Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-178/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə, saat 21:50-də “B” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi oğlu Şahid2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21901 minik» markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirib, “Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşını almağa texniki imkanı olduğu halda həmin qaydaları pozaraq, yolun sağ hissəsində yerləşən avtobus dayanacağının qarşısından Zabrat-Maştağa yolunun 27 kilometrliyində yerləşən «Savalan Mall» Ticarət mərkəzi istiqamətində yolu sağdan sola keçməkdə olan piyada X3 avtomobilin sağ qabaq yan hissəsi ilə vurub ehtiyatsızlıqdan Nəzrin Ələsgərovanın ölümü ilə birbaşa səbəbli əlaqəsi olan baş-beyinin əzilməsi, baş-beyin mədəsinə və yumşaq qişalarına qansızma, sol gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən, yerini dəyişən açıq sınıqları, sol gicgah-ənsə nahiyəsinin əzilmiş yarası, burun və alt çənə sümüklərinin yerini dəyişən, sol tərəfli İİİ-İV qabırğaların yerini dəyişməyən qapalı sınıqları, sifətin və bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, “VAZ-21901 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Şahid2 məxsusdur. O, həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında 27 may 2020-ci il tarixdə oğlu Şahid2 tərəfindən verilmiş etibarnamə ilə idarə edir. 09 avqust 2022-ci il tarixdə, saat 21:30-da oğlu Hacını işlədiyi Nərimanov rayonu ərazisində yerləşən X2 götürmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar Yaşayış massivində yerləşən bağ evindən çıxmışdır. Həmin gün, saat 21:50 radələrində idarə etdiyi “VAZ-21901 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu ilə Maştağa qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində təxminən 70 km/saat surətlə yolun sol zolağı ilə hərəkətdə olarkən, həmin yolda yerləşən Savalan Yaşayış massivinə dönən yol istiqamətində svetoforun yaşıl işığında keçdikdən sonra yolun sağ tərəfində yerləşən avtobus dayanacağının qarşısında avtomobilin qarşı tərəfindən küt səs eşidərək avtomobili hərəkət etdiyi sol zolaqda saxlamışdır. Lakin, halı pisləşdiyi üçün avtomobildən enə bilməmiş, bir müddət sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ona köməklik edərək avtomobili yolun sağına keçirmiş, onu avtomobildən düşürmüşlər. O, avtomobildən endikdən sonra qız uşağının asfalt örtüyün üzərində uzandığını, avtomobilinin sağ qabaq və yan hissəsinin əzildiyini görmüşdür. Hadisə yerinə təcili tibbi yardım briqadası gəldikdən sonra ona məlum olmuşdur ki, piyada aldığı xəsarətlərin təsirindən ölmüşdür. O, baş vermiş yolnəqliyyat hadisəsi zamanı Nəzrin Ələsgərovanın yolu keçmək istədiyini görməmiş, hadisə zamanı özü hər hansı xəsarət almamışdır. X6 dəfnində iştirak etmək, yas mərasiminin keçirilməsinə maddi yardım göstərmək istəmiş, lakin, mərhumun valideynləri buna razı olmamışlar. Baş vermiş hadisədən sonra infarkt xəstəliyi keçirmişdir. Haazırda ürəyinin 30 faizi işləkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Nəzrin Ələsgərova onun qızıdır. Nəzrin Ələsgərova Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük yaşayış massivi, nömrəsiz evdə onunla birlikdə yaşamışdır. Nəzrin 09 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən təhsil aldığı 10 nömrəli Musiqi məktəbinə getmiş, dərs saatının bitməsinə baxmayaraq Nəzrin evə qayıtmadığı üçün o, dəfələrlə Nəzrinin istifadəsində olan mobil nömrəyə zəng etmiş, lakin, onun telefon zəngləri cavablandırılmamışdır. Həmin gün, saat 22 radələrində yenidən Nəzrinə zəng etdiyi zaman onun zəngini bir nəfər kişi cavablandıraraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə dönən hissədə yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmiş, o, dərhal qeyd olunan ünvana getmişdir. O, hadisə yerinə çatdığı zaman ətrafa çoxlu sayda insanların toplandığını, qızının cəsədinin asfalt örtüyün üzərində olduğunu görmüşdür. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmiş, daha sonra qızının cəsədi müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4 aparılmışdır. 10 avqust 2022-ci il tarixdə Nəzrin Ələsgərova Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük yaşayış massivində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, 09 avqsut 2022-ci il tarixdə saat 21:50-də əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21901 minik» markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsində yerləşən avtobus dayanacağının qarşısından Zabrat-Maştağa yolu 27 km-də yerləşən «Savalan Mall» Ticarət mərkəzi istiqamətində piyada qismində yolu sağdan sola keçməkdə olan qızı Nəzrini avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə qızı Nəzrin Ələsgərova aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. O, yol-nəqliyyat hadisəsinin şahidi olmamış, hadisənin kimlərin şahidi olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Şikayətçi olmasının başlıca səbəbi hadisə günü onun övladının meyiti ilə tək qalması və təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir yardımın göstərilməməsi ilə əlaqədardır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. “VAZ-21901 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da, həmin avtomobili etibarnamə əsasında atası Təqsirləndirilən şəxs idarə edir. 09 avqust 2022-ci il tarixdə, saat 22 radələrində işdə olduğu zaman atası Yusif ona zəng edərək idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə nəticəsində xəsarət almış piyadanın öldüyünü, özünün isə hadisənin təsirindən həyəcanlanaraq infarkt keçiridiyini bildirmişdir. O, dərhal hadisə yerinə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- Maştağa yoluna “Savalan Mall” Ticarət mərkəzi yaxınlığına getmiş, hadisə yerinə çatdığı zaman ətrafda çoxlu sayda insanların toplaşdığını, asfalt örtüyün qan olduğunu görmüşdür. Atasının harada olduğunu soruşduqda ona bildirilmişdir ki, atası yol kənarında dayanmış Post Patrul avtomobilində əyləşib. O, avtomobilə yaxınlaşdığı zaman təcili tibbi yardım briqadasının həkimləri tərəfindən atasına tibbi yardım göstərildiyini görmüş, həkimlər ona atasının infarkt keçirdiyini bildirmişlər. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat aldıqda ona məlum olmuşdur ki, Yusif 09 avqust 2022-ci il tarixdə, saat 21:50-də atası etibarnamə əsasında idarə etdiyi “VAZ-21901 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsində yerləşən avtobus dayanacağının qarşısından Zabrat-Maştağa yolunun 27 km-də yerləşən «Savalan Mall» Ticarət mərkəzi istiqamətində yolu sağdan sola keçməkdə olan piyada 05 oktyabr 2006-cı il təvəllüdlü X3 ehtiyatsızlıqdan avtomobilin qabaq sağ yan hissəsi ilə vurmuş, nəticədə Nəzrin Ələsgərova aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisədən sonra qohumları ilə birlikdə Nəzrin Ələsgərovanın valideyinləri və yaxınları ilə görüşərək onlara hadisənin ehtiyatsızlıqdan baş verdiyini izah edib, maddi köməklik göstrərmək istədiklərini bildirsələr də, mərhumun valideynləri onların təklifini rədd edərək şikayətçi olacaqlarını bildirmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. “VAZ-21901 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı oğlu Şahid2 məxsus olsa da, həmin avtomobili etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etmişdir. 09 avqust 2022-ci il tarixdə, saat 22 radələrində qardaşı Şahid2 ona zəng edərək atası Yusifin idarə etdiyi avtomobil ilə piyadanı vurduğunu, hadisənin Sabunçu rayonu, Zabrat-Maştağa yolunda “Savalan Mall” Ticarət mərkəzi yaxınlığına baş verdiyini bildirmiş, ondan hadisə yerinə getməsini xahiş etmişdir. O, dərhal hadisə yerinə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yoluna “Savalan Mall” Ticarət mərkəzi yaxınlığına getmiş, hadisə yerinə çatdığı zaman ətrafda çoxlu sayda insanların toplaşdığını, asfalt örtüyün qan olduğunu, bir nəfər qadının qız uşağını qucaqlayaraq ağladığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilində halsız vəziyyətdə oturmuş, o, Yusifə yaxınlaşdığı zaman Yusif əli ilə ürəyini göstərək özünü pis hiss etdiyini bildirmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım stansiyası həkimləri gəlmiş, həkim Yusifə yaxınlaşaraq onu müayinə etdikdən sonra Yusifin infarkt keçirdiyini bildirmişdir. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat aldıqda ona məlum olmuşdur ki, Yusif 09 avqust 2022-ci il tarixdə, saat 21:50-də atası etibarnamə əsasında idarə etdiyi “VAZ-21901 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsində yerləşən avtobus dayanacağının qarşısından Zabrat-Maştağa yolun 27 km-də yerləşən «Savalan Mall» Ticarət mərkəzi istiqamətində yolu sağdan sola keçməkdə olan piyada 05 oktyabr 2006-cı il təvəllüdlü X3 ehtiyyatsızlıqdan avtomobilin qabaq sağ yan hissəsi ilə vurmuş, nəticədə Nəzrin Ələsgərova aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisədən sonra qohumları ilə birlikdə Nəzrin Ələsgərovanın valideyinləri və yaxınları ilə görüşərək onlara hadisənin ehtiyatsızlıqdan baş verdiyini izah edib, maddi köməklik göstrərmək istədiklərini bildirsələrdə, mərhumun valideynləri onların təklifini rədd edərək şikayətçi olacaqlarını bildirmişlər. Cinayət işinin 12-ci vərəqəsində olan 09 avqust 2022-ci il tarixli, 1/233 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 31-34-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X11 Sabunçu Rayon Şöbəsinin 05 sentyabr 2022-ci il tarixli, 194 saylı ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı mərhum X1 meyitində baş-beyinin əzilməsi, baş-beyin mədəsinə və yumşaq qişalarına qansızma, sol gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən, yerini dəyişən açıq sınıqları, sol gicgah-ənsə nahiyəsinin əzilmiş yarası, burun və alt çənə sümüklərinin yerini dəyişən, sol tərəfli lll-İV qabırğaların yerini dəyişməyən qapalı sınıqları, sifətin və bədənin çoxsaylı sıyrıqları aşkar edilmişdir. Xəsarətlər həyatidir, N.N.Ələsgərovanın ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, 09 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Nəzrin Ələsgərovanın ölümünə səbəb sol gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları ilə əlaqədar başbeyin maddəsinin əzilməsi olmuş, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəllə uyğun gəlir. X6 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 19 avqust 2022-ci il tarixli, 016-105410-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə AC 752806 nömrəli, «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 69-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 70-71-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 8/2503 saylı rəyindən görünür ki, “VAZ-21901 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 72-79-cu vərəqəsində olan 26 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 17 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in X5 Xidmətindən 003-14575-1222 nömrəli məktubla daxil olmuş TŞ 9-012 nömrəli videomüşahidə qurğusunun kameraları ilə 09 avqust 2022-ci il saat 21:46-dan saat 22:15-dək olan müddəti əhatə edən 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülmüş videogörüntülər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 100-101-ci vərəqəsində olan 26 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində olan 27 oktyabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Xəstəxanasının ambulator kitabçadan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək gərginlik stenokardiyası diaqnozu ilə 8 nömrəli Şəhər Xəstəxanasında müalicədə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün qismən etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yaşını, infarkt xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut TŞ 9-012 nömrəli videomüşahidə qurğusunun kameraları ilə 09 avqust 2022-ci il saat 21:46-dan saat 22:15-dək olan müddəti əhatə edən videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, TŞ 9-012 nömrəli videomüşahidə qurğusunun kameraları ilə 09 avqust 2022-ci il saat 21:46-dan saat 22:15-dək olan müddəti əhatə edən videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-178/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-178/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver