Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-167/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11 və Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi – Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İdman müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, N.ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 01 avqust 2023-cü il tarixdən ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-də ekspeditor işlədiyi dövr ərzində müxtəlif satış məntəqələrinə verilmiş cəmiyyətə məxsus malların ödənişi ilə bağlı “Tort ləvazimatları" adlı satış nöqtəsində X4 əldə etdiyi 1060,63 manat, “Ehtibar” market adlı satış nöqtəsində X6 əldə etdiyi 1227,59 manat, Sədərək TM adlı satış nöqtəsində Şahid5 oğlundan əldə etdiyi 2121,51 manat, “Baby” uşaq mağazası adlı satış nöqtəsində Şahid16 əldə etdiyi 1499,89 manatı, “Lider çərəz” adlı satış nöqtəsində Şahid6 əldə etdiyi 152 manatı, “Papaya çərəz" adlı satış nöqtəsində Şahid7 əldə etdiyi 672,86 manatı, “Lemart” adlı satış nöqtəsində Şahid8 əldə etdiyi 138,09 manatı, “Himal m/t” adlı satış nöqtəsində Şahid10 əldə etdiyi 1643,48 manatı, “Sizin m/t” adlı satış nöqtəsində Şahid13 əldə etdiyi 160,08 manatı, “Eminəm m/t” adlı satış nöqtəsində Şahid14 əldə etdiyi 1060,02 manatı, “Ramin Quru meyvələr” adlı satış nöqtəsində Şahid11 əldə etdiyi 213,91 manatı, “Quru yemişci” adlı satış nöqtəsində Şahid12 əldə etdiyi 100,01 manatı, “Fərman oğlu” adlı satış nöqtəsində Şahid9 əldə etdiyi 5266,19 manatı və “Fındıqçı Özbəkistan malları” adlı satış nöqtəsində Şahid15 əldə etdiyi 772,24 manatı və digər müxtəlif satış nöqtələrindən cəmiyyətə məxsus malları sifariş edən sahibkarlar tərəfindən müxtəlif tarixlərdə ödənilmiş pul vəsaitlərini, ümumilikdə "xxxx" MMC-yə məxsus 19.129,54 (on doqquz min yüz iyirmi doqquz manat, əlli dörd qəpik ) manat məbləğində ona etibar edilmiş özgə əmlakı olan pul vəsaitini cəmiyyətin ünvan 4 ünvanında yerləşən xəzinəsinə təhvil verməyib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, işlədiyi şirkətdə Fərman adlı şəxsə 4000- 4500 manat civarında mal vermişdir, planı tamamlamaq üçün. Bu adam yoxa çıxdı. Sonra istintaq zamanı Natiq müəllim demişdir ki, 4000-4500 manat faizi ilə, dövlət rüsumu ilə ödə, oda hardasa 7000-7500 manat pul edir, onu ödəsən söhbət bağlanacaq. Onun vəzifəsi marketlərə yaxınlaşıb, orada vitrini düzəltmək, şirkət tərəfindən ona verilmiş planşet vasitəsi ilə sifarişi şirkətin sisteminə vurmaq olmuşdur. Şirkətin anbarından da maşınlar yüklənmiş, aparıb həmin ticarət nöqtələrinə çatdırılmışdır. Orada pulu həm şot faktura ilə ödəmişlər, həmdə şoferə vermişlər. Hansındakı onun imzası var onları qəbul edir. Pul həmişə ona verilməmişdir, hansına imza çəkmişdirsə onlardan pul almışdır. Şirkət özüdə əvvəlki məhkəmə proseslərində qəbul etmişdir ki, pulu həmişə o almamışdır, sürücüdə pul alıb, rəsmi köçürmədə olub. O pul təkcə ona verilməli olmamışdır. Hansındakı imzası var onları boynuna alıb ödənişi ödəmişdir. Verilmiş suallara cavab olaaraq göstərmişdir ki, 4000-4500 manat civarında özünü təqsirli bilir, istintaq zamanı həmin məbləğ ilə birlikdə dövlət rüsumu 25 faizi hesablanaraq təxmini 7000-7500 manat edirdi. 4 market olub, istintaqda 4 nəfər gəlmişdir. “Vip baby” mağazası, “Baby” uşaq mağazası, “Ehtibar” market, “Eminəm” market. Eminəm marketdə 1060 manat, “Baby” uşaq mağazasıda 1499 manat, “Ehtibar” market 1227 manat, birdə adı yadından çıxan istintaqda gələn digər marketdə dəymiş ziyanı tam ödəmişdir. Digər hissələrdə almadığına görə özünü təqsirli bilmir. Onun işi mağazalarda vitrinlərə nəzarət etmək, lazım olduqda planşet vasitəsi ilə sifarişləri verməkdən ibarət olmuş, ona verilən pulları aparıb şirkətə vermişdir. Birdə “Tort ləvazimatları" mağazasından alınanları qəbul edir. Onun vəzifəsi ticarət nöqtəsinə yaxınlaşıb vitrində hansı malın az olduğuna baxmaq, başqa firmanın işçiləri onun yerinə girməsin, hansısa malın azaldığını gördükdə onu şirkətin verdiyi planşet vasitəsi ilə şirkətin sisteminə vurmaq olmuşdur. Şirkətdə həmin malları ticarət nöqtəsinə göndərmişdir.Vəzifəsinin adı satış təmsilçisidir. Sonradan mal göndərilən zaman o orada olmurdu. Ödənişi rəsmi vasitə və ya şoferə vermişdilər. O, arendaya “Elantra” markalı maşın sürmüşdür, onlarda elə bilmişlər həmin maşın onundur. Demişlər ki, maşını keçirt şirkətin adına qal işlə, puluda maaşından tutarıq. Şikrətdə Əli adlı iş yoldaşı olmuşdur, onun maşınını əlindən almışdılar. Bu yaxınlarda da bir nəfər Turqut adlı şəxsə maşınını almaq şərti ilə təklif etmişdirlər. Şirkət ancaq isəyir ki, satış təmsilçisi maşınını şirkətin adına keçirək sonrada işdən çıxarsınlar. 4 mağaza ona puıu qəbzlə vermişdir. Fərman adlı şəxsə verdiyi pulun kəsirini bağlamaq üçün həmin mağazalardan pulu götürmüşdür. Digər mağazalarda ona heç vaxt pul verilməmişdir. 1 ilə yaxın həmin şirkətdə işləmişdir. Bu 4 mağazadanda əvvəllər pul götürməmişdir, birinci dəfə idi pul götürmüşdür. Onun elə bir vəzifəsi olmamışdır ki, o mağazaların hamısından pul alsın. Bu 4 mağazada endirimlə yazılıb deyə pulu nağd şəkildə danışılmışdır. Fərman adlı müştəriyə mal vermiş, yoxa çıxmışdır, sonradan həmin adamı tapa bilməmişdir. Fərmanoğlu mağazası başqa mağazadır. Orada Fərmanoğlu mağazasında qeyd edilən şəxs Şahid9 orada fəhlə işləyir və səlahiyyətli şəxs deyil. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Təqsirləndirilən şəxs dedikləri hamısı yalandır, şirkətə qarşı şər-böhtandır. O pulu götürmədiyini deyir amma o, bununla bağlı onun imzası ilə olan sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs deyir ki, guya sürücülər malların pullarını almışlar, heç vaxt sürücülər pul almayıb, pulların hamısını özü almışdır. Onların təftişi tərəfindən 36 ticarət nöqtəsində təftiş aparılmış və 22708 manat çatışmazlıq aşkar edilmişdir. Onun 3000 nə qədər hissəsini isə həmin ərəfədə akt tərtib edilən zaman gətirib təhvil vermişdir. Həmçinin pulu gətirib xəzinədarlığa təhvil verməmiş, gətirib Şəhla xanıma yəni onların baş mühasibinə, satış üzrə mühasibə vermişdir. Həmin məbləği sildikdən sonra təxminən 19129 manat neçə qəpik pul qalmışdır. İstintaq dövründə bütün məsələlər öz həllini tapmışdır, Eldar özü etiraf etmişdir. O, bir hüquqşünas kimi onunla fərdi qaydada söhbət edən zaman demişdir ki, həqiqətən onun atası xəstə idi, onun müalicəsi ilə bağlı pula ehtiyacı olduğu üçün puldan götürmüşdür. Təqsirləndirilən şəxs avtomobil barədə deyir, o, heç onuda görməmişdir. Guya deyir ki, avtomobilini əlindən almaq istəyirlər, kimlərdəsə elə olubdur, hamısı yalandır və özünü müdafiə xarakteri daşıyır. O, özü ona demişdir ki, maşını satıb, 19 min manatın bir hissəsini ödəsin. Qalan hissəsinədə özünə maşın alsın ki, ailəsini dolandıra bilsin. Onlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə pulları olmalıdır ki, məhsul ala bilsinlər. İndi özünü müdafiə etmək üçün deyir ki, pulu sürücülər alıb, Fərman adlı şəxs alıb. Əgər Ford sürücüsünə məhsul veribsə o Eldarın günahıdır. O, şəxsən özü “Fərmanoğlu” mağazasında satış müdürü ilə birlikdə gedib 7 akt yazmışdır. 7-sidə dedilər ki, onlar pulu şəxsən Eldara vermişlər. Şirkətin Eldar ilə heç bir şəxsi qərəzliyi olmamışdır. Ümumilikdə 19129 manat ziyan olmuşdur, istintaq dövründə 7500 manat ödəniş etmişdir. Eldar özü etiraf etmiş, sonradan çağırışlara gəlməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 7500 manat ziyan ödənilmişdir. Satış təmsilçisi maddi-məsul şəxsdir, sənədlərə imza atmışdır. Onların sənədləri ekspertizaya getmiş, orada öz əksini tapmışdır. Onlar sərbsət audit keçirmişlər və onun nəticəsi ilə bağlı istintaq onu ekspertizaya vermiş, eksperiza onu təsdiq etmişdir. Ödənişin satış təmsilçisi tərəfindən alınması vəzifə təlimatlarında öz əksini tapır. Şəxsin vəzifəsinin dəqiq adı satış təmsilçisi gedir. Ekspeditornan satış təmsilçisi fərqli vəzifələr deyil, sadəcə müqavilədə fərqli yazılır.Orada 9 dənə apket olub, onlarda 2-si bağlanıb, qalanlarda da nöqasan olmamışdır, nöqsan olsa onlarıda yazardılar. Onun işi obyeklərə gedib mallara baxmaq, hansı maldan çatışmazlıq varsa sifarişi göndərməkdir. Mallar onun sifarişinə əsasən göndərilir. Mal gedib obyektə daxil olanda o görmüş, sonra gedib pulunu o götürmək istəmişdir. Satış təmsilçisi sonra gedib həm mal ilə tanış olur, həmdə nə qədər satış olubsa onun pulunu alır. Ödənişin alınması ilə malın təhvil verilməsi ayrı vaxtlarda olmuşdur. Mal satıldıqdan sonra pulu götürülmüşdür. Eldar çox vaxt gedib malı öz maşını ilə götürüb aparıb vermişdir. Pulları almaq onun işidir, sürücünün deyil. Hansı obyekt ki elektron qaydada ödəniş etmir, onlardan pulu almaq Eldarın işi olmuşdur. Satış təmsilçisi həmin gün işə gəlməsə belə həmin ödənişi heçkim götürə bilməzdi, özü götürməli idi. Təqsirləndirilən şəxs vəzifə təlimatında imza edib, maddi məsul şəxs olmağı orada öz əksini tapır. Əmək müqaviləsi başqadır, maddi məsul şəxs barədə müqavilə başqadır. Vəzifə təlimatlarında pulu mağazalardan alınması yazılmşdır. Müəyyən mühasib sənədləri, anbarlardan sifariş verdiyi malların qiymətləri hamısı hesablanmış və auditə verilmişdir. Audit onu yoxlamış və ona qədərdə onların daxili təftişi olmuşdur. Eldarın öz iştirakı ilə gedib təhvil təslim etmişlər, başqa əməkdaşa təhvil vermişlər. Həmin zaman onun nə qədər çatışmazlığı olub, Eldar özü o sənədləri imzalamışdır. Ticarət nöqtələrinə bir-bir gedib təhvil-təslim etmişlər. Auditin keçirilməsi ilə bağlı Eldara məlumat vermişlər, özü gəlməmişdir. O, Eldarın ünvanına poçt vasitəsi ilə məktub göndərmişdir. Təftiş aparılan zaman Təqsirləndirilən şəxs iştirak etmiş, sonradan su almaq adı ilə aradan çıxmışdır. Eldar aktı imzalamamış, məbləğı bilib aradan çıxmışdır, birinci aktı Eldar imzalamışdır, onun iştirakı ilə olmuşdur. Təqsirləndirilən şəxs 7500 manatı müstəntiqə vermişdir və müstəntiqdən qəbzlə götürmüş xəzinədarlığa təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, bölgə müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsində çalışmışdır. Onların işi Eldargillə onlar giriş-çıxış deyirlər, yəni satılan mal ilə kassaya ödənilən puldur, yerdə qalan qalıqları yoxlamaqdır. Hər hansl problem olarsa həmin problemin həllinə çalışmaqdır. Eldarın mart ayında satdığı mal ilə kassayə gətirdiyi pulda böyük bir fərq olmuşdur. Ondan əvvəl Eldarın bölgə müdiri Ramil müəllim olmuşdur. Ramil müəllimlə birlikdə yaxınlaşmışlar, bir yerdə araşdırmışlar və görmüşlər ki, həmişə pul verən müştərilərdə qalıq görsənir. Sonra belə qərara gəlmişlərki, Şəhla xanıma müraciət etsinlər. Yaxınlaşıb Şəhla xanıma demişlər ki, belə birşeylər var. Şəhla xanım ümumi sistemi açıb baxa bilir, bütün köhnə qalıqları çıxarda bilir. Şəhla xanımda baxıb görmüşdür ki, ərazisində normal pul var, amma gətirdiyi pul azdır. Şəhla xanım bu məlumatı müdriyyətə bildirmişdir və müdriyyət dərhal daxili auditin keçirməsinə qərar vermişdir. Sonra şirkətlərinin auditi Şahid2 əraziyə çıxmış və bir-bir ticarət nöqtələri ilə görüşüb yoxlamışdır. Yoxlamanın nəticəsində müəyyən olunmuşdur ki, 22000 manatdan yuxarı yeyinti mövcuddur. Bütün müştərilərdə bunu qəbul edib imza çəkmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, malın verilməsi və pulun alınması işi Eldara aid olmuşdur. O, mart ayında həmin əraziyə bölgə müdürü kimi təyin olunmuş, ona görədə martda yaranan fərqi görmüşdür. Şəhla xanıma müraciət edəndən sonra köhnə aylarıda çıxartmışlar və nəticəni görmüşlər. Eldar özü arada yaranan ziddiyəti görəndə demişdir ki, götürmüşdür, atası xəstə olub. Hətta onun məhləsinədə gəlib onunla söhbət etmişdir. Eldar demişdir ki, “mənə kömək elə müdriyyətə bildirmə”, o da məbləğin çox olduğunu bildirmişdir. Adları sadalanan mağazaları hamısını bir-bir gəzmişlər və kəsiri müəyyən etmişlər. Eldar onunla görüşəndə “maşını satıb verərəm biraz məni yola verin müdriyyətin xəbəri olmasın” demişdir. Anbardan malı sistem vasitəsi ilə sifariş etmişlər. Anbardan malı fəhlələr yükləyib göndərmişlər mağazalara. Mağazada malı götürdüyünə dair imza çəkmişdir. Hər iki tərəf imza mal təhvil-təslimində imza çəkir. Elə mağazalar varki onlarının özünün dəftəri var verilən pula imza çəkdirir. Bəzi mağazalarda karta köçürmələri olmuşdur, onlar qəbzlər göstərmişlər ki Eldara pul köçürülüb. Sürücünün pul götürməyini onlara yox təmsilçiyə deyirdilər. Satış təmsilçisindən başqa sürücü özləri deyəndə mağazalardan pul götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, daxili təftişə o çıxmışdır. 2024-cü ildə müdriyyət onu çağırmış, belə bir hadisənin olduğunu, bölgə müdürlərinin baxdığını, çıxartdığı mal ilə gətidiyi pulun arasında qeyri-mütənasibliyin olduğunu bildirib daxili təftişə çıxmağl demişlər. O, aprel ayının 17-si təftişə çıxmış, Eldar onlarla günortadan sonra, ya da bir gün olmuşdur, dəqiq yadında deyil. Təftişin nəticəsində 22000 manat çox əskik olmuşdur. Elə Eldarın özünədə həmin gün, sonrakı gündə zəng etmişlər, o da xəstəxanada olduğunu sonra gələcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ofisə gəlmiş, hüquqşünas Nümayəndə onu çağırmış, Eldar demişdir ki, atası xəstə olmuş, əməliyyat üçün götürmüşdür, Elantra maşını var, satıb verəcək pulu, 10 min verəcək, 7 min manata maşın alacaq. Ona müdriyyət razı olmamışdır. Sonra 3000 min yığdığı pullar olmuş, onları ödəmişdir, məbləğ 19500 manata düşmüşdür. Sonra Eldar ilə bir neçə dəfədə əlaqə saxlayandan sonra bu əlaqədə itmişdir. Onlarda sənədləri prokurorluğa göndərmişlər. Sənədləri göndərdikdən sonra eşitmişdir ki, Eldar 7500 manat pul gətirib kassaya ödəmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs bir gün ya da yarım gün təftişdə iştirak etmişdir. Təştişi aparan o olmuşdur. Eldar iştirak edəndə 6-7 mağaza gəzmişlər. O, aktları imzalamamışdır, onunla gəzdikləri yerlərdə 100-200 manat çıxmışdır, böyük məbləğlər axırda çıxmışdır. Eldar gəlmədiyi üçün akta imza çəkməmişdir. Bəziləri komputeri açıb göstrərirdilər ki, pulu Eldara vermişlər. Təftiş 3 gün çəkmişdir, aprel ayının 17-si, 18-i və 19-u. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, o, həmin şirkətdə mühasib işləyir, satış təmsilçiləri sifarişləri terminal vasitəsi ilə onlara göndərmişlər, onlarda sifarişləri çıxardıb göndərmişlər. Pulların gecikməsi ilə bağlı o, satış müdirinə məlumat vermişdir ki, bəzi mağazalarda ödənişlərin gecikməsi var. O da yoxlama tələb etmiş, yoxlamışlar, kəsr ortaya çıxmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, göndərilən malların pulları gec geri qayıtmışdır deyə o, məlumat vermişdir. Mağazaların pullarını Eldar özü gətirmişdir, pulu gətirib kassirə vermişdir. Kassirə pulu verəndə sənəd yazılmışdır, aşağısında möhür vurulur imza atılır, özüdə imza atır sonra gəlir onlara. Eldarın ərazisi üzrə pulu başqa bir şəxs gətirə bilməzdi. Eldarın və kasssirin imzası olmayan sənədləri qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Eldar əvvəlcə onun tabeçiliyində fəaliyyət göstərmişdir, hardasa 1 ilə yaxın birlikdə işləmişlər. Bir müddət atasının sağlığı ilə bağlı problem yaranmış, həmin vaxtı çox icazə alıb getmişdir atasının yanına, xəstəxanada olmuşdur və nəticədə satdığı malın pulu gəlməmişdir. Demişdir ki, başı qarışıq olmuş, atasının yanında olmuş, ona görə pulları yığa bilməmişdir, gələn ay yığacaq. Gələn ayda satdığı məbləğdən yenə həmin məbləğ gəlməmişdir. Həmin vaxtı Anar müəllimlə birlikdə ərazidə baxanda 1-2 ay pullları gəlməyən mağazalara nəzər yetirmişlər. Sonra ərazidə qalan müştəri borclarının böyüdüyünü və geri qayıtmadığını görmüşlər. Ondan sonra bir neçə marketin üzərində baxış keçirmişlər, müraciət eləmişlər Şəhla xanıma. Oda siyahı üzrə baxıb görmüşlərki, həqiqətən bir müddətdir mal gedən müştərilərin ödənişləri geri qayıtmır. Şirkət rəhbərinə məruzə olunmuş və daxili audit keçirilməsinə qərar verilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, onlarla birlikdə şəxsən heç bir mağazada olmamışdır. Eldarla birbaşa əlaqədə olmuş və ona demişdir ki, yoxlamalarda birbaşa özünün müştəri ilə iştirak etməyi daha yaxşı olar. O müştərilərdə Fərmanoğlu deyilən marketdə artıq uyğunsuzluq çox olmuş, orada fakturalar olmuşdur ki, marketin adına yazılıb gedib amma marketə verilməyib. Mallar götürülüb amma başqa yerə verilmişdir. Yoxlama zamanı birbaşa iştirak etməmişdir. Fərmanoğlu mağazası onlara göstərmişdir ki, bu məhsullar onlara gəlməmişdir. O, Fərmanoğluna gedən məhsullarla onlardan çıxan məhsulları müqayisə etmiş və hansı malları ora getmədiyini müəyyən etmişlər. Orada onlar bu məhsulların hara getdiyini araşdırmışlar, bazada bir neçə yerdə tapmışlar, onların pulu birbaşa Eldara verdikləri məlum olmuşlar. Hətta bəzi yerlər pulu Eldara göndərdiklərinə dair qəbzdə göstərmişlər. Məhkəmə istintaq zamanı Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsi barədə ərizə təqdim etmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Ordubad rayonu, Əylis kəndində yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur, çərəz meyvə mağazasının sahibkarı kimi fəaliyyət göstərir. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə almışlar. Həmin şirkətlərin satış təmsilçilərindən biri də "xxxx" MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndələri onların məntəqəsinə yaxınlaşaraq həmin günə olan qalıq borcu maraqlandıqda tərəflərindən ödənilməmiş borcun 148 manat olduğunu bildirmişdir. Buna baxmayaraq, cəmiyyətin nümayəndələri onların cəmiyyətə 300 manat borcları olduğunu bildirmişlər. Həmin vaxt o, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki illərdə sifariş verilmiş mallar müqabilində 152 manat pul vəsaitinin ödənildiyini bildirmişdir(cild 3, i.v.66-69); Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsi barədə ərizə təqdim etmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Ordubad rayonu, Əylis kəndində qeydiyyatda olmaqla yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə alırlar. Həmin şirkətlərin satış təmsilçilərindən biri də "xxxx" MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndələri onların satış məntəqəsinə yaxınlaşaraq həmin günə olan qalıq borcu maraqlandıqda tərəflərindən ödənilməmiş borcun olmadığını bildirmiş, buna baxmayaraq, cəmiyyətin nümayəndələri onların cəmiyyətə 672,86 manat borcu olduğunu bildirmişlər. Həmin vaxt o, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki dövrlərdə sifariş verilmiş mallar müqabilində 672,86 manat pul vəsaitinin ödənildiyini bildirmişdir(cild 3, i.v.95-98); Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, o,marketdə işləyən zaman Eldar şirkətdə işləmişdir. Akt tərtib olunmuş, imzalamışdır, firmanın üzləşməsində Eldarın özüdə iştirak etmişdir, Pulları nağd şəkildə ödəmişlər, Eldar çek yazıb verib amma onda yoxdur, Eldar özüdə etiraf etmişdir. Bütün pulları o, özü şəxsən Eldarın özünə vermişdir. Ödəniş zamanı heç bir sənədə imza çəkdirməmişdir, özündə qeyd etmişdir. Ödənilən məbləğ 138,09 manat olmuşdur. X2 çağırıblar orada vermişdir. Məhkəmə istintaqı zamanı Şahid13 ifadəsində göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə alır. Polis əməkdaşı iş yerinə gəlmiş, və məlum məsələrlə bağlı ona məlumat vermişdir. Onların "xxxx" MMC ilə əməkdaşlığı uzun müddət olmamışdır. Onlardan məhsul almışlar. Eldar bəy satış təmsilçisi olmuş, ondan almışlar. 6-7-ci aylarda onlardan məhsul almışlar, 2 ay davamlı və 7-8-ci aylarda ödənişlər etmişlər. Onlar 50 manat, 106 manat və 150 manat ödəniş etmişlər, bu ödənişləri Eldar bəyə 2 ay müddətində aralıqlı ödəmişlər. Onlar yoxlamışlar, onlarda 60 manat borc göstərmiş, lakin şirkətdə çox göstərilmişdir. Onlar ödənişləri şirkətə göstərmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, malları şirkətın mal gətirənləri çatdırmışdır. Pulu Eldara vermiş və onlar onu kassada yazmışlar. Dəftərdə qeydiyyat aparmışlar, hələdə var dəftər amma Eldarın imzası olmurdu orada. Şirkətin nümayəndələri 2023-cü ilin dekabr ayında yaxınlaşıb özlərini təqdim etmişlər və borcu haqq hesab eləmişlər və onlar qeydiyyat aparmışlar. O, Sabunçu rayon prokurorluğunda olmamışdır, iş yerinə gəlmişlər. Sənədləri göndərmişlər, onlar sənədlərlə tanış olmuşlar, vərəqi oxuyub baxmış, 60 manat borcu təsdiqləmişdir, vərəqə imza atmışdır. Sənədləri oxumuşlar, hətta tanış vəkilə göndərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 2019-cü ildən etibarən Yasamal rayonu, Qəbələ dairəsi yaxınlığında quru meyvə mağazasının sahibkarı kimi fəaliyyət göstərir. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə alırlar. Həmin şirkətlərin satış təmsilçilərindən biri də "İl” MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixdə "İl” MMC-nin nümayəndələri onların satış məntəqəsinə yaxınlaşaraq həmin günə olan qalıq borcu maraqlandıqda tərəflərindən ödənilməmiş borcun 321,64 manat olduğunu bildirmişdir. Buna baxmayaraq, cəmiyyətin nümayəndələri onların cəmiyyətə 545,55 manat borcu olduğunu bildirmişlər. Həmin vaxt o, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki illərdə sifariş verilmiş mallar müqabilində 213,91 manat pul vəsaitinin ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, həmin şirkətlə həmişə əməkdaşlıq eləmişdir, onlardan mal almışlar, yoxlama gəlmiş və orada onların satıcısı baxıb onun iş dəftərinə, 100 manat borc olduğunu deyib. Sonradan ona həmin şirkətin əməkdaşları zəng vurduğu zaman o, 200 manatı qəbul etmişdir. 200 manatı qəbul edirki, onun borcu olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, 100 manat borcun olduğunu deməmişdir, zəng vurduqda demişdir ki, ola bilər 200 manat borcu olsun. İzahatda çəkilən bu imza onun imzasıdır. 100 manatı bəlkə qaytarmışlar, bəlkədə qaytarmamışlar. Müstəntiq gələndə o, özü mağazada olmuşdur. Müstəntiqlə əvvəllər telefonda danışmışlar, gələndə deyəsən izahatı hazır gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Eldar 1-2 il bundan qabaq firmada işləmişdir, ondan alış-veriş etmişlər. Sonra şirkətdən gəlmişlər ki, haqq hesab məsələsinə görə sizin borcunuz var. Amma uyğunlaşdıranda onların 5266, 19 manat borcları qaldığı məlum olmuşdur, borc tamamilə bağlanmışdır. O, meyvəli bazarında işləyir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Fərmanoğlu topdan satış mağazası onun adınadır. Eldar malı ona vermişdir və puluda o, Eldara vermişdir. İzahatında göstərilənlər düzdür, şəxsən onun tərəfindən Eldara pul ödənilib. İzahatındakı imza ona məxsusdur. O, Fərmanoğlu mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onlar şirkətlə əvvəldən işləyirlər, Eldar gəldikdən sonra onunlada işləmişlər, haqq-hesab etmişlər. Sonradan şirkətdən yoxlama gəlmiş və bilinmişdir ki, onların adında borc var, amma onlar hərşeyi qanuni şəkildə ödəmişlər. Pulu onlar Eldara ödəmişlər, pulu nağd qaydada ödəmişlər. Pulu verəndə bəzən çek vermiş və ya imza çəkmiş getmişdir. Eldar adi dəftərə imza çəkmişdir. Onların komputerində hər şeyin yazılı şəkildə qeydi aparılmışdır. İzahatı almaq üçün meyvəli bazarına gəlmişlər, həmin zaman o, orada olmuşdur. Polis əməkdaşı idi amma kimin gəldiyi yadında deyil. Sonra izahata imza çəkmiş, getmişlər. Sonradan onu prokurorluğa dəvət etmişdilər, işinə görə gedə bilməmişdir. Mağazada qardaşıda işləyir, pulu o və ya qardaşı vermişdir. Eldar pulu alanda imza çəkmişdir. Onlarda hər ayın əvvəli mal gəlmiş, ayın axırı pul verilmişdir. Mal alınanda qaimələrə imza çəkilmişdir, onların hamısı "xxxx" MMC-nin arxivində var. Pulu verəndədə imza çəkilmişdir. Məhkəmə istintaqı zamanı Şahid15 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 772,24 manat pul söhbəti olmuş, oda o mənbləği Təqsirləndirilən şəxs vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, pulu nə vaxt verdiyi yadında deyil çünki, üstündən uzun müddət keçib. O, ödənişləri tez etmişdir, malı almış, uzağı 1 həftə sonra pulu ödəmişdir. Elə vaxt olmuşdur ki, malın pulunu həmin gün ödəmişdir. O, ödənişi ancaq kart vasitəsi ilə göndərmiş, ya da nağd vermişdir. 772 manatı əlbəəldə vermiş, kart vasitəsi ilə də göndərmişdir. "xxxx" MMC ilə 7-8 ay əməkdaşlıq etmişdir, odənişləri həmişə Təqsirləndirilən şəxs vermişdir. Ödənişi əlbəəl verən zaman heç bir sənəd qəbz almamışdır. Şirkətin əməkdaşları gələn zaman o orada olmamışdır. Sonradan onu çağırmışlar Sabunçuya və gedib ifadə vermişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, uzun müddətdir Sədərək TM də mağazasının sahibkarı kimi fəaliyyət göstərir. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə almışlar. Həmin şirkətlərin satış təmsilçilərindən biri də "xxxx" MMC-nin satış təmsilçisi olmuş Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndələri satış onların məntəqəsinə yaxınlaşaraq həmin günə olan qalıq borcu maraqlandıqda tərəflərindən ödənilməmiş borcun 2121,51 manat olduğunu bildirmişdir. Buna baxmayaraq, cəmiyyətin nümayəndələri onların cəmiyyətə 2672,39 manat borcları olduğunu bildirmişlər. Həmin vaxt o, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki illərdə sifariş verilmiş mallar müqabilində 550,88 manat pul vəsaitinin ödənildiyini bildirmişdir(cild 3, i.v.37-39); Şahid16 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 2019-cü ildən etibarən Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Baby” uşaq mağazasının sahibkarı kimi fəaliyyət göstərir. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə almışlar. Həmin şirkətlərin satış təmsilçilərindən biri də "xxxx" MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndələri onların satış məntəqəsinə yaxınlaşaraq həmin günə olan qalıq borcu maraqlandıqda tərəflərindən ödənilməmiş borcun 143 manat olduğunu bildirmişdir. Buna baxmayaraq, cəmiyyətin nümayəndələri onların cəmiyyətə 1642,89 manat borcları olduğunu bildirmişlər. Həmin vaxt o, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki illərdə sifariş verilmiş mallar müqabilində 1499,89 manat pul vəsaitinin ödənildiyini bildirmişdir(cild 2, i.v.206-208); Şahid10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, o , 2024- cü ilin fevral ayından etibarən Meyvəli bazarında “Himal çərəz" topdan satış məntəqəsində satıcı vəzifəsində çalışır. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə alırlar. Həmin şirkətlərin satış təmsilçilərindən biri də "İLL” MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixdə həmin cəmiyyətin nümayəndələri onların satış məntəqələrinə yaxınlaşaraq həmin günə olan qalıq borcu olan 391,78 manatla maraqlanmış, onlar da borcun bu miqdarda olduğunu gələnlərə bildirmişlər. Buna baxmayaraq, cəmiyyətin nümayəndələri onların satış məntəqəsinin cəmiyyətə 2035,26 manat borcu olduğunu bildirmişlər. Həmin vaxt o, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki aylarda sifariş edilmiş mallar müqabilində 1643,48 manat pul vəsaitinin onun özü və satış məntəqələrinin mühasibi Seymur tərəfindən onlara ödənildiyini kompüter vasitəsilə aparılmış qeydlərlə göstərmişdir(cild 3, i.v.78-81); Şahid14 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 2020-cı ildən etibarən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Eminəm” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən bir neçə şirkətə məxsus malları satış təmsilçiləri vasitəsilə alırlar. Həmin şirkətlərin satış təmsilçilərindən biri də “İl" MMC-nin satış təmsilçisi olan Təqsirləndirilən şəxsdur. 18 04.2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndələri onların satış məntəqəsinə yaxınlaşaraq həmin günə olan qalıq borcu maraqlanmışlar. O da onlara borclarının olmadığını bildirmişdir. Buna baxmayaraq, cəmiyyətin nümayəndələri guya onların cəmiyyətə 1060,02 manat borcu olduğunu bildirmişlər. Həmin vaxt o, gələn şəxslərə cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs xatırlamadığını və həmin cəmiyyətə məxsus hər hansı mal sifariş etmədiyini və mal almadığını bildirmişdir. Bundan sonra cəmiyyətin bölgə müdiri Şahid1 istifadə etdiyi mobil telefon vasitəsilə Eldara zəng etmiş və o Eldarla danışmışdır. Danışıq zamanı o, sonuncuya onu tanımadığını dedikdə, Eldar ona mal satmadığını deyərək onun adına başqa yerlərə mal satdığını bildirmişdir.(cild 2, i.v.209-211); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ekspeditor vəzifəsinə işə qəbul edilmişdir(cild 1, i.v.15); Tam maddi məsuliyyət daşınması haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət daşınması haqqında müqavilə bağlanmışdır(cild 1, i.v.28-29); xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2023-cü ildən xitam verilmişdir(cild 1, i.v.31); xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, İL MMC tərəfindən təftiş keçirilmiş, aparılmış yoxlamalara əsasən Təqsirləndirilən şəxs yığdığı 22.708 manat 02 qəpik pul mənimsədiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır(cild 1, i.v.36-37, cild 2, i.v.148-149); Şahid9 xx.xx.2024-cü il tarixli izahatından və təqdim edilmiş kompyuter vasitəsilə aparılmış qeydlərdən görünür ki, Şahid9 Təqsirləndirilən şəxs əvvəlki aylarda sifariş etdiyi mallar müqabilində 5266, 19 manat pul vəsaitinin ödənildiyini bildirib, kompyuter vasitəsilə aparılmış qeydlərini təqdim etmişdir(cild 2, i.v.167-175); Materiala əlavə edilmiş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin əməkdaşlarının təhvil-təslim zamanı X1 işlədiyi və X5 fərdi sahibkar kimi işlədiyi satış nöqtəsində yaranmış borcla bağlı Təqsirləndirilən şəxs ilə aralarında olan telefon zənglərinin səs yazıları müşahidə edilir. Hər iki səs yazısında X12 və X8 borclarının olmadığı halda borcun qeyd olunduğunu bildirir və Təqsirləndirilən şəxs özünün yoluna qoyacağını söyləyir(cild 2, i.v.183); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4828 nömrəli məhkəmə ekspert rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, iş materiallarında olan sənədlər (təhvil-təslim aktları, malların alınması və geri qaytarılması ilə bağlı sənədlər, qaimə- fakturalar, malların təhvil-qəbul aktları, qəbzlər, satış fakturaları və s.) və sərbəst auditor X14 tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli auditor “Akt”ını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə "xxxx" MMC-də xx.xx.2024-cü il tarixə 19.129,54 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin(kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin(kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir(cild 2, i.v.203-205); xx.xx.2024-cü il tarixli X3 Sistemi məhkumluq məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur(cild 2, i.v.228); Cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da CM-nin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi ilə bağlı şübhəli şəxs qismində tutulmuşdur(cild 3, i.v.04-05); Qəbzdən və İL MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İL MMC-nin nümayəndəsi Nümayəndə cəmiyyətə dəymiş ziyanın 7500 manat məbləğində olan hissəsini istintaq orqanında təhvil almış və MMC-nə təhvil verilmişdir(cild 3, i.v.40); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş, Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(cild 3, i.v.54); xx.xx.2024-cü il tarixli şahidi dindirmə protokolundan görünür ki, Şahid5 göstərmişdir ki “ Həmin vaxt mən cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki illərdə sifariş verdiyimiz mallar müqabilində 550,88 manat pul vəsaitinin ödənildiyini bildirdim”(cild 3, i.v.57-59); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Aylin Həsənova və xx.xx.2020-ci il təvəllüdlü Elif Həsənova adlı iki azyaşlı övladı vardır. Təqdim edilmiş 08 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs boks üzrə birinci dərəcəli hakim adı verilmişdir. Məhkəmə müdafiə tərəfinin məhkəmə istintaqı zamanı gətirdiyi arqumentlərə ayrı-ayrılıqda yer ayırmağı və onları iş üzrə sübutlarla qarşılıqlı tədqiq etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 4000-4500 manat civarında özünü təqsirli bilir, istintaq zamanı həmin məbləğ ilə birlikdə dövlət rüsumu 25 faizi hesablanaraq təxmini 7000-7500 manat edirdi. 4 market olub, istintaqda 4 nəfər gəlmişdir. “Vip baby” mağazası, “Baby” uşaq mağazası, “Ehtibar” market, “Eminəm” market. Eminəm marketdə 1060 manat, “Baby” uşaq mağazasıda 1499 manat, “Ehtibar” market 1227 manat, birdə adı yadından çıxan istintaqda gələn digər marketdə dəymiş ziyanı tam ödəmişdir. Digər hissələrdə almadığına görə özünü təqsirli bilmir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi və şahidlər ayrı-ayrılıqda yuxarıda qeyd edilın məzmunda ifadələr verərək onun ifadəsində göstərdiyi bu xüsusatları təkzib edərək adları çəkilən satış nöqtələrindən ittihamda göstərilən məbləğdə pulları(Sədərək TM adlı satış nöqtəsində Şahid5 oğlundan əldə edilən məbləğ istisna olmaqla) Təqsirləndirilən şəxs verdiklərini təsdiq etmişlər, onların bu ifadələri iş materiallarında olan audit aktı və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin, Təqsirləndirilən şəxs özünü 4000-4500 manat civarında pulun mənimsənilməsində təqsirli bilməsinə baxmayaraq, ibtidai istintaq zamanı özünü 7500 manat məbləğində pulun ödənilməsində təqsirli bilmiş, həmin məbləği vurulmuş ziyanın əvəzi kimi zərərçəkmiş hüquqi şəxsə ödəmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs Həsənov X9 mağazasından pul almadığını, Şahid9 orada fəhlə işlədiyini və səlahiyyətli şəxs olmadığını göstərmişdir. Lakin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatları təkzib edərək göstərdi ki, Eldar 1-2 il bundan qabaq firmada işləmişdir, ondan alış-veriş etmişlər. Sonra şirkətdən gəlmişlər ki, haqq hesab məsələsinə görə sizin borcunuz var. Amma uyğunlaşdıranda onların 5266, 19 manat borcları qaldığı məlum olmuşdur, borc tamamilə bağlanmışdır. O, meyvəli bazarında işləyir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Fərmanoğlu topdan satış mağazası onun adınadır. Eldar malı ona vermişdir və puluda o, Eldara vermişdir. İzahatında göstərilənlər düzdür, şəxsən onun tərəfindən Eldara pul ödənilib. İzahatındakı imza ona məxsusdur. O, Fərmanoğlu mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onlar şirkətlə əvvəldən işləyirlər, Eldar gəldikdən sonra onunlada işləmişlər, haqq-hesab etmişlər. Sonradan şirkətdən yoxlama gəlmiş və bilinmişdir ki, onların adında borc var, amma onlar hərşeyi qanuni şəkildə ödəmişlər. Pulu onlar Eldara ödəmişlər, pulu nağd qaydada ödəmişlər. Pulu verəndə bəzən çek vermiş və ya imza çəkmiş getmişdir. Eldar adi dəftərə imza çəkmişdir. Onların komputerində hər şeyin yazılı şəkildə qeydi aparılmışdır. İzahatı almaq üçün meyvəli bazarına gəlmişlər, həmin zaman o, orada olmuşdur. Polis əməkdaşı idi amma kimin gəldiyi yadında deyil. Sonra izahata imza çəkmiş, getmişlər. Sonradan onu prokurorluğa dəvət etmişdilər, işinə görə gedə bilməmişdir. Mağazada qardaşıda işləyir, pulu o və ya qardaşı vermişdir. Eldar pulu alanda imza çəkmişdir. Onlarda hər ayın əvvəli mal gəlmiş, ayın axırı pul verilmişdir. Mal alınanda qaimələrə imza çəkilmişdir, onların hamısı "xxxx" MMC-nin arxivində var. Pulu verəndədə imza çəkilmişdir. Həmçinin, Şahid9 xx.xx.2024-cü il tarixli izahatından və təqdim edilmiş kompyuter vasitəsilə aparılmış qeydlərdən görünür ki, Şahid9 Təqsirləndirilən şəxs əvvəlki aylarda sifariş etdiyi mallar müqabilində 5266, 19 manat pul vəsaitinin ödənildiyini bildirib, kompyuter vasitəsilə aparılmış qeydlərini təqdim etmişdir(cild 2, i.v.167-175); Eləcə də məhkəmə qeyd edir ki, ayrı-ayrı satış nöqtələrində ayrı-ayrı şəxslər keçirilmiş təftiş yoxlaması zamanı Təqsirləndirilən şəxs qarşı izahat və ifadələrində qeyd edilən məbləğləri vermələrini, hansı məbləğdə borcları qaldıqlarını göstərmişlər, bunu təsdiq edən qeydlər, telefon danışıqlarının səs yazıları, komputerdə və dəftərdə aparılmış qeydlər və digər sənədlər təqdim edərək həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə bu xüsusatla bağlı xüsusi olaraq qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs qarşı qərəzli olmuş olduqları təqdirdə ümumiyyətlə borclarının olmadığını, həmin məbləğləri tamamilə Təqsirləndirilən şəxs ödədiklərini göstərmiş olardılar. Bu da bir daha Təqsirləndirilən şəxs ifadəsinin özünümüdafiə xarakterli olmasına dəlalət edir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, həmin şirkətlə həmişə əməkdaşlıq eləmişdir, onlardan mal almışlar, yoxlama gəlmiş və orada onların satıcısı baxıb onun iş dəftərinə, 100 manat borc olduğunu deyib. Sonradan ona həmin şirkətin əməkdaşları zəng vurduğu zaman o, 200 manatı qəbul etmişdir. 200 manatı qəbul edirki, onun borcu olmuşdur. Şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı vermiş olduğu izahatı ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri arasında ziddiyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "İl” MMCnin nümayəndələri satış məntəqələrinə yaxınlaşaraq həmin günə olan qalıq borcu maraqlandıqda tərəflərindən ödənilməmiş borcun 100 manat olduğunu bildirmişdir. Buna baxmayaraq, cəmiyyətin nümayəndələri onların cəmiyyətə 200,01 manat borcu olduğunu bildirmişlər. Həmin vaxt o, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlki dövrlərdə sifariş verilmiş mallar müqabilində 100,01 manat pul vəsaitinin ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, 100 manat borcun olduğunu deməmişdir, zəng vurduqda demişdir ki, ola bilər 200 manat borcu olsun. İzahatda çəkilən bu imza onun imzasıdır. 100 manatı bəlkə qaytarmışlar, bəlkədə qaytarmamışlar. Göründüyü kimi, Şahid12 izahatı elan edilərkən imzanın ona məxsus olduğunu bildirmiş, həmin izahatını hər hansı təsir altında yazılması barədə arqument gətirməmiş, hazırki məhkəmə iclasında belə gümanla bəlkə də borcu olduğunu qeyd etmiş, dəqiq olaraq Təqsirləndirilən şəxs 100,01 manat pulu vermədiyini göstərməmişdir. Şahid12 məhkəmə iclasında Təqsirləndirilən şəxsla yaxın münasibətdə olduğunu bildirmiş, eyni zamanda onun izahat verməsindən xeyli müddət keçmişdir. Məhkəmə hesab edir ki, şahidin məhkəmə iclasında ehtimalla göstərdiyi bu ifadəsi Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarması məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməli, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan görünür ki, o, 01 avqust 2023-cü il tarixdən ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-də ekspeditor işlədiyi dövr ərzində müxtəlif satış məntəqələrinə verilmiş cəmiyyətə məxsus malların ödənişi ilə bağlı “Tort ləvazimatları" adlı satış nöqtəsində X4 əldə etdiyi 1060,63 manat, “Ehtibar” market adlı satış nöqtəsində X6 əldə etdiyi 1227,59 manat, Sədərək TM adlı satış nöqtəsində Şahid5 oğlundan əldə etdiyi 2121,51 manat, “Baby” uşaq mağazası adlı satış nöqtəsində Şahid16 əldə etdiyi 1499,89 manatı, “Lider çərəz” adlı satış nöqtəsində Şahid6 əldə etdiyi 152 manatı, “Papaya çərəz" adlı satış nöqtəsində Şahid7 əldə etdiyi 672,86 manatı, “Lemart” adlı satış nöqtəsində Şahid8 əldə etdiyi 138,09 manatı, “Himal m/t” adlı satış nöqtəsində Şahid10 əldə etdiyi 1643,48 manatı, “Sizin m/t” adlı satış nöqtəsində Şahid13 əldə etdiyi 160,08 manatı, “Eminəm m/t” adlı satış nöqtəsində Şahid14 əldə etdiyi 1060,02 manatı, “Ramin Quru meyvələr” adlı satış nöqtəsində Şahid11 əldə etdiyi 213,91 manatı, “Quru yemişci” adlı satış nöqtəsində Şahid12 əldə etdiyi 100,01 manatı, “Fərman oğlu” adlı satış nöqtəsində Şahid9 əldə etdiyi 5266,19 manatı və “Fındıqçı Özbəkistan malları” adlı satış nöqtəsində Şahid15 əldə etdiyi 772,24 manatı və digər müxtəlif satış nöqtələrindən cəmiyyətə məxsus malları sifariş edən sahibkarlar tərəfindən müxtəlif tarixlərdə ödənilmiş pul vəsaitlərini, ümumilikdə "xxxx" MMC-yə məxsus 19.129,54 (on doqquz min yüz iyirmi doqquz manat, əlli dörd qəpik ) manat məbləğində ona etibar edilmiş özgə əmlakı olan pul vəsaitini cəmiyyətin ünvan 4 ünvanında yerləşən xəzinəsinə təhvil verməyib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəməkdə təqsirləndirilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlil edərək nəticəyə gəlir ki, ona verilmiş ittiham qeyri dəqiqdir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmununda onun Sədərək TM adlı satış nöqtəsində Şahid5 oğlundan əldə etdiyi 2121,51 manat məbləğində pul vəsaitini mənimsədiyi qeyd edilmişdir. Halbuki, Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində mənimsənilən məbləğin 2121,51 manat deyil, 550,88 manat olduğunu bildirməsi müəyyən edilmişdir(cild 3, i.v.56-59) Həmçinin, iş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan da görünür ki, audit yoxlaması zamanı Sədərək TM adlı satış nöqtəsində Şahid5 oğlunun(3.Sədərək Allahverdi-550 manat 88 qəpik qeydi yazılmaqla) 550, 88 manat verdiyi məbləğin Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyi qeyd edilmişdir( cild 1, i.v.36-37, cild 2, i.v.148-149); Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs verilmiş ittihamda “Sədərək TM adlı satış nöqtəsində Şahid5 oğlundan əldə etdiyi 2121,51 manat” bəndi azaldılaraq, həmin satış nöqtəsindən mənimsənilən məbləğin miqdarının 550, 88 manat olması müəyyən edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda ayrıayrı satış nöqtələrindən mənimsədiyi pul vəsaitləri ayrı-ayrılıqda dəqiq göstərilmiş, həmin məbləğlər (1060,63+ 1227,59+ 2121,51(azaldıldıqdan sonra 550,88) + 1499,89 + 152 + 672,86+ 138,09 +1643,48 +160,08 + 1060,02 +213,91 +100,01 +5266,19 +772,24 ) ümumilikdə 14.517,87(on dörd min beş yüz on yeddi manat səksən yeddi qəpik) manat olduğu halda, həmin məbləğlərin ümumi həcmini 19.129,54 (on doqquz min yüz iyirmi doqquz manat, əlli dörd qəpik ) manat olduğu göstərilmişdir. İbtidai istintaq orqanı irəli sürülmüş ittihamda qalan məbləği “və digər müxtəlif satış nöqtələrindən cəmiyyətə məxsus malları sifariş edən sahibkarlar tərəfindən müxtəlif tarixlərdə ödənilmiş pul vəsaitlərini” mənimsədiyini qeyd etməklə kifayətlənmiş, lakin, Təqsirləndirilən şəxs ayrı-ayrılıqda dəqiq olaraq hansı sahibkarların hansı vəsaitdə pul məbləğlərini mənimsədiyini qeyd etməmişdir. Bununlada, istintaq orqanı təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda, eləcədə ittiham aktında konkret satış nöqtələrinin adlarını sadalayaraq konkret məbləğləri göstərdikdən sonra, digər adları çəkilməyən satış nöqtələrindən məbləğləri ümumi olaraqda belə qeyd etməyi zəruri hesab etməmiş, sanki məhkəmə tərəfindən həmin məbləğlərin müəyyən edilməli olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X10 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin təsviri zamanı, həmin əməli harada, nə vaxt, necə, hansı şəraitdə törədilməsi aydın və müffəssəl təsvir edilməli olduğu halda istintaq orqanı nədənsə buna lüzum görməmiş, bununlada təqsirləndirilən şəxsin nədən müdafiə olunmalı olduğuna maneə yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ümumilikdə "xxxx" MMC-yə məxsus 19.129,54 (on doqquz min yüz iyirmi doqquz manat, əlli dörd qəpik ) manat məbləğində ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəmək ittihamını irəli sürərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4828 nömrəli məhkəmə ekspert rəyində göstərilən məbləği əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4828 nömrəli məhkəmə ekspert rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, iş materiallarında olan sənədlər (təhvil-təslim aktları, malların alınması və geri qaytarılması ilə bağlı sənədlər, qaimə- fakturalar, malların təhvilqəbul aktları, qəbzlər, satış fakturaları və s.) və sərbəst auditor X14 tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli auditor “Akt”ını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə "xxxx" MMC-də xx.xx.2024cü il tarixə 19.129,54 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin(kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin(kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir(cild 2, i.v.203-205); Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Belə ki, sözügedən ekspert rəyindən də görünür ki, ekspert əmələ gələn çatışmazlıqla bağlı kimin(kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin(kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməli olduğunu öz rəyində vurğulamış, lakin nədənsə istintaq orqanı təqsirləndirilən şəxsə ittiham irəli sürərkən yuxarıda qeyd edildiyi kimi adları çəkilməyən digər satış nöqtələrindən nə ayrı ayrılıqda nədə ümumi olaraq hansı məbləğin mənimsənilməsini göstərməkdə maraqlı olmamış, təqsirləndirilən şəxsə qarşı dəqiq olmayan ittiham irəli sürmüşdür. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın həcmi azaldılmalı, ona verilmiş ittihamda ayrı-ayrı satış nöqtələrindən mənimsədiyi pul vəsaitləri ayrı ayrılıqda (1060,63+ 1227,59+ 2121,51(azaldıldıqdan sonra 550,88) + 1499,89 + 152 + 672,86+ 138,09 +1643,48 +160,08 + 1060,02 +213,91 +100,01 +5266,19 +772,24 ) olmaqla ümumilikdə 14.517,87(on dörd min beş yüz on yeddi manat səksən yeddi qəpik) manat olduğu müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan “və digər müxtəlif satış nöqtələrindən cəmiyyətə məxsus malları sifariş edən sahibkarlar tərəfindən müxtəlif tarixlərdə ödənilmiş pul vəsaitlərini,” bəndi xaric edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPMin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmədə dövlət ittihamçısı Təqsirləndirilən şəxs cəza təklif edərkən CM-in 46-cı maddəsinə əsasən əlavə cəza kimi dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsini təyin edilməsi ilə yanaşı, kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi cəzasını təyin etməyi təklif etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən “Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir.” CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Maddənin dispozisiyasından görünür ki, təqsirləndirilən şəxs yalnız dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilə bilər. Cinayət Məcəlləsində təqsirləndirilən şəxsin özəl hüquqi şəxslərdə müəyyən vəzifə tutma hüququndan məhrum edilməsi növündə cəza nəzərdə tutulmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, boks üzrə birinci dərəcəli hakim kimi fəaliyyət göstərərək ölkəni xaricdə təmsil edəcək tələbələr yetişdirməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona əsas cəza kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək ona müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 10 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 100 (yüz) manat məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxs "xxxx" MMC-nə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06(altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 100 ( yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-167/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-167/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver