Məhkəmə qərarları › İş №1(008)-174/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-174/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-174/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 06 avqust 2022-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi 41 nömrəli binanın həyətində Zərərçəkmiş şəxs içərisində 5 manat dəyərində pul kisəsi, pul kisəsinin içərisində isə 94 manat nağd pul, 10 manat dəyərində «Kapital Bank»a aid bir ədəd plastik kart, 10 manat dəyərində «Kapital Bank»a aid bir ədəd əmək haqqı kartı və 2 manat dəyərində avtobus kartı olan 5 manat dəyərində çantasını əlindən dartıb almaqla açıq talama yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs 126 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə, saat 12:30 radələrində yaşadığı məhəllədə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi 41 nömrəli binanın həyətində dayanaraq vaxt keçirərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs çiynində çanta ilə yoldan ötən görmüşdür. Dostundan aldığı 40 manat borcunu həmin gün ödəməyi boynuna götürdüyündən, Zərərçəkmiş şəxs xırdalamaq adı ilə pul alıb qaytarmamağı düşünmüşdür. Zərərçəkmiş şəxs yanına çağırmış, o da etiraz etmədən ona tərəf gəlmişdir. O, M.Ə. İbrahimovdan 20 manata xırdasının olub-olmamasını soruşmuşdur. Mədət «yoxudur» deyib üzünü çevirərək ondan uzaqlaşmaq istədikdə Mədətə «ver çiynindəki çantana baxım» deyə soruşmuşdur. Mədət «olmaz» demiş, o, Mədətin pul vermədiyini görüb Mədətin çiyninə keçirdiyi çantasını dartaraq əlindən almış və qaçmağa başlamışdır. Mədət ona tərəf gəlməmiş, o, təxminən 20 metr uzaqlaşaraq çantanı açmış, içərisindəki pul kisəsini götürərək çantanı yerə tullayaraq qaçıb oradan uzaqlaşmışdır. O, pul kisəsini açarkən içərisində 94 manat pul, «Kapital Bank»a aid 2 ədəd plastik kartlar, avtobus kartı, M.Ə. İbrahimovun şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, «Araz» marketin bonus kartını və «Covid-19» vaksinasiya üzrə məlumat forması adlanan bildirişi görmüşdür. O, 94 manatı götürərək dərhal dostuna zəng vurub 40 manat borcunu qaytarmış, pul kisəsini içərisindəki sənədlərlə birgə qəbiristanlığın yanından ötərkən oraya tullamışdır ki, kimsə tapıb Mədətin özünə qaytarsın. 11 avqust 2022-ci il tarixdə saxlanılarkən həmin pul kisəsinin yerini göstərərək tulladığı yerdə qalan pul kisəsini polis əməkdaşlarına təhvil vermiş, lakin pulun qalan 54 manatını xərcləmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs pulunu ələ keçirmək olmuşdur. Bank kartına, şəxsiyyət vəsiqəsinə və ya sürücülük vəsiqəsinə ehtiyacı olmamış, odur ki, sənədlərindən istifadə etməmiş və özünə götürməmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Arzuman oğlu ifadəsində göstərmişdir ki, Qusar rayonu, Suvacal kəndində qeydiyyatda olsa da, həmin rayonda iş tapa bilmədiyindən 2021-ci ilin oktyabr ayından Bakı şəhərinə gəlmiş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində nömrəsiz evdə kirayədə yaşayır. «Möcüzə» markefdə satıcı işləyir, 480 manat əmək haqqı alır. Kənddə yay mövsümü, yəni ot biçmək və meyvə yığmaq işləri başlandığından 2022-ci ilin iyul ayında atası onu kəndə çağırmış, o, işdən çıxaraq kəndə getmişdir. Marketlə olan müqavilənin şərtlərinə uyğun olaraq aylıq əmək haqqından depozit kimi 22 manat pul tutulurmuş, işdən çıxdıqdan sonra bir ay ərzində həmin pulu ona ödənməli olmuşdur. 05 avqust 2022-ci il tarixdə kənddə işlərini bitirdiyindən valideyinlərinin yaşadığı Qusar rayonundan Bakı şəhərinə gəlmiş, düşünmüşdür ki, yenidən iş tapıb işləsin. Növbəti gün, yəni 06 avqust 2022-ci il tarixdə, saat 12:30 radələrində «Möcüzə» marketə gedərək hər ay tutulan 22 manatını istəmiş, ona 92 manat nağd pul verilmiş, qalan pulunu «Kapital Bank»ın kartına köçürdəcəklərini bildirmişlər. Çantasındakı pul kisəsində 2 manatı olmuş, üstünə həmin 92 manatı qoyduqdan sonra çantasında 94 manatı cəmlənmişdir. O, marketdən çıxaraq Bakıxanov qəsəbəsində, L.Məmmədbəyli küçəsi, 41 nömrəli binanın birinci mərtəbəsində yerləşən «Kapital Bank»ın Sabunçu filialına getmiş, lakin həftənin altıncı günü olduğundan bank bağlı olmuşdur. 08 avqust 2022-ci il tarixdə öyrənmişdir ki, «Kapital Bank»a aid plastik kartına «Möcüzə» market pulunu köçürməmiş, pulu yalnız 12 avqust 2022-ci il tarixdə köçürmüşlər. Hadisə baş verən gün, yəni 06 avqust 2022-ci il tarixdə «Kapital Bank»a gedərkən 5 manat dəyərində qara rəngli çantasını çiyninə keçirmiş, çantanın içərisində 5 manat dəyərində pul kisəsi, pul kisəsinin içərisində isə 94 manat nağd pulu, 10 manat dəyərində hesabı boş olan «Kapital Bank»a aid bir ədəd plastik kartı, 10 manat dəyərində hesabı boş olan «Kapital Bank»a aid bir ədəd əmək haqqı kartı, 2 manat dəyərində içərisində pul olmayan avtobus kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qiyməti, yəni dəyəri olmayan «Araz» marketin bonus kartı və «Covid-19» vaksinasiyası üzrə məlumat blankı olmuşdur. O, bank tərəfdən qayıdarkən həmin ünvanda, yəni L.Məmmədbəyli küçəsi 41 nömrəli binanın arxa tərəfində dayanan sonradan adını bildiyi Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs onu yanına çağırmış, ondan 20 manata xırdasının olub-olmamasını soruşmuşdur. O, «yoxdur» cavabını vermiş, Təqsirləndirilən şəxs demişdir ki, «ver çiynindəki çantana baxım». O, «olmaz» cavabını bildirmiş, Təqsirləndirilən şəxs qəfildən çiyninə keçirdiyi çantasını dartıb əlinə keçirərək qaçmağa başlamışdır. Ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6001 saylı, 19 sentyabr 2022-ci il tarixli məhkəmə əmtəəşüqnaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd 2021-ci ilin oktyabr ayında mağazadan alınmış, həmin vaxtdan istifadə olunmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan 9.5x16 sm ölçüdə qara rəngli pul kisəsinin dəyəri 5.00 manat və bir ədəd 2021-ci ilin oktyabr ayında mağazadan alınmış, həmin vaxtdan istifadə olunmuş, üzərində «senyunuo» yazısı və kenguru şəkili olan çanta yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 5.00 manat dəyərində müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 çentyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasənsoyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən-soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə növündə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan 11 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh., 33). Cinayət işinin materiallarında olan 13 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuş və ona ittiham elan edilmişdir (səh., 48). Cinayət işinin materiallarında olan 13 avqust 2022-ci il tarixli Bakı şəh., Sabunçu rayon prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 59). Cinayət işinin materiallarında olan 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 62). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)999/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2022-ci il tarixdən hesablanmaqla, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 4(008)999/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı ilə «həbsdə» olması nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «11» aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bir ədəd «Kapital Bank»a məxsus bir ədəd plastik kartın, «Kapital Bank»a məxsus bir ədəd əmək haqqı kartının, avtobus kartının, bonus kartının, məlumat blankanın, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, pul kisəsinin və çantanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdən, 13 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «11» aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Bir ədəd «Kapital Bank»a məxsus bir ədəd plastik kartın, «Kapital Bank»a məxsus bir ədəd əmək haqqı kartının, avtobus kartının, bonus kartının, məlumat blankanın, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, pul kisəsinin və çantanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********20 00207120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 4(008)999/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı ilə «həbsdə» olması nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar