Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-169/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və 03 saylı vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bərdə şəhəri, H.Hacıyev küçəsi ev 73-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 avqust 2023-cü il tarixdə, saat 13:37 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ləhiş Bağları 42-ci dalanda yerləşən yeni tikilidə yaxın qohumu Zərərçəkmiş şəxs yatmasından istifadə edib həmin evdə olan cinayətdən xəbəri olmayan bacısı oğlu Şahid2 Zərərçəkmiş şəxs mobil telefonunun kodunu öyrənərək telefona yüklənmiş xüsusi proqram vasitəsilə, onun «LEO Bank»ın «**********011354» nömrəli kartından elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən həmin kartdan 6.000 manat pulu öz «LEO Bank»ın «409858...1414» nömrəli kart hesabına köçürməklə pulları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 6.000 manat miqdarında xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nicat ögey dayısı Raqifin oğludur. «409858 1414» seriyalı «LEO Bank» kartı onun adınadır və həmin kartdan istifadə etmişdir. Xəyal, Mədinə və Fatimə onların Pirşağı qəsəbəsində olan evlərində daima qonaq qalmışlar. Bu ilin yay aylarında günlərlə orada yaşamışlar. Təxminən 2022-ci ili ilin əvvəlində o həmin zaman yaşadığı Binəqədi kəndində evdə olarkən İsmayıla 8.000 manat borca pul vermişdir. İsmayıl ondan Sulutəpə qəsəbəsində olan yeni yaşayış massivindəki evini təmir etməsi, sonra evin həyətinə hasar çəkib evini baha qiymətə satıb pulunu geri qaytaracağını demişdir. Həmin zaman ikisindən başqa heç kim yox idi. Sonrakı aylarda İsmayıl borcunu ödəməmişdir. Sonrakı zamanda onların pul vermədiyini görmüş, həmçinin hirslənib Nicatın kartında pulun olmasını onun öz dilindən eşitmişdir. Xəyal onlarda olanda Xəyala dedikləri əməliyyatları etmiş, Nicatın yatmış vəziyyətdə olmasından istifadə edib 07 avqust 2023-cü il tarixdə, saat 13:37 radələrində onun «LEO Bank» kartından 6.000 manat nağd pulu gizli yolla öz «LEO Bank» kartına yollamışdır. Sonra Xəyal və digər uşaqlara taksi sifariş etmiş, onları Abşeron rayonu, Xırdalan şəhərində həmin zaman yaşadığı evdə qarşılamış və birlikdə Bərdə şəhərinə getmişlər. Xəyalla birlikdə pulu «Unibank» terminalından 6.000 manatı birbaşa çıxartmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «**********011354» seriyalı «LEO Bank» kartı ona məxsusdur. Hər gün ora pul yükləyir, qazancını ora yatırır. Telefonunda «LEO Bank»a məxsus mobil tətbiqi vardır. Atası İlqar rəhmətə getmişdir. Atabəy qardaşı İsmayılla yaxın münasibəti olmuşlar. Fatimə və Xəyal Atabəyin bacısı Kabutərin övladlarıdır. Xəyalın 16 yaşı və Fatimənin 15 yaşı var. Bu ilin iyul ayının əvvəllərində Xəyal onun Pirşağı qəsəbəsindəki bağ evinə qonaq gəlmişdir. Bibisinin xahişi ilə onlarda qonaq qalmışdır. 02 avqustda isə Fatimə və Mədinədə onlara qonaq gəlib-getmiş, dəfələrlə ona məxsus «Redmi 10 C» markalı mobil telefonun «2002» kodunu hər iki uşağın yanında yığıb onlara göstərmişdir. Onlar telefonun kodunu bilmişlər. Atabəy dəfələrlə ona zəng edərək onların hal-əhvalını soruşmuşdur. Orada ailəsi və qardaşının ailəsi də həmin ərəfədə qalmışdırlar. Bu hadisə olanadək dəfələrlə telefonu Fatiməylə Xəyala vermiş, həmin telefonda internet-portal oyunları oynamışlar. 06 avqsut 2023-cü il tarixdə, saat 23:00 radələrində telefonunu Xəyala vermişdir ki, Atabəylə Watshap proqramı vasitəsilıə danışsınlar. 07 avqust 2023-cü il tarixdə, saat 13:00 radələrində evdə Fatiməylə Xəyal onun yanında əyləşmişdir. Sonra telefonu İsmayılın yoldaşı Əminəyə vermişdir. Özü isə yorğun olduğundan yatmış, saat 14:00 radələrində oyanıb telefonu eyvandan götürmüşdür. Müəyyən etmişdir ki, telefonu X2 götürüb sonrakı dəqiqələrdə eyvana qoyub çıxıb getmişlər. 08 avqust 2023-cü il tarixdə isə axşam radələrində kartından 6.000 manat nağd pulun oğurlanıb Atabəyin «Leo Bank» kartına yüklənməsini aşkar etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə, saat 13:00 radələrində Nicat işdən evə yorğun gəlmiş, yatmağa getmişdir. Nicat ona mobil telefonunu verib, zənglər gəlsə, cavab verməyini xahiş etmişdir. Mədinə ondan telefonu bacısı və qardaşı ilə oyun oynamaq üçün almışdır. Sonra o da yatmış, saat 15:00 radələrində oyanmış və uşaqların çıxıb getmələrini görmüşdür. 08 avqust 2023-cü il tarixdə Nicat bank kartından 6.000 manat pulun uşaqların 07 avqust 2023-cü il tarixdə oğurlayıb dayıları Atabəyin bank kartına yollamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Rafiq oğlu ifadəsində göstərmişdir ki, Atabəylə münasibəti pozulmuşdur. O da acığa düşüb qardaşının «LEO Bank» kartından 6.000 manat pulu Xəyalın vasitəsilə mobil tətbiqdən istifadə edib 07 avqust 2023-cü il tarixdə yaşadığı evdə oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dəfələrlə Nicatın yaşadığı Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 42-ci dalanda olan evlərinə qonaq gedib bacısı Fatiməylə qalmışdır. Onlarla yaxşı münasibəti olmuşdur. Nicat daima ona və bacısına ona məxsus «Redmi 10 C» markalı, «2002» kodu olan mobil telefonunu həmin günlər ərzində vermişdir. O tək olaraq orada youtube, tik-tok və digər internet-portal kanallarına daxil olmuşdur. 07 avqust 2023-cü il tarixdə o, bacısı Fatiməylə Xırdalanda yaşayan nənəsi Tünzalənin evinə getməyə hazırlaşmışlar. Saat 13:00 radələrində Nicatın telefonunu İsmayılın yoldaşı Əminədən oynamaq və taksi sifariş vermək üçün götürmüşlər. Daha sonra oradan taksi sifariş vermiş, dayısı ilə Nicatın telefonu ilə əlaqə saxlamışlar. Nicatın xahişi ilə onun dediyi mobil tətbiqə daxil olub, onun dediyi kodları yığıb rəqəmləri yazmış, sonra yenidən telefonla oyun oynamışlar. Həmin zaman Əminə digər otaqda olmuş, Nicat isə yorğun olduğundan yatmışlar. Bacısı Fatimə isə həyətdə olmuşdur. Sonrakı dəqiqələrdə həmin mobil telefona gələn zəngə əsasən taksinin gəlməsini bilmiş, telefonu evə masanın üzərinə qoymuşdur. Bacısı ilə çıxıb dayısı və nənəsinin yaşadığı evə Xırdalan şəhərindəki getmişdir. Baş vermiş hadisədən sonrakı günlərdə xəbər tutmuş, mobil tətbiq və bank kartlarından başı çıxmadığından hansı pulun hara köçürülməsini nə baş verməsini qətiyyən bilməmişdir. Hadisədən sonrakı günlərdə Atabəy adlı dayımla onun kartından birlikdə Bərdə rayonu ərazisində olarkən pul çıxarmışlar. Atabəy ona 6.000 manat pul oğurlaması barədə heç nə deməyib, yalnız onun həbs edilməsindən sonra bu işi bilmişdir. O, telefonla taksi sifariş verib oyun oynayan zaman Atabəy ona qəflətən zəng edib unutduğu şifrələri yazıb və onun dediyi tətbiqə daxil olmağı xahiş etmişlər. Sonra isə onunla sağollaşmış, hadisə barədə ona heç nə deməmiş, evdə olarkən də bu barədə heç nə danışmamışdı. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus kartdan 6.000 manat pul Təqsirləndirilən şəxs məxsus karta köçürülmüşdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasənelektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində tutulmuş və Sabunçu RPİ-in MSY-ə təhvil verilmişdir (səh.,85). Cinayət işinin materiallarında olan 18 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,119). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)852/2023 saylı, 18 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 16 noyabr 2023-cü il tarixdən, saat 18:00 radələrindən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir ( səh.,139). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliyinə görə seçilir. Mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətləri çox vaxt əmlak cinayətləri adlandırılır. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanuna zidd olaraq götürməsində, ələ keçirilməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Talama predmeti əmlakdır. Əmlak istnilən əşyaların və qeyri-maddi nemətlərin toplusudur. Əşyalara yalnız fiziki oöyektlər deyil, habelə pul və qiymətli kağızlarda aiddir. Talamanın predmeti qismində çox vaxt bütün əşyaların dəyər ölçüsü olan pul çıxış edir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdən oybektindən, təqsirin formasından və onun əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsinə ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhküləlik dərəcəsi isə onun törədilmə halların (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçıların törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və.s ) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayətlər törətməsini, onun alternativ cəza ilə islah olunmasının mümkün olmadığını, alternativ cəzanın cəzanın məqsədinə nail ola bilməməsini, onun törədilmiş əməllərdə təqsirinin olmasını, dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «16» noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübutlar bir ədəd disk və bank sənədləri iş materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən «02»(iki) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «16» noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 0**********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübutlar bir ədəd disk və bank sənədləri iş materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-169/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-169/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver