Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-171/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Azercell” telefon mağazasının alçıpan divarını və plastik pəncərəsini sındırıb içəri qanunsuz daxil olmaqla oradan 02 ədəd 500 manat dəyərində olan “Samsung A50” markalı mobil telefonu, 01 ədəd 240 manat dəyərində “Samsung A10” markalı mobil telefonu, 01 ədəd 90 manat dəyərində “Samsung J330” markalı mobil telefonu, 01 ədəd 150 manat dəyərində “Samsung A500” markalı mobil telefonu, 01 ədəd 100 manat dəyərində “HTC” markalı mobil telefonu, 01 ədəd 180 manat dəyərində “İphone 6S” markalı mobil telefonu, 01 ədəd 120 manat dəyərində “Samsung A510” markalı mobil telefonu, 01 ədəd 20 manat dəyərində “Samsung3752” markalı mobil telefonu, 01 ədəd 60 manat dəyərində “Nokia 6700” markalı mobil telefonu, 01 ədəd 80 manat dəyərində “Nokia 525” markalı mobil telefonu, 01 ədəd 80 manat dəyərində “İphone 5S" markalı mobil telefonu, 01 ədəd 30 manat dəyərində “Nokia 1200” markalı mobil telefonu, 01 ədəd 20 manat dəyərində “Nokia 1200” markalı mobil telefonu, 01 ədəd 250 manat dəyərində “Redmı Note 10” markalı mobil telefonu, 01 ədəd 150 manat dəyərində “Samsung P5200" markalı tablet və ümumilikdə 1500 manat dəyərində telefon ehtiyat hissələrini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3570 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Aqil” marketə plastik nəfəslik pəncərəsini açaraq içəri qanunsuz daxil olmaqla oradan 10 blok, hər biri 40 manat olmaqla, ümumi dəyəri 400 manat olan, ağ rəngli “Davidoff Slime” markalı siqaret qutularını, 8 blok, hər biri 50 manat olmaqla, ümumi dəyəri 400 manat olan, ağ rəngli “Sobranie” markalı siqaret qutularını, 10 blok, hər biri 40 manat olmaqla, ümumi dəyəri 400 manat olan qara rəngli, “Kent 4” markalı siqaret qutularını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1.200 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, ünvan 8vanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya plastik qapısını sıxıb açaraq içəri qanunsuz daxil olmaqla oradan 7 blok, hər biri 50 manat olmaqla, ümumi dəyəri 350 manat olan, göy rəngli “Sobranie” markalı siqaret qutularını, 7 blok, hər biri 50 manat olmaqla, ümumi dəyəri 350 manat olan, ağ rəngli “Sobranie” markalı siqaret qutularını, 5 blok, hər biri 40 manat olmaqla, ümumi dəyəri 200 manat olan qara rəngli, “Kent 4” markalı siqaret qutularının və 50 manat dəyərində xırda pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 950 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətməyə görə məhkum olunmuş, amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. 09 aprel 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə piyada gedərkən “Azercell” mağazasını görmüş, həmin mağazada olan telefonları oğurlamaq qərarına gəlmişdir. O, ətrafı müşahidə edərək heç kimin olmadığını dəqiqləşdirdikdən sonra mağazanın yan tərəfinə keçərək, mağazada olan müşahidə kameralarında üzünü görünməməsi üçün tibbi maska taxmış, başında olan kepka papağı üzünə doğru endirmişdir. O, telefon mağazasının divarının alçıpanla bağlanmasını görüb, həmin alçıpanı özündə olan vintaçan alətlə sındırmağa başlamış, özünün keçə biləcəyi qədər dəlik açdıqdan sonra dükana daxil olub orada olan telefon və telefon aksesuarlarını torbaya yığaraq mağazadan çıxmışdır. O, səhər saatlarında “28 May” metrostansiyası yaxınlığına gedərək oğurladığı telefon və telefon aksesuarlarını ümumilikdə 400 manat əvvəllər tanımadığı türk vətəndaşına özünə məxsus olduğunu bildirərək satmışdır. O, sata bilmədiyi telefon aksesuarlarını hal-hazırda dəqiq xatırlamdığı yerdə atmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 18 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində olarkən “Aqil” adlı market görərək oradan oğurluq etməyi qərara almış, bu məqsədlə, plastik nəfəslik pəncərəsini açaraq içəri qanunsuz daxil olmuş, marketə quraşdırılmış müşahidə kamerasını söndürdükdən sonra orada müxtəli markalı siqaretləri sellofana yığaraq oradan uzaqlaşmış, daha sonra, oğurladığı siqaretləri Sabunçu rayonu ərazisində müxtəlif şəxslərə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 05 iyul 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində olan zaman Bakıxanov ticarət mərkəzinə gedən yol tərəfdə ərzaq mağazasının qapılarının bağlı olduğunu görərək oradan oğurluq etməyi qərara almış, saat 02:00 radələrində həmin ərzaq mağazasına yaxınlaşaraq qapının giriş hisəsini özüylə gətirdiyi vintaçan alətlə açıb içəri daxil olaraq, orada olan müxtəlif siqaretləri sellofan torbaya yığmış, daha sonra orada olan qəpikləri götürüb həmin mağazanı tərk etmişdir. O, oğurladığı siqaretləri Sabunçu rayonu ərazisində müxtəlif şəxslərə sataraq ümumilikdə 250 manat pul əldə etmiş, oradan oğurladığı qəpikləri saydığı zaman ümumilikdə 6 manat olduğunu görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 2 ünvanında yerləşən “Azercell” telefon mağazasını icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Azercell” telefon mağazasına getdiyi zaman, mağazanın şüşəsinin sındırıldığını, şüşənin arxasında olan alçalanı kiçik hissələrə bölündüyünü və orada olan mobil telefon və aksesuarlarının oğurlandığını aşkar etmişdir. O, mağazaya baxış keçirdikdən sonra, mağazadan 02 ədəd 500 manat dəyərində olan “Samsung A50” markalı mobil telefonun, 01 ədəd 240 manat dəyərində “Samsung A10” markalı mobil telefonun, 01 ədəd 90 manat dəyərində “Samsung J330” markalı mobil telefonun, 01 ədəd 150 manat dəyərində “Samsung A500” markalı mobil telefonun, 01 ədəd 100 manat dəyərində “HTC” markalı mobil telefonun, 01 ədəd 180 manat dəyərində “İphone 6S” markalı mobil telefonun, 01 ədəd 120 manat dəyərində “Samsung A510” markalı mobil telefonun, 01 ədəd 20 manat dəyərində “Samsung3752” markalı mobil telefonun, 01 ədəd 60 manat dəyərində “Nokia 6700” markalı mobil telefonu, 01 ədəd 80 manat dəyərində “Nokia 525” markalı mobil telefonun, 01 ədəd 80 manat dəyərində “İphone 5S" markalı mobil telefonun, 01 ədəd 30 manat dəyərində “Nokia 1200” markalı mobil telefonun, 01 ədəd 20 manat dəyərində “Nokia 1200” markalı mobil telefonun, 01 ədəd 250 manat dəyərində “Redmı Note 10” markalı mobil telefonun, 01 ədəd 150 manat dəyərində “Samsung P5200" markalı tabletin və ümumilikdə 1500 manat dəyərində telefon ehtiyat hissələrinin gizli olaraq talandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 3570 manat dəyərində ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən 25 il ildir ki, ünvan 6 ünvanda yerləşən ərzaq malları mağazasını işlədir. 04 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində mağazanın qapısının kilidini bağlayaraq evə getmiş növbəti gün, yəni, 05 iyul 2022-ci il tarixdə, saat 08:00 radələrində mağazaya gəldiyi zaman naməlum şəxs və ya şəxslərin mağazanın plastik qapısını sıxaraq açıb mağazanın içərisinə daxil olmasını, mağazadan 7 blok, hər biri 50 manat olmaqla, ümumi dəyəri 350 manat olan, göy rəngli “Sobranie” markalı siqaret qutularını, 7 blok, hər biri 50 manat olmaqla, ümumi dəyəri 350 manat olan, ağ rəngli “Sobranie” markalı siqaret qutularını, 5 blok, hər biri 40 manat olmaqla, ümumi dəyəri 200 manat olan qara rəngli, “Kent 4” markalı siqaret qutularının, kassada olan 50 manat xırda pulların oğurlandığını aşkar etmişdir. O, DİNin “102” xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermiş, daha sonra, Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 950 manat dəyərində ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2010-cu ildən etibarən ünvan 7 ünvanda yerləşən “Aqil” marketi işlədir. 17 aprel 2022-ci il tarixdə, saat 23:50 radələrində marketi bağlayıb yaşadığı evə getmiş, 18 aprel 2022-ci il tarixdə, saat 07:50 radələrində marketə gələrək qapını açıb içəri daxil olmuş, kassaya yaxınlaşarkən müxtəlif növ siqaretlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, mağazanın videomüşahidə kameralarının monitorunun sındırıldığını aşkar etmişdir. O, mağazaya baxış keçirdiyi zaman oradan10 blok, hər biri 40 manat olmaqla, ümumi dəyəri 400 manat olan, ağ rəngli “Davidoff Slime” markalı siqaret qutularını, 8 blok, hər biri 50 manat olmaqla, ümumi dəyəri 400 manat olan, ağ rəngli “Sobranie” markalı siqaret qutularını, 10 blok, hər biri 40 manat olmaqla, ümumi dəyəri 400 manat olan qara rəngli, “Kent 4” markalı siqaret qutularının oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1200 manat dəyərində ziyan dəymişdir. Cinayət işinin 37-ci vərəqəsində olan 03 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 123-124-cü vərəqəsində olan 04 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, ünvan 2 ünvanında yerləşən “Azercell” telefon mağazasından, ünvan 3 ünvanında yerləşən “Aqil” marketdən, Sabunçu rayonu, ünvan 8vanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazadan edilmiş oğurluqlarla bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 155-160-cı vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 641/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 210-222-ci vərəqələrində olan Bakı şəhəri Qaradğ Rayon Məhkəməsinin 1(002)-82/2020 saylı, 20 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin 223-226-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-110/2021 saylı, 18 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 239-247-ci vərəqəsində olan 10 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, içərisində 04 ədəd videogörüntü olan 1 ədəd flaşkart iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 167-168-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrarən talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində olan ərzaq mağazasından oğurladığı qəpikləri saydığı zaman ümumilikdə 6 manat olduğunu......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi əməli etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “amnistiya” qərarının 2.4-cü bəndinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edildiyi üçün məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 03 avqust 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut içərisində 04 ədəd videogörüntü olan 1 ədəd flaşkart cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, içərisində 04 ədəd videogörüntü olan 1 ədəd flaşkart cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-171/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-171/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver