Məhkəmə qərarları › İş №1(008)-174/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-174/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-174/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxx 1985-cı ildə Cəbrayıl rayonu Balyand kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə 09 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, ünvan 4 ünvanın qarşısına gəlib, Təqsirləndirilən şəxs2 ilə birlikdə evin hasarından aşmaq yolu ilə yaşayış yeri hesab olunan həmin evin həyətinə qanunsuz daxil olub evin darvazasının qapsını açıb Təqsirləndirilən şəxs1 evin həyətinə qanunsuz daxil olmaq üçün şərait yaradandan sonra həmin evdə yaşayan Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edib evin terrasında saxlanılan hər biri 40 manat olan ümumi 2200 manat dəyərində 55 ədəd Çin istehsalı “Huawei” markalı, “GPON HG8145V5” modelli ağ rəngli modem aparatları (bir ədəd Çin istehsalı olan, “TOPOW” markalı, “HW-120150E2W” adapter və bir ədəd USB naqili ilə birlikdə) və hər biri 55 manat olan ümumi 550 manat dəyərində 10 ədəd «TV-BOX» aparatları ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 2750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun tanışlarıdır. 2020-ci ildən etibarən Azərbaycan Respublikasında Pandemiya dövrü olduğuna görə işsiz qalmış, müxtəlif ünvanlarda fəhlə olaraq çalışmasına baxmayaraq maddi problemləri yaranmışdır. 2022-ci ilin noyabr ayında yaşadığı evdə olduğu zaman Babaşov Şovqi Oruc oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birindən oğurluq etməyi təklif etmiş, maddi vəziyyəti pis olduğu üçün o, Babaşov Şovqi Oruc oğlunun təklifi ilə razılaşmışdır. 09 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Babaşov Şovqi Oruc oğlu digər tanışları Təqsirləndirilən şəxs2 ilə birlikdə onun yaşadığı evin həyətinə gələrək yenidən ona oğurluq etməyi təklif etmiş, o, Babaşov Şovqi Oruc oğlunun təklifi ilə razılaşmışdır. Onlar birlikdə piyada şəkildə Babaşov Şovqi Oruc oğlunun bildirdiyi ünvana doğru hərəkət etmiş, həmin gün, saat 03 radələrində Bakı şəhəri, ünvan 4 ünvanın qarşısına gəlmişlər. Babaşov Şovqi Oruc oğlu bir neçə gün öncə qeyd olunan evin terrasında çoxlu sayda modem gördüyünü, həmin modemləri götürmək lazım olduğunu bildirmişdir. Onlar ilk öncə ətrafda heç kəsin olmadığını müəyən etmiş, daha sonra o və Təqsirləndirilən şəxs2 hasardan aşaraq həyətə düşmüş, Təqsirləndirilən şəxs2 evin darvazasını açdıqdan sonra Babaşov Şovqi Oruc oğlu da, həyətə daxil olmuşdur. Onlar evə daxil olub evin terrasında saxlanılan 25 ədəd karton qutuda olan modemləri və «TV-BOX» aparatlarını götürüb həyətdən çıxaraq Suraxanı rayonu istiqamətində hərəkət etmişlər. Babaşov Şovqi Oruc oğlu taksi şirkətinə zəng edərək sifariş vermələrinin təhlükəli olduğunu bildirərək taksi fəaliyyəti ilə məşğul olan tanışına zəng etmiş, bir müddət sonra onların olduğu yerə qara rəngli «Vaz 2107» markalı avtomobil gəlmişdir. Onlar oğurladıqları modem qutularını avtomobil yük yerinə yığaraq Suraxanı rayonu ərazisində gəlmiş, taksidən endikdən sonra modemləri öz aralarında hərəyə 8 ədəd olmaqla bölmüşlər. «TV-BOX» aparatlarından 02 ədədini Təqsirləndirilən şəxs2, 01 ədədini Babaşov Şovqi Oruc oğlu götürmüş, həmçinin, o, Babaşov Şovqi Oruc oğluna borcu əvəzində ona 04 ədəd modem vermişdir. Bir neçə gün sonra 03 ədəd modemi tanışı X5 60 manat müqabilində satmışdır. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Babaşov Şovqi Oruc oğlu və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır. 2022-ci ilin noyabr ayında Babaşov Şovqi Oruc oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birindən oğurluq etməyi təklif etmiş, maddi vəziyyəti pis olduğu üçün o, Babaşov Şovqi Oruc oğlunun təklifi ilə razılaşmışdır. 09 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Babaşov Şovqi Oruc oğlu onun yaşadığı evin həyətinə gələrək onu küçəyə çağırmış, küçəyə çıxdıqdan sonra Babaşov Şovqi Oruc oğlu oğurluq etmək üçün Təqsirləndirilən şəxs3 ilə də danışdığını, onun da oğurluq etməyə razılqı verdiyini bildirmişdir. Onlar bilrikdə Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətinə gedərək sonuncunu küçəyə çağırmış, daha sonra üçü birlikdə piyada şəkildə Babaşov Şovqi Oruc oğlunun bildirdiyi ünvana doğru hərəkət etmiş, həmin gün, saat 03 radələrində Bakı şəhəri, ünvan 4 ünvanın qarşısına gəlmişlər. Babaşov Şovqi Oruc oğlu bir neçə gün öncə qeyd olunan evin terrasında çoxlu sayda modem gördüyünü, həmin modemləri götürmək lazım olduğunu bildirmişdir. Onlar ilk öncə ətrafda heç kəsin olmadığını müəyən etmiş, daha sonra o və Təqsirləndirilən şəxs3 hasardan aşaraq həyətə düşmüş, o, evin darvazasını açdıqdan sonra Babaşov Şovqi Oruc oğlu həyətə daxil olmuşdur. Onlar evə daxil olub evin terrasında saxlanılan 25 ədəd karton qutuda olan modemləri və «TV-BOX» aparatlarını götürüb həyətdən çıxaraq Suraxanı rayonu istiqamətində hərəkət etmişlər. Babaşov Şovqi Oruc oğlu taksi şirkətinə zəng edərək sifariş vermələrinin təhlükəli olduğunu bildirərək taksi fəaliyyəti ilə məşğul olan tanışına zəng etmiş, bir müddət sonra onların olduğu yerə qara rəngli «Vaz 2107» markalı avtomobil gəlmişdir. Onlar oğurladıqları modem qutularını avtomobil yük yerinə yığaraq Suraxanı rayonu ərazisində gəlmiş, taksidən endikdən sonra modemləri öz aralarında hərəyə 8 ədəd olmaqla bölmüşlər. «TV-BOX» aparatlarından o, 01 ədədini Babaşov Şovqi Oruc oğlu götürmüş, həmçinin, Təqsirləndirilən şəxs3 04 ədəd modemi Babaşov Şovqi Oruc oğluna borcu əvəzində vermişdir. 11 noyabr 2022-ci il tarixdə internet provayderləri şirkətində işlədiyi üçün X5 zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin gün, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Sabunçu bazarı» yaxınlığında X7 ilə görüşmüş, özü ilə gətirdiyi 07 ədəd modemi satmaq istədiyini bildirmişdir. X7 07 ədəd modemi ümumilikdə 210 manata ala biləcəyini bildirmiş, o, X4 təklifi ilə razılşadıqdan sonra, X7 ona 150 manat verərək geri qalan 60 mnatı tez bir zamanda ödəyəcəyini demişdir. O, satdığı modemlərim oğurlq olması barədə X5 hər hansı məlumat verməmiş, həmçinin, hadisə yerindən uzaqlaşdıqları taksinin sürücüsünü əvvəllər tanımamışdır. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayır. Təqsirləndirlən şəxslər onun tanışlarıdır. X6 bir neçə müddətdir ki, tanıyır. 2022-ci ilin noyabr ayında X4 idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində olduğu zaman təsadüfən Zərərçəkmiş şəxs ilə qarşılaşmış, həmin vaxt, Zərərçəkmiş şəxs avtomobildə olan ləvazimatlarını götürmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs piyada olduğu üçün X3 onu avtomobil ilə yaşadığı ünvana aparmasını xahiş etmiş, X7 etiraz etməyərək Zərərçəkmiş şəxs yaşadığı ünvana aparmışdır. Zərərçəkmiş şəxs yaşadığı ünvana çatdıqdan sonra X7 avtomobilin yük yerinə olan aparatları daşımaqda ona köməklik edərək Zərərçəkmiş şəxs yaşadığı evin terrasına yığmışdır. Həmin vaxt, o, onların ardınca həyətə daxil olmuş, terrasa yığılan modemləri görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmin modem aparatlarını sataraq pul əldə etməyi qərara almış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin ünvandan oğurluq etməyi qərara almışıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 pula ehtiyyacları olduğu üçün onun təklifinə etiraz etməmişdir. 09 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə piyada hərəkət edərək Bakı şəhəri, ünvan 4 ünvanın qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığını müəyən etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hasardan aşaraq həyətə düşmüş, Təqsirləndirilən şəxs2 evin darvazasını açdıqdan sonra o, həyətə daxil olmuş evin terrasında saxlanılan 25 ədəd karton qutuda olan modemləri və «TV- BOX» aparatlarını götürüb həyətdən çıxaraq Suraxanı rayonu istiqamətində hərəkət etmişlər. X5 zəng edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində olduqlarını geri qayıtmaq üçün avtomobil lazım olduğunu bildirmiş, X7, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 nömrəsini verərək onunla əlaqə saxlamalarını bildirmişdir. O, Şahid1 zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlmək lazım olduğunu bildirərək olduqların yerin koordinatlarını «Whatsapp» mobil tətbiqi vasitəsi ilə ona göndərmişdir. Bir müddət sonra onların olduğu yerə qara rəngli «Vaz 2107» markalı avtomobil gəlmiş, oğurladıqları modem qutularını avtomobilin yük yerinə yığaraq Suraxanı rayonu ərazisinə gəlmiş, taksidən endikdən sonra modemləri öz aralarında hərəyə 8 ədəd olmaqla bölmüşlər. «TV-BOX» aparatlarından 02 ədədini götürmüş, həmçinin, Təqsirləndirilən şəxs3 04 ədəd modemi ona borcu əvəzində vermişdir. 10 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində X5 zəng edərək görüşmək istədiyini bildirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində X7 ilə görüşmüşdür. Həmin vaxt, 04 ədəd “Huawei” markalı modem aparatı göstərərək satmaq istədiyini bildirmiş, X7 modem aparatlarına baxdıqdan sonra 01 ədədini 30 manata ala biləcəyini bildirmiş, X4 təklifi ilə razılaşdıqdan sonra, ümumilikdə 120 manata 04 ədəd modem aparatını X1. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ev ona məxsusdur. O,Suraxanı rayonu Mənzil Komunal İdarəsində fəhlə işləyir, aldığı əmək haqqı az olduğu üçün əlavə olaraq «Sədərək» ticarət mərkəzindən «Huawei» markalı modern və «TV-BOX» aparatlarının satışını həyata keçirir. 2022-ci ilin oktyabr ayının əvvəllərində «Sədərək» ticarət mərkəzindən 70 ədəd “Huawei” markalı modem və 10 ədəd «TV-BOX» aparatı alaraq yaşadığı ünvana gətirmiş, aldığı əşyaların bir qismini satmış, geri qalan hissəsini yaşadığı evin terrasına yığımışdır. X7 ilə modem satışı ilə bağlı tanış olmuş, X7 həmin vaxt, «Megaling» internet provayderlərin şirkətlərində texnik vəzifəsində işləmişdir. O, modem sifarişi ilə əlaqədar bir neçə dəfə modemlərin vətəndaşların evlərinə quraşdırılmasına X2 etmiş, bu səbəbdən, ona məxsus olan əşyaların və modemlərin bir hissəsi X4 idarə etdiyi avtomobilin yük hissəsində olmuşdur. 2022-ci ilin noyabr ayının əvvəllərində, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində təsadüfən X7 ilə qarşılaşmış, həmin vaxt, Babaşov Şovqi Oruc oğlu avtomobildə olmuşdur. X7 avtomobilin yük yerində olan əşyalarını götürməsini təklif etmiş, o, piyada olduğu üçün X3 onu evə aparmasını xahiş etmişdir. X7 etiraz etməyərək onu yaşadığı ünvana aparmış, avtomobilində olan ləvazimatların daşınmasında ona köməklik etmişdir. O, X7 ilə birlikdə avtomobildə olan ona məxsus modernləri götürüb evinin həyətində terrasda pəncərənin qabağında saxlanılan digər eyni markalı və modelli modemlərin yanına qoymuşdur. Babaşov Şovqi Oruc oğlu modemlərin qoyulduğu yeri görmüş, lakin, o, buna əhəmiyyət verməmişdir. O, 08 noyabr 2022-ci il tarixdə, axşam saatlarında toya getmiş, 09 noyabr 2022-ci il tarixdə, saat 04:30 radələrində sərxoş vəziyyətdə evə qayıdarkən terrasda pəncərənin qarşısında saxladıqları modemlərin və tv boxlarında yerində olmadığını görmüş, həmin aparatların oğurlandığını anlamışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək oğurluğun edildiyi yerə baxış keçirmişlər. Baxış zamanı evin terrasında saxlanılan hər biri 40 manat olan ümumi 2200 manat dəyərində 55 ədəd Çin istehsalı “Huawei” markalı, “GPON HG8145V5” modelli ağ rəngli modern aparatları (bir ədəd Çin istehsalı olan, “TOPOW” markalı, “HW- 120150E2W” adapter və bir ədəd USB naqili ilə birlikdə) və hər biri 55 manat olan ümumi 550 manat dəyərində 10 ədəd «TV-BOX» aparatlarının oğurlandığı müəyyən edilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, «Megaling» internet provayderləri şirkətlərində texnik işləyir. Təqsirləndirilən şəxsləri bir neçə ildir tanıyır. Zərərçəkmiş şəxs işi ilə əlaqədar tanımış, belə ki, Zərərçəkmiş şəxs modem aparatlarının satışı ilə məşğul olmuş, o, müştəri olaraq bir neçə dəfə Zərərçəkmiş şəxs modem aparatı alaraq daha baha qiymətə satmışdır. Zərərçəkmiş şəxs ilə bir neçə dəfə müxtəlif ünvanalara internet aparatı quraşdırdığı üçün sonuncuya məxsus bəzi aparat və əşayalar ona məxsus avtomobildə olmuşdur. 2022-ci ilin noyabr ayında şirkətə məxsus avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində olduğu zaman təsadüfən Zərərçəkmiş şəxs ilə qarşılaşmış, həmin vaxt, Təqsirləndirilən şəxs1 onun avtomobilində olmuşdur. O, Zərərçəkmiş şəxs avtomobildə olan ləvazimatlarını götürmüş, Zərərçəkmiş şəxs piyada olduğu üçün onu avtomobil yaşadığı ünvana aparmasını xahiş etmişdir. O, etiraz etməyərək Zərərçəkmiş şəxs yaşadığı ünvana aparmış, avtomobilin yük yerinə olan aparatları daşımaqda ona köməklik edərək Zərərçəkmiş şəxs yaşadığı evin terrasına yığmışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs1 onların ardınca həyətə daxil olmuş, terrasa yığılan modemləri görmüşdür. 09 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək yuxudan oyatmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində olduqlarını geri qayıtmaq üçün avtomobil lazım olduğunu bildirmiş, o, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 zəng edərək Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən tanışlarını götürmək lazım olduğunu demiş, Şahid1 etiraz etməmişdir. Daha sonra, Şahid1 mobil nömrəsini Təqsirləndirilən şəxs1 verərək onunla əlaqə saxlamasını bildirmişdir. 10 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək görüşmək istədiyini bildirmiş, o, etiraz etməyərək Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüş, həmin vaxt, Təqsirləndirilən şəxs1 04 ədəd “Huawei” markalı modem aparatı göstərərək satmaq istədiyini bildirmişdir. O, modem aparatlarına baxdıqdan sonra 01 ədədini 30 manata ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşdıqdan sonra, ümumilikdə 120 manat ödəyərək Təqsirləndirilən şəxs1 04 ədəd modem aparatı almışdır. 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 ona zəng edərək görüşmək istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu bazarı yaxınlığında görüşmüş, Təqsirləndirilən şəxs3 03 ədəd “Huawei” markalı modem aparatı göstərərək ümumilikdə 90 manat müqabilində satmaq istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs3 ilə razılaşaraq ilkin 60 manat ödəmiş, geri qalan 30 manatı bir müddət sonra ödəyəcəyini demişdir. 11 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək görüşmək istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu bazarı yaxınlığında görüşmüş, Təqsirləndirilən şəxs2 07 ədəd “Huawei” markalı modem aparatı göstərərək ümumilikdə 210 manat müqabilıində satmaq istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs3 ilə razılaşaraq ilkin 150 manat ödəmiş, geri qalan 60 manatı bir müddət sonra ödəyəcəyini demişdir. 16 noyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmiş, orada ona bildirilmişdir ki, aldığı modem aparatları oğurluq yolu ilə əldə edilib. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmələri barədə məlumatı olmamış, həmin şəxslər modem aparatlarını ona satarkən ona oğurluq etmələri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, «VAZ 2107» markalı, **- KH-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Şahid2 Səfər oğlunu bir neçə ildir tanıyır. 09 noyabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində Şahid2 Səfər oğlu ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olan tanışını Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazsinə aparmaq lazım olduğunu bildirmiş, o, Şahid2 Səfər oğlundan konkret ünvan soruşduğu zaman sonuncu həmin şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə dəqiqə sonra xatırlamadığı nömrədən istifadəsində olan möbil nömrəyə zəng gəlmiş, telefon cavablandırdığı zaman əvvəllər tanımadığı şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlmək lazım olduğunu bildirərək olduqların yerin koordinatlarını «Whatsapp» mobil tətbiqi vasitəsi ilə ona göndərmişdir. O, göndərilən ünvana getmiş, oradan 3 nəfər müştəri götürmüşdür. Həmin şəxslər əllərində olan qutuları onun avtomobilinin yük yerinə yığımış, lakin, qutularda nə olması barədə ona məlumat verməmişlər. O, götürdüyü sərnişinləri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisnə aparmış, xidmət haqqı olaraq onlardan beş manat almışdır. Bir neçə gün sonra Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Huawei” markalı modern aparatları və 10 ədəd «TV-BOX» aparatları oğurladıqlarını bilmişdir. O, həmin şəxsləri müştəri qismində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisinə apardığını, lakin, oğurluq hadisəsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqəsində olan 17 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 105-108-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-942/2022 nömrəli, 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 113-cü vərəqəsində olan 28 noyabr 2022-ci il tarixli maddi ziyanın bir hissəsinin ödənilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın bir hissəsi, yəni, 2000 manat təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 114-118-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-966/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 1-ci cildinin 141-142-ci vərəqəsində olan 17 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsində olan 17 fevral 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında potokoldan görünür ki, Babaşov X8 RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 179-180-ci vərəqəsində olan 18 fevral 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 181-182-ci vərəqəsində olan 18 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 205-ci vərəqəsində olan 31 mart 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 225-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/9024 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd karton qutunun içərisində olan Çin istehsalı “Huavvei” markalı “GPON HG8145V5” model ağ rəngli modern aparatı (bir ədəd Çin istehsalı olan, “TOPOW” markalı , “HW -120150E2W” adapter və bir ədəd USB naqili ilə birlikdə) təzə vəziyyətdə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 40,0 manat müəyyən olunur. Digər bir ədəd “TV-BOX” aparatı haqqında kifayət qədər məlumatlar (modeli, istehsal yeri, istismar müddəti, istehsal ili, texniki göstəriciləri, əmtəə görünüşü və s) olmadığından qiymətləndirmə aparılmadı. Cinayət işinin 1-ci cildinin 227-228-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 565 nömrəli, 01 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Babaşov Şovqi Oruc oğlu törətdiyi əməl dövründə də hər hansı psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyinin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlıqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 232-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş 2750 manat maddi ziyan təqsirləndirilən şəxslərin qohumları tərəfindən tam şəkildə ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 241-251-ci vərəqəsində olan 01 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 04 ədəd Çin istehsalı “Huawei” markalı, “GPON HG8145V5” modelli ağ rəngli modern aparatları (bir ədəd Çin istehsalı olan, “TOPOW” markalı, “HW-120150E2W” adapter və bir ədəd USB naqili ilə birlikdə) iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinin 2-ci cildinin 16-cı vərəqəsində olan AZ İİİ seriyalı, 874035 nömrəli AZ İİİ seriyalı, 736401 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladı var. Cinayət işinin 2-ci cildinin 20-21-ci vərəqəsində olan 02 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs3 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 22-23-cü vərəqəsində olan 02 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 69-71-ci vərəqəsində olan 05 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 17 noyabr 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək, Təqsirləndirilən şəxs1 azadlığının 17 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək, Təqsirləndirilən şəxs3 azadlığının 31 mart 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu və ev dustaqlığında olduğu 03 (üç) ay müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) ay, Təqsirləndirilən şəxs1 tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün, Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza xərci və maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış 04 ədəd Çin istehsalı “Huawei” markalı, “GPON HG8145V5” modelli ağ rəngli modem aparatlarının (bir ədəd Çin istehsalı olan, “TOPOW” markalı, “HW-120150E2W” adapter və bir ədəd USB naqili ilə birlikdə) zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə olduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) ay çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış 04 ədəd Çin istehsalı “Huawei” markalı, “GPON HG8145V5” modelli ağ rəngli modem aparatlarının (bir ədəd Çin istehsalı olan, “TOPOW” markalı, “HW-120150E2W” adapter və bir ədəd USB naqili ilə birlikdə) zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar