Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-168/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 30 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 27 avqust 2002-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərxiyi nömrəsiz evdə yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə, saat təxminən 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X5 41 ünvanda ictimai yer hesab edilən yol kənarı küçədə, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, bir qədər əvvəl Zərərçəkmiş şəxs onu öpməyə etirazını bildirməsini bəhanə edib əsaslı səbəb olmadan onunla mübahisə edərək idarə etdiyi avtomobildən düşürdüb kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs sillə ilə üz nahiyyəsinə əli zərbə endirib zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngün zərər vuran tənəffüs aktının çətinləşməsi ilə müşayiət olunan burun nahiyyəsinin dərialtı hematoması ibarət xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X2 Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə, saat 02:00 radələrində özünə məxsus olan «Ravon» markalı, «az ** PK ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərən zaman Qönçə onunla telefon əlaqəsi saxlayaraq görüşmək təklif etmişdir. Həmin vaxt dostu Vüsalı götürüb onunla birlikdə Qönçənin hazırda yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Musabəyov küçəsində yerləşən evə getmişlər. Orada olan zaman Qönçəni onun bacısı Ramiləni və xalası qızı Gülsurəni yaşadıqları evdən götürüb Səbail rayonunda yerləşən Fəvvarələr meydanına getmişlər. Orada olan zaman tanışı Əmrahla telefon əlaqəsi saxlayıb ona olduğumuz yeri dedikləri üçün Əmrah onların yanına gəlmişdir. Bir müddət vaxt keçirdikdən sonra Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisinə geri qayıtmışlar. Sonradan Vüsalın yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol dairəsində yerləşən evlərinə getmişlər. Vüsalın yaşadığı evin qarşısında olan zaman Vüsal və qızlar qısa müddətli olaraq içəri daxil olmuşlar. Bir qədər sonra onlar evdən çıxdıqları üçün avtomobilə əyləşdir. Həmin gün saat 04:00 radələrində avtomobildə olan zaman onlar səsküy yaratmağa başlamışlar. Onların yaratdığı səs-küydən əsəbləşdiyi üçün irad bildirsədə avtomobildə olan şəxslər onun sözlərinə məhəl qoymadığı üçün avtomobilən düşmələrini demişdir. Həmin vaxt Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol dairəsində yerləşən körpünün üzərində olan zaman Qönçə onları avtomobildən düşürtmək istədiyinə etiraz edib onu nalayiq ifadələr ilə təhqir etmişdir. Onu nalayiq ifadələr ilə təhqir etdiyi üçün Qönçəni əlindən tutub maşından düşürtmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Eldəinz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla qısa müddətli münasibəti olmuşdur. 14 oktyabr 2022-ci il tarixdə, saat 02:00 radələrində bacısı Şahid1 və xalası qızı Gülsurə Qüdrət qızı ilə gəzmək qərarına gəlmişdir. Bundan sonra Samirə zəng edərək onları götürməsini xahiş etmişdir. Samir onların yaşadıqları evə gələn zaman yanında dostu Vüsalda olmuşdur. Bundan sonra Samirin istəyi əsasında onun dostu Əmraıda götürmüşlər. Biraz şəhərdə gəzdikdən sonra Vüsalın istəyi ilə ona məxsus Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evə getmişlər. Orada olan zaman Samir onu öpmək istədiyi üçün Samirə bu barədə irad bildirmişdir. Sonradan yaşadığı evə getmək istədiyini dediyim üçün Gülsüm və Ramilə ilə birlikdə həmin evdən çıxmışklar. Həmin vaxt Vüsal və Əmrah onları yaşadıqları evdə aparmaq istədiklərini dediyi üçün onlarda evdən çıxmışlar. Bir qədər piyada hərəkət etdikdən sonra Samir avtomobili ilə onların yanına çatmış və onlar Samirin idarə etdiyi avtomobilə əyləşmişlər. Həmin gün saat 04:00 radələrində Sabunçu rayonu, Komsomol darəsi yaxınlığında körpünün üzərində olan zaman Samirin onu öpməyinə icazə verməyi üçün aralarında mübahisə yaranmışdlr. Mübahisə zamanı Samir avtomobili körpünün üzərində saxlayıb onu avtomobildən düşməyə vadar etdiyi üçün avtomobildən düşən zaman yanına yaxınlaşaraq üz nahiyyəsindən bir neçə dəfə sillə ilə vurmuşdur. Bundan sonra bacısı Ramilə xalası qızı Gülsurə Vüsal və Əmrah onları ayırmağa başlamışdır. Zərbələrin təsirindən huşunu itirib yerə yıxılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Samir adlı şəxsi sonradan tanımışdır. Onunla münasibəti olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə bacısı Qönçə gəzmək üçün Samir ilə telefon əlaqəsi saxlamışdır. Həmin vaxt Samir yanında dostu Vüsal ilə birlikdə onların yaşadığı evin yanına gəlmiş onu bacısı Qönçəni və xalası qızı Gülsurəni götürmüşlər. Sonradan Əmrah adlı şəxsi Sabunçu rayonu, Komsomol dairəsinin yanından götürüb birlikdə əylənmək məqsədi ilə oradan Səbail rayonu, Fəvvarələr meydanına getmişlər. Bir qədər sonra Sabunçu rayonu, ünvanını bilmədiyi Vüsal adlı şəxsə məxus evə getmişlər. Evdə olan zaman Samir onun bacısı Qönçəni öpmək istədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisədən dərhal sonra o, bacısı Qönçə xalası qızı Gülsurə, Vüsal və Əmrah həmin evdən çıxmışlar. Yolda olan zaman təxminən saat 04:00 radələrində Samir avtomobil ilə onların olduğu yerə gəlmişdir. Onlar Samirin idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobildə olan zaman Qönçə ilə Samirin arasında onu öpməyə icazə vermədiyi üçün mübahisə yaranmağa başlamışdır. Həmin vaxt Samir avtomobili Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol dairəsi yaxınlığındakı körpünün üzərində saxlayaraq avtomobildən düşməklərini tələb etmişdir. Həmin vaxt avtomobildə yerə enən zaman Samir və Qönçənin arasında mübahisə davam etmiş, və bu zaman Samir gözlənilmədən Qönçənin üz nahiyyəsindən şillə ilə vurduğunu görmüşdür. Bunu gördüyüm andan onları ayırmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Samir adlı şəxsi 5-6 ildir ki tanıyır. Onunla münasibəti normal olmuşdur. 14 oktyabr 2022-ci il tarixdə Samir onunla telefon əlaqəsi saxlayaraq Samirin vasitəsi ilə tanıdığı Əmrah adlı şəxs ilə birlikdə olduğunu və əylənmək məqsədi ilə əvvəllər bir neçə dəfə gördüyü Qönçə, Gülsurə və sonradan adı ona məlum olan Qönçənin bacısı Ramilə ilə birlikdə şəhərə gedəcəklərini buna görədə hazır olmağını demişdir. Oda Samirin xahişi əsasında yaşadığı evdən çıxıb yol kənarında dayanmışdır. Bir qədər sonra təxminən saat 02:00 radələrində Samir avtomobili ilə onu gəlib götürmüşdür. Həmin vaxt qızlar avtomobildə olmuşlar. Oradan Səbail rayonu, Fəvvarələr meydanına getmişlər. Bir qədər sonra təkrar Sabunçu rayonu, Ramana qəsəbəsinə ona məxus evə getmişlər. Evdə olan zaman Samirin telefonuna zəng gəldiyi üçün həmin telefonda olan şəxslə əsəbi şəkildə danışıb çıxıb getmişdir. Qızlar artıq gec olduğunu dediyi üçün evə getmək istədiklərini dediyi üçün onlarla birlikdə evdən çıxaraq yol kənarı ilə getməyə başlamışlar. Təxminən saat 04:00 radələrində Samir əvvəldən telefon vasitəsi ilə yerlərini ondan soruşduğu üçün avtomobil ilə onların olduğumuz yerə getmişdir. Onlar Samirin idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobildə olan zaman dəqiq yadında olmadığını mövzu üzrə Qönçə ilə Samir mübahisə etməyə başlamışdır. Həmin vaxt Samir avtomobili Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol dairəsi yaxınlığındakı körpünün üzərində saxlayaraq avtomobildən düşməklərini tələb etmişdir. Həmin vaxt avtomobildə yerə enən zaman Qönçə Samiri nalayiq ifadələr ilə təhqir etdiyi üçün Samir Qönçənin üz nahiyyəsindən şillə ilə vurmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 02 noyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 2487 saylı, 20 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs tənəffüs aktının çətinləşməsi ilə müşayiət olunan burun nahiyyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən 14 oktyabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi və ya özü-özünə yetirilməsi inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxs ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.000 manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-168/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-168/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver