Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-173/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi - X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 18, mənzil 68də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 15 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi Mercedes Benz - E 200 minik markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun Socar YDM-si və Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yanından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin tələbləri pozaraq avtomobilin qabaq hissəsi ilə yolu soldan sağa keçmək istəyən piyada Tarusova (Konovalova) Aleksandra Andreyevnanı vurub ona ehtiyatsızlıqdan baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, İ-İİ-İİİ boyun, Xİİ döş və İ-İİ bel fəqərələrinin, sağ körpücük və sağ kürək sümüklərinin, hər ikitərəfli İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ-İX-X qabırğaların müxtəlif anatomik xətlər üzrə yerini dəyişən qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasmda cırılmalar, onurğa beyninə qansızma, ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, hər iki aşağı ətrafın diz oynağı səviyyəsində travmatik amputasiyası, sağ said sümüklərinin açıq qəlpəli sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalara qansızma, başın, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1997-ci ildən avtomobil idarə edir və avtomobil idarə etmək üçün “B” kateqoriyalı AD 153042 seriyalı sürücülük vəsiqəsi var. “Mercedes E 200” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. xx.xx.2020-ci il saat 15:45 radələrində idarə etdiyi “Mercedes E 200” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə arvadı Şahid qabaq sağ oturacaqda, qızı Sadıxova Züleyxa arxa sağ oturacaqda oturmuşdur. Avtombili sol hərəkət zolağı ilə təxminən 110 km/saat sürətlə hərəkət etdirmiş, “Socar” YDM-nin yanından keçəndə qəflətən soldan sağa keçmək istəyən piyada qadın özünü yola atmış və avtomobilinin qabaq orta hissəsinə çırpılmışdır. O, dərhal avtomobili qabaqda saxlayıb enmiş, yerə yıxılmış piyadaya yaxınlaşmış, piyadanın qadın olduğunu və zərbənin təsirindən vəfat etdiyini görmüşdür. Dərhal DİN-nin 102 məlumat xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir-neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş və meyiti hadisə yerindən götürmüşlər. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, mərhum Tarusova (Konovolova) Aleksandra Andreyevna onun qızıdır. Qızı uzun illərdir ki, onunla birlikdə yaşamır, psixi jəhətdən tam sağlam olmamışdır. Sonuncu dəfə 2020-ci ilin may ayında Aleksandra ilə Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin yaxınlığında görüşüb söhbət etmişdir. xx.xx.2020-ci il tarixdə ona bildirilmişdir ki, qızı Aleksandra aeroport şossesi ilə yolu keçərkən avtomobil onu vurmuş və nəticədə hadisə yerində ölmüşdür. O, dərhal meyitxanaya gedib orada qızı Tarusova (Konovolova) Aleksandra Andreyevnanı tanımışdır. Təqsirləndirilən şəxs tərəfindən dəfn və yas mərasimi xərcləri ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2020-ci il saat təxminən 15:45 radələrində Yalçının idarə etdiyi “Mercedes E200” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt avtomobildə özü qabaq sağ oturacaqda, qızı Sadıxova Züleyxa arxa sağ oturacaqda oturmuşdur. Avtombil yolun sol hərəkət zolağı ilə hərəkətdə olmuş, “Socar” YDM-nin yanından keçərkən qəflətən soldan sağa keçmək istəyən piyada qadın özünü yola atmış və avtomobilin qabaq orta hissəsinə çırpılmışdır. Yalçın dərhal avtomobili qabaqda saxlamış və birlikdə avtomobildən enərək piyadaya yaxınlaşmış, piyadanın yerdə uzanıqlı vəziyyətdə olduğunu və vəfat etdiyini görmüşlər. Dərhal polisə zəng vuraraq hadisə barədə məlumat vermişlər. Bir-neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş və meyit hadisə yerindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 92-96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X5 Sabunçu Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 141 saylı ekspert rəyindən görünür ki, mərhum Tarusova (Konovalova) Aleksandra Andreyevnanın meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, İ-İİ-İİİ boyun, Xİİ döş və İ-İİ bel fəqərələrinin, sağ körpücük və sağ kürək sümüklərinin, hər ikitərəfli İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların müxtəlif anatomik xətlər üzrə yerini dəyişən qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasında cırılmalar, onurğa beyninə qansızma, ağciyərlərin, qaraciyərin və dalağın əzilmişcırılmış yaraları, hər iki aşağı ətrafın diz oynağı səviyyəsində travmatik amputasiyası, sağ said sümüklərinin açıq qəlpəli sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalara qansızma, başın, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub A.A. Tarusovanm (Konovalova) ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Tarusova (Konovalova) Aleksandra Andreyevnanın ölümünə səbəb, aldığı çoxsaylı xəsarətlərlə əlaqədar ağır dərəcəli travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Tarusova (Konovalova) Aleksandra Andreyevnanın meyitindən götürülmüş qanda 3,23 % 0 qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə Güclü dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmişdir. Cinayət işinin 80-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 8/1878 saylı rəyindən görünür ki, Mercedes Benz E 200 markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 83-cü vərəqəsində olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AD 153042 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 100-cü vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan AZE 12526334 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-173/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-173/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver