Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-178/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, Zərərçəkmiş şəxs Cabarova Sevinc Ağagül qızının, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Xəzər rayonu, Mərdakan qəsəbəsi, B.Əliyev küç., döngə 02, ev 17-də qeydiyyatda olan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyyəsinə vuraraq, Zərərçəkmiş şəxs cərrahi müdaxiləyə ehtiyacı olan burun sümüyünün yerini dəyişən, qapalı sınığı, hər iki gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, burun nahiyyəsinin qançırı kimi xəsarətlər yetirərək sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər yetirməyə aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Namik oğlu ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 28 aprel 2019cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahından bir uşaqları vardır. Ailə həyatı qurduqları gündən ailə daxili söz mübahisələri olmuşdur. 2019cu ilin aprel ayının 28-dən, 2019-cu ilin avqust ayına kimi Bakı şəh., Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küç., döngə 2, ev 17-də yaşamışlar. 2019-cu ilin avqust ayından Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Şam Bağı» restoranın yaxınlığında qayınatası Şahid tərəfindən tutulmuş kirayə evdə yaşamışlar. Kirayədə yaşadıqları dövrdə ailə daxili kiçik söz mübahisələri olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində yaşadıqları evdə olarkən həyat yoldaşına iradını bildirərək yeməyi niyə başqa formada bişirməsini bildirmişdir. Sevinc isə ona yeməyi öz bildiyi kimi bişirdiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Halhazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdir. Onların birgə nikahından bir uşaqları vardır. Ailə həyatı qurduqları gündən münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri heç bir əsaslı səbəb olmadan pisləşmişdir. 2019cu ilin avqust ayında qayınanası Südabə ilə münasibətləri yaxşı olmadığından Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Şam bağı» restoranının yanında yerləşən fərdi evə köçərək orada yaşamağa başlamışlar. Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində ayrı yaşadığı günlərdə Bəxtiyarla aralarında ciddi problemlər olmamışdır. Bəxtiyar ilə dəfələrlə mübahisələri onun ailəsi üstündə baş vermişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evdə olarkən həyat yoldaşı Bəxtiyardan hamiləliyinə görə müayinələrdən keçmək üçün pul istəmişdir. Bəxtiyar isə cavab olaraq pulunun olmadığını valideynlərinin təqaüdçü olduğunu, bu səbəbdən müayinələrin pulunu atasında almağını bildirmişdir. O da Bəxtiyara kirayənin və müəyyən xərclərin atasının qarşıladığını demişdir. Bu zaman Bəxtiyar münaqişə yaradaraq onunla kobud danışmış və yaşadığı evin dəhlizində onun üzərinə hücum çəkərək onu və ailə üzvlərini təhqir etmiş, əli ilə onun burun nahiyyəsindən zərbə ilə vurmuşdur. Həmin zərbədən o, yerə yıxılmış və burnundan qan açılmışdır. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qızı S.A.Cabbarova B.N.Cabbarov ilə 2019-cu ilin aprel ayında ailə qurmuşlar. Onların bir uşaqları vardır. Qızı ailə həyatı qurduqdan sonra onların münasibətləri yaxşı olmuş, sonradan isə heç bir əsaslı səbəb olmadan aralarında dəfələrlə münaqişələri olmuşdur. Qızı Sevinc ilə həyat yoldaşı Bəxtiyar Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində fərdi evdə kirayədə yaşamışlar. xx xxxxxx 2020-ci il tarixdə qızı Sevincin yaşadığı evdə həyat yoldaşı B.N.Cabbarovdan bətnində olan uşaq üçün müayinədən keçmək üçün pul istəmiş, elə bu səbəbdən Bəxtiyar tərəfindən əsassız yerə döyülərək bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Həmin münaqişə zamanı qızı Sevinc ən əsas burun və göz altı nahiyyələrindən xəsarətlər almışdır. Münaqişədən sonra Bəxtiyar qızı Sevincə hədə-qorxu gələrək hadisə ilə bağlı heç kimə məlumat verməyəcəyini, məlumat verəcəyi halda qızını, onları atasını və ona məxsus olan odlu silahla məhv edəcəyəni bildirmişdir. Qızı qorxusundan bununla bağlı bizə məlumat verməmiş, yalnız xx xxxxxx 2020-ci il tarixdə yıxıldığını bildirmişdir. Bu səbəbdən o və həyat yoldaşı R.K.Mirzəyeva ilə qızı Sevincin yaşadığı evə gedərək qızına baş çəkmişlər. Həmin zaman qızı yıxıldığını və xəsarət aldığını demişdir. xx xxxxxx 2020-ci il tarixdə Bəxtiyar ona zəng edərək Sevincin evdə tək olduğunu və özünü pis hiss etdiyini bildirmişdir. O da Sevincin yaşadığı evə gedərək onu öz yaşadığı evə gətirmişdir. xx xxxxxx 2020-ci il tarixdə qızı Sevinc yaşadığı evdə ona məlumat verərək xx xxxxxx 2020-ci il tarixdə Bəxtiyarın onu kirayədə yaşadığı evdə döydüyünü, bu günə kimi onlara deməməkdə məqsədi Bəxtiyarın qızını və onları silahla öldürəcəyi ilə hədələməsi olduğunu bildirmişdir. O, həmin gün saat təxminən 20:00 radələrində Bəxtiyara zəng edərək Sevincin arxasınca nə zaman gələcəyini soruşmuşdur. Bu zaman Bəxtiyar ona ailəsinin olmadığını, Sevincin arxası ilə gəlməyəcəyini bildirmişdir. Telefon danışığı zamanı Bəxtiyara qızını niyə döydüyünü soruşaraq Sevincin hamilə olduğunu bildirmişdir. Bəxtiyar isə cavabında ona hədə-qorxu gələrək silahla onu öldürəcəyi ilə hədələmiş və istədiyi yerə şikayət edə biləcəyini demişdir. O da Bəxtiyarın onu və ailə üzvlərini öldürməklə hədələməsinə görə və qızının xx xxxxxx 2020-ci il tarixdə döyülərək xəsarət almasına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək məlumat vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» i tərəfindən verilmiş 81 saylı, 18 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs cərrahi müdaxiləyə ehtiyacı olan burun sümüyünün yerini dəyişən, qapalı sınığı, hər iki gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, burun nahiyyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bər küt əşyanını (əşyaların) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İnsan Hüquqlarının və X3 haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasənzərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə görə- zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun, zərərçəkmiş şəxs X5 qızının ifadələrini dinləyib, barışıq ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmasını, mübahisənin ailə-məişət problemləri üzündən yaranmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qəimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qəimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-178/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-178/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver