Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-178/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs qızna özünü xarici dövlətlərdə yerləşən ali təhsil müəssisələrinə tələbələri yerləşdirməyə malik olan şəxs kimi qələmə verib etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs oğlu Şahid1 Polşa Xalq Respublikasında yerləşən «Beynəlxalq Nəqliyyat və Logistika» Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla, ilkin olaraq 20 iyul 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 1.100 (bir min yüz) manat, bundan sonra isə özünə məxsus, habelə təqdim etdiyi cinayətdən xəbərsiz olan digər yaxın qohumuna məxsus 416973*********8779 nömrəli və "xxxx" ASC-yə aid **********608167 nömrəli və 4169 73*********0874 nömrəli plastik kart hesabları vasitəsi ilə 05 avqust 2022-ci il tarixdə 1.000 (min) manat, 22 avqust 2022-ci il tarixdə 350 (üç yüz əlli) manat, 21 sentyabr 2022-ci il tarixdə 350 (üç yüz əlli) manat, 10 oktyabr 2022-ci il tarixdə 200 manat (iki yüz) manat, 18 noyabr 2022-ci il tarixdə 850 (səkkiz yüz əlli) manat, 28 noyabr 2022-ci il tarixdə 100 (yüz) manat, 30 dekabr 2022-ci il tarixdə 2000 (iki min) manat, 31 dekabr 2022-ci il tarixdə 1000 (min) manat, sonuncu dəfə 03 yanvar 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanından kart hesabı vasitəsi ilə göndərdiyi 600 (altı yüz) manat məbləğində pulu alıb, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 7.550 (yeddi min beş yüz əlli) manat məbləğində pulu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclaslarında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməmiş, lakin, sonradan zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edərək cinayət məsuliyyətindən bəraətverici əsaslar olmadan azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısıqızıdır. Oğlu Şahid1 2022-ci ildə orta məktəbi bitirib ali məktəbə sənədlərini toplayan zaman Təqsirləndirilən şəxs oğlunu Polşa Respublikasında Beynəlxalq Nəqliyyat və Logistika İnstitutuna düzəldəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs oğlunu hansı yolla və kimlərin vasitəsilə düzəltməsini soruşduqda Polşada yaşayan hansısa Murad adlı şəxsin vasitəsilə düzəldəcəyini bildirmişdir. Nərgiz onun bacısıqızı olduğundan həmin şəxsə inanmış və razılaşmışdır. Nərgiz bu iş üçün 8.000 (səkkiz min) manat məbləğində pul lazım olduğunu, həmin məbləğin 500 manatının yol xərcinə çıxacağını demişdir. Nərgiz sözlərinə davam edərək 2022-ci ilin oktyabr ayında oğlu Elminin artıq Polşa Respublikasında olacağını bildirmişdir. O, Nərgizlə razılaşmış və ilk dəfə 1.100 (bir min yüz) manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə Nərgizin yaşadığı ünvan 2 ünvanında Nərgizin özünə vermişdir. Bundan sonra hissə-hissə olmaqla Nərgizin istəyi ilə o, 28 avqust 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində həmin şəxsin özünə məxsus kart hesabına, onun bacısı, həmçinin, Nərgizin anası İrinaya məxsus "xxxx" ASC-yə aid 4169 7413 1260 8167 nömrəli plastik kart hesabına, həmçinin İrinaya məxsus 4169 73 ********* 0874 N-li kart hesabına ümumilikdə, 6.400 (altı min dörd yüz) manat məbləğində pul göndərmişdir. Lakin, oktyabr ayında Nərgiz oğlunu müsahibəyə salacağını demiş, oğlunu ingilis dilində danışan biri ilə onlayn danışdırmış, həmin şəxs oğlu ilə ümumi söhbət etmişdir. Bundan təxminən, 1 saat sonra Nərgiz ona bildirmişdir ki, guya oğlu müsahibədən kəsilmişdir. Belə olduqda Nərgiz ona demişdir ki, oğlu kəsildiyi üçün 2023-cü ilin yanvar ayında Polşaya dil kursuna göndərəcək, eyni zamanda birinci kursda oğlu təhsilini davam etdirəcəyini bildirmişdir. O isə buna etiraz etməmişdir. Qeyd etmişdir ki, sonuncu məbləği, yəni, 600 (altı yüz) manat məbləğində pulu 03 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında özünə məxsus "xxxx" ASC-yə aid 5213 6751 3850 0633 nömrəli plastik kart hesabından Nərgizin anası İrinaya məxsus "xxxx" ASC-yə aid 4169 7413 1260 8167 nömrəli plastik kart hesabına göndərmişdir. Lakin, Nərgiz xx.xx.2023-cü il tarixdə oğlu Elminin Polşaya gedəcəyini desə də, bu işin alınmadığını görüb Nərgizlə əlaqə saxlamışdır. Nərgiz telefon danışığı zamanı ona müxtəlif bəhanələr gətirdiyi üçün aldanıldığını başa düşüb həmin şəxsə hissə-hissə olaraq verdiyi 7.500 manat məbləğində pulunu geriyə tələb etdikdə Nərgiz onu və oğlunu söyərək təhqir etmiş, sonra da mobil nömrələrini qara siyahıya salmışdır. Belə olduqda oğlu məcbur olub DİN-in “102” xidmətinə zəng edərək məlumat vermiş və o, ərizə ilə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət etmişdir. O, Nərgizə ümumilikdə, 7.500 (yeddi min beş yüz) manat məbləğində pulu oğlu Elmini Polşa Respublikasında yerləşən «Beynəlxalq Nəqliyyat və Logistika» Universitetinə tələbə kimi qəbul etdirməyi məqsədi ilə vermişdir. O, ilk dəfə xx.xx.2022-ci il tarixdə 1.100 (bir min yüz) manat məbləğində pulu Nərgizin yaşadığı ünvan 2 ünvanında Nərgizin özünə vermişdir. Bundan sonra hissə-hissə olmaqla Nərgizin istəyi ilə 28 avqust 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində özünə məxsus "xxxx" ASC-yə aid 4169 7377 0167 3242 nömrəli və "xxxx" ASC-yə aid 5213 6751 3850 0633 nömrəli plastik kart hesabından Nərgizin özünə məxsus 4169 73 ********* 8779 nömrəli kart hesabına, onun bacısı, həmçinin, Nərgizin anası İrinaya məxsus "xxxx" ASC-yə aid 4169 7413 1260 8167 nömrəli plastik kart hesabına, həmçinin İrinaya məxsus 4169 73 ********* 0874 N2-İİ kart hesabına ümumilikdə, 6.400 (altı min dörd yüz) manat məbləğində pul göndərmişdir. Sonuncu dəfə 600 (altı yüz) manat məbləğində pulu 03 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında özünə məxsus "xxxx" ASC-yə aid 5213 6751 3850 0633 nömrəli plastik kart hesabından Nərgizin anası İrinaya məxsus "xxxx" ASC-yə aid 4169 7413 1260 8167 nömrəli plastik kart hesabına göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatlara oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, ev 14 ünvanında yerləşən binada "xxxx" MMC-də xəzinədar işləmişdir. Təqsirləndirilən şəxs təxminən, 5-6 il ünvan 2 ünvanında tək kirayədə yaşamış, anası isə arabir həmin şəxsə baş çəkmək üçün gəlibgetmişdir. 2022-ci ildə, dəqiq xatırlamadığı tarixdə və saatda bir nəfər üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxs ona yaxınlaşaraq bir ədəd qovluğun içərisində sənədləri ona təqdim edib Nərgizin götürəcəyini bildirmiş, həmin vaxt o, Nərgizin istifadəsində olan mobil nömrəyə özünə məxsus mobil nömrədən zəng edərək bir nəfər şəxsin həmin şəxs üçün sənəd gətirdiyini və həmin şəxsə çatmalı olduğunu bildirdiyini demişdir. Nərgiz isə demişdir ki, hazırda evdə yoxdur, səhər özü ondan götürəcəkdir. Bundan sonra o, həmin qovluğu qəbul etmiş və özündə saxlamışdır. Ertəsi gün səhər saatlarında Nərgiz onun yanına gəlmiş və o, həmin şəxsin verdiyi qovluğu içərisindəki sənədlərlə birlikdə Nərgizə vermişdir. Bundan bir neçə ay sonra həmin sənədi verən oğlan kloun geyimində yenidən binaya gəlmiş və ona yaxınlaşaraq bildirmişdir ki, Nərgizin xalası oğludur, adı Elmindir, kloun kimi şənliklərdə iştirak edir, əgər bina sakinlərindən kiməsə lazım olsa həmin şəxsə zəng etməyi xahiş etmişdir. Bu məqsədlə də ona özünə məxsus mobil nömrəni təqdim etmişdir. Lakin, bununla bağlı ona heç kim müraciət etmədiyindən o da Elminlə heç bir əlaqə saxlamamışdır. Onun həmin qovluğun içərisində hansı sənədlərin olmasından məlumatı olmamış, belə ki, o, ümumiyyətlə, ona təqdim edilən hər hansı əşyanın və ya sənədlərin nədən ibarət olması ilə maraqlanmamışdır. Cinayət işinin 85-ci vərəqəsində olan 17 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 122-ci vərəqəsində olan 19 iyul 2023-cü il tarixli bank çıxarışlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05 avqust 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs kart hesabı vasitəsilə Təqsirləndirilən şəxs ümumilikdə 6.450 (altı min dörd yüz əlli ) manat məbləğində pul göndərmişdir. Belə ki, 05 avqust 2022-ci il tarixdə 1.000 manat, 22 avqust 2022-ci il tarixdə 350 manat, 21 sentyabr 2022-ci il tarixdə 350 manat, 10 oktyabr 2022-ci il tarixdə 200 manat, 18 noyabr 2022-ci il tarixdə 850 manat,28 noyabr 2022-ci il tarixdə 100 manat, 30 dekabr 2022-ci il tarixdə 2000 manat, 31 dekabr 2022-ci il tarixdə 1000 manat, 03 yanvar 2023-cü il tarixdə isə 600 manat pul göndərmişdir. Cinayət işinin 150-151-ci vərəqəsində olan 19 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Nicat Nayıbovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 152-154-cü vərəqəsində olan 19 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 165-173-cü vərəqəsində olan 19 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət iş üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 06 ədəd vərəqdə “Whatsapp” yazışmaları, 01 ədəd CD disk və 08 ədəd vərəqdə bank çıxarışları maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan "xxxx" ASC-nin 3535 nömrəli, 25 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 1890 manat ödəniş edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli Qərarı ilə "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 saylı qərarında edilmiş dəyişikliklərə əsasən, həmin qərarın 4.9-cu bəndi ilə sonuncu qərara 40cı bənd əlavə edilmişdir. Həmin bənddə məhkəmələrə izah edilir ki, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək və yaxud hökm apellyasiya qaydasında mübahisələndirildikdə, apellyasiya instansiyası məhkəməsi yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, habelə mülki iddiadan imtina edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzinə əsasən 1890 manat dövlət büdcəsinə ödəniş aparılmışdır. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxs tərəfindən şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiadan imtina ilə bağlı ərizəsini və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 06 ədəd vərəqdə “Whatsapp” yazışmaları, 01 ədəd CD disk və 08 ədəd vərəqdə bank çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 40.3,41.2, 43.1.2, 175.5, 346-348-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri xitam verilsin. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan 7550 manat və 96 manat dövlət rüsumunun ödənilməsi nəzərə alınaraq mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 06 ədəd vərəqdə “Whatsapp” yazışmaları, 01 ədəd CD disk və 08 ədəd vərəqdə bank çıxarışları cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-178/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-178/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver