Məhkəmə qərarları › İş №1(008)-167/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-167/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-167/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin dövlət və ictimai əhəmiyyətli neft kəmərlərinə, təbii qaz, rabitə, elektrik, su xətlərinə münasibətdə xeyli miqdarda ziyan vurmaqla, təkrar özgənin əmlakını gizli olaraq talamış və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən asfalt qarışdıran texnikanın 2000 manat dəyərində bir ədəd nasosunu, həmin nasosa qoşulan 1200 manat dəyərində bir ədəd mühərriki, bir ədəd 700 manat dəyərində 9 kv-lıq, bir ədəd 500 manat dəyərində 5,5 kv-lıq ehtiyyatda olan mühərrikləri, 2000 manat dəyərində ehtiyyatda olan bir ədəd nasosu və həmin nasosun 1200 manat dəyərində 18 kv-lıq mühərrikini, zavodun ərazisində olan elektrik transfarmatorunun cəmi 12000 manat dəyərində 30 metr uzunluğunda mis kabellərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 19.600 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 noyabr 2021-ci il tarixdə gecə saat 01:30 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən iki dirək arasında olan məsafadən FO 6 tipli 80 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini dəmir qayçı ilə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-yə ümumilikdə 116 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən üst-üstə yığılmış vəziyyətdə olan və hər-hansı bir xəttə qoşulmamış cəmi 1200 manat dəyərində hər biri 10 metr uzunluqda 73 mm diametrdə 06 ədəd dəmir boruları, cəmi 1000 manat dəyərində hər biri 10 metr uzunluqda 73 mm diametrdə 05 ədəd boruları, 210 manat dəyərində 1 ədəd sırğanı, cəmi 634 manat dəyərində 2 ədəd 19 mm-lik elevatoru, cəmi 308 manat dəyərində 2 ədəd 60 mm-lik boru açarlarını, 100 manat dəyərində 1 ədəd üçkünc tutucunu və cəmi 672 manat dəyərində 7 ədəd ştanqları gizli olaraq talayıb, "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 4124 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2021-ci il tarixdə axşam saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən dövlət və ictimai əhəmiyyətli 3550 saylı işlək quyunun axın xətti borusundan 4 metr, 3998 saylı quyunun isə 2 ədəd cəmi 20 metrlik boru xəttini dəmir kəsən alətlə kəsməklə gizli olaraq talayıb, "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 480 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2021 -ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yeri kimi istifadə olunan dəmir qutunun üzərində olan asma qıfılı dəmir kəsən alətlə kəsib qanunsuz daxil olaraq oradan cəmi 220 manat dəyərində 2 ədəd KTŞ-48 açarları, cəmi 300 manat dəyərində 2 ədəd KTŞ-60 açarları, cəmi 406 manat dəyərində 2 ədəd KTŞ-89 açarları, cəmi 310 manat dəyərində 2 ədəd KTŞ-73 açarları, 95 manat dəyərində 1 ədəd 48x90 ölçüdə Xəlilov açarını, cəmi 120 manat dəyərində 2 ədəd ştanq açarları, 75 manat dəyərində 1 ədəd zəncirli açarı, cəmi 190 manat dəyərində 2 ədəd ştanq elevatoru, cəmi 300 manat dəyərində 2 ədəd ştanq elevatoru, cəmi 826 manat dəyərində 60x15 ölçüdə 2 ədəd elevatoru, cəmi 914 manat dəyərində 73x25 ölçüdə 2 ədəd elevatoru, 540 manat dəyərində 1 ədəd qarmağı, cəmi 420 manat dəyərində 2 ədəd sırğanı gizli olaraq talayıb, "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 4716 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 yanvar 2022-ci il tarixdə axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinə giriş qapısından daxil olub evdə yataq otağında paltar dolabından 300 manat nağd pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf yə Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən yola paralel hissədən iki rabitə dirəyi arasında olan məsafədən TPP 100x2 tipli -40 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-yə ümumilikdə 232,40 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,172 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,199 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 21 yanvar 2022- ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsində nömrəsiz ünvanın qarşısında özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,172 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,199 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən dövlət və ictimai əhəmiyyətli 3401 saylı işlək quyunun cəmi 100 manat dəyərində 5 metr uzunluğunda 75 mm-lik yuma xəttini və cəmi 272 manat dəyərində 15 metr uzunluğunda 60 mm-lik qaz xətlərini dəmir kəsən alətlə kəsməklə gizli olaraq talayıb, "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 372 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 fevral 2022- ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən 3392 saylı quyunun ətrafında üstüstə yığılmış vəziyyətdə olan və hər-hansı bir xəttə qoşulmamış 5 ədəd cəmi 50 metr uzunluğunda 50 mm-lik dəmir boruları gizli olaraq talayıb, "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 fevral 2022-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin 1-ci və 2-ci sahələrin ərazisində yerləşən 3746, 847, 742, 3872, 3823, 3825 və 2746 saylı quyuları qidalandıran dövlət və ictimai əhəmiyyətli cəmi 1536,50 manat dəyərində 350 metr uzunluğunda SİP 35x4 tipli və cəmi 1048 manat dəyərində 200 metr uzunluğunda SİP 50x4 tipli kabelləri kəlbətinlə kəsməklə gizli olaraq talayıb, "Azgerneff' MMC- yə ümumilikdə 2584,50 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,528 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 06 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsində nömrəsiz ünvanın qarşısında özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu RPİ- nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,528 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə tam, ona AR CM-nin 177-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə qismən təqsirli bilərək göstərmişdir ki, o, ittihamda göstərilən oğurluq cinayətlərindən üçünü törədərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci Mədən ərazisində yerləşən ərazidə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf yə Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən ərazidə və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin 1-ci və 2-ci sahələrin ərazisində yerləşən ərazidə oğurluq etmişdir. Belə ki, 16 noyabr 2021 -ci il tarixdə, təxminən saat 01:30 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisinə gəlmiş, həmin ərazidə 259 saylı orta məktəbin arxa tərəfində yerləşən 2 rabitə dirəyi arasında olan məsafədən təxminən 70-80 metr uzunluğunda olan asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir qayçı ilə kəsərək büküb çiynimə atmış və həmin yerin yaxınlığında boş bir sahəyə aparıb orada yandırmışdır. Kabelin metal hissəsini götürüb yaşadığı evin yaxınlığındakı boş sahəlikdə gizlətmişdir. Səhəri gün həmin yerdən həmin metal hissəsi qalmış kabeli Sabunçu rayonu, Balaxanı qəsəbəsində səyyar metal alış-verişi ilə məşğul olan Feyzi adlı şəxsə 30 manata satmışdır. Həmin şəxs özünü ona Feyzi kimi təqdim etmişdir. Lakin onun soyadını, adını və ata adını bilmir. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 21 yanvar 2022-ci il tarixdə, təxminən saat 06 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində Səməd Mənsur küçəsinə gəlmiş, həmin küçədə 2 rabitə dirəyi arasında olan məsafədən təxminən 35 metr uzunluğunda olan asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə kəsib topa halda büküb çiyninə qoyub həmin yerin yaxınlığında boş bir sahəyə aparıb orada yandırmışdır. Kabelin metal hissəsini götürüb yaşadığı evin yaxınlığındakı boş sahəlikdə gizlətmişdir. Səhəri günü həmin yerdən həmin metal hissəsi qalmış kabeli səyyar metal alış-verişi ilə məşğul olan tanımadığı şəxsə 20 manata satmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 15 fevral 2022-ci il tarixdə, təxminən saat 04 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahəyə getmişdir. Həmin sahədə yerləşən "xxxx" MMC-nin sahəsindəki dirəklərdən təxminən 250-300 metr uzunluğunda olan kabeli əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə kəsərək bir kənara yığmış, sonra əl arabası ilə həmin kabelləri yaşadığı evin həyətinə gətirib gizlətmişdir. Səhəri gün oğurladığı kabeli Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı metal qəbul edən şəxsə 90 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi bu oğurluq epizodları üzrə əməlindən peşmandır. Digər epizodlar üzrə özünü təqsirli bilmir. O, digər epizodlarda göstərilən cinayət əməllərini törətməmiş, istintaq zamanı ona bir epizod və ya bir neçə epizod üzrə təqsirli bilinməsinin heç bir fərq etməməsi və bunun cəzaya təsirinin olmaması bildirildiyindən etirafedici ifadələri imzalamışdır. Həmin ifadələr onun sözlərindən yazılmamış, o, sadəcə həmin ifadələri oxumadan imzalamışdır. Hazırda həmin epizodlar üzrə imzaladığı ifadələri təsdiq etmir. AR CM-nin 234.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs hər iki epizod üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ikinci Vətən Müharibəsindən sonra psixoloji sarsıntılar keçirdiyindən müharibə zamanı gördüklərini unutmaq üçün narkotik vasitədən istifadəyə başlamışdır. 21 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Sabir küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini istədiklərində həmin zaman üzərimdə narkotik vasitə və psixotrop maddə olduğu üçün polis əməkdaşlarından yayınmaq istəmiş və özünü şübhəli apardığı üçün polis əməkdaşları onu 12-ci PŞ-nə dəvət etmişlər. Qeyd olunan polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, həmçinin ona dövlət hesabına müdafiəçi təmin olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra 12-ci PŞ-də xidməti otaqda videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitəni və bir ədəd bükümdə psixotrop maddəni təqdim etmişdir. İlkin sorğu zamanı həmin bükümlərdən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 20 yanvar 2022-ci il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin soyadını, adını, ata adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata psixotrop maddəni, 10 manata isə narkotik vasitə olan heroini aldığını bildirmişdir. Başqa üzərindən heç nə aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsilə bağlı protokol tərtib olumuş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Bundan başqa o, 05 aprel 2022-ci il tarixdə, təxminən saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 15 manata istifadəsi üçün bir ədəd sellofan bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroin almış, həmin heroinin bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə üzərində saxlamışdır ki, sonra istifadə edər. Bundan başqa, 06 aprel 2022-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsi ilə piyada yaşadığı evə gedərkən həmin küçədə yerləşən nömrəsiz fərdi evin qarşısında iki nəfər milki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşduqlarını və şəxsiyyətini təsdiq edən sənəd istədiklərində həmin vaxt üzərində heç bir sənəd olmadığından və cibində narkotik vasitə heroin olduğundan tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmiş və onu Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onların təklifi əsasında birlikdə 12-ci polis şöbəsinə getmiş, polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olması bildirilmiş, bundan sonra müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Daha sonra polis əməkdaşı ona üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etdiklərində artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd şəfaf sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açılqdıqa içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda bükümün içərisindən aşkar edilən maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu deyərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə, saat 15:30 radələrində işə getmiş, həmin günü saat 20:30 radələrində evə qayıdarkən görmüşdür ki, yuxarıda qeyd olunan yaşayış evində əşyalar dağınıq vəziyyətdədir. Evə naməlum şəxs və ya şəxslərin qanunsuz daxil olub oğurluq etdiklərini bilib evi axtaran zaman ona məlum olmuşdur ki, evində yataq otağında paltar dolabından 300 manat nağd pulu və 2 ədəd Beynəlxalq banka aid təqaüd kartları oğurlanmışdır. Təqaüd kartlarından birinin içərisində 1800 manat pul olmuş, digər kartında isə hər hansı bir məbləğdə pul olmamışdır. Dərhal Beynəlxalq bankla əlaqə saxlamış və ona məlum olmuşdur ki, kartından oğurluq olmamış və kartını bağlatdırmışdır. Daha sonra həmin kartını bərpa etdirib pulunu nağdlaşdırmışdır. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona 300 manat maddi ziyan vurulmuşdur. Evdən çıxarkən evə giriş qapısını bağlamadığı üçün naməlum şəxslər evə giriş qapısından daxil olmuşlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 evindən oğurluq hadisəsinin ittiham aktında göstərilən tarixdə deyil, 08 yanvar 2022-ci il tarixdə baş verdiyini, oğurluğunun Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmadığını, bir dəfə də olsun istintaq zamanı Təqsirləndirilən şəxs görmədiyini, Musanın ifadəsinin yerində yoxlanılmadığını, onun evinə müstəntiq tərəfindən Musanın gətirilmədiyini, əgər həqiqətən də Təqsirləndirilən şəxs onun evinə gətirilsə idi, bunun onun xəbəri olmadan baş verməsinin, onun məlumatı olmadan evinə müstəntiqin və ya digər şəxsin girməsinin mümkün olmadığını, iş materialları ilə ümumiyyətlə tanış olmadığını, sadəcə müstəntiqin onu yanına çağıraraq müvafiq sənədləri imzalamalı olmasını bildirdiyini və bundan sonra müstəntiqin təqdim etdiyi sənədləri oxumadan imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1998-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində özünə məxsus “Asfalt” zavodu işlətmişdir. Lakin, uzun müddətdir ki, həmin asfalt zavodu fəaliyyətini dayandırmış və işləmir. Qeyd olunan asfalt zavodunun ərazisinin yanları açıq vəziyyətdədir, əraziyə daxil olmaq üçün hər hansı bir maneə yoxdur. xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində asfalt zavoda nəzarət etmək üçün gələrkən zavodun ərazisindən asfalt qarışdıran texnikanın 2000 manat dəyərində nasosunun, həmin nasosa qoşulan 1200 manat dəyərində mühərrikin, bir ədəd 700 manat dəyərində 9 kv-lıq, bir ədəd 500 manat dəyərində 5,5 kv-lıq ehtiyyatda olan mühərriklərin, 2000 manat dəyərində ehtiyyatda olan nasosun və həmin nasosun 1200 manat dəyərində 18 kv-lıq mühərrikinin, zavodun ərazisində olan elektrik transfarmatorunun hər metri 400 manat dəyərində 30 metr uzunluğunda mis kabellərinin oğurlandığını aşkar etdmişir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 19.600 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 zavoddan edilmiş oğurluğun tək törədilməsinin mümkün olmadığını, ərazidə təkər izlərinin olduğunu, həmin ərazidə qara rəngli “Qaz 31” maşınını idarə edən şəxsin dəmir payladığını və oğurluğun da həmin şəxs tərəfindən törədildiyini güman etdiyini, zavoddan aparılan əmlakların tək daşınmasının qeyri-mümkün olduğunu, oradan aparılmış motoru 4 nəfərin çətinliklə qaldıra bildiyini, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmadığını, müstəntiqin Təqsirləndirilən şəxs hadisə yerinə gətirmədiyini, hadisə yerinin şəkilləri kimi iş materiallarına əlavə edilmiş fotoşəkillərin “Asfalt” zavodunun ərazisi olmadığını, başqa ərazidə çəkilmiş şəkillərin formal olaraq iş materiallarına əlavə edildiyini, müstəntiqə həmin fotoşəkillərdəki ərazinin hadisə yeri olan ərazi olmadığını bildirdikdə müstəntiq daha sonra ona şəkilləri göstərəcəyini bildirsə də, bunu etmədiyini, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmadığını, 2018-ci ildən zavoddan bir neçə dəfə oğurluq edildiyini, cinayəti həqiqətən törətmiş şəxsin cəzasız qalaraq törədilmiş cinayətin formal olaraq Təqsirləndirilən şəxs üzərinə qoyulmasını istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin hüquq məsləhətçisi işləyir. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin mühəndisi Şahid4 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci Mədən ərazisində rabitə kabellərinin oğurlanması ilə bağlı xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat əsasında bunları qeyd edə bilər ki, Şahid4 16 noyabr 2021-ci il tarixdə xidmət etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci Mədən ərazisində xidmətdə olarkən qeyd olunan ərazidə yerləşən 259 saylı məktəbin yaxınlığından rabitə kabellərinə xidmət edən iki dirək arasında olan məsafədən FO 6 tipli rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə, eləcə də, 4 saylı RXM-nə məlumatlar vermişdir. Sonradan müəyyən edilmişdir ki, qeyd olunan ərazidə iki dirək arasında olan məsafədən cəmi 80 metr uzunluğunda FO 6 tipli rabitə kabelləri kəsilərək oğurlanmışdır. Qeyd olunan hadisə nəticəsində Bakı Telefon Rabitəsi MMC-yə 116 manat maddi ziyan vurulmuşdur. Bununla yanaşı, Şahid4 22 yanvar 2022-ci il tarixdə, səhər radələrində xidmət etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində xidmətdə olarkən, qeyd olunan ərazidə yerləşən yola paralel hissədən rabitə kabellərinə xidmət edən iki rabitə dirəyi arasında olan məsafədən TPP 100x2 tipli 40 metr asma rabitə kabelinin kəsici alətlə kəsilərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş və bu barədə DİN- nin 102 xidmətinə, eləcə də, 4 saylı RXM-nə məlumatlar vermişdir. Qeyd olunan hadisə nəticəsində Bakı Telefon Rabitəsi MMC-yə 232,40 manat maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "X1 LTD" şirkətininin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqşünası işləyir. xx.xx.2021-ci il tarixdə "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialında quyularm əsaslı təmiri üzrə usta işləyən Şahid2 DİN-in 102 Xidmətinə vermiş olduğu məlumat əsasında bildirir ki, xx.xx.2021-ci il tarixdə, səhər saat 08 radələrində Şahid2 "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının Balaxanı qəsəbəsində 8 saylı NQÇ sexinin ərazisində 3154 beft quyusuna gələn zaman üst-üstə yığılmış 06 ədəd boruların oğurlanmasını aşkar etmiş və bu barədə şirkətdə işləyən müəyyən məsul şəxslərə məlumat vermiş, eyni zamanda Şahid2 ilkin olaraq DİN-nin xidmətinə zəng vurub oğurluq barədə də məlumat vermişdir. Sonradan şirkətin məsul şəxsləri tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, qeyd olunan ərazidən cəmi 1200 manat dəyərində 06 ədəd hər biri 10 metr uzunluqda 73 mm diametrdə borulardan başqa, cəmi 1000 manat dəyərində 5 ədəd 10 metr uzunluqda 73 mm borular, 210 manat dəyərində 1 ədəd sırğa, cəmi 634 manat dəyərində 2 ədəd 19 mm-lik elevator, cəmi 308 manat dəyərində 2 ədəd 60 ınm-lik boru açarları, 100 manat dəyərində 1 ədəd üçkünc tutucu və cəmi 672 manat dəyərində 7 ədəd ştanq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində "Balakhanı Opera ling Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 4124 manat ziyan dəymişdir. Bundan başqa, Şahid6 xx.xx.2022-ci il tarixdə "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialında 8-ci Mədən ərazisində gecə növbəsində xidmətdə olub ərazini gəzərkən 3392 saylı quyunun ətrafında olan 5 ədəd cəmi 50 metr uzunluğunda 50 mm-lik dəmir boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, bu barədə şirkətdə işləyən müəyyən məsul şəxslərə məlumat vermiş, şirkətin məsul şəxsləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilərək konkret olaraq nələrin oğurlanması müəyyən edilmiş, şirkətin direktoru tərəfindən də 12-ci PŞ-nə məktubla oğurluq hadisəsi barədə müraciət edilmişdir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Qeyd olunan fakt üzrə oğurlanmış 5 ədəd cəmi 50 metr uzunluğunda 50 mm-lik dəmir borular hər hansı bir xəttə qoşulu vəziyyətdə olmamışdır. Xəttə qoşulu vəziyyətdə olan turbalarda nasazlıq olarsa və yeni xətlərin çəkilişində istifadə olunması üçün topa halda bir yerə yığılmış vəziyyətdə olmuşdur. Həmin əraziyə kənar şəxs tərəfindən girmək üçün hər hansı bir maneə və s. yoxdur. Bundan başqa, xx.xx.2021-ci il tarixdə axşam radələrində Şahid5 "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının Balaxanı qəsəbəsində 8 saylı NQÇS- nin 3550 saylı işlək quyusunun axm xətti borusundan 4 metr, 3998 saylı quyunun isə 2 ədəd 20 metrlik boru xəttinin naməlum şəxs və ya şəxslər tələfindən kəsilərək oğurlandığını aşkar etmiş və bu barədə şirkətdə işləyən müəyyən məsul şəxslərə məlumat vermiş, eyni zamanda DİN-nin xidmətinə zəng vurub oğurluq barədə də məlumat vermişdir. Qeyd olunan hadisə nəticəsində "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 480 manat maddi ziyan dəymişdir. Bundan başqa, "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialında 7-ci Mədən ərazisində quyularm əsaslı təmiri üzrə usta işləyən Şahid1 xx.xx.2021-ci il tarixdə saat 08 radələrində şirkətin ərazisində onun nəzarətində olan quyuya baxmağa gedən zaman şirkətə məxsus neft çıxarma quyusunun yanma quraşdırılmış köşkə birləşdirilmiş saxlanc yeri kimi istifadə olunan dəmir qutunun qıfılının naməlum şəxs və ya şəxslər tərəfindən sındırılaraq içərisindən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus alətlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra aidiyyəti üzrə şirkətin məsul şəxslərinə məlumat vermiş, şirkət tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, yuxanda qeyd olunan dəmir qutunun içərisindən 7/3452 saylı quyunun təmirində istifadə olunan cəmi 220 manat dəyərində 2 ədəd KTŞ-48 açarlar, cəmi 300 manat dəyərində 2 ədəd KTŞ-60 açarlar, cəmi 406 manat dəyərində 2 ədəd K'TŞ-89 açarlar, cəmi 310 manat dəyərində 2 ədəd KTŞ-73 açarları, 95 manat dəyərində 1 ədəd 48x90 ölçüdə Xəlilov açarı, cəmi 120 manat dəyərində 2 ədəd ştanq açarları, 75 manat dəyərində 1 ədəd zəncirli açar, cəmi 190 manat dəyərində 2 ədəd ştanq elevator, cəmi 300 manat dəyərində 2 ədəd ştanq elevator, cəmi 826 manat dəyərində 60x15 ölçüdə 2 ədəd elevator, cəmi 914 manat dəyərində 73x25 ölçüdə 2 ədəd elevator, 540 manat dəyərində 1 ədəd qarmaq, cəmi 420 manat dəyərində 2 ədəd sırğa oğurlanmışdır. Qeyd olunan oğurluq faktı üzrə "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 4716 manat maddi ziyan dəymişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, axşam radələrində operator işləyən Sabir Abbasov "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının Balaxanı qəsəbəsində 8 saylı NQÇS-nin 2-ci sahəsindəki 3401 saylı işlək quyunun cəmi 100 maanat dəyərində 5 metr uzunluğunda 75 mm-lik yuma xəttinin və cəmi 272 manat dəyərində 15 metr uzunluğunda 60 mm-lik qaz xətlərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə şirkətdə işləyən müəyyən məsul şəxslərə məlumat vermiş, şirkətin məsul şəxsləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilərək konkret olaraq nələrin oğurlanması müəyyən edilmiş, şirkətin direktoru tərəfindən 12-ci PŞ-nə məktubla oğurluq hadisəsi barədə müraciət edilmişdir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 372 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 oğurluq hadisəsinin kim tərəfindən törədildiyini bilmədiyini, ərazidən aparılmış əmlakların tək bir insan tərəfindən aparılmasının mümkün olmadığını, istintaq dövründə təqsirləndirilən şəxsi ümumiyyətlə görmədiyini, həmin şəxsin ifadəsinin yerində yoxlanılıb-yoxlanılmamasından xəbərinin olmadığını, bu barədə onlara məlumat verilmədiyini və həmin istintaq hərəkətində iştiraklarının təmin edilmədiyini, müstəntiq tərəfindən təqdim edilmiş sənədlərlə tanış olmadan onları imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində "xxxx" MMC-nin operatoru işləyən Babayev X2 rayonu, Ramana qəsəbəsi 1-ci sahədə yerləşən quyuların işlək vəziyyətinə nəzarət edərkən, 1-ci və 2-ci sahələrin ərazisində bir neçə quyularm başlığının dayanmış vəziyyətdə olduğunu görmüş, bundan sonra quyulara yaxınlaşdıqda 3746, 847, 742, 3872, 3823, 3825 və 2746 saylı quyularm dayandığını, daha sonra həmin quyuları qidalandıran 350 metr uzunluğunda SİP 35x4 və 200 metr uzunluğunda SİP 50x4 kabellərin naməlum şəxs tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Oğurlanmış SİP 35x4 tipli kabelin bir metri 4.39 manat, SİP 50x4 tipli kabelin bir metri 5.24 manat olmaqla, ümumilikdə "xxxx" MMC-yə 2584,50 AZN maddi ziyan dəymişdir. Hazırda MMC-yə vurulmuş zərər ödənilmiş və hüquqi şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xətt mühəndisi işləyir. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin rabitə xətlərinin oğurlanması barədə DİN-nin 102 xidmətinə məlumatları özü ünvanlamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində xidmət etdiyi ərazidə yəni, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədən adlanan ərazidə xidmətdə olarkən, 259 saylı məktəbin arxa tərəfində 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən iki dirək arasında olan məsafədən cəmi 80 metr uzunluğunda FOö tipli asma rabitə kabelinin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmiş və bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə səhər radələrində xidmət etdiyi ərazidə yəni, Sabunçu rayonu, Balaxanı qəsəbəsi S.Mənsur küçəsində yerləşən yola paralel rabitə kabellərinə baxış keçirilən zaman iki dirək arasında olan məsafədən cəmi 40 metr TPP 100x2 tipli asma rabitə kabeli naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmiş və bu barədə də, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2006-cı ildən "X1 LTD" şirkətinin Azərbaycandakı filialında neft və qaz hasilatı üzrə operator işləyir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində işdə olan zaman ərazidə cəmi 24 metr uzunluğunda boru xətlərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 22 radələrində işdə olan zaman ərazidə 5 metr 75 mm-lik və 15 metr 60 mm-lik qaz borularının kəsilərək oğurlandığını aşkar etmiş, qeyd olunan oğurluq faktları üzrə şirkətin məsul şəxslərinə, eləcə də, DİN-nin 102 xidmətinə məlumatlar vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid5 şirkətdən aparılmış əmlakların tək insan tərəfindən aparılmasının mümkün olmadığını, 96 kiloqramlıq əmlakı Təqsirləndirilən şəxs tərəfindən götürülə bilməsinin real olmadığını, aparılan borulardan birinin uzunluğunun 10 metr olduğunu, nə uzunluq, nə də çəki baxımından həmin əmlakların tək insan tərəfindən aparılmasının qeyri-mümkün olduğunu, boruların sürüyərək aparıldığı təqdirdə hadisə yerində izlərin qalmasının mütləq olduğunu, lakin baxış zamanı hadisə yerində hər hansı izin aşkar edilmədiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxslər tərəfindən hadisə yerinə təqsirləndirilən şəxsin gətirilməməsi, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanmamasına dair göstərilmiş xüsusatlarla bağlı ibtidai istintaq dövründən təqsirləndirilən şəxsin müdafiəçisi olan Müdafiəçi Təqsirləndirilən şəxs ifadələrinin hadisə yerlərində yoxlanılıb-yoxlanılmaması barədə sual ünvanladıqda müdafiəçi Təqsirləndirilən şəxs ifadələrinin hadisə yerlərində yoxlanılmadığını, özünün müdafiəçi olaraq hər hansı “ifadənin yerində yoxlanılması”na dair istintaq hərəkətində iştirak etmədiyini bildirmiş, həmin protokolda imzasının olmasını isə belə açıqlamışdır: “X4 istintaq başa çatdıqdan sonra ona bəzi sənədlərdə səhvlər olduğunu və yenidən imzalamalı olmasını bildirmiş, o, müstəntiqə tələsdiyini və həmin sənədləri oxumağa vaxtının olmadığını bildirdikdə, müstəntiq ona sənədlərdə sadəcə səhvləri düzəltdiyini bildirərək oxumadan imzalaya biləcəyini dedikdə o, ayaqüstü həmin sənədləri oxumadan imzalamışdır və nəticədə müstəntiq ona həqiqəti söyləmədən iştirak etmədiyi istintaq hərəkətinin protokollarını imzalatdırmışdır”. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ilə birlikdə xidmətdə olarkən, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirdiklərində həmin şəxs sənədlərinin üzərində olmadığını bildirmiş və şübhəli hərəkətlərlə onlardan yayınaraq getmək istədiyini görmüşlər. Bundan sonra həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmasından şübhələnib üzərində şəxsi axtarış aparılması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Qeyd olunan polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyən olunarkən məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Daha sonra bu barədə raportla məruzə olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kağız bükümləri çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən həmin bükümlər açıldıqda bükümlərdən birinin içərisində qəhvəyi rəngli, digər bükümün içərisində isə ağ rəngli kristal halında maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrdən qəhvəyi rəngli maddənin "kakos", ağ rəngli maddənin isə "patı" olduğunu, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 15 manata 'Tatını", 10 manata isə "kakosu" özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır.Bundan başqa Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, vəzifəsində xidmət edir.21 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8 ilə birlikdə xidmətdə olarkən, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirdiklərində həmin şəxs sənədlərinin üzərində olmadığını bildirmiş və şübhəli hərəkətlərlə onlardan yayınaraq getmək istəmişdir. Bundan sonra həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmasından şübhələnib üzərində şəxsi axtarış aparılması üçün Sabunçu RPİ-nin 12-ci PŞnə dəvət etmişlər. 12-ci PŞ-də həmin şəxsin şəxsiyyəti müəyyən olunarkən məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Daha sonra tərəflərindən bu barədə raportla məruzə olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda sonuncu əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kağız bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər açılmış, bükümlərdən birinin içərisində qəhvəyi rəngli, digər bükümün içərisində isə ağ rəngli kristal halında maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrdən qəhvəyi rəngli maddənin "kakos", ağ rəngli maddənin isə "patı" olduğunu, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 15 manata "Patırn", 10 manata isə "kakosu" özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Şahid9 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 müraciəti əsasında oğurluğun baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidir (cild 01, i.v.3-5). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədəndə yerləşən ərazi olması müəyyən edilmişdir. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, iki dəmir dirək arasında olan naqil kəsici alətlə kəsilmişdir. Baxış keçirilən ərazidə müşahidə kamerası aşkar edilməmişdir (cild 01, i.v.46-48). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən adlanan ərazidir. Təqsirləndirilən şəxs yol kənarında yerləşən rabitə dirəklər arasında elektrik naqillərini kəsdiyini bildirmişdir. Baxış keçirilən yerin yaxınlığında 259 saylı məktəb yerləşir (cild 01, i.v.83-86). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki qara rəngli rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə əhvəyi rəngli, tozşəkilli maddəni təqdim etmiş və həmin maddənin narkotik vasitə “kakos” olduğunu, 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldğını bildirmişdir (cild 01, i.v.137-138). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi təərfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 6/1894 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №159" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,528 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, i.v.142-146). “Maddi sübut kimi tanıma haqqında” 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi-0,528 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş, tədqiqata sərf edilməsi nəzərə alınmaqla 0,478 qram qalığının saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v.194). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki qara rəngli rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli və bir ədəd bükümdə ağ rəngli, kristal halında maddələri təqdim etmiş və həmin maddələr “kakos” və “patı” olduğunu, 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata kakosu, 15 manata isə patını şəxsi istifadəsi üçün aldğını bildirmişdir (cild 01, i.v.224-225). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi təərfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 6/409 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün № 159" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən..." və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,172 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,199 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, i.v.231-236). “Maddi sübut kimi tanıma və saxlama barədə” 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi-0,172 qram olan metamfetamin və təmiz çəkisi 0,199 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edilməsi nəzərə alınmaqla qalıq qalmış 0,122 ram metamfetamin və 0,149 qram heroin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (cild 02, i.v.26). Məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2022-ci il tarixli, 3220 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v.66-67). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 Müsəlim oğlunun müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 8ci Mədəndə yerləşən ərazi olması müəyyən edilmişdir. Baxış zamanı hər hansı şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, açıq sahədən neft quyusuna məxsus dəmir borular oğurlanmışdır (cild 02, i.v.89-91). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 7-ci Mədəndə yerləşən ərazi olması müəyyən edilmişdir. Baxış zamanı hər hansı şübhəli əşya və ya predmet aşkar edilməmişdir (cild 02, i.v.156-159). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 9 ünvanı olması müəyyən edilmişdir. Ev iki otaqlıdır, 40 kv.m olan evdə olan bütün əşyalar dağıdılmışdır (cild 02, i.v.221-224). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 8-ci Mədən ərazisi olması müəyyən edilmişdir (cild 03, i.v.46-48). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Asfalt” zavodu olması müəyyən edilmişdir (cild 03, i.v.105-108). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, S.Mənsur küçəsi, yola paralel hissəsi olması müəyyən edilmişdir. Baxış zamanı hadisə yerində iki dirək arasında rabitə kabellərinin oğurlandığı aşkar edilmişdir (cild 03, i.v.162-164). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, “X1 LTD” Azərbaycan Respublikasındakı filialının icraşı direktoru S.Nəzərovun müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci sahə olması müəyyən edilmişdir (cild 03, i.v.207-209). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid5 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “BOC” şirkətinə məxsus ərazi olması müəyyən edilmişdir (cild 04, i.v.2-4). “İfadənin yerində yoxlanılması haqqında” 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə, 16 noyabr 2021-ci il tarixdə, 19 dekabr 2021-ci il tarixdə, 20 dekabr 2021-ci il tarixdə, 06 yanvar 2022-ci il tarixdə, 21 yanvar 2022-ci il tarixdə, 31 yanvar 2022-ci il tarixdə, 13 fevral 2022-ci il tarixdə və 15 fevral 2022-ci il tarixdə baş vermiş oğurluqlarla bağlı istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 04, i.v.52-58). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, oğurlanmış əşyaların dəyərinin zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin nümayəndələrinin ifadələrində göstərdikləri dəyərlə hesablanması nəzərə alınmış, iş üzrə zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, şəxsi axtarış və götürmə protokollarının, şəxsi axtarış və götürmə keçirilməsinə dair görüntüləri özündə əks etdirən disklərin sübut növü kimi tanınması qərara alınmışdır (cild 04, i.v.128-154). Məhkəmə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən epizodlardan “21 oktyabr 2021ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 19.600 manat məbləğində maddi ziyan vurması, 19 dekabr 2021-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 4124 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, axşam saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 480 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yerindən oğurluq edərək zərərçəkmiş şəxsə 4716 manat maddi ziyan vurması, 06 yanvar 2022-ci il tarixdə, axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurması, 31 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 372 manat maddi ziyan vurması, 13 fevral 2022- ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurması” öz təsdiqini tapmadığından həmin epizodlar, o cümlədən, “21 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 19.600 manat məbləğində maddi ziyan vurması” epizodu ilə əlaqədar Təqsirləndirilən şəxs əməli AR CMnin 177.2.4-cü maddəsi ilə tövsif edildiyindən ona elan edilmiş ittihamdan AR CM-nin 177.2.4-cü maddəsi, “20 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yerindən oğurluq edərək zərərçəkmiş şəxsə 4716 manat maddi ziyan vurması və 06 yanvar 2022-ci il tarixdə, axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurması” epizodları ilə əlaqədar onun əməlləri AR CM-nin 177.2.3-cü maddələri ilə tövsif edildiyindən ona elan edilmiş ittihamdan AR CM-nin 177.2.3-cü maddəsi xaric edilməli, onun “16 noyabr 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən iki dirək arasında olan məsafadən FO 6 tipli 80 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini oğurlamaqla zərərçəkmiş şəxsə 116 manat məbləğində, 21 yanvar 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf yə Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən yola paralel hissədən iki rabitə dirəyi arasında olan məsafədən TPP 100x2 tipli -40 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə oğurlayaraq zərərçəkmiş şəxsə 232,40 manat məbləğində, 15 fevral 2022-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin 1-ci və 2-ci sahələrin ərazisində yerləşən 3746, 847, 742, 3872, 3823, 3825 və 2746 saylı quyuları qidalandıran dövlət və ictimai əhəmiyyətli kabelləri kəlbətinlə kəsməklə oğurlayaraq zərərçəkmiş şəxsə 2584,50 manat məbləğində maddi ziyan vurmaqla” təkrar oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, AR CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs elan ittihamda göstərilən hər bir epizod üzrə gəldiyi qənaəti ayrıca əsaslandırmağı zəruri hesab edir. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 19.600 manat məbləğində maddi ziyan vurması, 19 dekabr 2021-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 4124 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, axşam saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 480 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yerindən oğurluq edərək zərərçəkmiş şəxsə 4716 manat maddi ziyan vurması, 06 yanvar 2022-ci il tarixdə, axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurması, 31 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 372 manat maddi ziyan vurması, 13 fevral 2022- ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurması göstərilsə də, həmin cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübut kimi sadəcə təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış etirafedici ifadələrinə, zərərçəkmiş tərəfin əmlaklarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərən ifadələrinə və “İfadənin yerində yoxlanmasına dair” protokollara istinad edilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin epizodlar üzrə özünü təqsirli bilməmiş, göstərilən ərazi və ünvanlardan oğurluq etmədiyini, polis bölməsində ona bir və ya bir neçə epizodu etiraf etməsinin heç bir fərqinin olmamasının və bunun cəzaya təsir etməməsinin bildirildiyini, bu səbəbdən etirafedici ifadələri imzaladığını, ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan imzalandığını, ifadələrinin yerində yoxlanılması zamanı hadisə yerində zərərçəkmiş şəxslərin, müdafiəçinin və müstəntiqin olmadığını, yalnız özünün və polis əməkdaşlarınınəməliyyatçıların olduğunu, polis əməkdaşı tərəfindən göstərilən yerlərə əlini uzadaraq fotoşəkillərinin çəkildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusat, yəni ifadələrinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxslərin həmin istintaq hərəkətində iştirak etməmələri zərərçəkmiş şəxslər tərəfindən, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməməsi isə Müdafiəçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. Belə ki, göstərilən epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər bir şəxsin ifadəsindən görünür ki, onlar ifadələrində əmlaklarının oğurlanması faktını göstərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri və həmin cinayətin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslərin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Hazırki halda istintaq orqanının istinad etdiyi sübut növlərindən biri olan təqsirləndirilən şəxsin ifadələri məhkəmə tərəfindən digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməklə təqsirləndirilən şəxsin sadəcə həmin ifadələrin məzmununu oxumadan imzaladığı ifadələr kimi qəbul edilir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 zavoddan edilmiş oğurluğun tək törədilməsinin mümkün olmadığını, ərazidə təkər izlərinin olduğunu, həmin ərazidə qara rəngli “Qaz 31” maşınını idarə edən şəxsin dəmir payladığını və oğurluğun da həmin şəxs tərəfindən törədildiyini güman etdiyini, zavoddan aparılan əmlakların tək daşınmasının qeyri-mümkün olduğunu, oradan aparılmış motoru 4 nəfərin çətinliklə qaldıra bildiyini, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmadığını, müstəntiqin Təqsirləndirilən şəxs hadisə yerinə gətirmədiyini, hadisə yerinin şəkilləri kimi iş materiallarına əlavə edilmiş fotoşəkillərin “Asfalt” zavodunun ərazisi olmadığını, başqa ərazidə çəkilmiş şəkillərin formal olaraq iş materiallarına əlavə edildiyini, müstəntiqə həmin fotoşəkillərdəki ərazinin hadisə yeri olan ərazi olmadığını bildirdikdə müstəntiq daha sonra ona şəkilləri göstərəcəyini bildirsə də, bunu etmədiyini, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmadığını, 2018-ci ildən zavoddan bir neçə dəfə oğurluq edildiyini, cinayəti həqiqətən törətmiş şəxsin cəzasız qalmasını, törədilmiş cinayətin formal olaraq Təqsirləndirilən şəxs üzərinə qoyulmasını istəmədiyini bildirmişdir. Göründüyü kimi göstərilən- “21 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 19.600 manat məbləğində maddi ziyan vurması”na dair epizod üzrə istintaq orqanının istinad etdiyi-3 sübut olmuşdur: 1. Təqsirləndirilən şəxsin etirafedici ifadəsi-hansı ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etməmiş, sadəcə oxumadan imza etdiyini bildirmişdir; 2. Zərərçəkmiş tərəfin ifadəsi-hansı ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadığını, ifadənin yerində yoxlanması zamanı həmin istintaq hərəkətində iştirak etmədiyini, hadisə yerinin fotoşəkilələri kimi iş materiallarına əlavə edilmiş şəkillərin əslində oğurluq baş verən ərazi olmadığını, hadisə yerindən aparılmış əmlakların tək daşınmasının mümkün olmadığını bildirmişdir; 3. İfadənin yerində yoxlanması protokoluhansı ki, həmin istintaq hərəkətinin aparılmasında zərərçəkmiş tərəfin iştirakı təmin edilməmiş, müdafiəçinin formal iştirakı qeyd olunsa da, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməməsi məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs, həm də müdafiəçinin özü tərəfindən təsdiq edilmiş, müstəntiqin özünün həmin istintaq hərəkətində iştirak etməsi isə təqsirləndirilən şəxs tərəfindən təkzib edilməklə iş materiallarında olan fotoşəkillərdən də bunu müəyyən etmək mümkün olmamışdır. Nəzərə alınsa ki, ifadənin yerində yoxlanılmasından ibarət istintaq hərəkəti qanunvericiliyin tələbləri pozulmaqla müdafiəçinin iştirakı olmadan (təqsirləndirilən şəxsin özünün bununla bağlı razılıq ərizəsi olmadan), formal olaraq müdafiəçinin iştirakı qeyd olunmaqla keçirilmişdir, belə olan halda müstəntiqin özünün də həmin istintaq hərəkətində bilavasitə iştirakı məhkəmədə şübhə doğurmaqla, ümumiyyətlə “İfadənin yerində yoxlanılması haqqında” 26 iyul 2022-ci il tarixli protokolun sübut kimi qəbul edilməsini və təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün həmin sənədə istinad olunmasını istisna edir. Belə olan halda məhkəmə “İfadənin yerində yoxlanılması haqqında” 26 iyul 2022-ci il tarixli protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini və həmin sənədə sübut kimi istinad olunmasının istisna olunduğunu nəzərə alaraq sübutların siyahısından xaric edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanın istinad etdiyi bu sübut növləri məhkəmə istintaqı zamanı aparılan araşdırma nəticəsində təkzib edildiyindən həmin sübutlar şəxsə ittiham elan edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməməli və məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar işin həqiqi halları kimi dəyərləndirilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs “06 yanvar 2022-ci il tarixdə, axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurması”na dair epizoda münasibətdə məhkəmə qeyd edir ki, həmin epizodu təsdiq edən hər hansı sübuta iş materiallarında rast gəlmək mümkün olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qeyd olunan ünvanı tanımadığını və ordan oğurluq etmədiyini, Zərərçəkmiş şəxs1 isə oğurluq hadisəsinin 06 yanvar deyil, 08 yanvar 2022-ci il tarixdə baş verdiyini, oğurluğunun Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmadığını, bir dəfə də olsun istintaq zamanı Təqsirləndirilən şəxs görmədiyini, Musanın ifadəsinin yerində yoxlanılmadığını, onun evinə müstəntiq tərəfindən Musanın gətirilmədiyini, əgər həqiqətən də Təqsirləndirilən şəxs onun evinə gətirilsə idi, bunun onun xəbəri olmadan baş verməsinin, onun məlumatı olmadan evinə müstəntiqin və ya digər şəxsin girməsinin mümkün olmadığını, iş materialları ilə ümumiyyətlə tanış olmadığını, sadəcə müstəntiqin onu yanına çağıraraq müvafiq sənədləri imzalamalı olmasını bildirdiyini və bundan sonra müstəntiqin təqdim etdiyi sənədləri oxumadan imzaladığını bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 4124 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, axşam saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 480 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yerindən oğurluq edərək zərərçəkmiş şəxsə 4716 manat maddi ziyan vurması, 31 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 372 manat maddi ziyan vurması, 13 fevral 2022- ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurması”na dair epizodlara münasibətdə məhkəmə qeyd edir ki, həəmin epizodları da təsdiq edən hər hansı sübuta iş materiallarında rast gəlmək mümkün olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qeyd olunan ərazidən ümumiyyətlə oğuruq etmədiyini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 isə oğurluq hadisəsinin kim tərəfindən törədildiyini bilmədiyini, ərazidən aparılmış əmlakların tək bir insan tərəfindən aparılmasının mümkün olmadığını, istintaq dövründə təqsirləndirilən şəxsi ümumiyyətlə görmədiyini, həmin şəxsin ifadəsinin yerində yoxlanılıb-yoxlanılmamasından xəbərinin olmadığını, bu barədə onlara məlumat verilmədiyini və həmin istintaq hərəkətində iştiraklarının təmin edilmədiyini bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında həmin epizod üzrə şahid qismində dindirilmiş Şahid5 şirkətdən aparılmış əmlakların tək insan tərəfindən aparılmasının mümkün olmadığını, 96 kiloqramlıq əmlakı Təqsirləndirilən şəxs tərəfindən götürülə bilməsinin real olmadığını, aparılan borulardan birinin uzunluğunun 10 metr olduğunu, nə uzunluq, nə də çəki baxımından həmin əmlakların tək insan tərəfindən aparılmasının qeyri-mümkün olduğunu, boruların sürüyərək aparıldığı təqdirdə hadisə yerində izlərin qalmasının mütləq olduğunu, lakin baxış zamanı hadisə yerində hər hansı izin aşkar edilmədiyini bildirmişdir. Göründüyü kimi, istintaq orqanı sadəcə formal sənədlər tərtib etmiş, müvafiq olaraq cinayət prosesi iştirakçılarının öz hüquqlarını lazımi səviyyədə bilməməsindən istifadə edərək onlar tərəfindən imzalanmasını təmin etməklə və müvafiq sənədləri məhkəməyə göndərməklə kifayətlənmiş və həmin sənədlər əsasında şəxsə ittiham elan edilməsini məqbul hesab etmişdir. Məhkəmə tərəfindən iş materialları tədqiq edilərkən aşkar edilmiş digər maraqlı məqam da ondan ibarətdir ki, sadalanan oğurluq epizodları ilə bağlı polis bölməsinə şikayətlərin hər biri daxil olduqdan sonra Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsi tərəfindən oğurluq etmiş şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olmasının müəyyən edildiyi göstərilsə də, iş materialları ilə hansı sübutlar və ya hansı tədbirlər nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Təqsirləndirilən şəxs müvafiq cinayətləri törətməsinin müəyyən edilməsi müəmmalı qalmışdır. Nəzərə alınsa ki, sadalanan epizodlar üzrə zərərçəkmiş şəxslər özləri yuxarıda göstərilən hallara əsaslanaraq oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadıqlarını və iş materialları ilə cinayətin məhz onun tərəfindən sübuta yetirilmədiyini göstərmişlər, təqsirləndirilən şəxs istintaq zamanı psixoloji təsir altında ifadələri oxumadan imzaladığını, hadisə yerində polis əməkdaşlarının göstərdiyi yerlərə əlini uzadaraq fotoşəkillərinin çəkildiyini, həmin istintaq hərəkətində müstəntiqin və müdafiəçinin iştirak etmədiyini göstərmişdir, iş materiallarında isə bunlardan savayı bir dənə də olsun mötəbər sübut yoxdur (təqsirləndirilən əl-barmaq izləri, hadisə günü təqsirləndirilən şəxsin həmin ünvanda olmasını təsdiq edə biləcək bir şahid ifadəsi, zərərçəkmiş tərəfin iştirakı ilə ifadənin yerində yoxlanması protokolu və ya anten məlumatları), məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan və məhkənin ayrı-ayrılıqda tədqiq etdiyi epizodlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri (təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu) məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs “21 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 19.600 manat məbləğində maddi ziyan vurması, 19 dekabr 2021-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 4124 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, axşam saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 480 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yerindən oğurluq edərək zərərçəkmiş şəxsə 4716 manat maddi ziyan vurması, 06 yanvar 2022-ci il tarixdə, axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurması, 31 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 372 manat maddi ziyan vurması, 13 fevral 2022- ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurması” öz təsdiqini tapmadığından həmin epizodlar, o cümlədən, “21 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 19.600 manat məbləğində maddi ziyan vurması” epizodu ilə əlaqədar Təqsirləndirilən şəxs əməli AR CMnin 177.2.4-cü maddəsi ilə tövsif edildiyindən ona elan edilmiş ittihamdan AR CM-nin 177.2.4-cü maddəsi, “20 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yerindən oğurluq edərək zərərçəkmiş şəxsə 4716 manat maddi ziyan vurması və 06 yanvar 2022-ci il tarixdə, axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurması” epizodları ilə əlaqədar onun əməlləri AR CM-nin 177.2.3-cü maddələri ilə tövsif edildiyindən ona elan edilmiş ittihamdan AR CM-nin 177.2.3-cü maddəsi xaric edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs “16 noyabr 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən iki dirək arasında olan məsafadən FO 6 tipli 80 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini oğurlamaqla zərərçəkmiş şəxsə 116 manat məbləğində, 21 yanvar 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf yə Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən yola paralel hissədən iki rabitə dirəyi arasında olan məsafədən TPP 100x2 tipli -40 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə oğurlayaraq zərərçəkmiş şəxsə 232,40 manat məbləğində, 15 fevral 2022-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin 1-ci və 2-ci sahələrin ərazisində yerləşən 3746, 847, 742, 3872, 3823, 3825 və 2746 saylı quyuları qidalandıran dövlət və ictimai əhəmiyyətli kabelləri kəlbətinlə kəsməklə oğurlayaraq zərərçəkmiş şəxsə 2584,50 manat məbləğində maddi ziyan vurmaqla” təkrar oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş tərəfin ifadələri, şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs göstərilən epizodlar üzrə özünü təqsirli bilərək cinayətin törədilmə yeri, üsulu, mexanizmi barədə tam təfərrüatlı ifadələr vermiş və onun ifadəsində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmışdır. Bununla yanaşı, həmin epizodlar üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquq şəxslər Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi Nümayəndə1 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 həqiqətən də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi əmlakların oğurlandığını təsdiq etmişlər. Bununla yanaşı, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə də Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində xüsusatlar öz təsdiqini tapmışdır (şahidin hökmün təsviri hissəsində göstərilən ifadəsi). Beləliklə, Təqsirləndirilən şəxs “16 noyabr 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən iki dirək arasında olan məsafadən FO 6 tipli 80 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini oğurlamaqla zərərçəkmiş şəxsə 116 manat məbləğində, 21 yanvar 2022-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf yə Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən yola paralel hissədən iki rabitə dirəyi arasında olan məsafədən TPP 100x2 tipli -40 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə oğurlayaraq zərərçəkmiş şəxsə 232,40 manat məbləğində, 15 fevral 2022-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin 1-ci və 2-ci sahələrin ərazisində yerləşən 3746, 847, 742, 3872, 3823, 3825 və 2746 saylı quyuları qidalandıran dövlət və ictimai əhəmiyyətli kabelləri kəlbətinlə kəsməklə oğurlayaraq zərərçəkmiş şəxsə 2584,50 manat məbləğində maddi ziyan vurmaqla” təkrar oğurluq etməklə AR CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli olması sübuta yetirilmişdir. AR CM-nin 234.1-ci maddəsinə maddəsinə münasibətdə isə Təqsirləndirilən şəxs özünü hər iki epizod üzrə təqsirli bilərək istintaq zamanı verdiyi etirafedici ifadələri təsdiq etmiş, bununla yanaşı, onun həmin maddə ilə təqsirli olması məhkəmə istintaq zamanı dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətlərinin aparılmasını dair protokollar, şəxsin üzərində axtarış və götürməyə dair istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdəki görüntülərlə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq AR CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrinə münasibətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, AR CM-nin 234.1-ci maddəsinə münasibətdə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, iş materiallarına əlavə edilmiş disklərdəki görüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2. və 177.2.3-2-ci maddələri (üç epizod üzrə-zərərçəkmiş hüquqi şəxslər Bakı Telefon Rabitəsi MMC və "xxxx" MMC-yə məxsus əmlakların oğurlamasına dair) və AR CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CMnin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxsin oğurluq cinayəti ilə bağlı üç epizod üzrə (zərərçəkmiş şəxslər "xxxx"xxxx"Azgerneff' MMC-yə məxsus əmlaklara münasibətdə) oğurluqdan ibarət əməlinin, o cümlədən, AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən, saat 14:00-dan tutulmuş hesab edilmişdir (cild 01, i.v.126). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 4(008)- 286/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.190-193). “Şübhəli şəxsin tutulması haqqında” 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdən, saat 19:00-dan tutulmuş hesab edilmişdir (cild 01, i.v.213). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (cil 02, i.v.18-21). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02, i.v.22-23). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli və 19 aprel 2022-ci il tələbnamələrdən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 02, i.v.28-29; cild 02, i.v.45-46). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2022-ci il tarixli, 4(008)-568/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 27 iyul 2022-ci il tarixədək uzadılması qərara alınmışdır (cild 02, i.v.80-83). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 4(008)-622/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 01 ay müddətə uzadılması qərara alınmışdır (cild 04, i.v.67-70). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 4(008)- 685/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 01 ay 25 gün müddətə uzadılması qərara alınmışdır (cild 04, i.v.92-94). N nömrəli hərbi hissənin komandiri Vilayət Quliyev tərəfindən təqdim edilmiş 02 aprel 2021-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, Təqsirləndirilən şəxs xidməti dövründə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi”ndə göstərdiyi xidmətlərinə və fədakarlığına görə təltif edilmişdir (cild 04, i.v.116). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Medalının İ-22765 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə3 tərəfindən verilmiş ərizədən görünür ki, MMC-yə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Vətən Müharibəsi iştirakçısı olmasını (CM-59.2), zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyanı ödəməklə təqsirli bilindiyi cinayət əməlləri üzrə dəymiş ziyanı qismən aradan qaldırdığını (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinə münasibətdə onun həmin cinayəti təkrar törətməsini (CM-61.1.1) cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyanı ödəməklə cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaltması, onun ikinci Vətən Müharibəsində iştirak etməklə Vətən uğrunda göstərdiyi cəsarət və şücaətlər, buna görə Dövlət tərəfindən mükafatlandırılması nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən istintaq müddəti ərzində həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitələr və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırıllması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət, 06 aprel 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 16 gün müddət, cəmi 06 ay 17 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 01 ay 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,478 qram və 0,149 qram narkotik vasitə olan heroin, 0,122 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 110 manat və 110 manat olmaqla, cəmi 220 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xaric edilmiş “21 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, fəaliyyəti dayandırılmış “Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 19.600 manat məbləğində maddi ziyan vurması, 19 dekabr 2021-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 4124 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, axşam saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 480 manat maddi ziyan vurması, 20 dekabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 7 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisində köşkə birləşdirilmiş saxlanc yerindən oğurluq edərək zərərçəkmiş şəxsə 4716 manat maddi ziyan vurması, 06 yanvar 2022-ci il tarixdə, axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurması, 31 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X1 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 372 manat maddi ziyan vurması, 13 fevral 2022- ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin yanları açıq vəziyyətdə olan ərazisindən oğurluq edərək zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurması”na dair oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar