Məhkəmə qərarları › İş №1(008)-17/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-17/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-17/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1 olan, təsisçisi və qanuni təmsilçisi Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarət, əvvəllər barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmayan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs təsisçisi və qanuni təmsilçisi Nümayəndə1 hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək vahid niyyətlə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********* N°-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Natəvan küçəsi, ev 12 olan Təqsirləndirilən şəxsn təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin 27 yanvar 2022-ci ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X2 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirildiyi, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi, “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağan olduğu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları olduğu halda, 2022-ci ilin iyul ayında Şahid1 faktiki olaraq həmin şəxslə müqavilə bağlamadan və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan İran İslam Respublikasına aid ******* nömrəli və ******* nömrəli “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 50 manat olmaqla cəmi 100 (bir yüz) manata Bakı Metropolitetinin “Memar Əcəmi” stansiyasının yaxınlığında olan Cəmiyyətin ofisində satıb qazanc əldə etməklə, Şahid1 tərəfindən isə həmin blankların hər birinin 65 manat olmaqla ümumilikdə 130 (bir yüz otuz) manata Bakı şəhər sakini Şahid2 satılmasına nail olmaqla; Bundan başqa o, eyni niyyətlə, özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə 2022-ci ilin avqust ayında istintaqa məlum olmayan şəxsə faktiki olaraq həmin şəxslə müqavilə bağlamadan və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Türkiyə Respublikasına aid 050560, 052987, 050705 və 050708 nömrəli “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) manata Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Natəvan küçəsi, ev 12 ünvanın yaxınlığında satıb qazanc əldə etməklə, həmin şəxs tərəfindən isə həmin blankların satış məqsədi ilə Qazax rayonu ərazisində yerləşən “Nur oil” yanacaqdoldurma məntəqəsində çalışan Şahid3 və “ST Oil” yanacaqdoldurma məntəqəsində çalışan Şahid4 hər birini 50 (əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85 (səksən beş) manata, həmin şəxslər tərəfindən isə 050708 nömrəli “İcazə” blankının Şahid2 102 manata satılmasına nail olmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesinin şəffaflığına, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınmasına və bununla digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə, cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs təsisçisi və qanuni təmsilçisi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək, onun maraqlarının qorunması, hüquqi şəxsin qanunsuz mənfəət əldə etməsi məqsədi ilə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs təsisçisi və qanuni təmsilçisi Nümayəndə1 ifadəsində göstərmişdir ki, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs MMC-ni təsis etmiş və həmin vaxtdan hal-hazıradək Cəmiyyətin qanuni təmsilçisi vəzifəsində çalışır. Cəmiyyət xx.xx.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən **********1 Ns-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Natəvan küçəsi, ev 12 ünvanıdır. Təqsirləndirilən şəxsn təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin 27 yanvar 2022-ci ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyətim daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati- sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. Cəmiyyətin bank hesabı "xxxx" ASC-də mövcuddur. Lakin hesabda heç bir vəsait yoxdur. Qanuni təmsilçisi olduğu Cəmiyyət beynəlxalq yükdaşıma şirkəti kimi fəaliyyət göstərir. Cəmiyyətin balansında müqavilə əsasında beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərən 31 ədəd yükdaşıma nəqliyyat vasitəsi mövcuddur. Bundan əlavə, 7 ədəd yükdaşıma nəqliyyat vasitəsinin də qeydiyyata alınması üçün ABADA-ya müraciət edilmişdir. Cəmiyyətin əsas fəaliyyəti ölkədən xaricə və ya xarici ölkələrdən ölkəmizə daxil olan yükləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən alınan müvafiq “İcazə” blankları əsasında bir yerdən digər yerə daşımaqdan ibarətdir. Daha çox Rusiya, İran, Türkiyə və Gürcüstan istiqamətində yüklərin daşınması həyata keçirilir. Qeyd edilən “İcazə” blanklarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bir icazə vərəqəsi üçün 20 ABŞ dolları, yəni 34 manat məbləğində bank yolu ilə pul ödəməklə həmin blankları əldə edir. Fəaliyyət göstərdiyi müddətdə həmin blankları rəhbəri olduğu Cəmiyyətlə müqaviləsi olan sürücülərə üzərinə 10-15 manat məbləğində xidmət haqqı qoymaqla satışını həyata keçirmişdir. Həmin sürücü isə daşıdığı yükün CMR-İ (yükdaşıma qaiməsi) hazır olduqdan sonra həmin “İcazə” blankına yük avtomobilinin qeydiyyat nömrəsini yazmaqla gömrük orqanlarına təqdim edir, bundan sonra avtomobilin ölkəyə daxil olmasına və ya çıxışına icazə verilir. Blankların 3-cü şəxslərə satışının qadağan olmasından məlumatlıdır. Lakin o, həmin blankları sürücünün etibarnamə verdiyi Vüqar adlı şəxsdən başqa heç kəsə verməmişdir. Həmin blankları aldığı qiymətdən artıq qiymətə satmasının səbəbi isə çəkdiyi xərcləri qarşılamaq, işçilərin pulunu vermək olmuşdur. O, həmçinin Cəmiyyətə ayrılmış İran İslam Respublikasına aid ******* və ******* nömrəli yükdaşıması üçün nəzərdə tutulmuş “İcazə” blanklarının Şahid1 tərəfindən 2022-ci ilin iyul ayında Cəmiyyətlə heç bir əlaqəsi olmayan Şahid2 müqavilə bağlanmadan satılması ilə bağlı bildirimişdir ki, istintaq materiallarına əlavə edilməklə ona təqdim olunan Təqsirləndirilən şəxs MMC-yə ayrılmış İran İslam Respublikasına yükdaşıması üçün olan ******* və 00779028 nömrəli “İcazə” blankları rəhbəri olduğu Cəmiyyətə xx.xx.2022-ci il tarixdə Agentlik tərəfindən verilmiş, onların hər birinə görə rəsmi olaraq 20 ABŞ dolları ödəməklə almışdır. Cəmiyyətə ayrılmış həmin “İcazə” blanklarını 3 aydır tanıdığı Şahid1 ona təqdim etdiyi etibarnaməyə əsasən müqaviləsiz vermişdir. Belə ki, onun həmin icazə blankını yük daşıyan şəxsə vermək səlahiyyətim olmuş, Vüqar isə həmin sürücünün etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olmuşdur. Şahid2 adlı şəxsi tanımır. Onun yeganə tanıdığı və icazə blanklarını verdiyi şəxs Şahid1 olmuşdur. Vüqara isə icazə blanklarını verərkən onu aldatmamışdır. Hamıya məlumdur ki, icazə blankları 20 dollara alınır. Sadəcə hüquqi şəxsin əlavə xərcləri olduğundan, işçilərin maaşını ödəmək lazım olduğundan həmin blankları aldığı qiymətdən bir qədər artıq məbləğə Şahid1 vermiş, Vüqar isə buna heç bir etitraz etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq hüquqi şəxsin təsisçisi qeyd olunan blankları rəhbəri olduğu Cəmiyyətlə müqaviləsi olan sürücülərə üzərinə 15 manat məbləğində xidmət haqqı qoymaqla satışını həyata keçirdiyini, ******* və 00779028 nömrəli “İcazə” blanklarının rəhbəri olduğu Cəmiyyətə Agentlik tərəfindən verildiyini, onların hər birinə görə rəsmi olaraq 20 ABŞ dolları pul ödədiyini, icazə blanklarının 20 dollar olması sürücülərə, o cümlədən, Şahid1 bəlli olduğundan həmin şəxslərin ona artıq pul verməsinin cinayət olduğunu düşünmədiyini, özünün və hüquqi şəxsin işçilərinin ödənişini həyata keçirmək üçün əlavə pul əldə etməli olduğunu və bu səbəbdən də göstərilən icazə blanklarını artıq qiymətə satdığını, əldə etdiyi əlavə vəsaiti işçilərin əmək haqqının ödənilməsinə, hüquqi şəxsin xərclərinə sərf etdiyini, icazə blanklarının qiymətinin 20 dollar olmasının hamıya məlum olduğu halda heç kəsi aldatmadan həmin icazə blanklarının bir az artıq qiymətə sürücülərə verilməsinin cinayət olduğunu bilmədiyini, hüquqi şəxsin nə daşınar, nə də daşınmaz əmlakının, nə də bank hesabında vəsaitinin olmadığını, hüquqi şəxsin fəaliyyətini dayandırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, araşdırma zamanı Agentlik tərəfindən "xxxx" MMC-yə verilmiş və üçüncü şəxslərə satılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qadağan edilmiş icazə blanklarının MMC-nin qanuni təmsilçisi tərəfindən üçüncü şəxslərə baha qiymətə satması müəyyən edilmiş, bununla da həm Agentliyin, həm də dövlətin mənafeyinə mühüm zərər yetirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq nümayəndə hüquqi şəxsin qanuni təmsilçisi ilə hər hansı barışıq əldə edilmədiyini, istintaq orqanının bu barədə yazdıqlarının həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2007ci il tarixdən 2019-cu il tarixədək "xxxx" MMC-də müfəttiş vəzifəsində işləmiş, 2019- cu ildən hazıradək isə "xxxx" MMC-in direktoru vəzifəsində çalışır. Cəmiyyətin fəaliyyəti ölkə daxilində tikinti materiallarının anbarlara yığılması, qorunması və saxlanmasından ibarətdir. Bundan başqa həmçinin, yük maşınlarının sürücülərindən aldığı etibarnamələr əsasında onlara xidmət göstərməklə həmin şəxslərə beynəlxalq yükdaşıma “İcazə” blanklarının satışı ilə məşğul olur. Beynəlxalq yükdaşıma icazə blankları hər bir ölkə arasında yük avtomobili və sərnişin daşıcıyıları üçün tələb olunan blankdır. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcılar Assosiasiyası tərəfindən keçirilmiş Beynəlxalq daşıma icazə blanklarının bölgüsü zamanı müxtəlif şirkətlərə verilmiş blanklar onun tərəfindən şirkətlərə bağladığı müqavilələr əsasında əldə olunaraq satışı həyata keçirilir. Həmin blanklar ərazilərə görə 2 və ya 3 tərəfli tranzit “İcazə blankı” adlandırılır. Blankların rəsmi qiyməti şirkət tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 20 ABŞ dollarına alınmasına baxmayaraq həmin şirkətlərdən ölkə ərazisinə görə 30 ABŞ dolları ilə 40 ABŞ dolları arasında qiymətləri dəyişməklə alaraq ona etibarnamə verən maşınlara satmışdır. Təqsirləndirilən şəxs MMC və "xxxx" Trans MMC-dən İran İslam Respublikasının icazə blankını 30 ABŞ dollarına, Türkiyə və Gürcüstan Respublikasının beynəlxalq daşıma “İcazə”, blanklarmı isə 48 ABŞ dollarına almış və üzərinə 2-5 ABŞ dolları xidmət haqqı əlavə etməklə xidmət etdiyi sürücülərə satmışdır. İri tonnajlı yük maşınlarının sahibləri və ya sürücüləri ona “İcazə blank”larının alınması ilə bağlı müraciət etdikdə həmin şəxslər əvvəlcə öz adlarından ona təmsil etmək məqsədilə mülki etibarnamə verilmiş, həmin etibarnamə əsasında o, “İcazə” blanklarının satışını həyata keçirən şirkətlərə yəni, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə müraciət edərək müqavilə bağlamışdır. Bundan sonra həmin Cəmiyyətlər tərəfindən ona ştamplı, lakin içərisi doldurulmamış boş “İcazə” blankları verilmiş və o, həmin blankları 2-5 ABŞ dolları artıq qiymətə sifarişçilərə satmışdır. Yük maşınlarının sürücüləri şəhərə yalnız gecə girə bildikləri və gündüzlər istirahət etdikləri üçün sənədləşmə işləri ilə əlaqədar köməklik göstərilməsindən ötrü ona qeyd olunan xidmətlərin göstərilməsi üçün etibarnamə vermişlər. Həmin etibarnamələr əsasında “İcazə” blanklarının satışını həyata keçirən şirkətlərlə müqavilə bağlayıb xidmət göstərmişdir. “İcazə” blanklarının müqaviləsiz 3cü şəxslərə verilməsindən və satılmasının qadağan olduğundan məlumatlıdır. O, həmçinin ifadəsində Şahid2 Təqsirləndirilən şəxs MMC-in ştampı olan iki ədəd İran İslam Respublikasına aid olan ******* və ******* nömrəli “İcazə” blanklarının müqaviləsiz satışı ilə bağlı göstərmişdir ki, 2022-ci ilin iyul ayında Şahid2 ona blank alışı ilə bağlı müraciəti əsasında Təqsirləndirilən şəxs MMC-in qanuni təmsilçisi Nümayəndə1lə əlaqə saxlamış, Nümayəndə1 ondan “İcazə” blankı alan şəxsin müqaviləsi olub-olmadığını soruşmuş və o, müqaviləsi olmadığını, lakin müqavilə bağlayacağını demişdir. Buna baxmayaraq Nümayəndə1 ona hər biri 50 manata olmaqla 2 ədəd İran İslam Respublikasına aid olan ******* və ******* nömrəli “İcazə” blanklarını Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının yaxınlığında olan ofislərində vermişdir. “İcazə” blankını Nümayəndə1 alaraq Sənana zəng edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Xəqani” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərək həmin blankların hər birini 65 manat olmaqla ümumilikdə 130 manata sonuncuya satmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid ona ştamplı, lakin içərisi doldurulmamış boş “İcazə” blanklarının verildiyini, həmin blankları artıq qiymətə satmadığını, sadəcə sürücülərin özlərinin ona xidmət haqqı kimi 2-5 ABŞ dolları artıq pul verdiklərini, icazə blanklarını Nümayəndə1 aldığını, həmin blankları Sənana zəng edərək ona Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərək həmin blankların hər birini 65 manat olmaqla ümumilikdə 130 manata sonuncuya satdığını, Nümayəndə1 icazə blanklarını artıq qiymətə satmasının səbəbinin hüquqi şəxsin xərclərini qarşılamaq, işçilərin əmək haqqını vermək olduğunu, həmin blankların öz qiymətinin 20 dollar olmasından məlumatlı olduğunu, hüquqi şəxsin əlavə xərcləri olduğundan Nümayəndə1 blankları aldığından baha qiymətə satdığını, həmin xərclərə işçilərin pulu, sürücülərə ödənilən pulların da daxil olduğunu, hüquqi şəxsin 2-3 nəfər işçisinin olduğunu, onların əmək haqqı, onlara alınan avadanlıqlara görə hüquqi şəxsə pul lazım olduğundan Nümayəndə1 icazə blanklarını aldığından baha qiymətə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “ST OİL” yanacaqdoldurma məntəqəsində operator işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 2002-ci ildən Qazax- Gürcüstan magistral yolunda yerləşən müxtəlif yanacaq doldurma məntəqələrində operator işləyir. 2019-cu ilin yay aylarından isə həmin yolda yerləşən “ST Oil” yanacaq doldurma məntəqəsində operator kimi çalışır. "ST Oil” yanacaq doldurma məntəqəsində operator kimi çalışdığı son dövrlər yükdaşıma işi ilə məşğul olan sürücülər bir neçə dəfə ondan Gürcüstana yük daşınması üçün “İcazə” blankının olub-olmadığını soruşmuşlar. Bu barədə çox müraciət olduğundan tanışlarından beynəlxalq yükdaşınması üçün icazə blanklarını haradan əldə edərək sata biləcəyi ilə maraqlanmışdır. 2022-ci ilin iyul-avqust ayından etibarən ayrı-ayrı şirkətlərin ştampları olan Gürcüstan və Türkiyə Respublikasına aid icazə blanklarını alıb satmışdır. 2022-ci ilin iyul ayında işdə olarkən tanımadığı yük nəqliyyat vasitəsinin sürücüsü ona yaxınlaşaraq əlində Türkiyə Respublikasına aid olan “İcazə” blankını olduğunu bildirərək bir ədədini 50 ABŞ dollarına təklif etmişdir. Həmin şəxsə 200 ABŞ dolları verərək 4 ədəd Türkiyə Respublikasına aid İcazə blankı almışdır. Həmin blanklardan birini satmış, üçü isə xx.xx.2022-ci il tarixdə yanacaqdoldurma məntəqəsinə baxış zamanı aşkar edilərək götürülmüşdür. Yanacaqdoldurma məntəqəsində işlədiyi vaxt adını bilmədiyi bir nəfər ona yaxınlaşaraq ondan icazə blankı istəmiş, o da həmin blanklardan birini 100 manata həmin şəxsə satmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Budaqov X3 magistral yolunda yerləşən müxtəlif yanacaq doldurma məntəqələrində operator işlədiyini, icazə blanklarını tanımadığı şəxsdən 85 manata aldığını, blankları ona satan şəxsi tanımadığını, 4 ədəd icazə blankı aldığını, birini satdığını, digər üçünün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının aşkar etməsi nəticəsində sata bilmədiyini, icazə blankını 100 manata satdığını, həmin blankları aldığı qiymətin üzərinə 15 manat qoyub satdığını, 2022-ci ilin iyul ayında işdə olarkən tanımadığı yük nəqliyyat vasitəsinin sürücüsünün ona yaxınlaşaraq əlində Türkiyə Respublikasına aid olan “İcazə” blankı olduğunu bildirərək bir ədədini 50 ABŞ dollarına təklif etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Nur Oil” yanacaqdoldurma məntəqəsində operator işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Qazax- Gürcüstan magistral yolunun Şıxlı kənd ərazisindən keçən hissəsinin sağ tərəfindən yerləşən “Nur Oil” yanacaqdoldurma məntəqəsində operator kimi çalışır, həmin məntəqənin sahibi Nurəddin Məmmədovdur. Təxminən 2020-ci ilin mart ayından etibarən operator işlədiyi məntəqədə ayrı-ayrı şirkətlərə məxsus “İcazə” blanklarının alıb satmaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə çalışdığı “Nur oil” yanacaqdoldurma məntəqəsinə baxış zamanı aşkar edilərək götürülmüş Türkiyə Respublikasına aid olan Təqsirləndirilən şəxs MMC-yə verilmiş 052987 nömrəli “İcazə” blankı ilə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs MMC-yə verilmiş 052987 nömrəli blankı və həmin blanklar birlikdə və aşkar edilən Türkiyə Respublikasına aid digər blankları hazırda xatırlamadığı sürücüdən hər birini 50 ABŞ dolları məbləğinə almışdır. Həmin blankları müqaviləsiz almış və Türkiyə Respublikası ərazisinə yük daşıyan maşınların sürücülərinə satmağı nəzərdə tutsa da, 18 avqust 2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları baxış zamanı qeyd olunan blankları götürərək satışın qarşısını almışlar. Təqsirləndirilən şəxs MMC-in hər hansı əməkdaşını tanımır, müqavilə bağlamamış, “İcazə” blanklarını satmaq məqsədilə hazırda xatırlamadığı sürücülərdən 50 ABŞ dollarına almışdır. Şahid2 məhkəmə iclaslarında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, 2022-ci iyul ayında işsiz olduğu üçün iri tonnajlı yük maşınları ilə beynəlxalq yük daşıması həyata keçirməklə pul qazanmaq qərarına gəlmiş və maraqlanaraq bunun üçün beynəlxalq yükdaşımaya “İcazə” blanklarının lazım olduğunu öyrənmişdir. Yük maşınını icarəyə götürdüyü üçün “İcazə” blankı almaq məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq aidiyyəti qurumlarına müraciət etsə də, blankı ala bilməmiş və bundan sonra maraqlanaraq tanışları vasitəsi ilə həmin blankları Şahid1 adlı şəxsin satdığını öyrənmişdir. 2022-ci ilin iyul ayında Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq 2 ədəd İran İslam Respublikasına aid “İcazə” blankı almaq istədiyini bildirmişdir. Şahid1 “İcazə” blankının 1 ədədini 65 manata satdığını deyərək bu məqsədlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Xəqani” yanacaqdoldurma məntəqəsində görüşməyi təklif etmişdir. Həmin gün Şahid1la həmin yanacaqdoldurma məntəqəsində görüşərək 2 ədəd- İran İslam Respublikasına aid olan ******* və ******* nömrəli, üzərində Təqsirləndirilən şəxs MMC-in ştampı olan “İcazə” blanklarını 130 manat verərək almışdır. Qeyd olunan blankların alışı ilə əlaqədar Şahid1la hər hansı müqavilə bağlamamış və ya hər hansı sənəd verməmişdir. Həmin blankların əslini könüllü olaraq izahatına əlavə etmişdir. 2022-ci ilin avqust ayında əlavə olaraq Gürcüstan və Türkiyə Respublikasına aid “İcazə” blankları lazım olduğu üçün Vüqarla yenidən əlaqə saxlamış, lakin sonuncu onda blank olmadığını dediyi üçün tanışları vasitəsi ilə maraqlanaraq Qazax rayonu, Şıxlı qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində operatorlar tərəfindən Gürcüstan Respublikasına aid “İcazə” blanklarının satışının həyata keçirildiyini öyrənmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Qazax rayonuna getmiş və Şıxlı qəsəbəsində yerləşən “ST Oil” yanacaqdoldurma məntəqəsində işləyən operatora yaxınlaşaraq həmin şəxsə Gürcüstan Respublikasına aid “İcazə” blankı almaq istədiyini demişdir. Sonradan adının Şahid4 olduğunu öyrəndiyi həmin şəxslə bir qədər söhbət etdikdən sonra sonuncu ona 2 ədəd üzərində "xxxx" MMC-in ştampı olan Gürcüstan Respublikasına aid “İcazə blankı və 1 ədəd ştampsız Türkiyə Respublikasına aid “İcazə” blankı olduğunu, hər blankı 60 ABŞ dollara, yəni 102 manata satdığını demişdir. Həmin vaxt üzərində olan 306 manat pul vəsaitini Vüqara adlı operatora verərək 22-14189 və 22-141791 nömrəli 2 ədəd üzərində "xxxx" MMC-in ştampı olan Gürcüstan Respublikasına aid “İcazə blankı və 1 ədəd ştampsız olan 050708 nömrəli Türkiyə Respublikasına aid “İcazə” blankını, hər birini 102 manat olmaqla ümumilikdə 306 manata almışdır. Blankları alıb məntəqədən çıxarkən ona 2 nəfər yaxınlaşaraq özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları kimi təqdim etmişlər və əlində saxladığı “İcazə” blankları ilə bağlı sorğu sual edərək göstərilənlərlə bağlı könüllü olaraq izahat verməyi təklif etmişlər. “ST Oil” yanacaqdoldurma məntəqəsindən aldığı 3 ədəd “İcazə” blanklarını könüllü olaraq izahatına əlavə etmiş və həmin vaxt ştampsız olan 050708 nömrəli Türkiyə Respublikasına aid “İcazə” blankının "xxxx" MMC-yə məxsus olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs, "xxxx" MMC və "xxxx" MMC-in hər hansı əməkdaşını tanımır, görməmiş və heç bir əlaqəsi olmamışdır. Qeyd olunan Cəmiyyətin hər hansı nümayəndəsi, o cümlədən Şahid1la müqavilə bağlamamış, yük daşımağına dair hər hansı sənəd o cümlədən, yük maşınına dair hər hansı sənəd verməmişdir. Şahid1la da müqavilə bağlanması barədə hər hansı danışıqları olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Qazax rayonu ərazisində yerləşən “ST Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən Şahid4 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 050560 və 050705 nömrəli, “Nur Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən X1 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 052987 nömrəli “İcazə” blankları” aşkar edilərək götürülmüşdür. Həmin şəxslər qeyd olunan blankları adlarını xatırlamadığı sürücülərdən satış məqsədi ilə aldıqlarını göstərmişlər. Təqdim olunan blank video müşahidə ilə götürülmüşdür (cild 01; i.v.23-25). Azərbaycan Respublikasının Rəqəmsäl İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş 10 dekabr 2022-ci il tarixli, 104xx-xx/1351-22 saylı məktubdan görünür ki, Türkiyə Respublikasına aid olan 50560 nömrəli “İcazə” blankı xx.xx.2022-ci il tarixdə, 050705 və 050708 nömrəli blanklar xx.xx.2022-ci il tarixdə, 052987 nömrəli blank xx.xx.2022-ci il tarixdə, İran İslam Respublikasına aid 079028 və 079029 nömrəli “İcazə” blankları isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmişdir (cild 01; i.v.100-102). “Maddi sübut kimi tanıma haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Qazax rayonu ərazisində yerləşən “ST Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən Şahid4 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 050560 və 050705 nömrəli, “Nur Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən X1 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 052987 nömrəli “İcazə” blankları, qeyd edilən icazə blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı 10 dekabr 2022-ci il tarixli məktub, məktuba əlavə edilmiş siyahı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.127-130). “Sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən Nümayəndə1 aid olan hissədə cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı icraatın başlanması haqqında qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması, maddi sübut qismində tanınma haqqında 17 fevral 2023-cü il tarixli qərarın, Nümayəndə2 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmasının nəzərə alınması qərara alınmışdır (cild 01; i.v.144-164). “İş üzrə icraata hissəvi xitam verilməsi haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs MMC-nin qanuni təsisçisi və təmsilçisi Nümayəndə1 aid hissədə cinayət təqibinə xitam verilməklə onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır (cild 01; i.v.165-179). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 5(001)- 508/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs MMC barəsində tətbiq oluna biləcək cinayət hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulması qərara alınmışdır (cild 01; i.v.222-226). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilmiş 09 may 2023-cü il tarixli, 3-xx-xx/258683/2023 saylı məktubdan görünür ki, AR DİN Baş X8 İdarəsi Qeydiyyat-imtahan idarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs MMC-nin adına hər hansı nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs MMC-nin hər hansı daşınar və daşınmaz əmlakı aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 3-21-3-02/2-6535/2023 saylı məktubdan görünür ki, mövcud arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs MMC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 6-2-41/2-15516/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs MMC-nin adına ********** saylı VÖEN ilə "xxxx" ASC-nin Sabunçu filialında xx.xx.2022-ci il tarixdə açılmış AZ04İBAZ******************** saylı bank hesabı üzrə heç bir bank əməliyyatı aparılmamış və 01 iyun 2023-cü il tarixə hesab üzrə qalıq məbləğ 0 manat təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisinin özünün ifadəsində göstərdiyi xüsusatlar, zərərçəkmiş tərəfin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 308.1-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cinayət-hüquqi xarakterli tədbirlandırılır. 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271– 284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin, zərərçəkmiş tərəfin nümayəndəsinin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, hüquqi şəxs tərəfindən cinayətin törədilməsi və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsi sübuta yetirilmiş, habelə törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məlumdur ki, qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Həmin maddənin tələblərinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxslərin cinayət məsuliyyətinin mühüm əlaməti cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsidir. Cinayət Məcəlləsinin 99- 4.1-ci maddəsinin mahiyyətinə uyğun olaraq, hüquqi şəxsin rəhbərinin qərarı hüquqi şəxsin qərarı kimi dəyərləndirilməli, çünki bu qərar sadəcə hüquqi şəxsin adından deyil, həm də onun xeyrinə və ya maraqları naminə qəbul edilmişdir. Əgər cinayət hüquqi şəxsin maraqları üçün törədilməyibsə, bu, hüquqi şəxsin deyil, məhz fiziki şəxsin törətdiyi cinayət kimi qəbul olunmalı və buna görə yalnız o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiqi siyahısı Cinayət Məcəlləsinin Ümumi hissəsində verilmiş cinayətlərin törədilməsi halında mümkündür. Beləliklə, yalnız aşağıdakı şərtlərin mövcud olduğu halda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi mümkün hesab edilə bilər: - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər üzrə törədildikdə; - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən törədildikdə; - cinayət əməli hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədildikdə. Hazırki halda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli AR Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət olmaqla hüquqi şəxsi həm təmsil etmək, həm adından qərar qəbul etmək, həm də onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan hüquqi şəxsin təsisçisi və direktoru tərəfindən, ən önəmlisi isə hüquqi şəxsin xeyrinə (belə ki, məhkəmə iclasında həm hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi, həm də şahidlərin ifadələri ilə cinayətin hüquqi şəxsin işçilərinin əmək haqqlarının vaxtında ödənilməsi, hüquqi şəxsin çəkdiyi xərclərin qarşılanması məqsədi ilə törədilməsi öz təsdiqini tapmışdır) törədilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar olmasa da, hüquqi şəxs barəsində cinayət-hüquqi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini mümkünsüz edən hallar mövcuddur. , Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-5.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır: 99-5.1.1. cərimə; 99-5.1.2. xüsusi müsadirə; 99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; 99-5.1.4. hüquqi şəxsi ləğv etmə. 99-5.3-cü maddəsini əsasən hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən . cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı, cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması nəzərə alınır: 99-6.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. 99-6.3-cü maddəsinə əsasən hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. 99-6.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. 99-8.1-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. 99-8.2-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. 99-8.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. Hazırki cinayət işi üzrə AR CM-nin 99-6.4-cü maddəsinin imperativ tələbi nəzərə alınmaqla hüquqi şəxsin əmlakının müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə, hüquqi şəxsin hesabının olduğu banka (Azərbaycan Beynəlxalq Bankına) müvafiq sorğular göndərilmiş, aidiyyəti orqan və qurumlar tərəfindən verilmiş cavab məktubları ilə hüquqi şəxs Təqsirləndirilən şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlakın, bankda olan hesabında isə ümumiyyətlə vəsaitin olmaması müəyyən edilmişdir. Məlumdur ki, AR CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla ilk dəfə cinayət törətmiş hüquqi şəxs barəsində həmin cinayətin törədilməsinə görə qanunla tətbiq edilməsi mümkün olan əsas cinayət-hüquqi xarakterli tədbir 75.000 manatdan 100.000 manatadək məbləğdə cərimədir. Lakin nəzərə alınmalıdır ki, AR CM-nin 99-6.4-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Qanunvericiliyə əsasən hüquqi şəxsə tətbiq edilməsi mümkün olan iki növ əsas cinayət-hüquqi xarakterli tədbir mövcuddur. 1. Cərimə; 2. Hüquqi şəxsi ləğv etmə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-8.2-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. Hazırki halda ilk dəfə cinayət törətmiş hüquqi şəxs Təqsirləndirilən şəxs barəsində yeganə tətbiq edilməsi mümkün olan cərimə növündə cinayət-hüquqi xarakterli tədbirdir ki, əmlakı olmayan hüquqi şəxsə münasibətdə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə (az ağır cinayət) uyğun məbləğdə cərimənin tətbiq edilməsi AR CM-nin 99-6.4cü maddəsinin tələblərinin pozulmasına səbəb olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə məhkəmə tərəfindən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsini həmin Məcəllənin 99-6.2 və 99-6.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsi” ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayəthüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır. Qanunun göstərilən tələblərindən irəli gələrək, məhkəmələr cərimə növündə cinayəthüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir. Bu qaydalara riayət edilməməsi cərimə cinayət-hüquqi tədbirini onu ödəyə bilmək qabiliyyətində olmayan hüquqi şəxsin iqtisadi fəaliyyətini sarsıdan mexanizmə çevrilə bilər. Cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxsin maliyyəiqtisadi vəziyyəti ilə uyğunlaşmayan və realizəsi mümkün olmayan cinayət-hüquqi tədbirin tətbiqi barədə məhkəmə aktı isə sonda Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinin pozulmasına səbəb olmaqla yanaşı Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olunmasını da mümkünsüz edir. O da nəzərə alınmalıdır ki, hazırkı müraciətə səbəb olan işdə olduğu kimi bəzi hallarda hüquqi şəxs barəsində tətbiq oluna biləcək yeganə cinayət-hüquqi tədbir olaraq cərimə çıxış edir. Lakin cinayət-hüquqi məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin hər hansı əmlakı olmadığından, cərimənin tətbiqi barədə məhkəmə qərarının icrası aşkar şəkildə mümkünsüz olur. Qanunvericiliyin tələblərini, o cümlədən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarda göstərilən mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mötəbər sübutlarla öz təsdiqini tapsa da, məhkəmə istintaqı zamanı verilmiş sorğular əsasında hüquqi şəxsin heç bir əmlakının olmaması müəyyən edildiyindən məhkəmə AR Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsi ilə imperativ qaydada hüquqi şəxsə tətbiq edilən cərimənin onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməməsinin müəyyən edildiyini, qanunverici tərəfindən əmlakı olmayan hüquqi şəxsə cinayət-hüquqi xarakterli tədbirlərin hansı növünün və hansı qaydada tətbiq edilməli olmasının tənzimlənmədiyini, qanundakı boşluqların hüquqi şəxsin ziyanına şərh olunmasının qanuni və əsaslı olmadığını nəzərə alaraq hazırki halda əmlakı olmayan hüquqi şəxs barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsinin mümkünsüz olması və bunun üçün hər hansı qanuni əsasın olmaması qənaətinə gəlir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı hüquqi şəxsin əmlakının olmamasını və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarındakı mövqeyini nəzərə alaraq Təqsirləndirilən şəxs MMC barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini təklif etsə də, məhkəmə qeyd edir ki, qanunvericiliklə əmlakı olmayan hüquqi şəxsə cərimə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi qaydasının tənzimlənməməsi hüquqi şəxsin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə cavab verməyən, ilk dəfə cinayət törətmiş hüquqi şəxsin ləğv edilməsi üçün əsas olmamaqla açıq-aşkar AR CM-nin ədalətlilik və qanunçuluq prinsiplərinin pozulması ilə nəticələnə bilər (Məsələn: ilk dəfə cinayət törətmiş və 10000 manatlıq əmlakı olan hüquqi şəxs AR CM-nin 99-6.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla 5000 manat cərimə olunacağı halda ilk dəfə cinayət törətmiş və əmlakı olmayan hüquqi şəxsin cərimə oluna bilməməsi nəzərə alınmaqla həmin hüquqi şəxsin mövcudluğuna son qoyulması). Belə ki, qanunverici hansı hallarda cinayət törətmiş hüquqi şəxsin ləğv olunmasının mümkün olmasını konkret olaraq tənzimləmişdir ki, həmin hallar hazırda barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxsnə münasibətdə mövcud deyildir. AR CM-nin 99-8.2-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, müraciətdə göstərilən iş üzrə hüquqi şəxs barəsində yalnız cərimənin tətbiq edilməli olunduğunu nəzərə alaraq qeyd edilməlidir ki, cinayəthüquqi tədbir qismində cərimə cinayət qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. Göründüyü kimi, Konstiyusiya Məhkəməsi də öz qərarında müraciətdə göstərilən iş üzrə hüquqi şəxs, yəni Təqsirləndirilən şəxs MMC barəsində yanız cərimənin tətbiq edilməli olduğunu göstərməklə həmin hüquqi şəxsə münasibətdə “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi xarakterli tədbirinin tətbiqinin mümkün olmaması ilə bağlı müraciətdə göstərilənləri əsaslı hesab etmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024cü il tarixli qərarında göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır. Qanunun göstərilən tələblərindən irəli gələrək, məhkəmələr cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir. Bu qaydalara riayət edilməməsi cərimə cinayət-hüquqi tədbirini onu ödəyə bilmək qabiliyyətində olmayan hüquqi şəxsin iqtisadi fəaliyyətini sarsıdan mexanizmə çevrilə bilər”. Göründüyü kimi, qanunvericinin AR CM-də 99-6.4-cü maddəsini ehtiva etməkdə məqsədi cərimə cinayət-hüquqi tədbirini onu ödəyə bilmək iqtidarında olmayan hüquqi şəxsə tətbuq etməməklə onun iqtisadi fəaliyyətini sarsıtmamaq, ona ödəmək iqtidarında olmadığı, əmlakının yarıdan çox hissəsini təşkil edən cərimə tətbiq edilməklə fəaliyyətini sonlandırmaq məcburiyyəti qarşısında qoymamaqdır ki, belə olan halda hüquqi şəxsin əmlakının olmaması səbəbindən barəsində cərimə növündə cinayət-hüquqi xarakterli tədbirinin tətbiq edilməsinin mümkün olmaması əsası ilə hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul edilməsi qanunvericinin məqsədləri ilə bir araya sığmır. Bununla yanaşı, məhkəmə hüquqi şəxs barəsində əsas cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinin mümkün olmamasını nəzərə alaraq əsas cinayət-hüquqi xarakterli tədbir olmadan onun barəsində əlavə cinayət-hüquqi xarakterli tədbirlərin də tətbiq edilməsinin mümkünsüz olduğunu vurğulayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmə hüquqi şəxslər tərəfindən törədilmiş cinayət əməlinə cəza əvəzinə cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməli olmasını diqqətə alaraq hazırki iş üzrə hüquqi şəxsə əsas cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinin mümkünsüz olması əsası ilə əlavə cinayət-hüquqi xarakterli tədbirin də tətbiq edilməməsinin qanuni və əsaslı olması qənaətindədir. Məhkəmə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs tərəfindən ilk dəfə cinayət törədildiyini, onun barəsində əsas cinayət-hüquqi xarakterli tədbir olan cərimənin tətbiq edilməsinin hüquqi şəxsin heç bir əmlakının olmaması səbəbindən mümkünsüz olduğunu, hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi xarakterli tədbirin isə tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını, hüquqi şəxsə cərimə növündə cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsinin hazırki halda mümkünsüz olmasının onun ziyanına şərh olunmaqla hüquqi şəxsin ümumiyyətlə mövcudluğuna son qoyulması və bununla da onun barəsində daha ağır cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi üçün əsas olmamasını, qanunvericilikdə hüquqi şəxs barəsində tətbiq olunması mümkün olan başqa əsas cinayət-hüquqi xarakterli tədbirlərin nəzərdə tutulmadığını, əlavə cinayəthüquqi xarakterli tədbirlərin isə əsas cinayət-hüquqi xarakterli tədbir olmadan tətbiq olunmasının mümkün olmadığını nəzərə alaraq hazırki vəziyyətdə hüquqi şəxs "xxxx" MMC barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsinin qanuni əsasının olmaması qənaətinə gəlməklə onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin qənaətinə görə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs tərəfindən AR Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmiş hesab olunmalı, AR Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinin tələbləri və Təqsirləndirilən şəxs əmlakının olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməməli, iş üzrə maddi sübut- Qazax rayonu ərazisində yerləşən “ST Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən Şahid4 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 050560 və 050705 nömrəli, “Nur Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən X1 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 052987 nömrəli “İcazə” blankları, qeyd edilən icazə blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı 10 dekabr 2022-ci il tarixli məktub, məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs «Əkbər 2022” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə iclaslarında dövlət hesabına maraqlarını təmsil etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 487-7-ci maddəsini, AR CM-nin 99-6.4-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmiş hesab olunsun. AR Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinin tələbləri və Təqsirləndirilən şəxs əmlakının olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməsin. Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Qazax rayonu ərazisində yerləşən “ST Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən Şahid4 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 050560 və 050705 nömrəli, “Nur Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən X1 tərəfindən könüllü olaraq Türkiyə Respublikasına aid olan ştampsız, lakin faktiki olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 052987 nömrəli “İcazə” blankları, qeyd edilən icazə blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı 10 dekabr 2022-ci il tarixli məktub, məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarında saxlanılsın. «Əkbər 2022” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət hesabına maraqlarını təmsil etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar