Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-175/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,662 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyasının yaxınlığına daşımış, 08 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, «Neftçilər» metro stansiyasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,662 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,867 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanının yaxınlığına daşımış, 16 noyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində DİN-in Baş Narkotikləriə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,867 qram olan olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, sonuncu dəfə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2160/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-475/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilərək barəsində 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, bir neçə müddətdir narkotik vasitələrdən istifadə edir və istifadə etdiyi narkotik vasitələri Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alır. O, 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyası yaxınlığında olarkən üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 15 manat müqabilində bir büküm «şüşə» kimi tanıdığı, psixotrop maddə metamfetamin alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 08 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, «Neftçilər» metro stansiyasının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Sabunçu RPİ-nin 25-ci PŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bndan sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin maddənin nə olduğu soruşulduqda, o, həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyası yaxınlığında olarkən üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün möhürlənmiş, şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmişdir. 09 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 16 noyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində tanışları X2 və X12 ilə ünvan 2 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin 13-cü Polis Şöbəsinə aparılmış, polis şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmiş, narkotik vasitənin ona aid olmasını etiraf etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılacağı bildirilmişdir. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü həmin epizodda təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotikləriə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılmasından ötrü idarə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotikləriə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, saat 17 radələrində ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə dəvət edilmişdir. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, həmin maddəni, 15 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotikləriə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid3 ifadələrindən görünür ki, Şahid1 və Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuş, məlumatla bağlı Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair" qərar qəbul edilmiş, həmin qərara əsasən Kamran adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuş, o da, əməliyyat qrupuna daxil edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 00:30 radəsində Nizami rayonu, "Neftçilər" metrostansiyasının qarşısında Kamran adlı şəxsə oxşayan bir nəfər şəxsi müşahidə edib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini ona təqdim edərək Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və ona üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Nizami RPİ-nin 25-ci PŞ-yə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs onların təklifinə heç bir etiraz etməmiş, Nizami RPİ-nin 25ci PŞ-nin inzibati binasına getmişdir. Daha sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində vəkilinin və onların iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümündə olan maddənin "şüşə adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, "Neftçilər" metrostansiyasının yaxınlığında adını ünvanını bilmədiyi şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Müdafiəçisi Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli kütlə olan bükümün həqiqətən də ona məxsus olub-olmadığını, ona qarşı hər hansı bir formada təsir göstərilibgöstərilmədiyini, nə vaxtdan psixotrop maddələrdən istifadə etdiyini soruşduqda Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir edilmədiyini, təqdim etdiyi içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümün həqiqətən də ona məxsus olduğunu, təxminən 1-2 aydır ki, metafmfetamindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd şəffaf sellofan bükümü təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X8 ifadəsindən görünür ki, o, Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan 16 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, X9 16 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild-1, səhifə 12). Cinayət işi materiallarında olan 16 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə X5 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar olunaraq götürülmüşdür. (cild-1, səhifə 29-30). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 89 (səksən doqquz) manat müəyyən edilmişdir. (cild-1, səhifə 38). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6039 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,867 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,817 qramdır. (cild-1, səhifə 39-40). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 853/2023 nömrəli, 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, X9 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmədovun vəsatətini təmin edilməmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (cild-1, səhifə 75-81). Cinayət işi materiallarında olan 18 noyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild-1, səhifə 82-83). Cinayət işi materiallarında olan 08 sentyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, X9 08 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild-1, səhifə 113). Cinayət işi materiallarında olan 08 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X13, Şahid4 və X3 iştirakı ilə X5 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal şəkilli spesifik qoxuya malik maddə aşkar olunaraq götürülmüşdür. (cild-1, səhifə 134-135). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 80 (səksən) manat müəyyən edilmişdir. (cild-1, səhifə 144). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4767 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, “..Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,662 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,612 qramdır. (cild-1, səhifə 145-146). Cinayət işi materiallarında olan 09 sentyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, X9 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Nizami RPİ-nin İŞ-nin müstəntiqi Səddam Hüseynin vəsatətinin müdafiə edilməsindən Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən imtina edilmiş, X5 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (cild-1, səhifə 181-183). Cinayət işi materiallarında olan 09 sentyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild-1, səhifə 184-185). Cinayət işi materiallarında olan 11 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, X4 aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.612 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 08 sentyabr 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PB-nin inzibati binasında X5 üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild-1, səhifə 189-190). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 260/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild-1, səhifə 201-206). Cinayət işi materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 475/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 tutulduğu 03 (üç) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild-1, səhifə 218- 225). Cinayət işi materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)- 472/2023 nömrəli, 20 noyabr 2023 tarixli qərarından görünür ki, X9 barəsində həbsetmənin 18 noyabr 2023-cü il tarixdən hesablanılmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. (cild-2, səhifə 18-22). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 7877 nömrəli, 02 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, X6 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild-2, səhifə 28-29). Cinayət işi materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2160/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-475/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilərək X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 tutulduğu 03 (üç) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (cild-2, səhifə 36- 37). Cinayət işi materiallarında olan 14 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X4 aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.817 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, X5 üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild-2, səhifə 38-50). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 sentyabr 2023-cüil tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X9 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild-1, səhifə 199-200). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlama və daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal müəyyən edilmir, cinayətlərin təkrar törədilməsini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 2160/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2160/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə 18 noyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının cinayət işinin ibtidai istintaqı zamanı tutulma saatları nəzərə alınmaqla 04 (dörd) gün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-475/2023 nömrəli cinayət işi üzrə 03 (üç) gün tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu cəmi 07 (yedd) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 07 (yeddi) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.817 qram olan heroin və qalıq çəkisi 0,612 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2160/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 07 (yeddi) gün müddət azadlıqdan məhrumetmə cəzasının 07 (yeddi) gününə bərabər tutulmaqla, onun cəzasından 07 (yeddi) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.817 qram olan heroin və qalıq çəkisi 0,612 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-175/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-175/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver