Məhkəmə qərarları › İş №1(008)-173/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-173/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-173/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs4 iştirakı ilə xx xxxxxxxx 1996-cı il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmuş, Goranboy rayonu, Nadirkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 20 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 1 ünvanın qarşısında olan 1.750 manat dəyərində bir ədəd «Tufan» markalı, «M50» modelli mopedi gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1.750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 mart 2023-cü il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 206 K ünvanda yerləşən fərdi həyət evinin həyətyanı sahəsinə qapıdan qanunsuz daxil olub, saxlanc yeri hesab edilən həmin evin həyətyanı sahəsində saxlanılan 1.850 manat dəyərində bir ədəd «Tufan» markalı, «M50» modelli mopedi gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 1.850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 iyun 2023-cü il tarixdə, saat 14:00 radələrində X2 yaşadığı ünvan 2 ünvanın qarşısında olan 2.500 manat dəyərində bir ədəd «Tufan» markalı «50S» modelli mopedi, 300 manat dəyərində bir ədəd mopedin idarə olunması üçün qoruyucu kaskanı və mopedin çantasında olan 1.286 manat pulu gizli olaraq talayıb zərəçəkmiş şəxs K.N.Həsənpura 4.086 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını talama məqsədi ilə 18 avqust 2023-cü il tarixdə, saat 13:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi həyət evinin qapısının kilidinin açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub, yaşayış sahəsi hesab edilən həmin evin dəhlizində olan 1.200 manat dəyərində bir ədəd «Urban» markalı skuteri gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmamışdır. Günlərin bir günü 10 yaşlı bacısı ondan skuter istəmişdir. Lakin onu almaq üçün onun maddi imkanı olmamışdır. 18 avqust 2023-cü il tarixdə, günorta vaxtı ünvan 3 ünvanın yanından keçərkən evin qapısının açıq olduğunu görmüşdür. Qapının yanında içəri hissədə iki ədəd skuterin olduğunu görmüşdür. Azyaşlı bacısı da ondan skuter istədiyi üçün, onun da həmin şəxsin arzusunu yerinə yetirmək üçün maddi imkanı olmadığına görə həmin skuterləri oğurlamaq qərarına gəlmişdir. Evin girişində heç kimin olmadığından istifadə edərək həmin sözü gedən skuterləri oğurlayaraq aparmışdır. Həmin skuterləri yaşadığı evə aparmışdır. Skuterin birini azyaşlı bacısına vermiş, digərini isə Bərdə rayonunda yaşayan bacısının həyat yoldaşına öz övladlarına vermək üçün göndərmişdir. Baş vermiş oğurluq hadisəsini 18 avqust 2023-cü il tarixdə, günorta saat 13:00 radələrində ünvan 3 ünvanda törətmişdir. 2016-cı il tarixdən 2018-ci il tarix müddətədək valideyinləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazidində «Montin» adlandırılan hissəsində kirayə yaşamışdır. Bu səbəbdən o ərazini yaxşı tanıyır. Bu səbəbdən də o 10 iyun 2023-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Montin» adlandırılan hissəsində olduğu zaman ünvan 4 ünvanın qarşısından piyada olaraq saat 14:00 radələrində keçərkən həmin ünvanda gözünə nəzarətsiz olaraq heç bir yerə bərkidilməmiş mobedin saxlanıldığı dəymiş və onun həmin an pula ehtiyacı olduğu səbəbindən o an həmin mopedin oğurlanmasına qərar vermişdir. Bu səbəbdən həmin mopedə yaxınlaşaraq ətrafda heç kimin olmamasından istifadə edərək əli ilə həmin mopedi sürərərək ordan uzaqlaşmışdır. Mopedi işə salan açarı üzərində olmadığı üçün əli ilə sürərək oğurluq hadisəsini törətmişdir. O mopedi təxminən Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Montin» adlandırılan hissəsinin çıxışına qədər əli ilə sürmüş bundan sonra yolun kənarında yük daşıyan «Ford» markalı avtomobil dayandığını görüb, həmin avtomobilə yaxınlaşaraq ona məxsus mopedin aparılmasında ona köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını xatırlamadığı «Ford» markalı yük daşıma avtomobilin sürücüsü ilə 15 manat pula razılaşaraq həmin mopedi yaşadığı ünvana yəni ünvan 5ına apararaq məhlədə saxlamışdır. Bundan sonra 14 iyun 2023-cü il tarixdə polis əməkdaşları həmin ünvana gələrək ıııoped ilə onu polis şöbəsinə gətirdilər. Bundan əlavə 10 mart 2023-cü il tarixdə, saat 22:00 radələrində ünvan 6 ünvanın qarşısından keçərkən həmin evin həyətyanı sahəsində nəzarətsiz saxlanılmış moped görmüş və pula ehtiyacı olduğu səbəbindən həmin evin həyətinə daxil olub həmin mopedi oğurlayaraq dərhal oranı tərk etmişdir. Həmin «Tufan M50» markalı mopedi satmaq üçün internete yerləşdirmiş və hal-hazırda xatırlamadığı və tanımadığı şəxsə 500 manata satmışdır. Həmin pullarıda şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan əlavə 20 yanvar 2023-cü il tarixdə, saat 20-21 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kirayə yaşayan dostu Raufun yanına getmişdir. Geri qayıdarkən, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində, dəmir yolu keçidinin yanında yerləşən yaşayış evinin yaxınlığında bir ədəd «Tufan» markalı mopedi görmüş və ətrafda heç kim olmadığı üçün həmin mopedi oğurlamaq qərarına gəlmiş və oğurlamışdır. Növbəti gün mopedi işə salaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmişdir. Mopedin şəklini çəkərək onu satmaq üçün internetə yerləşdirmişdir. Bir neçə saat sonra telefon nömrəsinə zəng gəlmişdir. Adını xatırlamadığı şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Qərib küçəsində görüşərək mopedi ona 500 manata satmışdır. Pullarıda şəxsi ehtiyaclarıma xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kirayə yaşadığı evə özünə məxsus qara rəngli «Tufan» markalı mopedi ilə gələrək həmin ünvanın qarşısında saxlayaraq evə keçmişdir. Həmin gün təxminən 19:45 radələrində işləri səbəbindən yaşadığı evdən çıxıb mopedinə tərəf gedərkən «Tufan» markalı mopedinin yerində olmadığını aşkar etmişdir və ona məlum olmuşdur ki, ona məxsus «Tufan» markalı mopedi naməlum şəxslər tərəfindən oğurladığını başa düşmüşdür. Bu səbəbdən dərhal polisə mürəciət etmişdir. Mopedin oğurlanması nəticəsində ona 1.750 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun yaşadığı ev həyət evi olmaqla iki mərtəbəlidir. Evin giriş hissəsində dəmir qapı olmaqla bağlı vəziyyətdə olur və orada evin dəhlizi yerləşir. Evin dəhlizindən sonra isə pilləkənlə evə qalxmaq olur. Evin dəhlizində azyaşlı övladlarına məxsus olan iki ədəd «Urban» firmasına məxsus olan hər birinin dəyəri 600 manat olan skuter olmuşdur. Həmin skuterləri o, hadisədən təxminən, 5-6 ay əvvəl almışdır. Sonuncu dəfə 18 avqust 2023-cü il tarixdə, saat 12:00 radələrində evdən çıxıb getmiş və evdə adam olduğu üçün evin qapısını bağlamamışdır. Saat təxminən, 14:00 radələrində evə gələn zaman girişdə saxladığı iki ədəd uşaqlarına məxsus skuterlərin oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Moto Plaza» adlı mağazadan «Tufan 50S» markalı mopedi özünün istifadəsi üçün 2.500 manata əldə etmişdir. Həmin mopedi sadəcə özü lazım olarkən istifadə etdiyini bildirmişdir. Ona məxsus «Tufan 50S» markalı mopedinin rəngi ağ və göy rəngdə, arxa təkəri qara rəngli, qabaq təkəridə qara rəngli və yanacaq çəninin hər iki tərəfindən ağ boya ilə «Tufan 50S» sözləri yazılmışdır. Bundan əlavə arxa oturacağın üst hissəsində bir neçə ip qoyulmuşdur və qabaq hissəsində bir neçə ədəd bəzək üçün yapışqanlar yapıştırılmışdır. O özünə məxsus «Tufan 50S» markalı mopedini kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 8A ünvanının qarşısında saxlamışdır. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 13:50 radələrində yaşadığı ünvan 7 ünvanın qarşısında saxlamışdır. Yaşadığı evdə nahar etdikdən sonra təxminən saat 14:20 radələrində çıxdıqda özünə məxsus «Tufan 50S» markalı mopedin yerində olmadığını aşkar edərək oğurladığını başa düşmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə X3 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Moto Plaza» adlı mağazadan «Tufan M 50» markalı mopedi özünün istifadəsi üçün 1.850 manata əldə etmişdir. Həmin mopedi sadəcə özünə lazım olarkən istifadə edirdi. Ona məxsus «Tufan M 50» markalı mopedinin rəngi qara rəngdə, arxa təkəri qara rəngli qırmızı rəsimlərlə, qabaq təkəri qara rəngli və yanacaq çəninin hər iki tərəfindən ağ boya ilə «Tufan M 50» sözləri yazılmışdır. Bundan əlavə arxa oturacağın üst hissəsində bir neçə cızıx var idi. Ona məxsus «Tufan M 50» markalı mopedini yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 206 K ünvanın qarşısında saxlayırdı. 10 mart 2023cü il tarixdə, saat 22:00 radələrində yaşadığı ünvan 8 ünvanın qarşısında saxladığı ona məxsus «Tufan M 50» markalı mopedi yerində olmadığını aşkar edərək oğurladığını başa düşmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə, saat 15-16 radələrində oğlu Bayram evə iki ədəd skuter gətirmiş və onlara həmin skuteri aldığını bildirmişdir. Həmin skuterin ucuz düşdüyünü və ikisinə 80 manat məbləğində pul verdiyini bildirmişdir. Skuterin birini onun balaca qızı Zərifəyə vermişdir. Həmin skuterin digərini isə Bərdə rayonunda yaşan digər qızı Əfsanə Səmədovanm azyaşlı övladma vermək üçün həmin şəxslərə hədiyyə aparmışdır. Belə ki, onun həyat yoldaşı X6 insult xəstəliyindən əziyyət çəkdiyi üçün həmin şəxsi Goranboy rayonuna xəstəxanaya aparan zaman yolüstü qızı Əfsanənin yaşadığı Bərdə rayonundakı evinə qonaq getmiş və qonaq gedən zaman həmin skuterin birini hədiyə olaraq nəvəsinə aparmışdır. Onun həmin skuterlərin oğurluq olması barədə heç bir məlumatı olmamış və oğlu Bayramın həmin skuterləri oğurlaması barədə ona heç bir məlumat verməmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7218 saylı, 04 oktyabr 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarıının əmtəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş skuterlərin 2023-cü ilin sentyabr ayına olan bir ədədinin təzə vəziyyətdə orta bazar qiyməti 170.0 manat təxminən istifadəsinə görə 30% çıxılmaqla 2023-cü ilin sentyabr ayına qalıq qiyməti 119.00 manat iki ədədinin qiyməti isə 238 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2665 saylı, 05 may 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarıının əmtəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, bir ədəd «Tufan M50» markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1.250.0 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4994 saylı, 17 iyul 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarıının əmtəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, bir ədəd «Tufan 50S» markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1.250.0 manat, bir ədəd mopedin idarə olunması üçün qoruyucu kaskanm orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 25.0 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan 23 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimənov Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 22 iyul 2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. 19 yanvar 2021ci ildə cəzasının sonu ilə azad olunmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar;18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə halına və əməli törətmiş şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayətin ictimai təhküləlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret olaraq cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərfli və obyekti araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi kompleks halda qiymətləndirilməlidir. Cinayət işinin materiallarında olan 12 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə, saat 19:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,45). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 57). Təqsirləndirilən şəxsin dindirilməsi 14 sentyabr 2023-cü il tarixdə, saat 13:10 radələrində başlanmış, həmin tarixdə saat 14:05 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu Rayon Prokuroru tərəfindən qəbul edilmiş 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (cild 01, səh.,85). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 14 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,87). Cinayət işinin materiallarında olan 14 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023cü il tarixdə, saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,160). Cinayət işinin materiallarında olan 16 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 01, səh.,256). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Nərimanov Rayon Prokuroru tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (cild 01, səh., 270). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 16 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 02, səh.,01). Cinayət işinin materiallarında olan 30 noyabr 2023-cü il tarixli axtarışdan olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə qismində tutulmuşdur (cild 02, səh.,156). Cinayət işinin materiallarında olan 01 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 02, səh., 162). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)1656/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 noyabr 2023-cü il tarixdən hesablanmaqla 27 yanvar 2024-cü il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir (cild 02, səh.,180). Cinayət işinin materiallarında olan 22 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 02, səh., 216). Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. Cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatma və anlaqlılıq zəruri şərt hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun alternativ cəza ilə islah olunmasının qeyrimümkünlüyünü, alternativ cəzanın cəzanın məqsədinə nail ola bilməməsini, onun törədilmiş əməllərdə təqsirinin olmasın və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixə kimi, 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan hökm qanuni qüvvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar iki ədəd «Urban» markalı skuterin Zərərçəkmiş şəxs1, bir ədəd «Tufan» markalı, «5OS» modelli mopedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iki ədəd DVD və bir ədəd SD diskin cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixə kimi, 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «04» (dörd) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar iki ədəd «Urban» markalı skuterin Zərərçəkmiş şəxs1, bir ədəd «Tufan» markalı, «5OS» modelli mopedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, iki ədəd DVD və bir ədəd SD diskin cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar