Məhkəmə qərarları › İş №1(008)-168/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-168/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-168/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 Kəmaləddin oğlu, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 677/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 mart 2022-ci il tarixdən 23 mart 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan dəyəri 40 manat olan 01 ədəd laqondanı, dəyəri 70 manat olan 01 ədəd perferatoru, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 60 manat olan 03 ədəd unitazı, ümumi dəyəri 450 manat olan 01 kub miqdarda tikinti taxtalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 23 mart 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 350 manat olan 01 kub miqdarda tikinti taxtalarını gizli olaraq talayarkən hadisə yerində ev sahibinin qohumu tərəfindən aşkarlanaraq cinayətkar əməlinin qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək təkrar oğurluğa cəhd etmişdir. Bundan başqa, o tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 30 mart 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olmaqla oradan 04 ədəd dəmir boruları və 03 ədəd dəmir layları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 01 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan 8 saylı fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olub oradan 02 ədəd 5 metr uzunluğunda və 03 ədəd 2,8 metr uzunluğunda olmaqla ümumi dəyəri 270 manat olan beş ədəd dəmir şvelleri, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 400 manat olan 04 ədəd 3 mm qalınlığında 2 kv.m miqdarda dəmir layları, hər bir metrinin dəyəri 4 manat olmaqla ümumi dəyəri 160 manat olan 20 ədəd 2 metr uzunluğunda 50 mm qalınlığında dəmir küncləri, hər bir metrinin dəyəri 4 manat olmaqla ümumi dəyəri 80 manat olan 20 metr ümumi uzunluğunda 40 mm qalınlığında hissələrə bölünmüş dəmir boruları, hər bir metrinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 60 manat olan 20 metr ümumi uzunluğunda 15 mm qalınlığında hissələrə bölünmüş dəmir boruları, 30 manat dəyərində 01 ədəd dəmir sobanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 10 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixə keçən gecə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə dırmanaraq evin pəncərəsindən yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla oradakı yataq otağından dəyəri 380 manat olan 01 ədəd “Bosh” markalı elektrik drelini, dəyəri 15 manat olan 01 ədəd çəkici, dəyəri 20 manat olan 01 ədəd dəmir lom alətini, ümumi dəyəri 88 manat olan 40 metr uzunluğunda 6 millimetrlik elektrik naqilini, ümumi dəyəri 63 manat olan 03 ədəd metal profilləri, ümumi dəyəri 65 manat olan 03 ədəd mişarları, ümumi dəyəri 60 manat olan mis əşyaları, ümumi dəyəri 20 manat olan 02 ədəd cərəyan uzadıcılarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 711 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 19 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi. Badam Bağları yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin döşəməsinə vurulmuş, hər birinin uzunluğu 06 metr olan 10 ədəd 600 manat ümumi dəyərində döşəmə taxtalarını yerindən söküb çıxarmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 09 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olub oradan hər biri 04 metr uzunluqda və 3x10 mm ölçüdə olmaqla ümumi dəyəri 230 manat olan 31 ədəd tikinti taxtalarını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsi, Zeytun Zavod yaşayış massivi ərazisində yerləşən, valideynləri ilə birgə yaşadığı nömrəsiz fərdi evin tövləsindən ögey anası Zərərçəkmiş şəxs7 məxsus, inək cinsindən olan bir ədəd 800 manat dəyərində iri buynuzlu ev heyvanını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 2022-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivi, döngə 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs8 məxsus, daimi yaşayış olmayan nömrəsiz bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq evin həyət tərəfindən divarına bərkidilmiş «Demir Döküm» markalı kombi tipli istilik sistemi qurğusunun 380 manat dəyərində bir ədəd elektron idarə etmə cihazını, daha sonra evin saxlanc yeri hesab olunan zirzəmisinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 320 manat olan 04 ədəd «Lassa» markalı avtomobil təkərlərini, ümumi dəyəri 150 manat olan 04 ədəd avtomobil təkəri disklərini, dəyəri 480 manat olan 01 ədəd mis samovarı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs8 1330 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs9 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan hər biri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 kisə “Norm 500” markalı sement tikinti materialını, hər birinin dəyəri 28,75 manat olmaqla ümumi dəyəri 230 manat olan 08 ədəd dəmir dirəkləri, hər biri 40 manat olmaqla ümumi dəyəri 200 manat olan 05 ədəd 5x15 mm ölçüdə tikinti taxtalarını, ümumi dəyəri 35 manat olan 35 metr uzunluğunda 2,5 millimetrlik və ümumi dəyəri 200 manat olan 50 metr uzunluğunda 04 millimetrlik elektrik naqillərini, dəyəri 200 manat olan bir ədəd «Bosch» markalı elektrik drelini, dəyəri 300 manat olan bir ədəd elektrik perferatorunu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs9 1245 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, X12 yaşayış massivinin ərazisində yerləşən, Zərərçəkmiş şəxs10 məxsus, daimi yaşayış olmayan 653 nömrəli bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq həyətdə saxlanılan 36 manat ümumi dəyəri olan mis məftilləri, dəyəri 150 manat olan bir ədəd su qızdırıcısını, ümumi dəyəri 200 manat olan dəmir boruları, evin saxlanc yeri kimi istifadə olunan zirzəmisinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 200 manat olan 04 ədəd alüminium ləyənləri, dəyəri 50 manat olan 01 ədəd tozsoranı və ümumi dəyəri 50 manat 03 ədəd alüminium vedrələri gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs10 686 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs11 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 22000 manat olan 300 ədəd alüminium profilləri və ümumi dəyəri 15000 manat olan elektrik naqillərini ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs11 37000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs12 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə pəncərəsindən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla oradan dəyəri 250 manat olan 01 ədəd qaz sobasını, ümumi dəyəri 160 manat olan 40 metr uzunluğunda 20 millimetrlik dəmir borunu, dəyəri 200 manat olan dəmir idman alətini, dəyəri 100 manat olan 02 ədəd plastik pəncərələri, evin döşəməsindən söküb çıxardığı 132 manat dəyərində 11 ədəd döşəmə taxtalarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs12 842 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Badam Bağları yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs13 Kəmaləddin oğluna məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə pəncərəsindən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla oradan 60 ədəd 5x15 santimetr ölçüdə 6 metr uzunluqlu, 24 ədəd 5x15 santimetr ölçüdə 4 metr uzunluqlu, 80 kv.m miqdarda 4 sm qalınlığında, 2 kub.m miqdarda 5x15 sm ölçüdə tikinti taxtalarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs13 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu yaşayış massivi ərazisində yerləşən, X5 məxsus, daimi yaşayış olmayan nömrəsiz fərdi bağ evinin saxlanc yeri hesab olunan həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan ev sahibinin qohumu X3 məxsus, dəyəri 600 manat olan 01 ədəd kompressor cihazını və dəyəri 20 manat olan bir ədəd əl arabasını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs Mayılxan Sərkərova 620 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs15 məxsus fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 1000 manat təşkil edən 10 ədəd 50 mm dəliyi olan 3 metr uzunluqlu dəmir boruları, 400 manat dəyərində bir ədəd qoruyucu dəmir barmaqlığı, hər birinin dəyəri 125 manat olmaqla ümumi dəyəri 500 manat olan 04 ədəd dəmir istilik radiatorlarını, 600 manat dəyərində bir ədəd 3 metr uzunluğunda dəmir şvelleri, «Toyota Prado» və «Vaz 2105» markalı avtomobillərinin ümumi dəyəri 1000 manat olan müxtəlif çeşiddə ehtiyat hissələrini, dəyəri 600 manat olan bir ədəd su boruları ötürücüsünü, həyətdəki saxlanc yeri kimi istifadə olunan yardımçı tikilinin içərisinə qanunsuz daxil olmaqla oradan «Toyota Prado» markalı avtomobilinin iki ədəd, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan ehtiyat təkərlərini, bir ədəd 100 manat dəyərində dəmir qazanlar dəstini, bir ədəd 300 manat dəyərində yataq dəstini, bir ədəd 80 manat dəyərində elektrik skuterini, 120 manat dəyərində bir ədəd oyuncaq yük avtomobilini, 100 manat dəyərində bir ədəd oyuncaq gəlincik dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs16 məxsus nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə evin saxlanc yeri kimi istifadə olunan zirzəmisinə qanunsuz daxil olmaqla oradan bir ədəd dəyəri 250 manat olan böyük perforatoru, bir ədəd dəyəri 200 manat olan kiçik perforatoru, dəyəri 350 manat olan bir ədəd dəngə qabını (su paylayıcı qurğunu), dəyəri 200 manat olan bir ədəd lazer cihazını, dəyəri 250 manat olan bir ədəd naqilsiz dreli, dəyəri 150 manat olan bir ədəd ütünü, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd elektrik uzadıcısını, dəyəri 200 manat olan bir ədəd laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 1700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük yaşayış massivi, Sabir küçəsində yerləşən, X8 məxsus nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə evin zirzəmisindən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300 manat olmaqla ümumi dəyəri 1800 manat olan altı ədəd qış yataq dəstlərini, ümumi dəyəri 2000 manat olan altı ədəd yay yataq dəstlərini, dəyəri 500 manat olan bir ədəd qazan dəstini, hər birinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 400 manat olan iki ədəd elektrik sobanı, hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 500 manat olan iki ədəd tozsoranı, hər birinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 800 manat olan iki ədəd “Gepas” markalı elektrik ət çəkənini, dəyəri 200 manat olan bir ədəd elektrik şirəçəkəni, hər birinin dəyəri 300 manat olmaqla ümumi dəyəri 1500 manat olan beş ədəd xalçanı, ümumi dəyəri 800 manat olan 10 dəst qadın paltarını, ümumi dəyəri 2500 manat olan 12 ədəd üzlük dəstini, hər birinin dəyəri 500 manat olmaqla ümumi dəyəri 1000 manat olan iki ədəd qaşıq dəstini, hər birinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 800 manat olan dörd ədəd yorğan dəstini, ümumi dəyəri 350 manat olan yeddi cüt qadın ayaqqabılarını, dəyəri 500 manat olan bir ədəd qab-qacaq dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs Zöhrə Əliyevaya ümumilikdə 13650 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs20 məxsus nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 35 manat olmaqla ümumi dəyəri 70 manat olan 02 ədəd əl arabalarını, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 150 manat olan 03 ədəd dəmir çəlləkləri, ümumi dəyəri 272 manat olan 15 ədəd 6 metr uzunluğunda, 15 sm enində və 5 sm qalınlıqda tikinti taxtalarını, ümumi dəyəri 288 manat olan 12 ədəd 18 mm qalınlıqda və 6 metr uzunluğunda dəmir armaturları, dəyəri 800 manat olan 400 metr uzunluğunda və 4 mm qalınlıqda elektrik naqilini, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 70 manat olan torpaq qazan belləri, daha sonra evin içərisinə qanunsuz daxil olmaqla oradan evin otaqlarına döşənmiş ümumi dəyəri 1350 manat olan 6 metr uzunluğunda, 13 sm enində və 3 sm qalınlıqda ümumilikdə 3 kub.m miqdarda döşəmə taxtalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi, Qədirli küçəsində yerləşən, Zərərçəkmiş şəxs19 məxsus nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə keçməklə həyətdəki saxlanc yerinin plastik qapısı sındırılıb içərisinə qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 400 manat olan dörd ədəd «Toyota Prado» markalı avtomobilinə aid ehtiyat təkərlərini, hər birinin dəyəri 800 manat olmaqla ümumi dəyəri 1600 manat olan iki ədəd «Toyota Prado» markalı avtomobilə aid ehtiyat faraları, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 200 manat olan 20 kisə ağ sementi, hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan iki ədəd əl arabasını, dəyəri 300 manat olan bir ədəd samovarı, dəyəri 150 manat olan bir ədəd dəmir sacı, hər birinin dəyəri 75 manat olmaqla ümumi dəyəri 150 manat olan iki ədəd böyük ölçülü, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd kiçik ölçülü mis qazanları, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 150 manat olan 15 ədəd plastmas oturacaqları, dəyəri 100 manat olan bir ədəd manqalı və ümumi dəyəri 100 manat olan 20 ədəd şişləri, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd uşaq velosipedlərini, dəyəri 80 manat olan bir ədəd hidroforu, dəyəri 100 manat olan bir ədəd qaz balonunu, həyət tərəfdən hasarın dibinə yığılmış hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 300 manat olan 15 ədəd 3 metr uzunluğunda və hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 100 manat olan 5 ədəd 2 metr uzunluğunda dəmir armaturları, daha sonra evin plastikdən olan giriş qapısını sındırmaqla yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla evin qonaq otağındakı masanın üzərindən dəyəri 600 manat olan bir ədəd «İpad» markalı planşeti, mətbəxdən hər birinin dəyəri 600 manat olmaqla ümumi dəyəri 2400 manat olan dörd ədəd təzə qab-qacaq dəstlərini, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 200 manat olan mis tavaları, mətbəxdəki soyuducun içərisindən hər kiloqramı 15 manat olmaqla ümumi dəyəri 150 manat olan üç ədəd şüşə balonda saxlanılan 10 kiloqram Naxçıvan pendirini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs19 7430 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 09:00-dan saat 20:00-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana yaşayış massivi, 1-ci sahə ərazisində yerləşən, Zərərçəkmiş şəxs18 məxsus nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə evin dəhliz hissəsindəki pəncərəsindən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olaraq qonaq otağındakı kamodun rəflərindən 400 manat məbləğində nağd pulu, 200 manat dəyərində bir cüt qızıl sırğaları, 300 manat dəyərində bir ədəd qızıl boyunbağını, bir cüt sırğadan, bir ədəd üzükdən və bir ədəd boyunbağı kulondan ibarət ümumi dəyəri 120 manat olan iki ədəd gümüş dəstləri, ümumi dəyəri 80 manat olan iki cüt gümüş sırğaları, ümumi dəyəri 50 manat olan iki ədəd gümüş bəzəyi nişanlarını, ümumi dəyəri 200 manat olan üç ədəd mirvari boyunbağıları, dəyəri 25 manat olan bir ədəd ətri, daha sonra həyətdəki saxlanc yerinə qanunsuz daxil olmaqla orada saxlanılan dəyəri 40 manat olan bir ədəd laqondanı və dəyəri 50 manat olan bir ədəd elektrik drelini gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 1465 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Badam Bağları yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs13 Kəmaləddin oğluna məxsus, təmirtikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə pəncərəsindən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla oradan tikinti taxtalarını gizli olaraq talamış, lakin, oğurladığı tikinti taxtalarının miqdarı ittiham aktında göstəriləndən dəfələrlə az olmuşdur. Bundan başqa, o, 2023-cü ilin iyul ayında, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi, Qədirli küçəsində yerləşən, Zərərçəkmiş şəxs19 məxsus nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə keçməklə həyətdəki saxlanc yerinin plastik qapısı sındırılıb içərisinə qanunsuz daxil olmaqla oradan tərkibində metal və alüminium olan əşyalar oğurlamışdır. Bundan başqa, o, dəqiq xatırlamadığı vaxtda və tarixdə kimə məxsus olduğunu bilmədiyi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivi ərazisində yerləşən digər iki evdən dəmir və taxta oğurlamışdır. Digər ittiham aktında qeyd olunan digər epizodları tam xatırlamır, lakin ona törətdiyi cinayət əməllərindən daha artıq epizodlar üzrə ittiham irəli sürülmüşdür. Həmin oğurluq epizodlarının kimlər tərəfindən və hansı tarixdə törədilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivi, Qədirli küçəsində yerləşən nömrəsiz bağ evi ona məxsusdur. Qeyd olunan bağ evində daimi yaşayış olmasa da, o, mütəmadi olaraq bağ evinə gedərək ora nəzarət etmişdir. O, sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında özünə məxsus bağ evində olmuş, hansısa oğurluq faktı müəyyən etməmişdir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında qonşusu ona zəng edərək bağ evinin qapısının açıq vəziyyətdə olduğunu bildirmişdir. O, həmin gün, saat 20 radələrində bağ evinə getmiş, darvazanın açıq vəziyyətdə olduğunu görərək həyətə daxil olmuş, həyətdə olan saxlanc yerinin plastik qapısının sındırıldığını müəyyən etmişdir. Saxlanc yerinə baxış keçirmiş, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 400 manat olan dörd ədəd «Toyota Prado» markalı avtomobilinə məxsus ehtiyat təkərlər, hər birinin dəyəri 800 manat olmaqla ümumi dəyəri 1600 manat olan iki ədəd «Toyota Prado» markalı avtomobilinə məxsus ehtiyat faralar, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 200 manat olan 20 kisə ağ sement, hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan iki ədəd əl arabası, dəyəri 300 manat olan bir ədəd samovar, dəyəri 150 manat olan bir ədəd dəmir sac, hər birinin dəyəri 75 manat olmaqla ümumi dəyəri 150 manat olan iki ədəd böyük ölçülü, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd kiçik ölçülü mis qazanlar, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 150 manat olan 15 ədəd plastik oturacaqlar, bir ədəd dəyəri 100 manat olan manqal və ümumi dəyəri 100 manat olan 20 ədəd şişlər, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd uşaq velosipedləri, bir ədəd dəyəri 80 manat olan hidrofor, bir ədəd dəyəri 100 manat olan qaz balonu, həyət tərəfdən hasarın dibinə yığılmış hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 300 manat olan 15 ədəd 3 metr uzunluğunda və hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 100 manat olan 5 ədəd 2 metr uzunluğunda dəmir armaturlar, yaşayış evinin plastikdən olan giriş qapısını sındırmaqla içəri daxil olub evin qonaq otağındakı masanın üzərində saxladığı bir ədəd işlənmiş vəziyyətdə dəyəri 600 manat olan «İ-pad» markalı planşet, mətbəxdən hər birinin dəyəri 600 manat olmaqla ümumi dəyəri 2400 manat olan dörd ədəd təzə qab-qacaq dəstləri, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 200 manat olan mis tavaları, mətbəxdəki soyuducunun içərisindən hər kiloqramı 15 manat olmaqla ümumi dəyəri 150 manat olan üç ədəd şüşə balonda saxlanılan 10 kiloqram Naxçıvan pendiri oğurlanıblar. Baş vermiş oğurluq hadisəsi barədə zəng vurub Azərbaycan Respublikası DİN-in «102» Xidmətinə məlumat vermiş, bir qədər sonra hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları gələrək hadisə yerinin müayinəsini keçirmiş, ərizə və izahatını almışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 7430 manat məbləğində maddi ziyan dəymişdir. Müraciəti ilə əlaqədar 14-cü Polis Şöbəsində aparılmış araşdırma zamanı izahat yazarkən o, hələ talanmış əmlakının tam çeşidini və miqdarını dəqiq bilmirmiş, izahatında vurulmuş maddi ziyanın məbləği ilkin yadına düşən əşyalara uyğun 3000 manat yazmışdır, lakin sonradan ailə üzvləri də bağa gəldikdən sonra onlarla birlikdə əmlakını çeşidləyib tam dəqiq sayını və dəyərini müəyyən edə bilmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar müəyyən edilmiş Təqsirləndirilən şəxs tanımır, müvafiq olaraq həmin şəxslə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməsə də, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa Şəhərciyi yaşayış massivi ərazisində özünə torpaq sahəsi alıb fərdi ev tikdirmişdir. Təmir-tikinti işləri ilə əlaqədar həmin bağ evində daimi yaşamamışlar. 09 iyun 2022-ci il tarixdə saat 12 radələrində həmin bağ evinə gəldikdə müəyyən etmişdir ki, evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub oradan hər biri 04 metr uzunluqda və 3x10 mm ölçüdə olan 31 ədəd tikinti taxtalarını oğurlayaraq ümumilikdə ona 230 manat məbləğində maddi ziyan vurmuşlar. Sonradan ona məlum olmuşdur ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə daimi olaraq Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu yaşaşyış massivi ərazisində nömrəsiz fərdi evdə yaşayır, Təqsirləndirilən şəxs onun oğludur. O, əri Nəbinin ikinci ailəsi olsa da artıq 2000-ci ildən birlikdə yaşayırlar, birgə ailədən Sabirdən başqa iki övladları da var, amma buna baxmayaraq 1-ci sinifə gedəndən Sabirə o, baxıb, ona analıq etmişdir. Sabir əvvəllər yaxşı uşaq olsa da son təxminən 2-3 ildir ki, narkotik vasitələr və psixotrop maddələr aludəçisi olmuşdur, həmin vaxtdan da tüfeyli həyat tərzi sürməyə başlamış, atası və o, Sabiri nə qədər düz yola qaytarmaq, pis vərdişlərdən uzaq tutmağa çalışsalar da bacarmamışlar. Sabir həbs olunana qədər onlarla bir ünvanda yaşamışdır. Yaşadıqları həyətdə öz ailələri üçün mal-qara saxlayırlar. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində həyətdəki tövlədə saxladığı danalara ot verməyə getdikdə müəyyən etmişdir ki, beş aylıq 130 kiloqramlıq qara rəngli danasının biri tövlədə yoxdur. Dərhal dananı tövlədən Sabirin oğurlamasını başa düşmüşdür. Həmin vaxt Sabiri evdə və küçədə tapa bilməyərək dananı ucuz qiymətə kiməsə satıb ona ziyan vurmasın deyə, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Məlumatı əsasında ünvana gələn Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları hadisə barədə ondan ərizə və izahat alanda onlara bildirmişdir ki, dananın oğurluğunda oğlu Sabirdən şübhələnir. Lakin polislər də bir neçə gün ərzində Sabiri tapa bilməmişlər. Təxminən 3-4 gündən sonra Sabir evə gəldikdə onunla söhbət zamanı dananı oğurlamasını etiraf edərək aparıb Savalan yaşayış massivində yaşayan, hazırda adını unutduğu şəxsə 240 manata satdığını bildirmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl özü üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yaşayış massivi ərazisində yerləşən 3 sot torpaq sahəsi alaraq 2022-ci il tarixdə üzərində ev tikdirməyə başlamışdır. Aldığı tikinti materiallarını həyətdə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində bağ evinə gəldikdə aşkar etmişdir ki, həyətinə hasardan aşmaqla qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər həyətdə saxladığı tikinti materiallarından hər biri 08 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 kisə “Norm 500” markalı sement tikinti materialını, hər birinin dəyəri 28,75 manat olmaqla ümumi dəyəri 230 manat olan 08 ədəd dəmir dirəkləri, hər biri 40 manat olmaqla ümumi dəyəri 200 manat olan 5 ədəd 5x15 mm ölçüdə tikinti taxtalarını, ümumi dəyəri 35 manat olan 35 metr uzunluğunda 2,5 mm-lik və ümumi dəyəri 200 manat olan 50 metr uzunluğunda 04 mm-lik elektrik naqillərini, dəyəri 200 manat olan bir ədəd «Bosch» markalı elektrik drelini, dəyəri 300 manat olan bir ədəd elektrik perforatorunu gizli olaraq talayıb ümumilikdə ona 1245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Sonradan ona məlum olmuşdur ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa Şəhərciyi yaşayış massivi ərazisində özünə torpaq sahəsi alıb fərdi ev inşa etdirmiş, lakin təmir-tikinti işləri davam etdirildiyindən həmin evdə daimi yaşamamışdır. Sonuncu dəfə həmin evində xx.xx.2022-ci il tarixdə olarkən əmlakları yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin ünvana gəldikdə isə müəyyən etmişdir ki, evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan ümumi dəyəri 22000 manat olan 300 ədəd alüminium profilləri və ümumi dəyəri 15000 manat olan elektrik naqillərini gizli olaraq talayıb ümumilikdə ona 37000 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışlar. Sonradan istintaq orqanı tərəfindən ona bildirilmişdir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində özünə 2 sot torpaq sahəsi alıb fərdi ev inşa etdirmiş, lakin təmir-tikinti işləri davam etdirildiyindən həmin evdə daimi yaşamamışdır. Sonuncu dəfə həmin evdə xx.xx.2022-ci il tarixdə olarkən əmlakları yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin ünvana gəldikdə isə müəyyən etmişdir ki, evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq birinci mərtəbədəki plastik pəncərədən evin içərisinə daxil olmuşlar və oradan dəyəri 250 manat olan 01 ədəd qaz sobasını, ümumi dəyəri 160 manat olan 40 metr uzunluğunda 20 mm-lik dəmir borunu, dəyəri 200 manat olan dəmir idman alətini, dəyəri 100 manat olan 02 ədəd plastik pəncərələri, evin döşəməsindən söküb çıxardığı 132 manat dəyərində 11 ədəd döşəmə taxtalarını gizli olaraq talayıb ümumilikdə ona 842 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışlar. Sonradan ona məlum olmuşdur ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 Kəmaləddin oğlu ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl mərhum atası onun üçün fərdi ev tikdirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Badam Bağları yaşayış massivində 2,5 sot ölçüdə boş torpaq sahəsi almışdır. Bu illər ərzində imkan düşdükcə orada tədricən bir mərtəbəli fərdi ev inşa etdirmişlər. Lakin əllərində maddi vəsait olmadığından evin döşəmə və tavan taxtalarını alsalar da, vurdura bilməmişlər. 2021-ci ildə atası rəhmətə getdikdən sonra maddi vəziyyəti lap pisləşdiyindən tikinti-təmir işlərini demək olar ki, tamamilə dayandırmışdır, aylarla həmin evə gedib baş çəkə bilməmişdir. Sonuncu dəfə həmin evdə hazırda barəsində ifadə verdiyi oğurluq hadisəsindən təxminən 3 ay əvvəl, 2022-ci ilin oktyabr ayının əvvəllərində olmuşdur. Həmin vaxt qeyd etdiyi evin içərisinə yığıb saxladığı döşəmə və tavan taxtalarının hamısı salamat vəziyyətdə olmuşdur. 01 yanvar 2023-cü il tarixdə isə həmin evə getdikdə görmüşdür ki, evdən qeyd etdiyi taxtaların hamısı oğurlanıb. Belə ki, həmin vaxt ora getdikdə aşkar etmişdir ki, evin həyətinin darvazası yarımçıq açıq vəziyyətdədir, evin üzərində qoruyucu dəmir barmaqlığı olmayan plastik pəncərələrindən birinin şüşəsi sındırılmış, evin dəmirdən olan giriş qapısının altına döşədiyi və hələ yerinə tam hörülməmiş daşlardan bir neçəsi yerindən çıxarılmış, qapının alt hissəsində yaranmış həmin dəlikdən isə evin içərisində saxladığı 60 ədəd 5x15 sm ölçüdə 6 metr uzunluqlu, 24 ədəd 5x15 sm ölçüdə 4 metr uzunluqlu, 80m2 miqdarda 4 sm qalınlığında, 2m3 həcmdə 5x15 sm ölçüdə tikinti taxtalarının hamısı çıxarılmaqla oğurlanmışdır. Cinayət nəticəsində ona 8500 manat məbləğində ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermiş, məlumatı əsasında bir qədər sonra hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları gələrək hadisə yerinin müayinəsini keçirmiş, ərizə və izahatını almış, hadisə yerindən əl-barmaq izlərini götürmüş, ətrafdakı qonşularını sorğu-sual etmişlər. Lakin sonradan məlum olmuşdu ki, hadisə yerindən götürülmüş əl-barmaq izləri nəticəsində evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozu yeni yaşayış massivində özü üçün 3,5 sot torpaq sahəsi almış, maddi imkanı olmadığından həmin torpaq sahəsi üzərində tikdirdiyi 4 otaqdan, 1 mətbəx və 1 sanitar qovşağından ibarət olmaqla 121 kvadrat metr ölçüdə olan ev yarımçıq qalmış, evin üstünün bağlanmasını, döşəməsinin vurulmasını və qapı-pəncərələrini quraşdırılmasını sona çatdıra bilməmişdir. Hər dəfə imkan tapdıqda lazımı tikinti materiallarını hissə-hissə alaraq həmin yarım tikiliyə yığmış, döşəmə taxtalarını alaraq yarımçıq evə döşətdirmişdir. Baş vermiş oğurluq hadisəsindən əvvəl sonuncu dəfə 22 iyul 2023-cü il tarixdə günorta saatlarında həmin ünvanda olduqda aldığı tikinti materiallarının hamısı yerində salamat vəziyyətdə olmuşdur. 23 iyul 2023-cü il tarixdə saat 12 radələrində isə həmin ünvanda qonşuluğunda yaşayan Rəşid adlı şəxs telefon vasitəsi ilə ona bildirmişdir ki, ona məxsus yarım tikilidən döşəmə taxtaları oğurlanmışdır. O, dərhal həmin ünvana gedərək həqiqətən də oğurluq baş verməsini müəyyən etmiş, Rəşidi hadisə barədə sorğu-sual etmiş, Rəşid isə oğurluğun kim tərəfindən törədilməsini görmədiyini bildirmişdir. Oradakı əmlakını çeşidlədikdə müəyyən etmişdir ki, hadisə nəticəsində ona məxsus yarım tikilinin 4 otağının hamısından 6 metr uzunluğunda, 13 sm enində, 3 sm qalınlıqda ümumilikdə 3 kub metr həcmində Rusiya istehsalı olan döşəmə taxtaları, həyətdə saxladığı 02 ədəd əl arabası, 03 ədəd dəmir çəlləklər, 6 metr uzunluğunda, 15 sm enində və 5 sm qalınlıqda 15 ədəd Rusiya istehsalı olan tikinti taxtaları, 18 mm qalınlıqda, 6 metr uzunluğunda 12 ədəd yerli istehsal olan dəmir armaturlar, 4 mm qalınlıqda, 400 metr uzunluğunda Rusiya istehsalı olan elektrik naqili və 07 ədəd torpaq qazan bellər oğurlanmışdır. Qeyd olunan əşyaları 2022-ci il ərzində ayrı-ayrı vaxtlarda “Dərnəgül Bazarı” adlanan yerdən almışdır. Həmin vaxt zəng vurub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermiş, məlumatı əsasında ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları gələrək hadisə yerini müayinə edib, ərizə və izahatını almışlar. Talanmış əmlakın hamısı şəxsən ona məxsus olduğundan hadisə nəticəsində vurulmuş maddi zərər də konkret olaraq ona dəymişdir. Hadisə barədə DİN-in «102» Xidmətinə məlumatı vermiş X1 onun doğma anasıdır, həmin vaxt anası yanında olduğundan, özünün isə evdə qalan tikinti materiallarını çeşidləməklə nələrin oğurlandığını müəyyən etməyə başı qarışdığından anasından xahiş etmişdir ki, polisə zəng vurub məlumat versin. Anası da elə onun yanından hadisə yerindən zəng vurmuşdur. Evinin 4 otağının hamısından oğurlanmış 6 metr uzunluğunda, 13 sm enində, 3 sm qalınlıqda ümumilikdə 3 kub metr həcmində Rusiya istehsalı olan döşəmə taxtalarının dəyəri 1350 manat, həyətdə saxladığı 02 ədəd əl arabalarının ümumi dəyəri 70 manat, 03 ədəd dəmir çəlləklərin ümumi dəyəri 150 manat, 6 metr uzunluğunda, 15 sm enində və 5 sm qalınlıqda 15 ədəd Rusiya istehsalı olan tikinti taxtalarının ümumi dəyəri 272 manat, 18 mm qalınlıqda, 6 metr uzunluğunda 12 ədəd yerli istehsal olan dəmir armaturların dəyəri 288 manat, 4 mm qalınlıqda, 400 metr uzunluğunda Rusiya istehsalı olan elektrik naqilinin dəyəri 800 manat və 07 ədəd torpaq qazan bellərin ümumi dəyəri 70 manat olmaqla ümumilikdə talanmış əmlakının dəyəri 3000 (üç min) manat təşkil edir, müvafiq olaraq hadisə nəticəsində ona vurulmuş maddi zərərin dəyəri də həmin məbləğdədir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana yaşayış massivi, 1-ci sahə nömrəsiz fərdi evdə tək yaşayır. Özü fərdi qaydada dayə kimi Balaxanı qəsəbəsi ərazisində işlədiyi üçün səhər saat 09 radələrində evdən çıxır, axşam saat 21 radələrində geri qayıdır. Evi yol kənarında yerləşməklə təxminən 2 sot ölçüdə həyətyanı sahəsi var. Evin otaqlarının plastik pəncərələri üzərində qoruyucu dəmir barmaqlıqlar var, bircə evin dəhlizinin plastik pəncərəsinin üzərində qoruyucu dəmir barmaqlıq olmamışdır. 16 avqust 2023-cü il tarixdə səhər saat 09 radələrində evin qapı və pəncərələrini bağlayıb işə getmişdir. Axşam saat 20 radələrində evə qayıtdıqda həyət qapısının bayır tərəfdən olan asma qıfılını açsa da qapı açılmamışdır, bir qədər özü qapını açmağa cəhd etdikdən sonra qonşuluqda yaşayan və hərdən evin təmir işlərində usta kimi ona köməklik edən Ceyhun adlı şəxsə zəng vuraraq xahiş etmişdir ki, qapını açmağa ona köməyə gəlsin. Ceyhun gəlib qapını açmağa bir neçə cəhd etdikdən sonra müəyyən etmişdir ki, qapı içəri tərəfdən cəftə ilə bağlanıb, ona görə də hasardan aşmaqla həyətə düşmüş və qapının cəftəsini içəri tərəfdən açaraq onu həyət buraxmışdır. Həyətə keçdikdən sonra evin giriş qapısı üzərində olan asma qıfılı açıb içəri daxil olduqda görmüş ki, evinin əşyaları hamısı dağınıq vəziyyətdədir. Ona görə də zəng vurub hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məlumat vermişdir. Bir qədər sonra məlumatı əsasında hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları gəlmiş, hadisə yerinin müayinəsini keçirmiş, əl-barmaq izlərini götürmüşlər. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər onun evdə olmadığından istifadə edərək oğurluq etmək məqsədi ilə hasardan aşmaqla həyətinə daxil olmuş, həyətin giriş qapısını içəri tərəfdən cəftə ilə bağlamışlar ki, o, qəfildən evə qayıtsa qapını aça bilməsin və onları cinayət başında yaxalamasın. Bundan sonra oğurluğa gələn şəxs və ya şəxslər evin, üzərində qoruyucu dəmir barmaqlıq olmayan yeganə pəncərəsini aralamaqla açıb həmin pəncərədən evin içərisinə daxil olaraq evin qonaq otağındakı kamodun rəflərində saxladığı özünə məxsus 400 manat məbləğində nağd pulunu, 200 manat dəyərində bir cüt qızıl sırğalarını, 300 manat dəyərində bir ədəd qızıl boyunbağını, bir cüt sırğadan, bir ədəd üzükdən və bir ədəd boyunbağı kulondan ibarət ümumi dəyəri 120 manat olan iki ədəd gümüş dəstini, ümumi dəyəri 80 manat olan iki cüt gümüş sırğalarını, ümumi dəyəri 50 manat olan iki ədəd gümüş bəzəyi nişanlarını, ümumi dəyəri 200 manat olan üç ədəd mirvari boyunbağılarını, dəyəri 25 manat olan bir ədəd ətrini oğurlamışlar. Baş vermiş hadisə ilə bağlı ərizə və izahat yazdıqdan, hadisə ilə bağlı gəlmiş polis əməkdaşları getdikdən sonra müəyyən etmişdir ki, evinə oğurluğa girmiş şəxs yuxarıda sadaladığı əşyalarından əlavə həyətindəki saxlanc yerinin içərisindən də bir ədəd dəyəri 40 manat olan laqondanı və bir ədəd dəyəri 50 manat olan elektrik drelini də oğurlamışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Lakin sonradan məlum olmuşdu ki, hadisə yerindən götürülmüş əl-barmaq izləri nəticəsində evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv zavodun yataqxanasında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə nömrəsiz ünvanda aldığı 5 sot torpaq sahəsində özünə 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi tikdirir. İmkanı zəif olduğu üçün evdə hələ də tikinti işləri aparılır. Bu səbəbdən aldığı tikinti materiallarını evin həyətinə yığıb saxlayırdı. 10 mart 2022-ci il tarixdə evə baxmağa getmiş, əşyaları yerində olmuşdur. 23 mart 2022-ci il tarixdə axşam saat 22:00 radələrində tikdirdiyi evə baş çəkməyə gəldikdə bacısı oğlu İqbal ona bildirmişdir ki, həmin gün günorta saatlarında həmin ərazidə onun faktiki yaşadığı yataqxananın yaxınlığında yaşayan Nəbinin oğlu Sabir evin həyətinə daxil olaraq taxtaları götürmüş və özü ilə aparmaq üçün çölə çıxarmış, Sabir yenidən taksi ilə gəlib taxtaları aparmaq istədikdə İqbal və adlarını bilmədikləri qonşular Sabiri tutmuş, taxtaları haradan götürdüyünü soruşduqda Sabir müxtəlif bəhanələr gətirərək guya taxtaları başqa yerdən götürdüyünü, özünə məxsus olduğunu bildirmişdir. Lakin İqbal və qonşular Sabirin taxtaları onun evinin həyətindən götürdüyünə əmin olduqdan sonra Sabir taxtaları götürmədən oradan qaçıb uzaqlaşmış, onunla gələn taksi sürücüsü də Sabirin oğruluq etdiyini başa düşüb çıxıb getmişdir. Bundan sonra İqbal və özü Sabirin taxtaları oğurlayaraq apardığı yerə yaxınlaşmış və birlikdə taxtaları evin həyətinə aparmışlar. Evin həyətinə daxil olduqda ona məlum olmuşdur ki, Sabirin oğurladığı 1 kub taxtadan əlavə ona məxsus evin həyətində saxladığı bir kub taxta, bir ədəd laqonda, bir ədəd perforator, hamam aksessuarları olan üç ədəd unitaz oğurlanmışdır. 23 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə nömrəsiz ünvanda özünə məxsus yarım tikili evdən Sabir tərəfindən ələ keçirilmiş 1 kub köhnədən aldığı taxtanın dəyəri 350 manat təşkil edir. Əlavə olaraq ona məxsus evin həyətindən 40 manat dəyərində bir ədəd laqonda, 70 manat dəyərində bir ədəd perforator, hər birinin dəyəri 20 manat təşkil edən üç ədəd unitaz və 450 manat dəyərində 1 kub təzə aldığı taxta oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Lerik rayonu Mastayıl kəndində qeydiyyatda olsa da, 2000-ci ildən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayır. Faktiki yaşadığı evin həyətini təmir etdirdikdən sonra evinin arxasında olan şambonun üstünə dəmir borular və dəmir lay yığmışdır. 04 ədəd dəmir boru və 03 ədəd dəmir lay olmuşdur. 06 aprel 2022-ci il tarixdə səhər saat 09:30 radələrində evin arxasına keçərkən şambonun üstünün açıq olduğunu görmüş, şambonun üstündə olan dəmir boru və layların oğurlandığını aşkar etmişdir. Bu səbəbdən 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, özü isə bu barədə ərizə və izahat vermişdir. O, baş vermiş hadisədən təxminən 1 həftə əvvəl həmin yerə baş çəkdiyini, dəmir boru və layların orada olduğunu görmüşdür. Metal məmulatlarının hər birinin dəyərini qiymətləndirə bilmədiyindən ümumilikdə 400 manat təşkil etdiyini bildirmiş və həmin məbləğdə ona maddi ziyan dəydiyini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. Faktiki yaşadığı evin həyətinin arxa hissəsində çardağın altında evin təmiri ilə əlaqədar tikinti materiallarını yığıb saxlamış, sonuncu dəfə təxminən 5 gün əvvəl, 01 aprel 2022-ci il tarixdə evin həyətindəki çardağa nəzər yetirdikdə tikinti materialların yerində olduğunu görmüşdür. Həmin gündən sonra ora getməmişdir. 06 aprel 2022-ci il tarixdə axşam saatlarında hasar qonşusu Zümrüd ona, öz evinin həyətindən dəmir borular və sair materialların oğurlanmasını bildirmişdir. Həmçinin o da çardağa baxdıqda məlum olmuşdur ki, orada saxladığı ümumilikdə 270 manat dəyərində, hər biri 5 metr uzunluğunda 2 ədəd və hər biri təxminən 2,8 metr uzunluğunda 3 ədəd dəmir şvellerlər, hər birinin dəyəri 100 manat təşkil edən, hər biri 2 kv.m ölçüdə və 3 mm qalınlığında olmaqla ümumilikdə 400 manat dəyərində 4 ədəd dəmir laylar, 1 metrinin dəyəri 4 manat təşkil edən, hər biri 2 metr uzunluğunda ümumilikdə 160 manat dəyərində 20 ədəd 50 mm-lik dəmir künclüklər, hissələrə doğranmış, bir metrinin dəyəri 4 manat təşkil edən, 80 manat dəyərində ümumilikdə təxminən 20 metr uzunluğunda 40 mm-lik dəmir boru, hissələrə doğranmış, bir metrinin dəyəri 3 manat təşkil edən, 60 manat dəyərində ümumilikdə təxminən 20 metr uzunluğunda 15 mm-lik dəmir boru və 30 manat dəyərində 01 ədəd dəmir soba oğurlanmışdır. Digər tikinti materialları yerində qalmışlar. Həyətindən oğurluq hadisəsini bildikdən sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra 14-cü Polis Bölməsinə ərizə ilə müraciət etmiş, bununla bağlı izahatı alınmış və evin həyətinə baxış keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, həyətindən oğurluğu qonşuluqda yaşayan Nəbinin oğlu Sabir etmişdir. Sabir evin həyətinə qonşusu Zümrüdlə aralarında olan tor çəpərin qapısını qırıb oradan daxil olmuş və ondan oğurladığı əşyaları Maştağa qəsəbəsi ərazisində yerləşən metal qəbuletmə məntəqəsinə aparıb satmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ərazisində özünə torpaq sahəsi alaraq fərdi ev inşa etdirmişdir, lakin təmir-tikinti işləri davam etdirildiyindən həmin evdə daimi olaraq yaşamamışdır. Sonuncu dəfə həmin ünvanda xx.xx.2022-ci il tarixdə olmuş, növbəti gün, yəni, xx.xx.2022-ci il tarixdə həmin evə gəldikdə aşkar etmişdir ki, evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki plastik pəncərədən içərisinə keçmiş və oradakı yataq otağından dəyəri 380 manat olan 01 ədəd “Bosh” markalı elektrik drelini, dəyəri 15 manat olan 01 ədəd çəkici, dəyəri 20 manat olan 01 ədəd dəmir lom alətini, ümumi dəyəri 88 manat olan 40 metr uzunluğunda 06 mm-lik elektrik naqilini, ümumi dəyəri 63 manat olan 03 ədəd metal profilləri, ümumi dəyəri 65 manat olan 03 ədəd mişarları, ümumi dəyəri 60 manat olan mis əşyaları, ümumi dəyəri 20 manat olan 02 ədəd cərəyan uzadıcılarını gizli olaraq talayıb ümumilikdə ona 711 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışlar. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2014-cü ildə özü üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ramana Sovxozu yaşayış massivi ərazisində fərdi həyət evi tikdirmişdir, lakin evdə təmir-tikinti işləri aparıldığından və müvafiq şəraiti olmadığından orada daimi yaşamamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində bir gün əvvəl salamat vəziyyətdə gördüyü həmin bağ evinə gəldikdə müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər evdə olmadığı müddətdə onun həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin birinci mərtəbəsinin döşəməsinə vurulmuş, hər birinin uzunluğu 06 metr olan 10 ədəd döşəmə taxtalarını yerindən söküb çıxarmaqla oğurlayıb ona ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşlar. Baş vermiş oğurluqda şübhələndiyi konkret bir şəxs yoxdur, həmin oğurluğun törədilməsində şübhəli bilinərək polislər tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımayıb, onunla aralarında heç bir ədavət və ya düşmənçilikləri olmayıb. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildə özü üçün Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Daş Karxanası yaşayış massivi döngə 4 ünvanda fərdi bağ evi inşa etdirmişdir. Əksər vaxtlarda şəhərdəki mənzillərində yaşadıqlarından bağ evlərində daimi yaşayış olmur. xx.xx.2022-ci il tarixdə həmin bağ evinə gəldikdə aşkar etmişdir ki, evin həyətinə giriş qapısı açıq vəziyyətdədir, evin həyət tərəfindən divarına bərkidilmiş «Demir Döküm» markalı kombi tipli istilik sistemi qurğusunun 380 manat dəyərində bir ədəd elektron idarə etmə cihazı, evin zirzəmisindən isə hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 320 manat olan 04 ədəd «Lassa» markalı avtomobil təkərlərini, ümumi dəyəri 150 manat olan 04 ədəd avtomobil təkəri disklərini, dəyəri 480 manat olan 01 ədəd mis samovarı naməlum şəxs və ya şəxslər tərəfindən gizli olaraq talanmaqla ümumilikdə ona 1330 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivində yerləşən 653 saylı bağ evi ona məxsusdur. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında həmin bağ evinə gəldikdə müəyyən etmişdir ki, bağdan oğurluq baş verib. Belə ki, işləmədiyi üçün çıxarıb həyətə qoyduğu kombi istilik qurğusunun içərisindəki 3 kiloqrama yaxın 36 manat dəyərində mis məftillər, həyətdə saxlanılan 200 manatlıq dəmir borular, 50 manat dəyərində 01 ədəd tozsoran, hasarın içəri tərəfindən asdığı bir ədəd 150 manat dəyərində su qızdırıcısı, evin zirzəmisindən ümumi dəyəri 200 manat olan 04 ədəd alüminium ləyənləri, ümumi dəyəri 50 manat olan 03 ədəd alüminium vedrələri oğurlanıbdır. Sonuncu dəfə həmin bağ evində təxminən bir həftə əvvəl olmuşdur. Baş vermiş hadisə barədə zəng vurub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini “102” Xidmətinə məlumat vermiş, məlumatı əsasında hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları gələrək hadisə yerini müayinə edib, hadisə ilə bağlı ərizə və izahatını almışlar. Hadisə nəticəsində ona ümumilikdə 686 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış massivində torpaq alaraq fərdi bağ evi tikdirib ailəsi ilə birlikdə həmin evdə yaşayır. Yaşadığı ev ilə üzbəüz həyət də əmisinin nəvəsi X5 məxsusdur, lakin onlar ailəlikcə Hökməli qəsəbəsində yaşadıqlarından evlərində daimi yaşayış yoxdur, həyət-bacalarına, evlərinə nəzarət etmək üçün evlərinin açarlarını ona təhvil vermişlər. Özü qaynaqçıdır, bütün lazımı iş avadanlıqları var, onları Şahlargilin həyətindəki açıq talvarın altında saxlayır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında bayırdan evə gələn oğlu Salman bildirmişdir ki, Şahlargilin darvazasının bir tayı açıq vəziyyətdədir. O, küçəyə çıxıb baxdıqda görmüşdür ki, oğlu düz deyir, həyətə keçib nəzər saldıqda isə müəyyən etmişdir ki, Şahlargilin həyətindəki talvarın altında saxladığı kompressor avadanlığı yerində yoxdur, oğurlanmışdır. Hadisənin təfərrüatlarını müəyyən etmək üçün qonşuluqda yaşayan X4 həyətinə quraşdırılmış videomüşahidə kameralarının qeydə aldıqları videogörüntülərə baxarkən müəyyən etmişdir ki, elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 13:05-də bir nəfər əvvəllər tanımadığı arıq bədən quruluşlu cavan oğlan Şahlargilin darvazasının bir tayını içəri tərəfdən açaraq orada saxladığı arabaya yüklədiyi kompressorunu həyətdən küçəyə çıxarır və tələsik şəkildə sürərək oradan uzaqlaşır. Həmin vaxt həyətdə olan digər naməlum şəxs isə başının bir hissəsini darvazanın arxasından çıxararaq ətrafa boylanır və geri çəkilərək darvazanı arxadan örtür. Videogörüntüyə baxdıqdan sonra əmlakının oğurlanmasına tam əmin olaraq zəng vurub hadisə barədə polisə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları gələrək hadisə yerinin müayinəsini keçirmişlər, ərizə və izahatını almışlar, hadisənin videogörüntülərinə baxış keçirmişlər. Etimal edir ki, əmlakını oğurlayan şəxslər həmin həyətə arxa tərəfindən daş hasarın üzərindən tullanmaqla keçmişlər, taladıqları kompressor ağır çəkili olduğundan onu hasarın üzərinə qaldıra bilməyərək məcbur qalıb darvazadan bayıra çıxarmış, oğurluqda iştirak etmiş digər şəxs isə arxadan qapını örtərək elə girdiyi qadada da həyəti tərk etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin oğurluq nəticəsində yalnız ona məxsus bir ədəd markası hazırda xatırlamadığı, təxminən bir il əvvəl təzə vəziyyətdə, «Dərnəgül Tikinti Materialları Bazarı» adlanan yerdən 600 manata aldığı kompressor və işində istifadə etdiyi 20 manat dəyərində əl arabası oğurlanıb, həyətin sahibi Şahların isə heç bir əmlakı oğurlanmayıb. Hadisə nəticəsində ona ümumilikdə 620 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu yaşayış massivində özü üçün 10 sot ölçüdə boş torpaq sahəsi alaraq üzərində tədricən fərdi ev tikdirmişdir. Tikdirdiyi ev iki mərtəbəli daş tikilidir, üç otaqdan ibarətdir, həyət yanı sahəsi 2,7 metr hündürlüyündə daş hasar ilə əhatə olunur, ətrafda daimi yaşayış olan qonşu evlər var. Evin otaqlarının pəncərələri üzərində qoruyucu dəmir barmaqlıqlar olsa da, lakin təhlükəsizlik kameraları yoxdur. Həyətində bir ədəd də yardımçı daş tikilisi var, həmin yardımçı tikilidən mətbəx və saxlanc yeri kimi istifadə edir, evin əşyalarını əsasən həmin saxlanc yerində saxlamış, lakin həmin yardımçı tikilinin plastik pəncərələri üzərində qorucu dəmir barmaqlıqlar olmamışdır. Evin dəmir giriş qapısı, həyətin isə üzərində asma qıfılı olan dəmir giriş darvazası var. Həmin evdən bağ evi kimi istifadə etdiyindən orada daimi yaşamamış, hərdən bir istirahət günlərində dincəlməyə getmişdir. Hazırda barəsində ifadə verdiyi oğurluq hadisəsini aşkarladığı xx.xx.2023-cü il tarixdən bir həftə öncə yəni xx.xx.2023-cü il tarixdə həmin bağ evində olarkən əşyalarının hamısı salamat vəziyyətdə yerində olmuş, qapı pəncərələrini bağlayıb çıxıb getmişdir. Bir həftə sonra isə, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin bağ evinə gəldikdə müəyyən etmişdir ki, evinin həyət darvazası yarımçıq bağlanmış vəziyyətdədir, darvazanın içəri tərəfdən olan asma qıfılı sındırılıb, yerində yoxdur. Ətrafa nəzər saldıqda müəyyən etmişdir ki, həyətdəki yardımçı tikilinin baş tərəfindən hasarın dibinə yığdığı, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 1000 manat olan 10 ədəd 50 mm dəliyi olan 3 metr uzunluqlu dəmir borular, 400 manat dəyərində bir ədəd qoruyucu dəmir barmaqlıq, hər birinin dəyəri 125 manat olmaqla ümumi dəyəri 500 manat olan 04 ədəd dəmir istilik radiatorları, 600 manat dəyərində bir ədəd 3 metr uzunluğunda dəmir şveller, ümumi dəyəri 1000 manat olan özünə məxsus «Toyota Prado» və «Vaz 2105» markalı avtomobillərinin müxtəlif çeşiddə ehtiyat hissələri, dəyəri 600 manat olan bir ədəd su boruları ötürücüsü yerində yoxdur. Həyətdəki yardımçı tikilinin plastik pəncərəsi açıq vəziyyətdə olmuş, həmin yardımçı tikilinin içərisinə daxil olduqda isə müəyyən etmişdir ki, içəridə saxladığı, özünə məxsus «Toyota Prado» markalı avtomobilinin iki ədəd, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan ehtiyat təkərləri, bir ədəd 100 manat dəyərində dəmir qazanlar dəsti, bir ədəd 300 manat dəyərində yataq dəsti, nəvələri üçün aldığı bir ədəd 80 manat dəyərində elektrik skuteri, 120 manat dəyərində bir ədəd oyuncaq yük avtomobili, 100 manat dəyərində bir ədəd oyuncaq gəlincik dəsti də oğurlanmışdır. Bağ evindən oğurluq baş verməsindən əmin olaraq zəng vurub hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermiş, məlumatı əsasında hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları gələrək hadisə yerinin müayinəsini keçirmiş, hadisə ilə bağlı ərizə və izahatını almış, qonşuları sorğulamışlar. Sonradan ona məlumat vermişlər ki, qonşuların təhlükəsizlik kameralarının görüntüsünü əldə edərək oğurluq etmiş şəxsin izinə düşüblər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 5000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu yaşayış massivində yolun kənarında özünü fərdi ev tikdirir, axşamlar işdən çıxdıqdan sonra özü gedib həmin evdə qalır. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində evdə işləyən ustalar işlərini yekunlaşdırıb onun özünə məxsus təmir alətlərini evin içəri tərəfindən yarımçıq vurulmuş döşəmənin alt hissəsinə evin zirzəmisinə qoyaraq çıxıb getmişlər. Həmin gün saat 23 radələrində həmişəki kimi işdən çıxdıqdan sonra gecələmək üçün yenə də həmin evə getmiş, həmin vaxt evindən oğurluq baş verməsini aşkar etməmişdir. Lakin ertəsi gün o, işdə olduqda işləmək üçün evinə gəlmiş ustaları zəng vuraraq ona məlumat vermişdirlər ki, təmir alətlərini qoyduqları yerdə tapa bilmirlər. Bununla bağlı işdən çıxıb evə gəlmiş və müəyyən etmişdir ki, həqiqətən də özünə məxsus təmir alətləri olan bir ədəd 250 manat dəyərində böyük perforator, bir ədəd 200 manat dəyərində kiçik perforator, 350 manat dəyərində bir ədəd dəngə qabı, 200 manat dəyərində bir ədəd lazer cihazı, 250 manat dəyərində bir ədəd naqilsiz drel, 150 manat dəyərində bir ədəd ütü, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd elektrik uzadıcısı, 200 manat dəyərində bir ədəd laqonda oğurlanıb. Bununla bağlı zəng vurub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1700 manat məbləğində maddi zərər dəymişdir, lakin sonradan polislər tərəfindən keçirilmiş tədbirlər nəticəsində talanmış əmlakının 250 manat dəyərində bir ədəd naqilsiz drelindən başqa qalan hissəsi tapılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, xəstə olduğundan tez-tez Türkiyə Respublikasına gedib-gəlir. Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu yaşayış massivi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi ev ona məxsusdur, həmin evdə özü tək yaşayır, özü Bakı şəhərində olmayanda isə ev boş qalır. X19 da əri Mehman Əsgərov ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa Şəhərciyi yaşayış massivində yaşadıqlarından onlar ara-sıra o, Bakı da olmadıqda həmin evə gedib baş çəkirlər. xx.xx.2023-cü il tarixdə saat 9 radələrində qızı İlahə onun həmin evinə gedib baş çəkərkən aşkar etmişdir ki, evin həyətinin darvaza qapısının qıfılı sındırılıb. Bu barədə əri Mehmana məlumat vermiş, Mehman ora gəlib evə baxarkən evdən oğurluq edilməsini müəyyən etmiş və zəng vurub polisə məlumat vermişdir ki, oğurluq nəticəsində 2000 manat dəyərində əmlak talanmışdır. Sonradan özü Türkiyədən qayıtdıqdan sonra müəyyən etmişdir ki, evindən 2000 manat dəyərində deyil, 13650 manat dəyərində əmlakı oğurlanmışdır. Belə ki, evindən oğurluq etmiş şəxs və ya şəxslər evin həyətinə daxil olub, evin girişindəki pilləkənlərin yanındakı, zirzəmiyə enmək üçün olan, daşların yığıldığı kiçik yerdən evin zirzəmisinə, oradan isə evin döşəməsinin yarımçıq qalan hissəsindən evin içərisinə rahatlıqla daxil olaraq evin hər iki otağının qapıları üzərində olan qıfılları sındıraraq həmin otaqlardan Türkiyədən qızları üçün cehiz kimi alıb yığdığı ümumi dəyəri 1800 manat olan 6 ədəd qış yataq dəstlərini, ümumi dəyəri 2000 manat olan 6 ədəd yay yataq dəstlərini, dəyəri 500 manat olan 1 ədəd qazan dəstini, ümumi dəyəri 400 manat olan 2 ədəd elektrik sobaları, ümumi dəyəri 500 manat olan 2 ədəd tozsoranı, ümumi dəyəri 800 manat olan 2 ədəd “Gepas” markalı elektrik ətçəkənini, dəyəri 200 manat olan bir ədəd elektrik şirəçəkənini, ümumi dəyəri 1500 manat olan 5 ədəd xalçaları, ümumi dəyəri 800 manat olan 10 dəst təzə paltarlarını, ümumi dəyəri dəyəri 2500 manat olan 12 ədəd üzlük dəstlərini, ümumi dəyəri 1000 manat olan 2 ədəd qaşıq dəstlərini, ümumi dəyəri 800 manat olan 4 dəst yorğan-döşəkləri, ümumi dəyəri 350 manat olan 7 cüt təzə ayaqqabılarını, dəyəri 500 manat olan bir dəst qab-qacağı oğurlamaqla ümumilikdə ona 13650 manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri Sabunçu rayonu Sovxoz Ramana qəsəbəsi ərazisində etibarnamə əsasında idarə etdiyi “Vaz-2107” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 09 iyun 2022-ci il tarixdə Ramana qəsəbəsi ərazisindəki «Pətək» marketinin yaxınlığında dayanıb müştəri gözləyərkən adının Təqsirləndirilən şəxs olması sonradan öyrəndiyi şəxs ona müştəri qismində yaxınlaşıb xahiş etmişdir ki, yaxınlıqda Şuşa şəhərciyində əmisinin həyətindən taxta materialları götürüb satış məntəqəsinə aparmaqda öz taksi xidmətini göstərsin. O, razılaşmış və Sabir adlı şəxslə birlikdə onun dediyi Şuşa şəhərciyinə göstərdiyi ünvandakı bir mərtəbəli tikiliyə getmişdir. Həmin tikilidə təmir işləri getmiş, amma həyətdə heç kim olmamışdır. Sabir həyətə hasardan daxil olub və sayını bilmədiyi qədər taxtanı onun avtomobilinin üstünə yığdıqdan sonra bir yerdə yaxınlıqda olan Ramizin tikinti materialları qəbul yerinə getmişlər və göstərdiyi xidmətə görə 10 manat pul vermişdir. Sonra taxtanı boşaldıb getmişdir. Baş vermiş hadisənin oğurluq olmasını və Sabirin həmin yerə qanunsuz girməsini bilməmiş, sonradan 12-ci PŞ-yə gedəndən sonra bilmişdir ki, Sabir onu aldadaraq, özgənin həyətinə daxil olub oradan taxta oğurlamışdır. Sabir taxtaları aparan zaman və ya satan zaman tək olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonunda qeydiyyatda olsa da təxminən 7 ildir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsindəki «Şuşa şəhərciyi» yaşayış massivində yaşayır. Yaşadığı ərazidə yolun kənarında yerləşən dəmir qarajlarından dükan kimi istifadə etməklə fərdi qaydada işlənmiş tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. Əllərdən material aldığı bütün müştərilərin ya şəxsiyyət vəsiqələrinin, ya da kı, özlərinin və mal gətirdikləri avtomobillərin fotoşəklini öz telefonu ilə çəkərək özündə saxlayır ki, sonradan nə isə bir problem çıxdıqda malı gətirən şəxsləri tapa bilsin. Lakin vaxtı və yazı-pozuya həvəsi olmadığına görə bu barədə yazılı qeydiyyat aparmır. Maddi imkanı olmadığından dükanında videomüşahidə kameraları quraşdırmamışdır. Hazırda barəsində ifadə verdiyi Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır, Sabir əvvəllər ətraf ərazilərdə usta kimi fərdi qaydada fəaliyyət göstərmiş, əvvəllər bir neçə dəfə onun yanına öz müştərilərini gətirərək ondan mal aldırmışdır. 2022-ci ilin təxminən iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs “Vaz -2107” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə onun dükanına 4 metr uzunluqda, 3x10 santimetr ölçüdə ümumilikdə 31 ədəd işlənmiş tikinti taxtaları gətirib özünə məxsus olmasını bildirməklə ona 90 manata satmışdır. O da həmin vaxt Sabirin şəxsiyyət vəsiqəsinin və malları gətirdiyi avtomobilin şəkillərini öz mobil telefon cihazının fotokamerası vasitəsi ilə çəkərək həmin malları Sabirdən alıb sonradan bir neçə gün ərzində hazırda xatırlamadığı müştərilərindən birinə 120 manat satmışdır. Həmin hadisədən bir müddət sonra Sabir polis əməkdaşları ilə birlikdə onun dükanına gələrək taxtaları ona satdığını göstrəmişdir. Həmin vaxt o, anlamışdır ki, Sabir ona satdığı taxtalar oğurluq olmuşdur. O, Sabir ilə birlikdə dükanına gəlmiş polis əməkdaşlarına Sabirin həmin taxtaları ona satdığı vaxt çəkdiyi fotoşəkilləri təqdim etmişdir. Həmin hadisədən təxminən bir il sonra, 2023-cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs «VAZ 21099» markalı ** CK *** dövlət qeydiyyat nişanlı taksi avitomobili ilə yenidən onun dükanına gələrək artıq həbsdən azad olunduğunu, işləmək üçün xaricə köçməyə hazırlaşdığını, bununla bağlı usta kimi işlədiyi vaxtlardan evində qalmış özünə məxsus təmir alətlərini satmaq istədiyini bildirmiş və ona satmaq üçün bir ədəd böyük perforator, bir ədəd kiçik perforator, bir ədəd dəngə qabını, bir ədəd lazer cihazını, bir ədəd plastik boru ütüsünü, iki ədəd elektrik uzadıcısını, bir ədəd laqondanı təqdim etmişdir. Sabirin əvvəllər oğurluq etməsini bildiyi üçün əvvəl tərəddüd edərək gətirdiyi əşyaları almaqdan imtina etmiş, lakin Sabir ona and içmişdir ki, artıq oğurluqla məşğul olmur, tutulmaqdan qorxur, həbsdən yeni çıxıb, nəzarət altındadır. Sabirin sözlərinə aldanaraq inanmış, lakin yenə də hər ehtimala qarşı həmin malları gətirdiyi avtomobilin fotoşəklini çəkmiş, hazırda da həmin fotoşəkil telefon cihazının yaddaşında saxlanılır, lazım gələrsə təqdim edə bilər. Beləliklə, həmin vaxt Sabirə 90 manat məbləğində pul verərək gətirdiyi təmir alətlərini almışdır. Lakin təxminən bir neçə gündən sonra onu yenə də Sabirdən aldığı mallara görə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə çağırmışlar. Orada məlum olmuşdur ki, Sabirdən sonuncu dəfə aldığı təmir alətləri də oğurluq mallar olmuşlar. Aradan az vaxt keçdiyi üçün o, həmin alətləri hələ satmamışdır, ona görə də polis əməkdaşları həmin əşyaların oğurluq olmasını deyən kimi o, həmin əşyaların hamısını dükanından götürərək aparıb 12-ci PŞyə təhvil vermişdir. Sabir özü əşyaları avtomobillərdən aşağı endirmiş, tək şəkildə kənarda ondan pulu alıb cibinə qoymuşdur. Sürücülərlə Sabirin arasında hər hansı bir danışığın, pul bölüşdürməsinin şəxsən şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Lerik rayonunda qeydiyyatda olsa da təxminən 15 ildir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsindəki «Daş karxanası» yaşayış massivində yaşayır. Yaşadığı ərazinin yaxınlığında Şəhər Şossesi yolunun kənarında təxminən 2018-ci ildən icarəyə yer götürüb metal və dəmir alqı-satqısı ilə məşğul olur. Material aldığı bütün müştərilərin də ya şəxsiyyət vəsiqələrinin, ya da kı, özlərinin və mal gətirdikləri avtomobillərin fotoşəklini telefonu ilə çəkərək özündə saxlayır ki, sonradan nə isə bir problem çıxdıqda malı gətirən şəxsləri tapa bilsin. Hazırda barəsində istintaq aparılan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Təxminən xatırlayır ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin Sabir adlı şəxs onun məntəqəsinə hazırda markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə dəmir qapı, dəmir qoruyucu barmaqlıq və digər dəmir qırıqları gətirərək özününki kimi təqdim edib ona 35 manata satmışdır. O da həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini alıb məntəqəsindəki iş dəftərində müvafiq qeydiyyat aparmışdır. Sonradan məntəqəsinə polis əməkdaşları gəldikdə isə məlum olmuşdur ki, Sabirin satdığı həmin metal əşyalar oğurluq olmuş, o da həmin əşyaları və Sabirin şəxsiyyət vəsiqəsinin onda qalan surətini 14-cü Polis Bölməsinin əməkdaşlarına təhvil vermişdir. Buna baxmayaraq polislər gəlibgetdikdən bir neçə gün sonra axşam saatlarında həmin Sabir adlı şəxs yenidən ona satmaq üçün hazırda markası və dövlət qeydiyyat nişanı xatırlamadığı digər avtomobillə yenidən işlənmiş metal əşyalar gətirmiş, lakin o, artıq həmin şəxsdən heç nə qəbul etməmişdir. Ona görə də ikinci dəfə gətirdiyi əşyaların çeşidi hazırda artıq yadında qalmamışdır. Sonradan baş verənlərdən isə artıq onun xəbəri yoxdur. Əlavə olaraq bir daha təsdiq etmək istəyir ki, Sabir adlı şəxsdən aldığı metal əşyaların oğurluq olmasından xəbəri olmayıb, bu barədə Sabirin özü də ona heç bir söz deməmiş, əksinə onu aldatmışdır ki, guya öz malıdır. O, həmin malların oğurluq olmasını bilsəydi bu barədə polisə özü məlumat verərdi. Sabirin həmin əşyaları gətirdiyi avtomobilin sürücüsü avtomobilin salonunda oturub heç yerə də düşməmişdir. Sabir özü metal əşyaları avtomobildən aşağı endirmiş, tək şəkildə kənarda ondan pulu alıb cibinə qoymuş və həmin avtomobilə əyləşib oradan getmişdir. Onların arasında hər hansı bir danışığın, pul bölüşdürməsinin şəxsən o, şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonunda qeydiyyatda olsa da 2018-ci ildən Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsindəki «Şuşa şəhərciyi» yaşayış massivində yaşayır. Yaşadığı şəhərciyin ərazisində yolun kənarında yerləşən dəmir qarajı icarəyə götürüb işlənmiş tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. Material aldığı bütün müştərilərin də ya şəxsiyyət vəsiqələrinin, ya da kı, özlərinin və mal gətirdikləri avtomobillərin fotoşəklini telefonu ilə çəkərək özündə saxlayır ki, sonradan nə isə bir problem çıxdıqda malı gətirən şəxsləri tapa bilsin. Hazırda barəsində istintaq aparılan Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, aralarında heç bir münasibətləri olmayıb. Təxmini xatırlayır ki, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində həmin Sabir adlı şəxs onun məntəqəsinə ağ rəngli “Vaz -2107” markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 10- 12 ədəd işlənmiş tikinti taxtaları gətirərək bildirmişdir ki, özünə məxsusdur, artıq istifadə etdiyi üçün ona lazımsızdır, satmaq istəyir, hər birinə görə ondan 10 manat məbləğində pul istəmişdir, o, baha satdığını bildirərək əvvəl razılaşmasa da sonradan danışıb ümumilikdə 50 manata razılaşmışlar. Həmin vaxt şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdiyi üçün o, Sabirin və taxtaları gətirdiyi avtomobilin fotoşəkillərini öz mobil telefon cihazının kamerası ilə çəkib telefonunun yaddaşında saxlamışdır. Qısa müddət ərzində Sabirdən aldığı taxtaları hazırda yadında qalmayan digər bir müştəriyə satmışdır. Bir neçə aydan sonra həmin Təqsirləndirilən şəxs adlı şəxs onun məntəqəsinə polis əməkdaşları ilə gələrək polislərə onu və dükanını göstərib taxtaları ona satdığını bildirmişdir. Ona məlum olmuşdur ki, həmin taxtaları Sabir kiminsə həyətindən oğurlamış, o da polislərə Sabirdən həqiqətən də taxta aldığını təsdiq edərək həmin vaxt çəkdiyi fotoşəkilləri də sübut kimi polislərə təqdim etmişdir. Sonradan baş verənlərdən isə artıq xəbəri olmamışdır. Əlavə olaraq bir daha təsdiq etmək istəyir ki, Sabir adlı şəxsdən aldığı taxtaların oğurluq olmasından xəbəri olmayıb, bu barədə Sabirin özü də ona heç bir söz deməmişdir, əksinə onu aldatmışdır ki, guya öz malıdır, əgər malların oğurluq olmasını bilsəydi onları almaz, əksinə polisə özü məlumat verərdi. Sabirin həmin taxtaları gətirdiyi avtomobilin sürücüsü avtomobilin salonunda oturub heç yerə də düşməmişdir. Sabir özü taxtaları avtomobildən aşağı endirmiş, tək şəkildə kənarda ondan pulu alıb cibinə qoymuş və həmin avtomobilə əyləşib oradan getmişdir. Onların arasında hər hansı bir danışığın, pul bölüşdürməsinin şəxsən şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Lerik rayonunda qeydiyyatda olsa da artıq 20 ildir ki, Maştağa qəsəbəsində yaşayır. Yaşadığı fərdi evin alt hissəsində metal qəbulu məntəqəsi açıb işlədir. Hazırda barəsində istintaq aparılan Təqsirləndirilən şəxs qəsəbə sakini kimi əvvəldən tanıyır. Təxmini xatırlayır ki, 2022-ci ilin yaz aylarında Sabir onun məntəqəsinə dəmir borular gətirərək özününki kimi təqdim etməklə hazırda xatırlamadığ qiymətə satmışdır. Sonradan 14-cü PB-nin əməkdaşları Sabiri tutub məntəqəsinə gətirdikdə ona məlum olmuşdur ki, Sabirin ona satdığı dəmir borular oğurluq olmuşlar. Lakin bu barədə həmin boruları alarkən bilməmiş, Sabir özü də oğurluq etməsi barədə ona bir söz deməmişdir. Əgər həmin vaxt bilsəydi ki, Sabirin satdığı borular oğurluqdur, onları almaz, əksinə bu barədə özü polisə məlumat verərdi. Hazırda hadisənin üstündən artıq xeyli vaxt keçdiyindən Sabirin ona satdığı dəmir boruların sayını və qiymətini dəqiq yadına sala bilmir. Sonradan məlum olumuşdur ki, Sabir qəsəbə ərazisində boş bağ evlərindən xeyli sayda tikinti materialları və dəmir əşyalar oğurluqları etmişdir, hətta öz anasının həyətindən ev heyvanlarını oğurlayıb satmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Sovxoz Ramanı yaşayış massivi ərazisində yerləşən metal qəbulu məntəqəsini işlətmişdir. Həmin məntəqədə işlədiyi dövrdə, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində məntəqədə olduğu vaxt əvvəllər tanımadığı iki nəfər şəxs, yaşlı sürücüsü olan «VAZ 21099» markalı, dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı taksi avtomobili ilə metal məmulatlar gətirərək özlərinə məxsus olduğunu bildirmişlər. Həmin metalları çəkib qəbul etməklə əvəzində həmin şəxslərə 82 manat məbləğində pul ödəmişdir. Həmin vaxt həmin şəxslərin gətirdikləri metalların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hazırda barəsində ifadə verdiyi oğurluq hadisəsinin baş verdiyi, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Sovxoz Ramanı yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi ev onun qayınanası X8 məxsusdur. Qeyd olunan ev bir mərtəbəli daş tikilidən ibarətdir, dörd bir tərəfdən daş hasarla əhatə olunur, 2 sot ölçüdə həyətyanı sahəsi var, həyətə və evin içərisinə giriş qapıları dəmirdəndir. Evin tikinti işləri tam başa çatmadığından, qayınanası Zöhrə isə xəstəliyi ilə bağlı çox zaman Türkiyədə, orada yaşayan qızlarının yanında qaldığından qeyd olunan evdə daimi yaşayış yoxdur və bu səbəbdən də evin pəncərələri hələ quraşdırılmamış, pəncərə dəlikləri sellofan örtüklərlə bağlanmışdır. Buna baxmayaraq Zöhrənin Bakı şəhərində başqa yaşayış yeri olmadığından hər dəfə Türkiyədən gəldikdə oradan qızları üçün cehiz kimi alıb gətirdiyi əşyaları həmin evdə saxlamış, o və arvadı isə yaxınlıqda yaşadıqlarından və uşaqlarının həmin evin yaxınlığında yerləşən 137 saylı orta məktəbdə təhsil aldıqlarından demək olar ki, gündəlik olaraq uşaqları məktəbə aparıb-gətirdikdə həmin evə baş çəkib salamat vəziyyətdə olmasına nəzarət etmişlər. Baş vermiş oğurluq hadisəsindən əvvəl sonuncu dəfə həmin evə arvadı X11 uşaqları həftənin son dərs günü məktəbə apardığı gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında baş çəkmişdir və həmin vaxt evin əşyalarının salamat vəziyyətdə olmasını görmüşdür. Lakin xx.xx.2023-cü il tarixdə İlahə yenə də uşaqları məktəbə qoyduqdan sonra həmin evə baş çəkdikdə görmüşdür ki, evin həyət qapısının üzərində olan qıfıl sındırılıb, qapı açıq vəziyyətdədir, evdən oğurluq baş verməsini ehtimal edərək qorxaraq zəng vurub bu barədə ona məlumat vermişdir. O, İlahənin zəngindən sonra dərhal evdən çıxıb həmin ünvana yollanmış, ora çatdıqdan sonra görmüşdür ki, həqiqətən də evin həyətinə giriş qapısının qıfılı sındırılıb, qapı açıq vəziyyətdədir. Həyətə daxil olduqda görmüşdür ki, evin dəmirdən olan giriş qapısı da açıq vəziyyətdədir, evin qapısına qalxan pilləkənlərin alt hissəsində yerləşən, evin zirzəmisinə giriş üçün nəzərdə tutulmuş, təmir tikinti işləri hələ tam başa çatmadığı üçün üzərində qapısı olmayan dəliyin qarşısına yığdıqları daşlar yerə dağıdılıb. Evin içərisinə daxil olduqda müəyyən etmişdir ki, evin otaqlarının biri taxtadan, biri isə plastikdən olan qapıları da kilid yerlərindən olan hissələri sındırılmaqla açılıb, otaqlarda saxlanılan əşyalar dağınıq vəziyyətdədir. Evdən oğurluq baş verməsinə əmin olduqdan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermiş, məlumatı əsasında hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerini müayinə edərək qapıların və digər əşyaların üzərindən əl-barmaq izləri götürmüş, hadisə ilə bağlı ərizə və izahatını almışlar. Müəyyən olmuşdur ki, evə oğurluğa girmiş naməlum şəxs və ya şəxslər, evin həyət qapısının üzərində olan asma qıfılı qıraraq qapını açıb həyətə daxil olduqdan sonra evin pilləkənlərinin altında yerləşən, zirzəminin girişinin qarşısına yığdıqları daşları aşıraraq həmin hissədən evin zirzəmisinə daxil olmuşlar. Daha sonra evin döşəmə taxtaları hələ tam vurulmayan hissəsindən qalxaraq evin içərisinə daxil olaraq evin otaqlarının qapılarının kilid hissələrini sındırıb açmaqla evin otaqlarına daxil olmuşlar. Həmin vaxt oğurlanmış əşyaların tam siyahısını bilmədiyi üçün təxmini olaraq bildirmişdir ki, 2000 manat civarında əmlak oğurlanıb. Lakin sonradan qayınanası özü, yəni əmlak sahibi X7yıtdıqdan sonra bir-bir əşyalarını çeşidləyərək müəyyən etmişdir ki, talanmış əmlakın sayı və dəyəri onun ilkin müraciətində göstərdiyindən qat-qat çoxdur. Belə ki, Zöhrə özü hadisədən təxminən bir ay sonra Türkiyədən gəlmiş və özü öz əmlakını çeşidlədikdən sonra müəyyən etmişdir ki, evindən ümumi dəyəri 1800 manat olan 6 ədəd qış yataq dəstləri, ümumi dəyəri 2000 manat olan 6 ədəd yay yataq dəstləri, dəyəri 500 manat olan 1 ədəd qazan dəsti, ümumi dəyəri 400 manat olan 2 ədəd elektrik sobaları, ümumi dəyəri 500 manat olan 2 ədəd tozsoranlar, ümumi dəyəri 800 manat olan 2 ədəd “Gepas” markalı elektrik ətçəkənlər, dəyəri 200 manat olan bir ədəd elektrik şirəçəkən, ümumi dəyəri 1500 manat olan 5 ədəd xalçalar, ümumi dəyəri 800 manat olan 10 dəst təzə paltarlar, ümumi dəyəri dəyəri 2500 manat olan 12 ədəd üzlük dəstləri, ümumi dəyəri 1000 manat olan 2 ədəd qaşıq dəstləri, ümumi dəyəri 800 manat olan 4 dəst yorğan-döşəklər, ümumi dəyəri 350 manat olan 7 cüt təzə ayaqqabılar, dəyəri 500 manat olan bir dəst qab-qacaq oğurlamaqla ümumilikdə ona 13650 manat məbləğində maddi ziyan dəymişdir. Bu barədə sonradan özü gəlib istintaq orqanına ifadəsini də vermişdir. Lakin hazırda müalicəsi ilə bağlı yenidən çıxıb Türkiyəyə getmişdir, bir də ilin sonunda Bakıya qayıtması gözlənilir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar qayınanası Zöhrə Əliyevaya məxsus evdən götürülmüş əl-barmaq izlərinin aidiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs tanımır, həmin şəxsin fotoşəkilləri də istintaq zamanı ona və qayınanası Zöhrəyə təqdim olunmuşdur, onlar həmin şəxsi tanımamışlar, müvafiq olaraq da həmin şəxslə heç bir münasibətləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu, Zərərçəkmiş şəxs7 isə arvadıdır. Aynurə onun ikinci ailəsi olsa da artıq 2000-ci ildən birlikdə yaşayırlar, birgə həyatlarından Sabirdən başqa iki övladları da var, amma buna baxmayaraq 1-ci sinifə gedəndən Sabirə Aynurə baxmışdır, ona analıq etmişdir. Sabir əvvəllər yaxşı uşaq olsa da son təxminən 2-3 ildir ki, narkotik vasitələr və psixotrop maddələr aludəçisi olmuşdur, həmin vaxtdan da tüfeyli həyat tərzi sürməyə başlamış, anası və o, Sabiri nə qədər düz yola qaytarmağa, pis vərdişlərdən uzaq tutmağa çalışsalar da bacarmamışlar. Sabir həbs olunana qədər onlarla bir ünvanda yaşamışdır. Yaşadıqları həyətdə öz ailələri üçün mal-qara saxlayırlar. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Aynurə həyətdəki tövlədə saxladıqları danalara ot verməyə getdikdə müəyyən etmişdir ki, beş aylıq 130 kiloqramlıq qara rəngli danalardan biri tövlədə yoxdur. Dərhal anlamışdır ki, dananı tövlədən Sabir oğurlayıb. Həmin vaxt Sabiri evdə və küçədə tapa bilməyərək dananı ucuz qiymətə kiməsə satıb ailəyə ziyan vurmasın deyə, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin «102» Xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Məlumatı əsasında ünvana gələn Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları hadisə barədə Aynurədən ərizə və izahat almışlar, Aynurə polislərə də bildirmişdir ki, dananın oğurluğunda oğlu Sabirdən şübhələnir. Lakin polislər də bir neçə gün ərzində Sabiri tapa bilməmişlər. Təxminən 3-4 gündən sonra Sabir evə gəldikdə onunla söhbət zamanı dananı oğurlamasını etiraf edərək bildirmişdir ki, dananı aparıb Savalan yaşayış massivində yaşayan, hazırda adını unutduğu, lakin ***-***-**-** və ***-***-**-** saylı telefonlarını xatırladığı şəxsə 240 manata satıb. Onlar zəng vurub bu barədə şikayətləri ilə bağlı araşdırma aparan 14-cü PŞ-nin əməkdaşlarına məlumat vermişlər və polislər gəlib Sabiri evdən aparmışlar, sonradan da məlumat vermişlər ki, dananın satıldığı yeri müəyyən ediblər, dananın qaytarılmasını təmin edəcəklər, lakin sonradan heç bir tədbir görməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus «VAZ 2106» markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti iləm və səyyar şəkildə xırda ticarət ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında evdə olarkən Təqsirləndirilən şəxs ona zəng edərək mobil nömrəsini Maştağa qəsəbəsi ərazisində yerləşən ət kəsimi mağazasındakı qəssabdan götürdüyünü bildirərək özünə məxsus 01 ədəd dananı satmaq istədiyini bildirmişdir. O, yaşadığı ünvanı həmin şəxsə izah etmiş bir qədər sonra Təqsirləndirilən şəxs yük avtomobili ilə onun qapısının qarşısına gəlmiş, avtomobilin yük yerini açaraq orada olan dananı ona göstərmişdir. Təqsirləndirilən şəxs həmin heyvanı ona qayınatasının pay verdiyini, lakin, saxlamağa uyğun yeri olmadığı üçün satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə yaratmadığı üçün ona inanaraq 350 manata həmin dananı almış, şəklini çəkərək 400 manata satmasına dair «Tap.az» saytında elan yerləşdirmişdir. O, bir həftə sonra «Tap.az» saytında yerləşdirilmiş elan əsasında satmışdır. Bir müddət sonra Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları ona aldığı heyvanın oğurluq olduğunu bildirmiş, Təqsirləndirilən şəxs atası dananı ondan tələb etdikdə, həmin heyvanı satdığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, özünə məxsus «VAZ 21099» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin may ayının təxminən sonlarında adını bilmədiyi, lakin, üzdən tanıdığı, 25-30 yaşlı bir nəfər şəxs ona yaxınlaşaraq özünə məxsus istifadəyə yararsız dəmir əşyaları satmaq məqsədi ilə Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi ərazisində yerləşən “Pətək” marketinin yaxınlığındakı metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmiş, o, həmin şəxsə 10 manat xidmət haqqı müqabilində onun yükünü qeyd olunan əraziyə apara biləcəyini bildirmişdir. Bir neçə gün sonra həmin şəxs tanışı ilə birgə yenidən ona müraciət edərək Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yol kənarındakı əşyaları həmin ərazidə yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmiş, o, etiraz etməyərək həmin şəxslərə məxsus metal əşyaları Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Təqsirləndirilən şəxs onun avtomobili ilə daşınılan metalların özünə məxsus olduğunu bildirmiş, həmin metalların oğurluq olması barədə ona heç bir məlumat verməmişdir. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-9751/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs19 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin AİDS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (AİDS-in məlumat bankına Sabunçu RPİ-nin MSY-dən daxil olan) xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqəsində olan 18 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-931/2023 nömrəli, 21 aprel 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Badam Bağları yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs13 Kəmaləddin oğluna məxsus yaşayış olmayan yeni tikili evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin AİDS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (AİDS-in məlumat bankına Sabunçu RPİ-nin MSY-dən daxil olan) xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 203-cü vərəqəsində olan 15 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 226-227-ci vərəqəsində olan 16 iyul 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs15 məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs16 məxsus bağ evlərindən edilmiş oğurluqla bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 243-245-ci vərəqəsində olan 17 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Əhməd Qurbansoyun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 246-cı vərəqəsində olan 17 iyul 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 110-ci vərəqəsində olan 20 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 127-135-ci vərəqəsində olan 21 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Badam Bağları yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs5 məxsus evdən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsi, Zeytun Zavod yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs7 məxsus nömrəsiz fərdi yaşayış evinin tövləsindən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs9 məxsus bağ evindən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivi, döngə 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus bağ evindən, Bakı şəhəri, Sabunçu rayonu, X12 yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs10 məxsus 653 nömrəli bağ evindən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs12 məxsus bağ evindən və Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu yaşayış massivi ərazisində yerləşən X5 məxsus bağ evindən edilmiş oğurluqla bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 294-298-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-884/2022 nömrəli, 22 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 340-344-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-1030/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay olmaqla 20 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cildinin 26-cı vərəqəsində olan 21 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 72-74-cü vərəqəsində olan 23 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 75-76-cı vərəqəsində olan 23 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 154-cü vərəqəsində olan 12 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 197-201-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-306/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 3-cü cildinin 202-203-cü vərəqəsində olan 14 aprel 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 229-cu vərəqəsində olan 18 iyul 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 3-cü cildinin 239-242-ci vərəqəsində olan 20 iyul 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Əli Məsimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən, Qəhrəman Əsgərov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 243-245-ci vərəqəsində olan 20 iyul 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 287-297-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-42/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 3-cü cildinin 298-302-ci vərəqəsində olan 19 yanvar 2023-cü qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildinin 7-14-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-677/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 4-cü cildinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-7979/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu yaşayış massivində yerləşən Şahid6 (X8) məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin AİDS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (AİDS-in məlumat bankına Sabunçu RPİ-nin MSY-dən daxil olan) xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (idman üçün nəzərdə tutulmuş turnik üzərindən götürülüb) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 60-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 61-62-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5604 nömrəli, 21 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatlarına təqdim olunmuş 01 ədəd dəngə qabının(su paylayıcı qurğunun) dəyəri 40 manat; bir ədəd kiçik ölçülü üzərində DU-16/1000 ER yazısı olan perforatorun dəyəri 30 manat; bir ədəd böyük ölçülü gümüşü rəngdə perforatorun dəyəri 80 manat; bir ədəd kiçik ölçülü elektrik uzadıcının dəyəri 4 manat; bir ədəd böyük ölçülü elektrik uzadıcının dəyəri 8 manat; bir ədəd üzərində “UŞM-115/900” yazısı olan laqondanın dəyəri 25 manat; bir ədəd Çin istehsalı “Bosch” markalı lazer aparatının dəyəri 120 manat; bir ədəd Türkiyə istehsalı “CANDAN” markalı ütünün dəyəri 20 manat müəyyən edilməklə ümumilikdə ekspertiza tədqiqatlarına təqdim edilmiş əşya və predmetlərin istifadə olunması və xüsusatları nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 327(üç yüz iyirmi yeddi) manat məbləğində qiymətləndirilmişdir. Cinayət işinin 4-cü cildinin 67-69-cu vərəqəsində olan 19 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük yaşayış massivi, Sabir küçəsində yerləşən X8 məxsus nömrəsiz fərdi bağ evindən Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 4-cü cildinin 106-110-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-725/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildinin 121-ci vərəqəsində olan 01 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs6 məxsus evdən edilmiş oğurluğun görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 123-cü vərəqəsində olan 01 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs16 məxsus nömrəsiz fərdi bağ evindən edilmiş oğurluğun görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 125-ci vərəqəsində olan 01 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs15 məxsus bağ evindən edilmiş oğurluğun görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 127-ci vərəqəsində olan 01 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz-Ramana yaşayış massivində yerləşən metal qəbulu məntəqəsində oğurluq əşyaların satılması hadisəsinin görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-10568/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs18 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin AİDS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (AİDS-in məlumat bankına Sabunçu RPİ-nin MSY-dən daxil olan) xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu (pəncərənin şüşəsi üzərindən götürülmüş iz) ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 157-ci vərəqəsində olan 07 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd perforator, 01 ədəd «DU-16/1000 ER» modelli perforator, 01 ədəd dəngə qabı (su paylayıcı qurğu), 01 ədəd «BOSCH» markalı lazer cihazı, 01 ədəd «CANDAN» markalı plastik boru ütüsü, 02 ədəd elektrik uzadıcısı və 01 ədəd «UŞM-115/900» modelli laqonda cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs16 təhvil verilmişdir. Cinayət işinin 4-cü cildinin 158-сü vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13-11/2-9751/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisində təhqiqat orqanına geri göndərilmiş 01 (bir) ədəd əl izi cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 159-сu vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13-11/2-7979/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisində təhqiqat orqanına geri göndərilmiş 01 (bir) ədəd əl izi cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 160-cı vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13-11/2-10568/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisində təhqiqat orqanına geri göndərilmiş 01 (bir) ədəd əl izi cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 161-ci vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13-11/2-931/2023 nömrəli, 21 yanvar 2023-cü il tarixli məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisində təhqiqat orqanına geri göndərilmiş 01 (bir) ədəd əl izi cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 163-cü vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu yaşayış massivi ərazisində yerləşən X5 məxsus bağ evindən edilmiş oğurluğun görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 164-cü vərəqəsində olan 09 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus talanmış əmlakların bir hissəsi olan ilkin təhqiqat araşdırması zamanı Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Şahid3 işlətdiyi metal qəbulu məntəqəsindən götürülmüş kəsilmiş metal hissələri və dəmir borular cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin 14-cü PB-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 3-cü cildinin 215-216-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-586/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-677/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə dair Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru Rövşən Ağayev tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3-8654/7 nömrəli, 02 may 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-677/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmış, o, barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 26 (iyirmi altı) gününü çəkmiş, 01 (bir) il 04 (dörd) ay hissəsi çəkilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun saxlanc yerlərinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etməsi və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa təkrar oğurluğa cəhd etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 sentyabr 2023cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-677/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ayı hazırki azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 12 aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarəxədək, 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək, 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək, 20 oktyabr 2022-ci il tarixdən 19 yanvar 2023-cü il tarixədək, 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 03 (üç) ay 08 (səkkiz) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 03 (üç) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 01 ədəd perforator, 01 ədəd «DU-16/1000 ER» modelli perforator, 01 ədəd dəngə qabı (su paylayıcı qurğu), 01 ədəd «BOSCH» markalı lazer cihazı, 01 ədəd «CANDAN» markalı plastik boru ütüsü, 02 ədəd elektrik uzadıcısı və 01 ədəd «UŞM-115/900» modelli laqonda cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs16 qaytarılması nəzərə alınmalı, Sabunçu RPİ-nin 14-cü PB-nin saxlanc anbarına təhvil verilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus talanmış əmlakların bir hissəsi olan ilkin təhqiqat araşdırması zamanı Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Şahid3 işlətdiyi metal qəbulu məntəqəsindən götürülmüş kəsilmiş metal hissələri və dəmir borular zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qaytarılmalı, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş 04 ədəd əl izləri, 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-677/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ay hissəsi, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) ay 08 (səkkiz) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 03 (üç) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) ay 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin saxlanc anbarında saxlanılan - iş üzrə maddi sübut, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus talanmış əmlakların bir hissəsi olan ilkin təhqiqat araşdırması zamanı Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Şahid3 işlətdiyi metal qəbulu məntəqəsindən götürülmüş kəsilmiş metal hissələri və dəmir borular zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qaytarılsın. Maddi sübutlar 01 ədəd perforator, 01 ədəd «DU-16/1000 ER» modelli perforator, 01 ədəd dəngə qabı (su paylayıcı qurğu), 01 ədəd «BOSCH» markalı lazer cihazı, 01 ədəd «CANDAN» markalı plastik boru ütüsü, 02 ədəd elektrik uzadıcısı və 01 ədəd «UŞM-115/900» modelli laqondanın Zərərçəkmiş şəxs16 qaytarılması nəzərə alınsın. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş 04 ədəd əl izləri və törədilmiş cinayətin görüntüləri olan 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar