Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-177/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bərdə rayonu, Ləmbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Ləmbəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus tikilməkdə olan fərdi yaşayış evinə lazım olan taxta tikinti materiallarını aşağı faizli kreditlə əldə etməsi üçün köməklik edəcəyinə yalan vəd verib, xx.xx.2022-ci il tarixdə 1000 dollar(1700 manat) və 1300 manat olmaqla ümumilikdə 3000 manat dəyərində pulu Abşeron rayonu, Məhəmmədi qəsəbəsi “Zeytun-Bağları” adlanan yerdə tikinti aparılan yerdə beh adı ilə, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində “Avromed” aptekin qarşısında 850 manat pulu isə pəncərə düzəltdirmək üçün beh adı ilə, daha sonra eyni məqsədlə Zərərçəkmiş şəxs2 məxsus tikilməkdə olan fərdi yaşayış evinə lazım olan tikinti materiallarını gətirib dam örtüyünü özləri vuracaqlarına dair yalan vəd verib 08 avqust 2022-ci il tarixdə günorta saat 15 radələrində qrupun üzvü Şahid2 öz adında olan “Kapitalbank” kartına Bakı şəhəri, H.Əliyev 493 ünvanında yerləşən “Diamed” klinikasında “Milliön” aparatından göndərilmiş 3700 manat pulu, həmin gün axşam saatlarında Abşeron qəsəbəsi, Mehdibad qəsəbəsindəki “Kərim” marketdən ödəmə terminalından göndərilmiş 1300 pulu, sonuncu dəfə isə, tikinti materiallarını gətizdirmək üçün beh adı ilə 600 manat pulu isə 2022-ci ilin oktyabr ayının 5-də Şirvan şəhərində, “Salyan dairəsi” adlanan yerdə alıb ələ keçirərək, öz niyyətlərini gizlətmək üçün 3000 manat dəyərində taxta materiallarını həmin tikilidə istifadə etdikləri halda vədlərinə əməl etməyib aldadaraq və etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 6450 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Maştağa qəsəbəsi, “Xəyal” bazarında 1500 manat dəyərində döşəmə yonan aparatı icarə götürüb gündəlik 20 manat ödəməyi öhdəsinə götürərək ilk gün öz niyyətini gizlətmək məqsədi ilə 20 manat ödəsə də, qalan günlərdə gündəlik icarə ödənişini ödəməyərək vədinə əməl etməyib etibardan suiistifadə etməklə aldadıb həmin aparatı ələ keçirərək Zərərçəkmiş şəxs1 1500 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, onlarla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş zərərin 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin qəbzlərindən görünür ki, cinayət nəticəsində vurulmuş zərərin 25% hissəsi (1992 manat) 21 oktyabr 2024-cü il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Həmin qəbzdə qeyd olunan məbləğin Şahid2 tərəfindən ödənilməsi göstərilsə də, məhkəmə iclasında həm təqsirləndirilən şəxs, həm də hazırki iş üzrə Şahid2 vurulmuş ziyanın 25% hissəsinin onlar tərəfindən yarıya bölünməklə ödənildiyini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən, o cümlədən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə başlanmış cinayət təqibinə AR CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-177/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-177/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver