Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-174/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs İcra şöbəsində məsləhətçi(icra məmuru) vəzifəsində işlədiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasında iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv olunması və xidmətə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)-2096/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Azərbaycan Respublikasının Ali Məhkəməsinin binasında xx.xx.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxılarkən həmin iclasda məsləhətçi(icra məmuru) kimi iştirak edib vəzifə səlahiyyətlərini həyata keçirən zaman, iddiaçı X10 şikayəti təmin edilmədiyinə görə məhkəmənin qərarından narazı qaldığını öyrənərək öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə X12 iclas zalından bayırda kənara çağıraraq həmyerli olduqları üçün ona köməklik edəcəyini, qardaşı Tural Mehdilinin guya Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləməsini yalan bildirməklə, qabaqcadan əlbir olduğu, şəxsiyyəti istintaqa məlum olmayan Elxan adlı şəxs ilə görüşdürüb sonuncunu Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovanın köməkçisi kimi təqdim etməklə, kassasiya şikayətinin təmin edilməməsi barədə Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmaması və qərarın qüvvədən düşmüş hesab edilməsi barədə həmin Elxan adlı şəxsin və qardaşı Turalın vasitələri ilə qərardad qəbul etdirəcəyini, bununla da işin baxılması üçün yenidən Ali Məhkəməyə qaytarılmasına nail olacağına dair yalan vədlər verib aldatmaqla 2019-cu ilin yanvar ayının sonlarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Azərbaycan Respublikasının Ali Məhkəməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında Mədət Əliyevin 10000(on min) manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İcra şöbəsində məsləhətçi(icra məmuru) vəzifəsində işlədiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasında iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv olunması və xidmətə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2- 1(103)-2096/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Azərbaycan Respublikasının Ali Məhkəməsinin binasında xx.xx.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxılarkən həmin iclasda məsləhətçi(icra məmuru) kimi iştirak edib vəzifə səlahiyyətlərini həyata keçirən zaman, iddiaçı X10 şikayəti təmin edilmədiyinə görə məhkəmənin qərarından narazı qaldığını öyrənərək öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə X12 iclas zalından bayırda kənara çağıraraq həmyerli olduqları üçün ona köməklik edəcəyini, qardaşı Tural Mehdilinin guya Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləməsini yalan bildirməklə, qabaqcadan əlbir olduğu, şəxsiyyəti istintaqa məlum olmayan Elxan adlı şəxs ilə görüşdürüb sonuncunu Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovanın köməkçisi kimi təqdim etməklə, kassasiya şikayətinin təmin edilməməsi barədə Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmaması və qərarın qüvvədən düşmüş hesab edilməsi barədə həmin Elxan adlı şəxsin və qardaşı Turalın vasitələri ilə qərardad qəbul etdirəcəyini, bununla da işin baxılması üçün yenidən Ali Məhkəməyə qaytarılmasına nail olacağından sonra özünün Ali Məhkəmədə olan yüksək vəzifəli tanışlıq əlaqələri vasitəsi ilə Mədət Əliyevin kassasiya şikayətinin təmin olunması, İşinin İnzibati Məhkəməyə göndərilərək xidmətə bərpa olunması haqqında qərar qəbul etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 2019-cu ilin fevral ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasının qarşısında Mədət Əliyevin 10000(on min) manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar əiə keçirmə məqsədilə, subay olduğunu öyrəndiyi tanışı X13 ailə qurmaqda bir həmyerlisi kimi öz vasitəçiliyini təklif edərək qabaqcadan əlbir olduğu anası X14 ilə tanış etmiş və sonuncunun Mədət Əliyev üçün özlərinin Aygün adlı tanışlarına guya elçiliyə gedəcəyini yalan vəd verib aldatmaqla həmin qız üçün guya nişan üzüyü və şirniyyat almaq adı ilə 2022-ci ilin avqust ayının sonlarında ünvan 4 ünvanında yerləşən “İ Love Tbilisi” restoranının qarşısında Mədət Əliyevin 1550(bir min beş yüz əlli) manat məbləğində pulunu Yeganə Mehdili ilə birlikdə alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu il tarixdə işdə olarkən Mədət Əliyevlə tanış olmuş, Mədət həmin vaxt işə bərpa olunmasına dair şikayəti ilə bağlı Ali Məhkəmədəki məhkəmə prosesində iştirak edərkən o da həmin məhkəmə prosesində icra məmuru kimi iştirak etmişdir. Mədət məhkəmə iclası vaxtı zalda səs-küy saldığına görə hakim onu zaldan uzaqlaşdırmışdır. O, Mədətlə məhkəmədə səs-küy saldığına görə danışmışdır. Çöldə mühafizə polisindən bir nəfər niyə mübahisə etdiklərini soruşarkən ikisinində yerli olduğunu bildirmişdir. Həmin vaxt Mədət onunda özü kimi əslən Gürcüstan Respublikasından olduğunu bilib onunla münasibət qurmuş və ondan işində köməklik etməsini xahiş etmişdir. Mədət ondan məhkəmə qərarının nə vaxt veriləcəyini soruşmuş və o da 1 ay müddətində veriləcəyini bildirmişdir. O, bir ay müddətin gec olduğunu bildirdikdə o da tam dəqiq bir aya deyil, bir ay müddətində qərarın veriləcəyini bildirmişdir. Mədət ondan yerli olduğuna görə qərarı tez almasına görə köməklik istəmişdir. O da hakimin köməkçisindən xahiş etmiş və qərarı 1 həftə içində hazır edib vermişlər. Mədət qərarı götürməyə gəldikdə, bununla bağlı nə edə biləcəyini ondan soruşmuşdur. O da Konstitusiya Məhkəməsinə şikayət verə biləcəyini bildirmiş, amma 11 il müddət keçdiyi üçün işin alınmayacağını bildirmişdir. Bundan sonra Mədət ondan xahiş etmişdir ki, Konstitusiya Məhkəməsinə ərizə yazmaqda köməklik etsin. O da məsləhət görmüşdür ki, hər hansı bir vəkilə müraciət etsin, lakin Mədət bildirmişdir ki, kasıb adamdır, vəkilə pul verməyə maddi imkanı yoxdur, xahiş etmişdir ki, ərizə yazmaqda köməklik göstərsin. O, 3- 4 ay ərzində hər gün, günaşırı həftədə bir dəfə iki dəfə gəlmiş, ona kömək etməyini demişdir. Mədət özünü yazıq kimi göstərdiyi üçün hər dəfə gələndə 15-20 manat ona köməklik etmişdir. Bir həmyerli kimi Mədətə yazığı gəldiyindən köməklik göstərmək üçün heç bir maddi maraq güdmədən Konstitusiya Məhkəməsinə ərizə yazmaqda Mədətə köməklik göstərmişdir. Onun vəkil qohumu olmuş, ondan xahiş eləmiş, şikayət ərizəsini yazmış, o ərizəni gətirib Mədətə vermişdir. Mədət hara göndərməli olduğunu soruşmuş, o da aparıb Ali Məhkəmənin poçtundan ərizəni göndərmiş, qəbzidə gətirib özünə vermişdir. 15 yada 30 gün sonra Konstitusiya Məhkəməsindən “atkaz” cavabı gəlmiş, Mədət gəlib nə etməli olduğunu soruşduqda, ona bu işin mümkün olmadığını bildirmişdir. Beləcə, bir müddət Mədətlə aralarında dostluq münasibətləri yaranmış, vaxtaşırı Mədət yanına gələrək ondan hal-əhval tutmuşdur. Bakıxanovda bir neçə dəfə oturub yemək yemişlər. Hətta bəzən dostları ilə bir yerdə olanda Mədət zəng vurub harada olduğunu soruşmuş, o da demişdir, maddi vəziyyətinin pis olduğunu bildirmişdir və o da Mədəti dostları ilə oturduğu yerə çağırmışdır. Bir neçə vaxtdan sonra Mədət ona yaxınlaşmışdır ki, bir texnikomda adını dəqiq bilmədiyi belə bir xanım var, Mədətin həmin xanımdan xoşu gəlir və onunla evlənmək istəyir. Mədət anası Yeganəni onun üçün elçi aparmağı xahiş etmişdir. O da Mədətə bildirmişdir ki, bu alınan məsələ deyil. Bir müddət keçdikdən sonra Mədət Ali Məhkəməyə gəlmiş, ona zəng edib xahiş eləmişdirki aşağıdadır o düşsünvə ona 10-15 manatlıq köməklik etsin. O da Mədətə 10-15 manat köməklik etmişdir və Mədət getmişdir. Həmin vaxtı orada olan bir iş yoldaşı ondan Mədəti tanıdığını soruşduqda o da onu yerli kimi tanıdığını bildirmişdir. Həmin iş yoldaşı ona demişdir ki, həmin şəxs yəni Mədət ona yaxınlaşıb deyib ki, Ceyhun ondan 20000 manat pul alıb və onun qərarını Konstitusiya Məhkəməsində ləğv elətdirəcək. Bununla bağlı Mədətə zəng vurub soruşduqda, o, belə bir şeyin olmadığına dair and içmişdir. Bir müddət keçəndən sonra Mədət ona demişdir ki, Maştağa yolunun üstündə Gömrük Akademiyasının arxasında torpaq sahəsi var onu satır. O, torpağı özü almaq istəmişdir, lakin Mədətə bunu bildirməmişdir. Onunla görüşmüş, Mədət torpağı ona göstərmişdir. Torpağa baxmış, torpaq normal yerdə olmuşdur, qiymətini soruşduqda əvvəlcə 25000 manatdan başlamış, sonradan ona görə 22000 manat demiş və axırda 20 000 manata düşmüşdür. O, torpağı özünün istəmədiyini, bir qohumunun istədiyini bildirmişdir. Üstündən bir zaman keçdikdən sonra əmisini götürmüş və həmin torpağa baxmağa getmişdir. Əmisi gəlib ora baxmış, yerin yaxşı olduğunu bildirmişdir. Onlar həmin vaxtı torpaq sahəsini addımlayaraq ölçdükdə bir qadın həmin yerə yaxınlaşıb nə lazım olduğunu soruşmuş, onlar torpağı ölçdüyünü, həmin torpağın satıldığını və onların o torpağı almaq istədiyini bildirmişlər. Həmin qadın torpağı kimin satdığını soruşmuş və o da X10 torpağı satdığını demişdir. Qadın Mədəti və onu söyərək oradan qovmuşdur. Həmin qadın demişdir ki “O, kimdirki mənim torpağımı satır. Onunda başına oyun açaram sizində ”. O, Mədətə zəng edərək demişdir ki, gedib torpağa baxmışlar və camaatı oradan qovmuşlar. O, yenədə özünün həmin torpağı almaq istədiyini Mədətə deməmişdir. Həmin vaxtı Mədət ondan 500 manat beh almışdır. O, Mədətdən behi geri tələb etmişdir ki, ora sənin torpağın deyil və artıq almaq istəmirlər. Mədət həmin zaman ona gətirib bir sənəd göstərmiş və torpağın onun bacısının olduğunu demişdir. O, Mədətə ümümiyyətlə torpağı istəmədiklərini bildirib behi geri istəmişdir. Bir həftə keçdikdən sonra Korrupsiyaya qarşı mübarizə idarəsindən ona zəng etmişlər. Ora getdikdə onun barəsində şikayət olduğunu demişlər və orada ifadəsini vermişdir. Təxmini bir ay keçdikdən sonra Bakı Şəhər Baş Polis İdarəsindən onu çağırmışlar. Ora gedib bununla bağlı Korrupsiya idarəsindədə izahat vermişdir. Ondan sonra Mədət dayanmadan onun, qardaşının və anasının barəsində hər yerə şikayət göndərmişdir. O, bugün belə qardaşının barəsində hər yerə şikayət edir, kimi görsə ondan şikayət edir, hətta hazırki vəkilin barəsində də şikayət edib. Onun fikrincə Mədət torpaq məsələsinə görə hər yerə şikayət edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Mədət öz ifadəsində demişdir ki, onlar gedib Mədətə qızı göstərimişlər ki, evləndirək. Amma əslində Mədət ona demişdir ki, filan texnikomda bir qız var, müəllimə işləyir və Mədətin ondan xoşu gəlir. Onun öz sahibi qohumları olmadığı üçün qızı gedib istəməyi xahiş etmişdir. O, özü deyirdiki, 1500 manata üzük almaq olar?, 50 manata şokolad almaq olar? Amma indi dediklərini əksinə işlədərək onu günahlandırır. Mədət ona heç bir pul verməmişdir. O, Mədətə 500 manat torpağa görə beh vermişdir. O, torpağı almaq istəmədiyini dedikdən sonra Mədət hər yerə şikayət etməyə başlamışdır. Konstitusiya Məhkəməsinə yazılan ərizə ilə bağlı Mədətdən heç bir məbləğdə pul almamışdır. Mədət 3-4 ay onun yanına gəlib getmiş, xahiş etmişdir ki, kömək etsin. Mədət ondan sadəcə kömək istəmişdir. Sadəcə şikayət ərizəsini vəkil qohumuna yazdırmışdır, ondan başqa heçnə etməmişdir. Məhkəmədəndə rədd cavabı birbaşa Mədətin özünə getmişdir. Konstitusiya Məhkəməsindən heç kimin adını çəkməmişdir. Konstitusiya Məkəməsindən rədd cavabı təxmini 15-20 günə gəlmişdir. O, Mədətlə bu barədə telefonla və ya Whasapp vasitəsi ilə danışmamışdır. O, qardaşı ilə Ali Məhkəmənin qabağında Mədət ilə görüşməmişdir. O, şahidləri istintaq zamanı görmüşdür, ondan əvvəl tanımamışdır. Şahidlərlə üzləşdirmə istintaq zamanı olmuşdur və o müddətə kimi onları tanımamışdır. Bakı Şəhər Baş Polis İdarəsinə tam nə vaxt çağırdıqları yadında deyil, lakin Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən çağırılandan 1 ay sonra Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdır. Torpaq söhbəti şikayət verilməmişdən 1-2 ay qabaq baş vermişdir. Ali Məhkəmənin arxasında, Paxlava çay evi var onun altında yeməkxana var, Mədətlə fasilə vaxtı ora yeməyə getmiş, hələ o vaxtı onlar müzakirə etmişlərki, Konstitusiya Məhkəməsinə ərizə yazaq yoxsa yox. Elxan adlı şəxs Əmlak Komitəsindən nümayəndə kimi işlərə çıxmışdır, Elxan orada yeməkxanada yemək yemiş, onlar gəlib əyləşməyə yer tapmamış, Elxanıda üzdən tanıdığı üçün ona yaxınlaşmış, orada əyləşməyə icazə istəmş, icazə aldıqdan sonra əyləşmişlər. Ondan sonra Mədət başlamışdırki, Konstitusiya Məhkəməsinə şikayət edək, ərizə yazaq. O da demişdir ki, bu məsələnin üstündən 11 il keçib deyə Konstitusiya məhkəməsi bunu təmin etməz. Elə həmin vaxtı Elxan adlı şəxsədə məsələnin belə olduğunu və onunda bu məsələ ilə bağlı fikirlərini soruşmuşdur. Elxanda bu işin mümkün olmayacağını demişdir. Elxanla tanışlığı belə olmuşdur, əvvəllər Elxanı məhkəmələrdə iştirak etdiyi üçün tanımışdır, amma onunla həmin yeməkxanada danışıq bu formada olmuşdur. Mədətin pulu olmayıb. Mədət heç bir işlə məşğul olmayıb, necə dolandığını bilmir. Onun kirayə pulunu 2 dəfə o vermişdir, bir dəfə 50 manat və bir dəfə 30 manat olmaqla. Kirayə pulu verməkdə marağı olmayıb, sadəcə borc istəmişdir. Həmin dövrdə Whatsapp şəbəkəsindən istifadə etmişdir, Mədətlə əlaqəsi Whatsapp üzərindən olmamışdır. Həmin dövrdə ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Əliyev Mədətin bir nömrəsi var idi və onun iki nömrəsinidə bilmişdir. Digər nömrəsi ***-***-**-** olmuşdur. Mədət qardaşı Turalı üzbəüz görməmişdir, sonradan şikayətləri olduqdan sonra görmüşdür. Mədət anasını bir dəfə Səhram marketin qarşısında görmüşdür, onlar marketdən çıxarkən Mədət təsadüfən orada olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X22 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının sabiq əməkdaşıdır, o, Ceyhunu onun işinə Ali Məhkəmədə baxılarkən 2019-cu il tarixdə tanımışdır. Ceyhun məhkəmə zalında arxada oturmuşdur. Rahib Nəbizadə onun işinə baxarkən ona bildirmişdir ki, sənin işində hər hansı problem yoxdur, sadəcə olaraq müddət məsələsini ötürmüsən. Ceyhun istintaqda demişdir ki, guya o, Rahib Nəbizadə ilə “insident” yaşamışdır, elə bir şey olmayıb. İşinə baxıldıqdan sonra Ceyhun ona yaxınlaşıb demişdir ki, sən hardansan? O da demişdir ki, Dmanisidəndir, Ceyhun da demişdirdi ki o da Kəpənəkçidəndir. Ceyhun ona demişdirki, onu kolidorda gözləsin, Ceyhun gəlib demişdir ki, onun qardaşı Konstitusiya Məhkəməsində sədr müavinidir, özü də Südabə Həsənovanı yaxından tanıyır, onun katibi Elxan adlı şəxslə yaxın dostdur. Ceyhun demişdir ki, “sən mənə möhlət ver, mən sənin işini maraqlanaram”. 1-2 gün sonra o, Ceyhunla Ali Məhkəmədə görüşmüş, ona demişdir ki, onun qardaşı Konstitusiya Məhkəməsində sədr müavinidir, Ali Məhkəmənin qərarını ləğv elətdirərək, buraxılmış müddəti bərpa elətdirəcək, göndərtdirəcək işi Ali Məhkəməyə, Ali Məhkəmədə İnzibati İqtisad Məhkəməsinin qərarını ləğv etdirib göndərtdirəcək 1 X23 Məhkəməsinə, orada da Südabə Həsənova ilə tapşırtdıracaq, onu DİO-na bərpa etdirəcək. Ceyhun demişdir ki, 10000 manat veriləcək Konstitusiya Məhkəməsinə, 10000 manatda veriləcək Ali Məhkəməyə. O da demişdir ki, lap yaxşı. Bu pul onda olmadığına görə 2 dəfəyə bu pul verilib. Yanvar ayının 5-də Ali Məhkəmədə onun işinə baxılıb, o, pulu yanvar ayının 12-15-i arası vermişdir, daha dəqiq desək səhv eləmirsə 2019-cu ilin yanvar ayının 15-də vermişdir pulu, Ali Məhkəmənin qabağında. O, 3 nəfərlə birlikdə getmiş Ali Məhkəməyə, sadəcə olaraq onlara demişdir ki, pulu verəndə onun yanında dursunlar. Getmişlər Ali Məhkəmənin qabağına, böyür qapıda qara Hyundaı maşın olmuş, Ceyhungil onu görüb düşmüşlər salamlaşmışlar, Ceyhun olmuş, qardaşı olmuş, o, Sabir adlı şəxsin maşını ilə getmişdir, o, pulu verdikdən sonra 2019-cu ilin fevral ayının 1 və ya 2-si idi, səhv etmirsə 2-si idi, Konstitusiya Məhkəməsinin qabağında Ceyhun Elxan adlı şəxslə gəlmiş, orada pulu vermişdir. Ceyhun istintaqda demişdir ki, guya ona ərizə yazdırıb. O özü ona buna ərizə yazır, Ceyhun ona demişdir ki, ad düşməsin nə bilim nə olsun deyə ərizəsini poçtla göndərmişdir Konstitusiya Məhkəməsinə, o, ərizəsini verəndən sonra karantin rejimi düşmüşdür, Ceyhun ona demişdirki, məhkəmələr işə baxmır, sonra ona demişdirki, ərizəsi birinci palatadan keçib, o getmiş Konstitusiya Məhkəməsinə, maraqlanmış, aşağıdan zəng eləmiş, ona demişlər ki, karantin rejiminin onlara aidiyyatı yoxdur, onlar işə baxır. O, çıxıb oradan Ceyhuna zəng eləmiş, demişdir ki, “məni niyə aldadırsan, bəs deyirsən Konstitusiya Məhkəməsində işə baxılmır?” Ceyhun onun dalınca uber göndərmiş, uber onu aparmışdır Ali Məhkəmənin qabağına, həmin vaxt 2020-ci il idi, Ceyhun gəlib Ali Məhkəmənin qabağına demişdirki, bu ağır işdir, Elxanı yığmış, Elxan guya ona demişdir ki, ora getməsin, ordakılar bilər. Onu yola salmış, sonra ona demişdirki, işin ikinci palatadanda keçib. Ona 2019-cu ilin iyul ayında imtina bildirişi gəlmişdir. Bildirişi məhkəməyə təqdim edir. Gedib maraqlanmış, Konstitusiya Məhkəməsindən ona demişlər ki, onun işi Konstitusiya Məhkəməsindən keçməmişdir. X16 görüşmüş, Ceyhun demişdir ki, səhv düşüb, onun işi ikinci palatadan keçib, dəftərxanada səhv düşüb, ona başqa başqa nömrələrdən zənglər gəlmiş, Nurəddin, Rasim və s. deyirmişlər darıxma bu gün sabah. O nömrələri müstəntiqə vermişdir. Bir dəfə hətta Ceyhun telefonu mikrofona qoymuş, guya Yasamal rayon məhkəməsinin hansısa hakimi Fərhad Abdullayevlə danışmış, demişdir ki qərar hazırdır. Sonra Ceyhun ona demişdirki Tural ordan işdən çıxıb, Səbail rayonu üzrə dərman şirkətinin müdiridir. Ceyhun ona demişdir ki, o, vhatsaplı telefon işlətmir. O, Turalla görüşəndə onun nömrəsini istəmişdirki, əlaqə saxlayıb danışsın, Tural ona demişdirki, özü ona zəng edəcək. O, pulu verməyə gedəndə 2-3 gün qabaq Ceyhun demişdir ki, filan saatda filan gün gələrsən Ali Məhkəmənin qabağına. Həmin saatda getmiş, Ceyhun özü Ali Məhkəmənin qabağında olmuşdur. Ali Məhkəmənin qabağında pulu verərkən saat 11 olmuşdur. O, ağ saroçkada olmuş, maşında o qabaqda, 3 nəfərdə arxada oturmuşdur. 3 il hər gün o Ceyhundan pul tələb etmişdir. Gündə bir söz danışmışdır. Ali Məhkəmədə dəftərxana müdiri Aslan demişdirki, Ceyhun dələduzdur, ona pul verməsin. O, hətta Ceyhuna demişdir ki, Südabə Həsənova işdən çıxıb, Ceyhun demişdir ki, onun nə dəxli var ki, qərarın çap olunacaq. Ona demişdir ki, Konstitusiya Məhkəməsinin qərarları çap olunur, getmiş orada maraqlanmış, Tahir adlı şəxs açıb tökmüş, demişdir ki, belə bir qərar yoxdur. Ceyhun ona demişdir ki, işin həll olunur, Ceyhun anası ilə onu tanış eləmiş, Qafqaz restoranında ona Ceyhun demişdir ki, dayısı Sahibin tələbə yoldaşı var, onun rəfiqəsi Aygün adında qız var, Lənkəranlıdır, yaxşı qızdır, maması deyirki onu Mədətlə evləndirsinlər, ona demişdir ki, aparıb ona qızı göstərəcəklər, anasını onun yanına gətirmiş, anası onunla qızı tanış eləmiş, Opel ** VP *** nömrəli maşınla dayısı Sahib gəlmiş, anası Yeganə gəlmiş, aparmışlar onu qızla tanış eləməyə. Qızı ona göstərəndən sonra 1550 manat anası ondan pul almışdır ki, guya qıza nişan aparacaq, Kitay restoranının yanında Aygünün bibisiqızıgilə nişan aparacaq, pulu Tbilisi restoranının qabağında anası Yeganə ilə Ceyhuna vermiş, başqa heç kim orada olmamışdır, Ceyhun anasını BMV markalı maşınla gətirmişdir. Həmin pulu 2022-ci ilin avqust ayında vermişdir. Sentyabr ayında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedib şikayət eləmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 3 il gözləmişdir ona görə ki, müxtəlif nömrələrdən ona zənglər gəlmişdir ki, darıxma işin alınacaq. Sentyabr ayında Ceyhunun telefonlarına zəng çatmamış, getmiş evlərinə, anası çıxmış qabağına, demişdirki, öləcək üstündə qalacaq. Aygün adlı qız 1972-ci il təvəllüdlü idi, Lənkəranlıdır. Hər iki 10000 manat pulu sayıb Ceyhunun yanında vermişdir, hamısı yüzlük olmuşdur. Pulu olmamış, vaxt istəmişdir, pulu Şamaxıda təsərrüfatı olmuş, birdə Razində alveri olmuşdur, oradan düzəldib vermişdir. İşdən çıxdıqdan sonra Şamaxıda təsərüffatla məşğul olmuş, həmdə Razində alverlə. Bu saat onda o qədər pul yenə var. Pul özünə məxsus olub. O, heç yerdə deməmişdir ki, pulu bacısından almışdır. Həmin vaxtıda indidə 055 *** ** ** nömrəsindən istifadə etmişdir. Ceyhunla Ali Məhkəmənin qabağına görüşməyə ağ Vita maşını ilə getmiş, 781 ya 721 nömrəli maşınla getmişdir, Sabir adlı şəxsin maşını ilə. O, öz nömrəsindən şahidlərə zəng edib çağırmışdır həmin günü, gəlmişlər Razinə, onu evlərindən götürüb getmişlər. O, Ali Məhkəmənin qabağına gedəndə Ceyhun orada gözləmişdir. O, Ceyhuna pul verən günü zəng etməmişdir. Ceyhun formada olmamış, kostyum geyinmiş, qalstuk taxmışdır, mülki geyimdə. Həmişə pulu verməzdən 1-2 gün əvvəl zəngləşmişlər, pul verən günləri zəngləşməmişlər. Ceyhun tarixi saatı deyirdi gəlsin. Turalda Ali Məhkəmənin qabağında olmuşdur. Maşından düşmüşlər, salamlaşmış, sonra oturmuşlar maşına, pulu pəncərədən vermişdir. Onlar çatanda Ceyhun maşını saxlamışdır, onlar da o maşının arxasında saxlamışlar. Onlar şahidlərlə Sabunçuda İcra Hakimiyyətinin arxasında 5 mərtəbənin qabağında görüşüb getmişlər. Heç vaxt olmayıb ki, onunla başqa şahidlərin getdiyini desin, sonra izahatını dəyişsin, o demişdirki digər şəxslərin onun pulu verməyindən məlumatları olub. Onun özünə məxsus evi var. Ceyhun ona demişdir pulun 10000 manatı Turala çatacaq, ona görə istintaqda demişdir ki, 10000 manatı Turala vermişdir. Turalı 2 dəfə görmüşdür, bir dəfə Ali Məhkəmənin qabağında pulu verərkən, bir dəfə də polis idarəsində. 2022-ci ilin sentyabrın 27-də anası dayısı gəlib ondan oktyabrın 15-inəcən vaxt almışlar ki, pulu ödəsinlər, buna görə heç yerə şikayət eləməmiş, bundan sonra heç nə olmadı deyə oktyabr ayının 15-dən sonra şikayət eləməyə başlamışdır. Yeganə xanıma Tbilisi restoranının qabağında pulu vermişdir. Sonradan bilmişdir ki, qardaşı Tural Nəsimidə inspektor işləyir. Ona demişdir ki, Tural Konstitusiya Məhkəməsində sədr müavinidir, inanmışdır, nə internetdən nə Konstitusiya Məhkəməsindən bu haqda maraqlanmamışdır. Konstitusiya Məhkəməsinin qabağına da eyni şahidlər ilə getmişdir, Ceyhunun yanında Elxan olmuşdur, Sabir bağının yanında olub. llkin izahatında 18 yanvar 2019-cu ildə pulun verilməsini göstərməsini, məhkəmənin iclasında 15 yanvar 2019-cu il tarixdə olduğunu göstərməsi ilə bağlı ziddiyyəti izah edə bilmir. 2ci dəfə pulu 01 fevral 2019-cu ildə saat 14 radələrində vermişdir. 28 avqust 2022-ci il tarixdə Yeganə xanıma pulu vermişdir. Oktyabr ayının 29-da 161 saylı qaynar xəttə zəng edib Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. KQMİ-nə niyə görə 215000 manat yox 20000 manat Təqsirləndirilən şəxs verdiyini göstərməyini belə əsaslandırır ki, ona vədlər verirdi ona görə. Növbəti prosesdə verilmiş suallara cavab olaraq göstərmişdir ki, o məhkəməyə etiraz verdiyinə görə, şahidlərə məhkəmə iclasına gəlməmələrini bildirmişdir, o, şahidlərə demişdir ki, məhkəməyə etirazını bildirir. Bu işə başqa məhkəmədə baxılmalıdır, başqa məhkəməyə başqa hakimə düşdükdə şahidləri aparacaq ifadə versinlər, şahidlərin hazırki məhkəmədə iştirakına imkan verməyəcək. Azərbaycan Respublikası CPM-nin 330-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X22 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,”... Ceyhun və anası Yeganəyə pul verərəkən o, öz tanışlarını da özü ilə şahid kimi aparmış, həmin şahidlərindən X2, Şahid1 və Şahid3 adlarını qeyd edə bilər....”. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, özü ali təhsillidir, neft şirkətində işləmişdir, hüzürlüdür, yoldaşı rəhmətə getmişdir. 1998-ci ildən Mədətin anası ilə yaxın olmuşdur. Anası rəhmətə gedəndə tək uşaq olduğuna görə Mədəti ona tapşırmışdır, demişdir ki, oğluna dayaq olsunlar. Mədət 2005-ci ilədək yaxşı bir işdə işləmişdir, sonra işdən çıxarmışlar, Mədət demişdir ki, əlində pulu var, istəyir ona köməklik etsin, o da demişdir ki, istəsə onu operator işinə düzəldər şirkətə. Mədətin pulu çox olmuşdur, Mədətin əlində 35000 manat pulu olmuşdur, o da demişdir ki, köməklik edib işə düzəldə bilər. Mədət demişdir ki, Ceyhun müəllim var, onun yerlisidir, o da demişdir ki, Ceyhunun qohumu onlarda işləyir. Demişdir ki onu həmin işə qaytaracaq, o da Mədətə demişdir ki, lap yaxşı. Mədət demişdir ki, pul istəyir. O da Mədətə demişdir ki, ya notariusla ver, ya da şahidlə. 2019-cu ilin yanvar ayının 10-u 15-i arası idi, Mədət demişdir ki, gedək pulu verməyə, demişdir ki, 2 nəfər şahidi var, o da demişdir ki, “mənidə apar”. Mədət gəlib götürmüşdür onu blokun ağzından, digər 2 şahid maşında olmuşdur. Getmişlər Ali Məhkəmənin qabağında, ona Mədət əl telefonu ilə onun ev telefonuna yığmışdır, o, düşmüşdür aşağı, ona yoldaşı mobil telefon işlətməyə qoymamışdır, onun mobil telefonu olmamışdır. Getmişlər Ali Məhkəmənin qabağına, o maşından düşmüş, təzədən oturmuş maşına, Mədət pulu vermiş, o Ceyhunu görmüş, yanında bir nəfər də olmuşdur, pulu verəndə görməmişdir. Ceyhunu görmək üçün getmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, anası Mədəti tapşırıb deyə maraqlanmış getmişdir. Onu blokun ağzından evdən götürmüşlər. Ceyhun formada gəlmişdi ya yox yadında deyil. O yasın içindədir, heç nə yadında deyil. O düşmüş Ceyhuna baxmış saniyə qayıtmış maşına. 2-ci dəfə Mədət onu gəlib evdən götürmüş, qapını döymüş, o da çıxmış getmişlər. X20 tərəfdə Konstitusiya Məhkəməsinin yanında vermişdir. O, şəhəri tanımır, Mədət ona demişdir ki, Konstitusiya Məhkəməsinin yanına gedirlər. Mədət qabaqda, 3 şahid arxada oturmuşlar, o, kənarda oturmuşdur. Hər ikisində 10000- 10000 vermişdir, Ceyhungil həmişə 2 qardaş gəlirdilər. 3-cü dəfə Tiflis restoranının yanında vermişdir, ora tək getmişdir, başqa maşınla. Mədət demişdir ki, Tovuzlu qızdır, ona almaq istəyirlər, 1500 üzük alacaq, 50 manat tort şirinlik alacaq, Yeganə ilə görüşməyə Mədətlə o getmişdir, ora başqa maşınla getmişlər, digər şahidlər olmamışdır. O, özgə işinə qarışan deyil deyə düşüb Yeganə ilə danışmamışdır, kənarda durub baxmışdır ki, pulu verir. Şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, “...Təxmini xatırlayır ki, 2019-cu ilin yanvar ayının sonlarında Mədət ona zəng vuraraq bildirmişdir ki, işə bərpa olunması ilə bağlı Ali Məhkəmədə yüksək vəzifədə işləyən bir nəfər tanış adam tapıb, həmin şəxs ona söz verib ki, müəyyən pulun müqabilində onun işə bərpa olunması barədə məhkəmə qərarı qəbul etdirilməsində köməklik göstərəcək, xahiş etmişdir ki, onunla birlikdə həmin şəxsə pul vermək üçün Ali Məhkəmənin qarşısına getsin ki, bu işə şahid olsun. O, razılaşmış, bir qədər sonra rəfiqəsi, hazırda ağır yataq xəstəsi olan Gülşərəf ilə birlikdə Mədətin yaşadığı məhəlləyə getmiş, ora çatdıqda görmüş ki, Mədət bir nəfər adı sonradan ona məlum olan Əlizadə adlı dostu ilə onu məhəllədə gözləyirmiş, məlum olmuşdur ki, Mədət həmin Əlizadə adlı dostundan xahiş edib ki, onlarla birlikdə gedərək hadisəyə şahid olsun. Bir qədər sonra onların arxasınca Mədətin digər dostu, adı sonradan ona məlum olan Sabir adlı şəxs də özünün avtomobili ilə gəlmiş və onlar hamısı birlikdə Sabirin idarə etdiyi avtomobilə əyləşib birlikdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Yolda aralarında baş tutan söhbət zamanı Mədət bildirmişdir ki, bir nəfər Ali Məhkəmədə yüksək vəzifədə işləyən Ceyhun adlı şəxslə tanış olub, Ceyhun ona söz verib ki, 20.000 manat pulun müqabilində özünün əlaqələn vasitəsi ilə Mədətin işə bərpa olunmasına dair məhkəmə qərarı alınmasına nail olacaq. Onlar həmin vaxt Mədətin bu işlə bağlı onları şahid aparmasını görüb anlamışlar ki, nədənsə narahatdır, yəni iş görəcəyi şəxsləri hələ yaxından tanımır, onlara tam etibar etmir, ona görə də hamısı Mədətə məsləhət görmüşlər ki, işini ehtiyatlı tutsun, zamanə pisdir, onu aldada bilərlər, pulu notarial qaydada versin, ya da ki, pulu verəndə ən azından həmin şəxsdən hər hansı bir yazılı qəbz alsın. Mədət isə bildirmişdir ki, məhz elə buna görə onları yanında şahid kimi aparır ki, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verərsə onlar onun həmin şəxsə pul verməsinin şahidi olsunlar. Onlar həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra onlar əyləşdiyi avtomobilin yanında içərisində sürücü və qabaq sərnişin oturacağında bir nəfər şəxs əyləşmiş, dövlət qeydiyyat nişanı və markası hazırda xatırında qalmayan qara rəngli avtomobil dayanmış, Mədət aşağı enərək sürücü tərəfdən həmin avtomobilə yaxınlaşmış, bir qədər pəncərədən söhbət etdikdən sonra əlində saxladığı pul bağlamasını elə pəncərədən sürücüyə ötürüb sağollaşmış və avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz vermişdir ki, pulun qalan hissəsinin də çatdırdıqdan sonra qısa müddət ərzində onun işini həll edəcək. Yolda geri qayıdarkən Mədətdən maraqlanmışlar ki, həmin şəxs onun işini necə həll edəcək? Mədət bildirmişdir ki, həmin Ceyhun adlı şəxsin özü Ali Məhkəmədə işləyir, onunla görüşə gətirdiyi yanındakı şəxs isə Ceyhunun Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləyən qaraşıdır, Ceyhun ona söz vermişdir ki, qardaşının vasitəsi ilə Konstitusiya Məhkəməsində onun şikayət etmə hüququnu bərpa etdirərək işini yenidən baxılması üçün Ali Məhkəməyə göndərəcək, Ali Məhkəmədə də özünün tanış hakimləri vasitəsi ilə onun xeyrinə qərar qəbul etdirəcək. Bu hadisədən təxminən 20 gün sonra Mədət zəng vuraraq bildirmişdir ki, pulun qalan hissəsini də düzəldib, xahiş etmişdir ki, yenə də onunla birlikdə həmin Ceyhun adlı şəxslə görüşə getsin. O, razılaşmış, Mədət yenə də eyni tərkibli tanışları ilə arxasınca yaşadığı ünvana gələrək onu götürmüşlər, birlikdə Bakı şəhəri Səbail rayonu Sabir Bağının qarşısında yerləşən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısına getmişlər, həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra Ceyhun adlı şəxsin bir nəfər digər şəxslə Sabir Bağının ortasına gəlib dayandıqlarını görən Mədət aşağı enərək Ceyhun adlı şəxsə yaxınlaşmış, onlar söhbət edərək Ceyhunun yanındakı şəxsdən aralanaraq bir qədər kənara çəkilmişlər, bir qədər söhbət etdikdən sonra Mədət əlində saxladığı çantasından pul bağlamasını çıxarıb Ceyhuna vermiş və sağollaşaraq avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz vermişdir ki, qısa müddət ərzində onun işini həll edəcək. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər Mədəti aldatmışlar, onun üçün heç bir iş görməyərək 20.000 manat məbləğində pulunu ələ keçirmişlər. Hələ bu azmış kimi, həmin Ceyhun adlı şəxs anası Yeganə ilə birlikdə Mədəti aldadaraq guya onu öz tanışları Aygün adlı qızla nişanlayacağı vəd verərək həmin qıza üzük almaq adı ilə 1550 manat məbləğində pulunu da ələ keçirmişlər, o və Mədətin tanışı Sabir Mədətin həmin Yeganə adlı qadına 1550 manat məbləğində pulu 2022-ci ilin avqust ayının təxminən sonlarında Bakıxanov qəsəbəsi ərazisindəki «Tbilisi» restoranın qarşısında verməsinin şəxsən şahidi olmuşlar. Həmin vaxt onlar həmin görüşə yenə də Sabirin avtomobili ilə getmişlər, Sabir avtomobilin sükanı arxasından aşağı enməsə də o, Mədətlə birlikdə aşağı enib Yeganə və Ceyhunla görüşüb söhbət etmişdir, hətta o, həmin vaxt Yeganədən soruşmuşdur ki, Mədətlə nişanlayacağı Aygün adlı qız haralıdır, xasiyyəti və tərbiyəsi necədir, necə ailədəndir, Yeganə də onları arxayın etmişdir ki, narahat olmasınlar, məsləhətli qızdır, yaxşı ailədəndir, onlar da ona inaraq pulu verib geri qayıtmışlar. Sonradan isə məlum olmuşdur ki, Ceyhun adlı şəxs dələduz imiş, Mədət kimi digər şəxsləri də aldatdığı üçün Suraxanı rayon məhkəməsində barəsində cinayət işinə baxılır(cild 2,i.v.53-57); Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, X12 təxminən 1995-ci ildən tanıyır, onunla RF-nın Voronej şəhərində tanış olmuşdur, həmin vaxtdan münasibətləri yaranmışdır. Azərbaycana qayıtdıqdan sonra da münasibətlərini davam etdirmişlər, Mədət bir müddət Ədliyyə Nazirliynin Pentensiyar Xidmətində, sonra isə Daxili İşlər Nazirliyinin Daxili Qonşularında işləmişdir. 2005-ci ildə Mədəti, deməsinə görə əsassız olaraq işdən çıxarmışdırlar, o da ticarətlə məşğul olmağa başlamışdır. Lakin son vaxtlar Mədət pensiya hüququ əldə etmək üçün işə bərpa olunması ilə əlaqədar müxtəlif məhkəmə instansiyalarına müraciət etməyə başlamış, demək olar ki, nə vaxt onu görürmüşsə əlində sənədlər olan çanta ilə müxtəlif məhkəmə instansiyalarına gedib-gəlmişdir. Hələ o da zarafatca ona demişdir ki, hədər yerə özünü yormasın, kimsə məhkəmələrdə yüksək vəzifəli tanışlıq əlaqələri olan bir şəxs onu tapşırmasa onun heç bir işi həll olunmayacaq. Təxmini xatırlayır ki, 2019-cu ilin yanvar ayının sonlarında Mədət ona zəng vuraraq bildirmişdir ki, işə bərpa olunması ilə bağlı Ali Məhkəmədə yüksək vəzifədə işləyən bir nəfər tanış adam tapıb, həmin şəxs ona söz verib ki, müəyyən pulun müqabilində onun işə bərpa olunması barədə məhkəmə qərarı qəbul etdirilməsində köməklik göstərəcək, xahiş etmişdir ki, fərdi qaydada sürücülük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu, özünə məxsus «Mersedes Benz V-class Vito» markalı avtomobili ilə onu həmin şəxsə pul vermək üçün Ali Məhkəmənin yerləşdiyi məkana aparsın. O, razılaşmış və öz avtomobili ilə Mədətin arxasınca onun yaşadığı Bakıxanov qəsəbəsindəki məhəlləsinə getmiş. Orada Mədəti və yanında olan, adları sonradan ona məlum olan Tünzalə və Əlizadə adlı şəxsləri avtomobilinə mindirib birlikdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Yolda aralarında baş tutan söhbət zamanı Mədət bildirmişdir ki, bir nəfər Ali Məhkəmədə yüksək vəzifədə işləyən Ceyhun adlı şəxslə tanış olub, Ceyhun ona söz verib ki, 20.000 manat pulun müqabilində özünün əlaqələri vasitəsi ilə Mədətin işə bərpa olunmasına dair məhkəmə qərarı alınmasına nail olacaq. Həmin vaxt o, hətta Mədətə məsləhət görmüşdür ki, işini ehtiyatlı tutsun, zamanə pisdir, onu aldada bilərlər, pulu verəndən ən azından həmin şəxsdən hər hansı bir yazılı qəbz alsın. Mədət isə bildirmişdir ki, məhz elə buna görə onları yanında şahid kimi aparır ki, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verərsə onlar onun həmin şəxsə pul verməsinin şahidi olsunlar. Onlar həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş. Həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra onun avtomobilinin yanında içərisində sürücü və qabaq sərnişin oturacağında bir nəfər şəxs əyləşmiş, dövlət qeydiyyat nişanı hazırda xatirində qalmayan qara rəngli «Xundai Santafe» markalı avtomobil dayanmışdır. Mədət aşağı enərək sürücü tərəfdən həmin avtomobilə yaxınlaşmış, bir qədər pəncərədən söhbət etdikdən sonra əlində saxladığı pul bağlamasını elə pəncərədən sürücüyə ötürüb sağollaşmış və avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz verib ki, pulun qalan hissəsinin də çatdırdıqdan sonra qısa müddət ərzində onun işini həll edəcək. Yolda geri qayıdarkən Mədətdən maraqlanmışlar ki, həmin şəxs onun işini necə həll edəcək? Mədət bildirmişdir ki, həmin Ceyhun adlı şəxsin özü Ali Məhkəmədə işləyir, onunla görüşə gətirdiyi yanındakı şəxs isə Ceyhunun Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləyən qaraşıdır, Ceyhun ona söz verib ki, qardaşının vasitəsi ilə Konstitusiya Məhkəməsində onun şikayət etmə hüququnu bərpa etdirərək işini yenidən baxılması üçün Ali Məhkəməyə göndərəcək, Ali Məhkəmədə də özünün tanış hakimləri vasitəsi ilə onun xeyrinə qərar qəbul etdirəcək. Bu hadisədən təxminən 20 gün sonra Mədət ona zəng vuraraq bildirmişdir ki, pulun qalan hissəsini də düzəldib, xahiş etmişdir ki, yenə də onunla birlikdə həmin Ceyhun adlı şəxslə görüşə getsin. O, razılaşmış və həmin vaxt yenə də öz avtomobili ilə Mədətin arxasınca onun yaşadığı Bakıxanov qəsəbəsindəki məhəlləsinə getmiş. Orada Mədəti və yanında olan yenə də eyni adamları, Tünzalə və Əlizadə adlı şəxsləri avtomobilinə mindirib birlikdə Bakı şəhəri Səbail rayonu Sabir Bağının qarşısında yerləşən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Onlar həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra Ceyhun adlı şəxsin bir nəfər digər şəxslə Sabir Bağının ortasına gəlib dayandıqlarını görən Mədət avtomobildən aşağı enərək Ceyhun adlı şəxsə yaxınlaşmış, onlar söhbət edərək Ceyhunun yanındakı şəxsdən aralanaraq bir qədər kənara çəkilmişlər, bir qədər söhbət etdikdən sonra Mədət əlində saxladığı çantasından pul bağlamasını çıxarıb Ceyhuna vermiş və sağollaşaraq avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermiş, həmin şəxs də ona söz vermişdir ki, qısa müddət ərzində onun işini həll edəcək. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər Mədəti aldatmışlar, onun üçün heç bir iş görməyərək 20.000 manat məbləğində pulunu ələ keçirmişlər. Hələ bu azmış kimi, həmin Ceyhun adlı şəxs anası Yeganə ilə birlikdə Mədəti aldadaraq guya onu öz tanışları Aygün adlı qızla nişanlayacağı vəd verərək həmin qıza üzük almaq adı ilə 1550 manat məbləğində pulunu da ələ keçirmişlər, o və Mədətin tanışı Tünzalə xanım Mədətin həmin Yeganə adlı qadına 1550 manat məbləğində pulu 2022-ci ilin avqust ayının təxminən sonlarında Bakıxanov qəsəbəsi ərazisindəki «Tbilisi» restoranın qarşısında verməsinin şəxsən şahidi olmuşdur. Həmin vaxt Mədətgil həmin görüşə yenə də onun avtomobili ilə getmişlər, o, avtomobilin sükanı arxasından aşağı enməsə də Tünzalə xanım Mədətlə birlikdə aşağı enib Yeganə ilə görüşüb söhbət edərək pulu verib geri qayıtmışlar. Sonradan isə məlum olmuşdur ki, Ceyhun adlı şəxs dələduz imiş, Mədət kimi digər şəxsləri də aldatdığı üçün Suraxanı rayon məhkəməsində barəsində cinayət işinə baxılır(cild 2, i.v.47-52); Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X12 təxminən on ildir ki, tanıyır, onunla Bakıxanov qəsəbəsində qonşu məhəllələrdə yaşayırlar, məhəllədə tanış olmuşlar, həmin vaxtdan münasibətləri yaranmışdır. Mədət deməsinə görə, bir müddət Ədliyyə Nazirliynin Pentensiyar Xidmətində, sonra isə Daxili İşlər Nazirliyinin Daxili Qonşularında işləmiş, 2005-ci ildə isə Mədəti əsassız olaraq işdən çıxarmışdırlar, Mədət də ticarətlə məşğul olmağa başlamışdır. Lakin son vaxtlar Mədət pensiya hüququ əldə etmək üçün işə bərpa olunması ilə əlaqədar müxtəlif məhkəmə instansiyalarına müraciət etməyə başlamışdır. Demək olar ki, nə vaxt Mədəti görürdüsə əlində sənədlər olan çanta ilə müxtəlif məhkəmə instansiyalarına gedib-gəlirmiş. Hələ o da zarafatca Mədətə deyirmiş ki, hədər yerə özünü yormasın, kimsə məhkəmələrdə yüksək vəzifəli tanışlıq əlaqələri olan bir şəxs tapşırmasa onun heç bir işi həll olunmayacaq. Təxmini xatırlayır ki, 2019-cu ilin yanvar ayının sonlarında Mədətlə məhəllədə görüşərkən ona bildirmişdir ki, işə bərpa olunması ilə bağlı Ali Məhkəmədə yüksək vəzifədə işləyən bir nəfər tanış adam tapıb, həmin şəxs ona söz verib ki, müəyyən pulun müqabilində onun işə bərpa olunması barədə məhkəmə qərarı qəbul etdirilməsində köməklik göstərəcək, xahiş etmişdir ki, onunla birlikdə həmin şəxsə pul vermək üçün Ali Məhkəmənin qarşısına getsin ki, bu işə şahid olsun. O, razılaşmış, hazırlaşaraq Mədətin yaşadığı məhəlləyə getmiş, orada Mədətlə görüşdükdə məhəlləyə bir nəfər adı sonradan ona məlum olan Tünzalə adlı tanışı da gəlmişdir, məlum olmuşdur ki, Mədət həmin Tünzalə adlı tanışından da xahiş edib ki, onlarla birlikdə gedərək hadisəyə şahid olsun. Bir qədər sonra onların arxasınca Mədətin digər dostu, adı sonradan ona məlum olan Sabir adlı şəxs də özünün avtomobili ilə gəlmiş və onlar hamısı birlikdə Sabirin idarə etdiyi avtomobilə əyləşib birlikdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Yolda aralarında baş tutan söhbət zamanı Mədət bildirmişdir ki, bir nəfər Ali Məhkəmədə yüksək vəzifədə işləyən Ceyhun adlı şəxslə tanış olub, Ceyhun ona söz verib ki, 20.000 manat pulun müqabilində özünün əlaqələri vasitəsi ilə Mədətin işə bərpa olunmasına dair məhkəmə qərarı alınmasına nail olacaq. Onlar həmin vaxt Mədətin bu işlə bağlı onları şahid aparmasını görüb anlamışlar ki, nədənsə narahatdır, yəni iş görəcəyi şəxsləri hələ yaxından tanımır, onlara tam etibar etmir, ona görə də hamısı Mədətə məsləhət görmüşlər ki, işini ehtiyatlı tutsun, zamanə pisdir, onu aldada bilərlər, pulu notarial qaydada versin, ya da ki, pulu verəndə ən azından həmin şəxsdən hər hansı bir yazılı qəbz alsın. Mədət isə bildirmişdir ki, məhz elə buna görə onları yanında şahid kimi aparır ki, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verərsə onlar onun həmin şəxsə pul verməsinin şahidi olsunlar. Həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymışdır. Bir qədər sonra onlar əyləşdiyi avtomobilin yanında içərisində sürücü və qabaq sərnişin oturacağında bir nəfər şəxs əyləşmiş, dövlət qeydiyyat nişanı və markası hazırda xatırında qalmayan qara rəngli avtomobil dayanmışdır. Mədət aşağı enərək sürücü tərəfdən həmin avtomobilə yaxınlaşmış, bir qədər pəncərədən söhbət etdikdən sonra əlində saxladığı pul bağlamasını elə pəncərədən sürücüyə ötürüb sağollaşmış və onların yanına geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə verdi, həmin şəxs də ona söz verib ki, pulun qalan hissəsinin də çatdırdıqdan sonra qısa müddət ərzində onun işini həll edəcək. Yolda geri qayıdarkən Mədətdən maraqlanmışlar ki, həmin şəxs onun işini necə həll edəcək? Mədət bildirmişdir ki, həmin Ceyhun adlı şəxsin özü Ali Məhkəmədə işləyir, onunla görüşə gətirdiyi yanındakı şəxs isə Ceyhunun Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləyən qardaşıdır, Ceyhun ona söz verib ki, qardaşının vasitəsi ilə Konstitusiya Məhkəməsində onun şikayət etmə hüququnu bərpa etdirərək işini yenidən baxılması üçün Ali Məhkəməyə göndərəcək, Ali Məhkəmədə də özünün tanış hakimləri vasitəsi ilə onun xeyrinə qərar qəbul etdirəcək. Bu hadisədən təxminən 20 gün sonra Mədət ona zəng vuraraq bildirmişdir ki, pulun qalan hissəsini də düzəldib, xahiş etmişdir ki, yenə də onunla birlikdə həmin Ceyhun adlı şəxslə görüşə getsin. O, razılaşmış, Mədət yenə də eyni tərkibli tanışları ilə arxasınca yaşadığı ünvana gələrək onu götürmüşlər. Birlikdə Bakı şəhəri Səbail rayonu Sabir Bağının qarşısında yerləşən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymışdır. Bir qədər sonra Ceyhun adlı şəxsin bir nəfər digər şəxslə Sabir Bağının ortasına gəlib dayandıqlarını görən Mədət avtomobildən aşağı enərək Ceyhun adlı şəxsə yaxınlaşmış, onlar söhbət edərək Ceyhunun yanındakı şəxsdən aralanaraq bir qədər kənara çəkilmişlər, bir qədər söhbət etdikdən sonra Mədət əlində saxladığı çantasından pul bağlamasını çıxarıb Ceyhuna vermiş və sağollaşaraq avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz vermişdir ki, qısa müddət ərzində onun işini həll edəcək. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər Mədəti aldatmışlar, onun üçün heç bir iş görməyərək 20.000 manat məbləğində pulunu ələ keçirmişlər. Hələ bu azmış kimi, Mədətin deməsinə görə, həmin Ceyhun adlı şəxsin anası da Mədəti aldadaraq guya onu öz tanışı ilə nişanlayacağı vəd verərək həmin qıza üzük almaq adı ilə 1550 manat məbləğində pulunu ələ keçirib. Məlum olmuşdur ki, Ceyhun adlı şəxs dələduz imiş, Mədət kimi digər şəxsləri də aldatdığı üçün Suraxanı rayon məhkəməsində barəsində cinayət işinə baxılır(cild 2, i.v.58-62); Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Mehdili Yeganə qızı ifadəsində göstərdi ki, X10 yas yerindən gəldiyi zaman yolüstü görmüşlər, yolun qırağında oturmuşdur. Ceyhunla Mədət görüşmüşlər, salamlaşmışlar. Mədət onu gördükdə Ceyhun anası olduğunu bildirmişdir. Mədətdə demişdir ki, elə yaxşı olar bibidə ona xalalıq eləyər və evlənməyinə kömək edər. O da gülmüş, həmin vaxtı özüdə xəstə olmuş, yenicə ürəyinə stend qoydurmuşdur, yaxın adam rəhmətə getmişdir deyə yas yerinə getmişdir. Mədət ondan evlənmək üçün nə qədər pul lazım olduğunu, 1500 manatın bəs edib etməyəcəyini soruşmuş, o da onun insanın özündən aslı olduğunu demiş, indi xəstə olduğunu, vaxt olar xala kimi köməklik edəcəyini demişdir. Bir neçə aydan sonra Mədət onların həyətinə gəlmiş, qışqırmağa başlamışdır. Mədət başlamışdır deməyə ki, “mənə bu qədər pul verməlisiz, sizi şikayət edəcəm, Qulu mənim adamlarımdı, sizin başınıza nə oyun açacam”. O, Ceyhunu soruşmuş, Ceyhunda evdə olmamışdır. O da xəstə olduğundan biraz əsəbləşmiş, halı pis olmuşdur. Bu məsələni qardaşına dediyi üçün qardaşı demişdir ki, 2gedək danışaq görək bu bizdən nə istəyir niyə belə edir.” Onlar qardaşı ilə Bakıxanova getmişlər. Onunla danışmışlar və bir məkan var onun qarşısında görüşmüşlər. Mədət maşına oturan kimi hönkürtü ilə ağlamağa başlamışdır. Sonra özünün imkansız olduğunu, pis yerdə yaşadığını və kömək istədiyini bildirmişdir, qardaşıda ona demişdir ki, onların özünündə elə yaxşı vəziyyəti yoxdur, imkan olsa ona kömək edərlər, Mədətlə belə danışdıqdan sonra o sakitləşmişdir. Sonradan şikayət eləməyə başlamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlar maşında əyləşdikdə Mədət ona kömək lazım olduğunu bildirmişdir. İlk dəfə Ceyhunu tutub aparandan sonra o gəlib Mədətdən nə istədiyini soruşmuş, onu görüb qaçımışdır. O, Aygün adında xanımı tanımır, onlar Mədəti heç yerə aparmamışlar. Qardaşı ilə bir dəfə Mədətlə görüşüb danışdıqdan başqa görüşməmişdir. Qardaşı ilə birlikdə Mədətlə görüşən zaman Mədətin yanında heç kim olmamışdır. 1-ci dəfə onlar yas yerindən qayıdanda Mədətlə rastlaşmışlar yol üstündə dayanmışdır. İkinci dəfə onu həyətə gələndə görmüşlər, birdə qardaşı ilə birlikdə onunla görüşməyə gedən zaman Mədət onu görmüşdür. Ondan sonra qardaşından şikayət eləməyə başlamışdır ki, maşında silah saxlayır, onun başına oyun açır. O, Mədətlə telefonla danışmamış və ondan 1 qəpik belə götürməmişdir. Mədət bildirmişdir ki, ondan pulu alaraq güya əməliyyat etdirmişdir, amma onun əməliyyatı Mədətlə görüşündən əvvəl olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Əliyev Mədəti birinci dəfə 2022-ci ilin sentyabr ayında görmüşdür. O vaxt Binəqədi Rayon Polis İdarəsində istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləmişdir. O vaxta qədər Əliyev Mədəti ümumiyyətlə görməmişdir. O, həmin vaxtı səhər saatlarında işə gəldiyi zaman, arxadan kimsə yaxınlaşmış və çiyninə toxunmuşdur. Mədət ondan soruşmuşdur ki, Tural sizsiz? O da bəli demişdir. O, demişdirki, o, Əliyev Mədətdir və onunla 5 dəqiqəlik işi var, mümkündürsə danışsınlar. O da demişdir ki, idarəyə keçib onu çağıracaq gəlsin. O, keçmiş otağa və onu çağırmışdır. Mədət ona demişdirki, belə bir hadisə olmuş, qardaşı, anası ondan pul almışdır. O, bu barədə məlumatının olmadığını, bu barədə məlumat alıb əgər belə bir hallar olarsa əlaqə saxlayacağını demişdir. O, daha sonra qardaşı və anası ilə danışıb soruşmuş, demişdirki belə bir hallar olubsa ona dəqiq məlumat versinlər. Onlar belə bir hadisənin olmadığını demişlər. Onlar Mədəti tanıdıqlarını lakin pulunu almadıqlarını demişlər. Mədətlə həmin günü görüşəndə o, ağalaya ağlaya demişdir ki, heç olmasa ona 2000 manat pul düzəldib versinlər onlardan əl çəksin. Sonradan Mədət bilmişdir ki, o, Daxili İşlər orqanlarında işləyir və başlamışdır ondan şikayətlər etməyə. Artıq o, bir çox idarələrə izahatlar vermişdir. Mədət ifadəsində qeyd etmişdir ki, o, Ali Məhkəmənin qabağında qardaşı ilə birlikdə Mədətdən pul almış və həmin vaxtı şahidlər bunu görmüşlər, bu tamamilə şər böhtandır. O, istintaqda ifadəsində də qeyd etmişdirki, o, həmin tarixlərdə orada olmamışdır, xahiş edirki, antenn dairələri çıxarılsın. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ondan şikayət etməsinin səbəbi onun Daxili İşlər orqanlarında işləməsidir. Mədət ondan şikayət etmişdir ki, o, işdən çıxarılmasın deyə qardaşını məcbur etsinki ona pul versin. Mədət onun polis olduğunu biləndən sonra ondan şikayət etməyə başlamışdır. Ona bir məsələ aydın deyil ki, müddətin bərpası üçün bu qədər pul qardaşıma verilə bilərmi? Hazırki cinayət işindən ayrılmış cinayət işində onu üzləşdirmə istintaq hərəkətinin keçirilməsi üçün dəvət etmişlər, üzləşdirmə zamanı şahidlərdən biri Sabir qeyd etmişdir ki, “mən Turalı Ali Məhkəmənin qarşısında görməmişəm” və bunlar protokollaşdırmışlar, həmin vaxt Əliyev Mədətdə üzləşdirmə zamanı kənardan qapını açıb müdaxilə etmişdir, xahiş etmişdir ki, üzləşdirmə protokolu götürülsün. O, 2022-ci ildə birinci dəfə Mədəti görmüşdür, ondan sonra onun telefonuna bir neçə dəfə zəng etmiş, mesajlar yazmış, amma o, onları oxumamış və telefonlarını götürməmişdir. Mədətin onun telefonunu hardan bildiyini bilməmişdir, Mədət onu narahat etmişdir. Digər cinayət işi ilə bağlı o, şahidlər ilə üzləşdirilmişdir. Mədət ondan şikayət etmişdir ki, o, guya bu ilin yanvar ayında Mədətə zəng etmiş və onu öldürməklə hədələmişdir. Bu barədə 102 qaynar xəttinə məlumat vermişdir. Xahiş edir bu yoxlanılsın, belə bir şey olmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir(cild 1, i.v.1); X10 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, 2019-cu ildə məhkəmə işinin düzəldilməsi məqsədilə ona məxsus 20000 manatın Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini göstərmişdir(cild 1, i.v.11); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X10 izahtında göstərilən xüsusatla bağlı Bakı şəhəri Səbail rayonu Sabir bağına baxış keçirilmş, X22 xx.xx.2019-cu il tarixdə göstərilən ünvanda xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs 10000 manat pul verdiyini bildirmişdir(cild 1, i.v.16-18); Cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail rayon prokurorluğunun müstəntiqi tərəfindən ibtidai araşdırma nəticəsində Təqsirləndirilən şəxs, X6 və X14nın X13 qarşı dələduzluq etmələri barədə xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material əsasında cinayət işi başlanılması rədd edilmişdir(cild 1, i.v.107-111); Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmişdir(cild 1, i.v.114-115); 06 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının qərardadından görünür ki, Mədət Əliyevin şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunmuşdur(cild 1, i.v.128-129); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi tərəfindən ibtidai araşdırma nəticəsində Təqsirləndirilən şəxs, X6 və X14nın X13 qarşı dələduzluq etmələri barədə xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material əsasında cinayət işi başlanılması rədd edilmişdir(cild 1, i.v.179-183); Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının 13 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2010-2021-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İcra şöbəsində məsləhətçi(icra məmuru) vəzifəsində çalışmış və barəsində xidməti yoxlama aparılmamışdır. Təqsirləndirilən şəxs 2021-ci il 18 noyabr tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Ali Məhkəməsində işdən azad edilmişdir(cild 1, i.v.185); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Səbail RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin xidmət üzrə baş inspektoru X6 barəsində 2022-2023-cü illər ərzində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində heç bir araşdırma aparılmamışdır(cild 1, i.v.186); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 aprel 2023-cü il tarixli qərar ləğv edilərək material əlavə araşdırmanın aparılması üçün göndərilmişdir(cild 1, i.v.191-193); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu rayon prokurorluğunun müstəntiqi tərəfindən X10 müraciəti əsasında rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir(cild 1, i.v.214-219); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və material üzrə əlavə araşdırma aparılması barədə 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyul 2023-cü il tarixli qərar ləğv edilərək material əlavə araşdırmanın aparılması üçün göndərilmişdir(cild 1, i.v.221-222); Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərarından görünür ki, X10 müraciəti əsasında Sabunçu rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması X7 və sonuncunun anası X8 münasibətdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən təqsirlilikləri sübuta yetirilmədiyindən hissəvi rədd edilmiş, həmin material Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi və Suraxanı RPİ-də istintaq olunan cinayət işinə əlavə edilməsi üçün aidiyyəti üzrə Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır(cild 1, i.v.240-241); Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(cild 2, i.v.29-39); Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın cinayət işinə əlavə edilməklə istintaqın davam etdirilməsi barədə 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərar ləğv edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır(cild 2, i.v.40-41); Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində tutularaq Sabunçu RPİ-nin Msy-nə təhvil verilmişdir(cild 2, i.v.83); Üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X22 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə həyata keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 2, i.v.101-104); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(cild 2, i.v.105); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-725/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay 20 gün barəsində həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.127-133); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhlum edilmişdir(cild 2, i.v.153-154); 13 yanvar 2015-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar öz ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 2, i.v.159-162); 14 yanvar 2015-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar öz ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 2, i.v.163-166); 14 yanvar 2015-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar öz ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 2, i.v.167-170); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və ayrıca cinayət işinin ayrılması haqqında 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunmaqla yenidən ittiham elan edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə olmasının nəzərə alınması, törətdiyi cinayət əməlində Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan X14 və şəxsiyyəti istintaqa hələki məlum olmayan Elxan adlı şəxs barələrində hazırki cinayət işinin materiallarından ayrıca icraata Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işi ayrılması qərara alınmışdır(cild 2, i.v.171-182); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-24/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 09 fevral 2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab mktubundan görünür ki, verilmiş sorğuya cavab olaraq bildirilir ki, X22 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs onu əvvəllər xidmət etdiyi Daxili Qoşunlara işə bərpa olunmasına köməklik göstərəcəyini vəd edərək 20.000 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Qeyd edilən müraciət üzrə Baş idarənin Əməliyyat idarəsində araşdırılma aparılmış lakin X10 müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, həmçinin onun müraciəti üzrə hər hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi perspektivi olmadığından müraciətin işə alınması məqsədəmüvafiq hesab edilmişdir. X10 məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, Konstitusiya Məhkəməsi tərəfindən sənəd X1 xəbərnamə ilə xx.xx.2019-cu il tarixdə ona göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iş üzrə şahidlər Şahid1 və Şahid3 Söhrab oğlunun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid1 qeydiyyatda olduğu ünvanda yaşamadığından yerini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid3 Söhrab oğlunun harada yaşaması barədə məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin və şahidlərin ziddiyyətli birbirinə uyğun gəlməyən ifadələrinə və cinayət işində olan təhrif olunarq saxtalaşdırılmış sənədlərə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən ifadəsində, eyni zamanda ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində özünü təqsirli bilməyərək ümumiyyətlə X9 heç bir məbləğdə pul almadığını göstərmişdir. Məhkəmə, ittiham aktına əlavə edilmiş və istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin təqsirini sübut edən faktlar kimi istifadə edilmiş zərərçəkmiş şəxsin özünün verdiyi ifadələr arasında, eyni zamanda zərərçəkmiş şəxs və şahid ifadələri arasında, həmçinin şahidlərin öz ifadələri arasında olan ziddiyyətlərə ayrı-ayrılıqda yer ayırmağı zəruri hesab edir: Zərərçəkmiş şəxs X10 ifadəsi ilə bağlı ziddiyətlər: -məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının sabiq əməkdaşıdır, o, Ceyhunu onun işinə Ali Məhkəmədə baxılarkən 2019-cu il tarixdə tanımışdır. Ceyhun məhkəmə zalında arxada oturmuşdur. Rahib Nəbizadə onun işinə baxarkən ona bildirmişdir ki, sənin işində hər hansı problem yoxdur, sadəcə olaraq müddət məsələsini ötürmüsən. Ceyhun istintaqda demişdir ki, guya o, Rahib Nəbizadə ilə “insident” yaşamışdır, elə bir şey olmayıb. İşinə baxıldıqdan sonra Ceyhun ona yaxınlaşıb demişdir ki, sən hardansan? O da demişdir ki, Dmanisidəndir, Ceyhun da demişdirdi ki o da Kəpənəkçidəndir. Ceyhun ona demişdirki, onu kolidorda gözləsin, Ceyhun gəlib demişdir ki, onun qardaşı Konstitusiya Məhkəməsində sədr müavinidir, özü də Südabə Həsənovanı yaxından tanıyır, onun katibi Elxan adlı şəxslə yaxın dostdur. Ceyhun demişdir ki, “sən mənə möhlət ver, mən sənin işini maraqlanaram”. 1-2 gün sonra o, Ceyhunla Ali Məhkəmədə görüşmüş, ona demişdir ki, onun qardaşı Konstitusiya Məhkəməsində sədr müavinidir, Ali Məhkəmənin qərarını ləğv elətdirərək, buraxılmış müddəti bərpa elətdirəcək, göndərtdirəcək işi Ali Məhkəməyə, Ali Məhkəmədə İnzibati İqtisad Məhkəməsinin qərarını ləğv etdirib göndərtdirəcək 1 X23 Məhkəməsinə, orada da Südabə Həsənova ilə tapşırtdıracaq, onu DİO-na bərpa etdirəcək. Ceyhun demişdir ki, 10000 manat veriləcək Konstitusiya Məhkəməsinə, 10000 manatda veriləcək Ali Məhkəməyə. O da demişdir ki, lap yaxşı. Bu pul onda olmadığına görə 2 dəfəyə bu pul verilib. Yanvar ayının 5-də Ali Məhkəmədə onun işinə baxılıb, o, pulu yanvar ayının 12-15-i arası Ceyhuna vermişdir, daha dəqiq desək səhv eləmirsə 2019-cu ilin yanvar ayının 15-də vermişdir pulu, Ali Məhkəmənin qabağında. O, 3 nəfərlə birlikdə getmiş Ali Məhkəməyə, sadəcə olaraq onlara demişdir ki,i pulu verəndə onun yanında dursunlar. Getmişlər Ali Məhkəmənin qabağına, böyür qapıda qara Hyundaı maşın olmuş, Ceyhungil onu görüb düşmüşlər salamlaşmışlar, Ceyhun olmuş, qardaşı olmuş, o, Sabir adlı şəxsin maşını ilə getmişdir, o, pulu verdikdən sonra 2019-cu ilin fevral ayının 1 və ya 2-si idi, səhv etmirsə 2-si idi, Konstitusiya Məhkəməsinin qabağında Ceyhun Elxan adlı şəxslə gəlmiş, orada pulu vermişdir. Ceyhun istintaqda demişdir ki, guya ona ərizə yazdırıb. O özü ona buna ərizə yazır, Ceyhun ona demişdir ki, ad düşməsin nə bilim nə olsun deyə ərizəsini poçtla göndərmişdir Konstitusiya Məhkəməsinə, o, ərizəsini verəndən sonra karantin rejimi düşmüşdür, Ceyhun ona demişdirki, məhkəmələr işə baxmır, sonra ona demişdirki, ərizəsi birinci palatadan keçib, o getmiş Konstitusiya Məhkəməsinə, maraqlanmış, aşağıdan zəng eləmiş, ona demişlər ki, karantin rejiminin onlara aidiyyatı yoxdur, onlar işə baxır. O, çıxıb oradan Ceyhuna zəng eləmiş, demişdir ki, “məni niyə aldadırsan, bəs deyirsən Konstitusiya Məhkəməsində işə baxılmır?” Ceyhun onun dalınca uber göndərmiş, uber onu aparmışdır Ali Məhkəmənin qabağına, həmin vaxt 2020-ci il idi, Ceyhun gəlib Ali Məhkəmənin qabağına demişdirki, bu ağır işdir, Elxanı yığmış, Elxan guya ona demişdir ki, ora getməsin, ordakılar bilər. Onu yola salmış, sonra ona demişdirki, işin ikinci palatadanda keçib. Ona 2019-cu ilin iyul ayında imtina bildirişi gəlmişdir. Bildirişi məhkəməyə təqdim edir. Gedib maraqlanmış, Konstitusiya Məhkəməsindən ona demişlər ki, onun işi Konstitusiya Məhkəməsindən keçməmişdir. X16 görüşmüş, Ceyhun demişdir ki, səhv düşüb, onun işi ikinci palatadan keçib, dəftərxanada səhv düşüb, ona başqa başqa nömrələrdən zənglər gəlmiş, Nurəddin, Rasim və s. deyirmişlər darıxma bu gün sabah. O nömrələri müstəntiqə vermişdir. Bir dəfə hətta Ceyhun telefonu mikrofona qoymuş, guya Yasamal rayon məhkəməsinin hansısa hakimi Fərhad Abdullayevlə danışmış, demişdir ki qərar hazırdır. Sonra Ceyhun ona demişdirki Tural ordan işdən çıxıb, Səbail rayonu üzrə dərman şirkətinin müdiridir. Ceyhun ona demişdir ki, o, vhatsaplı telefon işlətmir. O, Turalla görüşəndə onun nömrəsini istəmişdirki, əlaqə saxlayıb danışsın, Tural ona demişdirki, özü ona zəng edəcək. O, pulu verməyə gedəndə 2-3 gün qabaq Ceyhun demişdir ki, filan saatda filan gün gələrsən Ali Məhkəmənin qabağına. Həmin saatda getmiş, Ceyhun özü Ali Məhkəmənin qabağında olmuşdur. Ali Məhkəmənin qabağında pulu verərkən saat 11 olmuşdur. O, ağ saroçkada olmuş, maşında o qabaqda, 3 nəfərdə arxada oturmuşdur. 3 il hər gün o Ceyhundan pul tələb etmişdir. Gündə bir söz danışmışdır. Ali Məhkəmədə dəftərxana müdiri Aslan demişdirki, Ceyhun dələduzdur, ona pul verməsin. O, hətta Ceyhuna demişdir ki, Südabə Həsənova işdən çıxıb, Ceyhun demişdir ki, onun nə dəxli var ki, qərarın çap olunacaq. Ona demişdir ki, Konstitusiya Məhkəməsinin qərarları çap olunur, getmiş orada maraqlanmış, Tahir adlı şəxs açıb tökmüş, demişdir ki, belə bir qərar yoxdur. Ceyhun ona demişdir ki, işin həll olunur, Ceyhun anası ilə onu tanış eləmiş, Qafqaz restoranında ona Ceyhun demişdir ki, dayısı Sahibin tələbə yoldaşı var, onun rəfiqəsi Aygün adında qız var, Lənkəranlıdır, yaxşı qızdır, maması deyirki onu Mədətlə evləndirsinlər, ona demişdir ki, aparıb ona qızı göstərəcəklər, anasını onun yanına gətirmiş, anası onunla qızı tanış eləmiş, Opel ** VP *** nömrəli maşınla dayısı Sahib gəlmiş, anası Yeganə gəlmiş, aparmışlar onu qızla tanış eləməyə. Qızı ona göstərəndən sonra 1550 manat anası ondan pul almışdır ki, guya qıza nişan aparacaq, Kitay restoranının yanında Aygünün bibisiqızıgilə nişan aparacaq, pulu Tbilisi restoranının qabağında anası Yeganə ilə Ceyhuna vermiş, başqa heç kim orada olmamışdır, Ceyhun anasını BMV markalı maşınla gətirmişdir. Həmin pulu 2022-ci ilin avqust ayında vermişdir. Sentyabr ayında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedib şikayət eləmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 3 il gözləmişdir ona görə ki, müxtəlif nömrələrdən ona zənglər gəlmişdir ki, darıxma işin alınacaq. Sentyabr ayında Ceyhunun telefonlarına zəng çatmamış, getmiş evlərinə, anası çıxmış qabağına, demişdirki, öləcək üstündə qalacaq. Aygün adlı qız 1972-ci il təvəllüdlü idi, Lənkəranlıdır. Hər iki 10000 manat pulu sayıb Ceyhunun yanında vermişdir, hamısı yüzlük olmuşdur. Pulu olmamış, vaxt istəmişdir, pulu Şamaxıda təsərrüfatı olmuş, birdə Razində alveri olmuşdur, oradan düzəldib vermişdir. İşdən çıxdıqdan sonra Şamaxıda təsərüffatla məşğul olmuş, həmdə Razində alverlə. Bu saat onda o qədər pul yenə var. Pul özünə məxsus olub. O, heç yerdə deməmişdir ki, pulu bacısından almışdır. Həmin vaxtıda indidə 055 *** ** ** nömrəsindən istifadə etmişdir. Ceyhunla Ali Məhkəmənin qabağına görüşməyə ağ Vita maşını ilə getmiş, 781 ya 721 nömrəli maşınla getmişdir, Sabir adlı şəxsin maşını ilə. O, öz nömrəsindən şahidlərə zəng edib çağırmışdır həmin günü, gəlmişlər Razinə, onu evlərindən götürüb getmişlər. O, Ali Məhkəmənin qabağına gedəndə Ceyhun orada gözləmişdir. O, Ceyhuna pul verən günü zəng etməmişdir. Ceyhun formada olmamış, kostyum geyinmiş, qalstuk taxmışdır, mülki geyimdə. Həmişə pulu verməzdən 1-2 gün əvvəl zəngləşmişlər, pul verən günləri zəngləşməmişlər. Ceyhun tarixi saatı deyirdi gəlsin. Turalda Ali Məhkəmənin qabağında olmuşdur. Maşından düşmüşlər, salamlaşmış, sonra oturmuşlar maşına, pulu pəncərədən Ceyhuna vermişdir. Onlar çatanda Ceyhun maşını saxlamışdır, onlar da o maşının arxasında saxlamışlar. Onlar şahidlərlə Sabunçuda İcra Hakimiyyətinin arxasında 5 mərtəbənin qabağında görüşüb getmişlər. Heç vaxt olmayıb ki, onunla başqa şahidlərin getdiyini desin, sonra izahatını dəyişsin, o demişdirki digər şəxslərin onun pulu verməyindən məlumatları olub. Onun özünə məxsus evi var. Ceyhun ona demişdir pulun 10000 manatı Turala çatacaq, ona görə istintaqda demişdir ki, 10000 manatı Turala vermişdir. Turalı 2 dəfə görmüşdür, bir dəfə Ali Məhkəmənin qabağında, bir dəfə də polis idarəsində. 2022-ci ilin sentyabrın 27-də anası dayısı gəlib ondan oktyabrın 15-inəcən vaxt almışlar ki, pulu ödəsinlər, buna görə heç yerə şikayət eləməmiş, bundan sonra heç nə olmadı deyə oktyabr ayının 15-dən sonra şikayət eləməyə başlamışdır. Yeganə xanıma Tbilisi restoranının qabağında pulu vermişdir. Sonradan bilmişdir ki, qardaşı Tural Nəsimidə inspektor işləyir. Ona demişdir ki, Tural Konstitusiya Məhkəməsində sədr müavinidir, inanmışdır, nə internetdən nə Konstitusiya Məhkəməsindən bu haqda maraqlanmamışdır. Konstitusiya Məhkəməsinin qabağına da eyni şahidlər ilə getmişdir, Ceyhunun yanında Elxan olmuşdur, Sabir bağının yanında olub. llkin izahatında 18 yanvar 2019-cu ildə pulun verilməsini göstərməsini, məhkəmənin iclasında 15 yanvar 2019-cu il tarixdə olduğunu göstərməsi ilə bağlı ziddiyyəti izah edə bilmir. 2ci dəfə pulu 01 fevral 2019-cu ildə saat 14 radələrində vermişdir. 28 avqust 2022-ci il tarixdə Yeganə xanıma pulu vermişdir. Oktyabr ayının 29-da 161 saylı qaynar xəttə zəng edib Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. KQMİ-nə niyə görə 215000 manat yox 20000 manat Təqsirləndirilən şəxs verdiyini göstərməyini belə əsaslandırır ki, ona vədlər verirdi ona görə. Maraqlı məqam ondan ibarətdir ki, ibtidai araşdırma zamanı X10 şikayəti üzrə araşdırma aparılarkən, 187 C/23 nömrəli material üzrə telefon danışıqlarına dair məlumatların ələ keçirilməsi haqqında Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən vəsatət və təqdimatla 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edilmiş, məhkəmənin 5(008)-584/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərarı ilə vəsatət və təqdimat təmin edilməmişdir. 5(008)-584/2023 saylı material hazırki cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edilərkən müəyyən edilmişdir ki, cinayət işinin materiallarında olan 16 iyun 2023-cü il tarixli vəsatət və təqdimat(cild 1, i.v. 196-197, 198-199), X10 izahatı(cild 1, i.v.31-33), X10 xx.xx.2022-ci il tarixli izahatı(cild 1, i.v.55-57), X2 xx.xx.2022-ci il tarixli izahatı(cild 1, 95-96); Qasım-zadə Gülşərəf Xalid qızının xx.xx.2022-ci il tarixli izahatı(cild 1, i.v.98-99), X10 27 mart 2023-cü il tarixli izahatı(cild 1, i.v.162-165), X10 xx.xx.2023-cü il tarixdə yenidən alınmış izahatı(cild 1, i.v.171); 5(008)-584/2023 saylı materialda olan sənədlərlə eynilik təşkil etməyərək təhrif olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan X10 Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatından görünür ki, X22 göstərmişdir ki, “....18 yanvar 2019-cu il tarixdə o Təqsirləndirilən şəxs ilə Ali Məhkəmənin qarşısında görüşərək orada Ceyhuna əlbə-əl 10000 manat pul vermişdir. Həmin vaxt onun yanında tanışları Sabir, Əlizadə, Tünzalə və Gülşərəf olmuş, onun pul verməyinin şahidi olmuşlar.... 01 fevral 2019-cu il tarixdə Konstitusiya Məhkəməsinin qarşısında Elxan adlı şəxsin yanında 10.000 manat pulu Ceyhuna vermişdir. Həmin vaxt onun yanında tanışları Sabir, Əlizadə, Tünzalə və Gülşərəf olmuş, onun pul verməyinin şahidi olmuşlar...”(cild 1, i.v.31-33). Halbuki, 5(008)-584/2023 saylı materialda olan sözügedən izahatdan görünür ki, X22 göstərmişdir ki, “....18 yanvar 2019-cu il tarixdə o Təqsirləndirilən şəxs ilə Ali Məhkəmənin qarşısında görüşərək orada Ceyhuna əlbə-əl 10000 manat pul vermişdir. Həmin vaxt onun yanında tanışları Bəxtiyar, Ələkbər, Taleh olmuş, onun pul verməyinin şahidi olmuşlar.... 01 fevral 2019-cu il tarixdə Konstitusiya Məhkəməsinin qarşısında Elxan adlı şəxsin yanında 10.000 manat pulu Ceyhuna vermişdir. Həmin vaxt onun yanında tanışları Bəxtiyar, Ələkbər, Taleh olmuş, onun pul verməyinin şahidi olmuşlar...”. (bax: 5(008)- 584/2023 saylı material, səhifə 08-10). Bundan başqa, cinayət işinin materiallarında olan X10 Səbail rayon prokurorluğunda vermiş olduğu xx.xx.2022-ci il tarixli izahatından görünür ki, “....18 yanvar 2019-cu il tarixdə o Təqsirləndirilən şəxs ilə Ali Məhkəmənin qarşısında görüşərək orada Ceyhuna əlbə-əl 10000 manat pul vermişdir. Həmin vaxt onun yanında tanışları Əlizadə, Sabir, Tünzalə və Gülşərəf olmuş, onun pul verməyinin şahidi olmuşlar.... 01 fevral 2019-cu il tarixdə Konstitusiya Məhkəməsinin qarşısında Elxan adlı şəxsin yanında 10.000 manat pulu Ceyhuna vermişdir. Həmin vaxt onun yanında tanışları Əlizadə, Sabir, Tünzalə və Gülşərəf olmuş, onun pul verməyinin şahidi olmuşlar... “ İzahatın sonunda X22 verilmiş suala cavab olaraq göstərmişdir ki, “..01 fevral 2019-cu il tarixdə Konstitusiya Məhkəməsinin qarşısında, Sabir bağıdan Elxan adlı şəxsin yanında 10.000 manat pulu Ceyhuna vermiş, həmin vaxt onun tanışları Bəxtiyar, Ələkbər və Taleh olmuş, onun pul verməyinin şahidi olmuşlar..”(cild 1, i.v.55-57); Halbuki, 5(008)-584/2023 saylı materialda olan sözügedən xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, X22 göstərmişdir ki, “...18 yanvar 2019-cu il tarixdə o Təqsirləndirilən şəxs ilə Ali Məhkəmənin qarşısında görüşərək orada Ceyhuna əlbə-əl 10000 manat pul vermişdir. Həmin vaxt onun yanında tanışları Bəxtiyar, Ələkbər və Taleh olmuş, onun pul verməyinin şahidi olmuşlar... 01 fevral 2019-cu il tarixdə Konstitusiya Məhkəməsinin qarşısında Elxan adlı şəxsin yanında 10.000 manat pulu Ceyhuna vermişdir. Həmin vaxt onun yanında tanışları Əlizadə, Sabir, Tünzalə və Gülşərəf olmuş, onun pul verməyinin şahidi olmuşlar... “ İzahatın sonunda X22 verilmiş suala cavab olaraq göstərmişdir ki, “ onun Təqsirləndirilən şəxs pul verməsini təsdiq edəcək hər hansı bir sübutu, səs yazısı və ya yazışması yoxdur, lakin onun Təqsirləndirilən şəxs pul verməyini təsdiq edə biləcək şahidləri vardır. Həmin şəxslər onun tanışları Aynur, Sərxan adlışəxslər, “Kamo” və “Tərlan” ləqəbi ilə tanıdığı şəxslər olmuşdur(bax: 5(008)-584/2023 saylı material, səhifə 16-18); Bundan başqa, cinayət işinin materiallarında olan X10 Sabunçu rayon prokurorluğunda vermiş olduğu 27 mart 2023-cü il tarixli izahatından görünür ki, X22 göstərmişdir ki, “...18 yanvar 2019-cu il tarixdə saat 11-12 radələrində o Ceyhunla və qardaşı Turalla Ali Məhkəmənin binasının yanında görüşmüş.. O, həmin görüşə evinin yaxınlığında yaşayan Tərlan adlı taksi sürücüsünün istifadəsində olan ağ rəngli, dövlət nömrə nişanını bilmədiyi Hyundai markalı avtomobillə və “Kamo” ləqəbli, adını adını bilmədiyi taksi sürücüsünün istifadəsində olan göy rəngli dövlət nömrə nişanını bilmədiyi Mercedes markalı avtomobillə getmişdir. Orada onun yanında Tünzalə, Gülşərəf, Sabir və Əlizadə adlı tanışları olmuşdur. Həmin tanışlarının yanında o, Tural adlı şəxsə qardaşı Ceyhunun və adlarını qeyd etdiyi tanışlarının yanında 10000 manat pul vermişdir.... həmin gündən sonra ikinci dəfə 01 fevral 2019-cu il tarixdə saat təxminən 11- 12 radələrində Ceyhunla Konstitusiya Məhkəməsinin yanında görüşmüş, həmin görüşə də, yuxarıda adlarını qeyd etdiyi qonşuları və tanışları ilə, habelə göstərdiyi taksi sürücüləri ilə birlikdə getmişdir. Həmin şəxslərin yanında göstərdiyi məsələnin həll edilməsi üçün Ceyhuna 10000 manat pul vermişdir. O Ceyhuna pul verməzdən əvvəl Elxan adlı şəxs oradan uzaqlaşmışdır... 28 avqust 2022-ci il tarixdə Yeganə oğlu Ceyhunla birlikdə gəlib onun yaşadığı binanın həyətində 1550 manat pulu ondan almışdır. Həmin vaxt Sabir və Tünzalə adlı tanışları onun yanında olmuşlar.. Həmin izahatın sonunda verilmiş suala cavab olaraq göstərmişdir ki, Səbail RPİ-nin 9-cu PB-də, habelə Səbail RPİ-nin İŞ-də və Səbail rayon prokurorluğunda onun fikrini izahatına düzgün qeyd etməyiblər. Əslində hadisə onun izahatında göstərdiyi kimi olmuş, 18 yanvar 2019-cu il tarixdə 10000 manat pulu ilk dəfə Tural Mehdiliyə vermişdir.”(cild 1, i.v.162- 165). Halbuki, 5(008)-584/2023 saylı materialda olan sözügedən 27 mart 2023-cü il tarixli izahatından görünür ki, X22 göstərmişdir ki, “...18 yanvar 2019-cu il tarixdə saat 11-12 radələrində o Ceyhunla və qardaşı Turalla Ali Məhkəmənin binasının yanında görüşmüş.. O, həmin görüşə evinin yaxınlığında yaşayan Tərlan adlı taksi sürücüsünün istifadəsində olan ağ rəngli, dövlət nömrə nişanını bilmədiyi Hyundai markalı avtomobillə və “Kamo” ləqəbli, adını adını bilmədiyi taksi sürücüsünün istifadəsində olan göy rəngli dövlət nömrə nişanını bilmədiyi Mercedes markalı avtomobillə getmişdir. Orada onun yanında Sərxan adlı qonşu, Tünzalə, Gülşərəf, Aygün, Dilşad və Tamilla adlı tanışları olmuşdur. Həmin tanışlarının yanında o, Tural adlı şəxsə qardaşı Ceyhunun və adlarını qeyd etdiyi tanışlarının yanında 10000 manat pul vermişdir.... həmin gündən sonra ikinci dəfə 01 fevral 2019-cu il tarixdə saat təxminən 11-12 radələrində Ceyhunla Konstitusiya Məhkəməsinin yanında görüşmüş, həmin görüşə də, yuxarıda adlarını qeyd etdiyi qonşuları və tanışları ilə, habelə göstərdiyi taksi sürücüləri ilə birlikdə getmişdir. Həmin şəxslərin yanında göstərdiyi məsələnin həll edilməsi üçün Ceyhuna 10000 manat pul vermişdir. O Ceyhuna pul verməzdən əvvəl Elxan adlı şəxs oradan uzaqlaşmışdır... 28 avqust 2022-ci il tarixdə Yeganə oğlu Ceyhunla birlikdə gəlib onun yaşadığı binanın həyətində 1550 manat pulu ondan almışdır. Həmin vaxt Sərxan adlı qonşusu, Tünzalə, Gülşərəf, Aygün, Dilşad və Tamilla adlı tanışları onun yanında olmuşlar.Onları şahid kimi çağırmışdır. Həmin izahatın sonunda verilmiş suala cavab olaraq göstərmişdir ki, Səbail RPİ-nin 9-cu PB-də, habelə Səbail RPİ-nin İŞ-də və Səbail rayon prokurorluğunda onun fikrini izahatına düzgün qeyd etməyiblər. Əslində hadisə onun izahatında göstərdiyi kimi olmuş, 18 yanvar 2019-cu il tarixdə 10000 manat pulu ilk dəfə Tural Mehdiliyə vermişdir.”( bax: 5(008)-584/2023 saylı material, səhifə 28-30). Bundan başqa, cinayət işinin materiallarında olan X10 Sabunçu rayon prokurorluğunda vermiş olduğu 27 mart 2023-cü il tarixli əlavə izahatından görünür ki, müstəntiq tərəfindən X13 verilmiş sual və cavabda göstərilmişdir ki: “Siz Sabunçu rayon prokurorluğunda izahat verərkən bildirmisiniz ki, Təqsirləndirilən şəxs, Tural Mehdili və onların anası Yeganə Mehdiliyə müxtəlif vaxtlarda pul verərkən tanışlarınız Sabir, Tünzalə, Gülşərəf və Əlizadə adlı şəxslər yanınızda olmuşdur və pulu vermək üçün gedərkən onlardan birinin idarə etdiyi avtomobillə Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin yanına aparmışdır. Səbail rayon prokurorluğunda toplanmış materialdan görünür ki, Tünzalə və Gülşərəf adlı şəxslərin izahatları alınmışdır. Sizin yanınızda olmuş Sabir və Əlizadə adlı şəxslərin izahatlarının alınması üçün onların anket məlumatları zəruridir. Siz adlarını qeyd etdiyiniz şəxslərin məlumatlarını və istifadələrində olan telefon nömrələrini bilirsinizmi? Cavab : Mən həmin şəxslərin anket məlumatlarını əzbər bilmirəm. Lakin, Sabunçu rayon prokurorluğuna ünvanladığım ərizəmdə Sabir və Əlizadə adlı şəxslərin anket məlumatlarını və nömrələrini göstərmişəm və şəxsiyyət vəsiqələrinin surətlərini materiala əlavə etmişəm, lazımdırsa həmin şəxsləri tapıb onları istintaqa izahat vermələri üçün dəvət edəcəm.”(cild 1, i.v.171). Halbuki, 5(008)-584/2023 saylı materialda olan sözügedən 27 mart 2023-cü il tarixli əlavə izahatından görünür ki, müstəntiq tərəfindən X13 verilmiş sual və cavabda göstərilmişdir ki: “Siz Sabunçu rayon prokurorluğunda izahat verərkən bildirmisiniz ki, Təqsirləndirilən şəxs, Tural Mehdili və onların anası Yeganə Mehdiliyə müxtəlif vaxtlarda pul verərkən tanışlarınız Sərxan, Tünzalə, Gülşərəf, Aygün, Dilşad və Tamilla adlı şəxslər yanınızda olmuşdur və pulu vermək üçün gedərkən Kamo və Tərlan ləqəbli şəxslər sizi və adlarını qeyd etdiyiniz tanışlarınızı öz idarə etdikləri avtomobillə Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin yanına aparmışdır. Səbail rayon prokurorluğunda toplanmış materialdan görünür ki, Tünzalə və Gülşərəf adlı şəxslərin izahatları alınmışdır. Sizin yanınızda olmuş Sərxan, Aygün, Dilşad və Tamilla adlı şəxslərin, habelə Kamo və Tərlan ləqəbli şəxslərin izahatlarının alınması üçün onların anket məlumatları zəruridir. Siz adlarını qeyd etdiyiniz şəxslərin məlumatlarını və istifadələrində olan telefon nömrələrini bilirsinizmi? Cavab : Mən həmin şəxslərin anket məlumatlarını əzbər bilmirəm. Lakin, Sabunçu rayon prokurorluğuna ünvanladığım ərizəmdə Sərxan, Aygün, Dilşad və Tamilla adlı şəxslərin anket məlumatlarını və nömrələrini göstərmişəm və şəxsiyyət vəsiqələrinin surətlərini materiala əlavə etmişəm. Kamo və Tərlan ləqəbli şəxslərin isə anket məlumatlarını və idarə etdikləri avtomobillərin nömrələrini, habelə telefon nömrələrini isə bilmirəm. Lakin, Kamo və Tərlan ləqəbli şəxsləri tapıb onları istintaqa izahat vermələri üçün dəvət edəcəm.”( bax: 5(008)-584/2023 saylı material, səhifə 31). Həmçinin, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan 16 iyun 2023cü il tarixli Sabunçu rayon prokurorluğunun müstəntiqi vəsatətində və Sabunçu rayon prokurorunun 16 iyun 2023-cü il tarixli rəsmi möhürlü və imzalı təqdimatında göstərilmişdir ki, “...Bundan başqa o, Səbail rayon prokurorluğunda verdiyi xx.xx.2022-ci il tarixli ilkin izahatında Təqsirləndirilən şəxs Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qarşısında pul verərkən yanında Tünzalə, Gülşərəf, Sabir, Əlizadə adlı şəxslərin olduğunu və məhz həmin şəxslərin pul verilməsi prosesində iştirak etdiyini bildirmişdir. Belə olan halda, həmin material üzrə hadisənin törədilmə motivi, vaxtı, mexanizmi, subyekt tərkibi və yuxarıda qeyd olunanlar da daxil olmaqla digər xüsusi əhəmiyyət kəsb edən halların dəqiqləşdirilməsi, habelə araşdırma üzrə obyektiv həqiqətin müəyyən edilməsinə xidmət edən sair halların müəyyən edilməsi məqsədi ilə X22, Təqsirləndirilən şəxs, X15, X4 və X5 tərəfindən telefonla aparılan danışıqlar və rabitə vasitəsi ilə ötürülən digər məlumatlar ələ keçirilməlidir...”(cild 1, i.v.196-199); Halbuki, 5(008)-584/2023 saylı materialda olan 16 iyun 2023-cü il tarixli sözügedən vəsatət və təqdimatda göstərilmişdir ki, “... Bundan başqa o, Səbail RPİ-nin İŞ-də verdiyi izahatda Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs pul verərkən yanında Bəxtiyar, Ələkbər və Taleh adlı şəxslərin olmasını göstərsə də, Səbail rayon prokurorluğuna verdiyi izahatında həmin xüsusatı təkzib edərək Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs pul verərkən yanında Bəxtiyar, Ələkbər və Taleh adlı şəxslərin deyil, Aynur və Sərxan adlı, habelə “Kamo” və “Tərlan” ləqəbli adlı şəxslərin olmasını bildirmişdir. Bundan başqa o, Səbail rayon prokurorluğunda verdiyi xx.xx.2022-ci il tarixli ilkin izahatında Təqsirləndirilən şəxs Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qarşısında pul verərkən yanında Aynur və Sərxan adlı, habelə “Kamo” və “Tərlan” ləqəbli şəxslərin olduğunu bildirsə də, Səbail rayon prokurorluğunda verdiyi xx.xx.2023-cü il tarixli əlavə izahatında əvvəlki izahatına zidd olaraq Aynur adlı, habelə “Kamo” və “Tərlan” ləqəbli şəxslərin Təqsirləndirilən şəxs pul verilməsində birbaşa iştirak etmədiyini göstərmiş, hadisə vaxtı yanında Tünzalə, Gülşərəf, Sərxan, Aygün, Dilşad, Tamilla adlı şəxslərin olduğunu və məhz həmin şəxslərin pul verilməsi prosesində iştirak etdiyini bildirmişdir. Belə olan halda, həmin material üzrə hadisənin törədilmə motivi, vaxtı, mexanizmi, subyekt tərkibi və yuxarıda qeyd olunanlar da daxil olmaqla digər xüsusi əhəmiyyət kəsb edən halların dəqiqləşdirilməsi, habelə araşdırma üzrə obyektiv həqiqətin müəyyən edilməsinə xidmət edən sair halların müəyyən edilməsi məqsədi ilə X22, Təqsirləndirilən şəxs, X15, Bəxtiyar, Ələkbər, Taleh adlı şəxslər, habelə X4 və X5 tərəfindən telefonla aparılar danışıqlar və rabitə vasitəsi ilə ötürülən digər məlumatlar ələ keçirilməlidir...”( bax: 5(008)-584/2023 saylı material, səhifə 01-04). Göründüyü kimi, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs X22 yuxarıda göstərilən ayrı-ayrı tarixlərdə müxtəlif orqanlara vermiş olduğu izahatlarında ayrı ayrı şəxslərin adını çəkərək təqsirləndirilən şəxsə pulun verilməsi zamanı şahid kimi iştirak etdiyini göstərmiş, məhz bu səbəbdən 22 dekabr 2022-ci il tarixli, 06 aprel 2023-cü il tarixli, 09 iyul 2023-cü il tarixli qərarlarla Səbail və Sabunçu rayon prokurorluğunun ayrı-ayrı müstəntiqləri tərəfindən 3 dəfə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, zərərçəkmiş şəxsin iş materiallarında olan müxtəlif orqanlara ünvanladığı çoxsaylı şikayətlərindən, şantaj və təhdid dolu müraciətlərindən(dəfələrlə 102-yə zəng edərək intihar edəcəyini, ayrı-ayrı müstəntiqlərin rüşvət aldığı üçün cinayət işi başlamaması məzmunda müraciətləri iş materiallarına əlavə olunmuşdur) sonra hazırki ittiham üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmış, təqsirləndirilən şəxsə verilmiş ittihamın təsdiqi üçün iş materiallarında olan həmin ziddiyyətli izahatlar və sənədlər təhrif olunaraq həqiqəti əks etdirməyən izahatlar və sənədlərlə əvəz edilmişdir. Məhkəmə istintaqı zamanı həmin ziddiyətlərin aydınlaşdırılması üçün zərərçəkmiş şəxs X13 verilmiş suala cavab olaraq göstərmişdir ki, “Heç vaxt olmayıb ki, istintaqda onunla başqa şahidlərin getdiyini desin, sonra izahatını dəyişsin, o demişdirki, digər şəxslərin onun pulu verməyindən məlumatları olub.” Halbuki, X22 yuxarıda qeyd edilən izahatlarında adlarını çəkdiyi şəxslərin (yəni ilk öncə Bəxtiyar, Ələkbər, Taleh adlı şəxslərin sonradan isə izahatını dəyişərək Sərxan, Aygün, Dilşad, Tamilla, “Kamo” və “Tərlan” ləqəbli şəxslərin) birbaşa pulun verilməsində şahid kimi iştirak etdiyini göstərmişdir. Bundan başqa, zərərçəkmiş şəxs X22 məhkəmə istintaq zamanı vermiş olduğu ifadəsində yalnız İ və İİ epizod üzrə hər 3 şahidin, yəni Tünzalə, Əlizadə və Sabirin onunla getdiyini, pulu Tbilisi restoranının qabağında Ceyhunun anası Yeganəyə verərkən başqa heç kimin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X22 vermiş olduğu xx.xx.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, ”... Ceyhun və anası Yeganəyə pul verərəkən o, öz tanışlarını da özü ilə şahid kimi aparmış, həmin şahidlərindən X2, Şahid1 və Şahid3 adlarını qeyd edə bilər....”(cild 2, i.v.09-12). X22 iş materiallarında olan Sabunçu rayon prokurorluğunda vermiş olduğu 27 mart 2023-cü il tarixli izahatında isə bu xüsusatla bağlı göstərmişdir ki, “... 28 avqust 2022-ci il tarixdə Yeganə oğlu Ceyhunla birlikdə gəlib onun yaşadığı binanın həyətində 1550 manat pulu ondan almışdır. Həmin vaxt Sabir və Tünzalə adlı tanışları onun yanında olmuşlar..”(cild 1, i.v. 162-165); Göründüyü kimi, X22 məhkəmə istintaqı zamanı Ceyhunun anası Yeganəyə pulu verərkən tək olduğunu, başqa heç kimin olmadığını göstərməsinə baxmayaraq, ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə izahatında Sabir və Tünzalə adlı tanışlarının onun yanında olduğunu, xx.xx.2024-cü il tarixdə ifadəsində Tünzalə, Sabir və Əlizadəni şahid kimi apardığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində isə X10 yuxarıda göstərilən izahat və ifadələrini tamamilə təkzib edərək göstərmişdir ki, “...Yeganə ilə görüşməyə Mədətlə o getmişdir, ora başqa maşınla getmişlər, digər şahidlər olmamışdır.” Göründüyü kimi, şahid X2 məhkəmə istintaqı zamanı verdiyi bu xüsusatla bağlı ifadəsi zərərçəkmiş şəxs X10 bir-birini təkzib edən ziddiyyətli ifadələrinin heç biri ilə üst üstə düşməyərək həmin xüsusatın həqiqiliyini təkzib etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs X22 məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən ifadəsində göstərmişdir ki, “..o, pulu yanvar ayının 12-15-i arası Ceyhuna vermişdir, daha dəqiq desək səhv eləmirsə 2019-cu ilin yanvar ayının 15də vermişdir pulu, Ali Məhkəmənin qabağında. O, 3 nəfərlə birlikdə getmiş Ali Məhkəməyə, sadəcə olaraq onlara demişdir ki, pulu verəndə onun yanında dursunlar. Getmişlər Ali Məhkəmənin qabağına, böyür qapıda qara Hyundaı maşın olmuş, Ceyhungil onu görüb düşmüşlər salamlaşmışlar, Ceyhun olmuş, qardaşı olmuş, o, Sabir adlı şəxsin maşını ilə getmişdir”. Halbuki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli X10 Səbail RPİ-nin 9-cu PB-də vermiş olduğu izahatından görünür ki, X22 göstərmişdir ki, “.. 2019-cu ilin yanvar ayında o Ceyhun və onun qardaşı olan Tural adlı şəxslə Ali Məhkəmənin qarşısında Ceyhunun idarə etdiyi “Hyundaı Santafe” markalı avtomobilin içərisində görüşmüş, Tural avtomobilin içərisində olan zaman Konstitusiya Məhkəməsinin sədr müavini olduğunu, qardaşı Ceyhunun isə hakim Südabə Həsənova ilə tanış olduğunu bildirmişdir. Daha sonra o, işinin həll edilməsi üçün nə lazım olduğunu soruşmuşdur. Ceyhun ona 1 gün ərzində nə qədər pul lazım olacağını deyəcəyini bildirmişdir. Növbəti gün o Ceyhunla Ali Məhkəmənin içərisində görüşmüş... Ceyhun ona demişdir ki, 10000 manat pulu Südabə Həsənovaya verərək onun müddət məsələsini bərpa edərək işi yenidən İnzibati Məhkəməyə göndərəcək, 10000 manat isə İnzibati Məhkəməyə veriləcək ki, onlarda onu Daxili Qoşunlara xidmətə bərpa etsinlər. xx.xx.2019-cu il tarixdə o Təqsirləndirilən şəxs ilə Ali Məhkəmənin qarşısında görüşərək ona 10000 manat pul məbləği vermişdir...” (cild 1, i.v.13-15); X3 RPİ-nin İstintaq Şöbəsində yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli izahatı ilə eyni məzmunlu izahat vermişdir(cild 1, i.v.31-33); X10 Sabunçu rayon prokurorluğunda vermiş olduğu 27 mart 2023-cü il tarixli izahatından görünür ki, X22 izahatın sonunda verilmiş suala cavab olaraq göstərmişdir ki, Səbail RPİ-nin 9-cu PB-də, habelə Səbail RPİ-nin İŞ-də və Səbail rayon prokurorluğunda onun fikrini izahatına düzgün qeyd etməyiblər. Əslində hadisə onun izahatında göstərdiyi kimi olmuş, 18 yanvar 2019-cu il tarixdə 10000 manat pulu ilk dəfə Tural Mehdiliyə vermişdir.”(cild 1, i.v.162-165). Bundan başqa, X10 iş materiallarında olan öz xətti ilə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X22 “10000 manat pulu Ali Məhkəmənin qabağında Ceyhunun iştirakı ilə əlbəəl Turala vermişəm” kimi qeyd etmişdir(cild 1, i.v.49-52); Həmçinin, X22 iş materiallarında olan Sabunçu rayon prokurorluğuna vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, “... həmin tanışlarının yanında o Tural adlı şəxsə qardaşı Ceyhunun və adlarını qeyd etdiyi tanışlarının yanında 10000 manat pul vermişdir..”(cild 1, i.v.162-165); Eyni zamanda, X10 iş materiallarında olan öz xətti ilə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X22 “10000 manat pulu Ali Məhkəmənin qabağında Ceyhunun iştirakı ilə Turala vermişəm” kimi qeyd etmişdir(cild 1, i.v.177-178); Həmçinin, zərərçəkmiş şəxs X10 xx.xx.2024-cü il tarixli ifadəsindən görünür ki, o, 2019-cu ilin yanvar ayının təxminən sonlarında Ali Məhkəmənin qarşısında Ceyhunun ondan 10000 manat məbləğində bir, 2019-cu ilin fevral ayının əvvəllərində isə Konstitusiya Məhkəməsinin qarşısında əlavə 10000 manat məbləğində də ikinci dəfə də pul aldığını göstərmişdir(cild 2, i.v.09-12); X10 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, “10000 manat pulu Ali Məhkəmənin qabağında əlbəəl Turala vermişəm” kimi qeyd etmişdir(cild 2, i.v.18); Məhkəmə istintaqı zamanı göstərilən ifadə və izahatlardakı ziddiyətlərin aydınlaşdırılması üçün X13 verilmiş suala cavab olaraq o, göstərmişdir ki, “..Ceyhun ona demişdir pulun 10000 manatı Turala çatacaq, ona görə istintaqda demişdir ki, 10000 manatı Turala vermişdir. Turalı 2 dəfə görmüşdür, bir dəfə Ali Məhkəmənin qabağında pulu verərkən, bir dəfə də polis idarəsində.” Göründüyü kimi, cinayət işinin 1-ci cildinin 13-15-ci vərəqində və 31-33-cü vərəqində olan ilkin izahatlarında X22 ilk dəfə pulu verməmişdən əvvəl Ceyhun və Turalla Ali Məhkəmənin qarşısında görüşüb danışdığını, lakin həmin günü pulu vermədiyini, sonrakı günlərdə yenədə Ali Məhkəmənin qabağında Ceyhunla görüşərək ona pul verdiyini göstərmiş, cinayət işi başlandıqdan sonra izahatında göstərilən xüsusatları dəyişərək xx.xx.2024-cü il tarixli ifadəsində pulu Turala deyil Ceyhuna verməsini göstərməsinə baxmayaraq, bu ifadəni verdikdən sonrakı tarixdə, yəni xx.xx.2024-cü il tarixli ərizəsində yenidən 10000 manat pulu Ali Məhkəmənin qabağında əlbəəl Turala verdiyini qeyd etmiş, beləliklə də, zərərçəkmiş şəxs bu xüsusatla bağlı ziddiyətli birbirini təkzib edən izahat və ifadələr verməklə ittihamda göstərilən hadisənin baş verməsini şübhə altına salmışdır. Eyni zamanda, X22 ilkin ərizə və izahatlarında ittihamda qeyd edilən epizodlar üzrə hadisələrin dəqiq tarixini göstərməklə İ epizodun xx.xx.2019-cu il tarixdə, İİ epizodun xx.xx.2019-cu il tarixdə, İİİ epizodun xx.xx.2022-ci il tarixdə baş verdiyini göstərsə də, sonradan vermiş olduğu ifadələrində hadisələrin dəqiq tarixini xatırlamadığını, İ epizodun 2019-cu ilin yanvar ayının sonlarında, İİ epizodun 2019-cu ilin fevral ayının əvvəllərində, İİİ epizodun 2022-ci ilin avqust ayının sonlarında baş verdiyini göstərmişdir. Maraqlısı odurki, müxtəlif orqanlara şikayətlər ünvanlamış və izahatlar vermiş zərərçəkmiş şəxsin hadisələrin “dəqiq” təfərrüatını, o cümlədən baş verdiyi dəqiq tarixləri göstərdiyi izahatlar əsaslı sayılmayaraq cinayət işinin başlanması dəfələrlə rədd edildiyi halda, nədənsə zərərçəkmiş şəxsin hadisələrin baş verməsinin dəqiq tarixini xatırlamadıqdan sonrakı izahatları əsaslı hesab edilməklə hazırki cinayət işi başlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, ona ilk dəfə 2019-cu ilin yanvar ayının sonlarında 10000 manat, sonra isə 2019-cu ilin fevral ayının əvvəllərində 10000 manat pulu xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmaması və qərarın qüvvədən düşmüş hesab edilməsi barədə həmin Elxan adlı şəxsin və qardaşı Turalın vasitələri ilə Konstitusiya məhkəməsində qərardad qəbul etdirəcəyini, bununla da işin baxılması üçün yenidən Ali Məhkəməyə qaytarılmasına nail olacağına dair yalan vədlər verib aldatması barədə ittiham verilmişdir. Zərərçəkmiş şəxs X22 isə bu barədə 2022-ci ilin oktyabr ayından müxtəlif orqanlara şikayət etməyə başlamışdır. Halbuki, zərərçəkmiş şəxs X22 məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərmişdir ki, “...Konstitusiya Məhkəməsinə, o, ərizəsini verəndən sonra karantin rejimi düşmüşdür, Ceyhun ona demişdirki, məhkəmələr işə baxmır, sonra ona demişdirki, ərizəsi birinci palatadan keçib, o getmiş Konstitusiya Məhkəməsinə, maraqlanmış, aşağıdan zəng eləmiş, ona demişlər ki, karantin rejiminin onlara aidiyyatı yoxdur, onlar işə baxır...ona 2019-cu ilin iyul ayında imtina bildirişi gəlmişdir. Bildirişi məhkəməyə təqdim edir. Dəfələrlə gedib maraqlanmış, Konstitusiya Məhkəməsindən ona demişlər ki, onun işi Konstitusiya Məhkəməsindən keçməmişdir...” Zərərçəkmiş şəxs X10 məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, Konstitusiya Məhkəməsi tərəfindən sənəd X1 xəbərnamə ilə xx.xx.2019-cu il tarixdə göndərilmişdir. Beləliklə, zərərçəkmiş şəxs Mədət Əliyevin özünün ifadəsi və təqdim etdiyi qəbzlə müəyyən edilir ki, məhz 2019-cu ilin iyul ayından Mədət Əliyev şikayətinin Konstitusiya Məhkəməsi tərəfindən təmin edilmədiyindən məlumatlı olmuş, dəfələrlə gedib Konstitusiya Məhkəməsindən maraqlanmış, ona şikayətinin qəbul olunmadığı bildirilmiş, karantin rejiminin Konstitusiya Məhkəməsinə aidiyyatının olmadığını bilmişdir. Lakin bunu bilərəkdən 3 ildən artıq müddətdə Təqsirləndirilən şəxs göstərilən məqsədlə vermiş olduğu pul məbləği ilə bağlı heç bir orqana şikayət etməməsi, yalnız 2022-ci ilin oktyabr ayından müxtəlif orqanlara şikayət etməsi məhkəmədə haqlı şübhələr yaratmışdır. Digər maraqlı məqam ondan ibarətdir ki, X22 ifadəsində 2022-ci ilin avqust ayında Ceyhun və Yeganəyə pulu verdikdən sonra “nişan”ın alınmadığını görüb şikayət etməyə başladığını bildirmişdir. Halbuki, Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab mktubundan görünür ki, verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, X22 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs onu əvvəllər xidmət etdiyi Daxili Qoşunlara işə bərpa olunmasına köməklik göstərəcəyini vəd edərək 20.000 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Qeyd edilən müraciət üzrə Baş idarənin Əməliyyat idarəsində araşdırılma aparılmış lakin X10 müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, həmçinin onun müraciəti üzrə hər hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi perspektivi olmadığından müraciətin işə alınması məqsədəmüvafiq hesab edilmişdir. Göründüyü kimi, X22 ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən onun 21500 manat pulunu ələ keçirdiyini göstərsə də, nədənsə xx.xx.2022-ci il tarixdə ilk dəfə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə etdiyin müraciətində Təqsirləndirilən şəxs ondan 20000 manat pul aldığını göstərmiş, sonrakı şikayətlərində isə həmin məbləği dəyişərək 21500 manat olduğunu göstərmişdir ki, bu hal da məhkəmədə haqlı şübhələr doğurmuşdur. Şahid X2 ifadəsi ilə bağlı ziddiyətlər: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 yuxarıda qeyd edilən ifadəsində göstərmişdir ki, “...Mədətin pulu çox olmuşdur, Mədətin əlində 35000 manat pulu olmuşdur, o da demişdir ki, köməklik edib işə düzəldə bilər. Mədət demişdir ki, Ceyhun müəllim var, onun yerlisidir, o da demişdir ki, Ceyhunun qohumu onlarda işləyir. Demişdir ki onu həmin işə qaytaracaq, o da Mədətə demişdir ki, lap yaxşı. Mədət demişdir ki, pul istəyir. O da Mədətə demişdir ki, ya notariusla ver, ya da şahidlə. 2019-cu ilin yanvar ayının 10-u 15-i arası idi, Mədət demişdir ki, gedək pulu verməyə, demişdir ki, 2 nəfər şahidi var, o da demişdir ki, “mənidə apar”. Mədət gəlib götürmüşdür onu blokun ağzından, digər 2 şahid maşında olmuşdur. Getmişlər Ali Məhkəmənin qabağında, ona Mədət əl telefonu ilə onun ev telefonuna yığmışdır, o, düşmüşdür aşağı, ona yoldaşı mobil telefon işlətməyə qoymamışdır, onun mobil telefonu olmamışdır. Getmişlər Ali Məhkəmənin qabağına, o maşından düşmüş, təzədən oturmuş maşına, Mədət pulu vermiş, o Ceyhunu görmüş, yanında bir nəfər də olmuşdur, pulu verəndə görməmişdir. Ceyhunu görmək üçün getmişdir.” Verilmiş suallara cavab olaraq göstərmişdir ki, anası Mədəti tapşırıb deyə maraqlanmış getmişdir. Onu blokun ağzından evdən götürmüşlər. Ceyhun formada gəlmişdi ya yox yadında deyil. O yasın içindədir, heç nə yadında deyil. O düşmüş Ceyhuna baxmış saniyə qayıtmış maşına. 2-ci dəfə Mədət onu gəlib evdən götürmüş, qapını döymüş, o da çıxmış getmişlər. X20 tərəfdə Konstitusiya Məhkəməsinin yanında vermişdir. O, şəhəri tanımır, Mədət ona demişdir ki, Konstitusiya Məhkəməsinin yanına gedirlər. Mədət qabaqda, 3 şahid arxada oturmuşlar, o, kənarda oturmuşdur. Hər ikisində 10000- 10000 vermişdir, Ceyhungil həmişə 2 qardaş gəlirdilər. 3-cü dəfə Tiflis restoranının yanında vermişdir, ora tək getmişdir, başqa maşınla. Mədət demişdir ki, Tovuzlu qızdır, ona almaq istəyirlər, 1500 üzük alacaq, 50 manat tort şirinlik alacaq, Yeganə ilə görüşməyə Mədətlə o getmişdir, ora başqa maşınla getmişlər, digər şahidlər olmamışdır. O, özgə işinə qarışan deyil deyə düşüb Yeganə ilə danışmamışdır, kənarda durub baxmışdır ki, pulu verir. Lakin, şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, “...Təxmini xatırlayır ki, 2019-cu ilin yanvar ayının sonlarında Mədət ona zəng vuraraq bildirmişdir ki, işə bərpa olunması ilə bağlı Ali Məhkəmədə yüksək vəzifədə işləyən bir nəfər tanış adam tapıb, həmin şəxs ona söz verib ki, müəyyən pulun müqabilində onun işə bərpa olunması barədə məhkəmə qərarı qəbul etdirilməsində köməklik göstərəcək, xahiş etmişdir ki, onunla birlikdə həmin şəxsə pul vermək üçün Ali Məhkəmənin qarşısına getsin ki, bu işə şahid olsun. O, razılaşmış, bir qədər sonra rəfiqəsi, hazırda ağır yataq xəstəsi olan Gülşərəf ilə birlikdə Mədətin yaşadığı məhəlləyə getmiş, ora çatdıqda görmüş ki, Mədət bir nəfər adı sonradan ona məlum olan Əlizadə adlı dostu ilə onu məhəllədə gözləyirmiş, məlum olmuşdur ki, Mədət həmin Əlizadə adlı dostundan xahiş edib ki, onlarla birlikdə gedərək hadisəyə şahid olsun. Bir qədər sonra onların arxasınca Mədətin digər dostu, adı sonradan ona məlum olan Sabir adlı şəxs də özünün avtomobili ilə gəlmiş və onlar hamısı birlikdə Sabirin idarə etdiyi avtomobilə əyləşib birlikdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Yolda aralarında baş tutan söhbət zamanı Mədət bildirmişdir ki, bir nəfər Ali Məhkəmədə yüksək vəzifədə işləyən Ceyhun adlı şəxslə tanış olub, Ceyhun ona söz verib ki, 20.000 manat pulun müqabilində özünün əlaqələn vasitəsi ilə Mədətin işə bərpa olunmasına dair məhkəmə qərarı alınmasına nail olacaq. Onlar həmin vaxt Mədətin bu işlə bağlı onları şahid aparmasını görüb anlamışlar ki, nədənsə narahatdır, yəni iş görəcəyi şəxsləri hələ yaxından tanımır, onlara tam etibar etmir, ona görə də hamısı Mədətə məsləhət görmüşlər ki, işini ehtiyatlı tutsun, zamanə pisdir, onu aldada bilərlər, pulu notarial qaydada versin, ya da ki, pulu verəndə ən azından həmin şəxsdən hər hansı bir yazılı qəbz alsın. Mədət isə bildirmişdir ki, məhz elə buna görə onları yanında şahid kimi aparır ki, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verərsə onlar onun həmin şəxsə pul verməsinin şahidi olsunlar. Onlar həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra onlar əyləşdiyi avtomobilin yanında içərisində sürücü və qabaq sərnişin oturacağında bir nəfər şəxs əyləşmiş, dövlət qeydiyyat nişanı və markası hazırda xatırında qalmayan qara rəngli avtomobil dayanmış, Mədət aşağı enərək sürücü tərəfdən həmin avtomobilə yaxınlaşmış, bir qədər pəncərədən söhbət etdikdən sonra əlində saxladığı pul bağlamasını elə pəncərədən sürücüyə ötürüb sağollaşmış və avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz vermişdir ki, pulun qalan hissəsinin də çatdırdıqdan sonra qısa müddət ərzində onun işini həll edəcək. Yolda geri qayıdarkən Mədətdən maraqlanmışlar ki, həmin şəxs onun işini necə həll edəcək? Mədət bildirmişdir ki, həmin Ceyhun adlı şəxsin özü Ali Məhkəmədə işləyir, onunla görüşə gətirdiyi yanındakı şəxs isə Ceyhunun Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləyən qaraşıdır, Ceyhun ona söz vermişdir ki, qardaşının vasitəsi ilə Konstitusiya Məhkəməsində onun şikayət etmə hüququnu bərpa etdirərək işini yenidən baxılması üçün Ali Məhkəməyə göndərəcək, Ali Məhkəmədə də özünün tanış hakimləri vasitəsi ilə onun xeyrinə qərar qəbul etdirəcək. Bu hadisədən təxminən 20 gün sonra Mədət zəng vuraraq bildirmişdir ki, pulun qalan hissəsini də düzəldib, xahiş etmişdir ki, yenə də onunla birlikdə həmin Ceyhun adlı şəxslə görüşə getsin. O, razılaşmış, Mədət yenə də eyni tərkibli tanışları ilə arxasınca yaşadığı ünvana gələrək onu götürmüşlər, birlikdə Bakı şəhəri Səbail rayonu Sabir Bağının qarşısında yerləşən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısına getmişlər, həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra Ceyhun adlı şəxsin bir nəfər digər şəxslə Sabir Bağının ortasına gəlib dayandıqlarını görən Mədət aşağı enərək Ceyhun adlı şəxsə yaxınlaşmış, onlar söhbət edərək Ceyhunun yanındakı şəxsdən aralanaraq bir qədər kənara çəkilmişlər, bir qədər söhbət etdikdən sonra Mədət əlində saxladığı çantasından pul bağlamasını çıxarıb Ceyhuna vermiş və sağollaşaraq avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz vermişdir ki, qısa müddət ərzində onun işini həll edəcək. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər Mədəti aldatmışlar, onun üçün heç bir iş görməyərək 20.000 manat məbləğində pulunu ələ keçirmişlər. Hələ bu azmış kimi, həmin Ceyhun adlı şəxs anası Yeganə ilə birlikdə Mədəti aldadaraq guya onu öz tanışları Aygün adlı qızla nişanlayacağı vəd verərək həmin qıza üzük almaq adı ilə 1550 manat məbləğində pulunu da ələ keçirmişlər, o və Mədətin tanışı Sabir Mədətin həmin Yeganə adlı qadına 1550 manat məbləğində pulu 2022-ci ilin avqust ayının təxminən sonlarında Bakıxanov qəsəbəsi ərazisindəki «Tbilisi» restoranın qarşısında verməsinin şəxsən şahidi olmuşlar. Həmin vaxt onlar həmin görüşə yenə də Sabirin avtomobili ilə getmişlər, Sabir avtomobilin sükanı arxasından aşağı enməsə də o, Mədətlə birlikdə aşağı enib Yeganə və Ceyhunla görüşüb söhbət etmişdir, hətta o, həmin vaxt Yeganədən soruşmuşdur ki, Mədətlə nişanlayacağı Aygün adlı qız haralıdır, xasiyyəti və tərbiyəsi necədir, necə ailədəndir, Yeganə də onları arxayın etmişdir ki, narahat olmasınlar, məsləhətli qızdır, yaxşı ailədəndir, onlar da ona inaraq pulu verib geri qayıtmışlar. Sonradan isə məlum olmuşdur ki, Ceyhun adlı şəxs dələduz imiş, Mədət kimi digər şəxsləri də aldatdığı üçün Suraxanı rayon məhkəməsində barəsində cinayət işinə baxılır(cild 2,i.v.53-57); Göründüyü kimi, X4 məhkəmə istintaqı zamanı ilk dəfə 2019-cu ilin yanvar ayının 10u 15-i arası Mədətlə pulun verilməsi üçün getdiyini göstərsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 2019-cu ilin yanvar ayının sonlarında getdiyini, eləcə də məhkəmə istintaqı zamanı 2 nəfər kişi ilə şahid kimi getdiyini göstərsədə, ibtidai istintaq zamanı rəfiqəsi Gülşərəf ilə birlikdə getdiyini, həmçinin məhkəmə istintaqı zamanı Mədətin gəlib onu blokun ağzından götürdüyünü, həmin vaxt 2 şahidin maşında olduğunu göstərsə də, ibtidai istintaq zamanı Gülşərəf ilə birlikdə Mədətin yaşadığı məhəlləyə getdiyini, Əlizadənin məhəllədə gözlədiyini, sonradan Sabir adlı şəxsin avtomobili ilə gəldiyini göstərərək ziddiyətli ifadələr vermişdir. İş materiallarında olan şahid X2 15 dekabr 2022-ci il tarixli izahatından görünür ki, o, izahatında Gülşərəf adlı ailəvi tanışı, Mədət Əliyev və onun iki nəfər tanımadığı dostları ilə birlikdə Ali Məhkəmənin qabağına getdiklərini göstərmiş, Ali Məhkəmənin qabağında və Konstitusiya Məhkəməsinin qabağında Mədətin hər iki dəfə Turalla Ceyhuna 10000 manat pul verdiyini bildirmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq göstərmişdir ki, “ hər iki dəfə X26 Mehdiliyə pul verdiyi zaman mobil telefonu üzərində olmuş, onun istifadəsində *** *** ** **, 055 *** ** ** mobil nömrələri olmuşdur(cild 1, i.v.95-96). Halbuki, 5(008)-584/2023 saylı materialda olan şahid X2 15 dekabr 2022-ci il tarixli izahatı başqa məzmunda olmuşdur(bax: 5(008)-584/2023 saylı material səh 19-20). Hətta iş materiallarında olan 15 dekabr 2022-ci il tarixli Qasım-zadə Gülşərəf Xalid qızının izahatından görünür ki, o, X2 yuxarıda qeyd edilən 15 dekabr 2022-ci il tarixli izahatı ilə eyni məzmunlu izahat verərək hər iki epizod üzrə Tünzalə ilə birlikdə pulun verilməsində iştirak etdiyini təsdiqləmişdir(cild 1, i.v.98-99); Lakin, şahid X2 iş materiallarında olan izahat və ifadələrinə, eyni zamanda Qasımzadə Gülşərəf Xalid qızının həmin izahat və ifadələri təsdiq edən izahatlarına baxmayaraq nədənsə məhkəmə istintaqı zamanı Tünzalə Babayeva həmin xüsusatı təkzib edərək yalnız iki kişi ilə şahid kimi getdiyini göstərmişdir. Zərərçəkmiş şəxs X22 da, şahid Tünzalə Babayevanın məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini təkzib edərək göstərmişdir ki, “...O, öz nömrəsindən şahidlərə zəng edib çağırmışdır həmin günü, gəlmişlər Razinə, onu evlərindən götürüb getmişlər. O, Ali Məhkəmənin qabağına gedəndə Ceyhun orada gözləmişdir. O, Ceyhuna pul verən günü zəng etməmişdir. Ceyhun formada olmamış, kostyum geyinmiş, qalstuk taxmışdır, mülki geyimdə. Həmişə pulu verməzdən 1-2 gün əvvəl zəngləşmişlər, pul verən günləri zəngləşməmişlər. Ceyhun tarixi saatı deyirdi gəlsin. Turalda Ali Məhkəmənin qabağında olmuşdur. Maşından düşmüşlər, salamlaşmış, sonra oturmuşlar maşına, pulu pəncərədən vermişdir. Onlar çatanda Ceyhun maşını saxlamışdır, onlar da o maşının arxasında saxlamışlar. Onlar şahidlərlə Sabunçuda İcra Hakimiyyətinin arxasında 5 mərtəbənin qabağında görüşüb getmişlər. Göründüyü kimi, X4 məhkəmə iclasında mobil telefon işlətmədiyini bildirsə də, ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələrində hər iki dəfə X26 Mehdiliyə pul verdiyi zaman mobil telefonunun üzərində olduğunu, göstərmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs X22 da ifadəsində öz nömrəsindən şahidlərə zəng vurub çağırdığını göstərməklə şahid Tünzalə Babayevanın məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərdiyi bu xüsusatı təkzib etmişdir. Məhkəmə bununla bağlı xüsusi olaraq qeyd edir ki, şahid hadisə yerində olması ilə bağlı antenn dairələri barədə məlumatların məhkəmə tərəfindən götürülməsindən narahatçılıq keçirərək məhkəmədə həqiqəti əks etdirməyən ifadə vermişdir. Bundan başqa, ifadələrdən göründüyü kimi, X4 İ və İİ epizod üzrə pulun verilməsi zamanı Turalla Ceyhunun orada olduğunu göstərsə də, zərərçəkmiş şəxs X22 ifadəslərində 1-ci dəfə pulu verərkən Ceyhunun yanında qardaşı Tural olduğunu, 2-ci dəfə pulu vərərkən Ceyhunun yanında Elxan adlı şəxsin olduğunu göstərməklə bu xüsusat üzrə də ziddiyətli ifadələr vermişlər. Bundan başqa, İİİ epizodla bağlı X4 məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki,”... 3-cü dəfə Tiflis restoranının yanında vermişdir, ora tək getmişdir, başqa maşınla. Mədət demişdir ki, Tovuzlu qızdır, ona almaq istəyirlər, 1500 üzük alacaq, 50 manat tort şirinlik alacaq, Yeganə ilə görüşməyə Mədətlə o getmişdir, ora başqa maşınla getmişlər, digər şahidlər olmamışdır. O, özgə işinə qarışan deyil deyə düşüb Yeganə ilə danışmamışdır, kənarda durub baxmışdır ki, pulu verir.” Halbuki, şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, “...həmin Ceyhun adlı şəxs anası Yeganə ilə birlikdə Mədəti aldadaraq guya onu öz tanışları Aygün adlı qızla nişanlayacağı vəd verərək həmin qıza üzük almaq adı ilə 1550 manat məbləğində pulunu da ələ keçirmişlər, o və Mədətin tanışı Sabir Mədətin həmin Yeganə adlı qadına 1550 manat məbləğində pulu 2022-ci ilin avqust ayının təxminən sonlarında Bakıxanov qəsəbəsi ərazisindəki «Tbilisi» restoranın qarşısında verməsinin şəxsən şahidi olmuşlar. Həmin vaxt onlar həmin görüşə yenə də Sabirin avtomobili ilə getmişlər, Sabir avtomobilin sükanı arxasından aşağı enməsə də o, Mədətlə birlikdə aşağı enib Yeganə və Ceyhunla görüşüb söhbət etmişdir, hətta o, həmin vaxt Yeganədən soruşmuşdur ki, Mədətlə nişanlayacağı Aygün adlı qız haralıdır, xasiyyəti və tərbiyəsi necədir, necə ailədəndir, Yeganə də onları arxayın etmişdir ki, narahat olmasınlar, məsləhətli qızdır, yaxşı ailədəndir, onlar da ona inaraq pulu verib geri qayıtmışlar.” (cild 2,i.v.53- 57); Zərərçəkmiş şəxs X22 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində pulu Tbilisi restoranının qabağında Ceyhunun anası Yeganəyə verərkən başqa heç kimin olmadığını göstərmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, “... o və Mədətin tanışı Tünzalə xanım Mədətin həmin Yeganə adlı qadına 1550 manat məbləğində pulu 2022-ci ilin avqust ayının təxminən sonlarında Bakıxanov qəsəbəsi ərazisindəki «Tbilisi» restoranın qarşısında verməsinin şəxsən şahidi olmuşdur. Həmin vaxt Mədətgil həmin görüşə yenə də onun avtomobili ilə getmişlər, o, avtomobilin sükanı arxasından aşağı enməsə də Tünzalə xanım Mədətlə birlikdə aşağı enib Yeganə ilə görüşüb söhbət edərək pulu verib geri qayıtmışlar. Sonradan isə məlum olmuşdur ki, Ceyhun adlı şəxs dələduz imiş, Mədət kimi digər şəxsləri də aldatdığı üçün Suraxanı rayon məhkəməsində barəsində cinayət işinə baxılır(cild 2, i.v.47-52); Halbuki, X4 məhkəmə istintaqı zamanı Yeganə ilə görüşməyə Mədətlə getdiyini, orada digər şahidlərin olmadığını, başqa maşınla getdiyini, özgə işinə qarışan olmadığından düşüb Yeganə ilə danışmadığını, kənarda durub baxdığını göstərsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Mədətlə birlikdə aşağı enib Yeganə və Ceyhunla görüşüb söhbət etdiyini, qız haqqında maraqlandığını göstərmişdir. Hətta, bu xüsusatı Şahid1 da vermiş olduğu ifadəsində təsdiq etmişdir. Göründüyü kimi, şahid X4 həmin epizodla bağlı məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı bir birilə ziddiyyət təşkil edən ifadələr vermiş, həmin göstərdiyi xüsusatlar zərərçəkmiş şəxs X10 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə və şahid qismində dindirilmiş Şahid1 iş materiallarında olan tədqiq edilmiş ifadəsi ilə də birbirinə uyğunluq təşkil etməyərək ziddiyyət yaratmışdır. İş üzrə digər şahidlər Şahid1 və Şahid3 ifadələrinə münasibətdə məhkəmə xüsusi olaraq qeyd edir ki, zərərçəkmiş şəxs X22 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 onun ifadəsində göstərilən xüsusatlarla üst üstə düşməyən ifadə verməsinin şahidi olduqdan sonra, həmin şahidlərin məhkəmədə iştirakına maneə yaratmış(onların hər ikisi məhkəməyə dəvət olunaraq şahidlər otağında olmasına baxmayaraq çıxıb getməsinə nail olmuş), məhkəmə istintaqında dindirilməsinə imkan verməmiş, bu halı məhkəmə proseslərində dəfələrlə bildirərək onların iştirakına imkan verməyəcəyini təsdiq etmişdir. Bu səbəbdən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə şahidlər Şahid1 və Şahid3 Söhrab oğlunun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Lakin, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubuna və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Şahid1 və Şahid3 Söhrab oğlunun yerinin müəyyən edilərək məhkəmə iclasında iştirakının mümkün olmadığı göstərilmışdır. Buna görə də, şahidlər Şahid1 və Şahid3 Söhrab oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, X12 təxminən 1995-ci ildən tanıyır, onunla RF-nın Voronej şəhərində tanış olmuşdur, həmin vaxtdan münasibətləri yaranmışdır. Azərbaycana qayıtdıqdan sonra da münasibətlərini davam etdirmişlər, Mədət bir müddət Ədliyyə Nazirliynin Pentensiyar Xidmətində, sonra isə Daxili İşlər Nazirliyinin Daxili Qonşularında işləmişdir. 2005-ci ildə Mədəti, deməsinə görə əsassız olaraq işdən çıxarmışdırlar, o da ticarətlə məşğul olmağa başlamışdır. Lakin son vaxtlar Mədət pensiya hüququ əldə etmək üçün işə bərpa olunması ilə əlaqədar müxtəlif məhkəmə instansiyalarına müraciət etməyə başlamış, demək olar ki, nə vaxt onu görürmüşsə əlində sənədlər olan çanta ilə müxtəlif məhkəmə instansiyalarına gedib-gəlmişdir. Hələ o da zarafatca ona demişdir ki, hədər yerə özünü yormasın, kimsə məhkəmələrdə yüksək vəzifəli tanışlıq əlaqələri olan bir şəxs onu tapşırmasa onun heç bir işi həll olunmayacaq. Təxmini xatırlayır ki, 2019-cu ilin yanvar ayının sonlarında Mədət ona zəng vuraraq bildirmişdir ki, işə bərpa olunması ilə bağlı Ali Məhkəmədə yüksək vəzifədə işləyən bir nəfər tanış adam tapıb, həmin şəxs ona söz verib ki, müəyyən pulun müqabilində onun işə bərpa olunması barədə məhkəmə qərarı qəbul etdirilməsində köməklik göstərəcək, xahiş etmişdir ki, fərdi qaydada sürücülük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu, özünə məxsus «Mersedes Benz V-class Vito» markalı avtomobili ilə onu həmin şəxsə pul vermək üçün Ali Məhkəmənin yerləşdiyi məkana aparsın. O, razılaşmış və öz avtomobili ilə Mədətin arxasınca onun yaşadığı Bakıxanov qəsəbəsindəki məhəlləsinə getmiş. Orada Mədəti və yanında olan, adları sonradan ona məlum olan Tünzalə və Əlizadə adlı şəxsləri avtomobilinə mindirib birlikdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Yolda aralarında baş tutan söhbət zamanı Mədət bildirmişdir ki, bir nəfər Ali Məhkəmədə yüksək vəzifədə işləyən Ceyhun adlı şəxslə tanış olub, Ceyhun ona söz verib ki, 20.000 manat pulun müqabilində özünün əlaqələri vasitəsi ilə Mədətin işə bərpa olunmasına dair məhkəmə qərarı alınmasına nail olacaq. Həmin vaxt o, hətta Mədətə məsləhət görmüşdür ki, işini ehtiyatlı tutsun, zamanə pisdir, onu aldada bilərlər, pulu verəndən ən azından həmin şəxsdən hər hansı bir yazılı qəbz alsın. Mədət isə bildirmişdir ki, məhz elə buna görə onları yanında şahid kimi aparır ki, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verərsə onlar onun həmin şəxsə pul verməsinin şahidi olsunlar. Onlar həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş. Həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra onun avtomobilinin yanında içərisində sürücü və qabaq sərnişin oturacağında bir nəfər şəxs əyləşmiş, dövlət qeydiyyat nişanı hazırda xatirində qalmayan qara rəngli «Xundai Santafe» markalı avtomobil dayanmışdır. Mədət aşağı enərək sürücü tərəfdən həmin avtomobilə yaxınlaşmış, bir qədər pəncərədən söhbət etdikdən sonra əlində saxladığı pul bağlamasını elə pəncərədən sürücüyə ötürüb sağollaşmış və avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz verib ki, pulun qalan hissəsinin də çatdırdıqdan sonra qısa müddət ərzində onun işini həll edəcək. Yolda geri qayıdarkən Mədətdən maraqlanmışlar ki, həmin şəxs onun işini necə həll edəcək? Mədət bildirmişdir ki, həmin Ceyhun adlı şəxsin özü Ali Məhkəmədə işləyir, onunla görüşə gətirdiyi yanındakı şəxs isə Ceyhunun Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləyən qaraşıdır, Ceyhun ona söz verib ki, qardaşının vasitəsi ilə Konstitusiya Məhkəməsində onun şikayət etmə hüququnu bərpa etdirərək işini yenidən baxılması üçün Ali Məhkəməyə göndərəcək, Ali Məhkəmədə də özünün tanış hakimləri vasitəsi ilə onun xeyrinə qərar qəbul etdirəcək. Bu hadisədən təxminən 20 gün sonra Mədət ona zəng vuraraq bildirmişdir ki, pulun qalan hissəsini də düzəldib, xahiş etmişdir ki, yenə də onunla birlikdə həmin Ceyhun adlı şəxslə görüşə getsin. O, razılaşmış və həmin vaxt yenə də öz avtomobili ilə Mədətin arxasınca onun yaşadığı Bakıxanov qəsəbəsindəki məhəlləsinə getmiş. Orada Mədəti və yanında olan yenə də eyni adamları, Tünzalə və Əlizadə adlı şəxsləri avtomobilinə mindirib birlikdə Bakı şəhəri Səbail rayonu Sabir Bağının qarşısında yerləşən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Onlar həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymış, bir qədər sonra Ceyhun adlı şəxsin bir nəfər digər şəxslə Sabir Bağının ortasına gəlib dayandıqlarını görən Mədət avtomobildən aşağı enərək Ceyhun adlı şəxsə yaxınlaşmış, onlar söhbət edərək Ceyhunun yanındakı şəxsdən aralanaraq bir qədər kənara çəkilmişlər, bir qədər söhbət etdikdən sonra Mədət əlində saxladığı çantasından pul bağlamasını çıxarıb Ceyhuna vermiş və sağollaşaraq avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermiş, həmin şəxs də ona söz vermişdir ki, qısa müddət ərzində onun işini həll edəcək. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər Mədəti aldatmışlar, onun üçün heç bir iş görməyərək 20.000 manat məbləğində pulunu ələ keçirmişlər. Hələ bu azmış kimi, həmin Ceyhun adlı şəxs anası Yeganə ilə birlikdə Mədəti aldadaraq guya onu öz tanışları Aygün adlı qızla nişanlayacağı vəd verərək həmin qıza üzük almaq adı ilə 1550 manat məbləğində pulunu da ələ keçirmişlər, o və Mədətin tanışı Tünzalə xanım Mədətin həmin Yeganə adlı qadına 1550 manat məbləğində pulu 2022-ci ilin avqust ayının təxminən sonlarında Bakıxanov qəsəbəsi ərazisindəki «Tbilisi» restoranın qarşısında verməsinin şəxsən şahidi olmuşdur. Həmin vaxt Mədətgil həmin görüşə yenə də onun avtomobili ilə getmişlər, o, avtomobilin sükanı arxasından aşağı enməsə də Tünzalə xanım Mədətlə birlikdə aşağı enib Yeganə ilə görüşüb söhbət edərək pulu verib geri qayıtmışlar. Sonradan isə məlum olmuşdur ki, Ceyhun adlı şəxs dələduz imiş, Mədət kimi digər şəxsləri də aldatdığı üçün Suraxanı rayon məhkəməsində barəsində cinayət işinə baxılır(cild 2, i.v.47-52); Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X12 təxminən on ildir ki, tanıyır, onunla Bakıxanov qəsəbəsində qonşu məhəllələrdə yaşayırlar, məhəllədə tanış olmuşlar, həmin vaxtdan münasibətləri yaranmışdır. Mədət deməsinə görə, bir müddət Ədliyyə Nazirliynin Pentensiyar Xidmətində, sonra isə Daxili İşlər Nazirliyinin Daxili Qonşularında işləmiş, 2005-ci ildə isə Mədəti əsassız olaraq işdən çıxarmışdırlar, Mədət də ticarətlə məşğul olmağa başlamışdır. Lakin son vaxtlar Mədət pensiya hüququ əldə etmək üçün işə bərpa olunması ilə əlaqədar müxtəlif məhkəmə instansiyalarına müraciət etməyə başlamışdır. Demək olar ki, nə vaxt Mədəti görürdüsə əlində sənədlər olan çanta ilə müxtəlif məhkəmə instansiyalarına gedib-gəlirmiş. Hələ o da zarafatca Mədətə deyirmiş ki, hədər yerə özünü yormasın, kimsə məhkəmələrdə yüksək vəzifəli tanışlıq əlaqələri olan bir şəxs tapşırmasa onun heç bir işi həll olunmayacaq. Təxmini xatırlayır ki, 2019-cu ilin yanvar ayının sonlarında Mədətlə məhəllədə görüşərkən ona bildirmişdir ki, işə bərpa olunması ilə bağlı Ali Məhkəmədə yüksək vəzifədə işləyən bir nəfər tanış adam tapıb, həmin şəxs ona söz verib ki, müəyyən pulun müqabilində onun işə bərpa olunması barədə məhkəmə qərarı qəbul etdirilməsində köməklik göstərəcək, xahiş etmişdir ki, onunla birlikdə həmin şəxsə pul vermək üçün Ali Məhkəmənin qarşısına getsin ki, bu işə şahid olsun. O, razılaşmış, hazırlaşaraq Mədətin yaşadığı məhəlləyə getmiş, orada Mədətlə görüşdükdə məhəlləyə bir nəfər adı sonradan ona məlum olan Tünzalə adlı tanışı da gəlmişdir, məlum olmuşdur ki, Mədət həmin Tünzalə adlı tanışından da xahiş edib ki, onlarla birlikdə gedərək hadisəyə şahid olsun. Bir qədər sonra onların arxasınca Mədətin digər dostu, adı sonradan ona məlum olan Sabir adlı şəxs də özünün avtomobili ilə gəlmiş və onlar hamısı birlikdə Sabirin idarə etdiyi avtomobilə əyləşib birlikdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Yolda aralarında baş tutan söhbət zamanı Mədət bildirmişdir ki, bir nəfər Ali Məhkəmədə yüksək vəzifədə işləyən Ceyhun adlı şəxslə tanış olub, Ceyhun ona söz verib ki, 20.000 manat pulun müqabilində özünün əlaqələri vasitəsi ilə Mədətin işə bərpa olunmasına dair məhkəmə qərarı alınmasına nail olacaq. Onlar həmin vaxt Mədətin bu işlə bağlı onları şahid aparmasını görüb anlamışlar ki, nədənsə narahatdır, yəni iş görəcəyi şəxsləri hələ yaxından tanımır, onlara tam etibar etmir, ona görə də hamısı Mədətə məsləhət görmüşlər ki, işini ehtiyatlı tutsun, zamanə pisdir, onu aldada bilərlər, pulu notarial qaydada versin, ya da ki, pulu verəndə ən azından həmin şəxsdən hər hansı bir yazılı qəbz alsın. Mədət isə bildirmişdir ki, məhz elə buna görə onları yanında şahid kimi aparır ki, gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verərsə onlar onun həmin şəxsə pul verməsinin şahidi olsunlar. Həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymışdır. Bir qədər sonra onlar əyləşdiyi avtomobilin yanında içərisində sürücü və qabaq sərnişin oturacağında bir nəfər şəxs əyləşmiş, dövlət qeydiyyat nişanı və markası hazırda xatırında qalmayan qara rəngli avtomobil dayanmışdır. Mədət aşağı enərək sürücü tərəfdən həmin avtomobilə yaxınlaşmış, bir qədər pəncərədən söhbət etdikdən sonra əlində saxladığı pul bağlamasını elə pəncərədən sürücüyə ötürüb sağollaşmış və onların yanına geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə verdi, həmin şəxs də ona söz verib ki, pulun qalan hissəsinin də çatdırdıqdan sonra qısa müddət ərzində onun işini həll edəcək. Yolda geri qayıdarkən Mədətdən maraqlanmışlar ki, həmin şəxs onun işini necə həll edəcək? Mədət bildirmişdir ki, həmin Ceyhun adlı şəxsin özü Ali Məhkəmədə işləyir, onunla görüşə gətirdiyi yanındakı şəxs isə Ceyhunun Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işləyən qardaşıdır, Ceyhun ona söz verib ki, qardaşının vasitəsi ilə Konstitusiya Məhkəməsində onun şikayət etmə hüququnu bərpa etdirərək işini yenidən baxılması üçün Ali Məhkəməyə göndərəcək, Ali Məhkəmədə də özünün tanış hakimləri vasitəsi ilə onun xeyrinə qərar qəbul etdirəcək. Bu hadisədən təxminən 20 gün sonra Mədət ona zəng vuraraq bildirmişdir ki, pulun qalan hissəsini də düzəldib, xahiş etmişdir ki, yenə də onunla birlikdə həmin Ceyhun adlı şəxslə görüşə getsin. O, razılaşmış, Mədət yenə də eyni tərkibli tanışları ilə arxasınca yaşadığı ünvana gələrək onu götürmüşlər. Birlikdə Bakı şəhəri Səbail rayonu Sabir Bağının qarşısında yerləşən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısına getmişlər. Həmin əraziyə çatdıqda Mədət zəng vuraraq Ceyhun adlı şəxsə ora çatması barədə məlumat vermiş, həmin şəxs gələnə qədər əl çantasından 10.000 manat məbləğində pulu çıxarıb onların yanında saymışdır. Bir qədər sonra Ceyhun adlı şəxsin bir nəfər digər şəxslə Sabir Bağının ortasına gəlib dayandıqlarını görən Mədət avtomobildən aşağı enərək Ceyhun adlı şəxsə yaxınlaşmış, onlar söhbət edərək Ceyhunun yanındakı şəxsdən aralanaraq bir qədər kənara çəkilmişlər, bir qədər söhbət etdikdən sonra Mədət əlində saxladığı çantasından pul bağlamasını çıxarıb Ceyhuna vermiş və sağollaşaraq avtomobilə geri qayıdaraq bildirmişdir ki, pulu həmin şəxsə vermişdir, həmin şəxs də ona söz vermişdir ki, qısa müddət ərzində onun işini həll edəcək. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər Mədəti aldatmışlar, onun üçün heç bir iş görməyərək 20.000 manat məbləğində pulunu ələ keçirmişlər. Hələ bu azmış kimi, Mədətin deməsinə görə, həmin Ceyhun adlı şəxsin anası da Mədəti aldadaraq guya onu öz tanışı ilə nişanlayacağı vəd verərək həmin qıza üzük almaq adı ilə 1550 manat məbləğində pulunu ələ keçirib. Məlum olmuşdur ki, Ceyhun adlı şəxs dələduz imiş, Mədət kimi digər şəxsləri də aldatdığı üçün Suraxanı rayon məhkəməsində barəsində cinayət işinə baxılır(cild 2, i.v.58-62); Şahidlər Şahid1 və Şahid3 Söhrab oğlunun yuxarıda göstərilən ifadələrindən görünür ki, onlar məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs X10 və şahid X2 ifadələrində göstərilən xüsusatlarla ziddiyət təşkil edən ifadələr verərək həmin ifadələrinin həqiqiliyini şübhə altına salmışlar. Hətta, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X15 ifadəsində hazırki cinayət işindən ayrılmış cinayət işi ilə bağlı istintaqda Şahid1 ilə üzləşdirildiyini, üzləşdirmə zamanı Şahid1 hazırki cinayət işində vermiş olduğu ifadəsini təkzib edərək Tural Mehdilini görmədiyini göstərmişdir. Məhkəmə bu halın araşdırılması üçün sorğu verərək Sabunçu RPİ-nin istintaq şöbəsindən ayrılmış cinayət işi üzrə üzləşdirmə protokollarını istəmiş, xx.xx.2025-ci il tarixli bütün üzləşdirmə protokolu məhkəməyə təqdim edilsə də, məhz X15 ilə Şahid1 üzləşdirmə protokolu məhkəməyə təqdim edilməmiş, şifahi olaraq başqa üzləşdirmə protokolu olmadığı qeyd edilmişdir. Halbuki, həmin üzləşdirmə protokollarından görünür ki, həmin gün, yəni xx.xx.2025ci il tarixdə X15 zərərçəkmiş şəxs və digər şahidlərlə üzləşdirilmiş, eyni zamanda Şahid1 X14 ilə üzləşdirilmişdir, belə olan halda X6 və Şahid1 istintaq orqanında iştirak etməsinə baxmayaraq üzləşdirilməməsi, üzləşdirildiyi halda həmin protokolun məhkəməyə təqdim edilməməsi də şahid X6 məhkəmə istintaqı zamanı ifadəsində göstərilən xüsusatın həqiqiliyinə dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrində göstərilən xüsusatların yoxlanması məqsədilə onların istifadəsində olan mobil telefonların antenn dairələri ilə bağlı məlumatlar məhkəmənin qərarına əsasən götürülmüş, həmin məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı hal, yəni zərərçəkmiş şəxs və şahidlərin ittihamda göstərilən vaxtlarda ittihamda göstərilən hadisə yerlərində olmasını təsdiq edən hər hansı antenn məlumatları müəyyən edilməmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X21 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdəcox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-174/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-174/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver