Məhkəmə qərarları › İş №1(008)-172/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-172/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-172/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, X1katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il saat 18 radələrində Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni sürücülük hüququ olmadan alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etdiyi “BMV” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “SNQ” kafesi istiqamətindən 90 saylı məktəb istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun hərəkət hissəsinə bitişik səkinin üzərində “1001” Xırdavat adlanan mağazanın qarşısında saxlamaq istəmiş, lakin tormoz əyləcinin əvəzinə qaz əyləcini basaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməməklə yol hərəkəti qaydalarını pozub, həmin vaxtı səkinin üzərində hərəkətsiz vəziyyətdə dayanan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və onun bu ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs hər iki baldır sümüklərinin açıq qəlpəli sınıqları, sol said və sol baldır nahiyələrinin əzilmiş-cırılmış yaralarından ibarət ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, tanışı Şahid məxsus “BMW” markalı, **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Belə ki, xx.xx.2019-cu il saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “SNQ” kafesindən idarə etdiyi nəqliyyat vasitəsinin sahibi Şahidla birlikdə çıxaraq Ramana qəsəbəsində 90 saylı məktəbin yaxınlığında yerləşən aptekə getmişlər. Aptekin qarşısına çatdıqda avtomobili səkinin üzərində saxlamaq qərarına gəlmişdir. Bu məqsədlə səkinin üzərinə çıxan zaman səkinin üzərində digər bir avtomobil olduğunu görmüşdür. Həmin anda yanında sərnişin qismində oturan Əbdüləhəd qarşıda piyada olduğunu və avtomobili saxlamağını bildirmişdir. O, özünü itirərək əyləc pedalının əvəzinə qaz pedalını basmış və nəticədə həmin piyadanı vurmuşdur. Dərhal avtomobildən enərək xəsarət almış piyadaya köməklik göstərmiş, daha sonra hadisə yerinə təcili tibbi yardım çağırılmış və piyada 3 saylı ŞKX-na aparılmışdır. Əməlindən səmimi peşmanlır, zərərçəkmiş şəxslə barışmış, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxsməhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət, tələbinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində idarə etdiyi “Ford” markalı **-KS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “1001” xırdavat adlanan tikinti materiallarının qarşısında saxlamış və avtomobilin yük yerindən yük götürmək üçün avtomobildən enərək avtomobilin arxasında dayanmışdır. Bu zaman “BMV” markalı avtomobil ani olaraq onu vurmuş və o, həmin avtomobil ilə ona məxsus avtomobilin arasında qalmış, zərbə nəticəsində o, xəsarət almışdır. Onu vuran avtomobilin sürücüsü avtomobildən enərək ona köməklik göstərmiş, bir müddət sonra hadisə yerinə təcili tibbi yardım gələrək onu 3 saylı ŞKX-na aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2019cu il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə Yeni Ramana qəsəbəsində yerləşən “SNQ” kafesində spirtli içki qəbul etdikdən sonra avtomobil ilə aptekə getmək qərarına gəlmişlər. Kafedən çıxdıqdan sonra Tural etibarnamə əsasında idarə etdiyi “BMV” markalı **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün ondan icazə istəmiş, o da etiraz etməyərək qeyd edilən avtomobili idarə etmək üçün Turala vermişdir. xx.xx.2019-cu il saat 18 radələrində Ramana qəsəbəsində yerləşən “SNQ” kafesindən çıxaraq Ramana qəsəbəsində 90 saylı məktəb istiqamətində yerləşən aptekə doğru hərəkət etməyə başlamılar. Aptekin qarşısına çatdıqda Tural avtomobili səkinin üzərində saxlamaq qərarına gəlmişdir. Avtomobil ilə səkinin üzərinə çıxdıqda o, Turala avtomobilin qarşısında qarşıda piyada olduğunu və avtomobili saxlamağım bildirmişdir. Tural həmin anda avtomobili saxlamaq əvəzinə qaz pedalım basmış və nəticədə həmin piyadanı vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı, iş üzrə tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1/3977 saylı nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olub.(i.v. 15) İşdə olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 016- 4653-1220 saylı məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcud deyil və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur.(i.v. 37) İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir. (i.v. 44) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1521 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMV” markalı, **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 45-46) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin, canlı şəxsin ekspertizasının 86 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki baldır sümüklərinin açıq qəlpəli sınıqları, sol said və sol baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomaşının qabarıq hissələrinin təsirindən törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (i.v. 49-51) İşdə materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 47) İşdə materiallarında olan AZE 18406819, 18406818 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. (i.v. 87-88) İşdə materiallarında olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 89-91) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri və Təqsirləndirilən şəxs şəxsiyyətini və məhkəmədə olan davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə cəzanın əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası təhqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384, 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar