Məhkəmə qərarları › İş №1(008)-169/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-169/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-169/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi –Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2004-cu il tarixdə Bərdə rayonu, Nəzirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə 18 sentyabr 2024-cii il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu, də Zərərçəkmiş şəxs məxsus içərisində abonent kartı ilə birlikdə dəyəri 400 manat olan «Xiaomi» markalı «Redmi Note 11» modelli mobil telefonu əlindən dartıb almaqla açıq talama yolu iiə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs 400 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, vaxtını keçirmək və əylənmək üçün «Tiktok» sosial şəbəkəsinə daxil olur. 2024-cü ilin sentyabr ayının ortalarında «Tiktok» sosial şəbəkəsində Teymur adlı şəxslə tanış olmuşdur. «Tiktok» sosial şəbəkəsində Teymur adlı şəxslə Cavidan adı ilə yazışdıqdan sonra Teymuru 18 sentyabr 2024-cü il tarixdə onunla birlikdə pivə içmək üçün Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsinə dəvət etmişdir. Teymurla ilk dəfə 18 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2 Aprel küçəsində görüşərkən Teymurun rayondan olan avam bir şəxs olmasını və şəhəri yaxşı tanımamasını görmüşdür. O Teymurun əlində mobil telefonu görüb onun əlində olan mobil telefonunu götürüb talamaq istəmişdir. Bu məqsədlə Teymurla məhəllər arası qaranlıq küçədə piyada gedərkən qəfildən onun əlindən mobil telefonunu dartaraq alıb bazar istiqamətində qaçmağa başlamışdır. Teymur onun arxasıca qışqırıb qaçsa da o Teymurun qışqırığına məhəl qoymadan onun mobil telefonunu əlində saxlayaraq qaçmaqda davam edib məhəllələr arası gözdən itib yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra Teymurdan taladığı «Xiaomi» markalı «Redmi Note 11» modelli mobil telefonun abonent nömrə kartını telefonun içindən çıxardıb tullamışdır. Evdə olarkən Teymurun mobil telefonunu talamağa peşman olmuş və fikirləşmişdir ki, Teymur yenidən «Tiktok» sosial şəbəkəsinə daxil olarsa onunla danışıb yenidən görüşərək etdiyi hərəkətə görə ondan üzürxaqlıb edib mobil telefonunu özünə qaytarar. Səhər olandan sonra Teymurun ‘Tiktok” sosial şəbəkəsinə daxil olmadığını görüb həmin mobil telefonu gələcəkdə Teymura qaytarmaq üçün ailə üzvlərinə məlumat vermədən yaşadığı evdə gizlətmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslər barışıq əldə edilmiş və zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, vaxtını keçirmək və əylənmək üçün «Tiktok» sosial şəbəkəsinə daxil olur. 2024-cü ilin sentyabr ayının ortalarında «Tiktok» sosial şəbəkəsində özünü ona ilkin olaraq Cavidan adı ilə təqdim etmiş adı sonradan ona məlum olan Amil adlı şəxslə tanış olmuşdur. «Tiktok» sosial şəbəkəsində «Ami» adı ilə qeydiyyatdan keçmiş özünü ona Cavidan olaraq təqdim etmiş şəxslə yazışdıqdan sonra Amil onu 18 sentyabr 2024-cü il tarixdə birlikdə pivə içmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə dəvət etmişdir. Ami! iiə ilk dəfə 18 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2 Aprel küçəsində görüşərkən Amil evlərində valideynlərinin olmadığından onu evində pivə içməyə dəvət etmişdir. O Amillə razılaşıb məhəllələr arası yola davam etmişlər. Həmin vaxtı özünə məxsus olan üzərində abonent nömrəsi ilə birlikdə dəyəri 400 manat olan Xiaomi markalı «Redmi Note 11» modelli mobil telefonu da əlində saxlamışdır. O Amillə məhəllər arası düşərkən Ami! qəfildən əlində olan ona məxsus olan Xiaomi markalı «Redmi Note 11» modelli mobil telefonunu dartaraq alıb bazar istiqamətində qaçmağa başlamışdır. O telefonunu talayan Amil adlı şəxsin arxasınca qışqırsa da Amil onun qışqırığına məhəl qoymayaraq onun mobil telefonunu əlində saxlayaraq qaçmağında davam etmiş və məhəllər arası gözdən itmişdir. O baş vermiş hadisə ilə bağlı tədbir görülməsi üçün 18 sentyabr 2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmiş və baş vermiş hadisə ilə bağlı izahat yazmışdır. Baş vermiş hadisə nəticəsində Amil adlı şəxs ona fiziki zor tətbiq etməmiş, həmin hadisə zamanı o hər hansı bir xəsarət almamışdır. Baş vermiş hadisə nəticəsində ona 400 manat məbləğində maddi ziyan yetiilmişdir. Hazırda ona dəymiş zərər ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi yaxınlığında baş vermişdir (i.v.7-9). “Maddi sübuta baxış keçirilməsi və götürməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmiş, baxış zamanı tünd boz rəngli “Xiomi” markalı, “Redmi Note 11” modelli mobil telefonun istifadəyə yararlı olması, 128 GB yaddaş tutumuna malik olmaqla aksessuarlarının və içərisində abonent nömrə kartının olmaması müəyyən edilmiş və mobil telefon maddi sübut kimi götürülmüşdür (i.v.44). “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 04 ədəd qara rəngli mobil telefonları nəzərdən keçirərək 02 nömrə ilə işarələnmiş mobil telefonun ona məxsus olduğunu bildirmişdir (i.v.45-46). “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 02 dekabr 2024-cü il tarixli, 9/8763/2024 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Çin istehsalı, tünd boz rəngli, «Xiaomi» markalı, «Redmi Note 11» model, 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024- cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən edilmişdir (i.v.74-77). “Maddi sübut kimi tanınma haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Xiaomi” markalı, “Redmi Note 11” modelli mobil telefon maddi sübut kimi tanınmış və gündəlik tələbat əşyası olması nəzərə alınmaqla Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v.91). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 9/8763/2024 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Çin istehsalı, tünd boz rəngli, «Xiaomi» markalı, «Redmi Note 11» model, 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024- cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 160 manat məbləğində müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda Çin istehsalı, tünd boz rəngli, «Xiaomi» markalı, «Redmi Note 11» model, 128 GB yaddaş tutumlu mobil telefonun dəyəri 400 manat göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə aşkar edilmiş maddi sübutların, yəni zərərçəkmiş şəxsə məxsus olan hər bir mobil telefonun cinayət törədilən vaxtı olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış mobil telefonun dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxsin öz əmlakına verdiyi dəyəri müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görnədən zərərçəkmiş şəxsin göstərdiyi məbləğlə telefonu qiymətləndirərək həmin məbləğ əsasında da təqsirləndirilən şəxsə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə «Xiaomi» markalı, «Redmi Note 11» model, 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin sentyabr ayına olan orta bazar qiymətinin 160 manat müəyyən edilməsini, istintaq orqanı tərəfindən həmin məbləğin isə 400 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və telefona ittihamda verilmiş dəyərinin 240 manat məbləğində azaldılaraq ittiham verilmiş məbləğin 160 məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə, saat 21:00-da tutulmuşdur (i.v.33). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.65-67). “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.68). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.73). Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2-ci), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (AR CM 59.1.12), cinayət nəticəsində dəymiş zərərin aradan qaldırıldığını (AR CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut “Xiaomi” markalı, “Redmi Note 11” modelli mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – “Xiaomi” markalı, “Redmi Note 11” modelli mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar