasibətdə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, iş materiallarına əlavə edilmiş disklərdəki görüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2. və 177.2.3-cü maddələri (dörd epizod üzrə-zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 Bakir oğluna məxsus əmlakların oğurlanmasına dair) və AR CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ““Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxsin oğurluq cinayəti ilə bağlı yuxarıda göstərilən dörd epizod üzrə oğurluqdan ibarət əməllərinin, o cümlədən, AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzasını qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdən, saat 20:00-dan tutulmuş hesab edilmişdir (cild 01, i.v.80). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 4(008)-407/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.136-138). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 18 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.257). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 yanvar 2022-ci il və 26 may 2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 29 oktyabr 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (cild 01, i.v.264-265, cild 03, i.v.104-105). “Şübhəli şəxsin tutulması haqqında” 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdən, saat 18:00-dan tutulmuş hesab edilmişdir (cild 02, i.v.24). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 4(010)-528/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v.80-83). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 4(008)-665/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay olmaqla 17 sentyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.97-102). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(003)-230/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 15 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 03, i.v.106-119). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 4(008)-774/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay olmaqla, 17 oktyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 03, i.v.141-146). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 7(003)-1018/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 may 2021ci il tarixli, 1(003)-230/2021 saylı hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və onun həmin vaxt həbsdə olması nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərini (03 epizod) səmimi etiraf etməsini (CM-59.2), zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 oğurlanmış əmlakların bir qismi qaytarılmaqla vurulmuş zərərin qismən aradan qaldırıldığını (CM-59.1.14) AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinə münasibətdə onun həmin cinayəti təkrar törətməsini (CM-61.1.1) cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən istintaq müddəti ərzində həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 may 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan narkotik vasitələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut 03 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və qanuni sahiblərinə qaytarılmış-01 ədəd laqonda, 03 ədəd drel və 01 ədəd elektrik su samovarı Zərərçəkmiş şəxs1, 03 ədəd elektrik naqili və 05 ədəd spod işıqları Zərərçəkmiş şəxs3, 01 ədəd perforator Zərərçəkmiş şəxs2 saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il 18 yanvar 2022-ci il tarixədək həbsdə saxlandığı 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 17 may 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,975 qram və 0,786 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 110 manat, 109 manat, 50 manat və 50 manat olmaqla, cəmi 319 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və qanuni sahiblərinə qaytarılmış-01 ədəd laqonda, 03 ədəd drel və 01 ədəd elektrik su samovarı Zərərçəkmiş şəxs1, 03 ədəd elektrik naqili və 05 ədəd spot işıqları Zərərçəkmiş şəxs3, 01 ədəd perforator Zərərçəkmiş şəxs2 saxlanılsın. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xaric edilmiş “20 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində vət. Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən tikinti materialları istehsal edilən sexə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 4615 manat maddi ziyan vurmaqla, Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin dəmir barmaqlıqlarını sındıraraq pəncərədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 2.855 manat maddi ziyan vurmaqla, 04 fevral 2021-ci il tarixdə,saat 01 radələrində vət.Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsində yerləşən saxlanc yerim qapını sındrıb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 Şahhüseyn oğluna ümumilikdə 1.120 manat maddi ziyan vurmaqla, 02 iyun 2021-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 935 manat maddi ziyan vurmaqla, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində vət. Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən yarımtikili evininin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs8 2000 manat maddi ziyan vurmaqla” törədilmiş oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut qismində tanınmış-01 ədəd “GEEPAS” markalı, “GMG761” model, 50/60Hz 2000W ətçəkən maşın (uzun müddət istifadədə olub), 4,80 metr üzərində markalanma yazıları olmayan göy rəngli izolyasiyalı, ümumi diametri 4,1 mm, mis əsaslı ərintidən hazırlanmış naqil, 4,80 m üzərində markalanma yazıları olmayan qırmızı rəngli izolyasiyalı, ümumi diametri 4,1 mm, mis əsaslı ərintidən hazırlanmış naqil, 01 ədəd üzərində “NİVA” 230V 50QÜ 6300ob/min yazıları olan laqondanın üzərində istismar xarakterli qüsurlar (cızıqlar.boya qopuqları və s.) var, 1,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, göy rəngli izolyasiyalı mis əsaslı ərintidən hazırlanmış naqil, 1,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, göy rəngli izolyasiyalı mis əsaslı ərintidən hazırlanmış naqil, 3,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 4,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 5 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 4,1 mm, göy rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 1,40 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 2 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 2 m üzərində markalanma yazıları olmayan, ümumi diametri 3,1 mm, qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil, 01 ədəd metal konstruksiyadan ibarət əşyaların taleyi Bakı şəhəri Sabunçu rayon prokurorluğuna qaytarılmış epizodlar araşdırılarkən həll edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Nigar İmanova