Məhkəmə qərarları › İş №1(008)-170/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-170/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-170/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri,ünvan 3 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nın Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 27,49 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq Bakı şəhəri, ünvan 4 ünvanın yaxınlığınadək daşımış, xx.xx.2024-cü ıl tarixdə saat 19:40-da Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq ünvan 6rləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərmə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,39 qram, 4,47 qram, 4,48 qram, 4,55 qram, 4, 59 qram və 5,0 l qram, cəmi təmiz çəkiləri 27,49 qram, 6 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasiln qurudulmuş marixuana və əynindəki gödəkçəsinin cibindən üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 30 oktyabr 2024-cü il tarixdə 200 manat müqabilində İran İslam Respublikası vətəndaşından öz isifadəsi üçün narkotik vasitə marixuana almışdır. Belə ki, o, 3-4 ildir ki, marixuanadan istifadə edir. Daha sonra tanıdığı, hazırda adını çəkmək istəmədiyi bir şəxsin avtomobilinə əyləşərək aldığı narkotik vasitələri palyara bölərək kibrit qutularına yığmışdır. Həmin narkotik vasitəni satmaq üçün deyil, gündəlik istifadə üçün kibrit qutularına yığmışdır. Sonra piyada evə doğru gedərkən evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə aparılmışdır. Orada ona elektron tərəzi təqdim edilmiş və həmin tərəzinin də özünə məxsus olduğunu bildirməsi söylənilmişdir. O, imtina etdikdə onun bədəninə gödəkçənin üzərindən bir neçə zərbə vurmuşlar, lakin hər hansı xəsarət izi qalmamışdır. Bundan sonra o, videoçəkiliş zamanı elektron tərəzini də çıxararaq özünə məxsus olduğunu və narkotik vasitələri satan zaman istifadə etdiyini bildirmişdir. Əslində həmin tərəzi ona məxsus olmamış və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ıl tarixdə icraatına qərəzsiz mənbədən daxil olmuş məlumatdan görünürdü ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması, daşınması və satışı, həmçinin vətəndaşların əmlakının oğurlanması ilə məşqul olur. Bu barədə xidmət apardığı Sabunçu RPİ 14-cü PŞ-nin rəhbərliyinə raportla məruzə etmiş və PŞ-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 30 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 19 40 radələrində ünvan 4 ünvanın yaxınlığında onun və 14-cü PŞnin əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə saxlanılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs ünvan 8 ünvanda yerləşən Sabunçu RPİ 14-cü PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 14-cü PŞ-yə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 14-cü PŞnin təhqiqatçısı Müsəllim Müsəllimova tapşırılmışdır. Təqsirləndirilən şəxs PŞ-yə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan ona təhqiqatçı Müsəllim Müsəllimov tərəfindən hüquqları izah olunmuş, özünün siyahıdan seçdiyi Müdafiəçilə təmin edilmişdir. Təqsirləndirilən şəxs öz təiəbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan 14-cü PŞ-nin inzibatı binasında X1 xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən baş təhqiqatçı Müsəllim Müsəllimov saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 3 ədəd və sağ yan cibindən 3 ədəd, cəmi 6 ədəd kibrit qutusunu, həmçinin gödəkçəsinin sağ yan cibindən elektron tərəzini çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra 14-cü PŞ-nin əməkdaşlau tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Baş təhqiqatçı Müsəllim Müsəllimov saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qutuların içərisində nə olmasını soruşmuş, sonuncu “nəşə”, yəni marixuana olduğunu bildirmiş, demişdir ki, 2 ildir narkotik tərkibli maddələrdən istifadə edir, həmin kibrit qutularındakı marixuananı İran İslam Respublikasının vətəndaşından satmas.ı üçün 200 manat müqabilində almış, üzərindən aşkar edilmiş elektron tərəzim isə satış uçun hazırladığı narkotik tərkibli maddələri çəkirmiş. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir kı, avtomobili yoxdur və yaşadığı evində narkotik tərkibli maddələr saxlamır, lakin evində axtarış aparılmasına etiraz etmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd kibrit qutuları açılarkən içərisindən ot kütlələri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi 6 ədəd kibrit qutuları onun və həmkarı Şahid2, həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulmuş, elektron tərəzi isə digər zərfdə qablaşdırılaraq möhürlənmişlər. Təqsirləndirilən şəxs, o, və əməliyyat müvəkkili Şahid2 həmin zərfləri imzalamışlar. Bu barədə protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolu imzalamışlar. Bundan sonra, saxlanılan Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı ünvan 10 ünvanda yerləşən evində axtarış aparılmış, lakin ış üçün əhəmiyyət kəsb edən qanunsuz əşya aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəməbioloji ekspertizasının rəyindən sonra məlum olmuşdur ki, həmin bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Şahid Sabunçu RPİ 14-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verilmiş ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 3 ədəd və sağ yan cibindən 3 ədəd, cəmi 6 ədəd kibrit qutusunu, həmçinin gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymuş, 14-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heç nə aşkar edilməmiş, suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş qutuların içərisindəki “nəşə”dir, yəni narkotik vasitə marixuanadır, 2 ildir ki, narkotik tərkibli maddələrdən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından satması və istifadəsi üçün 200 manata əldə etmişdir, üzərində olan tərəzini isə satdığı narkotik tərkibli maddələri çəkməsi və bükümlərdə qablaşdırması üçün gəzdirir (i.v. 27-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli, 7/1803 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 6 (altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4.59 qram; 4,48 qram; 4,55 qram; 4,47 qram; 4,39 qram; 5,01 qram, ümumi çəkisi 27,49 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Şeydabəyov” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitənin marixuananın hissəcikləri vardır. Həmin hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı (i.v.37-41). “Maddi sübut kimi tanıma haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 27,49 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqata cəmi 0,12 qram sərf edildikdən sonra qalıq çəki 27,37 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (i.v.80-81). “"xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” 26 dekabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrədən, 30 aprel 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində SMS-lə narkotik tərkibli maddələrin satışını həyata keçirmişdir. Aşağıda həmin yazışmaların bir qismi göstərilmişdir;19 iyun 2024-cü il, saat 19:32:22 ***-***-**-**-***- ***-**-** “Məniynən indi görüşmüyənin hər şeyini (söyüş) sənin bariqa ağzıvı (söyüş)”; 19 iyun 2024-cü il, saat 19:34:58-***-***-**-**-***-***-**-** “Bariqa (söyüş) hardasan (söyüş) sənin olmuyan kişiliyini sən (söyüş) ama sənnən qeyrətdidi çay içdiyi çörək yediyi yerə (söyüş) eləmədi səni (söyüş) eliyəcəm məniynən indi görüşmüyən (söyüş)” 30 avqust 2024-cü il, saat 00:54:59- ***-***-**-**-***-***-**-** ”Qaqa çatanda deyərsən çıxacam qabağına 8 manat pul atacam kartına nəsə eləmək olar? (i.v.176- 180). “Maddi sübut kimi tanıma haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən götürülmüş məlumatlarn köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.121). Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 7330 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.185-186). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan SMS-lər və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək özünü AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-cı ildən narkotik alüdəçisidir, narkotikdən çox istifadə etdiyindən narkotik tapa bilmədikdə və ya gec tapdıqda dözülməz ağrıları olur. Son dövürlər isə narkotik istifadəsini daha da artırmış, lakin heç bır yerdə işləmədiyindən narkotikə pul çatdıra bilmirmiş. Belə ki, gün ərzində 20-30 manat, ay ərzində isə 1 000 manatadək narkotikinə pul lazım olur, o, isə həmin pulu tapa bilmirmiş, ağrıları isə onu dözülməz hala salırmış. Odur ki, qərara gəlmişdir ki, narkotikin satışı ilo məşqul olsun, ən azından istifadə etdiyi narkotikin pulunu çıxa bilsin. Ən çox gəlir marixuanada olurmuş, marixuananın 1 kibrit qutusunu 70 manata rahat sata bilirmiş, belə ki. marixuananı pullu müştərilər istifadə edirlər deyə marixuananın pulunu nağd şəkildə verirmişlər. Bu səbəbdən təxminə 2024-cü ilin iyul ayında marixuan satışına başlamışdır. Marixuananı Bakı şəhərinin müxtəlif ərazilərindən alırmış, çox aldığından ona ucuz başa gəlirmiş. Əldə etdiyi gəlirini özünün istifadəsi üçün narkotik tərkibli maddələrə verirmiş. Təxminən 2024-cü ilin avqust ayının sonlarında adını demək istəmədiyi tanışları ona özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin iran islam Respublikasına aid telefon nömrəsini verərək bildirmişlər ki, həmin şəxsdə təmiz narkotik olur, çox alarsa ona ucuz qiymətə satar, qiymətdə xeyli fərq edər. Tanışları izah etmişlər kı. əvvəlcədən “WhatsApp” proqramı vasitəsi ilə danışıb pulu kartına ödədikdən sonra sifariş verdiyi narkotik tərkibli maddəni Bakı şəhərinin müxtəlif yerlərinə qoyur, o. isə həmin yerdən götürür. Ona bildirmişlər ki, sınanmış şəxsdir, heç vaxt aldatmır və polisə satmır. Qeyd olunan ərəfədə tanışlarının ona verdiyi nömrəni yığıb iran ləhcəsi ilə danışan şəxsə marixuana lazım olduğunu demiş, sonuncu təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxtdan başlayaraq bir neçə dəfə həmin şəxsin hazırda xatırlamadığı kartına pul köçürmüş, əvəzində İran İslam Respublikasının vətəndaşının ona dediyi yerdən marixuana götürmüşdür. Həmin şəxs marixuananın 1 kiloqramını 7 000 manata satırmış. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində marixuana satışından əldə etdiyi 200 manatla marixuana alması üçün həmin İran İslam Respublikası vətəndaşına 30 qram marixuana lazım olduğunu deyib kart hesabına 200 manat pul köçürmüşdür. Həmin tarixdə saat 12 radələrində həmin şəxs ona Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Aygün Sity” ticarət mərkəzinin yaxınlığındakı yerin konumunu göndərmişdir. O, həmin yerdən 1 ədəd şəffaf sellofan bükümdə marixuana götürmüşdür. Həmin 30 qram marixuanada rahat 220 manat gəliri var imiş, belə ki, asanlıqla, içərisində 5 qram olan hər bir kibrit qutusunu 70 manata olmaqla cəmi 420 manata satacaqmış. O, marixuananı şalvarının cibinə qoyaraq oradan uzaqlaşmışdır. Yaşadığı məhəlləyə, yəni ünvan 4 ünvanın yaxınlığına gələrək həmin bükümü açıb sellofanını tullamışdır. Bundan sonra marixuanadan az miqdarda istifadə etmiş, qalan marixuananı özündə olan 6 ədəd kibrit qutusunun hər birinə tərəzidə çəkərək 5 qrama yaxın marixuana doldurmuşdur. Tərəzi və içərisi marixuana ilə dolu 6 ədəd kibrit qutuları cibində olarkən ona sonradan adlarım bildiyi 14-cü PŞ-nın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 yaxınlaşaraq 14-cıı PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun cibində marixuana olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Odur ki, polis əməkdaşlarına əhəmiyyət verməyərək onlardan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları ona yaxınlaşaraq kimliyi barədə soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. O, özü barədə məlumat verdikdən sonra onu Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. O, etiraz etməmiş, düşünmüşdür ki, yolda marixuananı tullayar, lakin polis əməkdaşları buna şərait yaratmamış, birgə 14-cü PŞ-nin inzibati binasına gəlmişlə:. 14-cü PŞ-də ona təhqiqatçı Müsəllim Müsəllimov tərəfindən özünün siyahıdan seçdiyi vəkil Müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmiş, bildirilmişdir kı. vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilışlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən marixuana aşkar olunmasını görsəydi məhkəmədə onu əminliklə müdafiyə etməyəcəydı. X1 xidməti otağında üzərinə videoçəkilişlə baxış keçirilmişdi;. Baxış zamanı təhqiqatçı Müsəllim Müsəllimov vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, o, demişdir ki, etirazı yoxdur. Bundan sonra, 14-cü PŞ-nin baş təhqiqatçısı Müsəllim Müsəllimov üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsim istəmişdir. O, əynində olan qara rəngli şalvarının sol yan cibindən 3 ədəd və sağ yan cibindən 3 ədəd, cəmi 6 ədəd kibrit qutusunu, həmçinin gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzini çıxardaraq masanın üzərinə qoymuşdur. 14-cü PŞ-nin əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir Suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş qutuların içərisindəki "nəşəldir, yəni narkotik vasitə marixuanadır, 2 ildir ki, narkotik tərkibli maddələrdən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə oian marixuananı anket məlumatlarını bilmədiyi iran İslam Respublikasının vətəndaşından satması və istifadəsi üçün 200 manata almış, üzərində olan tərəzini isə satdığı narkotik tərkibli maddələri çəkərək bükümlərdə qablaşdırması üçün gəzdirir. Daha sonra baş təhqiqatçı Müsəllim Müsəllimov evi və avtomobili barədə soruşmuş, bildirmişdir ki, avtomobili yoxdur, yaşadığı evində narkotik tərkibli maddələr saxlamır və evində axtarış aparılmasına etiraz etmir. Onun üzərindən aşkar edilmiş 6 ədəd kibrit qutuları açılarkən içərisindən ot kütlələri aşkar olunmuşdur. Bas təhqiqatçı Müsəllim Müsəllimov masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi 6 ədəd kibrit qutularını 1 ədəd zərfdə, elektron tərəzini isə digər zərfdə qablaşdıraraq zərfləri C’önü Nəmişdir. O, və polis əməkdaşları zərfləri imzalamışlar. Üzərində aparılan şəxsi axtarışa dair protokol tərtib edilmiş, o, və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolu imzaıan ilə doğruluğunu təsdiqləmişlər. Bundan sonra yaşadığı ünvan 4 ünvanda axtarış aparılmış, lakin evindən qanunsuz heç nə aşkar edilməmişdir. Evində axtarış aparılması barədə də tərtib edilmiş protokolu imzalamışdır. Bununla yanaşı, məhkəmə iclasında iş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan SMS mətnləri səsləndirilərək təqsirləndirilən şəxsdən həmin nömrənin ona məxsus olub-olmamasına dair sual ünvanlandıqda o, ***-***-**- ** mobil nömrənin ona məxsus olduğunu, lakin ona SMS yazan şəxsləri tanımadığını bildirsə də, SMS-lərin mətnlərindən yazan şəxslərin onu məhz narkotik vasitələri satan şəxs kimi tanımaları və ona bu formada müraciət etmələri açıq-aydın görünməkdədir. Bununla yanaşı, təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin paylara bölünməklə kibrit qutularında qablaşdırılmış vəziyyətdə olması, üzərindən üstündə marixuana izləri olan elektron tərəzinin aşkar edilməsi onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardan biridir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün aldıqdan sonra adını çəkmək istəmədiyi şəxsin avtomobilində gələcəkdə özünün istifadə etməsi üçün paylara ayıraraq kibrit qutularına yığdığını bildirsə də, məhkəmə narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edən və əldə etdikdən sonra evinə gedən şəxsin (təqsirləndirilən şəxs özü məhkəmə iclasında narkotik vasitəni əldə etdikdən sonra evə doğru gedərkən evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir) həmin narkotik vasitəni rahat şəkildə evdə paylara ayırmaq imkanı olduğu halda aldıqdan dərhal sonra guya kiminsə avtomobilində öz istifadəsi məqsədi ilə paylara ayırmasını inandırıcı və məntiqli hesab etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi elektron tərəzinin ona məxsus olmadığını bildirsə də, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 3 ədəd və sağ yan cibindən 3 ədəd, cəmi 6 ədəd kibrit qutusunu, həmçinin gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymuş, ona verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından satması və istifadəsi üçün 200 manata əldə etdiyini, üzərində olan tərəzini isə satdığı narkotik tərkibli maddələri çəkməsi və bükümlərdə qablaşdırması üçün gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döyərək təzyiq göstərdiklərini, bu səbəbdən şəxsin axtarış və götürmə zamanı elektron tərəzinin ona məxsus olmasını və narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirdiyini göstərsə də, məhkəmə iclasında verilmiş suala cavab olaraq ona zərbələr gödəkçənin üstündən vurulduğundan bədənində hər hansı xəsarət izinin olmadığını, polis bölməsində qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, bunun səbəbini özünün də bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqanlara müraciət etməmiş, bədənində hər hansı xəsarətin olmadığını bildirmiş və ümumi sözlərlə polis bölməsində fiziki təsirə məruz qaldığını iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, şahid ifadələrini, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin paylara bölünərək ayrı-ayrı kibrit qutularında olmasını, üzərindən aşkar edilmiş elektron tərəzidə marixuana izlərinin olmasını, onun istifadəsində olan mobil nömrəyə daxil olan SMS mətnlərini nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin polis bölməsində təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdə, saat 19:40-dan tutulmuş hesab edilmişdir (i.v.24). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 4(008)- 676/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.73-75). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 iyun 2020-ci il tarixdə cəza müddəti bitmişdir (i.v.211-212). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 4(008)- 29/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla 18 fevral 2025-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 27,37 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar