Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-177/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Dress” yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə, saat 11:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Respublika Narkoloji Mərkəzinin” yaxınlığında Zərərçəkmiş şəxs istifadəsində olan **-PY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman qeyri-rəsmi həyat yoldaşı olan Zərərçəkmiş şəxs əsəbləşərək saçını yolmuş, qəsdən baş nahiyəsindən yumruq zərbələri vurmuş, sol biləyini sıxaraq ona ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək oynağı nahiyəsinin dərialtı hematoması, sol almacıq nahiyəsinin cızığı xəsarətləti yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətindədir və bir azyaşlı övladları var. Zərərçəkmiş şəxs tanışlıqlarının ilk vaxtlarında narkotik vasitələrdən istifadə etmiş, lakin, sonradan narkotik vasitələrdən istifadəni dayandırmışdır. Son vaxtlar, Leylanın gecələr normal yatmaması, onda Leylanın narkotik vasitələrdən istifadə etməsi şübhəsi yaratmışdır. Onlar birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə gedərək Leylanın analiz verməsini qərara almış, bu məqsədlə, 24 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə gedərək Leyla analiz vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ekspert komissiyasının rəyində Zərərçəkmiş şəxs narkotik vasitələrdən istifadə etmədiyi qeyd olunmuşdur. O, ekspert rəyi ilə razılaşmamış, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində çıxdıqdan sonra Leylaya söhbət etməyi təklif etmiş, bu məqsədlə, Leylanın avtomobilinə əyləşmişdir. Həmin gün saat 11:50 radələrində avtomobildə olduğu zaman Leylanın ona “Camal” adlı şəxslə xəyanət etməsindən şübhələndiyini bildirmiş, Leyla onunla razılaşmayaraq ondan avtomobildən enməsini xahiş etmişdir. O, avtomobildən endiyi zaman Leyla avtomobilin yan şüşələrini bağlamağa çalımış, lakin, o, buna mane olmağa çalışmışdır. Həmin vaxt Leylanın avtomobildə olan rəfiqəsi Nuranə avtomobildən enərək ona tərəf gəlmiş, o, Nuranənin əyləşdiyi tərəfdən avtomobilə minərək Leylanın saçından tutaraq onun baş nahiyəsinə zərbələr endirmiş, daha sonra oradan uzaqlaşmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətindədir və bir azyaşlı övladları var. 23 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun narkotik vasitələrdən istifadə etdiyi, həmçinin, bibi yoldaşı Camal ilə münasibəti olduğunu bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmışdır. O, bununla bağlı Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə müraciət etmiş, polis bölməsindən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçməsi bildirilmişdir. 24 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə gedərək analiz vermiş, Respublika Narkoloji Mərkəzinin ekspert komissiyasının rəyində onun narkotik vasitələrdən istifadə etmədiyi qeyd olunmuşdur. O, tibbi müayinə rəyini Təqsirləndirilən şəxs göstərmiş, lakin, Pərviz ona inanmamışdır. Respublika Narkoloji Mərkəzindən bir qədər aralandıqdan sonra saat 11:50 radələrində Pərviz ona avtomobilini saxlamasını, onunla söhbət etmək istədiyini bildirmiş, o, Pərvizin təklifi ilə razılaşmışdır. Pərviz avtomobilinin arxa oturacağında əyləşərək ona bibisi Nərminin və rəfiqəsi Aytənin səs yazılarını dinlədərək onların pozğun olduğunu bildirmiş, onu təhqir edərək onunla mübahisə etmişdir. O, avtomobildən enərək Pərvizin əyləşdiyi tərəfin qapısını açaraq Pərvizdən avtomobildən enməsini tələb etmiş, Pərviz avtomobildən enmişdir. O, avtomobilin yan şüşələrini və qapılarını bağlamağa çalışdığı zaman Pərviz ona maneçilik törətmişdir. Pərviz onun avtomobilə əyləşdiyi tərəfdən qapını açmağa çalışmış, lakin qapı bağlı olduğu üçün digər tərəfdən ön oturacağın qapısını açaraq onun saçından tutaraq başına yumruq zərbələri vurmuşdur. Həmin vaxt avtomobildə olan rəfiqəsi Nurlanə onları sakitləşdirmiş, Pərviz avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. O, hadisə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 22-23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 26 oktyabr 2022-ci il tarixli, 2522 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək oynağı nahiyəsinin dərialtı hematoması, sol almacıq nahiyəsinin cızığının müəyyən edilməsi, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsi, müddətinin qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlməsi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmaları qeyd edilmişdir. İş materiallarının 58-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 11 noyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-177/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-177/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver