Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-170/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixində Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu, Laman kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 16 iyun 2022-ci il tarixdə, saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs üzərində “etibarsızdır” sözü yazılmış 100 manatlıq əskinas verərək aldadıb, “Samsung A6” markalı mobil telefonunu əvəzsiz və qanunsuz ələ keçirmək istəyərkən, Zərərçəkmiş şəxs onun hüquqazidd hərəkətlərini başa düşüb qarşısını alıb əmlakını geri qaytarmasını tələb etdiyi zaman onun tələbinə məhəl qoymayıb cinayətkar hərəkətini davam etdirərək oradan qaçıb sonuncunun “Samsung A6” markalı mobil telefonunu açıq talayaraq sonuncuya ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi sakini olaraq tanımışdır. 16 iyun 2022-ci il tarixdə, saat 01 radələrində qonşuluqda yaşayan İsmayılla görüşmüş, daha sonra qonşuluqda yaşayan Tağıya zəng edərək onu da məhəlləyə çağırmışdır. Tağı yaşadığı evdən çıxaraq yanlarına gəlmiş, söhbət edərək siqaret çəkmişlər. Siqaret çəkdikləri zaman İsmayıl cibində olan bir ədəd üzərində “etibarsızdır” sözü yazılan 100 manatlıq əskinası çıxararaq pulunun olduğunu, onlara qulluq edə biləcəyini demişdir. Tağı ilə o, İsmayıldan siqaret və içməyə su almasını xahiş etdiyi zaman o, gülərək pulun suvenir pul olduğunu bildirmişdir. Bu zaman o, İsmayıldan üzərində “etibarsızdır” sözü yazılan pulu ona verməsini xahiş etmiş, İsmayıl etiraz etməyərək həmin pulu ona vermişdir. Pulu götürərək cibinə qoymuş, yenidən məhəllədə dayanaraq söhbət etmişlər. Söhbət etdikləri zaman mobil telefonunun enerjisinin olmamasına görə Tağıdan mobil telefonunu istəmiş, Tağı ondan mobil telefonun nə üçün lazım olduğunu soruşduğu zaman, Tağıya qonşuluqda yaşayan Nicatın mobil telefonunu satdığını, onunla danışaraq telefonu almaq istədiyini bildirmişdir. Tağı etiraz etməyərək mobil telefonunu ona vermiş, o, kənara çəkilərək Nicata zəng edib, ondan mobil telefon aparatını neçəyə satdığını soruşmuşdur. Nicat özünə məxsus “Samsung A6” markalı mobil telefon aparatını 105 manata satmaq istədiyini bildirmiş, o, Nicatdan mobil telefon aparatını 100 manata satmağa imkanının olub-olmamasını soruşmuşdur. Nicat heç bir problemin olmadığını bildirdikdən sonra ondan harada olduğunu soruşmuşdur. Nicat Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən 22 saylı orta məktəbin yaxınlığında olduğunu demiş, o, Nicata bir neçə dəqiqəyə həmin yerə gələcəyini bildirərək telefon danışığını sonlandırmış, İsmayılgilin yanına qayıtmışdır. Onların yanına qayıtdıqdan sonra Nicatın Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən 22 saylı orta məktəbin yaxınlığında gözlədiyini bildirərək, onunla birlikdə gedərək mobil telefon aparatını ondan almağı xahiş etmişdir. Tağı və İsmayıl onunla razılaşaraq 22 saylı orta məktəbin yaxınlığına getmişlər. Məktəbin yanına çatmaqlarına az qalmış Tağı Nicatla görüşmək istəmədiyini bildirərək kənarda dayanmış, onlara özlərinin gedərək telefonu alıb gəlmələrini bildirmişdir. İsmayılla o, Tağı ilə razılaşmış və Nicatla görüşməyə getmişlər. Getdikləri zaman o, Tağıdan mobil telefonunun onda qalmasını xahiş edərək qayıtdıqdan sonra qaytaracağını bildirmişdir. Tağı onunla razılaşmış və heç bir problemin olmadığını demişdir. Bundan sonra, o və İsmayıl Nicatla görüşməyə getmiş, Nicatla görüşdükdən sonra İsmayıl kənara çəkilmiş, o isə Nicatla söhbət etmiş, üzərində “etibarsızdır” sözü yazılmış 100 manatlıq əskinası ona verərək mobil telefonu verməsini xahiş etmişdir. Bu zaman Nicat “Samsung A6” markalı mobil telefon aparatının içərisindən GSM nömrəsini çıxararaq telefonu ona vermişdir. O, telefonu götürdükdən sonra Nicatla sağollaşaraq İsmayıla doğru getmişdir. Bu zaman Nicat onu çağıraraq verdiyi pulun saxta olduğunu bildirərək telefonu qaytarmasını tələb etmiş, Nicatın pulun saxta olduğunu başa düşdüyünü görüb qaçmağa başlamışdır. İsmayıl onun qaçdığını görərək, o da, oradan qaçmışdır. Oradan uzaqlaşdıqdan sonra İsmayıl Nicatın nə üçün arxası ilə qaçdığını soruşmuşdur. İsmayıla ondan aldığı, üzərində “etibarsızdır” sözü yazılmış 100 manatlıq əskinası Nicata verərək ondan mobil telefonu aldığını, lakin, Nicatın sonradan pulun etibarsız olduğunu başa düşdüyü üçün qaçdığını demişdir. Bundan sonra onlar yaşadıqları məhəlləyə getmiş, yolda olduqları zaman Tağıya məxsus mobil telefona zəng gəldiyini görmüşdür. Telefona cavab verdiyi zaman zəng edən şəxsin Tağı olduğunu görmüş və ona məhəlləyə gəldiklərini demişdir. Məhəllədə Tağı ilə görüşmüş, baş verənləri ona danışaraq Tağının telefonunu özünə qaytarmışdır. 21 iyun 2022-ci il tarixində Tağı onunla və İsmayılla görüşərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının onları axtardığını bildirmişdir. Bundan sonra onlar birlikdə bölməyə getmişlər. Bölmədə o, mobil telefon aparatını təqdim etmiş, eyni zamanda törətdiyi əməli etiraf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bir müddət əvvəl işdən çıxarıldığı üçün maddi vəziyyəti pis olmuş, bu səbəbdən, özünə məxsus olan “Samsung A6" markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Yaşadığı ərazidən tanıdığı bir neçə şəxsə mobil telefonunu satacağını bildirmiş, mobil telefonunu satması barədə Rəhman, Tağı və İsmayıl adlı şəxslərin də məlumatı olmuşdur. 16 iyun 2022-ci il tarixdə, saat 01 radələrində yaşadığı evin yaxınlığında yerləşən 22 saylı məktəbin həyətində oturmuş, həmin vaxt, ona məxsus mobil telefonuna qonşuluqda yaşayan Tağı adlı şəxsin mobil telefonundan zəng gəlmişdir. Telefona cavab verdiyi zaman Tağının mobil telefonundan zəng edən şəxsin Rəhman olduğunu eşitmiş, Rəhman ona məxsus olan “Samsung A6” markalı mobil telefon aparatını almaq istədiyini bildirmişdir. O, heç bir problemin olmadığını bildirmiş və bu zaman Rəhman “Samsung A6” markalı mobil telefon aparatını neçəyə satdığını soruşmuşdur. O, Rəhmana mobil telefonu 105 manata satmaq istədiyini demişdir. Rəhman isə 100 manat pulunun olduğunu bildirərək həmin qiymətə telefonu ona satmağa imkanının olub-olmamasını soruşmuşdur. O, “Samsung A6” markalı mobil telefonunu 100 manata sata biləcəyini demişdir. Bundan sonra Rəhman harada olduğunu soruşmuş və o, Rəhmana 22 saylı orta məktəbin həyətində olduğunu bildirmişdir. Rəhman isə ora gələcəyini bildirərək telefonu söndürmüşdür. Bir müddət sonra Rəhman tanıdığı İsmayılla birlikdə həmin yerə gəlmişdir. İsmayıl və Rəhman onunla görüşdükdən sonra İsmayıl kənara getmişdir. Rəhman isə ona 100 manatlıq əskinas vermiş və mobil telefonu verməyi xahiş etmişdir. O, mobil telefonun içərisindən sim kartını çıxartmış və mobil telefonu Rəhmana vermişdir. Rəhman mobil telefonu götürərək oradan getmişdir. Rəhman getdiyi zaman o, 100 manatlıq əskinasa baxmış və bu zaman pulun saxta olduğunu, üzərində “copy” sözü yazıldığını görmüşdür. Dərhal Rəhmanı arxadan çağıraraq pulun saxta olduğunu deyərək telefonunu qaytarmasını bildirmişdir. Ancaq bu zaman Rəhman oradan qaçaraq getmişdir. O, Rəhmanın arxası ilə qaçsa da, onu tuta bilməmişdir. Gecə saatları olduğu üçün heç kimə bu barədə məlumat verməmiş, səhər saatlarında Sabunçu RPİ-nin 14-cü PB-yə yaxınlaşaraq ərizə təqdim etmiş, Rəhman, Tağı və İsmayıldan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə sakini olaraq tanıyır. Onlarla münasibəti hər zaman normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Təqribən 5-6 ay bundan əvvəl “Tiktok” səhifəsində üzərində “etibarsızdır” sözü yazılan 100 manatlıq əskinas satıldığını görmüş, həmin əskinasın bir bağlamasına 6 manat ödəyərək almışdır. Onları müxtəlif toy şənliklərində şabaş kimi səpmiş, yalnız bir ədədi qalmışdır. 16 iyun 2022-ci il tarixdə, saat 01 radələrində qonşuluqda yaşayan Rəhmanla görüşmüş, Rəhmanla görüşdükdən sonra qonşuluqda yaşayan Tağıya zəng edərək onu da məhəlləyə çağırmışlar. Tağı yaşadığı evdən çıxmış və yanlarına gəlmiş, onlarla görüşdükdən sonra söhbət edərək siqaret çəkmişdir. Siqaret çəkdiyi zaman o, cibində olan bir ədəd üzərində “etibarsızdır” sözü yazılan 100 manatlıq əskinas çıxararaq pulunun olduğunu, onlara qulluq edə biləcəyini soruşmuş, Tağı və Rəhman ondan siqaret, içməyə su almasını xahiş etdikləri zaman gülərək pulun suvenir pul olduğunu bildirmişdir. Bu zaman Rəhman ondan üzərində “etibarsızdır” sözü yazılan pulu ona verməsini xahiş etmişdir. O, etiraz etməyərək həmin pulu Rəhmana vermişdir. Rəhman pulu götürərək cibinə qoymuş və yenidən məhəllədə dayanaraq söhbət etmişdir. Söhbət etdiyi zaman Rəhman mobil telefonunun enerjisinin olmadığını bildirərək Tağıdan mobil telefonunu istəmişdir. Tağı mobil telefonun nə üçün lazım olduğunu soruşduğu zaman Rəhman qonşuluqda yaşayan Nicatın mobil telefonunu satdığını, onunla danışaraq telefonu almaq istədiyini bildirmişdir. Tağı etiraz etməyərək mobil telefonunu Rəhmana vermişdir. Rəhman kənara çəkilərək Tağıya məxsus mobil telefonla Nicata zəng etmiş və onunla danışdıqdan sonra yenidən yanlarına qayıtmışdır. Daha sonra Rəhman Nicatın Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən 22 saylı orta məktəbin yaxınlığında gözlədiyini demiş və birlikdə gedərək mobil telefon aparatını ondan almağı xahiş etmişdir. Tağı və o, Rəhmanla razılaşmış və 22 saylı orta məktəbin yaxınlığına getmişdir. Məktəbin yanına çatmaqlarını az qalmış Tağı Nicatla görüşmək istəmədiyini bildirərək kənarda dayanmış və onlar özlərini gedərək telefonu alaraq gəlməsini demişdir. Rəhmanla o, Tağı ilə razılaşmış və Nicatla görüşməyə getmişlər. Getdikləri zaman Rəhman Tağıdan mobil telefonunun ondan qalmasını xahiş edərək qayıtdıqdan sonra qaytaracağını demişdir. Tağı Rəhmanla razılaşmış və heç bir problemin olmadığını demişdir. Bundan sonra o, və Rəhman Nicatla görüşməyə getmişlər. Nicatla görüşdükdən sonra o, kənara çəkilmiş və Rəhmanla Nicat söhbət etmişlər. Bir neçə dəqiqə sonra Rəhman Nicatla sağollaşaraq ona tərəf gəlmişdir. Rəhman ona çata-çatda Nicat arxadan çağıraraq pulun saxta olduğunu bildirərək telefonu qaytarmasını tələb etmişdir. Bu zaman Rəhman qaçmağa başlamış və Nicatda onun arxası ilə qaçmışdır. O, nə baş verdiyini anlamadığı üçün o, da qaçmağa başlamışdır. Oradan uzaqlaşdıqdan sonra Nicatın nə üçün arxası ilə qaçdığını soruşmuşdur. Rəhman isə ondan aldığı, üzərində “etibarsızdır” sözü yazılmış 100 manatlıq əskinası Nicata verərək ondan mobil telefonu aldığını, lakin Nicatın sonradan pulun etibarsız olduğunu başa düşdüyü üçün qaçdığını demişdir. Bundan sonra onlar yaşadıqları məhəlləyə getmiş və yolda olduqları zaman Tağıya məxsus mobil telefona zəng gəldiyini görmüşlər. Rəhman telefona cavab verdikdən sonra məhləyə gəldiklərini demiş və telefonu söndürmüşdür. Söndürdükdən sonra zəng edən şəxsin Tağı olduğunu və özünə məxsus telefonu istədiyini bildirmişdir. Onlar məhlədə Tağı ilə görüşmüşlər və baş verənləri ona danışmışlar, Rəhman isə Tağının telefonunu özünə qaytarmışdır. 21 iyun 2022-ci il tarixində Tağı onunla və Rəhmanlı görüşərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının onları axtardığını bildirmişdir. Bundan sonra onlar birlikdə bölməyə getmişlər. Bölmədə Rəhman mobil telefon aparatını təqdim etmiş, eyni zamanda törətdiyi əməlləri etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən tanıyır. 16 iyun 2022-ci il tarixində, saat 01 radələrində yaşadığı evdə olduğu zaman İsmayıl onun mobil telefonuna zəng etmişdir. Telefona cavab verdiyi zaman İsmayıl məhəllədə olduğunu bildirərək çölə çıxmasını xahiş etmişdir. O, yaşadığı evdən çıxmış və bu zaman Rəhmanla İsmayılın dayandığını görüb onlara yaxınlaşmışdır. Onlarla görüşdükdən sonra söhbət edərək siqaret çəkmişlər. Siqaret çəkdikləri zaman İsmayıl bir ədəd üzərində “etibarsızdır” sözü yazılan 100 manatlıq əskinas çıxardaraq pulunun olduğunu, onlara qulluq edə biləcəyini demişdir. Onlar İsmayıldan siqaret və içməyə su almasını xahiş etdikləri zaman o, gülərək pulun suvenir pul olduğunu bildirmişdir. Bu zaman Rəhman İsmayıldan üzərində “etibarsızdır” sözü yazılan pulu ona verməsini xahiş etmişdir. İsmayıl etiraz etməyərək həmin pulu Rəhmana vermişdir. Rəhman pulu götürərək cibinə qoymuş və yenidən məhlədə dayanaraq söhbət etmişlər. Söhbət etdikləri zaman Rəhman mobil telefonunun enerjisinin olmadığını bildirərək ondan mobil telefonunu istəmişdir. O, mobil telefonun nə üçün lazım olduğunu soruşduğu zaman Rəhman qonşuluqda yaşayan Nicatın mobil telefonunu satdığını, onunla danışaraq telefonu almaq istədiyini bildirmişdir. O, etiraz etməyərək mobil telefonunu Rəhmana vermişdir. Rəhman kənara çəkilərək ona məxsus mobil telefonla Nicata zəng etmiş və onunla danışdıqdan sonra yenidən yanlarına qayıtmışdır. Yanına gəldikdən sonra Rəhman Nicatın Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən 22 saylı orta məktəbin yaxınlığında gözlədiyini demiş və birlikdə gedərək mobil telefon aparatını ondan almağı xahiş etmişdir. İsmayıl və o Rəhmanla razılaşmış və 22 saylı orta məktəbin yaxınlığına getmişlər. Məktəbin yanına çatmaqlarına az qalmış o, Nicatla görüşmək istəmədiyini bildirərək kənarda dayanmış və Rəhmanla, İsmayıla özlərinin gedərək telefonu alaraq gəlmələrini bildirmişdir. Rəhmanla İsmayıl onunla razılaşmış və Nicatla görüşməyə getmişlər. Onlar getdiyi zaman Rəhman ondan mobil telefonunun onda qalmasını xahiş edərək qayıtdıqdan sonra qaytaracağını demişdir. O, Rəhmanla razılaşmış və heç bir problemin olmadığını demişdir. Bundan sonra X1 görüşməyə getmişlər. Bir neçə dəqiqə sonra Rəhmanla İsmayılın oradan qaçaraq getdiklərini, Nicatın isə onların arxaları ilə qaçdığını görmüşdür. Ancaq o, qaçmayaraq olduğu yerdə dayanmış və bu zaman Nicat ona yaxlınlaşmışıdr. Nicatdan nə baş verdiyini soruşduğu zaman o, Rəhmanın onu aldadaraq qaçdığını demişdir. Bundan sonra o, oradan çıxaraq yaşadığı evə gəlmiş və evdən öz mobil telefonuna zəng etmişdir. Rəhman telefona cavab vermiş və ondan harada olduqlarını soruşmuşdur. Rəhman isə yaşadıqları məhləyə çatdıqlarını bildirmişdir. O, evdən çıxmış və Rəhmanla görüşərək ondan mobil telefonunu götürmüşdür. Mobil telefonunu götürdüyü zaman Rəhmandan nə üçün qaçdığını soruşmuşdur. Bu zaman Nicat İsmayıldan götürdüyü, üzərində “etibarsız” sözü yazılmış 100 manatlıq əskinası verərək Nicatdan telefonu aldığını, lakin Nicatın verdiyi pulun saxta olduğunu başa düşdüyü üçün oradan qaçdığını demişdir. O, Rəhmana düzgün etmədiyini, Nicatın şikayət edərək problem yaradacağını bildirmişdir. 21 iyun 2022-ci il tarixində Sabunçu RPİ-nin 14cü PB-nin əməkdaşlarının onu, Rəhmanı və İsmayılı axtardığını eşitmiş və onları da götürərək bölməyə getmişdir. Bölmədə Rəhman mobil telefon aparatını təqdim etmiş, eyni zamanda törətdiyi əməli etiraf etmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan 21 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 91-93-cü vərəqələrində olan 23 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 95-97-ci vərəqələrində olan 23 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 9/5653 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, SM-A600F/DS (Galaxy A6 2018) model, qara rəngli mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarınm olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayın olan orta bazar qiyməti təxminən 120,0 manat müəyyən edilir. Cinayət işinin 128-130-cu vərəqəsində olan 29 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 130-137-ci vərəqəsində olan 29 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı, SM-A600F/DS (Galaxy A6 2018) model, qara rəngli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs Sahib oğluna qaytarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Sahib oğluna vurulmuş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 107-18-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 06 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun özgənin əmlakını açıq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı, SM- A600F/DS (Galaxy A6 2018) model, qara rəngli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs Sahib oğluna qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı, SM-A600F/DS (Galaxy A6 2018) model, qara rəngli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs Sahib oğluna qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-170/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-170/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver