Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-170/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Məmmədov Oruc Qulamalı oğlunun, Zərərçəkmiş şəxs Süleymanova Nəzakət Əbülfəz qızının iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 13:25 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana sovxozunda yerləşən «Pətək» marketin yaxınlığında Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb, onun əlində tutduğu 07 manat dəyərində, içərisində 502 manat Azərbaycan Respublikasının milli valyutasına məxsus nağd pulu, məzənnə ilə 4.80 manat təşkil edən 120.000 (yüz iyirmi min) İran İslam Respublikası rialı, dəyəri 2 manat bir ədəd «Bakıkart» ödəniş kartı, bir ədəd dəyəri 5 manat açar olan qəhvəyi rəngli pulqabım açıq yolla talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 520.80 manat miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rəsul oğlu Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Ramana sovxozunda yerləşən «Pətək» marketin yaxınlığında dayanmışdır. Bir neçə dəqiqə sonra tanışı Musa adlı şəxs gələrək onunla salamlaşmış və mağazaya daxil olmuşdur. Sonra Musa yenidən onun yanına gələrək ona Bakı şəh., Nəsimi rayonunda yerləşən ərazidə bina tikildiyini, oraya fəhlə kimi gedib dolanmaq üçün işləyə biləcəkləri barədə ona bildirmiş və həmin işə gedib-getmək istiyib-istəmədiyini ondan soruşmuşdur. Musaya bu barədə xəbər edəcəyini bildirmiş və Musa onunla sağollaşaraq oradan uzaqlaşmışdır. Bundan bir neçə dəqiqə sonra isə «Pətək» marketdən tanımadığı bir qadın çıxmış və Ramana sovxozunda yerləşən bağça istiqamətinə tərəf hərəkət etməyə başlamışdır. O, həmin qadının əlində qəhvəyi rəngli pul qabını görüncə həmin pul qabını qadının əlindən dartaraq qaçmaq qərarına gəlmişdir. Bu məqsədlə qadına arxadan yaxınlaşaraq qadının əlindəki qəhvəyi rəngli pul qabını dartmış və qaçmağa başlamışdır. Qadın onun arxasınca qışqırmış, lakin o, buna əhəmiyyət verməyərək qaçmağa davam etmişdir. Həmin yerdən aralandıqda qadından götürdüyü pul qabının içinə baxdıqda pul qabında 20.000 İran İslam Respublikasının milli valyutasına məxsus nağd pul, iki manat Azərbaycan Respublikasının milli valyutasına məxsus nağd pul, bir ədəd Bakıkart və bir ədəd açar olduğunu görmüşdür. O, «Bakıkart» ilə pulları götürərək pul qabını və onun içərisində olan açarı yolun kənarına tullamışdır. Pul qabında başqa heç bir pul olmamışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, övladı Ş.N.Babayeva Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ünvanda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, qızı Şahidəgilə qonaq gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 13:15 radələrində ərzaq almaq üçün qızının yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən «Pətək» marketə getmişdir. Mağazadan çıxıb evə gəldiyi vaxt saat 13:25 radələrində qızı Şahidənin evinə təqribən 50 metr qalmış tanımadığı şəxs anidən onun sol əlində olan qəhvəyi rəngli, içərisində 500 manat pul, məzənnə ilə 4.80 manat təşkil edən 120.000 (yüz iyirmi min) İran İslam Respublikası rialı, ictimai nəqliyyat üçün istifadə olunan Bakıkart (avtobus kartı) və açar olan pul qabını əlindən dartaraq qaçmışdır. Həmin vaxt o, nə olduğunu tam dərk edə bilməmiş, ani olduğu üçün onun üzünü də görə bilməmişdir. Həmin şəxs əlindən pul qabını aldıqdan sonra bir az irəlidə dar küçədən keçərək gözdən itmişdir. Həmin şəxsin arxasıyca getdikdə onu tapa bilməmişdir. Daha sonra «Pətək» marketin qarşısına gedərək, polis axtarmışdır. Orada olan şəxslərdən biri 102 xidmətinə zəng edərək, məlumat verməyini məsləhət görmüşdür. Daha sonra evə qayıdaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, baş vermiş hadisə barədə məlumat vermişdir. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən «Pətək» marketin qarşısında salamlaşdığı şəxsin adı Rahibdir və yaşadığı məhəllədə kirayə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində telefona və qaz kartına balans yükləmək üçün iş yerindən, yəni Ramana qəsəbəsində «Dispetçer» deyilən ərazidən Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən «Pətək» marketə tərəf getmişdir. Mağazanın qarşısına çatdığı zaman mağazanın giriş qapısının yaxınlığında Rahibi görüb onunla salamlaşmıdır. Daha sonra mağazaya daxil olaraq «paypoint» aparatından istifadə etmişdir. Bundan sonra Rahibdən işlə əlaqədar söz soruşmalı olduğu yadına düşmüş və mağazadan çıxıb Rahibi axtarmışdır. Rahibi mağazanın digər tərəfində olduğunu görüb, Rahibə iti addımlarla yaxınlaşmışdır. Rahibə yaxınlaşaraq Bakı şəh.,Nəsimi rayonunda yerləşən ərazidə bina tikildiyindən oraya fəhlə kimi gedib dolanmaq üçün işləyə biləcəkləri barədə Rahibə bildirmiş və həmin işə gedib-getmək istəmədiyini soruşmüşdur. Rahib ona bu barədə xəbər edəcəyini bildirmiş və o, Rahiblə sağollaşaraq oradan uzaqlaşmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən10 mart2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rəsul oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Xamoyev X5 Məcəlləsinin 180.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasənsoyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Xamoyev Rahib Rəsul oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Rəsul oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmişşəxsin şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Xamoyev Rahib Rəsul oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,43). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 66). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)16/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxx 2020-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir (səh.,85). Məhkəmə,Təqsirləndirilən şəxstörətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcələlsinin 56.1.2-ci maddəsinə əsasən- qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Rəsul oğlunun cəza çəkmə müddətinin başlanğıcı «14» yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xamoyev Rahib Rəsul oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «14» yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Rəsul oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-170/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-170/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver